Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-164/2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar söz: alimentin tutulması) 17.11.2025 Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, e-2(089)-235/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İddiaçı və Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə rəsm i olaraq nikah bağlanmış, birgə nikahdan 17 oktyabr 2015-ci il təvəllüdlü X3 və 26 may 2021-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Tərəflər hazırda bir evdə yaşasalar da ailə münasibətləri pozulmuş, iddiaçı azyaşlı övladlarının gündəlik qayğısına və saxlanılmasına təkbaşına nəzarət etdiyini, cavabdehin faktiki olaraq uşaqların saxlanmasında iştirak etmədiyini göstərmişdir. Cavabdeh tərəfindən hər hansı etiraz daxil olmamışdır. İddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Elektron Məhkəmə sistemi vasitəsilə cavabdehin sahibkarlıqla məşğul olan fiziki şəxsin işçisi olduğu, iş icraçısı vəzifəsində işlədiyi, 400 manat əməkhaqqı aldığı müəyyən olunmuşdur. Həmçinin elektron məhkəmə sisitemindən cavabdehin mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakın olduğu müə yyən olunmamışdır. İİ. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 17 oktyabr 2015-ci il təvəllüdlü X3 və 26 may 2021-ci il təvəllüdlü X2 adlı övladlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2013-cü ildə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 adlı 2 övladları doğulmuş, bir müddət normal yaşasalar da, sonra xasiyyətləri uyğun gəlməmiş, tez-tez aralarında mübahisələr yaranmış, uzun müddətdir ki, övlad ları üçün ailənin bərpa olunmasına çalışmış, lakin cavabdeh ailənin mehriban olması üçün heç bir addım atmamış, aralarında mübahisə baş vermiş və ona görə faktiki olaraq ayrı yaşayırlar, iddiaçı hər iki uşağı ilə birgə cavabdehdən ayrılmış və qardaşının evində yaşayır, uşaqların saxlanılması hər bir valideynin borcu və vəzifəsidir, o təkbaşına övladlarının saxlanılmasında maddi olaraq əziyyət çəkir, uşaqları daha yaxşı həyat yaşamağa layiqdirlər, övladları ona bağlıdır, o isə bir ana olaraq onların yaxşı yaşaması üçün çalışır, baxmayaraq ki, cavabdeh uşaqları ilə bağlı maraqlanmır, nəinki maddi, mənəvi dəstək belə göstərmir, halbuki o, ata olaraq, övladlarına kömək göstərməlidir.
4. Məhkəmənin e-2(089)-235/2025 saylı iş üzrə 28 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim T.Haqverdiyev) ilə iddianın qismən təmin edilməsi, 17 oktyabr 2015-ci il tarixdə doğulmuş X3 və 26 may 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.45 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi, alimentin tutulmasının Culfa Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-16(089)- 4/2025 nömrəli qərardadı ilə müvəqqəti olaraq müəyyən edilmiş, ödənilmiş və ödənilməmiş aliment məbləği nəzərə alınmaqla 11 iyul 2025-ci il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 63.2 manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbayca n Respublikası Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1, 78.2, 100.2, 110.1, 110.2, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələri, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsi, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndi ilə əsaslandırmışdır. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı Culfa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(089)-235/2025 nömrəli qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilərək, Qasımlı Zeynəb (xx.xx.2015) və Qasımova Fatimə (xx.xx.2021) övladlarının hüquqlarının nəzərə alınmasını xahiş etmişdir.
7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdir ki, uşaqların faktiki saxlanma xərcləri (qida, geyim, tibbi xərclər, bağça/məktəb, nəqliyyat, kommunal, gigiyena, dərman və s.) araşdırılmamış, konkret rəqəmlərlə müəyyən edilməmiş, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsindəki minimum dolanacaq tələbi nəzərə alınmamış, 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat olduğu halda, hər uşaq üçün 180 manat təyin edilməsi minimum təminatdan aşağıdır, cavabdehin maddi və əmək qabiliyyəti barədə sübut toplama istiqamətləri (gəlir mənbələri, bilavasitə və dolayı gəlirlər, daşınar/daşınmaz əmlak, həyat tərzi, xərclər) yetərincə araşdırılmamış, alimentin indeksasiyası qaydasında mislə bağlanması düzgün qoy ulsa da, mislin ölçüsü (0,45) əsassız dərəcədə aşağı seçilmiş, uşaqların əvvəlki təminat səviyyəsi (AM78.2) nəzərə alınmamış, cavabdehin gəliri qeyri-müntəzəmdir, müəyyən deyil deyə sabit məbləğin seçilməsi doğru olsa da, məbləğin həcmi uşaq tələbatını ödəmir, məhkəmə valideynin borcunu formal təsbit etməklə kifayətlənmiş, real tələbatı və borcun faktiki icrasının təminini təmin edəcək məbləği müəyyən etməmiş, misli ilə təyin etmə texniki cəhətdən düzgündür, lakin mislin özü uşaq ehtiyaclarını qarşılamır, 0,62 misli (≈246 AZN) minimum yaşayış təminatına uyğundur, daha aşağısı qanunun məqsədinə ziddir, məhkəmə tərəfindən “0,45 misli” kimi aşağı hədd seçilmiş, bu, əvvəlki təminat səviyyəsini maksimum saxlamaq tələbinə ziddir, qətnamədə niyə məhz 0,45 mislin seçildiyi, niyə 246 manat həddinin altına düşməyə icazə verildiyi aydın əsaslandırılmamış, birinci instansiya məhkəməsi uşaqların saxlanma xərclərinin real məbləğini, onların gündəlik və aylıq tələbatlarını, təhsil, sağlamlıq, qida, geyim və digər zəruri xərcləri araşdırmamış, eyni zamanda, cavabdehin maddi imkanları, gəlir mənbələri və faktiki əmək qabiliyyəti barədə heç bir obyektiv araşdırma aparılmamış, bu halların araşdırılmaması nəticəsində aliment məbləği uşaqların yaşayış minimumundan aşağı (246 manat əvəzinə 180 manat) müəyyən edilmiş, məhkəmə qətnamədə cavabdehin gəlir və imkanlarının məhdud olduğunu əsas kimi qəbul etmiş, lakin bu nəticəni heç bir sübutla təsdiq etməmiş, cavabdehin qazancının olmaması və ya az olması barədə hər hansı sənəd, rəsmi arayış və ya etibarlı sübut iş materiallarına daxil edilməmiş, cav abdehin maddi imkanları və əmlak vəziyyəti barədə məlumatlar toplanmamış, nəticədə, uşaqlar üçün aliment məbləği qeyri-mötəbər və sübutsuz dəyərləndirmə əsasında aşağı müəyyən edilmiş, qətnamədə hər bir uşağın saxlanması üçün 180 manat kifayət etdiyi göstərilmiş, bu nəticə işin real hallarına uyğun gəlmir, çünki Azərbaycan Respublikasında 2025-ci il üçün uşaqlar üzrə yaşayış minimumu 246 manat məbləğində təsdiqlənmiş, bu fakt iş materiallarında da öz əksini tapmış, buna baxmayaraq, məhkəmə uşağın yaşayış minimumunu deyil, daha aşağı həddi əsas götürmüş, beləliklə, qətnamənin nəticəsi faktlarla ziddiyyət təşkil edir və uşaqların hüquqlarını təmin etmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
9. İddiaçı və cavabdeh məhkəm ə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, iddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün saymışdır. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Konstitusiyası
10. Maddə
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. b) Azərbaycan Respublikası Ailə Məcəlləsi
11. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olar aq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
15. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
16. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
17. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edili r. c) Uşaq hüquqları haqqında BMT Konvensiyası
18. Maddə 27 (2-ci hissə). Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. d) “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
19. Maddə
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. e) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi
20. Uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən q anunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. (Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı) f) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyi
21. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndi)
22. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. (Azərbaycan Respubl ikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli 15 nömrəli qərarı ilə 28 mart 2016-cı il tarixli Qərara əlavə edilmiş 8.4-1-ci yarımbənd). g) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 234.2.1. Şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
28. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. V. Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə ləndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətində iddiaçı qətnamənin tam mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. ləğv edilməsini Vİ. Məhkəmə kollegiyasının mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə mübahisənin faktiki halları, tərəflərin maddi vəziyyə ti, uşaqların maraqları və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
33. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi birinci instansiya məhkəməsinin uşaqların saxlanma xərclərinin real məbləğini, onların gündəlik və aylıq tələbatlarını, təhsil, sağlamlıq, qida, geyim və digər zəruri xərcləri, eyni zamanda, cavabdehin maddi imkanları, gəlir mənbələri və faktiki əmək qabiliyyəti barədə heç bir obyektiv araşdırmanın aparılmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin rəsmi gəlirlərinin 400 manat olması, eləcə də elektron məhkəmə sistemi və iş materialları ilə daşınar və daşınmaz əmlakının olmaması müəyyən edilir. İddiaçı isə cavabdehin əlavə qazancının (gəlirinin) olması barədə (cavabdehin qeyri-rəsmi gəlirləri, alternativ gəlir mənbələri) heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Məhkəmə kollegiyası idiaçının apellyasiya şikayətində göstərdiyi alimentin 0.45 misli kimi aşağı həddə seçilməsi ilə əlaqədar dəlilinə münasibətdə qeyd edir ki, mislin konkret olaraq 0.45 həddində müəyyən edilməsi cavabdehin real və sübut olunmuş gəlirlərinə və uşaqların əvvəlki təminat səviyyəsinə uyğundur. İddiaçının təklif etdiyi 0.62 misli yalnız subyektiv tələbdir, onun obyektiv cəhətdən iqtisadi və hüquqi əsaslandırması iş materiallarında yoxdur.
35. İddiaçı apellyasiya şikayətində göstərir ki, 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu 246 manat təşkil edir və buna görə də hər bir uşaq üçün aliment məbləği nin bu həddən aşağı müəyyən olunması qanunsuzdur. Məhkəmə kollegiyası iddiaçının bu dəlilinə münasibətdə qeyd edir ki, yaşayış minimumu ölkədə sosial-iqtisadi vəziyyəti müəyyənləşdirmək üçün istifadə olunur. Aliment məbləği isə Ailə Məcəlləsi ilə tənzimlənir və həmin Məcəllədə alimentin “yaşayış minimumu qədər və ya ondan aşağı olmaması” barədə heç bir norma yoxdur. Məhkəmələr həmin məbləği digər işin halları ilə birlikdə qiymətləndirici kriteriya kimi nəzərə alır. Aliment məbləği hər iş üzrə fərdi olaraq valideynlərin maddi və ailə vəziyyətindən, uşağın tələbatından asılı olaraq müəyyən edilir. (Ailə Məcəlləsi 78.2)
36. Ailə Məcəlləsinə əsasən uşağın saxlanması hər iki valideynin birgə borcudur. Yaşayış minimumu isə ümumi həyat səviyyəsinin göstəricisi olmaqla yalnız bir tərəfin üzərinə t am şəkildə qoyula bilməz.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icrası mümkün olan, həm uşaqların tələbatına, həm də cavabdehin imkanlarına uyğun aliment müəyyən etmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 28 avqust 2025-ci il taarixli, e-2(089)-235/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Mehman Allahverdiyev, Zamiq Əliyev