Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2510/2025 08.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda iş üzrə icraata xitam verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqların onun himayəsində saxlanılması və aliment” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)1200/2025 nömrəli, 24 iyun 2025-ci tarixli qə rardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 441/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı (Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “aliment və uşaq” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat miqdarında alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi, xx.xx.2012-ci il tarixində doğulmuş X9 və xx.xx.2014cü il tarixində doğulmuş X5 cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya m əhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il tarixdə doğulmuş X9 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 himayəsinə verilməsi və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat, cəmi, 470 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan cavabdeh ona xəyanət etdiyinə görə ayrılmışlar. Xəyanət hadisəsi ifşa olduqdan sonra cavabdeh uşaqların hər üçünü evdə qoyub xalasigilə getmişdir. O, uşaqları cavabdehin valideynlərinə vermək istəmiş, lakin onlar im tina etmişlər. Bundan sonra cavabdeh onun evdə olmadığı bir vaxtda evə gəlib uşaqları aparmaq istəmiş, Aytac və Aysun onunla getməkdən imtina etmiş, Amir azyaşlı olduğuna görə cavabdeh onu qucağında evdən aparmış və aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar anaları Cavabdeh yanında saxlanılmışdır. Lakin Aytac və Aysun analarının yanında qalmaq istəməmiş, onun yanına gəlmişlər. Həmin vaxtdan uşaqlar onun himayəsində yaşayır və onunla yaşamaq istədiyini bildirirlər. O, bir ata kimi övladının təhsili, tərbiyəsi ilə məşğul olmaq istəyir. Övladları onun yanında daha yaxşı böyüyür və tərbiyə alır. Cavabdeh ayrıldıqları vaxtdan uşaqlarla görüşməmiş, görüşmək istədiyini bildirməmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, X9 və X10 onun himayəsində qalmaq istəyirlər. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. İşə əlavə edilmiş Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən, xx.xx.2012-ci il tarixdə doğulmuş X9 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 ataları İddiaçı himayəsində qalması məqsədə uyğun hesab edilmişdir.
6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixoloji Ekspertiza Mərkəzinin rəylərinə əsasən, xx.xx.2012-ci il tarixdə doğulmuş X9 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 ataları İddiaçı ilə bağlılığını nəzərə alaraq, birgə yaşamalarını uşaqlara müsbət təsir edəcəyi nəticəsinə gəlmişdir
7. Üçüncü şəxs Gədəbəy RİHB-nın nümayən dəsi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gədəbəy RİHB yanında Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə araşdırma aparmış və azyaşlı uşaqlar 10 yaşına çatdıqları üçün onları fikri nəzərə alınaraq, atalarının himayəsində qalmasının məqsədəuyğunluğu barədə rəy vermişdir. Məhkəmə araşdırmasında o, bu rəyin düzgün olduğuna əmin olmuşdur və rəyi müdafiə edir.
8. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-41/2025 nömrəli qətnaməsi (hakim Fizuli Mirzəquliyev) ilə iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə doğulmuş X9 və xx.xx.2014-cü il tarixdə doğulmuş X10 ataları İddiaçı himayəsində saxlanılmaları qət edilmişdir.
9. Məhkəmə ekspert rəylərinə istinad edərək belə nəticəyə gəlmişdir ki, azyaşlı uşaq lar xx.xx.2012-ci il tarixdə doğulmuş X9 və xx.xx.2014-cü il tarixdə doğulmuş X10 ataları İddiaçı himayəsində saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, tərəflərin ailə münasibətlərindən doğulmuş X12 cavabdehin himayəsində olduğundan və iddiaçı cavabdehin gəlirlərinin olması barədə heç bir sübut təqdim etmədiyindən, iddia tələbi aliment hissəsində təmin edilməməlidir. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75 və 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin olunmamış alimentlə bağlı hissəsində ləğv olunmasını, iddianın həmin hissədə də təmin olunmasını xahiş etmişdir.
