Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-99/2025 29.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "onun xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X13 çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməklə xx.xx.2021-ci il tarixli, 147 nömrəli qərara əsasən təyin olunmuş əmək pensiyasının yenidə n hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(122)-370/2025 nömrəli qərarından cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X13 çilingər olaraq işlədiyi illərin əmək pensiyasına hesablanması öhdəliyinin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X13 çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməklə xx.xx.2021-ci il tarixli, 147 nömrəli qərara əsasən təyin olunmuş əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-1(122)-370/2025 nömrəli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, iddia tələbinə onun xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X13 çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməklə xx.xx.2021-ci il tarixli, 147 nömrəli qərara əsasən təyin olunmuş əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(122)-370/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X13 çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməklə xx.xx.2021-ci il tarixli, 147 nömrəli qərara əsasən təyin olunmuş əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 21(122)-370/2025 nömrəli qərarından narazı qalan cavabdeh 30 iyul 2025-ci il tarixli şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(122)-370/2025 nömrəli qərarının ləğv olunmaqla iddia tələbinin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, hazırki iş üzrə əsas mübahisəli məsələ iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində onun xx.xx.1997ci il tarixdən xx.xx.2001-ci il tarixədək (3 il 6 ay 10 gün) Culfa Rayon X13 çilingər vəzifəsində işləməsi ilə bağlı qeyddir. Məhkəmə qeyd etmişdir ki, əsas mübahisəli məsələ iddiaçının 30 dekabr 1997-ci il tarixdən 10 iyul 2001-ci il tarixədək Culfa Rayon X13 işləməyi barədə əmək haqqı arayışlarının təqdim edilməməsi ilə bağlıdır. Məhkəmənin mövqeyinə münasibətdə bildirilir ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcud olsa da həmin sənəddə qeyd olunmuş 1997-2001-ci illərdəki əmək fəaliyyəti digər sənədlərlə (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) öz təsdiqini tapmamışdır. Məhkəmənin mövqeyinə münasibətdə qeyd olunur ki, hazırkı işdə mübahisəli məsələ sənədlərin arxivə təhvil verilməməsi və Naxçıvan Muxtar Respublikasında qaz idarələrinin ləğv edilməsi deyildir. Azərbaycan Respublikası Nazirlər Sovetinin 1973-cü il 22 avqust tarixli və Azərbaycan Respublikası "Başqaz" İdarəsinin 6 sentyabr 1973-cü il tarixli əmri ilə "X10 Qaz Birliyi" yaradılmışdır. Bunun davamı olaraq Ulu Öndərimizin təşəbbüsü ilə 1978-1980-ci illərdə Yevlax-Xankəndi-Laçın-Şahbuz-Naxçıvan yeraltı yüksək təzyiqli magistral qaz kəməri çəkilmiş və ilk dəfə olaraq 1980-ci ildə Naxçıvan şəhərinə təbii qaz verilmişdir. 1991-ci il tarixdən mənfur qonşumuz tərəfindən torpaqlarımızın işğalı nəticəsində muxtar respublikamıza təbii qazın nəqli dayandırılmışdır. Ölkə prezidenti cənab İlham Əliyevin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na (2004-2008-ci illər) uyğun olaraq Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatının bərpası və təbii qaza olan tələbatını ödəmək məqsədilə 5 avqust 2004-cü ildə "xxxx" QSC və İran Milli Qaz İxrac Şirkəti arasında “Təbii qaz mübadiləsi" haqqında müqavilə imzalanmış və 20 dekabr 2005-ci ildən muxtar respublikaya mavi yanacağın verilməsi bərpa olunmuşdur. Göründüyü kimi iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X13 çilingər olaraq işlədiyini iddia etdiyi dövrdə ümumiyyətlə Naxçıvan Muxtar Respublikası ərazisinə təbii yanacaq verilməmişdir. Həmçinin, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 noyabr 2024-cü il tarixli, 1881/2024 nömrəli məktubda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasında Culfa rayon X17nun ləğv edilməsinə və həmin kontorda çilingər vəzifəsində işləmiş İddiaçı dair məlumatın mövcud olmadığı da göstərilmişdir. İddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək C ulfa Rayon X13 çilingər vəzifəsində işlədiyini iddia etdiyi iş dövrü barədə məlumatlar isə öz təsdiqini tapmamışdır. Qeyd olunur ki, cavabdeh inzibati orqan tərəfindən müəssisənin mövcudluğu deyil, iddiaçının həmin müəssisədə işləməsi faktı mübahisələndirilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi şahid ifadələrinə istinad etmiş, yalnız müəssisənin mövcud olduğuna istinad edərək həmin dövrləri sosial sığorta stajına daxil etmişdir. Cavabdeh şikayətini hüquqi