Məhkəmə qərarları › İş №2(108)-190/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-190/2025

24.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-190/2025 24.12.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbi (Açar sözlər: tərəflərin birgə nikahından olan uşağın saxlanılması üçün alimentin təyin edilməsi, cavabdehin (atanın) əlil və işsiz olmasının onun uşağını saxlamaq vəzifəsindən azad etməməsi ) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi ), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(079)-559/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən v erilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı

1. İddiaçı “13” avqust 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahından olan 14 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 246 (iki yüz qırx altı) manat məbləğində alimentin 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunub, sonrakı artımlar nəzərə alınmaqla tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-2).

2. Babək Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(079)-559/2025 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Günay İsmayıl) i ddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından olan 14 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün “13” avqust 2025-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 (sıfır tam, yüzdə qırx beş) misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdi (iş vərəqə 61-66). b) Məhkəmə aktından verilən apellyasiya şikayəti

3. Cavabdeh 30 oktyabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(079)-559/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yekun qərar q əbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 75-78).

4. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “02” dekabr 2025-ci ildə daxil olmuşdur. c) Apellyasiya şikayətinin əsaslandırılması

5. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı bir sıra halların ədalət mühakiməsi icraatının prinsipləri ilə uzlaşmadığını hesab etdiyindən həmin halları təfsilatı ilə bildirməyi məqsədəmüvafiq hesab edir.

6. Qeyd edir ki, məhkəmənin təyin etdiyi 180 (bir yüz səksən) manat alimenti qarşılaya bilmir. Onun aylıq qazancı yoxdur. Hal-hazırda heç bir yerdə işləmir. Belə olan halda da 180 (bir yüz səksən) manat onun üçün çox böyük bir məbləğdir. Eyni zamanda o, anası ilə birgə yaşayır. Hazırda 180 (bir yüz səksən) manat aliment ödəməyə imkanı çatmır. O, bir valideyn kimi öz borcunun nədən ibarət olduğunu bilir. Bundan sonra da övladının təlim-tərbiyəsi və təhsili ilə maraqlanacaq, lazım gələn dəstəyi əsirgəməyəcək. Lakin Babək Rayon Məhkəməsi işin faktiki hallarını nəzərə almayaraq, kəsdiyi 180 (bir yüz səksən) manat məbləğində alimenti ödəyə bilməyəcək. Həmçinin özü 3-cü dərəcəli əlildir. Sosial müavinət olaraq 180 (bir yüz səksən) manat ödəniş alır. Əlavə heç bir qazanc yeri yoxdur. Aldığı pulu da aliment üçün ödədiyi zaman dolanışığı çətinləşir. Ona görə məhkəmədən ona köməklik göstərməsini xahiş edir. Gələcəkdə maddi durumu yaxşılaşarsa, o özü verdiyi alimentin miqdarını artıracaqdır.

7. Şikayət edən apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respubl ikası Ailə Məcəlləsinin 107.2-ci və 112.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair norma bildirməmişdir. İİ. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Apellyasiya şikayətinə baxılmasında iştirak və işdə iştirak edən şəxslərin verdiyi izahatlar.

9. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında bildirmişdi ki, uşaq olduqdan sonra iddiaçı evdən getmişdir. Ondan nəyə görə getdiyini soruşduqda o, uşağının olması üçün onunla evləndiyini, ondan boşanaraq aliment alacağını demişdi.

10. Apellyasiya şikayəti verən şəxs ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, iddiaçı ilə boşanmayıb, ayrı yaşayır. İddiaçı öz anasının evində yaşayır. Ayrı qaldıqları müddət ərzində uşağı görmək üçün getdiyi zaman ona şərait yaratmadıqlarına görə uşağın saxlanılması üçün heç bir köməklik etməyib. Evlənən zaman da özü əlilliyə görə pensiya alırdı. Pensiyasından əlavə heç bir gəliri yoxdur, heç bir işlə məşğul olmur, təsərrüfatı yoxdur. Anası pensiya alır, lakin dəqiq miqdarını bilmir. Özü təqribən 150 manat pensiya alır. Bir aydır ki, aliment verir və o pensiyasından tam həcmdə tutulub. Övladı xəstəxanada dünyaya gəlib, daha sonra onu öz evinə gətirib. Uşaq doğulana qədər iddiaçı onlarla birlikdə evdə yaşayıb. Özü boşanmaq istəmir, aliment də verməyəcək. Əmək fəaliyyəti ilə məşğul olacağı heç bir iş yoxdur. Əvvəllər də evli olub və həmin evlilikdən bir övladı vardır, onun da saxlanılması üçün hər ay 50 manat aliment verib, hal-hazırda isə uşaq özü ilə yaşadığından aliment vermir.

11. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən İddiaçı verdiyi izahatında bildirmişdi ki, cavabdehin mal-qarası və torpaqları vardır, eyni zamanda o, işləyir. Atası il yarımdır ki, rəhmətə gedib və anasından başqa heç kimi yoxdur. Övladı ana südü yemədiyindən, qarşı tərəf hazır yemək almaq məcburiyyətində qalıb, eyni zamanda pampers məsələsinə görə də aralarında mübahisə olub. Halbuki, öz valideynləri də həmin ərzaqları alıblar.

12. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən İddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, qarşı tərəf onu yemək məsələ sinə görə evdən qovub. Cavabdeh övladına sahib çıxmadığı üçün atasının evinə qayıdıb. Özü hamilə qaldıqdan sonra qarşı tərəf onu anasının evinə göndərib, uşaq doğulduqdan sonra isə onu öz evlərinə aparıb. Qarşı tərəf evin isinməsi üçün sobanı yandırmırdı. Öz anası icra nümayəndəliyində işləyir və təqribən 300 manata yaxın maaş alır. Cavabdehlə birlikdə yaşadığı müddətdə o, fəhləliklə məşğul olub, onun həyətində 2 baş balalı mal-qarası var, kiçik baş heyvanı yoxdur. Cavabdehin öz adına torpağı olsa da, onun nə əkdiyini bilmir. Cavabdeh uşaqla bağlı bir dəfə 127 manat aliment ödəyib. Övladının 5 yaşı var və məktəbəqədər hazırlığa gedir. Övladı 6 aylıq olan vaxtdan anasının evində yaşayır və qarşı tərəfdən heç kim ona maddi olaraq yardım göstərməyib. Özü işləmir, heç bir sosial yardım almır, əvvəllər torpağı olsa da satılmışdı. İV. İşin halları:

13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: 14. - Culfa rayonu, Saltaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, 12 mart 2020-ci il tarixli, AZ-İİ seriyalı, 215104 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh ilə X3 arasında nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını - “Heydərova” soyadını seçməsi (iş vərəqə 03); 15. - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli, AZ-V seriy alı, 212585 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından 14 oktyabr 2020-ci il tarixdə X4 adlı uşağın dünyaya gəlməsi aydın olur (iş vərəqə 04). V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin on lardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin M əcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Babək Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(079)-559/2025 nömrəli qətnaməsini yalnız Cavabdeh mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının cavabdeh tərəfdən mübahisələndirilən hissəsi təşkil edir. Cavabdeh verdiyi apellyasiya şikayətindən aydın olur ki, o, sözügedən qətnaməni tam mübahisələndirir.

19. Cavabdehin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən, hə min qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır. Vİ. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Konstitusiyasının: 20. -17-ci maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 21. -34-cü İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur; b) “Uşaq hüquqları haqqında” Konvensiyanın: 22. -7-ci maddəsinin birinci bəndi və 9-cu maddənin 3-cü bəndinin tələbinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. İştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyir, amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir; 23. -18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsa s məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir; 24. -27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. c) Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25. - 1.2-ci maddəsinə görə Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir; 26. - 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar; 27. - 49.2-ci və 49.3-cü maddələri ilə müəyyən edilir ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir; 28. - 56.1 və 56.2-ci maddələrinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlar yetkinlik yaşına çatdıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir; 29. - 58.2-ci maddəsində qeyd edilir ki, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə mə suliyyət daşıyırlar; 30. - 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 31. - 75.4-cü maddənin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 32. - 78.1-ci maddəsi ilə müəyyən edilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyə n hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 33. - 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 34. - 99-cu maddəsində qeyd edilir ki, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13–16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər; 35. -100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. ç) “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 36. - 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir; 37. - 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır; 38. - 11-ci maddəsində göstərilir ki, hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. d) Azərbaycan Respublikası Mülki-Pros essual Məcəlləsinin: 39. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; 40. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 41. -9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 42. -76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir; 43. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 44. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkə mə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 45. -392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. e) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aktı:

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Vİİ. Apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və onun həllinə dair mövqeyi apellyasiya şikayətini

47. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunv ericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur.

48. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində.

49. Kollegiya cavabdehin verdiyi apellyasiya şikayətinin dəlillərinə hüquqi münasibət bildirməzdən öncə qeyd edir ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir.

50. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən kollegiya onun nəzərinə çatdırır ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmasını tələb edir.