12. Apel lyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın aliment hissəsində qətnamə qəbul edilərkən nəzərə alınmamışdır ki, tərəflərin birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 artıq 5 ilə yaxın müddətdir ki, iddiaçının yanındadır və həmin müddət ərzində hazırkı iş üzrə cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərməmiş, əksinə birgə nikahlarından olan digər övladları xx.xx.2018-ci il tarixdə X1 üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin iddiaçı tərəfindən ödənilməsi bir neçə gün gecikəndə cavabdeh müxtəlif instansiyalara şikayətlər edərək iddiaçının məsuliyyətə cəlb edilməsini xahiş etmişdir, baxmayaraq ki, tərəflərin birgə nikahından olan 2 uşağa iddiaçı baxır və uşaqla rın hər təminatını qarşılamaq məcburiyyətindədir, uşaqlar isə günügündən böyüyür və ehtiyacları və saxlama xərcləri də artır. Lakin məhkəmə bu halları nəzərə almamış, nəticədə iddianın aliment hissəsində təmin edilməməsi barədə qətnamə qəbul etmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1200/2025 nömrəli, 24 iyun 2025-ci il tarixli qərardadı ilə (hakimlər Mustafa Mustafayev sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev və Rəhman Muradov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-41/2025 saylı qətnaməsi ləğv edilərək, mülki işin icraatına xitam verilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında olan hazırkı mübahisəyə və iddianın əsasına artıq h üquqi qiymət verilmişdir. Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Tərəflər arasında yeni bir əsasın yaranmaması və həmçinin tərəflər arasında münasibətlərdə dəyişikliyin olmaması, belə nəticəyə gəlməyə əsas verir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 2724/2023 saylı qərarı ilə hazırkı iş üzrə uşaqların hansı valideynin yanında qalması məsələsinə hüquqi qiymət verilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kass asiya şikayətinin dəlilləri
16. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edilmişdir. Məhkəmə qərardad qəbul edərkən iş üzrə verilmiş rəyləri və uşaqların ifadələrini nəzərə almayaraq, iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul etmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa.
20. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisə ilə bağlı icraata xitam verərkən düzgün nəticəyə gəlməmişdir.
26. İddia tələbi iddiaçının iki azyaşlı qızının onun yanında saxlanması və cavabdehdən alimentin tutulması barədədir.
27. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verərkən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olmasına istinad etmişdir.
28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, Gədəbəy rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(042)-441/2022 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı “aliment və uşaq” tələbinə dair iddiası qismən təmin edilmiş, 16 iyul 2018-ci il təvəllüdlü X2 üçün hər ay 193 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi, 08 noyabr 2012-ci il təvəllüdlü X6 və 16 aprel 2014-cü il təvəllüdlü X10 adlı uşaqların cavabdehlər İddiaçı alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2(104)-296/2022 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(102)-2724/ 2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, hazırkı mübahisəyə və iddia əsasına artıq məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir və bu barədə qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddur. Tərəflər arasında yeni bir əsasın yaranmaması, həmçinin tərəflər arasındakı münasibətlərdə dəyişikliyin baş verməməsi onu deməyə əsas verir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz.
30. Məhkəmə kollegiyası qeyd edir ki, analoji mübahisələr davam edən münasibətlərdən irəli gəldiyi üçün uşağın kiminlə qalması məsələsinin həll edilməsi barədə məhkəmə qətnaməsinin olması yeni əsaslarla iddia qaldırılmasına mane olmur.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7.8-ci bəndinə görə bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılması zamanı iddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir.
32. Hazırki işdə apellyasiya instansiyası məhkəməsi İddiaçı cavabdeh X4 qarşı hər hansı yeni əsaslar olmadan “uşaqların onun himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ilə Gədəbəy rayon məhkəməsinə müraciə t etməsini qeyd etsə də, məhkəmənin iddiaçının istinad etdiyi əsasların (uşaqların anaya verilməsinə dair icra sənədinin icrasının mümkün olmaması, uşaqların atanın yanında qalmaq istəmələri və s.) yeni olubolmamasına, iddiaçının istinad etdiyi halların qanuni qüvvəyə minmiş məhkəmə aktlarında göstərilən hallarla eynilik təşkil edib-etməməsinə aydınlıq gətirməsi işdən görünmür. Məhkəmə iclas protokolundan da apellyasiya instansiyası məhkəməsinin bu xüsusatda hər hansı araşdırma aparması, xüsusilə əvvəlki məhkəmə qərarının icrasının qeyrimümkünlüyü səbəbindən icra sənədinin geri qaytarılmasına dair iddianın dəlilinə qiymət verilməsi müəyyən edilmir.
33. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddiasının əsasını təşkil edən dəlillərlə əvvəlki mübahisə üzrə etirazının əsası kimi istinad etdiyi dəlillərin (əsasların) yeni və ya eyni olub-olmamasına qiymət vermədiyi üçün iş üzrə icraata xitam verilməsinin əsaslılığını da müəyyən etmək olmur.
34. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin Mülki Prosessual Məcəllənin 261-ci maddəsinə istinadən iş üzrə icraata xitam verilməli olması barədə gəldiyi nəticə əsaslı olmamışdır. Qeyd edildiyi kimi, həmin normaya əsasən iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmənin aktının olması müəyyən edilməlidir. Hazırki işdə isə hal bu müəyyən edilməyib.
35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yeni apel lyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırkı qərardadın ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı qərar qəbul etməlidir.
36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1200/2025 nömrəli, 24 iyun 2025-ci il tarixli qərardadı ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.