cəhətdən əsaslandırmaq məqsədilə “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 3, 67 və 69-cu maddələrinə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 7, 21.1 və 31.2-1-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə, Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci və 3-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiyasının 127, 129, 149-cu maddələrinə, Azərbaycan Respublikası İPM-nin 58.7, 81 və 87-ci maddələrinə istinad etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(122)-370/2025 nömrəli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(122)370/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllə də nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. La kin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiql i həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1956- cı il tarixdə doğulmuşdur. - Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 noyabr 2021-ci il tarixli, 147 nömrəli qərarından aydın olur ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci madəsinin müddəalarına uyğun olaraq xx.xx.2021-ci il tarixdən müddətsiz olaraq 231.41 manat yaşa görə əmək pensiyası təyin olunmuşdur. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 09 iyul 2024-cü il tarixli, 3-17-9-1/2M-6282/2024 nömrəli məktubda göstərilmişdir ki, ona 2021-ci il 30 noyabr tarixdə Fondun Culfa rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə müvafiq olaraq ya şa görə əmək pensiyası təyin olunmuşdur. Pensiyanın hesablanması zamanı, əmək kitabçasında qeyd olunan 30 dekabr 1997-ci il tarixdən 10 iyul 2001-ci il tarixədək Culfa rayon X13 işləməsi barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2-1-ci maddəsinə (Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir) müvafiq olaraq əməkhaqqı arayışları təqdim etmədiyi üçün həmin dövrləri sığorta stajına aid etmək mümkün olmamışdır.Culfa rayon X13 işləməsi barədə əməkhaqqı arayışları təqdim etdiyi təqdirdə yaşa görə əmək pensiyasının yenidən hesablanmasına baxıla bilər. - İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Culfa Rayon Sanitar-epidemioloji stansiyasında dezinfektor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Nazirliyinin Rabitə qovşağında montyor, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983cü il tarixədək Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Nazirliyinin R abitə qovşağında montyor, xx.xx.1984- cü il tarixdən xx.xx.1997-ci il tarixədək Rabitə qovşağında, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X13 çilingər, xx.xx.2002-ci il tarixdən Culfa Rayon Rabitə qovşağında montyor vəzifələrində işləmişdir. -Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 oktyabr 2024-cü il tarixli, 598/04 nömrəli məktubdan məlum olur ki, hal-hazırda Naxçıvan Muxtar Respublikası Qaz istismar Xidmətinin tabeliyində Culfa rayon X17 adlı idarə yoxdur. Culfa rayon Qaz istismar Kontor idarəsinə aid Naxçıvan Muxtar Respublikası Qaz istismar Xidmətində heç bir sənəd mövcud deyil. -- Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli, 67 nömrəli arayışdan aydın olur ki, C ulfa Rayon Dövlət Arxivinə Culfa rayon qaz istismar idarəsinin 1997-2001-ci illər üzrə sənədləri təhvil verilmədiyindən İddiaçı adına staj müəyyən edilməmişdir. - Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 noyabr 2024-cü il tarixli, 02/1129 nömrəli məktubdan məlum olur ki, Culfa Rayon X17nun sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi barədə məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 noyabr 2024-cü il tarixli, 1881/2024 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasında Culfa rayon X17nun ləğv edilməsinə və həm in kontorda çilingər vəzifəsində işləmiş İddiaçı dair məlumat mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi”Qaydalarının: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təy inatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin; (...) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qay dada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdi kləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövürlərin məcmusudur. -1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; - 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqav iləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmə k pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə e dilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; - 6.1. əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: - 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; - 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; - 6.6. əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-c i və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Kollegiya qeyd edir ki,hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı onun xx.xx.1997ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X13 çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə xx.xx.2021-ci il tarixli, 147 nömrəli qərara əsasən təyin olunmuş əmək pensiyasının yenidən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 noyabr 2021-ci il tarixli, 147 nömrəli qərarı ilə İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci madəsinin müddəalarına uyğun olaraq xx.xx.2021-ci il tarixdən müddətsiz o laraq 231.41 manat yaşa görə əmək pensiyası təyin olunmuş, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X13 çilingər işlədiyi dövrlə bağlı təsdiqedici sənədlər olmadığı üçün həmin illərin sosial sığorta stajına daxil edilməsinin qanuna uyğun olmadığını göstərib pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, iddiaçının işlədiyi 1997-2001-ci illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Q anunun 69-cu maddəsinə uyğun olaraq, məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş X5 və X8 ünvanlanan suallara verilən cavablarda da iddiaçının Qaz İstismar İdarəsində çilingər kimi işlədiyini, əmək haqqını hər ay üçün aldıqlarını, müharibə illərində Naxçıvana qazın gəlişinin dayandırıldığını, qaz kəsiləndən sonra da işə getdiklərini, qaz kəsiləndən sonra qaz balonlarının satışı və təmiri ilə fəaliyyətlərini davam etdirdiklərini qaz olmayan illərdə də əmək haqqı aldıqlarını, işlədikləri dövrdə yanğın baş verdiyini, işçilərə aid bir çox sənədlərinin də orada yandığını, Naxçıvana qaz xəttinin kəsilməsindən sonra idarənin fəaliyyət göstərdiyini bildirmişlər. Şahidlərə məxsus əmək kitabçalarında eyni dövrlərdə onların Culfa qaz kontorunda işləmələri barədə müvafiq qeydlər aparılmışdır. Ca vabdehin iddiaya etirazında qeyd etdiyi 1991-ci il tarixdən Naxçıvan MR-na qaz verilişinin ermənilər tərəfindən dayandırılması arqumentinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin dövrdə Naxçıvana qazın nəqli dayandırılsa da, cavabdeh orqan tərəfindən məhkəməyə Naxçıvan MR-da Qaz kontorlarının (qaz idarələrinin) ləğv edilməsi və ya fəaliyyətlərinin dayandırılması barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində iddiaçını tanıdığını, onunla iş yoldaşı olduğunu, 1986-cı ildən 2005-ci ilədək idarə bağlanana qədər Culfa qaz İstismar İdarəsində çilingər vəzifəsində işlədiyini, işlədiyi dövrlərdə hər ay əmək haqqı aldıqlarını, o işə girən zaman iddiaçının orada işləmədiyini, iddiaçının ondan sonra işə girdiyini, əsas fə aliyyətlərinin əvvəlki dövrlərdə evlərə qaz xətləri çəkməkdən ibarət olduğunu, müharibə illərində Naxçıvana qazın gəlişinin dayandırıldığını, qaz kəsiləndən sonra da işə getdiklərini, qaz kəsiləndən sonra evlərədə qaz balonlarını quraşdırdıqlarını, qaz balonlarına nəzarət etdiklərini və, qazın dayandırıldığı illərdə də əmək haqqı aldıqlarını, işlədiyi dövrdə yanğın baş verdiyindən işçilərə aid bütün sənədlərin yandığını, lakin yanğının tarixini dəqiq xatırlamadığını, yanğın hadisəsindən sonra da orada işləməyə davam etdiyini, 2016-cı ildən və hal hazırda Rabitə İdarəsində işlədiyini bildirmişdir. İş materiallarında olan X2 məxsus 03 oktyabr 1986-cı il tarixli, ИT-l ******* nömrəli əmək kitabçasının surətindən aydın olur ki, o, 03 oktyabr 1986-cı ildə Culfa Rayon X13 2ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 17 oktyabr 2005-ci ildə isə "xxxx" QSC-nin 27 sentyabr ə/ü-48 saylı əmrinə əsasən Naxçıvan ZİQB ləğv edildiyinə görə işdən azad edilmişdir. Həmçinin şahid qismində dindirilmiş X14 ifadəsində iddiaçını tanıdığını, Culfa Rayon Qaz İstismar İdarəsində işlədiyi dövrlərdə onunla iş yoldaşı olduğunu, idarənin adının tam olaraq Culfa Rayon X6, həmin idarədə 1983-1984-cü illərdə işə qəbul olduğunu, işə girən dövrdə müdirin Həşim olduğunu, Rüstəmov Əlinin də, Süleymanov Adilin də idarənin müdiri olduqlarını, Adildən sonra müdirin İbrahim olduğunu, idarə bağlanana qədər həmin idarədə işlədiyini, eyni illərdə iddiaçının da həmin idarədə çilingər vəzifəsində işlədiyini, qaz ermənilər tərəfindən kəsiləndən sonra da idarənin fəaliyyət göstərdiyini və işçilərin işə getdiklərini, qaz olmayan illərdə Bakıdan gələn qaz balonlarının satışı və təmiri ilə məşğul olduqlarını, işlədikləri dövrlərdə eyni zamanda Naxçıvana qaz gəlməyən dövrlərdə də əmək haqqı aldıqlarını, idarənin binasının köhnə vəziyyətdə olduğunu, həmin binada yanğın baş verdiyindən bir çox sənədlərinin yandığını, yanğının dəqiq tarixini xatırlamadığını bildirmişdir. İş materiallarında olan X8 məxsus 05 aprel 1983-cü il tarixli, ИT-l ******* nömrəli əmək kitabçasının surətindən aydın olur ki, o, 05 aprel 1983-cü il il tarixdə Culfa Rayon X13 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 28 dekabr 2004-cü il tarixdə işdən azad edilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçü n əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Apellyasiya şikayətində göstərilən “iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcud olsa da həmin sənəddə qeyd olunmuş 1997-2001-ci illərdəki əmək fəaliyyəti digər sənədlərlə (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) öz təsdiqini tapmaması” barədə dəlillərini kollegiya əsassız hesab edərək q eyd edir ki, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 18 noyabr 2024-cü il tarixli, 02/1129 nömrəli məktubundan məlum olur ki, Culfa Rayon X17nun sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi barədə məlumat mövcud deyildir. Göründüyü kimi İddiaçı məxsus sənədlərin arxivdə olmamasının səbəbi Culfa Rayon X17nun sənədlərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməməsi olmuşdur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, sənədlərin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət dairəsinə aid edilə, onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz, belə ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunur. Apellyasiya şikayətində göstərilən “1991-ci il tarixdən Naxçıvan Muxtar Respublikasına təbii qazın nəqlinin dayandırılması, 20 dekabr 2005-ci ildən muxtar respublikaya mavi yanacağın verilməsinin bərpa olunması, nəticədə iddiaçının xx.xx.1997ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X13 çilingər olaraq işlədiyini iddia etdiyi dövrdə ümumiyyətlə Naxçıvan Muxtar Respublikası ərazisinə təbii yanacağın verilməməsi və bu səbəbdən orada iş fəaliyyətinin olmaması” barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin dövrdə Naxçıvan MR-na qazın nəqli dayandırılsa da, cavabdeh orqan tərəfindən məhkəməyə Naxçıvan MR-da Qaz kontorlarının (qaz idarələrinin) ləğv edilməsi və ya fəaliyyətlərinin dayandırılması barədə heç bir mötəbər sübut təqdim e dilməmişdir. Əmək kitabçalarına əsasən 17 oktyabr 2005-ci ildə və 28 dekabr 2004-cü il Culfa rayon X12 işdən çıxmaları müəyyən edilən şahidlər X5 və X14 ifadələrində qazın verilməsi kəsiləndən sonra da işə getdiklərini, evlərdə qaz balonlarını quraşdırdıqlarını qaz balonlarına nəzarət etdiklərini və qazın verilməsinin dayandırıldığı illərdə də əmək haqqı aldıqlarını təsdiq etmişlər. X2 məxsus əmək kitabçasındakı qeydlərdən aydın olur ki, "xxxx" QSC-nin 27 sentyabr ə/ü-48 saylı əmrinə əsasən Naxçıvan ZİQB ləğv edildiyinə görə o,17 oktyabr 2005-ci ildə işdən azad edilmişdir.Göründüyü kimi Culfa rayon X17 həmin vaxta kimi fəaliyyət göstərmişdir. İddiaçı məxsus 30 noyabr 1979-cı il tarixli, ИT-İ seriyalı, ******* nömrəli, əmək kitabçasındakı qeydlərə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.199 7-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X13 çilingər vəzifəsində işləmişdir. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Bundan başqa, n əzərə alınmalıdır ki, əmək kitabçasında göstərilmiş iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti ilə bağlı qeydlərinin müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Göründüyü kimi cavabdeh Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X13 çilingər olaraq işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş pensiyanın yenidən hesablanmasından imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına sə bəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hə rəkətlərin edilməsini tələb edə bilər. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikası na fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəl illərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Kollegiya yuxarıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını qiymətləndirməklə düzgün olaraq İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X13 çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona xx.x x.2021-ci il tarixli, 147 nömrəli qərara əsasən təyin olunmuş əmək pensiyasının yenidən hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia l Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(122)-370/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "onun xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Culfa rayon X13 çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməklə xx.xx.2021-ci il tarixli, 147 nömrəli qərara əsasən təyin olunmuş əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(122)-370/2025 nömrəli qərarından cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 21(122)-370/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.