51. Ailə qanunvericiliyinin yuxarıda da qeyd edilən normasından görünür ki, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar.

52. Uşağın yaşının artdıqca tələbatlarının artmasını, azyaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan kollegiya belə hesab edir ki, uşağın yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşağa münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və bərabərlik prinsipinə ziddir.

53. Apellyasiya şikayətinin dəlillərinin hüquqi həllinə gəldikdə isə işin mübahisəsiz hallarından müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında 2020-ci ildə nikah bağlanmış və onların birgə nikahından hazırda beş yaşı olan bir uşaq var. Həmçinin iddia ərizəsinin, apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin izahatlarının mahiyyətindən tərəflərin ayrı yaşaması, onlar arasında bağlanmış nikahın pozulmaması, birgə nikahından olan uşağın-X2 anası (iddiaçı) ilə birlikdə yaşaması aydın olur. İddiaçı cavabdehin birgə nikahından olan uşağın saxlanılmasında iştirak etmədiyini bildirərək ona qarşı sabit pul məbləğində alim ent tələbi ilə Babək Rayon Məhkəməsinə müraciət etmişdi. Həmin məhkəmənin 13 oktyabr 2025-ci il tarixli, 2(079)-559/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də cavabdeh bu məhkəmə aktı ilə razılaşmamışdı.

54. Məhkəmə kollegiyası işin materialları ilə tanış olub, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslığının yoxlanılması ilə bağlı aşağıdakıları qeyd edir.

55. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlərin ayrı yaşaması, nikahın pozulması və ya pozulmaması, işsiz olması onları uşaqları saxlamaq vəzifəsindən azad etmir.

56. Hazırkı işdə uşaq - X4 anası ilə birl ikdə yaşayır və onun gündəlik qayğısı, tərbiyəsi bilavasitə ana tərəfindən həyata keçirilir. Bu halda, atanın (cavabdehin) üzərinə düşən əsas vəzifə uşağının maddi təminatında iştirak etməkdir. Kollegiya qeyd edir ki, aliment öhdəliyi valideynin istəyindən asılı olmayan, qanunla müəyyən edilmiş imperativ vəzifədir. Apellyasiya şikayətində Cavabdeh 3-cü qrup əlil olduğunu, işləmədiyini və yalnız 180 manat sosial müavinət aldığını əsas gətirərək alimentin ödənilməsinin mümkün olmadığını bildirsə də, kollegiya bu dəlili qətnamənin ləğvi üçün əsas hesab etmir.

57. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşd irir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 58. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplan ması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

59. Qanunvericiliyə və tibbi-sosial ekspertiza meyarlarına əsasən, 3-cü qrup əlillik şəxsin əmək qabiliyyətini tam itirməsi anlamına gəlmir. Bu dərəcəli əlilliyi olan şəxslər, səhhətlərinə uyğun olan daha yüngül iş rejimlərində və ya xüsusi yaradılmış şəraitdə əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Cavabdeh məhkəməyə əmək qabiliyyətinin tam itirilməsini təsdiq edən sübut təqdim etməmişdir. Valideynin əlil olması onu uşağı saxlamaq vəzifəsindən azad etmir. Qanunvericilik yalnız maddi və ailə vəziyyəti nəzərə alınmaqla alimentin miqdarının müəyyən edilməsində fərqli yanaşmanı nəzərdə tutur, lakin tamamilə imtina edilməsini (iddianın rədd edilməsini) istisna edir.

60. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, aliment verməyə borclu olan valideynin qazancı yoxdursa və ya qeyri-müntəzəmdirsə, məhkəmə alimentin miqdarını sabit pul məbləğində müəyyən edir. Birinci instansiya məhkəməsi cavabdehin işləməməsini və sabit gəlirinin yalnız müavinətdən ibarət olmasını nəzərə alaraq, alimenti düzgün olaraq sabit pul məbləğində müəyyən etmişdir. Təyin edilmiş məbləğ (ölkə üzrə minimum əmək haqqının 0.45 misli) cavabdehin maddi vəziyyəti ilə yanaşı, "Uşaq hüquqları haqqında" Qanunun və Konstitusiya Məhkəməsinin müvafiq qərarının tələblərinə uyğun olaraq uşağın minimum dolanacaq xərclərini təmin etmək zərurətindən irəli gəlmişdir. Böyüməkdə olan 14 oktyabr 2020-ci il təvəllüdlü X2 qida, geyim, sağlamlıq və digər zəruri ehtiyaclarını nəzərə aldıqda, təyin olunmuş məbləğ ağlabatan və ədalətlidir. Alimentin ləğv edilməsi isə uş ağın konstitusiya ilə qorunan yaşayış və inkişaf hüququnun, həmçinin uşağın hüquqlarının təmin edilməsinə münasibətdə valideynlərin bərabər məsuliyyət daşıması prinsipinin pozulmasına gətirib çıxarar.

61. Cavabdehin işsiz olması faktı subyektiv xarakter daşıyır və o, bir valideyn kimi uşağının maddi ehtiyaclarını qarşılamaq üçün gəlir gətirən fəaliyyətlə məşğul olmaq üçün bütün mümkün səyləri göstərməlidir. İşsizlik valideynlik borcunun icrasını dayandıran və ya ləğv edən hüquqi fakt kimi qəbul edilə bilməz. Həmçinin tərəflərin izahatlarından görünür ki, onlar uzun müddətdir ayrı yaşayır və cavabdeh bu müddət ərzində övladının saxlanılmasında ümumiyyətlə iştirak etməyib. Cavabdeh bunu iddiaçının onu uşağı görməsinə imkan verməməsi ilə əsaslandırdığından, kollegiya cavabdehin nəzərinə çatdı rır ki, onun övladı ilə görüşə bilməməsi valideynlik vəzifəsindən azad etmir.

62. İşə baxan birinci instansiya məhkəməsi alimentin tutulmalı olduğu vaxtı və onun indeksasiya olunması ilə bağlı normaları düzgün tətbiq etdiyindən, yuxarıda göstərilən hüquq normalarını, uşaq barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onu saxlayan valideynin üzərinə düşməsini, uşağın yaşını, buna uyğun olaraq ehtiyacını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh Babək Rayon Məhkəməsini n 13 oktyabr 2025-ci il tarixli, 2(079)-559/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassızdır.

63. Qeyd edilənlərə əsaslanmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyil.

64. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində mü əyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsi ndə baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

65. Bundan başqa Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

66. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işd ə iştirak edən şəxslərə aid edilir.

67. Hazırkı iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayəti əsaslı olmadığından kollegiya bildirir ki, onun tərəfindən şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu qanunvericiliyin tələbinə görə cavabdehin özünə aid edilir. Lakin kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə müvafiq olaraq, iddianın qiyməti aliment haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddia (12x(246x1)=2952) üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı 49.52 (qırx doqquz manat, əlli iki qəpik) manat təşkil edir. 68. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsində apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun miqdarı həmin Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi təşkil etməsi qeyd edilmişdi.

69. Bu göstərilənlər onu deməyə imkan verir ki, Cavabdeh Babək Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(079)-559/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi ilə bağlı ödəməli olduğu dövlət rüsumu 24.76 (iyirmi dörd manat, yetmiş altı qəpik) manat olmalıdır.

70. Apellyasiya şikayətinə əlavə edilmiş 30 oktyabr 2025-ci il tarixli, ********** nömrəli qəbzdən aydın olur ki, cavabdehin ödədiyi dövlət rüsumu 50 (əlli) manat təşkil edir. Yəni o, 25.24 (iyirmi beş manat, iyirmi dörd qəpik) manat məbləğində artıq rüs um ödəmişdi.

71. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə görə Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır.

72. Qeyd edilənləri nəzərə alaraq kollegiya bildirir ki, Babək Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(079)-559/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı vasitəsi ilə 30 oktyabr 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumunun artıq ödənilmiş 25.24 (iyirmi beş manat, iyirmi dörd qəpik) manat məbləği ona geri qaytarılmalıdır.

73. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 74. - Cavabdeh Babək Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(079)559/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli; 75. - Babək Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(079)-559/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı; 76. - apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı vasitəsi ilə 30 oktyabr 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumunun artıq ödənilmiş 25.24 (iyirmi beş manat, iyirmi dörd qəpik) manat məbləği ona geri qaytarılmalı, qalan hissəsi isə onun özünə aid edilməlidir.

77. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

78. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Vİİİ. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə qətetdi: Cavabdeh Babək Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(079)-559/2025 nömrəli qətnaməsindən verdiyi apellya siya şikayəti əsassız olduğundan təmin edilməsin. Babək Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(079)-559/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı vasitəsi ilə 30 oktyabr 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumunun artıq ödənilmiş 25.24 (iyirmi beş manat, iyirmi dörd qəpik) manat məbləği ona geri qaytarılsın. Apellyasiya şikayəti verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun qalan hissəsi onun özünə aid edilsin. Qətnamənin mübahisələndirilən hissəsi üzrə iddianın qiyməti beş min manatdan az olduğundan ondan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar