Məhkəmə qərarları › İş №2(102)-3022/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3022/2025

22.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3022/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edildiyi) iş üzrə QƏRARİ Açar sözlər: məhdud əşya hüququnun müdafiəsi, ədalətli məhkəmə araşdırması hüququnun pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-841/2025 nömrəli, 2 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışına əsasən, 31 yanvar 2022-ci il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində 0.08635 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır;

3. Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(104)-2474/2022 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mü lkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi ilə bağlı Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər siyahısına Cavabdeh2 və Cavabdeh3 əlavə edilməsini, Cavabdeh1 tərəfindən ümumi yoldan onun mülkiyyətində olan evə kimi Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan eni 3 metr olan yolun üzərində inşa etdiyi tikililərin və quraşdırılmış darvazaların, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi yoldan mülkiyyətində olan evə kimi eni 3 metr istifadədə olan avtomobil yolunun üzərində inşa etdikləri hasarın cavabdehlər in hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, Gədəbəy Rayon Məhkəməsində iddia qaldıraraq, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə cavabdeh Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla, servitut qaydasında avtomobil yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-426/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verdiyi apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2474/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, birinci instansiya məhkəməsi nin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, onun Gədəbəy rayonu, Novasaratovka kəndində yerləşən 0,08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy rayonu, Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural İsmayılova həvalə edilmişdir. İcra məmuru 4 avqust 2023-cii il tarixdə servitut müəyyən edilməli torpaq sahəsinə mütəxəssis dəvət edərək, baxış keçirmiş və müəyyən etmişdir ki, həmin torpaq sahəsi Cavabdeh1 şəxsi mülkiyyətindədir. Lakin icra məmuru nə mütəxə ssis rəyi almış, nədə 3-cü şəxs adlandırdığı Cavabdeh1 həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Çıxarışı, plan-ölçü sənədini icra materiallarına əlavə etməmiş, 31 avqust 2023-cü il tarixdə icra sənədinin icrasının mümkün olmaması qənaətinə gələrək, icra sənədini geri qaytarmışdır. Apelyasiya məhkəməsi apelyasiya şikayətinin dəlillərini araşdıraraq və mübahisə predmetinə yerində baxış keçirərək müəyyən etmişdir ki, onun mülkiyyətində yaşayış evi və evin arxa hissəsində torpaq sahəsi yerləşir. Fərdi yaşayış evinin ön hissəsindən piyada girişi üçün yol olsa da, lakin həmin hissədə inşa edilmiş qeyri-yaşayış sahəsi olan tikili səbəbindən evin həyətyanı sahəsinə avtomobilin daxil olması üçün yol mövcud deyildir. Həyətyanı sahəyə avtomobilin daxil olması yalnız həyətyanı sahən in sonunda qonşu bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə digər ümumi istifadədə olan avtomobil yoluna çıxış əldə etmək olar. Məhkəmə iclasında bələdiyyənin nümayəndəsi mülkiyyətdə olan torpaq sahəsindən istifadə etmədiklərini və həmin torpaq sahəsindən servitut yolu ilə iddiaçının istifadəsi üçün yol açılmasına etirazlarının olmadığını bildirmişdir. Yerində müayinə zamanı Cavabdeh1 torpağın onun mülkiyyətində olmasını şifahi olaraq bildirsə də, məhkəmə kollegiyasının tələbinə baxmayaraq, mübahisə predmeti olan torpağa dair sənəd təqdim etməkdən imtina etmişdir. Novasaratovka Bələdiyyəsinin 12 avqust 2023-cü il tarixdə verdiyi arayışdan görünür ki, mübahisə predmeti olan torpaq sahəsi Novosaratovka Bələdiyyəsinin mülkiyyətindədir. Göründüyü kimi, Hüseynov X3 Bələdiyy əsinin mülkiyyətində olan onun evindən ümumi yola birləşən hissəyə qədər eni 3 metr təşkil edən yolu zəbt edərək, orada qanunsuz tikili inşa etmiş və darvazalar quraşdırmışdır. Bu da onun mülkiyyətimdə olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomobilin giriş-çıxışının tamamilə bağlanması ilə nəticələnmişdir. Cavabdeh darvazanı məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmuru torpaq sahəsinə gəlib araşdırma aparıb, qətnamənin icrasından imtina etdikdən sonra quraşdırmışdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. İddiaçı məhkəməyə tələbinin həcminin azaldılması haqqında yazılı müraciət edərək cavabdehlər siyahısından Cavabdeh1 adının çıxarılmasını xahiş etmişdir.

7. Gədəbəy Rayon Məhkəməsinin (hakim Fizuli Mirzəquliyev) xx.xx.2025-ci il tarixli, 2(042 )-13/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(104)-2474/2022 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia tələbini Cavabdeh1 münasibətdə əsaslandırmış, iş üzrə cavabdehlər tərəfindən inşa edilmiş hasarın servitut müəyyən edilmiş yolun üzərində yerləşməsi və hasarın müəyyən edilmiş servitu ta maneəçilik yaratması haqqında sübutlar təqdim etməmişdir. Eyni zamanda, iddiaçı özü də bələdiyyə torpağının bir hissəsini zəbt etmiş, bununla əlaqədar servitut müəyyən edilmiş yolun onun zəbt etdiyi və ya başqa ərazidən keçməli olmasının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də, iddia tələbi təmin edilməməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci və 157.4-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti verərək, Gədəbəy Ra yon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-13/2024 nömrəli qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddiaçının sübutlarını təqdim etməsi üçün heç bir şərait yaratmadan, qanunsuz tikili ilə bağlı yerli icra hakimiyyətinə və bələdiyyəyə sorğu göndərməklə qanunsuz tikintinin olub-olmamasını müəyyən etmədən, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı İdarəsinə məktub göndərməklə mübahisəli ərazinin ümumi istifadədə olan torpaq sahəsinə aid olub-olmamasına dair məlumat əldə etmədən m übahisəni araşdırmamış və ədalətsiz yekun qərar qəbul etmişdir. İddiaçının iddia tələbi qanunsuz tikilinin sökülməsi olduğu halda, məhkəmə “iddiaçının özü də bələdiyyə torpağının bir hissəsini zəbt etmiş, bununla əlaqədar servitut müəyyən edilmiş yolun onun zəbt etdiyi və ya başqa ərazidən keçməli olmasının müəyyən edilməsi mümkün olmadığını” bildirmişdir. İddiaçının torpağı ilə qanunsuz tikilmiş hasar arasında servitut müəyyən edilmiş bələdiyyə torpağı var. İddiaçının mübahisəsi öz torpaq sahəsinə qonşu olan hasarla deyil, servitut müəyyən edilmiş torpaq sahəsi ilə ümumi istifadədə olan yolun kəsişməsində olan hasardır. Eyni zamanda məhkəmə iddiaçının torpaq sahəsindən servitut müəyyən edilmiş torpaq sahəsinə birləşən yolunun haradan keçməli olmasını mübahisələndirmişdir. Bildirmək istəyi rlər ki, iddiaçının tələbi nə öz torpaq sahəsi ilə, nə də servitut müəyyən edilmiş torpaq sahəsindən keçən yol olmuşdur. Bu tələblər üzrə iddiaçının xeyrinə qəbul edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(104)-2474/2022 saylı qətnaməsi var. Məhkəmə əsassız və qanunsuz olaraq Gəncə Apelyasiya Məhkəməsinin aktını mübahisələndirmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2474/2024 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində məhkəmə qeyd etmişdir ki, “Məhkəmə kollegiyası xüsusi vurğulayır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının servitut qaydasında yolun verilməsini tələb etdiyi torpaq sahəsinin kənd sakinlərinin istifadə etdiyi mübahisəli ərazi kimi qeyd olunsa da, yerində müayinə zamanı müəyyən edilmişdir ki, həmin ərazi iddiaçının servitut qaydasınd a avtomaşın yolunun verilməsini tələb etdiyi bələdiyyəyə məxsus boş torpaq sahəsi deyil, kənd sakinlərinin ümumi istifadəsində olan yoldur. İddiaçının servitut qaydasında yolun verilməsini tələb etdiyi torpaq sahəsi isə bələdiyyə və digər şəxslər tərəfindən istifadə olunmayan boş torpaq sahəsidir. İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən olunsun.” Bildirmək istəyirlər ki, Gəncə Apelyasiya Məhkəməsində mülki işə baxılan zaman yerli baxış keçirilmiş və həmin vaxt heç bir hasar ol mamışdır. Lakin, məhkəmə aktı icra edilən zaman cavabdehlər artıq həmin hasarı hörmüşlər. Bildirmək istəyir ki, cavabdehlər hasar tikməklə qanunsuz olaraq ümumi istifadədə olan yolu zəbt etməklə, həmin yoldan iddiaçının sərbəst istifadə hüququnu məhdudlaşdırmışlar. Bildirmək istəyir ki, iddiaçı Gədəbəy rayon məhkəməsində hazırkı mülki iş üzrə audio-video qeydiyyatı aparılmış məhkəmənin hazırlıq iclasında şifahi olaraq yerli baxışın keçirilməsini xahiş etsə də, hakim şifahi vəsatəti nəzərə almamışdır. Bu halların hər hansı bir sübutla müəyyən edilməsi iddiaçının imkanları ilə mümkün olmamışdır. Bu hallar Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2474/2024 saylı xx.xx.2022-ci il tarixli aktı, birinci instansiya məhkəməsində yerli baxışın keçirilməsi və cavabdehlərin izahatlarının alınması ilə müə yyən edilə bilərdi. Lakin məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxdığı üçün bəzi sübutların təqdim edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinə əlavə etdiyi foto şəkillərdən ümumi istifadədə olan yolun əvvəlki vəziyyətində yolun sol tərəfinin yol boyu daş hasarla sərhədləndiyini, sağ tərəfinin isə heç bir hasar hörgüsünün olmadığı və ümumi istifadədə olan yolun servitut müəyyən edilmiş sahə ilə kəsişməsində hörgü daşlarının toplandığı müşahidə edilir. Təqdim edilmiş digər foto şəkillərdə ümumi istifadədə olan yolun hal-hazırkı vəziyyətində isə, cavabdehlər tərəfindən ümumi istifadədə olan yolun servitut müəyyən edilmiş sahə ilə kəsişməsini və ümumi istifadədə olan yolun sağ hissəsini yəni öz istifadələrində olan torpaq sahələrinin hüdudlarını həmin toplanmış daşları hesabına hasarla hörüldüyü müşahidə edilir. Göründüyü kimi, həmin hörgü işlərinin bir hissəsi cavabdehlərin istifadəsində olan torpaq sahəsində aparılması bizim tərəflərindən onlara qarşı “əsas yoldan mülkiyyətində olan evə kimi eni 3 metr istifadədə olan avtomobil yolunun üzərində inşa etdikləri hasarın cavabdehlərin hesabına sökülməsi barədə” iddia tələbi ilə məhkəməyə müraciət etməyi üçün əsas vermişdir. Cavabdehlər tərəfindən ümumi istifadədə olan yolun bağlanılması ilə faktiki olaraq digər məhkəmə aktının icrasına maneçilik törətmiş və iddiaçının ümumi istifadə olunan yoldan sərbəst istifadə etmək hüquqlarını məhdudlaşdırmışdır. İşə baxmış birinci instansiya məhkəməsi iddiaçıların istifadəsində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən yolda hasar tikməklə həmin yolu bağlamas ına, ümumi istifadədə olan torpaq sahəsini (yolu) özbaşına tutmasına əhəmiyyət verməyərək iddia tələbini təmin etməmişdir.

12. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər F.Mehtiyev - sədrlik edən və məruzəçi, R.Muradov və M.Mustafayev) 2(104)-841/2025 saylı, 2 may 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-13/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(104)- 2474/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı mülkiyyətind ə olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir. Yəni, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında hazırda İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir.

14. Apely asiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, icra vərəqəsi verilmişdir. Bundan sonra isə iddiaçı ümumi yoldan onun mülkiyyətində olan evə kimi Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan eni 3 metr istifadədə olan yolun üzərində inşa edilmiş tikililərin və quraşdırılmış darvazaların sökülməsi barədə iddia qaldırmışdır. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs Gədəbəy Qaraməmmədl i (əvvəlki Novosaratovka) bələdiyyəsinin nümayəndəsi izahatında mübahisələndirilən yolun bələdiyyə mülkiyyətində ümumi gediş-gəliş yolu olduğunu bildirmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı tələb yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qətnamə ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə deyildir. Beləliklə həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyildir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissəsinə, 29-cu, 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, 129-cu maddəsinin İİİ hissəsinə, “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyasının 1-ci maddəsinə, Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.4cü və MPM-nin 14.1, 14.2, 77.1, 88, 217.3, 218.1, 218.3, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-841/2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirilən yola servitut hüququ Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2474/2024 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tanınmışdır. İddiaçı qeyd olunan iddianı əmlak hüquqlarına istinad edərək qaldırmışdır. Bu gün o, servitut hüququndan irəli gələn əmlak hüququnu reallaşdıra bilmir. Çünk i, cavabdehlər mübahisəli yolu bağlamışlar. İddiaçının əvvəlki iddiası servitutun alınması, indiki iddiası isə servitutun reallaşdırılmasına yaradılan maneənin yolun çəpərdən azad olunması ilə bağlıdır.

18. Apellyasiya instansiya məhkəməsi qeyd olunan əsaslandırma ilə düzgün mövqeyə gəlməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(104) 2474/2022 saylı qətnaməsi qanuni qüvvəyə minməsinə və icra vərəqəsi verilməsinə baxmayaraq bu günədək icra edilməmişdir. Qeyd olunan iş üzrə icra tədbiri xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Hal-hazırkı mübahisənin predmeti cavabdeh tərəfindən ümumi yoldan onun mülkiyyətində olan evə kimi Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan eni 3 metr istifadədə olan yolun üzərində inşa etdiyi tikililərin və quraşdırılmış d arvazaların sökülməsidir. Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(104)2474/2022 saylı qətnaməsinə əsasən, İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.08635 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə nəqliyyat vasitəsinin gediş-gəlişi üçün Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir. Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut müəyyən edilmişdir.

19. Apelyasiya instansiya məhkəməsi tərəfindən hərtərəfli və tam araşdırılma aparılmamışdır. Əgər zəruri araşdırılma aparılmış olsaydı aşağıdakı faktlar müəyyən edilmiş olardı. Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(104)2474/2022 saylı qətnaməsinin bu günədək icra edilməməsi; cavabdehlərin məhkəmə qətnaməsinin icra edilməməsindən sui-istifadə edərək mübahisəli yolu bağlamışlar. İddiaçının məhkəmə qətnaməsi ilə tanınmış hüququ servitutla bağlıdır. İndiki iddia isə əmlak hüquqlarının müdafiəsi ilə bağlıdır. Yəni, iddiaçı dövlət tərəfindən tanınmış hüququna yaradılmış maneənin aradan qaldırılmasını tələb edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

21. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqları Konvensiyası: və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa

22. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. B u cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. Maddə 158.1.3. Mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır.

26. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

27. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

28. Maddə 259.1. Əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxs hüquqlarının həyata keçirilməsində maneələrlə qarşılaşarsa, bunların aradan qaldırılması üçün o, vicdanlı sahib ilə eyni hüquqlara malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

33. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 21 7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hü quqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. apellyasiya Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Baxılan işdə İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi yoldan mülkiyyətində olan evə kimi eni 3 metr istifadədə olan avtomobil yolunun üzərində inşa etdikləri hasarın cavabdehlərin hesabına sökülməsini tələb edir.

40. İddiaçı tələbini və kassasiya şikayətini belə əsaslandırır ki, onun mübahisələndirilən yola servitut hüququ Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2474/2024 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tanınmış, bu iddianı da əmlak hüquqlarına istinad edərək qaldırmış dır. Bu gün o, servitut hüququndan irəli gələn əmlak hüququnu reallaşdıra bilmir. Çünki, cavabdehlər mübahisəli yolu bağlamışlar. Hazırkı tələbi servitutun reallaşdırılmasına yaradılan maneənin, yəni yolun çəpərdən azad olunması ilə bağlıdır.

41. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər tərəfindən inşa edilmiş hasarın servitut müəyyən edilmiş yolun üzərində yerləşməsi və hasarın müəyyən edilmiş servituta maneəçilik yaratması haqqında sübutlar təqdim etməmişdir. Eyni zamanda, iddiaçı özü də bələdiyyə torpağının bir hissəsini zəbt etmiş, bununla əlaqədar servitut müəyyən edilmiş yolun onun zəbt etdiyi və ya başqa ərazidən keçməli olmasının müəyyən edilməsi mümkün olmamışdır (§ 8).

42. Apelyyasiya instansiyası məhkəməsi bu qərarı qüvvəd ə saxlamaqla həmin mövqe ilə razılaşmış, əlavə olaraq iddiaçının xeyrinə servitut qurulmasını qətnamədə bir neçə dəfə təkrarlamışdır (§ 13-14).

43. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

44. Belə ki, iddiaçının xeyrinə məhkəmə qərarı ilə Gədəbəy Rayon Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən eni 3 metr olmaqla ümumi istifadədə olan yolun birləşməsinə kimi servitut qurulması işin mübahisə olunmayan halıdır.

45. Mübahisəli hal servitut müəyyən edilmiş ərazidən ixtiyarlı şəxs olan iddiaçının istifadə edə bilməməsi, cavabdehlərin buna maneçilik yaratmaları iddiasıdır.

46. Məlum olduğu kimi, servitut daşınmaz əşyaya məhdud əşya hüququdur. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir (§ 27).

47. Servitut hüququna malik olan ixtiyarlı şəxsin qanunsuz müdaxilələrə son qoyulmasını tələb etmək hüququ qanunda nəzərdə tutulmuşdur. Belə ki, əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxs hüquqlarının həyata keçirilməsində maneələrlə qarşılaşarsa, bunların aradan qaldırılması üçün o, vicdanlı sahib ilə eyni hüquqlara malikdir. Mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəx s, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 23-26, 28).

48. Belə olan halda iddianın qeyd edilən normaların şərtləri əsasında yoxlanılması və işin ədalətli həll edilməsi üçün ilk növbədə mübahisənin obyekti olan servitut sahəsinin sərhədləri müəyyən edilməli, sonra iddia olunan maneçiliyin həmin sərhədlər daxilində olub-olmadığı, bu hal müəyyən edi ldikdə isə müdaxilənin cavabdehlər tərəfindən edilibedilmədiyi müəyyənləşdirilməli, nəhayət müdaxilənin hər hansı qanuni əsasa söykənibsöykənmədiyi aydınlaşdırılmlalı idi.

49. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin iş üzrə təqdim etdiyi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilir. Eyni zamanda əraziyə baxış zamanı adları çəkilən cavabdehlər tərəfindən ölçü işlərinin aparılmasına maneçiliklər törədilmişdir.

50. Belə olan halda məhkəmələrin “mübahisəli hasarın servitut müəyyən edilmiş yolun üzərində yerləşməsi və hasarın servituta maneəçilik yaratması ha qqında sübutlar təqdim edilməməsi, servitut müəyyən edilmiş yolun iddiaçının zəbt etdiyi və ya başqa ərazidən keçməli olmasının müəyyən edilməsinin mümkün olmaması” barədə mövqeləri sübutlara düzgün qiymət verilməsi barədə prosessual hüquq normasına uyğun olmamışdır.

51. Belə ki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (§ 31).

52. Kollegiya bildirir ki, mövcud vəziyyətdə bu Qərarın 48-ci bəndində göstərilən halların tam və hərtərəfli araşdırılması üçün mülki prosessual qanunvericiliyin təmin etdiyi imkanlardan istifadə olunmadan, o cümlədən zəruri olduqda həmin xüsusatlara dair müvafiq ekspertiza rəyi alınmadan iddianın sübuta yeti rilməməsi barədə gəlinən qənaət qanuni və əsaslı hesab edilə bilməz.

53. Kollegiya vurğulayır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (§ 30, 32-33).

54. Apellyasiya instansiyası məhkəməsi mübahisənin obyekti və predmeti ilə bağlı yuxarıda göstərilən, habelə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halları araşdırmamış, qətnaməni tərəflərin qarşılıqlı münasibətinə və qanunvericliyə uyğun qaydada əsaslandırmamışdır. Bu hallar Mülki Prosessual Məcəllənin 14.1, 88, 217.1 və 217.3-cü maddələrinin kobud şəkildə pozulmasına dəlalət edir (§ 29, 31, 34-35).

55. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

56. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəni aidiyyəti maddi hüquq normaları əsasında yoxlamadan, sadəcə işin bəzi hallarının və qanunvericilik normalarının sadalanması ilə iddianın həlli barədə səthi qənaət i əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

57. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 21-22).

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri v ə rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

59. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

60. Təkrar apelya siya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-841/ 2025 nömrəli, 2 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar