Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(3-1)-2/2026 05.03.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X4 və XN ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi NümayəndəN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "onun xx.xx.N0N5-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin N4 dekabr N0N5-ci il tarixli, e-N-1(1NN)-879/ N0N5 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.N0N5-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin N4 dekabr N0N5-ci il tarixli, e-N-1(1NN)879/N0N5 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan narazı qalan İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 şikayətlə Naxçıvan MR Ali Məh kəməsinə müraciət edərək apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin e-N-1(1NN)-879/N0N5 saylı, xx.xx.N0N5-ci il tarixli qərarının ləğv edliməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının tələbinə dair münasibətlər, o cümlədən hərbi zabit kimi xidmətə başlama tarixi, həmin dövrdə üzərinə düşən öhdəliklərin formalaşması, eləcə də rezidentura təhsilinin başlanma müddəti tamamilə əvvəlki normativ-hüquqi aktların qüvvədə olduğu dövrə aiddir. Mübahisələndirilən hüquqi vəziyyətin mahiyyəti N0N4-cü il dəyişiklikləri ilə deyil, hadisələrin baş verdiyi dövrdə qüvvədə olmuş normativ bazanın müddəaları ilə qiymətləndirilməlidir. O rezidentura təhsili aldığı d övrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilən hərbi xidmət vəzifələrini icra etmiş, həmçinin 10 illik qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə təltif edilmişdir. Məhkəmə qərarında “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal və vəsiqəni təsvir edir, lakin həmin medalla kimlərin təltif edildiyini bilərəkdən qeyd etmir. Belə ki, həmin medalla 10 il qüsursuz zabit kimi xidmət edən şəxslərə verilir. Bu da özlüyündə cavabdehin onun 10 illik xidmət müddətini qəbul etdiyini əks etdiririr. Əks təqdirdə ona rezidentura müddəti çıxılmaqla belə medal təqdim edilməzdi. O həmin medalla məhz qanunvericilikdəki dəyişiklikdən 6 ay sonra təltif edilmişdir. Həmçinin qərarda əvvəlki “Əsasnamə”də ehtiyata buraxılma üçün 10 il müddət göstərilməsi qeyd edil sə də, xatırladılmalıdıdr ki, həmin əsasnamənin 15-ci maddəsinə əsasən 5 il xidmət etmiş hərbi qulluqçu öz arzusu ilə ehtiyata buraxıla bilərdi. Kadr və ya qeyri kadr sözləri sonrakı N0N4-cü ilin yanvar ayında qüvvəyə minmişdir. Bundan başqa təhrif edilmiş məlumatlardan olan nikahıyla və həyat yoldaşının hamiləliyi ilə bağlı sənədləri məhkəməyə təqdim etməyinin səbəbi o idi ki, məhz onun 10 illik xidmət ilində ehtiyata buraxılacağı ümidi ona N0N4-cü il tarixdə ailə həyatı qurmağına əsas olmuşdur. İddiaçının Naxçıvanda, həyat yoldaşının isə Bakıda yaşaması halı üzrə müddətin uzanması, ailədaxili stress və konfliktlərin yaranmasına, yoldaşının ağır hamiləlik keçirməsinə səbəb olmuş, ağır hamiləlik dövründə cavabdehin əsassız imtinası onun yoldaşının yanında olmaq imkanından məhrum etmişdir. Məhkəmə hamiləliklə bağlı sadaladığı sənədlərin əsas faktorunu qərarda qeyd etməmişdir. Halbuki cavabdehə olan etimadı və gözləntiləri ilə o N0N5-ci il yay aylarında ehtiyata buraxılmalı idi. Məhkəmə qərarında Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi rəisinin 0N yanvar N0N1-ci il tarixli, 1 nömrəli əmrindən çıxarış təsvir edilir. Həmin əmrdən də görünür ki, o təhsil ezamiyyətinə göndərilməmiş, xidmətini davam etdirmək üçün hərbi hissə üzrə bütün təminatlardan çıxmaqla, Hərbi Tibb Fakültəsinin bütün növ təminatlarına daxil edilmişdir. Məhz təhsil dövründə ona növbəti hərbi rütbələr verilmiş, o növbətçilik üzrə xidmətini davam etdirmişdir. Məhkəmə qərarında istinad edilən N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış 17 sentyabr N0N5-ci il tarixli, 93/NN6N nömrəli məktub dan da görünür ki, onun zabit kimi 10 il N ay xidmət ilini cavabdeh qəbul edir. Onun təqdim etdiyi qərarlardan da görünür ki, şəxslər maneəsiz ehtiyata buraxılıblar. Bu mövqenin yoxlanılması üçün əsaslandırılmış sorğu göndərilməsi kifayət idi. Məhkəmə isə lazımsız sorğular göndərməklə iş üzrə məhkəmə icraatının uzadılmasına şərait yaratmışdır. Belə ki, adları çəkilən zabitlərin rezidentura təhsilləri olub və onlar faktiki N0N4-cü ildən sonra ehtiyata buraxılıblar. Hesab edir ki, onun qazanılmış hüququ artıq əldə edilmişdir. Belə ki, qanunvericilikdə 10 il xidmət müddəti ilə bağlı dəyişiklik olmamışdır. Ona görə 10 il xidmət müddətinin N0N4-cü il yanvarından sonrakı dövrə təsadüf etməsinə istinad edilməsi yalnış fikirdir. Qanundakı dəyişiklik təhsil ilə bağlı müddətdir ki, məhkəməyə təqdim edilən Gəncə Apellyasiya Məhkəməsinin (xx.xx.N0N5 tarixli, N-1(104)-571/N0N5 saylı) qərarındakı hüquqi mövqe ilə Naxçıvan İnzibati Məhkəməsinin hüquqi yanaşması arasında tam əks ziddiyyətli fikir formalaşmışdır. Məhkəməyə təqdim edilmiş materiallarla, o cümlədən X1 analoji vəziyyətdə N0N5-ci ildə ehtiyata buraxılması faktı ilə onun vəziyyətinin eyniliyi təsdiq olunsa da, bu hala hüquqi qiymət verilməmişdir. Qeyd etdiyi mübahisələrdən görünür ki, müxtəlif inzibati məhkəmələr tərəfindən eyni hallar üzrə müsbət qərarlar qəbul edilmişdir. Apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirilməklə “İnzibati icraat haqqında” Qanunun bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Naməlum seçim üsulu ilə hərbi həkim zabitlərə qarşı müxtəlif mövqe sərgiləndiyi, istənilən şəxsin ehtiyata buraxıldığı, digərlərinə qarşı isə hüquqi yolla əsassız etiraz və digər sənədlər təqdim edilməklə işin həllinə maneəçilik və süründürməçilik hallarına yol verildiyi, bəzən isə apellyasiya şikayəti verildiyi bildirilmişdir. Bu seçimlərin hansı meyarlara əsasən həyata keçirildiyinin aydın olmadığı, “İnzibati İcraat Haqqında Qanun”nun 1N-ci maddəsində nəzərdə tutulmuş bərabərlik prinsipinin kobud şəkildə pozulduğu qeyd edilmişdir. Bununla şəxslərin Konstitusiyaya əsasən qadağan edilmiş məcburi əmək şəraitində xidmət göstərmələrinə şərait yaradıldığı, dövlət büdcəsinə zərər vurulduğu, işləmək istəməyən şəxslərə maaş ödənildiyi halda xidmətini davam etdirmək istəyən zabitlərin bu imkandan məhrum edildiyi göstərilmişdir. Həmçinin bu zabitlə rin qanunla verilən müddət ərzində vəzifə öhdəliklərini yerinə yetirdikləri və Vətən Müharibəsində iştirak etdikləri qeyd edilmişdir. Apellyasiya şikayətində həmçinin göstərilmışdır ki, hazırkı dövrdə hüquqların məhdudlaşdırılmasına yönəlmiş qanunun geriyə qüvvəsinin (retroaktiv tətbiq) tətbiq edilməsinə cəhd edilir və ağırlığı artıran, yeni öhdəlik yaradan, vəzifəni ağırlaşdıran norma keçmiş dövrə şamil edilə bilməz. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya dair birinci instansiya məhkəməsinə ünvanladığı 10 iyun N0N5-ci il tarixli, 3-N5-17/N-1375/N5 nömrəli etirazında göstərilmişdir ki, İddiaçı 01 iyun N3-cü il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsində kursant kimi davam etdirmiş, N6 iyun N5-ci il tarixdən Azərbaycan Ordusu sıraların da N nömrəli Xüsusi Təyinatlı Əlahiddə taborun tibb məntəqə rəisi vəzifəsində leytenant hərbi rütbəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabit kimi xidmətdə olmuşdur. Bundan sonra İddiaçı N8 dekabr N0N0-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 16 yanvar N0N5-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissənin Kardiologiya bölməsinin Ordinatoru vəzifəsinə təyin edilərək xidmətini davam etdirmiş və hal-hazırki tarixədək N nömrəli hərbi hissədə xidmətini davam etdirir. İddiaçı iddia ərizəsində N5-ci il tarixdən leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və N0N5ci il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərərək 07 aprel N0N5-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini qeyd etmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etməsini göstərmişdir. Bildirilir ki, “Hərbi qulluqçuların statusu haqqında", Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunlarında NN dekabr N0N3-cü il tarixdə dəyişiklik edilmiş və 01 yanvar N0N4-cü il tarixdə qüvvəyə minmişdir. Belə ki, həmin Qanununun N.4.N-ci yarımbəndinə "Qeyd" hissəsi əlavə edilmiş və orada "Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ix tisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin "j" bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir." göstərilmişdir. Yəni İddiaçı N8 dekabr N0N0-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 16 yanvar N0N5-ci il tarixdə təhsilini bitirmişdir. Bu da onu göstərir ki, iddiaçı 4 il 19 gün müddətində rezidentura təhsilində olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamışdır. Belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 5 il 10 ay təşkil edir və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-сı maddəsinin "j" bəndi ilə ehtiyata buraxılması üçün yuxarı kom andanlığa müraciəti əsassızdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 6N.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının vəkil və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Naxçıvan MR İnzibati Məhkəməsinin N4 dekabr N0N5-ci il tarixli, e-N1(1NN)-879/N0N5 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi NümayəndəN kollegiyadan Naxçıvan MR İnzi bati Məhkəməsinin N4 dekabr N0N5-ci il tarixli, e-N-1(1NN)-879/N0N5 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.N-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hall arda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37N.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37N.7-ci maddəsinə əs asən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının,siyasi partiyaların,hüquqi şəxslərin,bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqın da iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər g östərilməlidir. 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir İş materiallarında olan; - AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxx 199N-ci ildə doğulmuşdur - Kardiologiya bölməsinin ordinatoru tibb xidməti kapitanı İddiaçı tərəfindən Kardiologiya bölməsinin rəisinə ünvanlanmış 07 aprel N0N5-ci il tarixli raportdan görünür ki, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. - Kardiologiya bölməsinin rəisi vəzifəsini icra edən tibb xidməti kapitanı Arif Cavadov tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 07 aprel N0N5-ci il tarixli raportdan görünür ki, tibb xidməti kapitanı İddiaçı raportu əsasında vəsatət qaldırılmışdır. - N nömrəli hərbi hissə tərəfindən verilmiş N may N0N5-ci il tarixli, 57 nömrəli arayışdan görünür ki, hərbi qulluqçu İddiaçı həqiqətən N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə dir və onun Naxçıvan MR Mərkəzi Xəstəxanasında saat 13:00-dan 14:00-dək işləməsinə icazə verilmişdir. - 08 iyun N5-ci il tarixdə verilmiş ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, xx xxxx 199N-ci il tarixdə anadan olmuş İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyun N5-ci il tarixli, 0N87 nömrəli əmri ilə tibb xidməti leytenantı hərbi rütbəsi verilmiş, X5-X7 Komandanının 07 iyun N8-ci il tarixli, 015R nömrəli əmri ilə baş leytenant hərbi rütbəsi verilmiş, Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 14 iyun N0NN-ci il tarixli, 0N6R nömrəli əmri ilə tibb xidməti kapitanı hərbi rütbəsi verilmişdir. - İddiaçı məhkəməyə ünvanladığı müxtəlif tarixli etiraz və ərizələrdə görünür ki, iddiaçı cavabdehin etirazını əsassız hesab etmiş, ailə vəziyyətini və hüquq normalarını, bərabərlik prinsipini əsas gətirməklə, müxtəlif şəxslərə məxsus vəsiqə, xidmət kartı, əmr və oxşar işlər üzrə qəbul edilmiş məhkəmə qərarlarına istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal və vəsiqədən görünür ki, tibb xidməti kapitanı İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası müdafiə nazirinin 089t nömrəli, N6 iyun N0N4-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.. - N nömrəli hərbi hissənin N sentyabr N0N5-ci il tarixli, 93/N1N8 nömrəli məktubu ilə məhkəməyə ünvanlanmış: - N nömrəli hərbi hissənin N sentyabr N0N5-ci il tarixli, 105 nömrəli arayışından görünür ki, tibb xidməti kapitanı İddiaçı 05 iyun N5-ci il tarixdən hazırki dövrədək onun xidmət dəftərçəsində Silahlı Qüvvələrdə həqiqi hərbi xidməti haqqında aşağıdakı məlumatlar verilmişdir: 1. xx.xx.N5-ci il tarixdən xx.xx.N5-ci il tarixədək Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N5-ci il tarixli, 0N87 nömrəli əmri ilə N nömrəli hərbi hissə Komandirin sərəncamında olmuş; N. xx.xx.N5-ci il tarixdən xx.xx.N8-ci il tarixədək Azərbaycan Respublikası X5 X7 Komandanının xx.xx.N5-ci il tarixli, 055 nömrəli əmri ilə N nömrəli hərbi hissədə Tibb məntəqə rəisi-həkim; 3. xx.xx.N8-ci il tarixdən xx.xx.N9-cu il tarixədək Azərbaycan Respublikası X5-X7 Komandanının xx.xx.N6 -cı il tarixli, 074 nömrəli əmri ilə N nömrəli hərbi hissədə 4-cü taborun tibb məntəqə rəisi-həkim; 4. xx.xx.N9-cu il tarixdən xx.xx.N0N0-ci il tarixədək Azərbaycan Respublikası X5-X7 Komandanının xx.xx.N9-cu il tarixli, 0103 nömrəli əmri ilə N nömrəli hərbi hissədə N-ci motoatıcı taborun tibb məntəqə rəisi-həkim; 5. xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N5-ci il tarixədək Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli, 01413 nömrəli əmri ilə Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsində rezident olmuş; 6. xx.xx.N0N5-ci il tarixdən hal-hazırki vaxtadək Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N0N5-ci il tarixli, 040 nömrəli əmri ilə N nömrəli hərbi hissədə Kardiologiya bölməsinin ordinatorkardioloqu olmuşdur. - Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsinin rəisinin 08 iyun N5-ci il tarixli, 113 nömrəli əmrindən çıxarışdan görünür ki, N5-ci ilin iyun ayında Hərbi Tibb Fakültəsini bitirmiş kursant İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 iyun N5-ci il tarixli, 0N87 nömrəli əmrinə əsasən ilkin "Tibb xidməti leytenantı" hərbi rütbəsi verilməklə X7suna vəzifəyə təyin edildiyinə görə N5-ci ilin hesabına məzuniyyət verilməklə xidmətlərini davam etdirmək üçün təyin olunduğu hərbi hissəyə göndərilmiş hesab edilmiş, 08 iyul N5-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. 08 iyun N5-ci il tarixdən 1 (bir) aylıq minimal zabit məvacibi, ərzaq əvəzinə əlavə pul kompensasiyası və Müdafiə nazirinin N75 saylı, xx.xx.N006-cı il tarixli əmrinə müvafiq olaraq məzuniyyətdən qabaq bir aylıq vəzifə maaşı məbləğində pul vəsaiti ilə təmin edilmişdir. - Azərbaycan Respublikası müdafiə nazirinin 05 iyun N5-ci il tarixli, 0N87 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30, 36.1.4-cü maddələrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “a” bəndinə və 7N-ci maddəsinin “v” bəndinə müvafiq olaraq, N5-ci ilin iyun ayında Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirmiş İddiaçı ilkin "Tibb Xidməti Leytenantı" hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və X5 X8 (100 №-li hərbi hissə) Komandanının sərəncamına keçirilmişdir. - N nömrəli hərbi hissə komandirinin N iyul N5-ci il tarixli, 1N4 nömrəli əmrindən çıxarışdan görünür ki, Leytenant İddiaçı Azərbaycan Respublikası X5 - X7 Komandanının 08 iyun N5-ci il tarixli, 05N №-li əmri ilə N №-li hərbi hissənin Qərargah və təchizat bölüyünün tibb məntəqəsi rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətin i davam etdirmək üçün Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsindən gəlmiş hesab olunmuşdur. - N nömrəli hərbi hissə komandirinin 0N yanvar N0N1-ci il tarixli, N nömrəli əmrindən görünür ki, Tibb xidməti baş leytenantı İddiaçı Firuddin oğlu, N-ci motoatıcı taborun tibb məntəqəsinin rəisi-həkim, Müdafiə nazirinin N8 dekabr N0N0-ci il tarixli, 01413 nömrəli əmri ilə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakülətinə qəbul olunduğuna görə işlərini vəzifəsini təhvil vermiş hesab edilmiş, 0N yanvar N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. - Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi rəisinin 0N yanvar N0N1-ci il tarixli, 1 nömrəli əmrindən çıxarışdan görünür ki, N0N0/N0N1-ci tədris ili üçün baza ali tibb təhs ili əsasında Rezidenturaya qəbul olunmuş və qeydiyyatdan keçmiş Azərbaycan Respublikası Müdafiə nazirinin N8 dekabr N0N0-ci il tarixli, 01413 nömrəli əmri ilə Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin rezidenturasının İ kurs rezidentləri siyahısına daxil edilmiş İddiaçı Firuddin oğlu gəlmiş hesab edilmiş və 0N yanvar N0N1-ci il tarixdən Fakültənin rezidentləri siyahısına, bütün növ təminatlara daxil edilmişdir. - Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi rəisinin N1 yanvar N0N5-ci il tarixli, 18 nömrəli əmrindən çıxarışdan görünür ki, Hərbi Tibb Fakültəsinin rezidenti tibb xidməti kapitanı İddiaçı "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “v” bəndinə müvafiq olaraq Hərbi Tibb Fakültəsinin Rezidentura və təkmilləşdirmə kursunu "Kardiologiya” ixtisası üz rə bitirmiş, Naxçıvan Qarnizonu hərbi hospitalının Kardiologiya bölməsinin ordinatoru-kardioloq vəzifəsinə təyin edildiyinə görə N1 yanvar N0N5-ci il tarixdən Fakültənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və xidmətini davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. - N nömrəli hərbi hissə komandirinin N6 yanvar N0N5-ci il tarixli, N6 nömrəli əmrindən görünür ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinin “v" bəndinə müvafiq olaraq, N0N4-ci ilin noyabr ayında baza ali tibb təhsili əsasında Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Rezidentura və təkmilləşmə kursunu müvafiq ixtisaslar üzrə bitirmiş Tibb xidməti kapitanı İddiaçı, N6 yanvar N0N5-ci il tarixdən Azərbaycan Tibb Universitetinin Hərbi Tibb F akültəsindən (Bakı şəhəri) gəlmiş hesab edilmiş, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuş, kardiologiya bölməsinin ordinatoru-kardioloq vəzifəsinə təyin olunmuş və vəzifələrinin icrasına başlamışdır. - N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış 17 sentyabr N0N5-ci il tarixli, 93/NN6N nömrəli məktubdan görünür ki, tabeçilikdə xidmət edən tibb xidməti kapitanı İddiaçı hərbi xidmət üzrə ümumi stajı xx.xx.N0N5-ci il tarixədək 1N il N7 gündür. (zabit kimi 10 il N ay təşkil edir). Qeyd hissəyə əsasən ümumi hərbi xidmət stajının 4 il 18 gününü Rezidentura təhsili təşkil edir (xx.xx.N0N0-ci il tarixdən-xx.xx.N0N5-ci il tarixədək). Tibb xidməti kapitanı İddiaçı xidməti dəftərçəsindən xidmət dövrü haqqında məlumat arayışı mə ktuba əlavə edilmişdir. - Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş 04 mart N0N5-ci il tarixli, 3N8N0/N-Ə-4-464/N0N5 nömrəli arayışdan görünür ki, İddiaçı N0N0-ci ildə Kardiologiya ixtisası üzrə Azərbaycan Tibb Universitetinin (Hərbi Tibb Fakultəsi) rezidenturasına qəbul edilmiş və Azərbaycan Respublikası səhiyyə nazirinin 13 dekabr N0N4-cü il tarixli, 3-N8/31-665/N0N4 nömrəli əmrinə əsasən ona Kardiologiya ixtisası üzrə “həkim-mütəxəssis” ali peşə ixtisas dərəcəsi verilmişdir. İddia ərizəsi və apellyasiya şikayətindən məzmunundan aydın olur ki, iddiaçının hüquqi marağı və ondan irəli gələn tələbi “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına yönəlmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imza landığı gün. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar Maddə
41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (-) 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: (-) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə - yalnız zabit heyəti vəzifələr ində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3-cü il N1 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydal arı: 1.3. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.3.1. rezidentura - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkimmütəxəssis hazırlığının forması; 3.N. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti N ildən 5 ilə qədər olmaqla müvafiq təhsil proqramları ilə müəyyən edilir. 4.1. Rezidenturada təhsil əyani formada həyata keçirilir. "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na Əlavə Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti: 060916-Kardiologiya-4 ildir. Kollegiya qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respub likasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının NN dekabr N0N3-cü il tarixli qanunu ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə yuxarıda göstərilən məzmunlarda “Qeyd” əlavə edilmiş və həmin dəyişiklik N0N4-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. İş materiallarından aydın olur ki, İddiaçı 05 iyun N5-ci il tarixdən ilkin “Tibb Xidməti Leytenantı” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş, xx.xx.N0N0-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “kardiologiya” ixtisası üzrə rezidentura təhsilinə qəbul edilmiş, 13 dekabr N0N4-cü il tari xdə Kardiologiya ixtisası üzrə “həkim-mütəxəssis” ali peşə ixtisas dərəcəsi verilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 yanvar N0N5-ci il tarixli, 040 nömrəli əmri ilə N nömrəli hərbi hissədə Kardiologiya bölməsinin ordinator-kardioloqu vəzifəsinə təyin edilmiş,07 aprel N0N5-ci il tarixdə raportla komandanlığa müraciət edərək "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “Qeyd” hissəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əgər iddiaçının rezidentura müddəti də daxil edilməklə zabit kimi 10 il xidməti xx.xx.N0N4 -cü ilədək tamamlanmış olsaydı, bu halda yeni “Qeyd” bölməsindəki tənzimləmə ona münasibətdə tətbiq edilməli deyildi və o, əvvəlki redaksiyaya əsasən ehtiyata buraxıla bilərdi. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçının rezidentura müddəti də daxil olmaqla keçirdiyi hərbi xidmət müddəti xx.xx.N0N4-cü ilə qədər 10 ildən az olmuş, 10 illik müddət yalnız yeni tənzimləmə qüvvəyə mindikdən sonra tamamlanmışdır. Deməli, həmin tarixdən sonra tətbiq olunan tənzimləməyə əsasən rezidentura dövrü xidmət illərinə daxil edilə bilməz və bu səbəbdən iddiaçının 10 il xidmət müddətinin tamamlanması əsası ilə ehtiyata buraxılması mümkün deyil. İddiaçı izahatında göstərmişdir ki, xx.xx.N5-ci ildən leytenant rütbəsi alaraq zabit kimi Azərbaycan Ordusunda xidmət etmiş, 05 iyun N0N5-ci il tarixdə o nun zabit kimi xidmətinin 10 ili başa çatmış, bununla bağlı N ay əvvəldən qanunvericiliyə əsasən raportla yuxarı komandanlığa müraciət etmiş, lakin onun ehtiyata buraxılması ilə əlaqədar heç bir tədbir görülmədiyindən məhkəmyə müraciət etmişdir. Həmçinin iddiaçı izahatında rezidenturada təhsil aldığı müddətin nəzərə alınaraq onun ehtiyata buraxılmamasını qanuni hesab etməmiş və qeyd etmişdir ki, o, xidmətə daxil olduğu zaman, eləcə də rezidentura təhsilinə başladığı vaxt qanunvericiliyə hazırki dəyişiklik edilməmiş və onun 10 il xidmət etmək vəzifə öhdəliyi olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları və qanunvericiliyin müddəaları əsasında qiymətləndirərək belə hesab edir ki, mübahisənin düzgün həlli üçün iddiaçının zabit kimi xidmət müddətinin hesablanmasına mü nasibətdə qanunvericiliyə edilmiş yuxarıda qeyd olunan NN dekabr N0N3-cü il tarixli dəyişikliklərin hazırkı hüquqi münasibətə tətbiq imkanının müəyyən edilməsi zəruridir. İş materiallarından müəyyən olunur ki, iddiaçı 05 iyun N5-ci il tarixdən zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş, həmin tarixdən etibarən onun zabit kimi xidməti başlamışdır. İddiaçının xx.xx.N0N0-ci il tarixdən etibarən 4 il rezidentura təhsili alması mübahisəsizdir. Azərbaycan Respublikasının NN dekabr N0N3-cü il tarixli Qanunu ilə edilmiş dəyişikliklər nəticəsində zabitlərin həqiqi hərbi xidmət dövründə rezidentura səviyyəsində əyani təhsilalma müddətinin öz arzusu ilə ehtiyata buraxılma üçün tələb edilən 10 illik xidmət müddətinə daxil edilməməsi təsbit edilmiş və həmin dəyişiklik 01 yanvar N0N4-cü il tarixd ən qüvvəyə minmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi “Hərbi zabit kimi xidmətə başlama tarixi, həmin dövrdə üzərinə düşən öhdəliklərin formalaşması, eləcə də rezidentura təhsilinin başlanma müddətinin əvvəlki normativ-hüquqi aktların qüvvədə olduğu dövrə aid olması, mübahisələndirilən hüquqi vəziyyətin mahiyyətinin N0N4-cü il dəyişiklikləri ilə deyil, hadisələrin baş verdiyi dövrdə qüvvədə olmuş normativ bazanın müddəaları ilə qiymətləndirilməli olması” dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən öz arzusu ilə ehtiyata buraxılma barədə müraciət 07 aprel N0N5-ci il tarixdə edilmiş və onun təqvim hesabı ilə zabit kimi xidmətinin 10 təqvim ili 05 iyun N0N5-ci ildə tamam olmuşdur. Həmin tarixdə artıq yuxarıda göstərilən Qanuna NN d ekabr N0N3-cü il tarixdə edilmiş dəyişiklik 01 yanvar N0N4-cü il tarixdən qüvvədə olmuşdur. İddiaçı yuxarıda istinad olunan Qanuna edilmiş dəyişiklikdən əvvəl, N0N0-ci ildə rezidenturada təhsilə başlamış, dəyişiklikdən sonra isə təhsilini bitirmişdir.Onun rezidenturada təhsilə başladığı dövrdə,yəni Qanuna edilmiş müvafiq dəyişiklikdən əvvəl zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabit kimi qanunvericilikdə nəzərdə tutulmuş xidmət müddəti tamam olmadığından öz arzusu ilə ehtiyata buraxılma hüququ olmamışdır.İddiaçının N0N5-ci ildə 10 il zabit kimi xidmət müddəti tamam olduqda isə rezidenturada əyani təhsil alma müddətinin həmin müddətə daxil edilməməsi barədə yeni tənzimlənmə qüvvədə olmuşdur. Ona görə də kollegiya hesab edir ki, iddiaçıya münasibətdə öz arzusu ilə ehtiyata buraxılması ilə bağlı hüquq münasibətinə onun zabit kimi 10 illik xidmət müddətinin tamam olduğu vaxt qüvvədə olan hüquq normaları tətbiq edilməlidir. 