Məhkəmə qərarları › İş №2(1-8)-113/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-113/2026

19.02.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-113/2026 19.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi cəlb edilməklə) qarşı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: “maneənin aradan qaldırılması”; Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb) ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi cəlb edilməklə) “ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1621/2025 nömrəli, 8 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tər əfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 17 mart 1994-cü il tarixli aktına əsasən, Xanlar rayon Hacıməlik qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi Xanlar rayon XDS İK-nin Rəyasət heyətinin 16 mart 1994-cü il tarixli 3 saylı qərarı ilə həmin tarixdə 11 nömrəli Rayonlararası Təmir tikinti “Dizayn” trestinin işçisi X10 verilmişdir.

2. X12 20 noyabr 1997-ci il tarixdə “qaraciyərin serrozu” səbəbindən ölmüşdür.

3. Xanlar rayonu, Hacıməlik qəsəbəsi, Dizayn tresti ərazisində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71,5 kv.m yaşayış, 15,5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına (qeydiyyat nömrəsi və tarixi: 150604302, xx.xx.2006) adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 105 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən **********45-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı notariat ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə ünvanlanmış 514 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1997-ci ildə vəfat etmiş atası X5 miras qalmış Xanlar rayonu, Hacıməlik qəsəbəsi, Dizayn tresti ərazisində yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almağı üçün Gəncə şəhər 6 saylı notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən İddiaçı mərhum X6 birinci növbədə vərəsəsidir. Lakin İddiaçı həmin miras əmlakın hüquq müəyyənedici sənədlərini təqdim etməmişdir. Belə olan halda notarius vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmir. Odur ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X6 adına Xanlar rayonu, Hacıməlik qəsəbəsi, Dizayn tresti ərazisində yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşay ış evinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayış verilməsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********92 nömrəli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, X7 Göygöl rayonu, Hacıməlik qəsəbəsi, Dizayn tresti ərazisində 0.06 ha torpaq sahəsində yerləşən 71,5 kv.m yaşayış sahəsi, 15,5 kv.m köməkçi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinə xx.xx.2006-cı il tarixli seriya MH № 0004475, **********45-10301 reyestr nömrəli,150604302 qeydiyyat nömrəli çıxarış verilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-43/202 2 saylı qətnaməsinə əsasən X4 adına verilmiş seriya MH № 0004475, ********* qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilmişdir. Məhkəmə qətnaməsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən icra olunmuş, X7 Göygöl rayonu, Hacıməlik qəsəbəsi, Dizayn tresti ərazisində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2006-cı il tarixli seriya MH № 0004475, **********45-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Bildirilir ki, göstərilən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi hazırda heç kimin adına qeydiyyatdan keçməmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-H-003739/2024 nömrəli iddiaçıya cavab məktubunda qeyd edilmişdir ki, Göygöl rayonu, Hacıməlik kəndi ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilməsi üçün mütəxəssislər tərəfindən əraziyə gedilmiş, lakin digər vətəndaş tərəfindən torpaq sahəsi üzərində ölçü işlərinin aparılmasında mübahisə halı yarandığından torpaq sahəsinin yerində göstərilməsi mümkün olmamışdır.

7. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 M-667 nömrəli, 01 iyun 2024cü il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, ünvan 2 ünvanı Birliyin balansına aid deyil. Sorğu ilə bağlı Ərazi üzrə İcra nümayəndəliyinə müraciət edilməsi tövsiyyə olunmuşdur.

8. Gəncə Apellyasiya Məhkəməsinin vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, X4 cavabdeh Xanlar rayon Torpaq şöbəsinə qarş ı torpaqdan istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 sentyabr 2021-ci il tarixli, 2(104)-1990/2021 nömrəli qətnaməsindən iddiaçı X11 tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

9. İddiaçı X11 cavabdeh Xanlar rayon Torpaq şöbəsinə qarşı iddia ərizəsi ilə 13 iyun 2006-cı il tarixdə Xanlar (indiki Göygöl) Rayon Məhkəməsinə müraciət edərək, 20 noyabr 1997-ci ildə ölmüş X16 adlı şəxsin torpaqdan istifadə hüququna xitam verilməsi, 0,06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində onun tərəfindən inşa edilmiş yarımçıq tikilinin istifadə, sahiblik, sərəncam vermək hüququnun müəyyən edilməsi barədə qətnamə qəbu l olunmasını xahiş etmiş, Xanlar Rayon Məhkəməsinin 2-68/2006 nömrəli, 07 iyun 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Xanlar rayonunun Hacıməlik kəndində yerləşən 0,06 hektar torpaq sahəsinin sahibi mərhum X12 öldüyünə görə torpaqdan istifadə hüququna xitam verilməsi, həmin 0,06 hektar torpaq sahəsinin və yarımçıq tikilinin istifadə, sahiblik, sərəncam vermək hüququnun iddiaçıya verilməsi qət edilmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1990/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs X6 hüquqi varisi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

11. Azərbayca n Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı X4 cavabdeh Xanlar rayon Torpaq şöbəsinə (maraqlı şəxs X12) qarşı “torpaq sahəsi üzərində hüquqların müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1990/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Lətifə Quliyeva (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1990/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Göygöl Rayon Məhkəməsinin 2(060)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı MH seriyalı, ********* qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh X4 adına tərtib edilmiş 02 dekabr 2006-cı il tarixli, MH seriyalı, ********* qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/22431/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına istinadən sözügedən daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədlər aşkar edilməmişdir. Bu səbəbdən əmlakın yeni qaydalarla ünvanını təyin etmək mümkün olmamışdır.

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanınd a Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/22452/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarında torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər aşkar edilməmişdir. İddiaçının iştrakı ilə sözügedən torpaq səhəsinə yerində baxışı keçirildi və məlum oldu ki, torpaq sahəsi Gəncə şəhəri, Cümhuriyyət prospektində yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

15. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xanlar rayon X14 Rəyasət Heyətinin 16 mart 1994-cü il tarixli, 03 saylı qərarı ilə mərhum atası X10 verilmiş və hazırda Gəncə şəhəri Cumhuriyyə t küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin ölçmə işlərinin aparılması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar rayon X14 Rəyasət Heyətinin 16 mart 1994-cü il tarixli, 03 saylı qərarına əsasən 11 nömrəli rayonlararası Təmir tikinti “Dizayn” trestinin torpaq sahəsindən trestdə işləyən 50 nəfər fəhlə və qulluqçulara hər nəfərə 0.06 ha olmaqla kollektiv bağçılıq üçün torpaq sahəsi verilib. Mərhum atası X12 da qeyd olunan 11 nömrəli rayonlararası Təmir tikinti “Dizayn” trestinin işçisi olduğu üçün həmin qərar la ona da 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi mərhum atasına verildikdən sonra 3 il həmin torpaq sahəsini atası əkib becərmişdir. Atası Teyyub 20 noyabr 1997-ci il tarixdə vəfat etmişdir. Atası vəfat edəndən sonra hazırki cavabdehin qohumu X1 Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 07 iyun 2006-cı il tarixli qanunsuz qətnaməsinə əsasən atasının qeyd olunan torpaqdan istifadə hüququna xitam verilmiş, həmin torpaq sahəsinə cavabdehin istifadə, sahiblik və sərəncam vermək hüququ tanınmışdır. Həmin qətnamə əsasında da cavabdeh 02 dekabr 2006-cı il tarixli, MH seriyalı, ********* qeydiyyat nömrəli çıxarış almışdır. Qeyd olunan çıxarışın ləğvi ilə bağlı Göygöl Rayon Məhkəməsində iddia qaldırmışdır, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066) -43/2022 saylı qətnaməsinə əsasən Lətifə Quliyevanın adına işlənmiş MH seriyalı, ********* qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilmiş və həmin qətnamə əsasında da çıxarış ləğv edilmişdir. Mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi əvvəllər Göygöl rayon Hacıməlik qəsəbəsinin ərazisi olub, sonradan həmin ərazi Gəncə şəhərinə verilib və hazırda da Gəncə şəhərinin ərazisi olmaqla Gəncə şəhəri, “Avtozavod” ətrafında olmaqla Cümhuriyyət küçəsində yerləşir və həmin ünvanda cavabdeh yaşayır. Hazırda o torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, torpaq sahəsinin yerində ölçülərək çıxarış verilməsi üçün mütəxəssislər gəlmiş, lakin cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına maneçilik törədilir. Göründüyü kimi, cavabdehin iddiaçının qanuni mülkiyyətində olan mülkdən istifadə etməyə maneçilik törətməsi onu mülkiyyət hüququndan məhrum edir.

17. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilən ünvanda yerləşən torpaq sahəsi və orada tikilmiş ev onun qohumu X4 şəxsi mülkiyyətində olmuşdur. Göygöl Rayon Məhkəməsinin 2006-cı il tarixli qətnaməsinə əsasən torpaq sahəsinə dair onun adına çıxarış verilmişdir. Onun ailəsi məlum hadisələr vaxtı Cəbrayıl rayonundan məcburi köçkün kimi həmin ünvanda məskunlaşaraq Quliyeva Lətifənin ailəsi ilə birlikdə yaşamışlar. Gəncə Apellyasiya Məhkəməsinin 03 sentyabr 2021ci il tarixli, 2(104)-1990/2021 nömrəli qətnaməsi ilə məhkəmənin həmin qətnaməsi ləğv edilmişdir. Göygöl Rayon Məhkəməsi Apellyasiya Məhkəməsi nin qətnaməsinə əsaslanaraq xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Quliyeva Lətifənin adına olan çıxarışı etibarsız hesab etmişdir. Bu məhkəmələrin heç biri barədə mülkiyyətçinin və onunla birlikdə yaşayan onun ailəsinin xəbəri olmamışdır. X17 Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi tələbi ilə Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. İddiaçı Teyyub oğlu iddia ərizəsində X8 da cavabdeh kimi göstərməli idi. O, X4 tapşırığı ilə hərəkət etmişdir.

18. Cavabdeh məhkəməyə bir daha ərizə ünvanlayaraq bildirmişdir ki, həmin iddia əsassız və qanunsuz olmasına görə rədd edilməlidir. Qeyd edilən ünvanda onun ailəsi və ondan başqa beş ailə yaşayır. Onlar həmin ünvanda torpaq sahəsini 2000-ci ildə Hacı Məlik kənd Bələdiyyə sədri Alimdən 800 dollara almışlar, hazırda da ev tikib yaşayırl ar. 2005-ci ildə Bəxtiyar adlı şəxs gəlib ona bildirmişdir ki, “mən Teyyubun oğluyam, bu torpaq da bizimkidir”. O Bəxtiyara bildirmişdir ki, torpaq sahəsini kənd bələdiyyəsindən almışdır. Bəxtiyar da ondan Göygöl rayon prokuroruna şikayət etmişdir. O prokurorluğa çağırılmış, o da vəziyəti olduğu kimi prokurora danışmışdır. Prokuror Alimi, Bəxtiyarı və onu çağırmış, müstəntiq Fikrətin yanında olmuşlar. Fikrətin məsləhəti ilə razılaşmışlar ki, Bəxtiyarı Alim razı salmalıdı, yəni Bəxtiyarın tələbi yerinə yetirməlidir, onun isə sənədlərini verməlidir. Beləliklə üçü də razılaşaraq ordan çıxmışlar. Səhəri gün Alim onların məskunlaşdığı yataqxanaya gəlib ona demişdir ki, “xeyli ziyana düşdüm, sən təzədən 300 dollar da ver”. O da məcbur qalıb qonşulardan borc alıb vermişdir. Aradan iki ay keçmişdi r ki, Alimlə yolda rastlaşmış və ondan torpağın sənədini istəmişdir. O da demişdir ki, sənədlər maşındadır və hazırdır. Ondan əlavə sənədləşmə üçün 2000 ABŞ dolları pul istəmişdir. O da razılaşmayıb səhəri gün rayon prokurorunun yanına gedib vəziyyəti ona danışmışdır. O da baş müstəntiqi çağırıb işi ona həvalə etmişdir. Müstəntiq də Alimi çağırıb və onu etdiyi hərəkətə görə danlamışdır. Onu da “Qəbələ İdarəsinə” rəisin yanına göndərmişdir. Həmçinin rəisə zəng edib rəisdən soruşmuşdur ki, “Alimlə Bəxtiyara verdiyin sənədin əsası varmı?” O isə bildirmişdir ki, “heç bir əsası yoxdur, adi texniki sənəddir”. Prokurorluqda toplanmış sənədlər məhkəməyə göndərilmiş, məhkəmədə də xeyli şahidlər dindirilmiş, o cümlədən qonşular və tikintidə iştirak edən bütün ustalar məhkəmədə ifadə vermişlər. Onun əsasında məhkəmə qətnaməsi çıxarılmış və həmin torpaq sahəsində tikilmiş evə çıxarış verilmişdir. 2006-cı ildə evə dair çıxarış almış və yaşamışlar. 2024-cü ildə Zaur adlı bir nəfər onların evinə gələrək bildirmişdir ki, ilkin sənədlə torpaq sahəsi Teyyubun oğlu Bəxtiyar tərəfindən ona satılmışdır. Zaur adlı şəxsin göstərdiyi ilkin sənədi Alim onlara da göstərmişdir. Zaur adlı şəxs getdikdən sonra Teyyubun ikinci oğlu Üzeir, Zaur və Əmlak komitəsinin əməkdaşı birbaşa onların evinə gəlmişdir ki, “bizi həyət burax, gedək, həyətdə ölçü aparaq”. O isə həmin şəxsləri həyətə buraxmamışdır. Onlar təkrar xeyirlərinə çıxarılmış qətnamədən apellyasiya şikayəti vermişlər, maraqlı şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Üzeir və onun nümayəndəsi Gəncə Şəhər Məhkəməsində iddi a qaldıraraq məhkəməyə müraciət ediblər. O həmin şəxsləri həyətə buraxmadığı üçün iddia qaldırıblar. Qaldırılan iddia əsassız və qanunsuzdur. Gəncə Apellyasiya Məhkəməsi qanuna zidd hərəkət edərək, 03 sentyabr 2021-ci il tarixli, 2(104)1990/2021 saylı qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin 2006-cı il tarixli 2-68/2006 saylı qətnaməsini ləğv etmişdir. Qaçqınlıq həyatı çox çətindir. Gəncə şəhərindəki yataqxanaya yerləşdiriləndə çox müsibətlər yaşamışlar. Ona görə Cəbrayıldan gətirdikləri yorğan döşəyi satıb beş ailə adı çəkilən torpaq sahəsini almışlar ki, ən azından az da olsa rahatlıq taparlar. İndi də bir dələduz ailənin əlində qalmışlar, gah qardaşın biri onların əziyyətlə tikdirdikləri evi birinə satır, ondan sonra 30 ildən sonra o biri qardaş ortaya çıxır ki, “indi də mən varam”. Zaur adlı şəxs onların evinə göz tikmişdir. Odur ki, iddia tələbinin əsassız və qanunsuz olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(125)-112/2025 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Fərhadov) iddia tələbi təmin edilmişdir.

20. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, göstərilən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi hazırda heç kimin adına qeydiyyatdan keçməmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, sözügedən əmlakın atasına məxsus olması müəyyən ediləcəyi təqdirdə iddiaçının qanun üzrə vərəsəlik hüququ əsasında vərəsəlik, o cümlədən gözlənilən mülkiyyət hüquqları vardır. İddiaçı həmin hüquqdan irəli gələrək özünün əmlaka mülkiyyət hüq uqunun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqana müracitə etsə də cavabdeh qeydiyyat üçün zəruri olan müayinə baxışına maneə törətdiyindən müvafiq hüququn qeydiyyata alınmasından imtina olunmuşdur. Cavabdeh bu maneəni əslində həmin əmlaka iddiaçının deyil, onların hüququnun olması barədə mübahisələrinin mövcudluğu ilə izah etsələr də məhkəmə qeyd edir ki, hazırda daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqan tərəfindən aparılmalı olan müayinə baxışı həmin daşınmaz əmlak üzərində iddiaçının və ya cavabdehlərin hər hansı birinin deyil, mərhum X6 adına ilkin qeydiyyatın mümkün olub-olmaması ilə əlaqədardır. Beləliklə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qeydiyyat orqanına müayinə baxışının aparılmasına cavabdehin maneə törətməlsinin heç bir hüquqi əsası yoxdur.

21. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmağa mülkiyyətçinin hüququ olduğu kimi eyni zamanda həmin hüququn dövlət tərəfindən qorunması, eləcə də sərəncam hüququnun həyata keçirilməsi üçün qanunvericilik belə qeydiyyatı zəruri şərt kimi müəyyən etmişdir. İddiaçı sözügedən əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas olan ilkin sənədlərə, o cümlədən Xanlar rayon XDS İK-nin Rəyasət heyətinin 16 mart 1994-cü il tarixli 3 saylı qərarına əsasən mərhum X6 hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini aparan orqana müraciət etmişdir. Hüququn qeydiyyata alınmasına imkan verilməməsi mülkiyyət hüququnun özünün pozulmasına səbəb olur. Çünki, daşınmaz əmlak üzərində qeydə alınmamış hüquq barədə mülkiyyətçi sərəncam vermək hü ququndan məhrum olur. Məhkəmə hesab edir ki, cavabdeh heç bir əsaslı səbəb göstərmədən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına maneə törətdiyi üçün iddia təmin edilməli və mülkiyyət hüququnun qeydiyyatı üçün daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsi cavabdehə qadağan edilməlidir.

22. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1.1.3, 152.1, 157.1-ci maddələrinə və Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin14.2, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

23. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-112/2025 nömrəli qətnaməsinin ləğv edilməsin i xahiş etmişdir.

24. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı təqdim olunmuş etiraz ərizələrinin məzmunu ilə eynilik təşkil etməklə, əlavə olaraq onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsində mübahisəli torpaq sahəsinin sahibi X12 öldüyünə görə torpaqdan istifadə hüququna xitam verilmiş, həmin torpaq sahəsi və yarımçıq tikiliyə dair sahiblik, istifadə, sərəncam hüququnun cavabdehin baldızı X7 verilmişdir.

25. Gəncə Apellyasiya Məhkəməsinin (bundan sonra- apellyasiya instansiya məhkəməsi xx.xx.2025-cü il tarixli 2(104)-1621/2025 nömrəli qətnaməsi ilə (hakimlər A.V.İsgəndərova (sədrlik edən və məruzəçi), R.Z.Mamedov, M.V.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-112/2025 nömrəli qətnam əsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, mülki qanunvericiliyə görə, müvafiq əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək halları da mülkiyyət hüququ kimi qiymətləndirilir. Bu müddəaya uyğun olaraq, dövlət reyestrində qeydə alınmış əmlaklarla yanaşı, həm də əmlak kimi gələcəkdə əldə edilməsi qanuni olaraq gözləmək də mülkiyyət hüququ kimi qiymətləndirilməlidir. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəl i Fərmanı ilə təsdiq edilmişdir.

28. Həmin siyahının 1.4-cü bəndinə əsasən, rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydə alınması əsaslarından biridir.

29. İşin müəyyən olunmuş hallarından göründüyü kimi xx.xx.1994-cü il tarixli akta əsasən, Xanlar rayon Hacıməlik qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi Xanlar rayon XDS İK-nin Rəyasət heyətinin 16 mart 1994-cü il tarixli 3 saylı qərarı ilə həmin tarixdə 11 nömrəli Rayonlararası Təmir tikinti “Dizayn” trestinin işçisi X10 (iddiaçının mərhum atası) verilmişdir.

30. Nəzərə almaq lazımdır ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılm ası üçün ilk növbədə torpaq sahəsinin miras qoyana məxsus olması haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən notariat kontoruna müvafiq arayış təqdim edilməsi zəruridir.

31. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

32. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının torpaq s ahəsinə dair ölçmə işlərini həyata keçirmək və buna yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək qanuni əsaslara söykənir.

33. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bənində əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir.

34. Həmin Qərarın 2.3.3 və 2.3.4-cü bəndlərinə müvafiq olaraq, torpaq sahələrinə d air sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, habelə hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıbsatıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır.

35. Həmin Qərarın 5.3-cü bəndinə əsasən, fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır.

36. Həmin Qərarın 5.4-cü bəndinə əsasən, torpaq sahəsinin mərzçəkmə işlərinin texniki layihəsi Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri tərəfindən təsdiq olunur.

37. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-43/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı MH seriyalı, ********* qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh X4 adına tərtib edilmiş 02 dekabr 2006-cı il tarixli, MH seriyalı, ********* qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.

38. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********92 nömrəli məktubundan görünür ki, məhkəmə qətnaməsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən icra olunmuş, X7 Göygöl rayonu, Hacıməlik qəsəbəsi, Dizayn tresti ərazisində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2006-cı il tarixli seriya MH № 0004475, **********4510301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Göstərilən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi hazırda heç kimin ad ına qeydiyyatdan keçməmişdir.

39. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hazırda daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqan tərəfindən aparılmalı olan müayinə baxışı həmin daşınmaz əmlak üzərində iddiaçının və ya cavabdehin deyil, mərhum X6 adına ilkin qeydiyyatın mümkün olub-olmaması ilə əlaqədardır. Belə olan halda, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qeydiyyat orqanına müayinə baxışının aparılmasına cavabdehin maneə törətməlsinin heç bir hüquqi əsası yoxdur.

40. Beləliklə, işin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur və düzgün nəticəyə gəlmişdir.

41. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.5, 157.1, 157.4- cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217.3-cü maddələrinə də istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:

42. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ciiltarixli, 2(104)- 1621/2025 saylı məhkəmə aktını ləğv edib, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını və yaxud işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş edilmişdir.

43. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə kollegiyası düzgün nəticəyə gəlməmişdir. Belə ki, ailə üzvləri yəni oğlanları, onların ailə üzvləri və baldızının ailə üzvləri Cəbrayıl rayonundan qaçqın olduqları üçün, yaşayı ş şəraitlərini yaxşılaşdırmağa görə 2000-ci ildə Göygöl rayonun torpaq şöbəsinə rəsmi müraciət etmişlər. Göygöl rayonunun torpaq şöbəsinin sabiq müdiri Rzayev Hicran Camal oğlu ona Hacıməlik qəsəbəsində istifadəsiz qalan torpaq sahələrindən 0.06 ha torpaq sahəsi verəcəklərini vəd etmişlər. Sonradan bələdiyyə Alim Məmmədova 800 dollar verib torpaq sahəsini almışdır. Həmin vaxt Akt bir başa baldızı Quliyeva Lətifənin adına tərtib edilmiş və Alimin göstərdiyi torpaq sahədə tikinti işləri aparmışlar. 2005-ci ildə Bəxtiyar Hüseynov adlı bir şəxs gəlib torpaq onun olduğunu bildirmişdir. Ona bildirmişlər ki, torpağı bələdiyyədən almışlar. Bəxtiyar onlar barəsində prokurorluğa şikayət etmişdir. Prokurorluğun müstəntiqi bələdiyyə Alimə demişdir ki, Bəxtiyarın tələbini yerinə yetir, onun da torpağa aid sənədlərini hazırlayıb verməsini tapşırmışdır. Səhəri gün Alim gəlib əlavə ondan 300 dollar almışdır ki, Bəxtiyarı razı salmaq üçün xeyli xərci çıxıb. 2 ay sonra Alim Göygöl rayon torpaq şöbəsinin rəisinə bildirmişdir ki, Xanlar rayon XDS Rəyasət Heyyətinin16 mart 1994-cü il tarixli 03 saylı qərarı ilə 11 nömrəli Rayonlar arası Təmir-Tikinti “Dizayn” trestinin işçilərindən, sonradan adını bildiyi mərhum X10 verilmiş 0.06 ha torpaq sahəsinin 1994-cü ildən 2000-ci ilədək istifadəsiz qaldığına və Teyyub Hüseynovun 1997-ci ildə vəfat etdiyinə və eyni zamanda torpağa aid vergi ödənilmədiyinə görə həmin torpaq sahəsində istifadə hüququna xitam verilməsi barədə toplanmış qərarı və sənədləri Göygöl Rayon Məhkəməsinə göndərmişlər. Göygöl Rayon Məhkəməsində Xanlar rayonu Hacıməlik kəndində yerlə şən 0.06 ha torpaq sahəsinin sahibi mərhum X12 öldüyünə görə torpaqdan istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmışdır. Qətnamədə həmin 0.06 ha torpaq sahəsinin və yarımçıq tikilinin istifadə, sahiblik, sərəncam vermək hüququ baldızı X9 verilməsi göstərilmişdi. Həmin qətnamə əsasında DƏDRX tərəfindən 02 dekabr 2006-cı il tarixdə ******* nömrəli Çıxarış verilmişdir. Həmin torpağın pulu Teyyubun oğlu Bəxtiyara verilib və Bəxtiyarla Alim arasında razılaşma olub, Bəxtiyarın tələbi yerinə yetirilib. Bəxtiyar öləndən sonrada Teyyubun ikinci oğlu Üzeyir yenidən pul almaq məqsədi ilə onu narahat etməyə başlamışdır. Təxminən bir neçə ay əvvəl Zaur adlı şəxs onlara gəlib demişdir ki, qardaş bu sənin evin yerləşən torpağı Bəxtiyar mənə 20.000 manata satıb. Bir neçə gün sonra Zaur, Da şınmaz əmlakın əməkdaşı və Teyyubun oğlu Üzeyirlə gəlmişlər ki, gəlmişik torpağı ölçməyə. Ona sonradan məlum olmuşdur ki, Zaur Bəxtiyara verdiyi pulu diriltmək üçün Bəxtiyarın ikinci qardaşının əli ilə pulunu diriltsin. Üzeyir məcbur qalıb adı çəkilən torpaq sahəsini Zaurun pulu hesabına götürsün. Onları həyətə buraxmadığı üçün məhkəməyə müraciət etmişlər.

44. Göründüyü kimi hakim heç nəyi araşdırmadan qanunsuz qətnamə qət etmişdir. Alim adlı şəxs pulu Bəxtiyyara verib razı salıb və üstündən 20 il keçəndən sonra, ailənin digər oğlu gəlib bura onlara məxsusdur deyir. Başa düşə bilmirəm 5 ildən sonra X6 oğlu Bəxtiyar torpağın pulun alır, razılaşır və eyni zamanda adı çəkilən torpaq sahəsi üzərində tikili evi ola-ola Zaur adlı şəxsə 20.000 manata satır. Bəxtiyar 2020-ci ildə öləndən sonra Üze yir adlı qardaşı ortaya çıxır və torpaq tələb edir. Teyyubun oğlu Bəxtiyar istədiyini Alimdən alandan sonra xəlvəti dələduzluq edərək, Zaur adlı şəxsə də həmin torpağ satır. Qorxur ki, indidə Üzeyir öləndən bir 15 ilsonra Teyyubun bir başqa oğlu peyda ola, o da pul istəyə. Bələdiyəyə pul ödəyib torpaq almışdır. Adı çəkilən torpağı heç kəs pay verməyib, dəyərindən də artıq Hacıməlik bələdiyyəsinin keçmiş sədri Alim Məmmədova pul ödəmişdir.Ona görə də Üzeyir gedib qardaşı Bəxtiyardan ona çatacaq payı istəsin, onları narahat etməsin. Dələduz olduğu üçün Üzeyir heç bir məhkəmə proseslərində iştirak etmir. Heç Üzeyirdə həmin torpağa aid hüquqmüəyyənedici sənəd yoxdur. Sadəcə Xanlar rayon XDS Rəyasət Heyyətinin 16 mart 1994-cü il tarixli 03 saylı qərarı ilə 11 nömrəli Rayonlararası Təmir-Tikinti “Dizayn” trestinin işçilərinə verilən torpaq sahəsində olan siyahıda onun atası X6 adı vardır. Hesab edir ki, məhkəmə kollegiyası iddia tələbini təmin etməkdə haqlı olmamışdır.

45. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 153.2, 153.2.1, 261.0 və 261.0.1-ci maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə kollegiyası işin araşdırılmasına səthi yanaşmış və işə tam, hərtərəfli və obektiv baxmayaraq qanunsuz və əsassız məhkəmə aktı çıxarmışdır.

46. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublkasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 153.2, 153.2.1, 261.0 və 261.0.1-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

47. Kassasiya şik ayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

48. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

49. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

50. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götür mədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması ü çün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)1621/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar