Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1153/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ərizəçi Ərizəçi (Ağdam Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs olmaqla) “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi, ölümün qeyd edilməsi faktının müəyyən olunması, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, ərizəçi Ərizəçi maraqlı şəxs “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi Ərizəçi kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ağdam rayon Qeydiyyat Şöbəsinin ##.##.2023-cü il tarixli ***-**/** nömrəli arayışı ilə ərizəçi Ərizəçi uşaqlarının ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması səlahiyyətlərinin olmadığı bildirilmişdir.
2. Ağdam Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə Ərizəçi anası X20 erməni əsirliyində olarkən işgəncə zamanı aldığı xəsarətlərdən vəfat etməsi qət edilmişdir.
3. Bərdə Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli *-***/**** nömrəli qətnaməsi ilə Hüseynov Təhməz Süleyman oğlunun və nümayəndə1 ##.##.1993-cü ildən ##.##.1993-cü ilə qədər erməni əsirliyində girovda olmaları faktının müəyyən edilməsi qət edilmişdir.
4. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2021-ci il tarixli *** nömrəli arayışına əsasən Ərizəçi ## #### 1993-cü ildə Ağdam rayonu ermənilər tərəfindən işğal olunarkən ailəlikcə ermənilərə əsir düşmüş və ## ###### 1995-ci ilədək Xankəndi şəhərində əsirlikdə qalmış və sonradan əsirlikdən azad edilmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi Ərizəçi (bundan sonra həmçinin “ərizəçi”) ərizə (dəqiqləşmə barədə ərizə) ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, övladları – X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Ərizəçi Süleyman oğlu, onun əkizi X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X17 və ##.##.1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Hüseynov İsgəndər Süleyman oğlunun ## #### 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evinin həyətində öldürülməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ağdam rayon Qeydiyyat Şöbəsi ərizə üzrə maraqlı şəxsdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, ##.##.1993-cü ildə ermənilər Ağdam rayonunun Qiyaslı kəndini işğal edən zaman ərizəçinin övladları – X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Ərizəçi Süleyman oğlu, onun əkizi X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X17 və ##.##.1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Hüseynov İsgəndər Süleyman oğlunun ## #### 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evinin həyətində öldürülmüş, ərizəçi özü isə qalan ailə üzvləri ilə birgə əsir götürülmüşdür. Ərizəçinin anası X20 ermənilər tərəfindən əsirlikdə verilmiş işgəncələr zamanı aldığı xəsarətlərdən vəfat etmişdir. Ərizəçi övladlarına ölüm haqqında şəhadətnamə almaq üçün müvafiq faktın müəyyən edilməsi zərurəti yaranmışdır.
8. Birinci instansiya məhkəməsində şahid X4 ##.##.1993-cü ildə ermənilər Ağdam rayonunun Qiyaslı kəndini işğal edən zaman həmkəndlisi olan ərizəçinin uşaqları Süleyman, Salman və İsgəndərin ermənilər tərəfindən öldürüldüyünü, ərizəçinin isə ailə üzvləri ilə birlikdə əsir düşdüyünü bildirmişdir.
9. Birinci instansiya məhkəməsində şahidlər X9 və X5 da eyni məzmunlu ifadələr vermişlər.
10. Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi övladları 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Ərizəçi Süleyman oğlu, onun əkizi 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X17 və ## ###### 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Hüseynov İsgəndər Süleyman oğlunun ## #### 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən yaşadığı evin həyətində öldürülməsi faktının müəyyən edilməsi qət edilmişdir. (hakim Mahir Niftəliyev)
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəçinin övladları 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Ərizəçi Süleyman oğlu, onun əkizi 1979cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X17 və ##.##.1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Hüseynov İsgəndər Süleyman oğlu ##.##.1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evinin həyətində öldürülmüşdür. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 307.2.3 və 308-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. Ərizəçi sonradan ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi Süleyman oğlu, X17 və Hüseynov İsgəndər Süleyman oğlunun ərizəçinin ailəsində (ata Ərizəçi, ana X14) doğulması hissəsində qətnaməyə izah verilməsini xahiş etmişdir.
15. Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə qətnaməyə izah verilməsi barədə ərizə təmin edlimiş, Ərizəçi Süleyman oğlunun və X17 1979cu ildə Ağdam rayonunun Qiyaslı kəndində Ərizəçi və X14 ailəsində doğulmasının müəyyən edilməsi, qərardadın Ərizəçi Süleyman oğluna və X17 doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olması qərara alınmışdır.
16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial qətnaməyə izah verilməsi Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadından şikayət vermişdir.
17. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ləğv edilmiş və Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(013)- ****/**** nömrəli qətnaməsinə izah verilməsi barədə ərizəçinin ərizəsi təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv, ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsasında Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra-Mərkəzi Filial) tərəfindən şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilmişdir. Fondun İdarə Heyətinin ##.##.2020-ci il tarixli *********** nömrəli qərarı ilə təsdiq edilmiş X32 uyğun olaraq, Azərbaycan Respublikasının qanunları və digər normativ aktları ilə müəyyən olunmuş qaydada sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən digər növə keçirilməsi Mərkəzi Filialın əsas fəaliyyət istiqamətinə aiddir. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1-ci bəndinə əsasən şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2006-cı il tarixli *** nömrəli Fərmanına əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 700 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 1.2.2-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin valideynlərinə də təyin edilə bilər. Beləliklə, Mərkəzi Filial tərəfindən Ərizəçi hər ay keçmiş dövrdəki ödənişlərlə bir yerdə 3900 manat şəhid ailəsi üzvü üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü ödənilir. Qeyd olunanlardan göründüyü kimi, sözügedən qətnamə Fondun maraqlarına toxunur. Eyni zamanda, qanunvericilik işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də yekun məhkəmə qərarını mübahisələndirmək hüququnu tanımışdır. Apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq yekun qərar qəbul etmişdir. İlk növbədə, iş üzrə icraat materiallarından aydın olur ki, iddiaçı ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu əsaslandıra bilməmiş, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları əlavə etməmişdir. İş materiallarına ölmüş hesab edilmiş hər üç şəxsin vaxtilə yaşaması barədə heç bir sənəd (doğum haqqında şəhadətnamə, arayış və s.) yaxud sübut əlavə edilməmiş, sadəcə şahid ifadələrinə əsasən məhkəmə nə vaxtsa yaşadığı sual altında olan şəxslərin ölmüş hesab edilməsi barədə qətnamə qəbul etmişdir. İş materiallarına əsasən, X6 Komitəsi tərəfindən ##.##.2023-cü il tarixində Ərizəçi Süleyman oğlu və X17 barəsində axtarış elan edilmişdir. Ərizəçi övladlarının 1993-cü il tarixdə öldürüldüyünü iddia etsə də, onların axtarışı məqsədilə X11 Komitəsinə öldürüldüklərini iddia etdiyi tarixdən 30 il sonra, yəni, məhkəmə ərəfəsində müraciət etmişdir. Qeyd olunan şübhəli hala məhkəmə tərəfindən qiymət verilməmişdir. Sözügedən qətnamənin əsaslılığını şübhə altına alan məqamlardan biri də, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ##.##.2025-ci il tarixli *-*-***/*- ******/**** nömrəli qərarıdır. Ərizəçi qanunsuz yolla şəhid ailəsi statusu əldə etməsi barədə Ağdam rayon prokurorluğuna müraciət əsasında həmin rayon prokurorluğunda araşdırma aparılaraq toplanmış material ##.##.2025-ci il tarixdə araşdırmanın davam etdirilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. İşin halları araşdırılmış və ##.##.2025-ci il tarixli 2-2-022/3- ******/**** nömrəli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Lakin Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarının qəbulu ilə bağlı aşkar edilmiş xüsusatlara intizam icraatı çərçivəsində baxılması məqsədilə Məhkəmə-Hüquq Şurasına, həmçinin məhkəmə qərarına yenidən baxılması üçün hüquqi prosedurların nəzərdən keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ətraflı məlumat verilməli olması qeyd edilmişdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi üç övladının öldürülməsi, üstəlik onun ümumiyyətlə bu adda övladlarının olması faktı ancaq Ərizəçi özünün izahatına əsaslanır və bunu təsdiq edən sənəd, sübut, şahid yoxdur. Beləliklə, aparılmış araşdırma nəticəsində toplanmış sübutlarla Ərizəçi Süleyman və Salman adlı övladlarının mövcud olması, onların və İsgəndər adlı övladının erməni silahlıları tərəfindən 1993-cü ildə öldürülməsi faktı ilə bağlı əsaslı şübhələr müəyyən edilir. Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi öz əkiz oğulları X.X.1979-cu il təvəllüdlü Süleyman və Salman, ##.##.1993-cü il təvəllüdlü İsgəndərin ##.##.1993-cü il tarixdə Ağdam rayonunun Qiyaslı kəndi işğal edilən zaman ermənilər tərəfindən öldürülməsi faktının müəyyən edilməsi məqsədilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin ##.##.2023-cü il tarixli qətnaməsi ilə adıçəkilən şəxslərin erməni silahlıları tərəfindən öldürülməsi faktı təsdiq edilmişdir. Bundan sonra Ərizəçi həmin məhkəmə qərarına istinad etməklə Ağdam Rayon İcra hakimiyyətinə müraciət edərək şəhid ailəsi statusu və bu hüququ təsdiq edən vəsiqə əldə etmiş və onun ailəsinə ##.##.2007-ci il tarixdən ##.