Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1252/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): öhdəliklərin icrası zamanı vicdanlılıq, öhdəliyin icra edilməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları
1. İddiaçı ##.##.2017-ci il tarixdə “xxxx” ASC-yə ərizə ilə müraciət edərək, maliyyə vəziyyəti pisləşdiyinə görə, bankla bağladığı ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyini göstərmiş və kredit vəsaiti hesabına aldığı Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı *** saylı mənzilin “xxxx” ASC-də girovda qalmaq şərti ilə Cavabdeh adına “Mənzil inşaatı müqaviləsi” əsasında keçirilməsinə icazə verilməsini xahiş etmişdir.
2. Eyni zamanda İddiaçı ##.##.2017-ci il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə ilə “xxxx” MTK-ya müraciət edərək, ##.##.2014-cü il tarixli “Mənzil inşaatı müqaviləsi” əsasında istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı *** saylı mənzilin Cavabdeh satılmasına etiraz etmədiyini bildirmişdir.
3. İddiaçı əri X1 da “xxxx” MTK-nın rəhbərliyinə ##.##.2017-ci ildə notarial qaydada təsdiqlənmiş ərizə yazaraq, *** saylı mənzilin Cavabdeh satılmasına razı olduğunu bildirmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmir xərci olaraq 639057,5 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, cavabdehlərdən təmir xərci qismində müştərək qaydada 595985 manatın tutularaq Loğman Məmmədova ödənilməsi, iddiaçının “*** saylı mənzilin alınması üçün İddiaçı “xxxx” ASC-yə olan borcuna görə banka ödədiyi 510000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbinin qismən təmin edilməsi, İddiaçı Loğman Məmmədovun xeyrinə 510000 manat tutulması qət edilmişdir.
5. Birləşdirilmiş digər mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçı X14 cavabdehlər X1 və “xxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh cəlb edilməklə) “borcun tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçının birinci tələbi 2018-ci ilin fevral ayının 15-də verdiyi 300000 ABŞ dolları borcdan qalan 200000 ABŞ dolları, digəri isə 2018-ci ilin dekabr ayında mənzilin alğı-satqısı üçün verilmiş 300000 manat pul məbləği ilə bağlıdır. Iddiaçının dediyi kimi əgər tərəfindən cavabdeh Qurban Sadıqova 300000 ABŞ dolları borc verilmişdirsə belə, qanunvericiliyə əsasən borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğu hallarda yazılı formada bağlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının dediyi kimi 300000 ABŞ dolları pul vəsaitinin borc verilməsi təsdiq olunduğu təqdirdə belə, tərəflər arasında yazılı əqd bağlanmalı olduğu halda, belə əqd bağlanmamışdır. Yəni əqdin forma tələbinə dair şərtinə əməl olunmamışdır. Həmin məbləğdə pulun borc verilməsi barədə şifahi razılaşma (əqd) isə qanunvericiliyin tələbinə əsasən etibarsız (əhəmiyyətsiz) hesab edilir Hazırkı iddia ilə isə iddiaçı 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir, bununla da 1 illik iddia müddətini ötürmüşdür.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, оna məxsus olmuş, “xxxx” MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X30” yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.metr sahəsi olan *** saylı mənzilin mövcud bazar qiymətlərinə uyğun, dəyəri 1950000 manat olan mənzilə görə qalan 1644000 manat, dövlət rüsumu üçün ödənilmiş 1612 manat və hüquqi xidmət üçün ödənilmiş 320 manat pul vəsaitinin Cavabdeh tutularaq оna ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin dayısı Loğman Məmmədov onun keçmiş qudasıdır. Övladının toy mərasimi və digər xərclərinə görə Loğman Məmmədovdan borc götürmüşdür. Ona məxsus Nərimanov rayоnu, Kazımzadə küçəsi, ev 30 ünvanında inşa edilmiş “X31” yaşayış kompleksinin “B” blokunda yerləşən, 4 otaqdan ibarət *** saylı mənzili (bundan sonra - *** saylı mənzil) satışa çıxarmışlar. Mənzilin satışı barədə sosial şəbəkə vasitəsi ilə əmlak bazarında elan vermişlər. Mənzilin satış qiymətini 1750000 manata təklif etmişlər. X2, həm də оnların tərəfindən mənzilin tez satılması üçün əmlak alğı-satqısı ilə məşğul olan şəxslərlə görüşlər keçirilmişdir. Həmin ərəfələrdə Loğman Məmmədov təklif etmişdir ki, qiyməti razılaşaraq, borcun qarşılığında mənzili ona versinlər. Оnlar ailələrində bu barədə danışaraq razılığa gəlmişlər. Həmin vaxta Loğmanla aralarında olan borc məbləği 200000 ABŞ dоlları və 500000 manat оlmuşdur. Mənzilə görə “xxxx” ASC-yə 816000 manat borc da qalmışdı. Loğman onun ərinə bildirmişdir ki, mənzilin “xxxx” ASC-yə olan 816000 manat borcunu da özü ödəyəcək. Beləliklə, ailələrinin Loğman Məmmədova olan 200000 ABŞ dolları və 500000 manat borcu ilə birlikdə “xxxx” ASC-yə ödənilməli olan 816000 manat vəsait də daxil olmaqla mənzilin dəyərini 1656000 manata razılaşmaqla (974000 doqquz yüz yetmiş dörd min ABŞ dolları) Loğman Məmmədova təhvil verməyə razılaşmışlar. Loğman Məmmədov ərinə bildirmişdir ki, mənzilin bacısı oğlu Cavabdeh adına rəsmiləşdirilməsi üçün müvafiq sənədlər Bakı Dəmiryol Vağzalında fəaliyyət göstərən * saylı Bakı “Asan Kommunal “mərkəzində notariat ofisində hazırdır, gedib həyat yoldaşı ilə imzalamaq lazımdır. Loğman Məmmədovun təklifi əsasında *** saylı mənzilin qiymətini 974000 ABŞ dollarına qiymətləndirməklə, 2017-ci ilin oktyabr ayında qeyd edilən mənzili Loğman Məmmədovun təklifi ilə * saylı Bakı “Asan Kommunal” mərkəzində onun bacısı оğlu və biznes şəriki Cavabdeh tərəfindən mənzilə görə heç bir vəsait ödənilmədən onun adına sənədləşdirmişlər. Loğman Məmmədovla quda olduqları üçün Cavabdehlə aralarında hər hansı sənədləşmə işi aparmamışlar. Elə həmin vaxt ailələrinə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən 4 оtaqlı mənzili sataraq bütün banklara olan borclarını da bağlamışlar. Cavabdeh qeyd edilən mənzil üzərində mülkiyyət hüquqları müvafiq qaydada dövlət qeydiyyatına alındıqdan sonra mənzili 2019-cu ilin iyul ayında Loğman Məmmədovun biznes şəriki, Rusiya Federasiyası vətəndaşı X25 borcunun əvəzində Yasamal rayonu ərazisində fəaliyyət göstərən * saylı Bakı “Asan xidmət” mərkəzində müvafiq rəsmiləşdirmə aparmaqla ona vermişdir. Sonradan həmin mənzil başqa şəxsə satılmışdır. 2019-cu ilin avqust ayından etibarən, övladları arasında ailə münasibətləri faktiki olaraq bitdikdən sonra, Loğman Məmmədov bildirmişdir ki, o zaman quda оlmuşlar, evin təmirinə xərclədiyi 430000 ABŞ dollarını istəməmiş, artıq quda olmadıqları üçün evin təmirinə çəkdiyi qaytarsınlar. Bir də ki, mənzili borcla əvəzləşdirən zaman 200000 manat baha hesablamışlar, o pulu da qaytarsınlar. X6 və ailəsinin şöhrətpərəstliyini, pula, var-dövlətə olan hərisliyini görüb, gənclərin ailəsinin dağılmaması və söz-söhbətin yaranmaması üçün, onunla razılaşaraq evin təmirinə çəkdiyi xərci, qızı üçün aldığı cehiz əşyalarının dəyərini və borclarının əvəzində verdikləri mənzildən əlavə 200000 manat pul vəsaitini də ona qaytaracağını bildirmişdi. Bu zaman Loğman Məmmədov “Barışıq Sazişi” layihəsi hazırlayaraq оnlara göndərməyə başlamış, hər dəfə də də yeni tələblər artıran Loğman Məmmədov, son variant “Barışıq Sazişi”ndə оnun adına olan, “xxxx” MTK-nın inşa etdiyi ünvan 3 ünvanında yerləşən “X30” yaşayış kompleksinin “B” blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan *** saylı mənzilə Loğman Məmmədovun 1/2 pay hüququnun tanınmasını tələb etdikdə onlar etiraz etmişlər. Bundan sonra Loğman Məmmədov 2020-ci il ## ######## tarixdə Nəsimi Rayоn Məhkəməsində əri Qurban Sadıqova və оna qarşı iddia qaldıraraq, “xxxx” MTK-nın inşa etdiyi ünvan 3 ünvanında yerləşən “X30” yaşayış kompleksinin “B” blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan *** saylı mənzilin təmirinə çəkdiyi 850000 manatın və məişət əşyalarına, yəni qızı üçün aldığı cehiz əşyalarına görə xərclədiyi 115000 manat pulun məhkəmə qaydasında tutulmasını xahiş etmişdir. X15 iddia tələbinin həcmini artıraraq yuxarıda göstərilən pul vəsaitindən əlavə “xxxx” ASC-yə ödənilmiş olan 816000 manat pul vəsaitindən 510000 manat pulu da məhkəmə vəsatəsilə оnlardan tələb etməyə başlamışdır. Məhkəmə çəkişmələri zamanı Loğman Məmmədov bildirmişdir ki, оnun adına olan *** saylı mənzilin iş üzrə cavabdeh bacısı oğlu Cavabdeh adına sənədləşdirilməsinin ona heç bir aidiyyəti yoxdur, “həmin mənzilin pulunu Cavabdeh ödəyərək mənzili almışdır”. Övladları arasında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsi ilə rəsmi qaydada pozulmuşdur. X15 və Cavabdeh оnların qızları üçün aldıqları və borcla əvəzləşdirilmiş həmin mənzili sosial şəbəkədə aşağı qiymətə reklam etdirərək mənzilin qiymətini 850000 ABŞ dollarına satılacağı barədə videosüjet paylaşmışlar və sonra оnlara bildirmişlər ki, “bəs biz mənzili 200000 manat baha qiymətə almışıq, görürsüz bu qiymətə satmaq istəyirik”. X16 əri Qurban Sadıqova qarşı Nəsimi Rayon Məhkəməsində əlavə iddia qaldıraraq mənzillə əvəzləşdirilmiş pul vəsaitindən qalan 200000 ABŞ dolları və 300000 manat pul vəsaitini də tələb etməyə başlamışdır. Qeyd edilən iş üzrə Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdir ki, guya mənzili оndan 950000 manata almış, həmin puldan 306000 manat hissəsini “xxxx” ASC-yə ödəmiş, qalan pulu isə оnlara nağd qaydada ödəmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi Cavabdeh tərəfindən mənzilə görə nə оna, nə də əri X1 оğluna, nə də Banka hər hansı bir məbləğdə heç bir pul vəsaiti ödənilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ##.##.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək X1 və İddiaçı təmir xərci qismində müştərək qaydada 595985 manatın tutularaq X14 ödənilməsi, X14 “*** saylı mənzilin alınması üçün İddiaçı “xxxx” ASC-yə olan borcuna görə banka ödədiyi 510000 manatın cavabdehlərdən müştərək qaydada хeyrinə tutulması” tələbi qismən təmin edilərək, İddiaçı X14 xeyrinə 510000 manatın tutulması qət edilmişdir. X17 əri X1 qarşı mənzillə əvəzləşdirilmiş pul vəsaitindən qalan 300000 manat və 200000 ABŞ dolları pul vəsaitinin tutulması tələbinə dair iddiası Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Iş üzrə cavabdeh Cavabdeh tərəfindən оna məxsus olmuş əmlak demək olar ki, əvəzsiz olaraq onun tərəfindən ələ keçirilmişdir. Mənzilin dəyərindən sadəcə olaraq 306.00 manat hissəsi razılaşmaya əsasən “xxxx” ASC-yə Loğman Məmmədov tərəfindən ödənilmiş ödəniş qəbzlərini cavabdeh məhkəməyə təqdim edərək həmin vəsaitin onun tərəfindən ödənilməsini bildirmişdir. Hansı ki, həmin vəsait mənzillə əvəzləşdirilmiş məbləğə daxildir. Belə olan halda cavabdeh оna məxsus olmuş əmlakın qalan hissəsini ödəməyə borclu olsa da, bundan boyun qaçırır. Odur ki, məhrum olduğu əmlakının оna qaytarılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.
9. Cavabdeh Cavabdeh nümayəndəsi vəkil vəkil2 iddiaya etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, 2020-ci ildən başlayaraq, X14 iddiaçı və onun əri X1 qarşı ümumilikdə 2000000 manata yaxın borc pulun qaytarılması tələbinə dair bir neçə məhkəmə işləri olmuşdur. Həmin məhkəmə işlərinin hamısında iddiaçı və onun əri X1 Loğman Müzəffər oğlunun iddialarına etiraz edərək bildirmişlər ki, onlar X14 olan bütün borclarının əvəzinə hazırkı iddianın predmeti olan *** saylı mənzili Loğman Məmmədova vermiş və həmin mənzili Loğman Məmmədovun tapşırığı ilə Cavabdeh adına rəsmiləşdirmişlər. Hazırkı iddiada isə artıq iddiaçı son 4 ildə digər məhkəmə işlərində nümayiş etdirdiyi mövqeyi tamamilə dəyişərək guya mübahisə predmeti olan mənzili 1950000 manata Cavabdeh satdığını bildirir, halbuki bununla bağlı nə müqavilə, nə də ki, digər sübut yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- ****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmir xərci olaraq 639057,5 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, cavabdehlərdən təmir xərci qismində müştərək qaydada 595985 manatın tutularaq iddiaçıya ödənilməsi, qətnamənin “cavabdehlərdən müştərək qaydada faiz borcu kimi 45267 manatın, borc olaraq 510000 manatın və bu məbləğə Mülki Məcəllənin 445.7- ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36125 manatın tutulması” hissələrində ləğv olunması və həmin hissələrdə yeni qətnamənin çıxarılması, iddiaçının “cavabdehlərdən müştərək qaydada Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45267 manatın və 36125 manatın tutulması” tələblərinin təmin edilməməsi, iddiaçının “*** saylı mənzilin alınması üçün İddiaçı “xxxx” ASC-yə olan borcuna görə banka ödədiyi 510000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbinin qismən təmin edilməsi, İddiaçı iddiaçının xeyrinə 510000 manat tutulması qət edilmişdir. Işin halları isə ondan ibarət olmuşdur ki, X14, cavabdehlər X1 və İddiaçı xahişi ilə “ünvan 5 ünvanda yerləşən X30 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan İddiaçı məxsus *** saylı mənzildə bütün təmir işlərini, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, rəngsaz, divar kağızı, emulsiya, boya, qapı, pəncərə, evin soyutma və havalanma sistemi, evin döşəməsi, parketi, hamam və sanitar qovşağında aparılmış kafel, metlağ və sair islərilə bağlı bütün təmir işlərini öz hesabına həyata keçirmişdir. Təmir xərclərinin dəyəri məhkəmələr tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizası rəyinə əsasən 595985 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, X14 *** saylı mənzilə görə cavabdehlərin əvəzinə, qaytarılması şərti ilə, “xxxx” ASC-yə 510000 manat pul ödəmişdir. Bu vəsaitlər X14 tərəfindən şəxsən və onun tapşırığı və vəsaiti hesabına onun işçiləri tərəfindən “xxxx” ASCyə nağd ödənilmişdir. Həmin borcun bir hissəsinin ödənilməsini də X1 və İddiaçı X14 xahiş etmişlər, əks halda borc əvəzinə kreditə alınmış 2 mənzilə yönəldilərək “xxxx” ASC-nin mülkiyyətinə keçə bilərdi. Bununla bağlı olan, Nəsimi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-**** saylı qətnaməsinə “xxxx” ASC-nin cavabdehlər İddiaçı və “xxxx" MMC-yə qarşı iddia tələbi qismən təmin edilərək, 740000 manat əsas borc, 7901,91 manat faiz borcu və 2031,59 manat cərimə, 30 manat dövlət rüsumu olmaqla, cəmi 749963,50 manat pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi qət edilmiş, eyni zamanda borcun tutulması üçün 145 və *** saylı mənzillərə də həbs qoyulmuşdu. Həmçinin həmin vaxt X1 və İddiaçı Cavabdeh ilə *** saylı mənzilin 900000 manata ona satılması barədə razılığa gəlmişdilər. Mənzilin dəyərindən 306000 manat hissəsi “xxxx” ASC-yə qeyd edilmiş kreditin qalığının bağlanması üçün ödənilmiş, digər hissə isə nağd qaydada ödənilmişdir. Bunu şahid qismində X14, X10, X3, X7 da təsdiq edə bilərlər. X1 və İddiaçı X14 iddiasına qarşı etirazları isə əksinə həmişə ondan ibarət olmuşdur ki, onların ümumi borcları 974000 ABŞ dolları olmuşdur və həmin borcu guya *** saylı mənzilin Loğman Məmmədovun göstərişi ilə Cavabdeh adına rəsmiləşdirərək əvəzləşdirmişlər. Birincisi, L.Məmmədovla Q.Sadıqov arasında borcun *** saylı mənzil əvəzləşdirilməsi barəsində iş materiallarında heç bir sənəd, sübut yoxdur. Razılaşma olsaydı, mübahisə olmasaydı niyə X15 tərəfindən prokurorluğa şikayət yazılırdı və məhkəmədə iddia qaldırılırdı? Ikincisi, X1 və İddiaçı, həm də onların nümayəndəsi və vəkili Əjdər Sariyev dəfələrlə qeyd edirdi ki, *** saylı mənzilin təmir pulu borcundan başqa, 2017-ci ildə Q.Sadıqovun L.Məmmədova 974000 ABŞ dolları borcları olub. Lakin 2017-ci ilin oktyabrına qədər, yəni xxxx ASC-yə borcun ödənilməsinə qədər Q.Sadıqovun L.Məmmədova təmir pulundan başqa borcu olmamışdır. Əgər doğrudan da 974000 ABŞ dolları mələğində borc var idisə, nəyə görə Loğman Məmmədov daha az məbləğə iddia qaldırmışdır? Bundan başqa, 974000 ABŞ dolları həmin dövrün məzənnəsinə görə təxminən 1700000 manat edirdi. Iş materiallarında olan müqaviləyə əsasən isə, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllə, V blok, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı *** nömrəli mənzili 625000 manata almışdır. Belə olan halda 625000 manat necə 1700000 manatla əvəzləşdirilə bilərdi və ya güya 1950000 manata Cavabdeh satıla bilərdi? Əslində isə, İddiaçı ##.##.2017-ci il tarixdə “xxxx” ASC-yə ərizə ilə müraciət edərək, maliyyə vəziyyəti pisləşdiyinə görə, bankla bağladığı ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyini göstərmiş və kredit vəsaiti hesabına aldığı *** saylı mənzilin “xxxx” ASC-də girovda qalmaq şərti ilə Cavabdeh adına “Mənzil inşaatı müqaviləsi” əsasında keçirilməsinə icazə verilməsini xahiş etmişdi. Eyni zamanda İddiaçı ##.##.2017-ci il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə ilə “xxxx” MTKya müraciət edərək, ##.##.2014-cü il tarixli “Mənzil inşaatı müqaviləsi” əsasında istifadəsində olan *** saylı mənzilin Cavabdeh satılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı əri X1 da “xxxx” MTK-nın rəhbərliyinə ##.##.2017-ci ildə notariat qaydada təsdiqlənmiş ərizə yazaraq, *** saylı mənzilin Cavabdeh satılmasına razı olduğunu bildirmişdir. X1 və İddiaçı şikayətlərinin dəlillərindən biri ondan ibarət idi ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin ## #### 2021-ci il tarixli, **/*-***C-*) saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında X11 Məmmədovdan müxtəlif vaxtlarda 974000 ABŞ dolları məbləğdə borc almış və həmin borcun əvəzi olaraq *** saylı mənzili sonuncunun razılığı ilə Cavabdeh adına rəsmiləşdirilmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi vəkil vəkil2 iddianı etiraf etməyərək iddia tələbinə etirazın məzmununa uyğun izahat vermiş, əlavə оlaraq bildirmişdir ki, əvvəl iddiaçı borcun əvəzləşdirilməsi kimi qeyd edirdi, hazırda isə bildirir ki, tələbi pul tələbidir. 510000 manatı Loğman ödəyib, Babək isə evin satışında kömək etmək istəyib. Babək təklif edib ki, 900000 manata evi ala bilər və razılaşıb evi alıblar. Aralarında alğı-satqı olub, ərizələr təqdim edilib və cavabdeh 900000 manata evi alıb. 600000 manat nağd qaydada alınıb, 300000 manat isə xxxxa verilib. Natiq Məmmədov adlı şəxs iddiaçının yaxın qohumudur və qeyd etdiyi halları təsdiq edə bilər. Loğman Məmmədov bacısı qızına görə borcu ödəyib. 2017-ci ildə mənzili satmaq istəyiblər, ev satılmadığına görə Babək təklif edib ki, evi о, ala bilər. Оdur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə # #### 2024-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Adilə Paşayeva).
12. Birinci instansiya məhkəməsi *** saylı mənzilin satılmasının Loğman Məmmədova bağlılığının оlmamasının məhkəmənin qanuni qüvvəyə minmiş yekun aktı ilə müəyyən edildiyini, müqavilə əsası ilə əmlakdan istifadə edən şəхsin isə bu hüququndan üçüncü şəхsin хeyrinə hər hansı qarşılıq оlmadan imtina etməsinin ağlabatan оlmadığını, 2017-ci ildən 2024-cü ilədək bu məsələnin mübahisələndirilmədiyini nəzərə alaraq, iddiaçının mənzilin dəyərinin оna ödənilmədiyinə dair bildirdiklərini ağlabatan saymamış və mənzilin dəyərinin оna ödənildiyinə dair cavabdehin bildirdiklərini işin hallarına uyğun hesab etməmişdir.
13. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, *** saylı mənzil ##.##.2014-cü il tariхli “Mənzil Inşaatı müqaviləsi”nə əsasən iddiaçının istifadəsində оlmuşdur. Sоnuncu ##.##.2017-ci il tariхdə “xxxx” MTK-nın rəhbərliyinə müraciət edərək, həmin mənzilin Cavabdeh satımasına etiraz etmədiyini bildirmiş, X1 da eyni tariхli ərizə ilə “xxxx” MTK-nın rəhbərliyinə müraciət edərək, iddiaçının istifadəsində оlan həmin mənzilin Cavabdeh satımasına razı оlduğunu bildirmişdir.
14. Iddiaçı tələbini borcun qarşılığında *** saylı mənzili ona vermələrini təklif etmiş Loğman Məmmədova olan 200000 ABŞ dоlları və 500000 manat borc məbləğinin qarşılanması (əvəzlənməsi), mənzilə görə “xxxx” ASC-yə оlan 816000 manat borcun da Loğman tərəfindən ödənilməsi də daxil olmaqla 1656000 (974000 ABŞ dolları) manat dəyərində qiymətləndirdikləri mənzili Loğman Məmmədova təhvil verməyə razılaşmaları, Loğman Məmmədovun təklifi əsasında 2017-ci ilin oktyabr ayında qeyd edilən mənzili, tərəfindən mənzilə görə heç bir vəsait ödənilmədən Loğman Məmmədovun bacısı оğlu və biznes şəriki оlan cavabdehin adına sənədləşdirdiklərini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir.
15. Bundan başqa, iddiaçı mənzilin razılaşdırılmış dəyərinin qalan hissəsinin ödənilməsini tələb etsə də, “xxxx” MTK-nın rəhbərliyinə ünvanladığı ##.##.2017-ci il tariхli ərizəsindən görünür ki, оnun mənzil üzərində sərəncam vermək hüququ əmələ gəlməmişdir. О, yalnız mənzilin Cavabdeh satılmasına etiraz etməmiş, “xxxx” MTK tərəfindən satılmış mənzilin dəyərinin isə оna ödənilməli оlmasını izah edə bilməmişdir. Bundan başqa, pulu əsassız varlanan cavabdehdən tələb etdiyini iddia edən və hazırkı iddia ilə ##.##.2024-cü il tariхdə müraciət edən iddiaçıya görə, cavabdeh mənzili müqavilə əsası olmadan 2017-ci ilin оktyabr ayında heç bir vəsait ödəmədən əldə etmişdir.
16. Məhkəmə hesab etmişdir ki, cavabdehin “xxxx” MTK tərəfindən оna satılmış mənzilin dəyərini iddiaçıya ödəməli оlması halı təsdiq edilmədiyindən, eləcə də iddiaçının ##.##.2014-cü il tariхli “Mənzil Inşaatı” müqaviləsinə əsasən istifadəsində оlmuş və ##.##.2017-ci il tariхdən cavabdehin əldə etdiyi mənzilin dəyərinin ödənilməsini tələb etmək hüququ qüvvədən düşdüyündən iddia təmin edilə bilməz.
17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 9.3, 567, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1095-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 217.4, 233.3, 216- 220 və 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki, hazırda mübahisələndirilən 140 və *** nömrəli, hər biri ayrı-ayrılıqda 278 kv.m оlan 4 otaqlı, dubleks mənzillər İddiaçı mülkiyətində olmuşdur. Həmin mənzillərdən *** saylı mənzili Loğman Məmmədov qızının yaşaması üçün 2015-ci ilin mart ayında öz vəsaiti hesabına hədiyyə kimi təmir etdirmiş, həmin təmirin pulunun ödənilməsi tələbi ilə 2020-ci ildə Nəsimi Rayon Məhkəməsində hazırkı iş üzrə iddiaçıya qarşı qaldırdığı iddia tələbi təmin edilərək, 595985 manat məbləğində pul vəsaiti İddiaçı tutulmuşdur. Həmçinin məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki, *** saylı mənzilin alınması üçün İddiaçı tərəfindən “xxxx” MTK-ya 625000 manat pul ödənilmişdir və hər iki mənzil eyni ustalar tərəfindən təmir edilmişdir. Kooperativin tam hüquqlu üzvü kimi İddiaçı “xxxx” MTK-nın rəhbərliyinə ünvanladığı ##.##.2017-ci il tariхli ərizəsində mübahisələndirilən mənzilin Cavabdeh adına sənədləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmçinin “xxxx” MTK-nın nizamnaməsinin 6.5-ci bəndinə əsasən kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış üzvə onun payının məbləği (dəyəri) koorperativ üzvünün çıxarılması haqqında qərar qəbul edildiyi gündən iki aydan çox olmayan müddətə qaytarılır. Iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçıya məxsus *** saylı mənzilin dəyəri İddiaçı tərəfindən ##.##.2014-cü il tariхdə “xxxx” MTK-ya tam olaraq ödənilməklə mənzil üzərində İddiaçı mülkiyyət hüquqları əldə etmişdir. Lakin həmin mənzilin Cavabdeh adına keçirilməsi ilə əlaqədar sonuncu tərəfindən hər hansı bir məbləğdə pul vəsaiti nə payçı İddiaçı, nə onun həyat yoldaşı X1, nə Banka, nə də ”xxxx” MTK-ya ödənilməmişdir.
20. “xxxx” MMC-nin QCM/D **-***/** saylı, ##.##.2024 dekabr tarixli hesabatına əsasən mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və sair xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 1 ünvanında yerləşən “X30” yaşayış kompleksinin B bloku, 4-cü mərtəbədə 4 otaqlı, *** saylı mənzilin hazırkı vaxta bazar dəyəri, 1031600 manat; ##.##.2017-ci il tarixə bazar dəyəri 746000 manat təşkil edir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin */*** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən “X30” yaşayış kompleksində yerləşən təmirsiz mənzillərin 1 kv. metrinin hazırkı dövrə mövcud olan orta bazar qiyməti təqribən 4375 manat, təmirli mənzillərin 1 kv. metrinin hazırkı dövrə mövcud olan orta bazar qiyməti təqribən 5826 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə dəyişiklik olması istisna edilmir. Həmin kompleksdə yerləşən mənzillərin ##.##.2017-ci il tarixə 1 kv.metrinin təmirli və təmirsiz vəziyyətdə satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamışdır. ünvan 2 ünvanında yerləşən “X30” yaşayış kompleksinin B bloku, 4-cü mərtəbədə 4 otaqlı, 278 kv.m sahəsi olan *** saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından, qiymətləndirmə həmin kompleksdə mövcud olan təmirli və təmirsiz analoji mənzillərin dəyərinə uyğun aparılmışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli # ### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəfin özünə aid edilməsi, məhkəmə xərci olaraq 100 manat Məhkəmə Ekspertiza Mərkəzinin, 600 manat xxxx Mərkəzinin xeyrinə iddiaçıdan tutulması qət edilmişdir (hakimlər - Günay Axundova (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov).
23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən İddiaçı Loğman Məmmədova olan borcunun əvəzi olaraq *** saylı mənzilin Cavabdeh adına rəsmiləşdirilməsi təsdiqini tapmamışdır.
24. İddiaçı ##.##.2017-ci il tarixdə “xxxx” ASC-yə ərizə ilə müraciət edərək, maliyyə vəziyyəti pisləşdiyinə görə, bankla bağladığı ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyini göstərmiş və kredit vəsaiti hesabına aldığı *** saylı mənzilin “xxxx” ASC-də girovda qalmaq şərti ilə Cavabdeh adına “Mənzil inşaatı müqaviləsi” əsasında keçirilməsinə icazə verilməsini xahiş etmişdir.
25. Cavabdeh *** nömrəli mənzili 900000 manata aldığını, 600000 manatın nağd şəkildə verildiyini, 306000 manat pulu isə İddiaçı borcuna görə banka ödədiyini bildirmişdir. 306000 manat pulun Cavabdeh tərəfindən banka ödənilməsi işin mübahisəsiz halıdır. 600000 manat pulun isə İddiaçı ödənilməsini cavabdeh sübut edə bilmir. Lakin buna baxmayaraq, iddiaçının tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməlidir.
26. Belə ki, elektron informasiya sistemindən müəyyən olunur ki, cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir. Göründüyü kimi, iddia müddətinin tətbiqinə dair ərizə birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı çıxarılanadək təqdim edilmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında payın alğı-satqısı müqaviləsi üzrə iddiaçının pul tələb etmək hüququ 2017-ci ildə yaranmışdır. Iddiaçı pul tələbini ##.##.2024-cü il tarixdə irəli sürməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamış, maddi hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməlidir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 372.1, 372.2, 373.2, 375.2, 377.1, 442, 646.1, 646.2 və 651-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
30. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə # ### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmələr iddiaçının pozulmuş hüquqlarını müdafiə etməkdən imtina edərək, əmlak hüquqlarını pozmuşdur. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Mülki Məcəllə ilə müəyyənləşdirilir. Maddi hüquq normasının tələbindən göründüyü kimi iddia müddətinin axımı şəxsin hüququnun pozulduğunu bildiyi andan başlanır. Hazırkı iş üzrə iddiaçı hüquqlarının pozulduğunu, yəni mənzillə əvəzləşdirilmiş borc məbləğinin yenidən məhkəmə qaydasında tələb olunmasını, məhkəmələr tərəfindən əvəzləşmənin qəbul edilmədiyini ##.##.2023-cü il tarixdə konkret olaraq bilmişdir. Belə ki, yuxarıda göstərilən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarında göstərilir ki, işin 1- ci cildinin 307, 308-ci səhifəsində olan İddiaçı və Q.Sadıqovun MTK-ya ünvanlanmış ərizələrindən görünür ki, onlar *** saylı mənzilin Cavabdeh satılmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsi prokurorun cinayət işin başlanmasının rədd edilməsi haqqında ## #### 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh Qurban Sadıqovun ona qarşı dələduzluq edərək 300000 manat pulunu talaması, həmçinin, X14 Sadıqovun ona qarşı dələduzluq edərək 300000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirməsi barədə prokurorluğa şikayət etmiş və həmin şikayətlər araşdırılarkən müəyyən olunmuşdur ki, Qurban Sadıqov müxtəlif vaxtlarda banklara olan borclarını ödəyə bilmədiyi üçün Loğman Məmmədovdan ümumilikdə 900000 ABŞ dolları borc almış, İddiaçı məxsus *** saylı mənzil həmin borcun əvəzinə iddiaçının razılığı ilə onun bacısı oğlu Cavabdeh verilməklə borc əvəzləşdirilmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehlərin bu mühüm dəlili ilə əlaqədar hər hansı bir araşdırma aparmamış, bununla əlaqədar sübut əhəmiyyəti daşıyan zəruri sənədləri işə üçüncü şəxs kimi cəlb edilmiş “xxxx” MTK-dan tələb etməmiş, işin həmin halına müvafiq hüquqi qiymət verməmişdir. Işdə mənzilin hansı qaydada Cavabdeh adına keçməsi, bununla əlaqədar tərəflər arasında hər hansı bir müqavilənin olması, əgər satılmışdırsa hansı qiymətə satılması işdən görünmür. Göstərilən hallara Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qərarı hüquqi qiymət verilmiş, mənzilin borcla əvəzləşdirilmədiyi nəticəsinə gəlinmişdur. Maddi hüquq normasının göstərilən tələbinə əsasən iddiaçı Cavabdeh tərəfindən ona məxsus olmuş əmlakın dəyəri ödənilmədən ələ keçirdiyini həmin andan bilmiş, 13 gün sonra Cavabdeh qarşı hazırkı iddianı qaldırmışdır. Lakin işə baxan məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, bununla da əsassız nəticəyə gəlmişdir. Işə baxan məhkəmə prosessual normanın tələblərini pozaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməmiş, sübutlara düzgün qiymət verməmiş, iş üzrə formalaşmış vahid məhkəmə təcrübəsinin tələblərini pozaraq əsassız nəticəyə gəlmişdir.
32. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin II, 29-cu maddəsinin İ, II, III, IV, 125-ci maddəsinin VII hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 1091.1, 1092.1, 1092.2, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə ## ### 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ### tarixli 2(103)- ***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər - Ispəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov).
34. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus olmuş *** nömrəli mənzilin Cavabdeh satıldığını, evin dəyərinin 1656000 manata (974000 ABŞ dolları) razılaşdıqlarını, cavabdehin öhdəliyini icra etmədiyini bildirir.
35. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh *** nömrəli mənzili 900000 manata aldığını, 600000 manatın nağd şəkildə verildiyini, 306000 manat pulu isə İddiaçı borcuna görə banka ödədiyini bildirmişdir. 306000 manat pulun Cavabdeh tərəfindən banka ödənilməsi işin mübahisəsiz halıdır. 600000 manat pulun isə İddiaçı ödənilməsini cavabdeh sübut edə bilmir.
36. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən mənzilin dəyərinin tam ödənilmədiyi barədə nəticəyə gəlməsinə baxmayaraq, iddia müddətinin tətbiq edilməsi barədə gəldiyi nəticə və bununla bağlı əsaslandırması iş materiallarına uyğun gəlmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında payın alğı-satqısı müqaviləsi üzrə iddiaçının pul tələb etmək hüququnun 2017-ci ildə yarandığını və iddiaçının pul tələbini ##.##.2024-cü il tarixdə irəli sürməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürdüyünü bildirmişdir.
37. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.
38. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il # ### tarixli qərarında göstərmişdir ki məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. ... Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. Iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Iddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi).
39. Göründüyü kimi iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
40. Hazırda baxılan iddia tələbi də iddia müddətlərinə tabedir və iş üzrə iddia müddətinin axımı cavabdeh tərəfindən öhdəliyin pozulduğunu iddiaçının bildiyi və ya bilməli olduğu vaxtdan başlanır.
41. Iş materiallarından görünür ki, Cavabdeh tərəfindən (onun tapşırığı ilə) ödənilməsi bildirilən məbləğlər - hər biri 51000 manat olmaqla, ##.##.2017-ci il tarixdə X18; ##.##.2018-ci il tarixdə X19; ##.##.2018-ci il tarixdə X3; ##.##.2018, ##.##.2018 və ##.##.2018-ci il tarixlərdə isə X8 tərəfindən ödənilmişdir (bu fakt tərəflər arasında olmuş əvvəlki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ## #### 2023-cü il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir).
42. Göründüyü kimi Cavabdeh tərəfindən sonuncu ödəniş ##.##.2018-ci il tarixdə edilmişdir və bu halda apellyasiya instansiyası məhkəməsinin iddiaçının pulu tələb etmək hüququnun 2017-ci ildə yarandığı barədə gəldiyi nəticə əsassızdır.
43. Həmçinin iş materiallarından görünür ki, *** saylı mənzil üzrə Cavabdeh borcunun Loğman Məmmədova olan borcla əvəzləşdirilməsi ilə əlaqədar məsələ, iddiaçı X14 cavabdehlər X1 və İddiaçı qarşı “pulun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** nömrəli mülki işdə, habelə iddiaçı X14 cavabdeh X1 və “xxxx” MMC-yə qarşı pul tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş *(***)-****/**** nömrəli mülki işlərdə müzakirə predmeti olmuşdur.
44. Belə ki, həmin işlərdə cavabdehin etiraz dəlilləri ondan ibarət olub ki, Qurban Sadıqov aldığı pulları qaytara bilmədiyindən 2017-ci ildə qızı üçün aldığı və arvadı İddiaçı adına olan *** saylı mənzili 974000 ABŞ dolları məbləğdə qiymətləndirməklə borcun əvəzinə Loğman Məmmədovun təklifi əsasında ona vermiş, həmin mənzil sonuncunun razılığı və təklifi əsasında bacısı oğlu X4 adına rəsmiləşdirilmişdir.
45. Bu dəlil həmin iş üzrə uzun müddət davam edən məhkəmə prosesində qəti və ardıcıl olaraq irəli sürülmüş, məhkəmə araşdırmasının predmeti olmuşdur. Hətta Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.Tağıyeva) Loğman Məmmədovun iddiası təmin edilməmiş və məhkəmənin iddianı rədd etməsinin əsası ondan ibarət olmuşdur ki, “işin araşdırılmış halları ilə tərəflər arasında borc münasibətlərinin 2015-2016-cı illər ərzində yaranması və 2017-ci ildə də bu münasibətlərin yuxarıda qeyd edilən mənzillə əvəzləşdirilməsi ilə başa çatması tam təsdiqini tapmışdır”.
46. Sonradan qeyd olunan *(***)-***/**** nömrəli və *(***)-****/**** nömrəli mülki işlər bir icraatda birləşdirilmiş, həmin mülki mübahisə Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qərarı ilə sonlanmışdır.
47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** nömrəli və *(***)-****/**** nömrəli mülki işlərin baxılması zamanı *** saylı mənzillə bağlı Cavabdeh tərəfindən ödənilməmiş borcun Loğman Məmmədova olan borcla əvəzləşdirilməsi barədə İddiaçı dəlillərinin məhkəmə araşdırmasının predmetini təşkil etməsi, hətta bu əsasla birinci instansiya məhkəməsində iddianın rədd olunması, hazırkı tələb üzrə iddia müddətinin hesablanması zamanı xüsusi təhlilə ehtiyacı olan haldır. Çünki həmin *** saylı mənzilin L.Məmmədovun borcu ilə əvəzləşdirilməsi barədə məhkəmə araşdırması, İddiaçı Cavabdeh qarşı iddia müddətini uzanan (davam edən, “sürünən”) vəziyyətə gətirmişdir.
48. *** saylı mənzilin borcla əvəzləşdirilməsi barədə mübahisə məhkəmədə sonlandıqdan sonra İddiaçı hazırkı iddia tələbi ilə ##.##.2024-cü ildə məhkəməyə müraciət etmişdir.
49. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməmişdir.
50. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarında *** nömrəli mənzilin hansı qiymətə satılması və nə qədər borcun qalması barədə dəlillər üzrə araşdırma aparılması zəruri sayılmamışdır. Çünki son nəticədə *** saylı mənzilin satılmasının Loğman Məmmədovla bağlılığı müəyyən edilməmişdir. Buna görə də mənzilin qiyməti barədə tərəflərin dəlilləri ətraflı araşdırılmalıdır.
51. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.
54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-in tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.
55. Işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
56. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # #### 2024ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 1313628 manatın alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddia qismən təmin edildiyindən iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ümumilikdə ödənilmiş 3224 manat dövlət rüsumunun iddianın təmin olunduğu hissəyə münasibətdə 2576,12 manatının, eləcə də hüquqi xidmət üçün ödənilmiş 320 manat xərcin əvəzinin də cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri - 100 manatın cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Ikram Şirinov).
57. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halı və qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq olunur ki, ünvan 4 ünvanında inşa edilmiş “X31” yaşayış kompleksinin “B” blokunda yerləşən 140 və *** saylı mənzillər İddiaçı məxsus olmuşdur. Hər iki mənzil eyni ustalar tərəfindən təmir edilmişdir. *** saylı mənzili Loğman Məmmədov öz qızının yaşaması üçün 2015-ci ilin mart ayında öz vəsaiti hesabına təmir etdirmiş, sonradan aralarında yaranmış məhkəmə mübahisəsinin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı və onun əri Qurban Sadıqovdan *** saylı mənzilin təmir xərcinə görə müştərək qaydada 595985 manatın tutularaq Loğman Məmmədova ödənilməsi, *** saylı mənzilin alınması üçün İddiaçı “xxxx” ASC-yə olan borcuna görə banka ödədiyi 510000 manatın isə İddiaçı Loğman Məmmədovun xeyrinə tutulması qət edilmişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi ilə də X20 Sadıqova və “xxxx” MMC-yə qarşı olan iddiası üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilsə də iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli və *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır.
58. Hazırkı iş üzrə İddiaçı ona məxsus olmuş *** nömrəli mənzilin Cavabdeh satıldığını, dəyərinin 1656000 manata (974000 ABŞ dolları) razılaşdıqlarını, cavabdehin öhdəliyini icra etmədiyini bildirir. Cavabdeh isə *** nömrəli mənzili 900000 manata aldığını, 600000 manatın nağd şəkildə verildiyini, 306000 manatı isə İddiaçı borcuna görə banka ödədiyini bildirib. Lakin 306000 manat ödənilməsi işin mübahisəsiz halı olsa da, 600000 manatın iddiaçıya ödənilməsinə dair cavabdeh məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
59. Hazırkı iddia da iddia müddətlərinə tabedir və iş üzrə iddia müddətinin axımı cavabdeh tərəfindən öhdəliyin pozulduğunu iddiaçının bildiyi və ya bilməli olduğu vaxtdan başlanır. Yəni iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
60. Iş materialları ilə təsdiq olunur ki, *** saylı mənzil üzrə Cavabdeh borcunun Loğman Məmmədova olan borcla əvəzləşdirilməsi ilə əlaqədar məsələ, iddiaçı X14 cavabdehlər X1 və İddiaçı qarşı pulun ödənilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** nömrəli mülki işdə, habelə iddiaçı X14 cavabdeh X1 və “xxxx” MMC-yə qarşı pul tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş *(***)-****/**** nömrəli mülki işlərdə müzakirə predmeti olmuşdur. Həmin işlərdə cavabdehin etirazının dəlilləri ondan ibarət olmuşdur ki, Qurban Sadıqov aldığı pulları qaytara bilmədiyindən 2017-ci ildə qızı üçün aldığı və arvadı İddiaçı adına olan *** saylı mənzili 974000 ABŞ dolları məbləğdə qiymətləndirməklə borcun əvəzinə Loğman Məmmədovun təklifi əsasında ona vermiş, həmin mənzil sonuncunun razılığı və təklifi əsasında bacısı oğlu Cavabdeh adına rəsmiləşdirilmişdir. Kassasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi bu dəlil həmin iş üzrə uzun müddət davam edən məhkəmə prosesində qəti və ardıcıl olaraq irəli sürülmüş, məhkəmə araşdırmasının predmeti olmuşdur. Hətta Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.Tağıyeva) Loğman Məmmədovun iddiası təmin edilməmiş və məhkəmənin iddianı rədd etməsinin əsası ondan ibarət olmuşdur ki, “işin araşdırılmış halları ilə tərəflər arasında borc münasibətlərinin 2015-2016-cı illər ərzində yaranması və 2017-ci ildə də bu münasibətlərin yuxarıda qeyd edilən mənzillə əvəzləşdirilməsi ilə başa çatması tam təsdiqini tapmışdır”. Sonradan qeyd olunan *(***)- ***/**** nömrəli və *(***)-****/**** nömrəli mülki işlər bir icraatda birləşdirilmiş, həmin mülki mübahisə Ali Məhkəmənin Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərarı ilə yekunlaşmışdır.
61. Məhkəmə tərkibi qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** nömrəli və *(***)-****/**** nömrəli mülki işlərin baxılması zamanı *** saylı mənzillə bağlı Cavabdeh tərəfindən ödənilməmiş borcun Loğman Məmmədova olan borcla əvəzləşdirilməsi barədə İddiaçı dəlillərinin məhkəmə araşdırmasının predmetini təşkil etməsi, hətta bu əsasla birinci instansiya məhkəməsində iddianın rədd olunması, həm hazırkı tələbi əsaslı edir, həm də iddia müddətinin hansı tarixdə hesablanmalı olması zamanı əsas götürülməlidir. Çünki *** saylı mənzilin borc ilə əvəzləşdirilməsi barədə məhkəmə araşdırması, İddiaçı Cavabdeh qarşı hazırkı iddia üzrə iddia müddətinin keçmədiyini labüd edir. Başqa sözlə, *** saylı mənzilin borc ilə əvəzləşdirilməsi məsələsinə Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qərarı ilə son qoyulmuşdur. Məhz bundan sonra İddiaçı hazırkı iddia tələbi ilə ##.##.2024-cü ildə məhkəməyə müraciət etmişdir. Demək ki, İddiaçı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt, yəni iddia müddətinin axımının başlanğıcı Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qərarının qəbul edildiyi vaxtdan hesablanmalıdır.
62. Göstərilənlərlə yanaşı, Ali Məhkəmənin ##.##.2023-cü il tarixli qərarında *** nömrəli mənzilin hansı qiymətə satılması və nə qədər borcun qalması barədə dəlillər üzrə araşdırma aparılması zəruri sayılmamışdır. Çünki son nəticədə *** saylı mənzilin satılmasının Loğman Məmmədovla bağlılığı müəyyən edilməmişdir. Buna görə də, mənzilin qiyməti barədə hazırda ətraflı hüquqi dəyərləndirmə aparılmalıdır.
63. Belə ki, işdə mübahisə predmeti olmuş *** nömrəli mənzilin və eyni ölçüdə və parametrdə olan *** saylı mənzilin dəyəri barədə 4 qiymətləndirici və 1 ekspert rəyi mövcuddur. “xxxx” MMC-nin # ######## 2024-cü il tarixli rəyinə əsasən *** nömrəli mənzilin # ######## 2024-cü il tarixə bazar dəyərinin 1753000 manat, *** nömrəli mənzilin ##.##.2024-cü il tarixinə bazar dəyərinin isə 1704000 manat, “xxxx” MMC-nin ##.##.2024cü il tarixli rəyinə əsasən *** nömrəli mənzilin bazar dəyərinin 1200000 (bir milyon iki yüz min) manat, “X9” MMC-nin ## ###### 2024-cü il tarixinə *** nömrəli mənzilin bazar dəyərinin 1740000 (bir milyon yeddi yüz qırx min) manat, 2017-ci il tarixinə 1600800 manat, bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli rəyinə əsasən *** nömrəli mənzilin bazar dəyərinin 1031600 (bir milyon otuz bir min altı yüz) manat, ##.##.2017-ci il tarixinə 746000 manat, Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli rəyində isə Bakı şəhəri Nərimanov rayоnu, Kazımzadə küçəsindəki “X31” yaşayış kompleksində yerləşən təmirsiz mənzillərin 1 kv metrinin hazırkı dövrə mövcud olan bazar qiymətinin 4375 manat, təmirli mənzillərin 1 kv metrinin hazırkı dövrə mövcud olan orta bazar qiymətinin təqribən 5826 manat təşkil etdiyi qeyd olunmuşdur.
64. Göründüyü kimi, 2 qiymətləndirici və 1 ekspert rəyində ölçüsü və digər parametrləri eyni olan mənzillərin qiyməti demək olar ki, eyni, 4-cü rəydəki qiymət isə onlara nisbətən bir qədər az, sonuncu rəydəki qiymət isə bütün rəylərdəki qiymətdən fərqli olmuşdur. Ona görə də, bu rəylərin əksəriyyəti ilə eyni olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi qiyməti məhkəmə tərkibi mötəbər sübut kimi qəbul edir. Əvvəla ona görə ki, ekspert rəyi rəsmi dövlət orqanı tərəfindən verilməklə, həm də xüsusi biliyə malik və bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyan, ekspert statusu olan şəxs tərəfindən verilib. Ikincisi, ekspert rəyi mübahisəli mənzilin bazar dəyərinin həqiqi və real olduğunu daha dolğun əks etdirir. Çünki bu qiymət işin halları, o cümlədən mübahisəli mənzilə dair çoxsaylı məhkəmə aktları ilə təsdiq olunur. Ona görə də sahəsi 278 kv metr olan mənzilin 1 kv metrinin bazar dəyərinin 5826 manat olduğu nəzərə alındıqda, mənzilin 1619628 manat olduğu, həmin məbləğdən isə iddiaçının əvəzinə banka ödənilmiş 306000 manat çıxıldıqda, qalan 1313628 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
65. Cavabdeh Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
66. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzil əsassız varlanma ilə deyil, alqı-satqı yolu ilə əldə edilib. Belə ki, tərəflər arasında mənzilin satılması barədə razılıq olub. İddiaçı, onun həyat yoldaşının və digər sənədlərin məzmunundan görünür ki, mənzilin Cavabdeh adına keçirilməsinə razılıq verilib. Mənzilin dəyərinin 306000 manatı bank kreditinin bağlanmasına ödənilib, 600000 manatı isə nağd şəkildə ödənilib. Buna görə də, Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı münasibəti yaranıb və məhkəmənin ödəniş edilməməsi barədə nəticəsi yanlışdır.
67. Həmçinin Mülki Məcəllənin 1091-ci maddəsi (əsassız varlanma) düzgün tətbiq olunmayıb. Belə ki, mənzilin əldə olunması üçün hüquqi əsas mövcud olub. Tərəflərin ərizələri və sonradan MTK ilə bağlanan müqavilə bunu təsdiq edir. Buna görə də, cavabdehin mənzili əldə etməsi “əsassız varlanma” kimi qiymətləndirilə bilməz.
68. Bundan əlavə, mənzilin hazırkı bazar dəyərinin tutulması qanunsuzdur. Mənzil artıq cavabdehin mülkiyyətində deyil, 2019-cu ildə üçüncü şəxsə satılıb. Hətta əsassız varlanma qəbul olunsa belə, zərər 2017-2019-cu illərin dəyəri üzrə hesablanmalı idi. Apellyasiya məhkəməsi hazırkı bazar qiymətini əsas götürməklə qanunu pozub.
69. Həmçinin ekspert rəyi etibarlı sübut deyil. Belə ki, *** saylı mənzil əvəzinə *** saylı mənzilə baxış keçirilib, ekspert konkret mənzilin deyil, ümumi kvadrat metr qiymətlərinin hesabını verib, 2017-ci il üzrə qiymət müəyyən edilməyib, ekspert daşınmaz əmlakın qiymətləndirilməsi üzrə ixtisasa malik olmayıb. Məhkəmə Ekspertiza Mərkəzinin belə qiymətləndirmə aparmaq səlahiyyəti yoxdur. Iddia müddəti keçmişdir. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma tələbləri müəyyən müddət ərzində irəli sürülməlidir. Iddiaçı ən geci 2019–2020-ci illərdə vəziyyətdən xəbərdar olub, buna baxmayaraq sonradan iddia qaldırılıb və buna görə də müddət ötürülüb.
70. Iddiaçı hüquqdan sui-istifadə etmişdir. Belə ki, iddiaçı özü mənzilin cavabdehin adına keçirilməsinə razılıq vermişdir. Cavabdeh bu razılığa güvənərək kreditləri ödəmiş və mənzili satmışdır. 7 il sonra həmin əməliyyatın mübahisələndirilməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadədir.
71. Həmçinin apellyasiya məhkəməsi prosessual pozuntulara yol vermişdir. Belə ki, Ali Məhkəmənin əvvəlki göstərişləri tam yerinə yetirilməmişdir. 600000 manat ödənişi təsdiq edə biləcək şahidlərin çağırılması barədə vəsatətə baxılmamış, yeni ekspertiza təyin ediləcəyi bildirilsə də, sonradan təyin olunmamış, ekspert rəyinin etibarsızlığı barədə vəsatətlər araşdırılmamış, cavabdeh düzgün müəyyən edilməmişdir. Hesab edir ki, əgər ümumiyyətlə tələb irəli sürülməli idisə, bu tələb Cavabdeh deyil, Loğman Məmmədova qarşı yönəldilməli idi. Məhkəmə “əsl cavabdeh” məsələsini araşdırmadan qərar qəbul etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
72. Iddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
73. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
74. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
75. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
76. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
77. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
78. Maddə 651. Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir.
79. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
80. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
81. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
82. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
83. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
84. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
85. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
86. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
87. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
88. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.
Kassasiya baxışının hədləri
89. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
90. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
91. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara uyğun olmadığından və sübutların qiymətləndirilməsi zamanı mübahisənin predmeti nəzərə alınmadığından qətnamə dəyişdirilməlidir.
92. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı ## ####### 2017-ci il tarixdə “xxxx” ASC-yə müraciət edərək kredit vəsaiti hesabına əldə etdiyi *** saylı mənzilin bankın girovunda qalmaq şərti ilə cavabdeh Cavabdeh adına keçirilməsinə razılığını ifadə etmiş, ## ####### 2017-ci il tarixdə isə “xxxx” MTK-ya təqdim etdiyi ərizə ilə həmin mənzilin Cavabdeh verilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı əri Qurban Sadıqov da eyni tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə həmin mənzilin Cavabdeh verilməsinə razılıq vermişdir. Sonradan MTK ilə Cavabdeh arasında müvafiq müqavilə bağlanmış, mənzil üzrə banka ödənişlər həyata keçirilmiş və bunun nəticəsində mənzil üzərində hüquqlar Cavabdeh keçmişdir.
93. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar əsasında tərəflər arasında *** saylı mənzilin Cavabdeh verilməsi barədə razılaşmanın mövcud olması, İddiaçı həmin razılaşmanın şərtlərinə əməl etməsi və razılaşma üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsi təsdiq olunur.
94. Məhkəmə kollegiyası qeyd edir ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür (M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının # ###### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli qərarı).
95. Hazırkı iş üzrə İddiaçı üzərinə düşən öhdəliyi icra etdiyi müəyyən olunduğundan, mübahisə cavabdehin qarşılıqlı öhdəliyinin mövcudluğu ilə deyil, həmin öhdəliyin həcmilə bağlıdır.
96. Iddiaçı, tərəflər arasında mənzilin daha yüksək məbləğə verilməsi barədə razılığın əldə edildiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iş materiallarında tərəflərin mənzilin məhz iddiaçının göstərdiyi qiymətə verilməsi barədə razılığa gəldiklərini təsdiq edən mötəbər və kifayət qədər sübutlar mövcud deyildir.
97. Iş üzrə alınmış ekspert rəylərində mənzilin bazar dəyəri ilə bağlı müxtəlif nəticələr əks olunsa da, həmin rəylər mübahisənin həlli üçün həlledici əhəmiyyət kəsb etmir. Belə ki, hazırkı mübahisə mənzilin bazar dəyərinin müəyyən edilməsinə deyil, tərəflər arasında yaranmış öhdəlik münasibətindən irəli gələn pul öhdəliyinin həcminin müəyyən edilməsinə aiddir. Öhdəliyin məzmunu tərəflərin razılaşması ilə müəyyən olunur. Bundan başqa, ekspert rəyləri birbaşa mübahisə predmeti olan *** saylı mənzil üzrə deyil, eyni sahəyə malik olduğu göstərilən *** saylı mənzil üzrə verilmişdir. Bu səbəbdən həmin rəylər tərəflərin razılaşdırdıqları qiymətin müəyyən edilməsi üçün etibarlı əsas kimi qəbul edilə bilməz.
98. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəf iş üzrə verdiyi izahatlarda *** saylı mənzilin 900000 manata əldə edilməsi barədə razılaşmanın mövcud olduğunu göstərmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin digər tərəfin öz tələb və ya etirazlarını əsaslandırdığı faktı etiraf etməsi məhkəmə üçün həmin faktın müəyyən edilmiş hesab olunmasına əsas verir. Iş materiallarında həmin etirafın həqiqiliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən məhkəmə kollegiyası tərəflər arasında mövcud olmuş pul öhdəliyinin məbləğini cavabdehin etiraf etdiyi həddə, yəni 900000 manat məbləğində müəyyən edilmiş hesab edir.
99. Işin mübahisəsiz hallarından biri də ondan ibarətdir ki, həmin məbləğin 306000 manat hissəsi “xxxx” ASC-yə ödənilmişdir. Buna görə də, cavabdehin etiraf etdiyi 900000 manat məbləğində öhdəlikdən icra olunmuş 306000 manat çıxıldıqda, icra edilməmiş öhdəlik 594000 manat təşkil edir.
100. Mülki Prosessual Məcəllənin 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.
101. Sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tərəflər arasında *** saylı mənzilin Cavabdeh verilməsi barədə razılaşma mövcud olmuş, iddiaçı həmin razılaşma üzrə üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh isə üzərinə götürdüyü pul öhdəliyini tam icra etməmişdir. Razılaşdırılmış məbləğin 900000 manat olması cavabdehin etirafı ilə müəyyən edildiyindən və həmin məbləğin yalnız 306000 manat hissəsinin ödənildiyi iş materialları ilə təsdiq olunduğundan, qalan 594000 manatın cavabdehdən tutulması üçün hüquqi əsaslar mövcuddur. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia tələbi 594000 manat hissədə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi qismən - cavabdeh Cavabdeh 1313628 (bir milyon üç yüz on üç min altı yüz iyirmi səkkiz) manat alınaraq iddiaçı İddiaçı ödənilməsi hissədə dəyişdirilsin. Cavabdeh Cavabdeh 594000 (beş yüz doxsan dörd min) manat alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.