01 yanvar N0N4-cü il tarixdən qüvvədə olan hüquq normalarına əsasən iddiaçıya münasibətdə onun rezidenturada əyani təhsil aldığı müddət zabit heyəti vəzifələrində tələb olunan 10 illik xidmət müddətinə daxil edilmir. Belə olan halda iddiaçının müraciət etdiyi vaxt onun rezidenturada təhsil aldığı müddət çıxıldıqda zabit heyəti vəzifələrində xidmət müddəti təqvim hesabı ilə 10 il olmadığından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində nəzərdə tutulmuş dispozisiya şərtlərinə uyğun olaraq onun tələbinin təmin edilməsi mümkün deyil. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanun i və əsaslıdır. Apellyasiya şikayətində göstərilən “N0N4-cü ildən əvvəlki dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuların xidmət keçməsi haqqında” Əsasnamənin 15-ci maddəsinə əsasən 5 il xidməti ilə əlaqədar onun ehtiyata buraxılmaq hüququnun N0N0-ci il tarixdə yaranması” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının NN dekabr N0N3-cü il tarixli “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu ilə qeyd olunan Əsasamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilmiş və həmin abzasa “etmiş” sözündən sonra “kadr” sözü əl avə edilmişdir. İddiaçı həmin dəyişiklik qüvvəyə mindikdən sonra xx.xx.N0N5-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq ehtiyata buraxılması barədə müraciət etmişdir. Mübahisəli hüquq münasibəti də məhz həmin müraciət əsasında yaranmışdır. Belə olan halda həmin dəlil kollegiya tərəfindən müzakirə edilərək əsassız hesab edilir. Apellyasiya şikayətində göstərilən “10 illik qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə təltif edilməsi, həmin medalın 10 il qüsursuz zabit kimi xidmət edən şəxslərə verilməsi və bununla da cavabdeh tərəfindən onun 10 illik xidmət müddətinin qəbul edilməsi” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbayc an Respublikası Müdafiə Nazirinin N6 iyun N0N4-cü il tarixli, 089t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnaməyə əsasən həmin medal Silahlı Qüvvələrdə 10 təqvim ili xidmət etmiş hərbi qulluqçulara verilir. Göründüyü kimi, burada nəzərdə tutulan “10 təqvim ili xidmət” meyarı mükafatlandırma institutuna aid olmaqla, hərbi qulluqçunun ümumi hərbi xidmət müddəti ilə bağlıdır və həmin medalın verilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndində nəzərdə tutulmuş şərtlərin mövcudluğunun təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, zabitlərin öz arzusu ilə ehtiyata buraxılmaq hüququ yalnız həmin normada nəzərdə tutulmuş hüquqi şərtlərin mövcudluğu ilə müəyyən edilir. Bu səbəbdən apellyasiya şikayətində göstərilən həmin dəlil kollegiya tərəfindən əsassız hesab edilir. İş üzrə iddiaçı və iddiaçının vəkili və nümayəndəsi tərəfindən təqdim edilən digər şəxslərin barəsində olan məhkəmə qərarları və müxtəlif sənədlərə münasibətdə kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən həmin sənədlər hazırkı iş üzrə məhkəmə üçün məcburi əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsini n N4 dekabr N0N5-ci il tarixli, e-N-1(1NN)-879/N0N5 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "onun xx.xx.N0N5-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin N4 dekabr N0N5-ci il tarixli, e-N-1(1NN)-879/N0N5 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsi nin N4 dekabr N0N5-ci il tarixli, e-N-1(1NN)879/N0N5 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.