##.2025-ci il tarixədək müavinət qismində 78.550 manat vəsait ödənilmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 104.1-ci maddəsində qeyd olunur ki, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qərarından aydın olur ki, məhkəmədə şahid qismində izahatı alınmış şəxslər – X5, X4 və X9 oxşar məzmunlu izahatlar verərək göstərmişlər ki, 1993-cü ildə erməni silahlılarının Ağdam rayonunun Qiyaslı kəndinə hücumu zamanı Ərizəçi övladlarının öldürülməsinin şahidi olmamışlar. Onlar qeyd etmişlər ki, 2023-cü ilin yayında Ərizəçi onlara müraciət edərək məhkəmədə onları şahid qismində göstərdiyini və 1993-cü ildə özü və ailə üzvlərinin əsir götürülməsini təsdiq etmələrini xahiş etmiş, onlar da məhkəmədə iştirak edərək həmin şəxslərin əsir götürülmələri faktını təsdiq etmiş, lakin ermənilər tərəfindən onun üç azyaşlı övladının öldürülməsi barədə nəsə deməmişlər, məhkəmə qərarında onların fikirləri təhrif edilmişdir. Beləliklə, bu faktın özü belə, ancaq şahid ifadələri əsasında çıxarılmış məhkəmə qətnaməsinin qanunsuz olduğunu, həmin qətnamənin heç bir fakta söykənməyən şahid ifadələri əsasında qəbul edildiyini bir daha təsdiqləyir. Həmçinin, 1982-2019-cu illərdə Ağdam rayonu Qiyaslı kənd xalq deputatlar soveti icraiyyə komitəsinin sədri və kənd icra nümayəndəsi vəzifəsində işləmiş X8 izahatında göstərmişdir ki, 1993-cü ildə Qiyaslı kəndi işğal olunan zaman Ərizəçi özü, anası və övladlarından biri əsir düşmüş, lakin onun ailə üzvlərindən kiminsə qətlə yetirilməsi barədə onda hər hansı məlumat olmamışdır. Qiyaslı kəndinə dair təsərrüfatbaşına aid uçot kitabları işğal zamanı məhv olmuşdur. Sonrakı illərdə Qarabağ müharibəsi və işğal zamanı itkin düşmüş və şəhid olmuş şəxslərlə bağlı tərtib edilərək Rayon İcra Hakimiyyətinə təqdim edilmiş siyahılarda heç vaxt qeyd edilən məlumatlara rast gəlinməmişdir. 2016-cı ildən Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qiyaslı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən X3 oxşar məzmunlu izahat verərək Sərxan Rüstəmovun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, izahatı alınmış Nəsirov Yunis İsi oğlu göstərmişdir ki, Ərizəçi və onun arvadı Cəmilə Təhməzova onun qohumlarıdır və 1988-1993-cü illərdə Qiyaslı kəndində Süleymanın ailəsi ilə qonşuluqda yaşamışdır. X28, Salman və İsgəndər adlı oğullarının olması və onların ermənilər tərəfindən qətlə yetirilməsi barədə məlumatı olmamışdır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sözügedən qərarına əsasən, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qiyaslı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən itkin düşmüş və şəhid olmuş şəxslərlə bağlı tərtib edilmiş ##.##.2016-cı il tarixli məlumat, 1995-2000-ci illər üzrə təsərrüfatbaşına uçot kitabından çıxarışda Ərizəçi qeyd edilən üç övladı ilə bağlı hər hansı qeyd aşkar edilməmişdir. Ağdam Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Ağdam rayon şöbəsinə verilmiş əməliyyat tapşırıqları nəticəsinə Ərizəçi üç azyaşlı oğlunun ermənilər tərəfindən öldürülməsinə dair məlumatlar aşkar edilməmişdir. Ədliyyə Nazirliyinin Ağdam rayon Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli **-**/** saylı məktubu və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, ##.##.1979-cu il tarixdə 1947-ci il təvəllüdlü Süleyman Təhməzovla 1922-ci il təvəllüdlü X18 Ermənistan SSR-nin Sisyan rayonunda bağlanmış nikahı pozulmuşdur. ##.##.1979-cu il tarixdə Süleyman Təhməzovla ##.##.1951-ci il təvəllüdlü Mamedova (Hüseynova) Cəmilə Hüseyn qızı arasında nikah bağlanmışdır. Doğum haqqında akt qeydlərinə əsasən həmin cütlüyün övladları doğulmuşdur. Müvafiq aktların üzərində olan qeydlərə əsasən nümayəndə1 valideynlərinin 3-cü, Cəmalə Hüseynovanın isə 5-ci övladı olmaları göstərilmişdir. İşin obyektiv və hərtərəfli araşdırılması məqsədilə birinci instansiya məhkəməsi sözügedən məlumatları müvafiq dövlət orqanlarından sorğu edərək ala bilərdi. Bununla yanaşı, müəyyən edilmişdir ki, Ermənistan Respublikasının vəzifəli şəxsləri və Silahlı qüvvələri tərəfindən təşkil olunmuş cinayətkar birliyin ötən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq Azərbaycan Respublikasına qarşı apardığı təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Ərizəçi, eləcə də oğulları Mais, Ramil və Camaləddin Hüseynovlar 2004, 2008, 2010-cu illərdə verdikləri ifadələrində ailə üzvlərinin əsir götürülmələri, işgəncə görmələri və digər faktlarla bağlı məlumat versələr də Süleyman, Salman və İsgəndər Hüseynovların erməni silahlıları tərəfindən öldürülmələri barədə hər hansı məlumat verməmişlər. Xüsusilə qeyd edilməlidir ki, Ağdam Rayon Məhkəməsinin ## #### 2024- cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə Ərizəçi anası X20 Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən ##.##.1994-cü il tarixdə 02JQN438984 nömrə ilə “ağciyər çatışmazlığı” diaqnozu ilə verilmiş ölüm haqqında şəhadətnamədə düzəliş aparılaraq ölüm səbəbi qrafasında erməni “əsirliyində olarkən işgəncələr zamanı aldığı xəsarətlərdən ölməsi”nin qeyd olunması qət edilmişdir. Həmin mülki işdə ərizəçi Ərizəçi izahatında Süleyman, Salman və İsgəndər adlı üç övladının olması və onların ermənilər tərəfindən öldürülməsi ilə bağlı heç bir şey qeyd etməmişdir. Həmçinin, Məcəllənin 310.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin iş üzrə icraat materiallarından aydın olur ki, iddiaçı ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu əsaslandıra bilməmiş, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları əlavə etməmişdir.
20. Yuxarıda qeyd edildiyi kimi Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli ərizə təmin ediləndən sonra ərizəçi Ərizəçi ərizəsinə əsasən həmin qətnaməyə izah verilmiş, Ərizəçi Süleyman oğlunun və X17 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində Ərizəçi və X14 ailəsində doğulması müəyyən edilmişdir. Həmin qərardad Ərizəçi Süleyman oğluna və X17 doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilmişdir. Bundan sonra qərardaddan şikayət verilmiş, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə həmin qərardad ləğv edilmiş və hazırda da qanuni qüvvəsini almışdır. Beləliklə, Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ləğv edildiyindən, Ərizəçi Süleyman oğlunun və X17 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində Ərizəçi və X14 ailəsində doğulması faktı aradan qalxmışdır. Bununla da Ərizəçi ölüm faktı müəyyən edilmiş şəxslərin atası olmasını təsdiq edən doğum haqqında şəhadətnamələr öz qüvvəsini itirmişdir. Ona görə də hesab edir ki, hazırda mübahisələndirilən qətnamə ərizəçi Ərizəçi üçün heç bir hüquqi nəticə doğurmamaqdadır.
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, ərizəçi Ərizəçi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Günay Cavadova, Tural Məmmədov)
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Belə ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrinə qiymət verərək hesab etmişdir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Ağdam Rayon Məhkəməsində şahid qismində dindirilmiş X4, X9 və X5 məhkəmə iclas protokolunda yazılmış ifadələrdə Ərizəçi övladları 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Ərizəçi Süleyman oğlu, onun əkizi 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X17 və ## ###### 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Hüseynov İsgəndər Süleyman oğlunun ## #### 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evlərinin həyətində öldürüldüklərini qeyd etsələr də, iş materiallarında olan ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, həmin şahidlər məhkəmədə belə ifadə vermədiklərini, Ərizəçi övladlarının öldürülməsinin şahidi olmadıqlarını və onların ifadələrinin təhrif olunmasını bildirmişlər. Məhkəmə kollegiyası tərəfindən bu istiqamətdə araşdırma aparılarkən müəyyən edilmişdir ki, sözügedən məhkəmə iclasının audio-video yazısının qeydiyyatı aparılmamışdır.
24. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi Ərizəçi Süleyman oğlu, onun əkizi X17 və Hüseynov İsgəndər Süleyman oğlu adlı uşaqların doğum şəhadətnamələrinin olub-olmamasını, doğulub-doğulmamasını müəyyən etməmiş, bu istiqamətdə heç bir araşdırma aparmamış və nəticədə ərizəni əsassız olaraq təmin etmişdir. Daha sonra Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi qətnamənin izah edilməsi barədə ərizəsi (hakim ərizəçinin verdiyi tələbdən kənara çıxaraq) təmin edilmiş, Ərizəçi Süleyman oğlunun və X17 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində Ərizəçi və X14 ailəsində doğulmasının müəyyən edilməsi, qərardadın Ərizəçi Süleyman oğluna və X17 doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olması qərara alınmışdır. İki ildən sonra Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə Maraqlı şəxs tərəfindən Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qərardadından verilmiş şikayət təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli 2(013)- ****/**** nömrəli qərardadı ləğv edilmiş və Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə izah verilməsi barədə ərizəçi Ərizəçi ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Daha sonra həmin qətnamədən Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmiş, Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Mərkəzi Filialı tərəfindən verilmiş şikayət Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə təmin edilməmiş, iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş, Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilmiş və apellyasiya şikayəti qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçi 1993-cü ildə övladlarının ermənilər tərəfindən öldüyünü, 1993-1995-ci illərdə erməni əsirliyində olduğunu bildirsə də, lakin, X6 Komitəsinə 2023-cü ildə, 30 ilə yaxın zaman keçdikdən sonra ərizə məhkəmə icraatında olarkən müraciət etmiş və komitə tərəfindən ##.##.2023-cü il tarixində Ərizəçi Süleyman oğlu və X17 barəsində axtarış elan edilmişdir. Qeyd olunan şübhəli hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və ona düzgün qiymət verilməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı işdə olan Ağdam rayon məhkəməsinin ##.##.2014-cü il tarixli *(**)-****/**** nömrəli qətnaməsi ilə ərizəçi Ərizəçi anası X20 Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən ##.##.1994-cü il tarixdə 02 JQ 438984 nömrə ilə “ağ ciyər, ürək çatışmamazlığı” diaqnozu ilə verilmiş ölüm haqqında şəhadətnamədə düzəliş aparılaraq, ölümün səbəbi qrafasında “erməni əsirliyində olarkən işgəncələr zamanı aldığı xəsarətlərdən ölməsi” kimi qeyd edilməsi qət edilmişdir. Həmin işdə Ərizəçi övladları 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Ərizəçi Süleyman oğlu, onun əkizi 1979cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X17 və ## ###### 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Hüseynov İsgəndər Süleyman oğlunun ## #### 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evlərinin həyətində öldürüldükləri barədə hər hansı izahat verilməmiş və bu barədə qətnamədə heç bir məlumat yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli *-***/**** nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçinin – övladları Hüseynov Təhməz Süleyman oğlunun və nümayəndə1 ərizələri qismən təmin edilmiş, Hüseynov Təhməz Süleyman oğlunun və nümayəndə1 ##.##.1993-cü ildən ##.##.1993-cü ilə qədər erməni əsirliyində girovda olmaları faktının müəyyən edilməsi qət edilmişdir. Həmin işdə də Ərizəçi övladları 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Ərizəçi Süleyman oğlu, onun əkizi 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X17 və ## ###### 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Hüseynov İsgəndər Süleyman oğlunun doğulmaları və ## #### 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evlərinin həyətində öldürüldükləri ilə bağlı hər hansı mövzuya toxunulmamışdır.
28. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ərizəçi tərəfindən məhkəmə kollegiyasına da hər hansı sübut təqdim olunmamışdır.
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, barəsində şikayət verilən qətnamə əsasında Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilmişdir. Beləliklə, qətnamə qanuni qüvvəyə mindikdən sonra Mərkəzi Filial tərəfindən Ərizəçi hər ay keçmiş dövrdəki ödənişlərlə bir yerdə 3900 manat şəhid ailəsi üzvü üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü ödənilmişdir. Qanunvericiliyin tələbinə görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1-ci bəndinə əsasən şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2006-cı il tarixli *** nömrəli Fərmanına əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 700 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 1.2.2-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin valideynlərinə də təyin edilə bilər.
30. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Azərbaycan Respublikasının MPM-in 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Göründüyü kimi, baxılan işdə birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində işə cəlb olunmamışdır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən Mərkəzi Filialın apellyasiya şikayəti qəbul edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadından sonra, Mərkəzi Filialın apellyasiya şikayəti qəbul edilmiş və qətnamə hüquq və vəzifələrinə toxunması nəzərə alınmaqla sonuncunun yekun məhkəmə qərarını mübahisələndirmək hüququ tanınmışdır. Göründüyü kimi, iş üzrə icraat materiallarında ölmüş hesab edilmiş hər üç şəxsin vaxtilə doğulmaları barədə heç bir sənəd (doğum haqqında şəhadətnamə və ya doğum akt qeydi) aşkar olunmur.
31. Həmçinin işdə olan sənədlərdən görünür ki, X6 Komitəsi tərəfindən ##.##.2023-cü il tarixdə Ərizəçi Süleyman oğlu və X17 barəsində axtarış elan edilmişdir. Ərizəçi övladlarının 1993-cü il tarixdə öldürüldüyünü iddia etsə də, onların axtarışı məqsədilə X11 Komitəsinə öldürüldüklərini iddia etdiyi tarixdən 30 il sonra, yəni, məhkəmə ərəfəsində müraciət etmişdir. Bu hal da birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
32. Daha sonra, işdə olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ##.##.2025-ci il tarixli 2-2- ***/*-******/**** nömrəli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Ərizəçi üç övladının öldürülməsi, üstəlik, onun ümumiyyətlə bu adda övladlarının anadan olması faktı ancaq Ərizəçi özünün izahatına əsaslanır və bunu təsdiq edən başqa sənəd, sübut yoxdur. Ərizəçi məhkəmə qətnaməsinə istinad etməklə Ağdam Rayon İcra hakimiyyətinə müraciət edərək şəhid ailəsi statusu və bu hüququ təsdiq edən vəsiqə əldə etmiş və onun ailəsinə ##.##.2007-ci il tarixdən ##.##.2025-ci il tarixədək müavinət qismində 78.550 manat vəsait ödənilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hazırki araşdırılması ilə həmin müavinətin verilməsi sentyabr 2025-ci ildən dayandırılması müəyyən edilmişdir.
34. Bundan əlavə, işdə olan sənədlərlə müəyyən edilmişdir ki, 1982-2019-cu illərdə Ağdam rayonu Qiyaslı kəndi üzrə - 1993-cü ildə Qiyaslı kəndi işğal olunan zaman Ərizəçi özü, anası və övladlarından biri əsir düşmüş, lakin onun ailə üzvlərindən kiminsə qətlə yetirilməsi barədə orada hər hansı məlumat yoxdur. Qiyaslı kəndi üzrə Qarabağ müharibəsi və işğal zamanı itkin düşmüş və şəhid olmuş şəxslərlə bağlı tərtib edilərək Rayon İcra Hakimiyyətinə təqdim edilmiş siyahılarda yuxarıda qeyd edilən məlumatlara rast gəlinməmişdir. Eyni zamanda, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qiyaslı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən itkin düşmüş və şəhid olmuş şəxslərlə bağlı tərtib edilmiş ##.##.2016-cı il tarixli məlumat, 1995-2000ci illər üzrə təsərrüfatbaşına uçot kitabından çıxarışda Ərizəçi qeyd edilən üç övladı ilə bağlı hər hansı qeyd aşkar edilməmişdir. Həmçinin, yuxarıda qeyd olunan qərara əsasən Ağdam Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Ağdam rayon şöbəsinə verilmiş əməliyyat tapşırıqları nəticəsində Ərizəçi üç azyaşlı oğlunun ermənilər tərəfindən öldürülməsinə dair məlumatlar aşkar edilməmişdir.
35. Ədliyyə Nazirliyinin Ağdam rayon Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli **-**/** saylı məktubu və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, ##.##.1979-cu il tarixdə 1947-ci il təvəllüdlü Süleyman Təhməzovla 1922-ci il təvəllüdlü X18 Ermənistan SSR Sisyan rayonunda bağlanmış nikahı pozulmuşdur. ##.##.1979-cu il tarixdə Süleyman Təhməzovla ##.##.1951-ci il təvəllüdlü Mamedova (Hüseynova) Cəmilə Hüseyn qızı arasında nikah bağlanmışdır.
36. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, Ermənistan Respublikasının vəzifəli şəxsləri və Silahlı qüvvələri tərəfindən təşkil olunmuş cinayətkar birliyin ötən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq Azərbaycan Respublikasına qarşı apardığı təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Ərizəçi, eləcə də oğulları Mais, Ramil və Camaləddin Hüseynovlar 2004, 2008, 2010-cu illərdə verdikləri ifadələrində ailə üzvlərinin əsir götürülmələri, işgəncə görmələri və digər faktlarla bağlı geniş məlumat versələr də, Ağdam rayon məhkəməsinə təqdim edilmiş hazırkı iş üzrə ərizədə ölüm faktının təsdiq edilməsini xahiş etdiyi - Süleyman, Salman və İsgəndər Hüseynovların erməni silahlıları tərəfindən öldürülmələri barədə hər hansı məlumat verməmişlər. Həmçinin işdə olan, ərizəyə əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin ## #### 2014cü il37. tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə - Ərizəçi anası X20 Rayon Qeydiyyat Şöbəsi tərəfindən ##.##.1994-cü il tarixdə 02 JQ N ****** nömrə ilə “ağciyər çatışmamazlığı” diaqnozu ilə verilmiş ölüm haqqında şəhadətnamədə düzəliş aparılaraq ölüm səbəbi qrafasında erməni “əsirliyində olarkən işgəncələr zamanı aldığı xəsarətlərdən ölməsi”nin qeyd olunması qət edilmişdir. Həmin mülki işdə də ərizəçi Ərizəçi məhkəmə iclasında izahatında Süleyman, Salman və İsgəndər adlı üç övladının olması və onların da ermənilər tərəfindən öldürülməsi ilə bağlı heç bir məlumat verməmişdir. Göründüyü kimi, sonuncuların doğum şəhadətnamələri və ya doğum akt qeydi mövcud deyildir. Bununla da, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 106.1, 217.3, 218.1, 218.3, 305.1, 306.2, 306.4, 307.2, 307.2.8 və 308-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Ərizəçi (vəkil Vəkil) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsinə, Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən öz qüvvəsində saxlanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
40. Ərizəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi mübahisəyə “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair” işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2019-cu il tarixli Qərarını tətbiq etməli olduğu halda tətbiq etməmiş, bununla da tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, birinci instansiya məhkəməsinin hansı maddi hüquq normasını pozduğunu göstərməmiş, pozuntunun nədən ibarət olmasını əsaslandırmamış, nəticədə birinci instansiya məhkəməsinin tam əsaslı və qanunu qətnaməsini əsassız olaraq ləğv etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayətini tabe olduqları hüquqi şəxsin (Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosila Müdafiə Fondu) adından verilməli olduğu halda buna hüququ olmayan Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial ÖdənişlərinTəyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmişdir. Filial şikayəti verərkən bu hüquqa malik olmamışdır. Eyni zamanda bu barədə onlara hər hansı səlahiyyət verilməmişdir. X15 tərəfindən verilmiş apellyasiya şikayəti onların nümayəndələri, yəni Pensiya işləri üzrə məhkəmə mübahisələri departamentinin müdiri və Pensiya işləri üzrə məhkəmə mübahisələri departamentinin baş mütəxəssisi tərəfindən imzalanmaqla həmin Filialın öz adından şikayət vermək, habelə apellyasiya şikayətinə imza etmək səlahiyyəti olmamışdır. Apellyasiya instansiya məhkəməsi Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab etməli və qəbulundan imtina etməli olduğu halda bunu etməmiş, nəticədə MPM-nin157ci maddəsinin tələblərini pozmuşdur.
41. Hazırkı iş üzrə məhkəmə prosesi gedərkən Bakı Hərbi Məhkəməsində X12 və digərləri barəsində olan *-*(***)-**/**** saylı cinayət işi üzrə hazırkı iş üzrə ərizəçi Ərizəçi uşaqları - ##.##.1979-cu il təvəllüdlü Ərizəçi Süleyman oğlu,##.##.1979-cü il təvəllüdlü X17 və ##.##.1993cü il təvəllüdlü Hüseynov İsgəndər Süleyman oğlunun ## #### 1993-cü il tarixdə Ağdam rayonu Qiyaslı kəndində qanunsuz erməni sillahlı birləşmələri tərəfindən öldürülməsi ilə bağlı məhkəmə prosesi yekunlaşmamış və yekun məhkəmə aktı çıxarılmamışdır. Bakı Hərbi Məhkəməsində X12 və digərləri barəsində olan 1-1(093)- **/**** saylı cinayət işi üzrə yekun məhkəmə aktı çıxarılmayanadək qətlə yetirilməsi ilə bağlı Arayik Aritunyan, Vaqif Xaçaturya və qeyrilərinin barəsində çıxarılımış ittiham hökmü qanuni qüvvəsini alması məsələsi həll edilməyincə Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraatı dayandırmaq hakimin vəzifəsidir.
42. Ərizəçi Bakı Hərbi Məhkəməsində X12 və digərləri barəsində olan 1-1(093)- **/**** saylı cinayət işi üzrə məhkəmənin yekun qərarı çıxarılanadək iş üzrə icraatın MPM-nin 254-cü maddəsinə əsasən dayandırılmasını xahiş etmiş, eyni zamanda məhkəmə iclasında vəsatətini müdafiə edərək bir daha iş üzrə icraatın qeyd edilən əsaslarla dayandırlmasını xahiş etmişdir. Ancaq, apellyasiya məhkəməsi ərizçinin vəsatətini nəinki əsassız olaraq təmin etməmiş, vəsatəti müzakirə etmək üçün fasilə elan etməmiş, vəsatətin təmin edilməməsinə heç bir hüquqi qiymət verməmiş, nəticədə MPM-nin 254-cü maddəsinin tələblərini pozmuşdur.
43. Apellyasiya instansiya məhkəməsi işdə olan bu ziddiyyətli hallar üzrə heç bir araşdırma aparmamış, şahidlər X4, X16 və X5 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadənin, yoxsa Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma zamanı verdikləri ifadələrinin hansının doğru olduğuna obyektiv qiymət vermək üçün həmin şahidlərin məhkəmə iclasında dindirilməsini təmin etmək əvəzinə Ərizəçi Salman, Süleyman adlı uşaqlarının mövcud olmaması, onların və İsgəndər adlı övladının erməni silahlıları tərəfindən 1993-cü ildə öldürülmədiyi barədə qərəzli və qeyri obyektiv nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə obyektiv həqiqətə nail olmaq üçün şahid ifadələri arasında olan ziddiyyətləri aradan qaldırmamış, şahidlər X4,X16 və X5 birinci instansiya məhkəməsində yalan ifadə vermələri nəticəsinə gəlsə də, onların barəsində heç bir tədbir görməmiş, nəticədə prosessual hüquq normalarının tələblərini pozmuşdur b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Maddə 307.2.8. məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
46. Kassasiya şikayətində ərizəçi apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
47. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməyib.
49. Ərizəçi üç nəfər şəxsin onun övladı olmasını göstərərək, onların ## #### 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evinin həyətində öldürülməsi faktının müəyyən edilməsini xahiş etmişdir.
50. Birinci instansiya məhkəməsi faktı müəyyən etmişdir.
51. Apellyasiya instansiyası məhkəməsi isə iki əsasla ərizəni təmin etməmişdir: 1) barələrində ölüm faktı xahiş edilən şəxslərin doğum şəhadətnamələri və ya doğum aktının mövcud olmaması; 2) ərizədə göstərilən faktın sübut edilməməsi.
52. Məhkəmə kollegiyası qeyd edir ki, barələrində ölüm faktı xahiş edilən şəxslərin doğum şəhadətnamələri və ya doğum aktının mövcud olmaması həmin şəxslərin ərizəçinin övladları olmasından dolayı həmin faktın ərizəçi üçün hansı əhəmiyyət daşıması və başqa sözlə, ərizəçinin hazırki faktı tanıtmaq üçün subyektiv hüququnun olub-olmamasını şərtləndirir.
53. Prosessual qanunvericiliyin tələbinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olmuş olsun.
54. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir.
55. İşdən və sonrakı proseslərdən görünür ki, ərizəçinin qeyd edilən faktı tanıtmaqda məqsədi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn güzəşt və imtiyazların əldə edilməsi olmuşdur.
56. Həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsinə görə ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr qüvvədə olan qanunvericiliyə müvafiq surətdə şəhid ailəsinin üzvləri hesab edilir.
57. Göründüyü kimi, qanunvericilik şəhid ailəsinin üzvləri hesab edilən şəxslərin dairəsini dəqiq müəyyən etmişdir, bu dairəyə, o cümlədən valideynlər də daxildir.
58. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə görə isə hüquqi əhəmiyyətli faktlar barədə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
59. Ərizəçi barələrində ölüm faktı xahiş edilən şəxslərin atası olmasına istinadən hazırki ərizə ilə məhkəməyə müraciət etsə də, həmin şəxslərin atası olması, onların doğum şəhadətnamələrini, eləcə də doğum faktı ilə bağlı məhkəmə aktını və ya hər hansı sənədi ərizəsinə əlavə etməmişdir. Bu baxımdan, ərizəçinin barələrində ölüm faktı xahiş edilən şəxslərin atası olması məsələsi aşıq qalmışdır.
60. Bir halda ki, ərizəçinin barələrində fakt tanıtmaq istədiyi şəxslərin atası (valideyni) olması qeyri-müəyyəndirsə, belə olan halda, hazırki faktın müəyyən edilməsinin ərizəçi üçün nə kimi hüquqi əhəmiyyət daşıması sual doğurmuşdur. Apellyasiya instansiyası məhkəməsi buna aydınlıq gətirməmiş, qeyd edildiyi kimi həm barələrində ölüm faktı xahiş edilən şəxslərin doğum şəhadətnamələri və ya doğum aktının mövcud olmamasına, həm də faktın özünün sübut edilməməsinə əsaslanaraq ərizəni təmin etməmişdir.
61. Halbuki birinci hal – yəni barələrində ölüm faktı xahiş edilən şəxslərin doğum şəhadətnamələri və ya doğum aktının mövcud olmaması və ya əksinə ərizəçinin həmin şəxslərin atası olmaması müəyyən edilmişdisə, məhkəmə artıq burada araşdırmanı bitirməli, ərizənin mahiyyəti üzrə həllinə gedib faktın sübut edilib-edilməməsi yönündə araşdırma aparmamalı idi. Çünki artıq həmin faktın mövcud olub-olmamasının ərizəçi üçün heç bir hüquqi əhəmiyyəti qalmırdı.
62. Apellyasiya instansiyası məhkəməsi isə bir tərəfdən barələrində ölüm faktı xahiş edilən şəxslərin doğum şəhadətnamələri və ya doğum aktının mövcud olmamasına istinad etmiş, sonra da həmin faktın sübut edilməməsini göstərməklə səhvə yol vermişdir.
63. Ərizəçinin subyektiv hüququ ilə bağlı məsələyə aydınlıq gətirilmədən apellyasiya instansiyası məhkəməsi şahid ifadələrini də qəbul etmədiyini göstərmişdir. Hərçənd ki, birinci məsələyə aydınlıq gətirilmədən şahid ifadələrinə qiymət verməyə lüzum qalmırdı. Lakin nə qədər ki, apellyasiya instansiyası məhkəməsi şahid ifadələrinə qiymət verib, məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları da qeyd etməyi zəruri bilir.
64. Qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi şahid ifadələrini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ##.##.2025-ci il tarixli *-*-***/*-******/**** nömrəli qərarında göstərilən xüsusatlara əsasən qəbul etmədiyini göstərmişdir. Həmin qərarda əks edilənlərdən görünür ki, şahidlər hazırki iş üzrə birinci instansiya məhkəməsində ərizəçinin tanıtmaq istədiyi faktı təsdiq etmədiklərini bildirmişlər, eləcə də məhkəmə iclasının video-audio yazısı olmadığı üçün onların məhkəmə baxışında verdiyi ifadələrin nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır.
65. Apellyasiya instansiyası məhkəməsi istintaq orqanın müəyyən etdiyi hallara əsasən şahidlərin ifadəsinin ziddiyyətli olması qənaətinə gələrək onların ifadəsini qəbul etməmişdir.
66. Mülki Prosessual Məcəllənin 195.5-ci maddəsinə görə məhkəmə, zəruri halda, həmin və ya sonrakı iclasda şahidi ikinci dəfə dindirə, habelə şahidlərin ifadələri arasında olan ziddiyyətləri aydınlaşdırmaq üçün onları üzləşdirə bilər.
67. Prosessual qaydaya görə şahid ifadəsinin ziddiyyəti ortaya çıxdıqda, ziddiyyətləri aydınlaşdırmaq məqsədilə məhkəmə onu (onları) təkrar dindirə bilər. İfadələr arasındakı ziddiyyətin də məhz bu yolla aradan qaldırılması mümkündür.
68. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən prosessual imkandan istifadə etməyərək, yalnız istintaq orqanın müəyyən etdiyi xüsusata istinadən şahidlərin ifadəsini qəbul etmədiyini bildirmişdir.
69. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırkı qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, ərizədə göstərilən faktın tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli və işin müəyyən edilmiş hallarına uyğun gələn hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
70. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi Ərizəçi kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.