Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-111/2026 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı işi üzrə QƏRARI (Açar sözlər: Ailə nikah münasibətlərindən irəli gələn mübahisələr; alimentin sabit pul məbləğində tutulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «alimentin tutulması» tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 8 oktyabr tarixli, 2(103)-1781/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar və həmin nikahlarından xx.xx.2014-cü ildə X7 və xx.xx.2017-ci ildə X9 adlı iki uşaqları anadan olmuşdur.
2. Hazırda tərəflərin ailə münasibətləri pozulmaqla iddiaçı, uşaqları ilə birlikdə başqa ünvanda yaşayır.
3. Cavabdeh «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafisəi ilə» əlaqədar 3-cü qrup əlil olduğuna görə 400 manat məbləğində və 2-ci qrup əlil olduğuna görə 1.436,46 manat məbləğində əmək pensiyası alır.
4. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e16(125)-107/2025 nömrəli qərardadı ilə xx.xx.2025-ci il tarixdən Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)3428/2025 nömrəli mülki iş üzrə yeku n məhkəmə qərarı qəbul edilənədək, xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdehlə birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 2.500 manat olmaqla, cəmi 5.000 manat sabit pul məbləğində alimentin mediasiyada iştirak üçün təklif məktubunun cavabd ehə çatdırıldığı tarixdən yəni xx.xx.2025-ci il tarixdən hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda qeyd edilən hallarına istinad edərək onunla əsaslandırmışdır ki, cavabdeh bir ata kimi məsuliyyətini dərk etmir və birgə nikahdan anadan olmuş uşaqların saxlanmasında ona hər hansı maddi dəstək göstərmir. Halbuki Cavabdeh maddi gəliri olduqca yaxşıdır. Belə ki, o, keçmiş hərbiçi kimi 1.500 manat məbləğində pensiya almaqla yanaşı sahibkarlıq fəaliyyəti ilə də məşğuldur. Aylıq gəliri isə 6.000 manat təşkil edir. Cavabdeh ********** VÖEN nömrə ilə qeydiyyata alınmış "xxxx" MMC-nin sahibdir. Bununla yanaşı mülkiyyətçisi başqa şəxs olsa da, «Qazi Çörəyi» çörək sexi də faktiki olaraq Cavabdeh məxsusdur. O özü isə heç bir yerdə çalışmı r, Rusiya Fedrasiyasında yerləşən Universitetlərin birində təhsil alır və tələbədir. Birgə nikahdan anadan olmuş uşaqların maddi təminatlarını ödəməkdə olduqca çətinlik çəkir. Hesab edir ki, uşaqlar ən azı əvvəlki həyat təminat səviyyəsinə uyğun şəraitdə yaşamalı, maddi ehtiyacları qarşılanmalıdır.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh «Vətən müharibəsi» iştirakçısıdır və dövlət tərəfindən ona təyin olunan pensiya məbləğinin böyük məbləğdə olan hissəsi onun müalicəsinə, dərmanlarına sərf olunur. Bundan başqa, iddiaçının iddia etdiyi «Qazi Çörəyi» çörək sexi Cavabdeh mülkiyyətində deyil. Bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da mövcuddur. Hesab ed ir ki, cavabdehin kifayət qədər maddi imkanı yaxşı vəziyyətdə olsa idi, sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməzdi. Belə ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-103/2024 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Buna baxmayaraq Cavabdeh iddianı qismən qəbul edərək hər ay hər uşağın saxlanması üçün 200 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçıya verilməsinə razıdır.
8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1797/2025 nömrəli qətnaməsi i lə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində alimentin tutulması, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(125)107/2025 nömrəli qərardadı üzrə ödənilmiş aliment ödənişlərinin hesablanması zamanı nəzərə alınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və qətnamənin dərhal icra olunması qət edilmişdir (hakim-Camal Quliyev).
9. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflərin maddi vəziyyəti və cav abdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmaması, eləcə də cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsi, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurəti, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu, cavabdehin hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment ödəməyə razılığı nəzərə alınmalı və xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 100.1, 100.2, 100.3 v ə 110.2-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə həmçinin «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəl i Qərarının 8.4-1-ci bəndində istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3428/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə tam araşdırma aparılmadan qətnamə qəbul edilmişdir. Cavabdeh sahibkardır. Bunu təsdiq edən bütün sübutları məhkəməyə təqdim etsə də, məhkəmə yalnız cavabdehin xeyrinə olan sübutları nəzərə almışdır. Cavabdehin həmin MMC-nin təsisçisi olmasına dair sənəd təqdim etmişdir. Lakin o, aliment tələbinə dair məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh uşaqlarını puldan məhrum etmək üçün həmin MMC-ni xx.xx.20 25-ci il tarixdə “Qazi cörəyini” şərik işlədiyi və münasibətdə olduğu X6 adına keçirmişdir. Məhkəmə də onun təqdim etdiyi sənədlərə əsaslanmamış, alimentin az tutulması üçün cavabdehin MMC-ni Fəridə Pənahovanın adına keçirməsini nəzərdən qacırmış və bunu nə üçün etdiklərinin üstündən keçmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 8 oktyabr tarixli, 2(103)-1781/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi qətnaməsi «xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində alimentin tutulması» hissəsində dəyişdirilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 1,13 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin qalan hissədə dəyiyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər-X4 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə).
14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, birinci instansiya məhkəməsi tutulan alimentin miqdarını müəy yən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun 0,55 miqdarında təyin etməklə düzgün nəticəyə gəlməmiş, hazırkı iş üzrə alimentin məbləğini hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən etmişdir.
15. Baxılan işdə cavabdehin maddi vəziyyətinin iddiaçının maddi vəziyyətindən daha üstün olduğunu müəyyən edən kollegiya belə qənaətə gəlmişdir ki, ölkə üzrə 2025-ci il üçün minimum əmək haqqının 400 manat olması və hazırkı iş üzrə cavabdehin kifayət qədər qazanca malik olması və uşaqların mənafeləri nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,13 misli həddində aliment tutulmalıdır.
16. Bundan başqa, kollegiya apellyatorun az təminatlı olması barədə dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, uşağa qayğı göstərilməsi valide ynlərin həm hüququ həm də borcudur, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə onlar məsuliyyət daşıyırlar.
17. Məhkəmə kollegiyası, cavabdehin uşaqları saxlaması qanunla onun üzərinə düşən vəzifədən başqa həm də ata kimi mənəvi borcu olması qənaətinə gələrək hesab etmişdir ki, valideynlər arasında alimentlə bağlı mübahisə ilk növbədə uşaqların hüquq və mənafeləri, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Hər bir halda uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməli, uşağın üstün mənafeyi ilk növbədə nəzərə alınmalıdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34 və 125-ci, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 78.3-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunun 1-ci, Mülki Prossesual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 112.1, 112.1.3, 217.3, 217.4, 218.1, 218.3, 384 və 385-ci maddələrinə, həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Qətnamədən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğv olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin maddi vəziyyətinin iddiaçının maddi vəziyyətindən daha üstün olmasının nədə ifadə olunmasını qətnamədə göstərməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi diskdə “Qazi Çörəyi” adlanan sexin açılışında Cavabdeh iştirakı göstərilir. Lakin həmin “Qazi Çörəyi” adı al tında sexin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən torpaq sahəsi rəsmi olaraq Fəridə Pənahovanın adınadır. Belə olan halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə əməl etməmiş, maddi hüquq normasını pozmuşdur.
21. Cavabdeh əvvəllər "xxxx" MMC-nin rəhbəri olsa da, daha sonra məhkəmənin elə öz qətnaməsində qeyd etdiyi kimi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(056)-103/2024 nömrəli hökmündən görünür ki, işə baxılarkən "xxxx" MMC-nin direktoru işləyən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən sonra onun rəhbərliyinə son qoyulmuşdur. Göründüyü kimi cavabdehin gəlirində artım deyil, azalma müşahidə edilmişdir.
22. Bundan başqa hazırda ölkə üzrə yaşayış minimumu müəyyən olunduğu halda, məhkəmə bir uşağa 452 manat aliment təyin edə bilməz. Qanunda da göstərildiyi kimi ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. 1500 manat təqaüd alan ikinci dərəcə əlil olan biri, ayda aldığı təqaüdün 1000 manatını alimentə verdikdə öz xərclərini ödəməkdə çətinlik çəkər. Belə ki, cavabdeh Vətən müharibəsi iştirakçısıdır. O, müharibədə kəllə-beyin və başqa xəsarətlər almış və sağlamlığını itirmiş, nəticədə əlillik dərəcəsi almışdır. Belə olan halda onun öz müayinə və müalicəsinə aldığı təqaüd kifayət etmir. Lakin məhkəmə nəzərə almamışdır ki, qanunda valideyn anlayışı yalnız atanı nəzərdə tutmur, hər iki valideyn eyni hüquq və vəzifələr daşıyırlar. İddiaçı ana gəncdir, sağlamdır, kifayət qədər iş qabiliyyəti vardır, qiyabi təhsil alır, ildə bir dəfə iki günlük dərsə gedir. İddiaçı bütün il boyu işləyib, uşaqlarını maddi cəhətdən yaxşı yaşamasına köməklik edə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsində kassasiya şikayətinin rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə
17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
25. Maddə
34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
26. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
27. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
28. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəf lərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
29. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
30. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78. 2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
31. Maddə
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
32. Maddə
13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında Azərbaycan Respublikası Qanunu 2025-ci il üçün yaşayış minimimu haqqında
33. Maddə 1. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki Pros essual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norma larına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etməd ən saxlaya bilər. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycan a qarşı” işi üzrə).
46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı qismən rədd edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, on lara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətin in dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 8 oktyabr tarixli, 2(103)1781/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.