Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3240/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddiası, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: maneələrin aradan qaldırılması; icarə müqaviləsinin ləğvi, icarə haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarə müqaviləsinin qüvvədə olduğu müddətdə yaranmış maneələrin aradan qaldırılmasına” dair ilk, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qətnamə icra olun an günə kimi hər ay icarə haqqı və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub ona” ödənilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2935/2025 nömrəli, 27 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil5) tərəfindən verilmiş kassasiya şikayətinə 9 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 21 dekabr 2019-cu il tarixdə tərəflər aralarında bağlanmış icarə müqaviləsinə əsasən, cavabdeh özünə məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 623,2 kv.m. olan qeyri-yaşayış binasının 446,6 kv.m.-ni (223,3 kv.m. anbar, 223,3, kv.m. ticarət sahəsi) iddiaçıya icarəyə verilmişdir. Həmin mü qavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2049-cu il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti 1 il müddətinə uzadılmış hesab olunur. Qeyd olunan müqavilənin 5-ci bəndinə əsasən icarəyə götürən İddiaçı icarəyə verən Cavabdeh1 aylıq 900 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 8-ci maddəsinə əsasən İcarəyə verən - Cavabdeh1 öhdəsinə götürür ki, icarə müqaviləsi tərəfindən pozularsa qiymətləndirmə aktında göstərilən xərclərlə birlikdə bütün maddi və dəymiş ziyanı (vergi və kommunal xərcləri daxil olmaqla) tam olaraq İddiaçı qaytaracaq.
2. Əmirov X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümum i sahəsi 623,2 kv.m. olan qeyri- yaşayış binasının 300 kv.m. hissəsini İlkin Nuriyevə xx.xx.2050-ci il tarixədək icarəyə verməyi, cavabdeh isə iddiaçıya aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. 3. 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 623,2 kv.m. olan qeyri-yaşayış binasının 212 kv.m. hissəsini İlkin Nuriyevə xx.xx.2050-ci il tarixədək icarəyə verməyi, cavabdeh isə iddiaçıya aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər.
4. İlkin Nuriyev tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə İlkin Nuriyev tərəfindən cavabdehə 2.700 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat məbləğində pul ödənilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdeh İlkin Nuriyevə qarşı iddia tələbi təmin edilərək Cavabdeh1 ilə İlkin Nuriyev arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, İlkin Nuriyev, ona məxsus əşyaları ilə birlikdə, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 623,2 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılması, İlkin Nuriyevndan 21 dekabr 2020-ci il tarixdən 21 mart 2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 24.300 manat məbləğində icarə haqqı məbləği tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, qeyd edilən iş üzrə Cavabdeh1 ilə İlkin Nuriyev arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqavil əsinə istinad etmişdir.
6. Həmin qətnamədən cavabdeh İlkin Nuriyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi 2-2(103)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)1123/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın 9.900 manat icarə haqqı borcunun cavabdeh İlkin Nuriyevdən iddiaçı Cavabdeh1 xeyrinə tutulması hissəsində rədd edilməsi, qətnamənin 14.400 manat icarə haqqı borcunun tutulması və cavabdeh İlkin Nuriyevin icarəyə verilmiş ümumi sahəsi 623,2 kv.m. olan qeyri-yaşayış sahəsinin 212 kv.m. hissəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdi r.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının həmin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi, həmin iş üzrə iddiaçı olan Cavabdeh1 həmin iş üzrə cavabdeh İlkin Nuriyevə qarşı irəli sürdüyü iddianın “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi” hissəsi üzrə iş üzrə icraata xitam verilməsi qərara almışdır.
8. Cavabdeh1 İlkin Nuriyevə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda, aralarında bağlanan xx.xx.2020-ci il tarixli İcarə müqaviləsi üzrə icarə haqqının ödənilmədiyi, icarəyə verilmiş sahədən xeyli artıq sahənin də qanunsuz olaraq istifadə edildiyi bildirilmiş və icarə haqqının ödənilməklə, sahənin 1 ay müddətinə boşaldılaraq ona təhv il verilməsinin təmin edilməsi xahiş olunmuş, əks təqdirdə ərizə ilə hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmə məcburiyyətində qalınacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra ilkin iddia üzrə cavabdeh) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda yerləşən, icarədara məxsus ümumi sahəsi 623,2 kv.m. olan qeyri-yaşayış binasının 446,6 kv.m.-də 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin qüvvədə olduğu müddətdə İddiaçı fəaliyyət göstərməyinə yaranmış maneələrin aradan qaldırılması və gələcəkdə yaradılacaq maneələrin cavabde hlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsinə” əsasən, iddiaçı Cavabdeh1 məxsus qeyri-yaşayış-sahəsini icarəyə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ölçüsü 623,2 kv.metr olsa da, müqavilədə sahənin ölçüsü 446,6 kv. metr göstərilmişdir. Qeyriyaşayış sahəsi əslində Cavabdeh2 məxsus olsa da, sonuncunun övladı Cavabdeh1 adına rəsmiləşdirlmişdir. Buna görə də, iddiaçı müqaviləni Cavabdeh1 ilə bağlamışdır. İddiaçı, qeyri-yaşayış sahəsini istifadəsinə qəbul etdikdən sonra oranı təmir etdirmiş və işlətməyə başlamışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə, icarə haqqını ödəməsinə, icarə haqqı ilə bağlı bo rcunun olmamasına baxmayaraq cavabdehlər üzərinə düşən öhdəliyi yerinə yetirmir, iddiaçının icarə obyektindən istifadə etməsinə maneələr yaradırlar. Cavabdeh1 kommunal xidmətlər göstərən müəssisələrə müraciət edərək icarə obyektinə qazın verilməsini dayandırmışdır. İddiaçı maneələrin aradan qaldırılması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Cavabdeh1 (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) nümayəndəsi və vəkili X2 Məhəbbət İsmayıl oğluna (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi, iddiaçının əşyaları ilə birlikdə ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 623,2 kv.m. olan qeyriyaşayış binasından çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, qətnamə icra olunan günə kimi hər ay icarə haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 100 manat məbləğində pulun iddiaçıdan tutulub ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “İcarə müqaviləsi” iddiaçı ilə bağlansa da, müqavilənin şərtləri ilə bağlı bütün müzakirələr iddiaçının oğlu Elnar Əliyev ilə aparılmışdır və obyekt hazırda da onun tərəfindən istifadə olunur. İddiaçı tərəfindən hər hansı məbləğdə icarə haqqı ödənişi edilməmişdir. Elnar daha sonra “İcarə müqaviləsinin” Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olan İlkin Nuriyev ilə bağlanmasını xahiş etmişdir. xx.xx.202 0-ci il tarixdə Bakı Şəhəri 24 saylı Notariat Ofisində, ümumi sahəsi 623,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 212 kv.metr hissəsinə dair onunla “İcarə müqaviləsi” bağlanmışdır. Aylıq icarə haqqının müqavilədə 900 manat olaraq göstərilməsini Elnar istəmişdir. Əslində isə şifahi razılaşmaya görə aylıq icarə haqqı göstəriləndən xeyli miqdarda çoxdur. Elnar icarə götürülən sahənin ölçüsünün və icarə haqqının məbləğin az göstərilməsini ödəyəcəyi vergi məbləğinin az olması ilə əlaqələndirmişdir. Sonuncu icarədar İlkin Nuriyev tərəfindən icarə haqqı ödənilmədiyi üçün xx.xx.2022-ci il tarixdə ona xəbərdarlıq edilmiş və icarə haqqı ödənilməklə 1 ay ərzində icarə obyektinin boşaldılaraq təhvil verilməsi xahiş olunmuşdur. Lakin icarə obyekti boşaldılmadığı üçün Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək İlkin Nuriyevin ona məxsus əşyaları ilə birlikdə sahədən çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ilk iddiaçı onun atası olmuş və mübahisəli sahəni cavabdehdən icarəyə götürərək istifadə edirlər. İlkin olaraq cavabdehin atası Səyyub, yəni icarə obyektini faktiki sahiblik edən şəxsə 2 ilin pulunu, yəni 60.000 manatı o vermiş, mart ayına kimi bütün ödənişləri etmişlər. İcarəyə götürəndə icarəçi 3 ay təmir üçün möhlət də vermişdir, lakin təmir 1 il çəkmişdir. Faktiki icra haqqı atası ilə bağlanan müqavilədə qeyd edilməmişdir. Sonradan iki dəfə atasının işçisi olan İlkin Nuriyev ilə formal olaraq iki müqavilə də bağlanmışdır. Bunda məqsəd atasının yaşlı olması və sənədləşmə dalınca çox gedib-gələ bilməməsi olmuşdur. Cavabdehlə aralarında narazılıq icarə haqqının 3.500 manata qaldırması ilə bağlı olmuşdur.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, cavabdehin atası Səyyubu və iddiaçının oğlu Elnarı tanımışdır. İcarə obyektini icarəyə verilməsi üçün tərəfləri o tanış etmişdir. Müqavilə bağlanan gün cavabdehin atası Səyyuba 60.000 manat verilmiş, aylığı isə 2.500 manata razılaşdırılmışdır. O İlkin Nuriyevi tanımadığını və ikinci müqavilədən xəbəri olmadığını bildirmişdir.
15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-1121/2024 nömrəli, 5 aprel 2024-cü il tarixli qətnam əsi ilə (hakim Adilə Paşayeva) ilk iddia tələbinin təmin edilərək Cavabdeh1 tərəfindən ona məxsus olan ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 623,2 kv.m. olan qeyri-yaşayış binasının 446,6 kv.m.ndə 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin qüvvədə olduğu müddətdə İddiaçı fəaliyyət göstərməyinə yaranmış maneələrin aradan qaldırılması, Cavabdeh1 və Cavabdeh2 gələcəkdə maneələr yaradılmasının qadağan edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət olunmuşdur.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki və araşdırılmış halları ilə mübahisəsiz qaydada təsdiq edilmişdir ki, icarə münasibətləri Cavabdeh1 ilə İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinə əsasən yaranmış və davam etmə kdədir. Müqavilə qüvvədə olduğu müddətdə Cavabdeh1 ilə İlkin Nuriyev arasında 37 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli və 21 dekabr 2020-ci il tarixdə 24 saylı notariat ofisində bağlanmış icarə müqavilələri ən azından ona görə əhəmiyyətsiz olmaqla heç bir hüquqi qüvvəyə malik deyillər ki, Cavabdeh1 ilə İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində bağlanmış icarə müqaviləsi hazırkı vaxta kimi qüvvədə olmaqla ləğv edilməmiş və ya etibarsız sayılmamışdır. Sonuncu iki müqavilənin predmetini də 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin predmeti təşkil edir.
17. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 xx.xx.2020-ci il və 21 dekabr 2020-ci il tarixlərində özünə məxsus sahəyə dair icarə müqavilələri bağlayarkən onunla İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində bağlanmış icarə müqaviləsi qüvvədə olmasını bilirdi və qanunvericilikdə müqavilə tərəfinin digər tərəfə yeni müqavilənin bağlanması ilə əvvəlkinin qüvvədən düşməsi barədə şifahi qaydada razılaşdırılması ilə müqavilənin ləğvi nəzərdə tutulmamışdır. Belə ki, 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin 10-cu bəndinə əsaən müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, müəyyən edilmişdir ki, İddiaçı arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair yazılı ərizəsi olmamışdır.
19. Həmçinin, məhkəmə qeyd etməyi zəruri saymışdır ki, İlkin Cavabdeh1 Nuriyevə qarşı 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi iddianı irəli sürərkən onun 623,2 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etmiş və bu halda onlar arasında həmin sahənin 300 kv.m. hissəsi ilə bağlı bağlanmış icarə müqavilənin qanuniliyini də mübahisələndirməmişdir. Halbuki, İlkin Cavabdeh1 Nuriyevə qarşı 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin predmeti də 623,2 kv.m. olan qeyriyaşayış sahəsi də tam deyil, onun 212 kv.m. hissəsi olmuşdur.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, bu qənaəti ilə heç də Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə qiymət vermək fikrində deyildir. Lakin qeyd edilməlidir ki, Cavabdeh1 hazırkı qarşılıqlı iddiası ilə faktiki olaraq onunla İddiaçı arasında bağlanmış 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin hazırkı vaxta kimi mövcudluğunu tanıyır. Tələbində qətnamə icra olunan günə kimi hər ay icarə haqqının ödənilməsi irəli sürməsi də məhz İddiaçı ilə bağlanmış 21 dekabr 2019-cu il tarixli müqavilənin şərtləri əsasındadır. Görünən odur ki, Cavabdeh1 hər iki iddiası ilə öz mülkiyyətində olan sahənin icarəsinə görə iki icarədarın ayrılıqda ona icarə haqlarının ödənilməsini tələb edir.
21. Məhkəmə daha sonra qeyd etmişdir ki, Cavabdeh1 icarə münasibətlərini məhz İlkin Nuriyev ilə qurmuşdursa və sonuncunun da onun qarşısında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsi əsasında məsuliyyət daşıyıcısı hesab edirdisə, İddiaçı ilə bağlanmış 21 deka br 2019-cu il tarixli müqaviləsini hazırkı qarşılıqlı iddiası ilə qanuniliyini mubahisələndirməsi onun İlkin Nuriyev ilə bağladığı icarə müqavilələrinin formal və hüquqi qüvvəyə malik olmamasını təsdiq etməsinə bir növ dəlalət edir.
22. Məhkəmə onu da qeyd etmişdir ki, tərəflər arasında 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsi qanunun tələblərinə uyğun aparılmış və qüvvədədir. Məhkəmə verilən tələblərin qanuniliyinə məhz bu kontekstdən yanaşaraq qeyd etmişdir ki, müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğ una son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər.
23. Məhkəmə daha sonra qeyd etmişdir ki, müəyyən edilmişdir ki, 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsi üzr ə ilk iddiaçının fəaliyyət göstərməsinə cavabdeh tərəfindən maneələr yaradılmış və o, hazırda həmin sahədən öz mülahizəsinə uyğun istifadə edə bilmir. Bu hal həm də cavabdehin hazırkı iş üzrə qarşılıqlı iddia verməsi ilə təsdiqini tapır.
24. Məhkəmə ilk iddia tələblərinə qiymət verərək hesab etmişdir ki, 21 dekabr 2019cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin tələblərinin icarədar tərəfindən pozulması hallarına yol verilməsi müəyyən olunmadığından ona müqaviləsinin qüvvədə olduğu müddətdə icarəyə götürdüyü sahədə fəaliyyət göstərməyinə yaranmış maneələrin aradan qaldırılması və gələcəkdə yaradılacaq maneələrin Cavabdeh1 qadağan edilməsi barədə ilk iddia tələbləri əsaslıdır.
25. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək qeyd etmiş dir ki, qarşılıqlı iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, işin araşdırılmış hallarından, eləcə də ilk iddia tələblərinə verilən hüquqi qiymətdən də görünür ki, 21 dekabr 2019-cu il tarixdə 37 saylı notariat ofisində tərəflərin aralarında bağlanmış icarə müqaviləsinin tələblərinin icarədar tərəfindən pozulması hallarına yol verilməsi müəyyən edilməmişdir. Bu isə bağlanmış müqavilənin Mülki Məcəllənin 421, 422-ci maddələrinin tələbləri baxımından ləğvi üçün hüquqi əsas vermir.
26. Məhkəmə qarşılıqlı iddianın ilk iddia veriləndən sonra verilməsi halının mühüm və diqqətəlayiq məqam olmasını qeyd etməklə yanaşı qarşılıqlı iddia tələbində göstərilənləri qarşılıqlı iddiaçının subyektiv mülahizələri kimi qiymətləndirər ək qeyd etmişdir ki, o müqavilə tərəfi olaraq qanuni əsaslarla bağlanmış icarə müqaviləsi üzrə icarədarın fəaliyyət göstərməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
27. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verməkdə davam edərək həmçinin hesab etmişdir ki, tələbin xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi hissələri əsassız olduğundan tələbin digər hissələri də əsassız sayılmalı, ümumilikdə qarşılıqlı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir.
28. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1, 422.1, 422.4, 425.1, 425.2 və 700.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya ins tansiyası məhkəməsindəki birinci icraat:
29. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 nümaqyəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
30. Apellyasiya şikayəti qarşılıqlı iddianın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsindən istifadəyə görə sonuncu icarədar İlkin Nuriyev tərəfindən icarə haqqı ödənilmədiyi üçün xx.xx.2022-ci il tarixdə ona xəbərdarlıq edilmiş və icarə haqqı ödənilməklə sahənin 1 ay müddətinə boşaldaraq təhvil verilməsi xahiş olunmuşdur. İcarə sahəsi İlkin Nuriyev tərəfindən boşaldılmadığı üçün Cavab deh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Lakin işə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan həmin iş baxılmamış saxlanılmışdır. Ona görə də Cavabdeh1 tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddia təmin edilmişdir. Lakin məhkəmə sübutları tam və hərtərəfli araşdırmadan, iş üçün əhəmiyyətli digər halları müəyyən etmədən tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
31. Məhkəmə kollegiyasının iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 və onların nümaqyəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmişlər və apellyasiya şikayətini n, habelə ayrıayrılıqda qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə, əlavə olaraq bildirmişlər ki, mübahisəli qeyri-yaşayış sahəsi zirzəmidən və 1 mərtəbədən ibarətdir. Qeyri-yaşayış sahəsinə dair müqavilə iddiaçı ilə bağlansa da, əslində oranı iddiaçının oğlu Elnar Əliyev işlədirdi, amma “İcarə müqaviləsi” xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bağlanmışdır. İcarəyə verilən qeyri-yaşayış sahəsinin ölçüsü 623,2 kv.metr olsa da, müqavilədə sahənin ölçüsü 446,6 kv. metr göstərilmişdir. Aylıq icarə haqqının məbləği 3.500 manat olmuş, amma müqavilədə aylıq icarə haqqının məbləği 900 manat göstərilmişdir. Bu, Elnarın istəyi ilə olmuşdur ki, vergi ödənişləri az olsun. Razılığa görə 2 il üçün ödənilməli olan 84.000 manat məbləğində icarə haqqına görə, Elnar 60.000 manat ödəmiş, qala n 24.000 manat isə təmirə xərcləmişdir. Bundan 1 il sonra isə Elnar və iddiaçı bildirdilər ki, onlara lazımdır ki, “İcarə müqaviləsi” VÖEN-i olan şəxslə bağlansın və bu səbəbdən sonrakı müqavilələr iddiaçının işçisi olan İlkin Nuriyev ilə bağlanmışdır. Sonra isə icarə haqqı ödənilməmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, İlkin Nuriyev ilə bağlanmış “İcarə müqavilələri” formal olmuşdur. Çünki iddiaçıya lazım idi ki, müqavilə VÖEN-i olan şəxslə bağlansın. İddiaçının özünün və oğlu Elnarın VÖEN-i olmamış, lakin onların işçisi olan İlkin Nuriyevin VÖEN-i var idi. Cavabdeh tərəf icarə haqqının ödənilmədiyini bildirsə də, özləri etiraf edirlər ki, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə “İcarə müqa viləsi” bağlanan zaman iddiaçının oğlu Elnar 24 ayın, yəni xx.xx.2021-ci il tarixədək icarə haqqını ödəmişdir. İddiaçı tərəfindən cavabdehlərə 900 manat rəsmi, qalan məbləğ isə qeyri-rəsmi olaraq ödənilirdi. Bunu “Azərpoçtun” məktubu və “Ödəniş qəbzləri” də təsdiq edir.
33. Mülki işə apellyasiya qaydasında baxılan zaman müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsindən İlkin Nuriyevin verdiyi kassasiya şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, yəni icarəyə verilmiş mübahisəli qeyri-yaşa yış sahəsindən cavabdeh İlkin Nuriyevin çıxarılması hissəsinin ləğv edilməsi və həmin hissədə işin yani apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
34. Həmin hissədə işə apellyasiya qaydasında yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə İlkin Nuriyevin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin İlkin Nuriyevin əşyaları ilə birlikdə mübahisəli 623,2 kv.metr ölçülü qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində dəyişdirlməsi, həmin tələbin qismən təmin edilməsi, İlkin Nuriyevin əşyaları ilə birlikdə mübahisəli 623,2 kv.metr ölçülü qeyri-yaşayış sahəsinin 212 kv. metr hissəsində çıxarılmasını qət etmişdir.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-237/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
36. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş səs yazısından müəyyən edilib ki, həmin danışıq iddiaçının oğlu Elnar Əliyev ilə cavabdeh Seyyub Əmirovun arasında gedir və sonuncu onlara icarə pullarının əlbəəl olaraq 60.000 manat məbləğində verilməsini etiraf edir.
37. İşə apellyasiya qaydasında baxılan z aman müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsindən İlkin Nuriyevin verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla (iş 2-2(102)-622/2023) kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, yəni, icarəyə verilmiş mübahisəli qeyri-yaşayış sahəsindən cavabdeh İlkin Nuriyevin çıxarılması hissəsinin ləğv edilməsini və həmin hissədə işin yani apellyasiya baxışına göndərilməsini qərara almışdır.
38. Həmin hissədə işə apellyasiya qaydasında yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə (iş № 2-2(103)-276/2024) ilə İlkin Nuriyevin apellyasiya şikayətinin qismən təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin İlkin Nuriyevin əşyaları ilə birlikdə mübahisəli 623,2 kv.metr ölçülü qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində dəyişdirlməsini, həmin tələbin qismən təmin edilməsini, İlkin Nuriyevin əşyaları ilə birlikdə mübahisəli 623,2 kv.metr ölçülü qeyriyaşayış sahəsinin 212 kv. metr hissəsində çıxarılmasını qət etmişdir.
39. Qüvvəyə minmiş və yuxarıda qeyd edilən məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, İlkin Nuriyev, onunla Cavabdeh1 arasında bağlanmış “İcarə müqaviləsinin” şərtlərini pozmuş. icarə haqını tam deyil, qismən ödəmişdir.
40. Göstərilənlərə və iş üzrə tərəflərin Məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilmişdir ki, ümumi sahəsi 623,2 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh1 məxsusdur. O, özünə məxsus sözügedən qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə vermiş və bununla bağlı onların arasında xx.xx.2019-cu il tarixdə 37 saylı Notariat Ofisində 30 il müddətinə “İcarə müqaviləsi” bağlamışdır. İcarəyə verilən qeyri-yaşayış sahəsinin ölçüsü 623,2 kv.metr olsa da, müqavilədə sahənin ölçüsü 446,6 kv. metr göstərilmişdir. Aylıq icarə haqqının məbləği 3.500 manat olmuş, amma müqavilədə aylıq icarə haqqının məbləği 900 manat göstərilmişdir. Tərəflərin bildirdiklərinə görə bu kimi addım vergi ödənişlərin az ödənilməsi üçün edilmişdir. Müqavilə bağlanan ərəfədə 2 il üçün ödənilməli olan 84.000 manat məbləğində icarə haqqına görə, iddiaçının övladı Elnar Əliyev 60.000 manat ödəmiş, qalan 24.000 manat isə təmirə xərcləmişdir. Bundan 1 il sonra isə Elnar və iddiaçı bildirdilər ki, onlara lazımdır ki, “İcarə müqaviləsi” VÖEN-i olan şəxslə bağlansın və bu səbəbdən sonrakı müqavilələr iddiaçının işçisi olan İlkin Nuriyev ilə bağlanmışdır.
41. Tərəflər arasında mübahisə doğuran hal sonrakı, yəni 2021-ci ilin dekabr ayından sonrakı icarə haqlarının ödənilib-ödənilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı icarə haqqının cavabdehə ödənildiyini bildirsə də, cavabdeh tərəf bunu inkar edir.
42. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil1 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, Məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 3 saylı Poçt Filialının xx.xx.2023-cü il tarixli, 3 PF-1-77 say lı məktubundan görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2023-cü il tarixdə 1.800 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, iddiaçının işçisi olan İlkin Nuriyev tərəfindən xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 2.700 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir.
43. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil1 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, Məhkəməyə təqdim etdiyi “Ödəniş qəbzlərindən” görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə köçürmə yolu ilə 1.800 manat, xx.xx.2023-cü il tarixdə *** ****** saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 1.800 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 1.800 manat, xx.xx.2023cü il tarixdə ********* saylı qəbzlə 2.700 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir.
44. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2023-cü ilin yanvar ayında qarılıqlı iddia verənədək və sonrakı müddətdə ilk iddia üzrə iddiaçı, onunla icarəyə verən Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsi” üzrə icarə haqqını icarəyə ver ənə ödəmişdir.
45. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə icarəyə verən Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə “İcarə müqaviləsi” bağlandıqdan sonra Cavabdeh1 ilə iddiaçının işçisi İlkin Nuriyev arasında xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli “İcarə müqavilələri” bağlanmış olsa da, iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi və ya dəyişdirilməsi, habelə iddiaçının həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək icarə haqqını ödəməməsi iş materialları ilə təsdiq olunmur.
46. Belə ki, işin faktiki və araşdırılmış halları ilə mübahisəsiz qaydada təsdiq edilmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasında icarə münasibətləri xx.xx.2019-cu il tarixl i “İcarə müqaviləsi” əsasında yaranmış və sonradan müqavilələrin İlkin Nuriyev ilə bağlanmasına baxmayaraq iddiaçı ilə davam etmişdir. 2023-cü ilin yanvar ayında qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 icarə haqqının iddiaçı tərəfindən ödənilmədiyini bildirərək, iddiaçıya qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbi barədə” qarşılıqlı iddia irəli sürənədək və sonrakı müddətdə ilk iddia üzrə iddiaçı, xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsi” üzrə icarə haqqını ödəmişdir.
47. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, icarəyə verən olan Cavabdeh1 özünə məxsus mübahisəli qeyri-yaşayış sahəsinə dair İlkin Nuriyev ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə “İcarə müqavilələri” bağlayarkən onunla iddiaçı arasında 1 il ə vvəl notarial qaydada bağlanmış “İcarə müqaviləsinin” mövcud olmasını bilirdi və yeni müqavilələri bağlanması zamanı əvvəlki müqavilənin ləğv edilməsini arzulamırdı. Həmin müqavilə Cavabdeh1 ilə iddiaçı arasında nə şifahi, nə də ki yazılı qaydada ləğv edilməmişdir. İlkin Nuriyev ilə müqavilələr bağlanan zaman iddiaçı ilə bağlanmış müqavilənin ləğv edilməsinə dair, həmin müqavilənin şərtinə görə, 1 ay qabaqcadan ləğv edilməsi ilə bağlı müqavilə tərəflərinin bir-birinə yazılı müraciəti olmamışdır.
48. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, İlkin Cavabdeh1 Nuriyevə qarşı xx.xx.2020-ci il tarixli “İcarə müqaviləsinin” vaxtından əvvəl ləğv edilməsi iddiasını irəli sürərkən onun mübahisəli və ümumi sahəsi 623,2 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etmiş və bu halda onlar arasında həmin sahənin 300 kv.m. hissəsi ilə bağlı bağlanmış icarə müqavilənin qanuniliyini də mübahisələndirməmişdir. Halbuki, İlkin Cavabdeh1 Nuriyevə qarşı xx.xx.2020-ci il tarixli “İcarə müqaviləsinin” predmeti də 623,2 kv.m. olan qeyri-yaşayış sahəsi də tam deyil, onun 212 kv.m. hissəsi olmuşdur. Mülki Məcəllənin 421-ci maddəsi ilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları, 424-cü maddəsi ilə isə müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri müəyyən edilmişdir. Göründüyü kimi, əqdin ləğvi anlayışı onu ehtiva edir ki, əqd qanunun tələblərinə uyğun aparılmışdır, lakin hal-hazırda şəraitin dəyişməsi nəticəsində həmin əqd üzrə öhdəliklərin icrası qeyri-mümkündür.
49. Beləliklə müəyyən edilmişir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə ba ğlanmış “İcarə müqaviləsi” qanunvericiliyin tələblərinə uyğun bağlanmış və qüvvədədir.
50. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. 5
1. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə 37 saylı Notariat Ofisində iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış “İcarə müqaviləsi” üzrə iddiaçının fəaliyyət göstərməsinə cavabdehlər tərəfindən maneələr yaradılmış və iddiaçı, hazırda həmin sahədən öz mülahizəsinə uyğun istifadə edə bilmir. Bu hal həm də cavabdehlərin hazırkı iş üzrə qarşılıqlı iddia verməsi ilə təsdiqini tapır.
52. Məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” tələblərinin icarədar olan iddiaçı tərəfindən pozulması hallarına yol verilməsi müəyyən olunmadığından ona müqaviləsinin qüvvədə olduğu müddətdə icarəyə götürdüyü sahədə fəaliyyət göstərməyinə yaranmış maneələrin aradan qaldırılması və gələcəkdə yarad ılacaq maneələrin cavabdehlərə qadağan edilməsi barədə ilk iddianı təmin etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin nəticəsinə dair dəlilləri əsassızdır.
53. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı isə bildirmişdir ki, xx.xx.2019cu il tarixli “İcarə müqaviləsinin” tələblərinin icarədar tərəfindən pozulması hallarına yol verilməsi müəyyən edilmədiyindən müqavilənin Mülki Məcəllənin 421, 422-ci maddələrinin tələbləri baxımından ləğvi üçün hüquqi əsas yaranmamışdır. xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi barədə qarşılıqlı iddiada ifadə edilmiş tələb əsassız olması barədə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən b u nəticəsinə dair dəlilləri əsassızdır.
54. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsinin” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqe baxımdan da ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Belə ki, müqavilənin bağlanmasından sonra şəraitin əhəmiyyətli dərəcədə pozulması mövcud deyil, Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsinə dair sonradan İlkin Nuriyev ilə 2 müqavilə bağlasa da, onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” üzrə münasibətlər davam etmişdir. Odur ki, bu baxımdan da qəbul edilməlidir ki, qarşılıqlının iddianın “icarə müqaviləsinin ləğv edilməsi barədə” hissəsi əsassızdır.
55. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, qarşılıqlı iddianın “icarə haqqının ödənilməsi barədə” hissəsi də əsassızdır. Çünki yuxarıda artıq qeyd edildiyi kimi, xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” bağlandıqdan sonra icarəyə götürən iddiaçı tərəfindən icarəyə verən Cavabdeh1 2 il üçün, yəni xx.xx.2021-ci il tarixədək və sonrakı müddətdə, yəni 2023-cü ilin yanvar ayında qarşılıqlı iddia verilənə qədər və qarşılıqlı iddia verildikdən sonra da iddiaçı tərəfindən Cavabdeh1 ödənişlər olmuşdur. Bu baxımdan da qəbul edilməlidir ki, qarşılıqlının iddianın “icarə haqqının ödənilməsi barədə” hissəsi əsassızdır və birinci instansiya məhkəməsi həmin tələbi də təmin etməməkdə faktlar nöqteyi-nəzərindən haqlı olmuşdur. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsində müzakirə edilən bu nəticəsinə dair dəlilləri əsassızdır.
56. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 146.1, 421, 424, 422.1, 422.2, 425.1, 425.2, 700.1-ci və habelə Mülki Prosessual Məcəllənin 77.1, 88, 384.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat:
57. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 (vəkili Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini və ya işin yenidən araşdırılması üçün appelyasiya instansiya mə hkəməsinə göndərilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tamamilə əsassız, qanunsuz qətnamə qəbul etmişdir. Hüquqi əsaslandırmanı xülasə şəklində təqdim edirlər: Birincisi tərəflər arasında bir icarə münasibəti və dolayısıyla bir icarə müqaviləsi vardır. Tərəflər arasında 3 ayrı müqavilə bağlansa da əslində 1 ədəd müqavilə münasibəti mövcuddur. Çünki əsas müqavilə münasibətinin tərəfi olaraq Elnar Əliyev (iddiaçının oğlu) olmuş, razılaşma onunla əldə edilmiş və faktiki olaraq da bütün icarə predmetini Elnar Əliyev istifadədir. Müqavilənin İddiaçı və sonradan da İlkin Nuriyev ilə rəsmiləşdirilməsi tamamilə onun xahişi ilə olmuşdur. Təsadüfi deyildir ki, İddiaçı vəkili icarə müqaviləsi üzrə birdən çox müqavilə olmasına baxmayaraq qeyri-yaşayış sah əsini kimin istifadəsində hansı hissəsinin olduğu müəyyən edilmədiyini etiraf etmişdir. Nəticə etibarı ilə işin halları, iddiaçı tərəfin etirafı və izahatları və xüsusi olaraq da qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-276/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında bir müqavilə münasibəti olduğu təkzibedilməz şəkildə öz təsdiqini tapmışdır. Sonuncu müqavilənin ləğvi ilə bağlı məhkəmə qərarı əslində tərəflər arasında olan ümumiyyətlə bütün icarə münasibətlərinin ləğvi olaraq başa düşülməlidir. Çünki Bakı Apellyasiya Məhkəməsinin 22(103)-276/2024 nömrəli qətnaməsi ilə İlkin Nuriyev ilə bağlanan müqavilə münasibəti ləğv edilərkən məhkəmə tərələr arasında formal bir münasibət olduğuna əsaslanmışdır. Bu əsas şübhəsiz İddiaçı ilə bağlanan müqavilə münasibəti üçün də keçərlidir. O nunla bağlanan müqavilə münasibəti də formal xarakter daşıyır. Nəticə etibariylə tərəflər arasında bir müqavilə münasibəti olduğu, icarədar olaraq rəsmiləşdirilən şəxslər formal xarakter daşıdığı və Cavabdeh1 müqavilənin ləğvi ilə bağlı iddia qaldırarkən heç şübhəsiz bütün icarə obyektinin boşaldılması niyyətini daşıdığı aydındır. Buna görə də, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-2(103)-276/2024 nömrəli qətnamə ilə xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi əslində həm xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli müqavilələrin də ləğv edilməsi, ümumilikdə Cavabdeh1 və X5 arasında yaranan icarə münasibətlərinə xitam verilməsi deməkdir. İkincisi İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə müqavilə ləğv edilmişdir. İşin təkzibedilməz halı olaraq görünür ki, Əliyev Elnar birinci instansiya məhkəməsində ifadə verərək icarə müqaviləsinin əvvəl atası İddiaçılə bağlandığını, lakin atasının yaşlı olması səbəbindən və gedib-gələ bilmədiyinə görə müqavilənin İlkin Nuriyevlə bağlandığını bildirmişdir. X10 bu şəkildə iradə ifadəsi əslində xx.xx.2019-cu il tarixli müqavilənin xitam verilərək başqa bir şəxslə yeni müqavilə bağlamasını bildirir. Digər tərəfdən Cavabdeh1 də İlkin Nuriyevə qarşı iddia qaldırarkən əvvəlki müqavilənin ləğv edildiyini nəzərə alaraq bu iddianı qaldırmışdır. Dolayısı ilə İddiaçı xəstə və yaşlı olması səbəbindən İlkin Nuriyevlə yeni bir müqavilənin bağlanması əslində tərəflər arasındakı xx.xx.2019-cu il tarixi müqavilənin xitamına dair bir razılaşma o lduğunu göstərir. Məhz bu səbəbdən Cavabdeh1 iddia qaldırarkən sonuncu yəni, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğvini tələb etmişdir. Beləliklə, həm Əliyev Elnarın ifadəsi, həm də Cavabdeh1 əvvəlki müqavilənin ləğv edildiyini nəzərə alaraq İlkin Nuriyevə qarşı iddia qaldırması İddiaçılə bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edildiyini göstərir. Üçüncüsü, icarə haqqının tam ödənilməməsi müqavilənin ləğvi üçün əsasdır. xx.xx.2019-cu il tarixli müqavilə üzrə icarə haqqı 900 AZN müəyyən edilsə də, faktiki olaraq 3.500 AZN olaraq razılaşdırılmışdır. Hətta bu hal işin faktiki halları ilə və qarşı tərəfin öz izahatlarında da öz təsdiqini tapır. apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin 28-ci bəndinə “Aylıq icarə haqqının məbləği 3.500 manat olmuş, amma müqavilədə aylıq icarə haqqının məbləği 900 manat göstərilmişdir. Tərəflərin bildirdiklərinə görə bu kimi addım vergi ödənişlərin az ödənilməsi üçün edilmişdir. Müqavilə bağlanan ərəfədə 2 il üçün ödənilməli olan 84.000 manat məbləğində icarə haqqına görə, iddiaçının övladı Elnar Əliyev 60.000 manat ödəmiş, qalan 24.000 manat isə təmirə xərcləmişdir” deyə qeyd edilmişdir. Həmçinin sözügedən qətnamənin 12-ci bəndində “İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək bildirmişdir ki,..... İddiaçı tərəfindən cavabdehlərə 900 manat rəsmi, qalan məbləğ isə qeyri-rəsmi olaraq ödənilirdi” deyə göstərilmişdir. Göründüyü kimi iddiaçı tərəf icarə haqqının daha çox olduğunu etiraf edir və məhkəmə də icarə haqqının 3.500 AZN oldu ğunu qeyd edir. İddiaçı tərəf bu icarə haqqının ödənildiyini və bunun “Azərpoçtun” məktubu və “Ödəniş qəbzləri” də təsdiq edildiyini bildirir. Qeyd olunmalıdır ki, həmin məktuba və “ödəniş qəbzlərinə” diqqət yetirsək aylıq ödənilən məbləğ razılaşdırılmış icarə haqqından (3.500 AZN) daha az olduğu görünməməkdədir. Lakin məhkəmə bu hala biganə yanaşaraq iddiaçının göstərilən icarə haqqını tam ödədiyini və xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdiyini və icarə haqqını ödəməməsi iş materialları ilə təsdiq olunmur deyə qeyd edir. Digər tərəfdən qeyri-yaşayış binasının 30 illiyinə sadəcə 900 AZN icarə haqqı ilə icarəyə verilməsi faktını qəbul etmək heç bir məntiqə sığmır. Dolayısı ilə bu hal xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və qarşılıqlı id dianın təmin edilməsi üçün əsasdır. Digər tərəfdən Mülki Məcəllənin 700.1-ci maddəsində də göstərildiyi kimi “İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur”. Məhz bu norma icarə haqqının tam ödənilməsinin müqavilənin mühüm şərti olduğunu, onun icra edilməməsinin müqavilənin ləğvinə, yaranmış münasibətə xitam verilməsinə səbəb olduğunu göstərməkdədir. Beləliklə, bu hallar İddiaçı (X5) tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərinin yerinə yetirilmədiyini sübut edir. Digər tərəfdən məhkəmənin Mülki Məcəllənin 422-ci maddəsinə əsaslanması adi icarə münasibətlərinin ləğvi əsaslarını bilməməsini ortaya qoyur. Çünki şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı (422-ci maddə) müqavilənin ləğvi ilə bağlı haldır. Müqavilənin ləğvi institutu isə yalnız şəra itin əhəmiyyətli dərəcə dəyişməsi ilə məhdudlaşmır. Yəni şəraitin əhəmiyyətli dərəcə dəyişməsi müqavilənin ləğvinə əsas ola bilər, lakin müqavilənin ləğvi yalnız o halla məhdud deyildir. Qanunda, müqavilədə müqavilənin ləğvi üçün müxtəlif əsaslar mövcuddur və onlardan biri də icarə haqqının ödənilməməsidir. Mülki Məcəllənin 685.2.1- ci maddəsi də icarə haqqının 2 ardıcıl müddətdə tam ödənilməməsinin icarə müqaviləsinin ləğvi üçün əsas olduğunu göstərmişdir. Dolayısı ilə iş materiallarında olan “Azərpoçtun” məktubu və “Ödəniş qəbzləri”ndə göstərilən aylıq məbləğlər icarə haqqının tam ödənilmədiyini sübut etməkdədir və bu müqavilənin ləğvi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qeyd etdikləri normalarla müəyyən edilmiş tələblərə cavab vermir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə icarə haqqı 3.500 AZN olmuşdur.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)456/2025 nömrəli, 27 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər Əhliman Xıdırov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
30. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı ilə icarəyə verən Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə “İcarə müqaviləsi” bağlandıqdan sonra Cavabdeh1 ilə iddiaçının işçisi İlkin Nuriyev arasında xx.xx.2020-ci il ta rixli və xx.xx.2020-ci il tarixli “İcarə müqavilələri” bağlanmış olsa da, iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi və ya dəyişdirilməsi, habelə iddiaçının həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək icarə haqqını ödəməməsi iş materialları ilə təsdiq olunmamışdır.
31. Məhkəmə kollegiyası göstərilən əsaslandırma ilə razılaşmayıb və qeyd etmişdir ki, Cavabdeh1 qarşılıqlı iddiasında göstərilmişdir ki, aylıq icarə haqqı göstəriləndən xeyli miqdarda çoxdur, iddiaçı nəzərdə tutulmuş öhdəliyi vaxtı-vaxtında yerinə yetirdiyini qeyd etsə də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi də müəyyən etmişdir ki, ümumi sahəsi 623,2 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh1 məxsusdur. O, özün ə məxsus sözügedən qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə vermiş və bununla bağlı onlar arasında xx.xx.2019-cu il tarixdə 37 saylı Notariat Ofisində 30 il müddətinə “İcarə müqaviləsi” bağlanmışdır. İcarəyə verilən qeyri-yaşayış sahəsinin ölçüsü 623,2 kv. metr olsa da müqavilədə sahənin ölçüsü 446,6 kv. metr göstərilmişdir. Aylıq icarə haqqının məbləği 3.500 manat olmuş, amma müqavilədə aylıq icarə haqqının məbləği 900 manat göstərilmişdir.
33. İş materialları ilə təsdiq edilib ki, Cavabdeh1 qarşılıqlı iddiası 30 yanvar 2023-cü il tarixində məhkəməyə təqdim edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi məhz o halı tərəflərlə müzakirə edərək araşdırmalı idi ki, müəyyən etdiyi icarə haqqı məbləği nəzərə alınmaqla iddia verilən tarixə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 685.2.1 və 685.2.2-ci maddələrində nəzərdə tutulmuş və Cavabdeh1 tərəfindən müqavilənin ləğvinə əsas verən hallar mövcud olub, ya yox. Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma və hüquqi dəyərləndirmə aparmayıb.
35. Əksinə apellyasiya instansiyası məhkəməsi icarə haqqının ödənilməsi ilə bağlı qarşılıqlı iddia verildikdən sonrakı tarixdə aparılmış bir sıra ödəmə sənədlərinə istinad etmiş, qarşılıqlı iddia ərizəsi verildiyi tarixdən əvvəlki ödəmələrin isə iddiaçı Cavabdeh1 cavabdeh İlkin Nuriyevə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın 9.900 manat icarə haqqı borcunun cavabdeh İlkin Nuriyevdən iddiaçı Cavabdeh1 xeyrinə tutulması hissəsində rədd edilməsi, qətnamənin 14.400 manat icarə haqqı borcunun tutlması və cavabdeh İlkin Nuriyevin icarəyə verilmiş ümumi sahəsi 623,2 kv.m. olan qeyriyaşayış sahəsinin 212 kv.m. hissəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilərkən həmin iş üzrə cavabdeh tərəfin iddiaçıya ödəmələri kimi nəzərə alınıb-alınmamasına da -həmin iş üzrə müvafiq qətnaməyə və aparılmış ödəmələrə istinad etsə də-hüquqi qiymət verməmişdir. Həmin iş və hazırkı iş üzrə predmet və tərəflər fərqlidir. Belə olan təqdirdə kommersiya mübahisəsi kimi baxılmış iş üzrə müəyyənləşdirilmiş ödəmələrin hazırkı iş üzrə də nəzərə alınmalı olmasını apellyasiya instansiyası məhkəməsi əsaslandıra bilməmişdir.
36. Nəzərə alınmalıdır ki, məhz iddia qaldırıldığı ana müqavilə tərəfinin müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozub-pozmam ası və bu pozuntunun digər tərəfə müqaviləni ləğv etməyə əsas verib-vermədiyi müəyyənləşdirilməlidir. Əhəmiyyətli pozuntu törədən tərəf müqavilənin digər tərəfinə münasibətdə etibarlı tərəfdaş olma xüsusiyyətini itirir, beləliklə pozuntu törədən tərəfin müqavilənin şərtlərini gələcəkdə vicdanla yerinə yetirəcəyinə inam qalmır. İcarə haqlarının qanunvericilikdə müəyyənləşdirilmiş qaydada ödənilməməsi (məsələn, iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsinin gecikdirilməsi) digər tərəfə müqavilənin ləğvi üçün əsas verir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərba ycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
38. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, müqavilənin ləğvi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilən qaydada baş verdikdə mübahisə halında məhkəmə tərəfindən ləğvin baş verdiyinin təsbiti istisna edilmir.
39. Digər tərəfdən apel lyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 422-ci maddəsinə (Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi) də istinad edərək qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsinin” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqe baxımdan da ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Belə ki, müqavilənin bağlanmasından sonra şəraitin əhəmiyyətli dərəcədə pozulması mövcud deyil. Cavabdeh1 mübahisəli qeyriyaşayış sahəsinə dair sonradan İlkin Nuriyev ilə 2 müqavilə bağlasa da, onunla iddiaçı a rasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” üzrə münasibətlər davam etmişdir. Odur ki, bu baxımdan da qəbul edilməlidir ki, qarşılıqlının iddianın “icarə müqaviləsinin ləğv edilməsi barədə” hissəsi əsassızdır.
103. Məhkəmə kollegiyası göstərilən əsaslandırma ilə də razılaşmamışdir. Belə ki, qarşılıqlı iddiaçı icarə haqlarının ödənilməməsinə də istinad edir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə icarə haqlarının ödənilib-ödənilməməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqəsini əsaslandıra bilməmişdir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bərabər qanunvericilkdə müqavilənin ləğvinin digər əsasları, o cümlədən müqavilənin tərəflərindən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması, konkret müqavilələrin ləğvinin əsasları da nəzərdə tutulmuşdur.
104. Apellyasiya instansiyası məhkəməsi icarəçinin iki ardıcıl müddət üçün icarə haqqının və ya onun xeyli hissəsinin ödənilməsinin və ya ikidən çox müddət üçün iki aylıq icarə haqqının məbləğinə çatan məbləğdə icarə haqqının ödənilməsinin gecikdirilib gecikdirilməməsini müvafiq araşdırma nəticəsində müəyyənləşdirməklə, müəyyənləşdirilən hallara Mülki Məcəllənin 421.2, 685.2.1 və 685.2.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi qiymət verməli idi.
105. Belə qiymətləndirmə aparılarkən o da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 685.3-cü maddəsinə əsasən bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir.
106. Göstərilən maddədə “müqavilə ləğv edilənədək” dedikdə, Mülki Məcəllənin 421.2-ci maddəsində n əzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsinin həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verməsinə münasibətdə, göstərilən qaydada müqavilənin ləğvinin baş verdiyi anadək olan müddət nəzərdə tutulur. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən istiqamətdə araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
58. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2935/2025 nömrəli, 27 may 2025-ci il tarixli qətnaməsi ilə, (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruizəçi), Məhəmməd Rüstəmli və Səadət Səlimova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə çıxarılması, ilkin iddia rədd edilməsi, qarşılıqlı iddia təmin olunması, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 30 yanvar 2023-cü il tarixdən ləğv olunmuş hesab edilməsi, İddiaçı əşyaları ilə birlikdə ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 623,2 kv.m. olan qeyri-yaşayış binasından çıxarılması, qeyriyaşayış sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi, xx.xx.2021-ci ildən xx.xx.2023cü il tarixədək olan dövr üçün aylıq icarə haqqının 2.500 manatdan hesablanmaqla cəmi 32.500 manat ödənilməmiş icarə haqqı məbləğinin İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq qətnamə icra olunan günədək hər ay 2.500 manatdan hesablanmaqla pul vəsaitinin əldən çıxmış fayda kimi İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi və bu zaman İddiaçı tərəfindən xx. xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə 18.900 manat ödəniş edilməsinin nəzərə alınması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin İddiaçı tutulub Cavabdeh1 ödənilməsi qət edilmişdir.
59. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, mübahisəli 623,2 kv.m. olan qeyri-yaşayış binasına dair hazırkı iş üçün əhəmiyyəti olan 2 icarə müqaviləsi bağlanmışdır. 1) 21 dekabr 2019-cu il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında imzalanmış icarə müqaviləsi (tam hissə, 446,6 kv.m. sahə üzrə aylıq 900 manat olmaqla xx.xx.2049-cu il tarixinədək); 2) 21 dekabr 2020-ci il tarixdə Cavabdeh1 ilə İlkin Nuriyev arasında imzalanmış icarə müqaviləsi (212 kv.m. sahə üzrə aylıq 900 manat olmaqla xx.xx.2049-cu il tarixinədək), Cavabdeh1 ilə İlkin Nuriyev arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsi artıq müqavilə tərəfləri arasında yaranmış və Bakı Kommersiya Məhkəməsində baxılmış başqa məhkəmə mübahisəsinin predmeti olmuş və həmin iş üzrə müvafiq qərar qəbul edilmişdir.
60. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mübahisəli 212 kv.m. qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 iddiası təmin edilərək cavabdeh İlkin Nuriyevin ona məxsus əşyaları ilə birlikdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 623,2 kv.m. olan qeyriyaşayış sahəsindən çıxarılması, cavabdehdən xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 24.300 manat məbləğində icarə haqqı pulunun iddiaçının xeyrinə ödənilmə si qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ödənilməli olan 24.300 manatlıq icarə haqqının məbləği azaldılaraq 14.400 AZN müəyyən edilmişdir.
61. Məhkəmə kollegiyası hesab etmişdir ki, kommersiya məhkəməsində baxılan həmin iş üzrə müəyyən edilən faktların (halların) hazırkı iş üçün hər hansı preyudisiallığı yoxdur. Belə ki, kommersiya işində mübahisə tərəfləri Cavabdeh1 və İlkin Nuriyev olmuş, hazırkı işdə iddiaçı olan İddiaçı isə həmin iş üzrə işdə iştirak edən şəxs olmamışdır. Bu baxımdan kommersiya mübahisəsi üzrə çıxarılmış qətnamə ilə müəyyən edilən hallar İddiaçı münasibətdə hər hansı preyudisiallıq keyfiyyəti daşımır.
62. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə çıxardığı qətnamədə icar ə münasibətlərinin Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən yarandığı, həmin müqavilə qüvvədə olduğu müddətdə Cavabdeh1 ilə İlkin Nuriyev arasında bağlanmış xx.xx.2020-ci il tarixli və 21 dekabr 2020ci il tarixli icarə müqavilələrinin əhəmiyyətsiz olmaqla heç bir hüquqi qüvvəyə malik olmadığı qənaətinə gəlmişdi.
63. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişlərlə razılaşaraq hesab etmişdir ki, tərəflər arasında icarə münasibətlərindən yaranmış bu mübahisəyə qiymət vermək üçün ilk növbədə həmin münasibətlərin xarakteri və eləcə də irəli sürülən tələblərin faktiki və hüquqi əsası müəyyən edilməlidir. Hər iki tərəf tələbinin faktiki əsası kimi müqavilə şərtlərinin yerinə yetirilməməsinə istinad etmişdir. 6
4. İddiaçı cavabdeh tərəfindən icarə predmetindən istifadəyə manelər yaradıldığını, cavabdeh (qarşılıqlı iddiaçı) isə icarə haqqının ödənilmədiyinə və bu əsasla icarə münasibətlərinə birtərəfli qaydada xitam verilməsinə istinad etmidir.
65. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəyə düzgün hüquqi qiymət vermək üçün ilk öncə mübahisəli qeyri-yaşayış sahəsinə görə aylıq icarə haqqının dəqiq məbləği və bu məbləğin ödənilib-ödənilmədiyi müəyyən edilməlidir. Belə ki, digər tələblərə verilən qiymət məhz bundan asılı olacaqdır. Müqavilənin mətnində aylıq icarə haqqı 900 manat göstərilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 iddia ərizəsində bu məbləğin simvolik olduğunu, iddiaçının vergidən yayınmaq istəyinə uyğun olaraq bu şəkildə qeyd edildiyini, əslində icarə haqqı məbləğinin daha çox olduğ unu bildirmiş, müqavilə üzrə danışıqların iddiaçının özü ilə yox, oğlu Elnar Əliyevlə aparıldığını göstərmişdir. Qarşılıqlı iddia ərizəsində aylıq icarə haqqının məbləği konkret göstərilməmişdir. Lakin hazırkı apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi aylıq icarə haqqının qarşılıqlı razılığa əsasən 3.500 manat müəyyən edildiyini və müqavilə bağlanarkən iddiaçı tərəfindən ilkin olaraq 60.000 manat, yəni 17 ay üçün (xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək) icarə haqqının ödənildiyini göstərmişdir.
66. İlk iddia üzrə iddiaçı isə icarə müqaviləsinə istinad edərək aylıq icarə haqqının 900 manat olduğunu göstərmişdir. Hazırkı apellyasiya baxışında da iddiaçının nümayəndəsi icarə haqqının 900 manat olduğunu və bu məbləğə uyğun olaraq hazırda ödənilməmiş icarə haqqı borcunun olmadığını bil dirmişdir.
67. Qarşılıqlı iddiaçı Cavabdeh1 iddia ərizəsində müqavilə üzrə danışıqların iddiaçının özü ilə yox, oğlu Elnar Əliyevlə aparıldığını göstərdiyindən birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının oğlu X5 şahid qismində dindirilmiş və o, ifadəsində mübahisəli sahəni cavabdehdən icarəyə götürərək istifadə etdiklərini, Cavabdeh1 atası Cavabdeh2, yəni icarə obyektini faktiki idarə edən şəxsə 2 ilin icarə haqqını, yəni, 60.000 manatı verdiyini bildirmişdir.
68. Elnar Əliyev həmçinin göstərmişdir ki, sonradan tərəflər arasında yaranmış mübahisənin səbəbi mülkiyyətçinin iddiaçıdan 2.500 manat yox, 3.500 manat istəməsi olmuşdur.
69. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 isə ifadəsində Cavabdeh2 və iddiaçının oğlu Elnar Əliyevi tanıdığını, icarə obyekti nin icarəyə verilməsi ilə bağlı tərəfləri onun tanış etdiyini, müqavilə bağlanan gün Cavabdeh2 60.000 manat verildiyini, aylıq icarə haqqının 2.500 manata razılaşdırıldığını, İlkin Nuriyevi tanımadığını, ikinci müqavilədən xəbəri olmadığını bildirmişdir.
70. İddiaçı tərəfin təqdim etdiyi səs yazısından da müəyyən edilib ki, həmin danışıq iddiaçının oğlu Elnar Əliyev ilə Cavabdeh2 arasında gedir və sonuncu onlara icarə pullarının əlbəəl olaraq 60.000 manat məbləğində verilməsini etiraf etmişdir.
71. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə görə icarə haqqı müqavilədə 900 manat göstərilsə də, faktiki olaraq tərələrin razılaşdırdıqları məbləğ 2.500 manat olmuşdur və hazırkı işdə də icarə haqqı məbləği kimi məhz bu rəqəm əsas götürülməlidir. Aylıq icarə haqqının 2.500 manat deyil, 3.500 manat nəzərdə tutulması Cavabdeh1 (nümayəndəsinin) izahatından başqa işdə olan hər hansı digər sübutla təsdiq olunmur. Məhkəmə kollegiyası bunu nəzərə alaraq və MPM-in 88-ci maddəsini rəhbər tutaraq cavabdeh tərəfin izahatını həmin hissədə mötəbər saymamışdır.
72. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, icarəyə götürən tərəfindən icarəyə verənə ilkin olaraq 60.000 manat icarə haqqı ödənilməsi işin mübahisəsiz halıdır. Belə ki, bunu hər iki tərəf təsdiq edib.
73. Məhkəmə kollegiyası bunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə müqavilənin bağlandığı xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövr üçün aylıq icarə haqqı kimi 2.500 manatdan hesablanmaqla iki illik icarə haqqı tam ödənilmişdir və həmin dövrə görə İddiaçı Cavabdeh1 ödənilməmiş icarə haqqı borcu yoxdur.
74. Məhkəmə kollegiyası həmçinin müəyyən etmişdir ki, xx.xx.2021-ci ildən sonra xx.xx.2023-cü il tarixədək, yəni icarə müqaviləsinin ləğvi barədə qarşılıqlı iddia verilənədək İddiaçı tərəfindən icarə haqqı olaraq hər hansı ödəniş edilməmişdir. Göründüyü kimi, Cavabdeh1 iddiasının faktiki əsası, yəni icarə haqqının ödənilməməsi, icarə müqaviləsinin icarəyə götürən tərəfindən pozulması öz təsdiqini tapır və bu hal özlüyündə icarə müqaviləsinin ləğv edilməsi üçün müstəqil hüquqi əsas yaradır. Belə ki, Mülki Məcəllənin 685.2, 685.2.1, 685.2.2-ci maddələrinə görə kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə, ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
75. Məhkəmə kollegiyası göstərilənləri, yəni qarşılıqlı iddia tələbinin həm faktiki, həm də hüquqi əsasının öz təsdiqini tapdığını nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi xx.xx.2023-cü il tarixdən, yəni qarşılıqlı iddianın verildiyi tarixdən ləğv olunmuş heab edilməli və xx.xx.2021-ci ildən həmin tarixədək ödənilməmiş icarə haqqı İddiaçı C avabdeh1 xeyrinə tutulmalıdır.
76. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, xx.xx.2023-cü il tarixdən sonrakı dövrə görə də aylıq icarə haqqı məbləği əldən çıxmış fayda kimi İddiaçı Cavabdeh1 xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia tələbində həmin məbləğ sadəcə ödənilməmiş icarə haqqqı kimi göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə onun hüquqi əsası Mülki Məcəllənin 21-ci maddəsidir.
77. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı iş materiallarına əsasən müəyyən etmişdir ki, İddiaçı tərəfindən hazırkı iş üzrə iddia qaldırıldıqdan sonra, yəni məhkəmə mübahisəsinin davam etdiyi vaxt xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 18.900 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin məbləğ qətnamənin icrası zamanı icra məmuru tərəfindən nə zərə alınmalıdır.
78. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən həmçinin müəyyən etmişdir ki, icarə müqaviləsində obyektin yalnız 446,6 kv.m. hissəsinin icarəyə verildiyi göstərilsə də, İddiaçı faktiki olaraq obyektin bütün sahəsindən, yəni 623,2 kv.m. sahədən istifadə edir ki, bu da bir mülkiyyətçi kimi Cavabdeh1 hüquqlarını pozur. Ona görə də mülkiyyətçinin pozulmuş hüququ bərpa edilməli və İddiaçı 623,2 kv.m. qeyri-yaşayış sahəsindən bütünlüklə çıxarılmaqla sahə boşaldılmalı və mülkiyyətçiyə təhvil verilməlidir.
79. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin öz təsdiqini tapdığını və bu əsasla da təmin edilməli olduğunu nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia öz-özlüyündə əsassızdır və rədd edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddia çı müqavilə üzrə icarə haqqını vaxtında və lazımi qaydada ödəməsə də, bu günədək həmin qeyri-yaşayış sahəsindən istifadə edir və faydalanır.
80. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 146.1, 421.1, 421.2, 421.3, 422.1, 685.2, 685.3, 700.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 106.3, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
81. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil5) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, müəyyən edilmiş hallar və iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsini barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
82. Kassasiya şikayəti ilk iddia ə rizəsinin məzmunu ilə eynilik təşkil etəklə əlavə olaraq belə əsaslanmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının gəldiyi nəticə ilə razılaşmaq olmaz, belə ki, tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilib ki, ümumi sahəsi 623,2 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh1 məxsusdur. O, özünə məxsus sözügedən qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə vermiş və bununla bağlı onların arasında xx.xx.2019-cu il tarixdə 37 saylı Notariat Ofisində 30 il müddətinə “İcarə müqaviləsi” bağlamışdır. Müqavilə bağlanan ərəfədə 2 il üçün ödənilməli olan 84.000 manat məbləğində icarə haqqına görə, iddiaçının övladı Elnar Əliyev 60.000 manat ödəmiş, qalan 24.000 manat isə təmirə xərcləmişdir. Bundan 1 il sonra isə Elnar və iddiaçı bildirdilər ki, onlara laz ımdır ki, “İcarə müqaviləsi” VÖEN-i olan şəxslə bağlansın və bu səbəbdən sonrakı müqavilələr iddiaçının işçisi olan İlkin Nuriyev ilə bağlanmışdır. Tərəflər arasında mübahisə doğuran hal sonrakı, yəni 2021ci ilin dekabr atından sonrakı icarə haqlarının ödənilib-ödənilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı icarə haqqının cavabdehə ödənildiyini bildirsə də, cavabdeh tərəf bunu inkar edir. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 3 saylı Poçt Filialının xx.xx.2023-cü il tarixli, 3 PF-1-77 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2023-cü il tarixdə 1.800 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, iddi açının işçisi olan İlkin Nuriyev tərəfindən xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 2.700 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir. Məhkəməyə təqdim edilmiş “Ödəniş qəbzlərindən” görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə köçürmə yolu ilə 1.800 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 1.800 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 1.800 manat, xx.xx.2023- cü il tarixdə ********* saylı qəbzlə 2.700 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2023-cü ilin yanvar ayında qarılıqlı iddia verənədək və sonrakı müddətdə ilk iddia üzrə iddiaçı, onunla icarəyə verən Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsi” üzrə icarə haqqını icarəyə verənə ödəmişdir. "xxxx" MMC 3 saylı poçt Filialının xx.xx.2025-ci il tarixli 3-27-109/1002/3PF-1-48-25 müşayiət məktubu ilə təqdim etdiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək İddiaçı tərəfindən göndərilən pul köşürmələrinin siyhısi ilə təsdiq edilir ki, qeyd olunan dövr ərzində İddiaçı tərəfindən Cavabdeh1 36.000,00 manat pul ödənilmişdir. (şikayətə əlavə olunur) Göstərilənlər ona dəlalət edir ki, mübahisəli qeyri-yaşayış s ahəsinə dair iddiaçı ilə icarəyə verən Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə “İcarə müqaviləsi” bağlandıqdan sonra Cavabdeh1 ilə iddiaçının işçisi İlkin Nuriyev arasında xx.xx.2020-ci il tarixli və xx.xx.2020ci il tarixli “İcarə müqavilələri” bağlanmış olsa da, iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi və ya dəyişdirilməsi, habelə iddiaçının həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerin yetirməyərək icarə haqqını ödəməməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, işin faktiki və araşdırılmış halları ilə mübahisəsiz qaydada təsdiq edilmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasında icarə münasibətləri xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” əsasında yaranmış və sonradan müqavilələrin İlkin Nuriyev ilə bağlanmasına baxmayaraq iddiaçı il ə davam etmişdir. 2023-cü ilin yanvar ayında qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 icarə haqqının iddiaçı tərəfi ödənilmədiyini bildirərək, iddiaçıya qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbi barədə” qarşılıqlı iddia irəli sürənədək və sonrakı müddətdə ilk iddia üzrə iddiaçı, xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsi” üzrə icarə haqqını ödəmişdir. İcarəyə verən olan Cavabdeh1 özünə məxsus mübahisəli qeyri-yaşayış sahəsinə dair İlkin Nuriyev ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə “İcarə müqavilələri” bağlayarkən onunla iddiaçı arasında 1 il əvvəl notarial qaydada bağlanmış “İcarə müqaviləsinin” mövcud olmasını bilirdi və yeni müqavilələri bağlanması zamanı əvvəlki müqavilənin ləğv edilməsini arzulamırdı. Həmin mü qavilə Cavabdeh1 ilə iddiaçı arasında nə şifahi, nə də ki yazılı qaydada ləğv edilməmişdir. İlkin Nuriyev ilə müqavilələr bağlanan zaman iddiaçı ilə bağlanmış müqavilənin ləğv edilməsinə dair, həmin müqavilənin şərtinə görə, 1 ay qabaqcadan ləğv edilməsi ilə bağlı müqavilə tərəflərinin birbirinə yazılı müraciəti olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. İlkin Cavabdeh1 Nuriyevə qarşı xx.xx.2020-ci il tarixli “İcarə müqaviləsinin” vaxtından əvvəl ləğv edilməsi iddiasını irəli sürərkən onun mübahisəli və ümumi sahəsi 623,2 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etmiş və bu halda onlar arasında həmin sahənin 300 kv.m. hissəsi ilə bağlı bağlanmış icarə müqavilənin qanuniliyini də mübahisələndirməmişdir. Halbuki, İlkin Cavabdeh1 Nuriyevə qarşı xx.xx.2020-ci il tarixli “İcarə müqaviləsinin” predmeti də 623,2 kv.m. olan qeyri-yaşayış sahəsi də tam deyil, onun 212 kv.m. hissəsi olmuşdur. Mülki Məcəllənin 421-ci maddəsi ilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları, 424-cü maddəsi ilə isə müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri müəyyən edilmişdir. Göründüyü kimi, əqdin ləğvi anlayışı onu ehtiva edir ki, əqd qanunun tələblərinə uyğun aparılmışdır. Lakin halhazırda şəraitin dəyişməsi nəticəsində həmin əqd üzrə öhdəliklərin icrası qeyrimümkündür. Beləliklə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsi” qanunvericiliyin tələblərinə uyğun bağlanmış və qüvvədədir. Göstərilənlər nəzərə alınmaqla qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə kollegiyası göstərilənlə ri, yəni qarşılıqlı iddia tələbinin həm faktiki, həm də hüquqi əsasının öz təsdiqini tapdığını nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi xx.xx.2023cü il tarixdən, yəni qarşılıqlı iddianın verildiyi tarixdən ləğv olunmuş heab edilməli və xx.xx.2021-ci ildən həmin tarixədək ödənilməmiş icarə haqqı İddiaçı Cavabdeh1 xeyrinə tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının gəldiyi bu nəticə ilə də razılaşmaq olmaz. Belə ki, əvvəla, qeyd olunmalıdır ki, Müqavilənin mətnində aylıq icarə haqqı 900 manat göstərilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 iddia ərizəsində bu məbləğin simvolik olduğunu, iddiaçının vergidən yayınmaq istəyinə uyğun olaraq bu şəkildə qeyd edildiyini, əslində icarə haqqı məbləğinin daha çox ol duğunu bildirmiş, müqavilə üzrə danışıqların iddiaçının özü ilə yox, oğlu Elnar Əliyevlə aparıldığını göstərmişdir. Qarşılıqlı iddia ərizəsində aylıq icarə haqqının məbləği konkret göstərilməmişdir. Digər tərəfdən tərəfimizdən mülki kollegiyanın iclasında bildirilmişdir ki, tərəflər arasında təsdiq edilmiş müqaviləyə əsasən icarə haqqı 900 manat olmuş və bu məbləğə uyğun olaraq hazırda ödənilməmiş icarə haqqı borcu yoxdur. İcarə haqının 2.500 manat müəyyən edilməsi barədə heç bir mötəbər sübut növü təqdim edilməmişdir, bu barədə şifahi qaydada bildirilənlər ziddiyyətli və qərəzli olmaqla qarşılıqlı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlardan əlavə, tərəfimizdən mülki kollegiyanın iclasında bildirilmişdir ki, tərəflər şifahi qaydada belə razılığa gəlmişlər ki, icarə müdd ətində iddiaçının sahibkarlıq fəaliyyəti uğurlu nəticələr verəcəyi təqdirdə icarə haqının 2.500 manat müəyyən edilməsi barədə müzakirələr aparacaqlar. Mülki kollegiya tərəfimizdən irəli sürülmüş bu xüsusatı nəzərə almamış və həmin xüsusata hüquqi qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
1. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
2. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat orqanında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla)
3. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllə də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
4. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
5. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
6. Maddə 422.1. Tərəflərin müqavilə bağlaya rkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur.
7. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.
8. Maddə 685.3. Bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur.
9. Maddə 700.1. icarə müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirlmiş icarə haqqı ödəməyə borcludur. Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı.
90. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
83. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
84. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
85. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
86. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
87. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
88. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
89. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
90. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
91. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
92. Ma ddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
93. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
94. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
95. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcb uridir. Kassasiya baxışının hədləri:
96. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
97. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılma sı təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
98. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
99. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlah iyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
100. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquq i nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
101. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
102. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
103. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
104. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
105. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara al dı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2935/2025 nömrəli, 27 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.