Məhkəmə qərarları › İş №2(102)-3641/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3641/2025

15.01.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3641/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, X3 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (maneələrin aradan qaldırılması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı ca vabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, X3 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2025-ci il tarixli, 2(103)-3896/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2026-cı il tarixdə baxaraq Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X9 xx.xx.1961-ci il tarixli, notarial qaydada təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı m üqaviləsi əsasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. 2. 1962-ci ildə həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair Hüseyn Məsimov adına texniki pasport tərtib edilmişdir.

3. İddiaçı Elvira X1r. Hüseyn Məsimov 1991-ci ildə, arvadı (iddiaçının anası) Südabə Məsimova isə 2001-ci ildə vəfat etmişdir.

4. X4mış miras əmlaka dair mərhumun qızı İddiaçı müraciəti əsasında Bakı şəhəri 16 saylı notariat ofisində vərəsəlik işi açılmışdır.

5. İddiaçı evin və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların atası Hüseyn Məsimova məxsusluğunu müəyyənləşdirmək üçün ünvanda texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqana müraciət etmiş, lakin ünvanda yaşayan şəxslər tərəfindən bu işlərin görülməsi nə imkan verilməməsi əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir.

6. Fərdi yaşayış evində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, X3 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, atası X2 miras qalmış əmlakın – Bakı şəhəri, ünvan 5, ev 16 ünvanında yerləşən fərdi yaş ayış evinin (tikili və torpaq sahəsinin) mülkiyyət hüquqları ilə adına qeydiyyata alınması üçün ərizə üzrə müvafiq xidməti (daşınmaz əmlakın reyestrinin və kadastrının qeydiyyatının və tanınmasının aparılması) göstərən aidiyyəti orqan tərəfindən – 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən icra edilməli olan hərəkətlərə - həmin ünvanda aparılmalı olan texniki baxış, müayinə, ölçü və inventarlaşdırma işlərinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin müvafiq maneələrin aradan qaldırılması kimi yox, müvafiq maneə və məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi kimi qəbul edilməsini xahiş etmişdir.

9. İdd iaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 5, ev 16 ünvanında yerləşən fərdi yaşayış evi mərhum atası X6 məxsus olmuşdur. Atası həmin əmlakı 1960-cı illərin əvvəllərində Ermənistan Respublikasından Bakı şəhərinə köçdükdən bir müddət sonra notarial təsdiqli xx.xx.1961-ci il tarixli müqavilə əsasında almışdır. Onun adına 1962-ci ilin dekabrında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasport da tərtib edilmiş və bu sənədin surəti hazırda ondadır. Atası xx.xx.1991-ci ildə vəfat etmişdir. Həmin texniki pasportun təsdiq edilmiş arxiv nüsxəsinin olub-olmaması ilə bağlı bu ilin iyul ayında 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda Qaraçuxur qəsəbəsi, Podqornaya (Dağaltı – Abbasqulubəy Şadlinski) küçəsi, 16 saylı fərdi yaşayış evinə dair X5 adına tərtib edilmiş 1962-ci il tarixli texniki pasportun idarənin arxivində mövcud olduğu qeyd edilmiş, vərəsələrin dairəsinin müəyyən olunmasına dair aidiyyəti orqanın müvafiq məktubunun təqdim olunacağı təqdirdə sənədin arxiv kökünün verilə biləcəyi bildirilmişdir. Atasından miras qalmış sözügedən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciəti əsasında Bakı şəhəri 16 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Həmin vərəsəlik işi üzrə tək o, vərəsə kimi tanınmış, digər ailə üzvləri onun xeyrinə öz miras hüquqlarından rəsmiləşmə i şlərinin daha asan həyata keçirilməsi üçün qarşılıqlı razılaşma əsasında imtina etmişlər. Qeyd edilən notariat ofisinin notariusu Gülüş Abiyeva tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə 1199 nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən 16 saylı fərdi yaşayış evinə dair çıxarışın (forma 37) verilməsi xahiş olunmuşdur. Məlumdur ki, möhtərəm prezident cənab İlham Əliyev tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” xx.xx.2015-ci il tarixli, 439 saylı fərman qəbul edilmişdir. Həmin siyahının 2.4-cü bəndinə əsasən, “2.4. üzərində m ülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);” daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Qanunvericilik normaları ilə müəyyən edilən hüquqlarını gerçəkləşdirmək və mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün ilk öncə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı şöbəsinə müraciət (ərizə nömrəsi **********) edərək, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən 16 saylı fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum atası X6 məxsus olması barədə arayışın (forma 37) verilməsini xahiş etmişdir. İlkin mühəndis baxışı ndan və texniki müayinədən sonra idarə əməkdaşı tərəfindən onunla əlaqə saxlanılaraq torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 1165.1 kv.metr-dən azalaraq faktiki 1127.8 kv.metr olmaqla qeydiyyata alınmasına etiraz etməməsi barədə notarial ərizə verməsi təklif olunmuşdur. Qeyd olunan məzmunda xx.xx.2024-cü il tarixli notarial ərizəsini idarəyə təqdim etmişdir. Lakin müvafiq sənəd, yəni forma 37 arayışı yenə də ona təqdim edilməmişdir. Məsələni araşdırarkən məlum olmuşdur ki, cavabdeh tərəfindən kimsə qeydiyyatın aparılmaması ilə bağlı hansısa formada idarəyə müraciət etmişdir. Bununla əlaqədar olaraq, 1 saylı Bakı Ərazi İdarəsinin rəisinə yazılı ərizə ilə müraciət edərək iradlarını bildirmiş, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən, atasından miras qalmış 16 saylı fərdi yaşayış evinə v ə həmin evin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum atası X6 məxsus olması barədə arayışın qısa müddət ərzində ona verilməsinin təmin edilməsi xahiş edilmiş, lakin həmin ərizənin icraatı zamanı yenidən texniki müayinə aparmaq, ölçmə işlərini görmək istəyən zaman mühəndislərə cavabdehlər tərəfindən maneələr yaradılmış, sifarişçi (ərizəçi) olaraq ona və eləcə də nümayəndəsi olan qardaşına, vəzifə öhdəliklərini icra etmək istəyən mühəndislərə evə və həyətə daxil olmağa imkan verilməmişdir. Belə ki, texniki müayinə məqsədilə xx.xx.2024-cü il tarixdə qeyd olunan ünvana müraciəti üzrə 32-ci Polis Bölməsinin əməkdaşları, əmlak xidmətinin mühəndisləri gəlsələr də, həmin ünvanda yaşayan Cavabdeh1 və onun bu ünvanda yaşamayan və qeydiyyatda olmayan qardaşı Natiq adlı şəxsin qan unsuz hərəkətləri üzündən ünvana baxış keçirilməsi mümkün olmamış, həmin şəxslər ətrafdakı insanları, eləcə də onları ağır formada təhqir etmiş və hədələmişlər. Bununla əlaqədar olaraq, artıq aidiyyəti hüquq mühafizə orqanlarına müraciətlər etmişdir və məsələ araşdırılmaqdadır. Bununla belə, ona tövsiyə edilmişdir ki, texniki müayinə işlərinə edilən maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etsin və müvafiq məhkəmə aktının qəbuluna nail olsun ki, müayinə və ölçmə işlərinin icraatı qaydasında aparılsın. Bundan sonra, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunu almışdır. Cavab məktubunda bildirilmişdir ki, müvafiq ünvanda yaşayan digər şəxslər tərəfindən texniki baxış keçirmək mümkün olmamışdır və inventarlaşdırma işlərinin aparılması üçün idarənin müt əxəssislərinə şərait yaradılmamışdır. Şifahi müraciəti ilə bağlı isə bildirilmişdir ki, ərizənin icrasının təmin edilməsi məqsədilə həmin əmlakın texniki vəziyyətinin və ölçülərinin yoxlanılması ilə əlaqədar həmin idarənin mühəndis əməkdaşları qeyd olunan ünvanda olaraq texniki ölçmə işləri aparmalıdır, lakin bu, hazırkı işdəki cavabdehlər üzündən təmin oluna bilmir. Bu üzdən həmin şəxslərə qarşı müvafiq tələblə məhkəməyə müraciət edilməlidir. Göründüyü kimi, cavabdehlərin qanunazidd hərəkətləri üzündən miras əmlak üzərində müvafiq texniki müayinə və inventarlaşdırma işlərinin aparılmasını təmin etdirə, nəticə etibarı ilə də mülkiyyət hüququnu qeydiyyata aldıra və tanıtdıra bilmir. Bu üzdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(01 0)-1055/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi (hakim Səlimə Miriyeva) ilə iddia təmin edilmiş, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən ünvanda texniki baxış, müayinə, ölçü və inventarlaşdırma işlərinin aparılmasına mane olunması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hər nə qədər mərhum Hüseyn Məsimovun daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamış olsa da, iş materiallarında olan sənədlər onun mübahisəli evin, eləcə də evin yerləşdiyi torpaq sahəsinin “gözlənilən mülkiyyətçi”si olduğ u nəticəsinə gəlməyə əsas verir. Belə ki, sözügedən evin Hüseyn Məsimov tərəfindən alındığını təsdiq edən 1961-ci il tarixli notarial alqı-satqı müqaviləsi, eləcə də Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Hüseyn Məsimov adına verilmiş 1962-ci il tarixli “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiya və qiymətləndirilməsinə aid” pasport iş materiallarında mövcuddur. Hansı ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüqu qu ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar (1.11) da daxil edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə görə isə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

12. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.4, 157.8-ci maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2, 10.2.2, 10.2.3, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqınd a” Konvensiyaya dair Protokolun 1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdehlər etirazları ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qeyd etmişlər ki, məhkəmə iddia ərizəsini qanunda nəzərdə tutulmuş qaydada araşdırmamış və həqiqətin müəyyən edilməsini təmin etməmişdir. İddiaçı tərəf bir alqı-satqı, bir bağışlama müqaviləsini təqdim etmiş, məhkəmə onları araşdırmadan hansı dövrdə, nə səbəbdən müqavilələrin bağlandığını əsas gətirmədən şəxsi mülahizələrinə istinad edərək qeyriobyektiv qətnamə qəbul etmişdir. Məhkəmə iş üzrə əhəmiyyətli olan halları araşdırmaq əvəzinə hazırlıq mərhələsini dayandırmadan işi baxışa təyin etmiş, sorğuların cavablarını belə gözləmədən işə etinası z yanaşmışdır.

14. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Dağaltı (indiki Abbasqulubəy Şadlinski) küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evi tikilisində və yerləşdiyi ərazidə (sənədlə 1165.1 kv.m, faktiki olaraq 1127.8 kv.m ölçüdə olan torpaq sahəsində) cavabdehlər - Cavabdeh1 və övladları X7 və X8 tərəfindən, eləcə də 3-cü şəxslər (prorab, usta, fəhlə və sair şəxslər) tərəfindən hər hansı söküntü, tikinti, yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinın 16(103)-555/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Dağaltı (indiki Abbasqulubəy Şadlinski) küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evidə və onun yerləşdiyi sahədə (sənədlə 1165.1 kv.m., faktiki olaraq 1127.8 kv.m. ölçüdə olan torpaq sahəsində) cavabdehlər - Cavabdeh1, X7 və X8 tərəfindən, eləcə də 3-cü şəxslər tərəfindən hər hansı söküntü, tikinti, yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparılmasının qadağan edilməsi qərara alınmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3896/2025 nömrəli iş üzrə 19 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), F.Abdıyev və N.Cəfərov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1055/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

18. Sözügedən əmlakın X10 miras qalmış əmlak kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsələrə keçə bilməsi üçün ilk növbədə bu əmlakın mərhumun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olması zəruridir. Elə bu səbəbdən mərhumdan miras qalmış əmlakla bağlı vərəsəlik işinin açıldığı notariat ofisinin notariusu tərəfindən müvafiq çıxarışın verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət qeydiyyatı orqanına müraciət edilmişdir. Öz növbəsində İddiaçı da sözügedən əmlakın mərhum atasına məxsus olmasına dair arayışın verilməsi üçün müvafiq orqana müraciət etmişdir. Lakin daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tərəfindən bu müraciətin təmin edilməsindən imtina edilmiş, buna səbəb kimi ünvanda yaşayan şəxslər tərəfindən müvafiq orqanın mütəxəssislərinin ünvanda texniki baxış və inventarlaşdırma işləri aparmasına mane olunması göstərilmişdir.

19. Cavabdehlər sözügedən texniki baxış və inventarlaşdırma işlərinin aparılmasına mane olduqlarını inkar etmir, əksinə, bunun onlara qadağan edilməsinə dair iddiaçı tərəfindən qaldırılmış iddianın təmin edilməsinə etiraz edirlər. Cavabdeh1 mövqeyinə görə, həmin ev, eləcə də evin yerləşdiyi torpaq sahəsi ilə bağlı iddiaçının mərhum atasına “qanuni gözlənti” verən bütün sənədlər saxtadır. Lakin cavabdeh istinad etdiyi bu halı təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli daşınmaz əmlakın “gözlənilən mülkiyyətçisi”nin vərə səsi olan iddiaçı həmin əmlak üzərində texniki baxış, inventarlaşdırma və digər işlərin aparılmasına cavabdehlər tərəfindən maneə törədilməsinin qadağan edilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının vərəsə kimi həmin əmlak üzərində hüquq əldə edə bilməsi torpaq sahəsi üzərində cavabdehlərin mane olduğu işlərin görülməsindən asılıdır. Nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü, eləcə də torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün zəruri olan sənədlərdəndir.

21. Cavabdehlərin tam eyniyyət təşkil edən apellyasiya şikayətlərinin məzmunundan da müəyyən olunur ki, onların əsas dəlili inzibati məhkəməyə müraciətləri ilə bağlı hazırkı mülki iş üzrə icraatın dayandırılmalı olması ilə bağlı olmuşdur.

22. Bununla bağlı Məhkəmə kolegiyası xüsusi olaraq qeyd edir ki, cavabdehlərin istinad etdikləri həmin hal öz-özlüyündə hazırkı mülki iş üzrə icraatın dayandırılması üçün əsas ola bilməz. Əvvala ona görə ki, inzibati p rosessual qanunvericiliyə əsasən ərizənin məhkəmənin icraatına verilməsi hələ onun mümkünlüyü kimi qəbul edilmir. İnzibati qaydada iddianın mümkünlüyü inzibati məhkəmə tərəfindən tərəflərin dinlənilməsindən sonra ayrıca müzakirə edilməklə müəyyən edilir, bu zaman inzibati məhkəmə iddianın mümkün sayılmaması barədə də qərardad qəbul edir (İPM, maddə 35). İkincisi isə, MPMin 254.1.4-cü maddəsinin tələbinə görə həmin inzibati iddianın baxılması halında belə, o icraat hazırkı işə baxılmasını mümkünsüz edəcək təsirə malik deyildir. Çünki həmin iddianın hansı qaydada həllindən asılı olmayarq mübahisəli evə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü, eləcə də torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün zəruri olan sənədlərin hazırlanması mütləqdir. Demək ki, hazırkı halda iş üzrə icraatın dayandırılmasını məcburi edən qanuni əsaslar mövcud deyildir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.2, 157.4, 157.8, “Torpaq islahatı haqqında” Qanunun 9, 10.1, 10.2, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2, 10.2.2, 10.2.3, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolun 1-ci maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu ma ddəsinə, MPM-nin 14.2, 77.1, 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh3 (vəkil – Vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmələr Mülki Məcəllənin 157-ci maddəsinin müdafiə mexanizmlərini qeydiyyatsız nəlinəlzög“ mülkiyyət” konsepsiyası üzərindən tətbiq etməklə, faktiki sahibliyin qanuni müdafiəsini nəzərdən qaçırmış, sübutetmə yükünü iddiaçıdan faktiki istifadəçilərə yönəltmişdir.

26. İddiaçının atasının həmin fərdi yaşayış evində ümumiyyətlə mülkiyyət hüququ yoxdur. Belə ki, sağlığında Hüseyn həmin evi ö z atasına bağışlamışır. İddiaçı və cavabdehlər vərəsəlik hüququ əsasında həmin əmlaka hüquqlarını tələb edə bilərlər, tərəflərin vərəsəlik hüququnu balanslaşdırmadan və nəzərə almadan geniş şərh etmişdir ki, bu da mülkiyyət və istifadə hüquqları arasında zəruri balansı pozur.

27. Torpaq islahatı sonrası hüquqların rəsmiləşməsi üçün hüquqi zəncirin (plan-ölçü, yerquruluşu, reyestr çıxarışı) tamamlanması zəruridir; məhkəmələr bu tələbləri iddiaçının sübut yükündə qiymətləndirməmişdir.

28. Məhkəmələr texniki baxış və inventarlaşdırma sənədlərinin inzibati prosedurdan düzgün qaydada əldə edilməsini, həmçinin bu sənədlərin mövcud mülkiyyət və istifadə münasibətlərinə müdaxilə etmədən hazırlanması imkanını balanslaşdırmamışdır; inzibati proses nəticələrini gözləmədən məcburetmə qərarının veril məsi düzgün deyildir.

29. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir.

30. Məhkəmə yalnız iddiaçının göstərdiyi dəlilləri sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin əsassız hesab edilməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi

32. Maddə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

34. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoy mağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

38. Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

39. Maddə 10.1. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yer quruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

40. Maddə 10.2. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi... «Yaşayış yeri və olduğu y er üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanunu

42. Maddə

9. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

53. İşin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələ lər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası mə hkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassa siya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3896/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar