Məhkəmə qərarları › İş №2(1-8)-1257/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1257/2026

18.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1257/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Quliyeva (Cəfərova) Elmira Cəbrayıl qızının cavabdehlər cavabdeh2, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx." Mənzil-Tikinti xxxxinə, cavabdeh4, (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsi və * saylı Bakı «ASAN xidmət» Mərkəzində Notariat Ofisi cəlb edilməklə) qarşı dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: “birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi”; Mülki mübahisənin kateqoriyası: Ailə-nikah münasibətlərindən irəli gələn mübahisələri; Ər-arvad arasında əmlak bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Quliyeva (Cəfərova) Elmira Cəbrayıl qızının cavabdehlər cavabdeh2, cavabdeh1 MMC-yə, "xxxx." Mənzil-Tikinti xxxxinə, cavabdeh4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə və * saylı Bakı «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-**/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilən kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Nikah haqqında şəhadətnaməsinə əsasən, cavabdeh2 ilə Cəfərova Elmira Cəbrayıl qızı (bundan sonra mətndə-iddiaçı) arasında ## ###### 2002-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsində ** saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Quliyeva soyadı verilmişdir.

2. Nikahın pozulması haqqında şəhadətnaməsinə əsasən, cavabdeh2 ilə iddiaçı arasında bağlanmış nikah ## ###### 2021-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında ## ###### 2021-ci il tarixdə, 651 nömrə ilə qeyd edilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli, 2 (***)***/**** nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək iddiaçı Quliyeva (Cəfərova) Elmira Cəbrayıl qızı ilə cavabdeh cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında ## ###### 2002-ci il tarixdə 05 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş ##.##.2012-ci il təvəllüdlü X2 iddiaçı İddiaçı yanında qalması, ##.##.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh cavabdeh2 iddiaçı İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması, iddia qalan hissədə rədd edilməsi, aliment məbləği qətnamənin elan edildiyi, yəni ##.##.2021-ci il tarixdən hesablanması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən, ilk iddia üzrə iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak və cehiz əşyaları” tələbi barədə iddiası təmin edilməsi və ilk iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməsi, cavabdeh2 İddiaçı qarşı “əmlak” tələbi barədə qarşılıqlı iddiası qismən təmin edilməsi, RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsinə cavabdeh2, 1/2 (ikidə bir) hissəsinə İddiaçı payı müəyyən edilməsi, qalan hissədə qarşılıqlı iddia təmin edilməsi, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 (on) manatı İddiaçı alınaraq cavabdeh2 ödənilməsi, bir icraatda birləşdirilmiş iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbi barədə iddiası qismən təmin edilməsi, MH seriyalı, ******* nömrəli çıxarışla cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ** saylı evin ** saylı mənzilinin ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə isə cavabdeh cavabdeh2 payı müəyyən edilməsi, qalan hissədə birləşdirilmiş iddia təmin edilməsi, birləşdirilən iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manatı cavabdeh2 alınaraq QuliyevaElmira Cəbrayıl qızına ödənilməsi qət edilmişdir.

5. Masallı Rayon Məhkəməsinin ## ##### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək cavabdeh İddiaçı 37668,57 manat əsas borc, 6698.26 manat faiz borcu, ümumlikdə 44366,83 manat kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 40 manat tutularaq Ləğv prosesində olan “xxxx” Kommersiya Bankı QSC-nin hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh2 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım, ev 31, ** nömrəli mənzil açıq hərracda satılması, mənzilin hərracda ilkin satış qiyməti, likvid dəyərinə uyğun 81000 manat müəyyən edilməsi, hərrac yolu satışdan əldə edilmiş pul vəsaitdən İddiaçı borcuna 44366,83 manat kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 40 manat tutulması, qalan məbləğ cavabdeh2 ödənilməsi, Mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ipoteka qoyan cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri mənzili ən geci 01 ay müddətində tərk etmədikləri və mənzildən çıxmadıqları halda, həmin şəxslər məcburi qaydada mənzildən çıxarılmaları və mənzil boşaldılması qət edilmişdir.

6. “xxxx” Mənzil Tikinti xxxxinin ## ###### 2022-ci il tarixli, ** nömrəli məktubuna əsasən, ## ###### 2022-ci il tarixli, *** saylı sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 18 məhəllə ünvanında inşa edilən binanın blok A, mərtəbə 4, 3 otaqlı, ** saylı mənzil ##.##.2005-ci il tarixdə dəyəri ödənilməklə İddiaçı satılmıdır. Iddiaçı ƏN-İ N=****** saylı, ## ###### 2018-ci il tarixində baş etibarnaməni cavabdeh2 vermişdir. cavabdeh2 həmən etibarnamə əsasında ## #### 2020ci il tarixdə ** saylı mənzili öz adına rəsmiləşdirmişdir. Hal-hazırda iddiaçının adına heç bir mənzil yoxdur.

7. Notariat qaydada təsdiq edilmiş ##.##.2022-ci il tarixli, ************* nömrəli “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışa əsasən, etibar edən (mülkiyyətçi) İddiaçı etibar edilən cavabdeh2 etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafıq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, icarə müqaviləsi bağlamaq haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, imzalamağı, varəsəlik işi ilə bağlı bütün işləri görməyi, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında hesabların açılması və bağlanması, hesablar üzərində sarəncam verməyi, bütün növ bank əməliyyatlarını aparmağı, mədaxil və məxaric etməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət və qeyri dövlət idarələrində, vergi orqanlaında, notariat kontorunda, bank, maliyyə və kredit taşkilatlarında, xxxx va ictimai təşkilatlarda, AR Ədliyyə Nazirliyində, Qeydiyyat şöbəsində, Icra Hakimiyyətində, Əmək va Əhalinin Sosial Müdafiə Fondunda, AR ƏMDK Yanında DƏDRX-in Ərazi Idarəsində, MKIS-də onun adından ərizə yazmağı, imzalamağı, işləri aparmağı, lazım olan sənədləri təqdim etməyi və almağı, adından amlakın satılması barədə razılıq ərizələri veriməyi, onları ləğv etməyi, bağlanmış müqavilələri ləğv etməyi, qeydiyyata almağı, sazişlər bağlamağı bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, e-**(***)*/**** nömrəli qərardadına əsasən, ünvan 27 məhəllə ünvanında “xxxx” MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilməsi, qərardad dərhal icra edilməsi, qərardad ##.##.2022-ci il tarixdə qüvvədən düşmüş hesab edilməsi, qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon Icra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, cavabdeh2 ünvan 23 məhəllə, mənzil 17 Yeni qaydalarla AZ 1033, ünvan 25 xüsusi mülkiyyətində 150 kv.m olan mənzil verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, ##.##.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2022-ci il tarixli, MTT(***)-***/**** saylı qərardadına əsasən, şikayət qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli MTT(***)-***/**** saylı qərardadın ləğv edilməsi, ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilməsi, cavabdeh1 MMC-nin təsis payının və həmin MMC-nin adına qeydiyyata alınmış və hazırda mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasının özgəninkişləşdirilməsi cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qadağan edilməsi, ərizə qalan hissədə təmin edilməməsi, qərardad dərhal icra edilməsi qərara alınmışdır.

11. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron baza məlumatlarından çıxarışına əsasən, kommersiya qurumu olan cavabdeh1 MMC-nin (VÖEN **********) qanuni təmsilçisi cavabdeh2dur. Dövlət qeydiyyatına alındığı tarix ##.##.2001-ci ildir.

12. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı ərazi idarəsinin ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubuna əsasən, cavabdeh1 MMC-nin adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlakın olub olmamasına dair müvafiq məlumatların verilməsi ilə bağlı sorğuya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış binası cavabdeh1 MMCnin adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. cavabdeh1 MMC-nin adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir.

13. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli, e-**(***)*/**** nömrəli qərardadına əsasən, vəsatət qismən təmin edilməsi, ünvan 5 məhəllə ünvanında xxxx MTK tərəfındən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan ** saylı mənzilin özgəninkiləşdirilməsi cavabdeh cavabdeh2 müvəqqəti təminat tədbiri olaraq qadağan edilməsi, qərardadın icrası Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinə, Bakı şəhəri Nərimanov rayon Icra şöbəsinə və xxxx MTK-ya həvalə olunması, qərardad dərhal icra edilməsi, vəsatət qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

14. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı ərazi idarəsinin cavabdeh2 vermiş olduğu ##.##.2022-ci il tarixli arayışına əsasən, cavabdeh2 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.

15. xxxx Mənzil-Tikinti xxxxinin ## ######## 2022-ci il tarixli, ** nömrəli məktubuna əsasən, ## ###### 2022-ci il tarixli, *** saylı sorğuya cavab olaraq ünvan 18 məhəllə ünvanında inşa edilən binanın blok A, mərtəbə 4, 3 otaqlı, ** saylı mənzil ##.##.2005-ci il tarixində dəyəri ödənilməklə İddiaçı satılmışdır. İddiaçı ƏNI №****** saylı, ## ###### 2018-ci il tarixdə baş etibarnaməni cavabdeh2 vermişdir. cavabdeh2 həmən etibarnamə əsasında ## #### 2020-ci il tarixində ** saylı mənzili öz adına rəsmiləşdirmişdir. ##.##.2005-ci il tarixdən ## #### 2020-ci il tarixədək (cavabdeh2 adına keçirilənədək), eləcə də həmin tarixdən bu günə kimi başqa şəxslərin adına rəsmiləşdirilməmişdir. Sözügedən bina dövlət orqanlarına təhvil verildiyi üçün mənzilə dair ilkin sənədlər arxivə təhvil verilmişdir. Hal-hazırda mənzillə bağlı ilkin sənədləri təqdim edə bilmədiklərini və məhkəmə qaydasında həmin mənzilə dair sorğu olunarsa o halda arxiv sənədlərinin kserosurətlərini təqdim edə biləcəkləri qeyd edilmişdir.

16. Muğanbank ASC-nin ## ###### 2022-ci il tarixli, M/**-**** nömrəli məktubuna əsasən, ##.##.2022-ci il tarixli, *** saylı sorğuya cavab olaraq bank hesabı və bank əmanəti, hesab əməliyyatları və qalıqları, eləcə də müştəri haqqında məlumatlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci maddəsinə və "Banklar Haqqında" Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən bank sirrinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.2ci maddəsinə və "Banklar Haqqında" Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən bank sirri təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, kredit bürolarına, kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilə bilər. Bu cür məlumatlar dövlət orqanlarına və onların vəzifəli şəxslərinə yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verildiyi qeyd edilmişdir.

17. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı ərazi idarəsinin ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubuna əsasən, ünvan 23 məhəllə, ** saylı mənzilə dair müvafiq sənədlərin surətlərinin verilməsi barədə sorğuya cavab olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 baxılmışdır. Bununla əlaqədar "xxxx" MTK-nın ##.##.2020-ci il tarixli maliyyə arayışı, "xxxx" MTK üzvlərinin ümumi iclasının ##.##.2022-ci il tarixli ** nömrəli protokolundan çıxarışı və ##.##.2022-ci il tarixdə * saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 40-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surəti məhkəmə sorğusu əsasında təqdim oluna biləcəyi qeyd edilmişdir.

18. xxxx Mənzil-Tikinti xxxxinin ## ###### 2022-ci il tarixli, ** nömrəli məktubuna əsasən, ## ####### 2022-ci il tarixli, *** saylı sorğuya cavab olaraq ünvan 21 məhəllə ünvanında inşa edilmiş binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı, ** saylı mənzilin dəyəri ## ##### 2005-ci il tarixdə İddiaçı tərəfindən tam ödənilmiş və pay üzvlüyünə qəbul edilmişdir. İddiaçı verdiyi və müvafiq notariat orqanında da təsdiq olunmuş, ## ###### 2018-ci il tarixli, ƏN-1 №****** nömrəli, müvafiq etibarnamə ilə ## #### 2020-ci il tarixdə adı çəkilən mənzili öz adına rəsmiləşdirmişdir (keçirmişdir). Bir müddət sonra, cavabdeh2 MTK-ya müraciət edərək mənzilə dair hüquqi sənədlərin alınması barədə ümumi yığıncağın protokolundan çıxarış istəsə də, ona bu barədə hər hansı bir protokol və ya protokoldan çıxarış verilməmişdir. Sorğuda istinad olunan və əlavə etdiyi DƏDKR publik hüquqi şəxsin * saylı Ərazi Idarəsinin ## ####### 2022-ci il tarixli, ************ nömrəli məktubunda göstərilən ## ###### 2022-ci il tarixli, ** saylı protokoldan çıxarış "xxxx" MTK tərəfindən hazırlanmamış və ümumiyyətlə, 2022-ci il tarixə MTK-nın ** nömrəli protokolu olmamışdır. Istinad olunan həmin protokoldan çıxarış 2021-ci il tarixdə tərtib edilməklə yanaşı, MTK-nın digər payçısının barəsində verilmişdir. ## ###### 2022-ci il tarixdə isə, MTK tərəfindən verilmiş protokoldan olan çıxarış həm başqa nömrə, həm də digər şəxsin barəsində olmuşdur, vəkil sorğusunda istədiyi ** nömrəli protokoldan çıxarış cavabdeh2 barəsində olmamışdır. Sorğuda istənilmiş və cavabdeh2 adına verilmiş ##.##.2020-ci il tarixli maliyyə arayışı isə qurum tərəfindən ona verilmişdir. Yuxarıda istinad eilmiş hər iki sənəddən yalnız maliyyə arayışının bir nüsxəsi MTK- nın arxivində saxlanıldığından, həmin sənədin təqdim edilməsi üçün müvafiq məhkəmə qərarı və ya sorğusu əsasında mümkündür. Həmçinin, yuxarıda göstərilən ** nömrəli protokol və bununla bağlı digər hüquq müəyyənedici istənilən sənəd (və ya sənədlər) yenə də məhkəmənin müvafiq tələbi və ya sorğusu əsasında verilə bilər.

19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli, e-**(***)**/**** nömrəli qərardadına əsasən, cavabdeh1 MMC-nin nizamnamə kapitalında olan 10 manat məbləğinin və mülkiyyət hüququ ilə cavabdeh1 MMC-yə məxsus olan ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyularaq hər hansı bir qaydada özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi, qərardad dərhal icra edilməsi, qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon Icra Şöbəsinə və DƏDRX-in Bakı şəhər Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli, MTT(***)-***/**** nömrəli qərardadına əsasən, şikayət qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli MTT(***)-***/**** saylı qərardadı ləğv edilməsi, ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilməsi, cavabdeh1 MMCnin təsis payının və həmin MMC-nin adına qeydiyyata alınmış və hazırda mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasının özgəninkişləşdirilməsi cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qadağan edilməsi, ərizə qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır.

21. xxxx Mənzil-Tikinti xxxxi üzlərinin ümimi iclasının ## ###### 2022-ci il tarixli, ** nömrəli protokolundan çıxarışına əsasən, “cavabdeh2 xxxxə üzv qəbul olunmaqla, MKT-nın ünvan 19 məhəllə ünvanında giriş A, mərtəbə V, ümumi sahəsi 159.63 kv.m. olan, 3 (üç) otaqlı, ** saylı mənzilin payçısı olması təsdiq edilsin. Ailə tərkibi 1 nəfər. Özü cavabdeh2. Sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndəilsin”.

22. Seriyası AB, nömrəsi 009722 olan, qeydiyyat nömrəsi 0722 olan ## #### 2001-ci il tarixli Lisenziyasına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ünvan 14 saylı ünvanda sərbəst tikilidə “Aptek məntəqəsi” təşkil edib, dərman preparatlarının və tibb ləvəzimatlarının pərakəndə satışını həyata keçirməyə icazə verilmişdir.

23. Iddiaçının notariat qaydada təsdiq edilmiş ##.##.2022-ci il tarixli, ************* nömrəli ərizəsinə əsasən, İddiaçı birgə nikah dövründə əldə edilmiş cavabdeh2 məxsus olan ünvan 8 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmışdır.

24. “xxxx” MT-nın ##.##.2022-ci il tarixli, ** nömrəli məktubuna əsasən, ## ###### 2022-ci il tarixli, *** saylı sorğuya cavab olaraq ünvan 17 məhəllə ünvanında inşa edilən binanın blok A, mərtəbə 4, 3 otaqlı, ** saylı mənzil ##.##.2005-ci il tarixdə dəyəri ödənilməklə İddiaçı satılmışdır.İddiaçı ƏN-İ № ****** saylı, ## ###### 2018-ci il tarixində baş etibarnaməni cavabdeh2 vermişdir.cavabdeh2 həmən etibarnamə əsasında ## #### 2020-ci il tarixdə ** saylı mənzili öz adına rəsmiləşdirmişdir.Hal-hazırda İddiaçı adına heç bir mənzil yoxdur.

25. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı ərazi idarəsinin ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubuna əsasən, ünvan 23 məhəllə, ** saylı mənzilin mülkiyyətçisi və üzərində həbsin olub-olmaması haqqında məlumat verilməsi ilə bağlı müraciətə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 baxılmışdır. ünvan 23 məhəllə, ** saylı mənzil (Yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, m2) ##.##.2022-ci il tarixdə cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzil üzərinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e**(***)-*/**** nömrəli ##.##.2022-ci il tarixli qərardadına əsasən qadağa, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(***)-**/**** nömrəli ##.##.2022-ci il tarixli icra vərəqəsinə əsasən həbs qoyulmuşdur.

26. Binəqədi Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadına əsasən, ünvan 27 məhəllə ünvanında “xxxx” MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilin üzərinə həbs qoyulması, qərardad dərhal icra edilməsi, qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon Icra Şöbəsinə və AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır.

27. ## ######## 2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən Bakı şəhəri, Nərimanov rayon Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə, mənzil 17 Yeni qaydalara AZ 1033, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 150 km-olan mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələr) “Hədiyyə alanın” mülkiyyətinə verir(lər). Hədiyyə verən cavabdeh2 (150 kv.m) - bacısının oğlu olan Hədiyyə alan cavabdeh4; Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə asasən Hədiyyə verənə məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2022-ci il tarixdə cavabdeh2 verimiş 207011005040-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 150 kv/m; Tərəflər bağışlanan daşınmaz əmlak qiymətləndirmədilər. Real vaxt rejimində daşınmaz əmlakın dövlət-reyestrindən əldə edilmiş ##.##.2022-ci il tarixili, qeydiyyal nömrəsi 2216091700YD30702 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 23 məhəllə mənzil 17 Yeni qaydalarla AZ 1033, ünvan 28 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən sadələşdirilmiş vergi ödənişindən azad edilmişdir. Hədiyyə verən cavabdeh2. Hədiyyə verən “Icbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə uyğun olaraq mülkiyyətində olan daşınmaz əmlakı icbari qaydada sığorta etdirmişdir. Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi (şəhadətnamələri) -RPA2210311080. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666674-cü maddələrinin məzmunu, habelə Vergi Məcəlləsinin 150-ci, 220-ci maddələrinin “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquqi və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edildi. Müqavilənin notariat qaydasında təsdiqi və rəsmiləşdirilməsi üzrə xərclər Hədiyyə alan Tərəfindən, əmlakın təqdim edilməsinə görə verginin ödənilməsi ilə bağlı bank xərcləri isə Hədiyyə verən tərəfindən ödənilir. Bu Müqavilə dörd nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan bir bağışlama işi ilə birlikdə notariat ofisində saxlanır, biri Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq qeydiyyat aparılması təqdim edilir (müqavilənin elektron nüsxəsi həmin gün, kağız daşıyıcıda olan nüsxəsi sifarişli poçt vasitəsi ilə 2 iş günü ərzində), digər nüsxələri isə Azarbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi tutulduqdan sonra tərəflərə verilir. Müqavilə tərəfinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir.

28. cavabdeh2 notariat qaydada təsdiq edilmiş ##.##.2022-ci il tarixli, ************* nömrəli ərizəsinin məzmununa əsasən, “DƏDRX ərazi idarəsi tərəfindən ##.##.2022-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli çıxarış əsasında mənə məxsus mənzili (satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, icarəyə və kirayə vermək) istəyirəm. Bununla əlaqədar həmin əmlak üzrində qadağanın olubolmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin etməyini xahiş edirəm”.

29. RPA********** nömrəli, BB seriyalı, ****** nömrəli Daşınmaz Əmlakın Icbari Sığortası Şəhadətnaməsinə əsasən, sığortaçı Paşa Şığorta ASC, sığortalı cavabdeh4dur. ************-*****- ****** nömrəli dövlət reyestri çıxarışlı yaşayış evi ##.##.2022-ci ildən, ##.##.2023-cü il tarixədək sığortalanmışdır.

30. cavabdeh4 notarial qaydada təsdiq edilmiş ##.##.2022-ci il tarixli, ************* nömrəli ərizəsinin məzmununa əsasən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Notariat Ofisində ##.##.2022-ci il tarixdə rəsimləşdirilmiş 4Ə-421 Reyestri Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Dövlət Reyestr Çıxarışın və Planı və ölçüsünün (10 on) gün ərzində verilməsi üçün ərizəni DƏDRX-nin Ərazi idarəsinə göndərilməsi xahiş edilmişdir.

31. ## ##### 2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən, Satıcı ünvan 2 63 ünvanında yerləşən, ümumi sahəsi 42.75 kv.m, yaşayış sahəsi 30.05 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni "Alıcının" mülkiyyətinə verir: Satıcı cavabdeh2 (tam hissə, 42.75 kv.m. 2 otaq) Alıcı RZAYEVA FLORA AYDIN QIZINA; Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur. ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2008 tarixdə cavabdeh2 verilmiş 00101100037505101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 42.75 kv.m, 2 otaq; Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2022 il tarixli, qeydiyyat nömrəsi 2220041312LY72601 olan arayışa əsasən müqavilə bağlanan anda ünvan 3 63 ünvanında yerləşən mənzil LƏĞV PROSESINDƏ OLAN QSC "xxxx" KB-DA IPOTEKA ILƏ YÜKLÜDÜR. Satıcı daşınmaz əmlakı 90000 manat 00 qəpik (doxsan min manat sıfır qəpik) qiymətinə satdı, Alıcı isə həmin qiymətə aldı: -Alıcı RZAYEVA FLORA AYDIN QIZI Satıcı cavabdeh2-dan satdığı tam hissəni (42.75 kv.m 2 otaq) ondan 90000 manat 00 qəpik (doxsan min manat sıfır qəpik) qiymətinə aldı.

32. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışına əsasən, cavabdeh2 ondan ötrü ki, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsində istifadədə olan 0.10307 ha torpaq sahəsində yerləşən ** nömrəli, 5 mərtəbəli binada, 42.75 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi 001011000375-05101- ******, qeydiyyat nömrəli **********, qeydiyyat tarixi ##.##.2008-ci ildir.

33. Iddiaçının notariat qaydada təsdiq edilmiş ##.##.2022-ci il tarixli, ************* nömrəli ərizəsinin məzmununa əsasən, “mən İddiaçı birgə nikah dövründə əldə edilmiş cavabdeh2 məxsus olan ünvan 8 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmirəm.Eyni zamanda bəyan edirəm ki, aramızda satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır”.

34. X3 notariat qaydada təsdiq edilmiş ##.##.2022-ci il tarixli, ************* nömrəli ərizəsinin məzmununa əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 001011000375-05101-****** reyestrli, ********** qeydiyyat nömrəli, ##.##.2008-ci il tarixi çıxarışa əsasən qeydiyyatda olduğu və cavabdeh2 mülkiyyətində olan ünvan 29 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir.

35. X5 notariat qaydada təsdiq edilmiş ##.##.2022-ci il tarixli ərizəsinin məzmununa əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 001011000375-05101- ****** reyestrli, ********** qeydiyyat nömrəli, ##.##.2008-ci il tarixi çıxarışa əsasən qeydiyyatda olduğu və cavabdeh2 mülkiyyətində olan ünvan 29 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir.

36. ##.##.2022-ci il tarixli Muğanbank ASC-nin Mətbuat filialına ünvanlanmış məktubun məzmununa əsasən, RZAYEVA FLORA AYDIN QIZI notariat qaydasında təsdiq ediləcək alqısatqı müqaviləsi üzrə ödənilməli olan 90.0 (doxsan min) manat məbləğində pulun müvafiq müqavilə tərəfimdən təsdiq edildikdən sonra mənim məktubum əsasında: cavabdeh2 43.823,96 (qırx üç min səkkiz yüz iyirmi üç) manat (doxsan altı) qəpik verilməsi üçün; 46.176, 04 (qırx altı min yüz yetmiş altı) manat (sıfır dörd) qəpik LƏĞV PROSESINDƏ OLAN BANK QSC STANDARD KB-nın qoşmada qeyd olunan bank hesabına köçürülməsi üçün bankda olan AZ**MUGA***************AZM** nömrəli depozit hesabıma qəbul olunmasını xahiş edilmişdir.

37. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə üçota alınması haqqında ##.##.2006-cı il tarixli, **********-10001 kodlu, *********** nömrəli arayışına əsasən, Bakı şəhəri Vergilər Departamentinin * saylı filialı tərəfdən verilmiş bu arayış cavabdeh1 MMC, VÖEN ********** olan, AZ 1069, ünvan 13 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir.

38. «xxxx.» Mənzil-Tikinti xxxxinin ## ######## 2023-cü il tarixli, ** nömrəli məktubuna əsasən, ## ######## 2023-cü il tarixli, **** saylı sorğuya cavab olaraq ünvan 19 məhəllə ünvanında inşa edilmiş yaşayış binasında ünvan 30 sakini İddiaçı blok A, mərtəbə 4, 3 (üç) otaqlı, ** saylı mənzilin dəyəri tam ödənilərək pay üzvlüyünə qəbul edilmişdir. İddiaçı ** saylı mənzil satılarkən həmin mənzilin yerləşdiyi binanın birinci mərtəbəsində yerləşən sahələr, Bakı şəhəri Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsinin **/***** saylı ## ######## 2005ci ildə təsdiqlənmiş və razılaşmasına əsasən qeyri-yaşayış kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən, İddiaçı ilə ## ##### 2005-ci il tarixdə bağlanmış (imzalanmış) müqavilədə göstərilən ** saylı mənzil İddiaçı) satılarkən, birinci mərtəbə qeyri-yaşayış sahəsi olduğundan nəzərə alınmamışdır. Ona görə də göstərilən mənzil müqavilədə dördüncü mərtəbədə yerləşdiyi göstərilmişdir (qeyd olunmuşdur). Hətta, ## ###### 2022-ci il tarixli, *** nömrəli vəkil sorğusunun cavablandırılması barədə ## ###### 2022-ci il tarixli, ** nömrəli rəsmi məktubla bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2019-cu il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş, ## ###### 2019-cu il tarixli, *** nömrəli icazəsinə əsasən (## ###### 2019-cu il tarixli, **** nömrəli istismara hazırlıq barədə rəy əsasında), həmin yaşayış binası istismara qəbul edilmişdir. Bina istismara verildikdən sonra, binanın birinci mərtəbəsində yerləşən (inşa edilmiş) bütün sähələr qeyri-yaşayış kimi nəzərdə tutulmuşdur. Nəticə etibarı ilə, ## #### 2020-ci il tarixdə cavabdeh2 etibarnamə əsasında İddiaçı məxsus olan ** saylı mənzili öz adına rəsmiləşdirərkən, binanın birinci mərtəbəsində olan qeyri-yaşayış sahəsi də nəzərə alınmaqla, ## #### 2020-ci il tarixli müqavilədə haqqında danışılan mənzil beşinci mərtəbə yerləşdiyi göstərilmişdir. Beləliklə, həm İddiaçı, həm də cavabdeh2 ilə bağlanmış müqavilələrdə nəzərdə tutulan və ünvan 19 məhəllə ünvanında inşa edilmiş yaşayış binasında yerləşən ** saylı mənzil binada olan qeyri-yaşayış sahələri nəzərə alınmaqla beşinci mərtəbədə, həmin qeyri-yaşayış sahələri nəzərə alınmadıqda isə, dördüncü mərtəbədə yerləşməsi müəyyən olunur. Bu isə onu bildirir ki, mənzil eynidir (yəni həmin mənzildir) və sadəcə olaraq, vaxtı ilə müqavilələr rəsmiləşdirlərkən qeyri-yaşayış sahələrinin nəzərə alınıb-alınmamsına görə onun yerləşmə mərtəbəsi xəyali (yəni, say hesabı ilə) olaraq dəyişir. Bu səbəbdən, ** saylı mənzil əvvəl İddiaçı məxsus olmuş, sonradan cavabdeh2 adına yuxarıda qeyd edilmiş əsaslar üzrə rəsmiləşdirilmişdir.

39. «xxxx.» xxxx Binada Mənzil Tikintisi Haqqında ## #### 2020-ci il tarixli müqaviləsinə əsasən, «xxxx.» Mənzil-Tikinti xxxxi, sonralar «xxxx» adlanan və xxxxin Nizamnaməsinə əsasən hərəkət edən «xxxx.» MTK-nın sədri X4 bir tərəfindən ünvan 1 ünvanında yaşayan, sonralar «Payçı» adlandırılan cavabdeh2 digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlanmışdır. xxxx, ünvan 4 ünvanında yerləşmiş «xxxx.» MTK-nın binasında ** nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 (üç) otaqdan ibarətdir. Mənzilin ümumi 159.63 kv.m, Mənzilin bloku, mərtəbəsi A blok; V mərtəbə, Mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 103.365 (yüz üç min üç yüz altmış beş) AZN məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı, pulun qalan hissəsini xxxxə 3 ay müddətində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür. Tikinti etapı və müddəti ilə payçı tanışdır. Gecikdirilən hər ay üçün ümumi məbləğin 1,4%-i məbləğində cərimə hesablanır. Ödəniş nəğd pulla həyata keçirilir. Payçı ilk ödəməni gecikdirərsə, xxxxin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. Ilk ödəmədən sonrakı haqların 10 gündən artıq gecikdirilməsi halında MTK payçıya ümumi məbləğin 2% cərimə tətbiq etsin, xxxxin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı xxxx tərəfindən yalnız həmin mənzil başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılır. Müqavilənin tərəfləri arasındakı bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə uyğun şəkildə həll olunur. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Müqavilə iki nüsxədə tərtib olunmuşdur, bunlardan hər biri eyni hüquqa malikdir.

40. «xxxx.» Mənzil-Tikinti xxxxinin ## #### 2020-ci il tarixli maliyyə arayışına əsasən, ünvan 19 məhəllə ünvanında yerləşən xxxx yaşayış binası «xxxx» MTK-sına məxsusdur. Bu binanın A giriş, V mərtəbəsində, ümumi sahəsi 159.63 kv.m. olan 3 (üç) otaqlı, ** saylı mənzilin ümumi pay dəyəri 103.365 AZN (yüz üç min üç yüz altmış beş) manat payçı cavabdeh2 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur.

41. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşısımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı ərazi idarəsinin ##.##.2021-ci il tarixli, ************ nömrəli məktubuna əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsinin icrasına dair Bakı şəhəri Binəqədi Rayon icra Şöbəsinin ##.##.2022-ci il tarixli, **/**N****-* saylı məktubuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsi ilə cavabdeh2 müikiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü aşırım küçəsi, ** saylı evin ** saylı mənzilinin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə cavabdeh X14 payının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 14-cü aşırım küçəsi, ** saylı evin ** saylı mənzili hal-hazırda QSC “xxxx” KB tərəfindən ##.##.2013-cü il tarixli, ***/**/***/** saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Ipoteka saxlayanın razılıq ərizəsi idarəyə daxil olacağı təqdirdə Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsinin icrasına qanunamüvafiq qaydada baxılacaqdır.

42. «xxxx.» Mənzil-Tikinti xxxxinin ## ######## 2023-cü il tarixli ** nömrəli məktubuna əsasən, iddiaçının cavabdehlər cavabdeh2, eləcə də “xxxx," MTK-ya qarşı iddia tələbləri üzrə Masallı rayon məhkəməsinin ## ###### 2023-cü və ## ######## 2023-cü il tarixli, *(***)****/**** nömrəli məktubların icra olunması üçün elektron məhkəmə sistemi vasitəsi ilə "xxxx." MTK-ya təqdim olunmuşdur. Ilk olaraq qeyd edilmişdir ki, sözügedən mənzilə dair ünvan 20 məhəllə ünvanında inşa edilmiş binanın blok A, mərtəbə 4, 3 otaqlı, ** saylı mənzil ## ##### 2005-ci il tarixdə dəyəri ödənilməklə İddiaçı satılmışdır. Iddiaçı ƏN-İ ****** saylı, ## ###### 2018-ci il tarixdə baş etibarnaməni cavabdeh2 vermişdir. cavabdeh2 da həmin etibarnamə əsasında ## #### 2020-ci il tarixdə ** saylı mənzili öz adına rəsmiləşdirmişdir (keçirmişdir). Eyni zamanda, haqqında danışılan mənzil ##.##.2005-ci il tarixdən ## #### 2020-ci il tarixədək (cavabdeh2 adına keçirilənədək) heç kəsin adına rəsmiləşdirilməmişdir. Qeyd olunan bu xüsusatlarla əlaqədar iddiaçının vəkilinin verdiyi sorğular “xxxx." MTK-nın ## ###### 2022-ci il tarixli, ** nömrəli və ## ######## 2022-ci il tarixli, ** nömrəli məktublar ilə cavablandırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Masallı rayon məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli məktubunun icrası ilə əlaqədar, ünvan 23 məhəllə ünvanında inşa edilmiş binanın blok A, mərtəbə 4, 3 otaqlı, ** saylı mənzillə bağlı bütün hüquq müayyənedici sənədlər təqdim edilmişdir.

43. «xxxx.» xxxx Binada Mənzil Tikintisi Haqqında ## ##### 2005-ci il tarixli Müqaviləsinə əsasən, «xxxx.» Mənzil-Tikinti xxxxi, sonralar «xxxx» adlanan və xxxxin Nizamnaməsinə əsasən hərəkət edən «xxxx.» MTK-nın sədri X6 bir tərəfindən Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan, sonralar «Payçı» adlandırılan vətəndaş İddiaçı tərəfdən aşağıdakılar haqqında müqavilə bağlanmışdır. xxxx, ünvan 4 ünvanında yerləşmiş «xxxx.» MTK-nın binasında ** nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 (üç) otaqdan ibarətdir. Mənzilin ümumi 159.63 kv.m, Mənzilin bloku, mərtəbəsi A blok; IV mərtəbə (qeyri-yaşayış sahəsi nəzərə alınmadan), mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 60.904 (altmış min doqquz yüz dörd) ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı, pulun qalan hissəsini xxxxə 3 ay müddətində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür. Tikinti etapı və müddəti ilə payçı tanışdır. Gecikdirilən hər ay üçün ümumi məbləğin 1.4%-i məbləğində cərimə hesablanır. Ödəniş nəğd pulla həyata keçirilir. Payçı ilk ödəməni gecikdirərsə, xxxxin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. Ilk ödəmədən sonrakı haqların 10 gündən artıq gecikdirilməsi halında MTK payçıya ümumi məbləğin 2% cərimə tətbiq etsin xxxxin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı xxxx tərəfindən yalnız həmin mənzil başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılır. Müqavilənin tərəfləri arasındakı bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə uyğun bir şəkildə həll olunur. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Müqavilə iki nüsxədə tərtib olunmuşdur, bunlardan hər biri eyni hüquqa malikdir.

44. «xxxx.» Mənzil-Tikinti xxxxinin ## ###### 2013-cü il tarixli maliyyə arayışına əsasən, ünvan 16 ünvanında yerləşən xxxx yaşayış binası «xxxx.» MTK-ya məxsusdur. Bu binanın A giriş, IV mərtəbəsində, ümumi sahəsi 159,63 kv.m. olan 3 (üç) otaqlı, ** saylı mənzilin ümumi pay dəyəri 60904 (altmış min doqquz yüz dörd) ABŞ dolları tərəflər arasında ## ##### 2005-ci il tarixdə bağlanmış müqavilə üzrə İddiaçı tərəfindən tam ödənilmişdir. Hal-hazırda «xxxx.» MTK-ya borcu yoxdur.

45. «xxxx.» xxxx Binada Mənzil Tikintisi Haqqında ## ##### 2005-ci il tarixli Müqaviləsinə əsasən, «xxxx.» Mənzil-Tikinti xxxxi, sonralar «xxxx» adlanan və xxxxin Nizamnaməsinə əsasən hərəkət edən MTK «xxxx.»ın sədri Talıblı V.Ə bir tərəfindən ünvan 7 63 ünvanında yaşayan, sonralar «Payçı» adlandırılan vətəndaş cavabdeh2 digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlanmışdır. xxxx, Bakı şəhəri Nərimanov rayonu Ə.Orucəliyev küçəsi 18, yerləşmiş MTK «xxxx.»-nin tikilməkdə olan binasında * nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 (üç) otaqdan ibarətdir. Mənzilin ümumi 145.12 kv.m, Mənzilin bloku, mərtəbəsi A blok; III mərtəbə. Mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 65304 (altmış beş min üç yüz dörd) ABŞ dolları şərti vahid məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı, pulun qalan hissəsini xxxxə bərabər hissələrlə olmaqla, ümumi qiymətin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür tikinti etapı və müddəti ilə payçı tanışdır. Ödəniş nəğd pulla həyata keçirilir. Payçı ilk ödəməni gecikdirərsə xxxxin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin.Ilk ödəmədən sonrakı haqların 30 gündən artıq gecikdirilməsi halında xxxxin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı xxxx tərəfindən yalnız həmin mənzil başqa bir şəxşə verildikdən sonra payçıya qaytarılır. Müqavilənin tərəfləri arasındakı bütün mübahisəli məsələlər Azərbaycan Respublikasnın qüvvədə olan Qanunvericiliyinə uyğun şəkildə həll olunur. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Müqavilə iki nüsxədə tərtib olunmuşdur, bunlardan hər biri eyni hüquqa malikdir.

46. «xxxx.» Mənzil-Tikinti xxxxinin maliyyə arayışına əsasən, «xxxx.» MTKnə məxsus xxxx yaşayış binasının A giriş, III mərtəbəsində, ümumi sahəsi 1545.12 kv.m, olan 3 (üç) otaqlı, * saylı mənzilin ümumi pay dəyərindən payçı X11 tərəfindən mənzilin ümumi pay dəyəri ödənilmişdir. ##.##.2005-ci ildə 5000 ABŞ dolları, ##.##.2005-ci idə 10000 ABŞ dolları.

47. «xxxx.» Mənzil-Tikinti xxxxinin maliyyə arayışına əsasən, «xxxx.» MTKna məxsus xxxx yaşayış binasının A giriş, IV mərtəbəsində, ümumi sahəsi 156.64 kv.m, olan 3 (üç) otaqlı, ** saylı mənzilin ümumi pay dəyərindən payçı İddiaçı tərəfindən mənzilin ümumi pay dəyəri ödənilmişdir. ##.##.2007-ci ildə 13050 manat, ##.##.2007-ci idə 4000 manat, ##.##.2007-ci ildə 5500 manat, ##.##.2007-ci ildə 4500 manat, ##.##.2008-ci ildə 3000 manat, ##.##.2008-ci ildə 16800 manat, 29.05.2012ci ildə 4000 manat, ##.##.2013-cü ildə 7000 manat.

48. Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının Baş Prokurorunun ##.##.2005-ci il tarixli, ***** saylı təqdimatı və sifarişçi tərəfindən sərəncamda qeyd edilən bəndlərin tələbləri yerinə yetirilmədiyi nəzərə alınaraq, «xxxx» MTK-ya Nərimanov rayonu, Orucəliyev küçəsi, **** saylı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.2004-cü il tarixli, *** saylı sərəncamının 46-cı bəndi ləğv edilmişdir.

49. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, cavabdeh4 ünvan 23 məhəllə, mənzil 17 Yeni qaydalarla AZ 1033, ünvan 25 xüsusi mülkiyyətində 150 kv.m olan mənzil verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestr nömrəsi 007011005040-05301-******, ********** qeydiyyat nömrəsi, ##.##.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.

50. «xxxx.» Mənzil-Tikinti xxxxinin ## ####### 2023-cü il tarixli, ** nömrəli məktubuna əsasən, ## ####### 2023-cü il tarixli, **** saylı sorğuya cavab olaraq "xxxx." MTK-ya təqdim edilmiş və ## ##### 2005-ci il tarixdə cavabdeh2 ilə MTK arasında bağlanmış, ünvan 19 məhəllə (əvvəlki ünvan Bakı şəhəri, Nərimanov rayonu, Ə. Orucəliyev küçəsi, 18) ünvanında inşa edilmiş yaşayış binasında olan 9 və ** nömrəli mənziliərin (A bloku, 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 145,12 olan, 3 otaqlı) Vasif Məmmədqulu oğluna satılması ilə əlaqədar müqavilələrin sorğunuzda adı çəkilən şəxslərlə heç bir əlaqəsi olmamışdır. Masallı rayon Məhkəməsinin icraatında olan və "xxxx." MTK-nın cavabdeh qismində iştirakı nəzərdə tutulan e-*(***)-****/**** nömrəli iş üzrə mübahisə predemti olan ** nömrəli mənzilin təqdim etdiyi sənədlərlə heç bir əlaqəsi yoxdur. Əlavə olaraq, müqavilələr bağlanarkən MTK-nın sədri ilə bağlı məsələlərə aydınlıq gətirərək bildiririk ki, "xxxx." MTK-nın dövlət qeydiyyatına alındığı gündən hazrki vaxta qədər (hazırki cavab məktubunun təqdim edildiyi gün də daxil olmaqla) qanuni təmsilçiləri aşağıdakı kimi olmuşdur. 1. "xxxx." MTK ilk olaraq, ## ##### 2003-cü il tarixdə rəsmi qaydada dövlət qeydiyyatına alınmış və bu zaman onun fəaliyyəti olmadığından, qanuni təmsiliçisi təyin edilməmişdir. 2. "xxxx." MTK-nın ilk qanuni təmsilçisi, X21 ümumi yığıncağın ## ###### 2004-cü il tarixli qərarı asasında təyin olunmuşdur. 3. "xxxx." MTK-nın ilk qanuni təmsilçisi X21 fəaliyyət müddəti ## ###### 2005-ci il tarixədək olmuşdur. Həmin tarixdə ümumi yığıncağın qərarı ilə X6 MTK-nin sədri təyin edilmişdir. 4. "xxxx." MTK-nın qanuni təmsilçisi X6 fəaliyyət müddəti ## ###### 2007-ci il tarixədək olmuşdur. Həmin tarixdə ümumi yığıncağın qərarı ilə X12 MTK-nin sədri təyin edilmişdir. 5. "xxxx." MTK-nın qanuni təmsilçisi X12 fəaliyyət müddəti 2013-cü il tarixədək olmuşdur. Bu tarixdə isə "xxxx." MTK-nı növbəti sədri X8 təyin edilmişdir. 6. "xxxx." MTKnın qanuni təmsilçisi X8 fəaliyyət müddəti 2015-ci il tarixədək olmuşdur. Bu tarixdə isə "xxxx." MTK-nın növbəti sədr yenidən X12 təyin edilmişdir. 7. "xxxx." MTK-nın qanuni təmsilçisi X12 fəaliyyət müddəti 2016-cı il tarixədək olmuşdur. Bu tarixdə isə "xxxx." MTK-nın növbət sədri X15 təyin edilmişdir. 8. "xxxx." MTK-nın qanuni təmsilçisi X15 fəaliyyət müddəti 2018-ci il tarixədək olmuşdur. Bu tarixdə isə "xxxx." MTK-nın növbəti sədri X4 təyin edilmişdir. Hal-hazırda da "xxxx.’" MTK-nin sədri X4r. Sorğuya əlavə edilmiş və İddiaçı adına verilmiş maliyyə arayışı barədə qeyd edilmişdir ki, həmin arayışda olan mənzil ** nömrəlidir. Hal-hazırda isə, Masallı rayon Məhkəməsində olan mülki mübahisə predmet ** nömrəli mənzillə bağlıdır. Digər tərəfdən, qeyd olunan ** nömrəli mənzil haqqında ## #### 2022-ci il tarixli, *** nömrəli vəkil müraciətinə cavab olaraq bildirilmişdir ki, göstərilən ** saylı mənzil əvvəlcə İddiaçı məxsus olsa da, onun tərəfindən ünvan 15 ünvanında qeydiyyatda olan X13 ##.##.2013-cü il tarixdə verilmiş, AR-İ ****** nömrəli (reystrdə 7-E-02-1648 nömrəsi ilə qeyd olunmuş) etibarnamə əsasında digər şəxsə satılmışdır. Bu rəsmiləşdirmə İddiaçı əri cavabdeh2 ## ###### 2013-cü il tarixdə notariat qaydada təsdiq edilmiş razılıq ərizəsinə uyğun həyata keçirilmişdir.

51. Iddiaçının ##.##.2018-ci il tarixli etibarnamə üzrə nümayəndəsi cavabdeh2 tərəfindən "xxxx." MTK-yə ünvanlanmış ərizənin məzmunundan görünür ki, “həyat yoldaşı İddiaçı ##.##.2018-ci il tarixli mənə verdiyi etibarnamə əsasında hərəkət edərkən yoldaşıma məxsus olan Nərimanov r, 1952-ci məhəllə, Ə.Orucəliyev küç, 11A ünvanında yaşayış binası, a bloku, IV mərtəbə, 159.63 kv.m, 3 otaqlı, ** saylı mənzilə 103.365 AZN (yüz üç min üç yüz altmış beş) manat məbləğində ödədiyim bütövlükdə həyat yoldaşım cavabdeh2 adına keçirəsiniz və məni könüllü olaraq pay üzvlərindən azad edəsiniz bununla əlaqədar gələcəkdə MTB rəhbərliyi və yeni qəbul olunmuş payçıya heç bir iddia və tələbim olmayacaqdır. Ərizəni oxudum mənim sözlərimlə düzgün yazılmışdır. Doğruluğunu imzamla təsdiq edirəm”.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat:

52. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri, ünvan 22 məhəllə ünvanında “xxxx” MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, (yaşayışın) 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilə iddiaçı İddiaçı ¾ hissədə payının tanınması və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun, eləcə də müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat olmaqla, ümumilikdə 110 (bir yüz on) manatın cavabdeh cavabdeh2 alınaraq iddiaçı İddiaçı verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

53. Iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması və iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə müraciət edərək, icraatda olan e-2(001)- ****/**** nömrəli iş üzrə cavabdeh1 MMC-nin cavabdeh qismində işə cəlb olunması, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 birgə nikah dövründə əldə etdikləri, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, ** nömrəli mənzilin ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satışından əldə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat 96 qəpik) manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın və bu tələb üzrə ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumunun, eləcə də vaxtı ilə müvəqqəti təminat tədbiri barədə verilmiş ərizə və şikayət üzrə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 22127,98 (iyirmi iki min bir yüz iyirmi yeddi manat 98 qəpik) manatın cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı verilməsi, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 birgə ailə münasibətlərinin yarandığı dövrdə cavabdeh cavabdeh2 tərəfindən təsis edilmiş və yeganə təsisçi olduğu cavabdeh1 MMC-nin nizamnamə kapitalının 1/2 hissəsinə İddiaçı pay hüququnun tanınması, mülkiyyət hüququ ilə cavabdeh1 MMC-yə məxsus olan və ünvan 10 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə 1/2 hissədə mülkiyyət hüququnun tanınması və iddia ərizəsində qeyd olunan digər tələblərin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir.

54. Iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması və iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə müraciət edərək, icraatda olan e-2(001)- ****/**** nömrəli iş üzrə Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olan cavabdeh4 cavabdeh qismində işə cəlb olunması, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 11 A ünvanında yerləşən "xxxx" MTK-nın üçüncü şəxs qismində işə cəlb olunması, AR-nın Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin üçüncü şəxs qismində işə cəlb olunması, AR-nın Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin vəkil sorğusunun cavablandırması barədə ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubuna istinadən, “xxxx" MTK tərəfindən təqdim edilmiş, ##.##.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının ##.##.2022-ci il tarixli, ** nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması, "xxxx" MTK tərəfindən təqdim edilmiş, ##.##.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının ##.##.2022-ci il tarixli, ** nömrəli protokolu əsasında ünvan 22 məhəllə ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilə dair cavabdeh cavabdeh2 adına verilmiş çıxarışın ləğv olunması, ünvan 22 məhəllə ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilə dair cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında * saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş ##.##.2022-ci tarixli, 4 Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunması, ünvan 22 məhəllə ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4- cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv olunması və ilkin iddia ərizəsində və eləcədə iddia tələbinin həcminin artırılması barədə ##.##.2022-ci il tarixli ərizədə qeyd olunan digər tələblərin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş etmişdir.

55. Sonra iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması və iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə müraciət edərək, icraatda olan e-2(050)- ****/**** nömrəli iş üzrə iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 birgə nikah dövründə əldə etdikləri, ünvan 22 məhəllə ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilə iddiaçı İddiaçı 3/4 hissədə pay hüququnun tanınması, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 birgə nikah dövründə əldə etdikləri, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, ** nömrəli mənzilin ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satışından əldə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat, 96 qəpik) manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın və bu tələb üzrə ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumunun, eləcə də vaxtı ilə müvəqqəti təminat tədbiri barədə verilmiş ərizə və şikayət üzrə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 22127,98 (iyirmi iki min bir yüz iyirmi yeddi manat, 98 qəpik) manatın cavabdeh cavabdeh2 tutularaq (alınaraq) iddiaçı İddiaçı verilməsi (ödənilməsi), iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 birgə ailə münasibətlərinin yarandığı dövrdə cavabdeh cavabdeh2 tərəfindən təsis edilmiş və yeganə təsisçi olduğu cavabdeh1 MMC-nin nizamnamə (təsis) kapitalının 3/4 hissəsinə İddiaçı pay hüququnun tanınması, mülkiyyət hüququ ilə cavabdeh1 MMC-yə məxsus olan və ünvan 10 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə 3/4 hissədə mülkiyyət hüququnun tanınması, AR-nın Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin vəkil sorğusunun cavablandırması barədə ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubuna istinadən, “xxxx" MTK tərəfindən təqdim edilmiş, ##.##.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının ##.##.2022-ci il tarixli, ** nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması, "xxxx" MTK tərəfindən təqdim edilmiş, ##.##.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının ##.##.2022-ci il tarixli, ** nömrəli protokolu əsasında ünvan 22 məhəllə ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilə dair cavabdeh cavabdeh2 adına verilmiş mülkiyyət hüquqları barədə çıxarışın ləğv olunması, ünvan 22 məhəllə ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilə dair cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında * saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş ##.##.2022-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunması, ünvan 22 məhəllə ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv olunması və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun eləcə də müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat olmaqla, ümumilikdə 110 (bir yüz on) manatın cavabdeh cavabdeh2 alınaraq iddiaçı İddiaçı verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

56. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 arasında rəsmi nikahları ## ###### 2002-ci il tarixdə rəsmiləşdirilmiş olsa da, ancaq tərəflər arasında faktiki nikah münasibətləri ## #### 2000-ci il tarixdən başlamışdır. Belə ki, ##.##.2000-ci il tarixdə tərəflərin el adəti ilə toyları olmuş və həmin tarixdən də birgə ailə münasibətləri olmaqla ümumi təsərrüfat aparmağa başlamışlar. Hətta həmin münasibətlərdən ##.##.2002-ci il tarixdə Leyla adlı qız övladları dünyaya gəlmişdir. Qız övladlarının dünyaya gəlməsindən 22 gün qabaq, yəni ##.##.2002-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Beləliklə, tərəflər arasında olan nikah münasibətləri faktik olaraq ## #### 2000-ci il tarixdən başlamış ##.##.2002-ci il tarixdə isə rəsmiləşdirmişlər. Daha sonra tərəflər arasında nikah münasibətlərinin davam etdirilməsi mümkün olmadığından bu nikah Binəqədi rayon məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən sonra tərəflərin nikahlarının pozulması barədə ##.##.2021-ci il tarixli, AZ-İ ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Istər nikahları rəsmiləşdirilənə qədər, istərsə də nikahları rəsmiləşdirildikdən sonra ümumi gəlirlər hesabına tərəflər bir çox əmlaklar əldə etmişlər. Bunlardan biri də 2005-ci il tarixdə iddiaçının adına rəsmiləşdirilmiş, ünvan 22 məhəllə ünvanında “xxxx” MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzil olmuşdur. Mənzilə dair müqavilə ilk əvvəl iddiaçının adına rəsmiləşdirilmiş olsa da, ancaq sonradan iddiaçı cavabdehin adına verdiyi etibarnamə əsasında haqqında danışılan mənzil MTK-da cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin sonradan qeyd olunan etibarnamə ##.##.2021-ci il tarixdə ləğv olunmuşdur (bu barədə “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarış əlavə olunur). Qeyd olunan mənzilə hal-hazırki vaxta qədər cavabdeh mülkiyyət hüquqlarını rəsmiləşdirməmişdir və hələ də cavabdehin adına müqavilə əsasları ilə keçmişdir (bununla bağlı AR Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubu iddia ərizəsinə əlavə olunur). Bununla bağlı verilmiş müvafiq vəkil sorğusuna “xxxx” MTK tərəfindən ##.##.2022-ci il tarixli, ** nömrəli cavab məktubunda ətraflı olaraq qeyd olunmuşdur. Həmin məktubun mətnindən bir daha təsdiq olunur ki, iddiaçının adına hal-hazırda MTK-da heç bir mənzil yoxdur və cavabdeh də ona verilmiş etibarnamə ilə mənzili öz adına rəsmiləşdirmişdir (məktub iddia ərizəsinə əlavə olunur). Əlavə olaraq, tərəflər arasında olan nikaha xitam verilməsi barədə Binəqədi rayon məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə onların birgə nikahlarından dünyaya gəlmiş və hələ də yetkinlik yaşına çatmayan X2 anası İddiaçı yanında qalması qət edilmişdir. Həmçinin, qeyd olunan nikahdan vaxtı ilə dünyaya gəlmiş və artıq yetkinlik yaşlarına çatmış X3 və X5 anaları İddiaçı ilə birlikdə qalmaqla, kirayədə yaşayırlar. Uşaqların mənzil təminatı ilə bağlı tələbata ehtiyacları olmasına baxmayaraq ataları cavabdeh2 isə nikah dövründə əldə etdikləri mənzilə buraxmır. Qeyd olunan mənzilin 3 otqadan ibarət olması və yaşayış üçün nəzərdə tutulan sahəsinə diqqət yetirdikdə, uşaqların da həmin mənzilə hüquqları istisna olunmur. Bundan başqa, iddiaçının yanında qalan və hələ də yetkinlik yaşına çatmayan bir qız övladının olması və bu qeyd olunanların da nəzərə alınmasına istinadən, haqqında danışılan mənzilə iddiaçının 3/4 hissədə hüquqlarının tanınması önə çəkilməlidir. Çünki əgər iddiaçı tək şəxsdir və nikah dövründə əldə edilmiş mənzil iddiaçının adından cavabdehin verdiyi etibarnamə ilə öz adına rəsmiləşdirdiyi mənzildə tək yaşayır. Ancaq əslində, cavabdehin kirayədə yaşaması mümkün olduğu halda, hər şey tərsinə düşmüşdür. Odur ki, iddiaçının hüquqları qeyd olunan mənzilə daha çoxdur. Haqqında danışılan mənzilin üzərinə həbs qoyulması haqqında müvəqqəti təminat tədbiri barədə ərizə verilmişdir. Ərizə məhkəmənin ##.##.2022-ci il tarixli, e-16(001)- */**** nömrəli qərardadı ilə təmin edilmişdir. Qərardada əsasən, ünvan 22 məhəllə ünvanında “xxxx” MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, yaşayışın 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət ** saylı mənzilin üzərinə həbs qoyulmaqla, özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Bundan sonra, qərardadın icrası ilə bağlı Binəqədi rayon IŞ-nə, həmçinin məlumatlandırılması barədə də “xxxx” MTK-yə bildirilmişdir. Qərardadın MTK tərəfindən qəbul olunması isə ##.##.2022-ci il tarixdə həyata keçirilmiş və həmin MTK-nın hüquqşünası tərəfindən imzalanaraq götürülmüşdür (qəbul edilmişdir) (bununla bağlı qəbul olunma barədə qeydi özündə əks etdirən sənədin kserosurəti iddia ərzisinə əlavə olunur). Beləliklə, ünvan 22 məhəllə ünvanında “xxxx” MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilə (yaşayış sahəsinə) 3/4 hissədə iddiaçı İddiaçı pay hüquqları tanınmalıdır. Bu əmlakların hüquqi statusu, bölünərkən hansı hüquq normaları əsasında müəyyənləşdirilməsi qanunvericiliklə bağlı hissədə öz əksini tapacaqdır. Qeyd olunan normanın mahiyyəti ondan ibarətdir ki, nikah dövründə əldə edilmiş ümumi gəlirlər hesabına istənilən əşya ər-arvadın birgə mülkiyyəti sayılır. Buraya iddia tələbində qeyd olunan ünvan 22 məhəllə ünvanında “xxxx” MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzil daxildir. Bu da Ailə Məcəlləsinin normasının təsiri altındadır.

57. Iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması və iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizədə tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Cabrayıl qızı tərəfindən cavabdeh cavabdeh2 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka hüquqlarının tanınması tələbi üzrə Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Iddia tələbinə əsasən, birgə nikah dövründə əldə edilmiş və ünvan 22 məhəllə ünvanında “xxxx” MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilə 3/4 hissədə İddiaçı hüquqlarının tanınması barədə qətnamənin çıxarılması istənilmişdir. Ancaq tərəflər arasında birgə nikah dövründə təkcə hazırda iddia tələbləri üzrə istinad olunan mənzil deyil, başqa əmlaklar da olmuşdur. Belə ki, həmin əmlaklardan biri Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, ** nömrəli mənzil olmuşdur. Qeyd olunan mənzilə Binəqədi rayon məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə İddiaçı ilə cavabdeh2 1/2 hissədə payları müəyyən olunmuşdur. Bununla bağlı tərəflər arasında mübahisə artıq bitmişdir. Ancaq nəzərə almaq lazımdır ki, qeyd olunan mənzil vaxtı ilə tərəflər arasında ailə münasibətlərinin pozulmadığı bir vaxtda ipoteka müqaviləsinə əsasən, ipoteka ilə “xxxx” QSC-də yüklü olmuşdur. Bankda olan borc məbləği ödənilmədiyindən, hər iki tərəf haqqında da olan mənzilin satılma barədə razılığa gəlmişlər və bu razılıq da tərəflərin həmin mənzilə yarı hissədə hüquqların məhkəmə qətnaməsi ilə təsdiq olunmasından sonra yaranmışdır. Belə ki, ilk növbədə çıxarışda mülkiyyətçi kimi hazırki iş üzrə cavabdeh cavabdeh2 qeyd olunduğundan bütün rəsmiləşdirmələr onun adından aparıImış və eləcə də iddiaçı İddiaçı da mənzilin satılmasına öz etirazının olmadığını bildirmişdir. Eyni zamanda, mənzilin alqı-satqı dönəmində Banka olan borc 46 176,04 (qırx altı min bir yüz yetmiş altı manat, 04 qəpik) manat təşkil etmişdir. Bu borc da mübahisəsiz olmuş tərəflər arasında razılığa əsasən, mənzilin alqı-satqısından sonra əldə edilmiş pul vəsaitindən birinci növbədə Bankın borcunun bağlanmasına, yerdə qalan məbləği isə tərəflər arasında yarı-yarıya bölünməli idi. Mənzil Rzayeva Flora Aydın qızına satılması barədə razılaşdırılmış və buna Bank da etiraz etməmişdir. Alqı-satqı müqaviləsinə əsasən, iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdikləri və yarı hissədə də hər ikisinin pay hüquqları tanınan mənzil 90000 (doxsan min) manat məbləğinə satılmışdır (bununla bağlı notariat işinin təsdiq olunmuş kserosurəti ərizəyə əlavə olunur). Qeyd olunan məbləğdən banka olan borc ödənildikdən sonra, yerdə qalan 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat, 96 qəpik) manat cavabdeh2 adına köçürülmüşdür. Bu məbləğin yarı hissəsi isə iş üzrə İddiaçı verilməli olduğu halda, cavabdeh2 həmin məbləği Bankdan götürdükdən sonra, İddiaçı verməmişdir. Dəfələrlə cavabdeh2lə şifahi danışıqlara və tələb etməsinə baxmayaraq, bu günə qədər də həmin məbləğ cavabdeh tərəfindən qaytarılmamışdır. Ancaq Binəqədi rayon məhkəməsinin yuxarıda istinad edilən qətnaməsi ilə həmin mənzilə yarı hissədə hüquqlar İddiaçı məxsus olmuş və məhkəmənin qətnaməsi də qanuni qüvvəyə minmişdir. Bütün bu qeyd olunanlar onu göstərir ki, cavabdehlə iddiaçının birgə nikah dövründə əldə etmiş olduqları, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, ** nömrəli mənzilin ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satış dəyərinin 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat, 96 qəpik) manat hissəsinin yarı hissəsi, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatı cavabdeh cavabdeh2 alınaraq iddiaçı Quliyev Elmira Cəbrayıl qızına verilməlidir. Göstərilən bu iddia tələbi üzrə mübahisə predmeti cavabdehdən pul tələbi olduğundan və həmin tələb də 10000 (on min) manatdan 100000 (bir yüz min) manat məbləği aralığını təşkil etdiyindan, "Dövlət rüsumu haqqında" Qanunun təlblərinə əsasən, ödənilməli olan dövlət rüsumu 156 (bir yüz əlli altı) manat təşkil edır. Odur ki, tələb olunan pul vəsaiti ilə yanaşı, ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 156 (bir yüz əlli altı) manat rüsum da cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunan mənzilin satış dəyərinin İddiaçı çatası hissəsindən başqa, tərəflər arasında birgə təsərrüfat apardıqları dövrdə də əmlaklar əldə edilmişdir. Belə ki, cavabdeh1 MMC-nin yeganə təsisçisi cavabdeh2dir. Qeyd olunan cəmiyyət ##.##.2001-ci il tarixdə təsis edilmişdir. Ancaq tərəflər arasında rəsmi nikah 2002-ci il tarixdə qeydə alınmış olsa da, tərəflərin birgə ailə münasibətlərinin aparılması ## #### 2000-ci il tarixdən başlamışdır. Həmin tarixdə onların el adəti ilə toyları olmuş və ailə olaraq yaşamağa başlamışlar. Bu barədə verilmiş iddia ərizəsində ətraflı olaraq göstərilmişdir. Buna görə də, "xxxx" MMC-nin nizamnamə kapitalının (təsis payının) yarı hissəsinə İddiaçı Cabrayıl qızının hüquqları olduğundan, həmin paya da onun hüquqları tanınmalıdır. cavabdeh1 MMC-nin fəaliyyət göstərdiyi dövrlərdə əldə olunmuş gəlirlər hesabına həmin cəmiyyət tərəfindən ünvan 10 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin MMC-nin mülkiyyətinə alınmış və hal-hazırda da cavabdeh1 MMC-nin mülkiyyətindədir (bu barədə DƏDKR publik hüquqi şəxsin * saylı Bakı ƏI-nin ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubu ərizəyə əlavə olunur. Ancaq bəllidir ki, qeyd olunan qeyri-yaşayış sahəsi cavabdehin, yəni cavabdeh2 adına yox, yeganə təsisçisi cavabdeh olan cavabdeh1 MMC-nin adınadır. Qeyd olunan qeyri-yaşayış sahəsi tərəflərin birgə ailə münasibətlərinin olduğu vaxtda yaradılmış hüquqi şəxsin adına rəsmiləşdirliyindən, həmin əşyaya da yarı hissədə iddiaçının mülkiyyət hüquqları vardır. Ancaq bunun üçün ilk növbədə əşyaya mülkiyyət hüququ ilə məxsus olan cavabdeh1 MMC hazırki mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmalı və bundan sonra isə ona qarşı qeyd olunan tələb irəli sürülməlidir. Buna görə də ilk əvvəl cavabdeh1 MMC-nin nizamnaməsində olan təsis payına, eləcə də hüquqi şəxsin mülkiyyətində olan, ünvan 10 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan olunmaqla onun üzərinə həbsin qoyulması üçün müvəqqəti təminat tədbiri barədə ərizə ilə Binəqədi rayon məhkəməsinə müraciət olunmuşdur. Bunun üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizənin verilməsinə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi ərizənin təmin olunmaması barədə ##.##.2022-ci il tarixli, MMT(001)- ***/**** nömrəli qərardad qəbul etmişdir. Qeyd olunan qərardaddan narazı qalaraq müvafiq qaydada şikayət verilmiş və şikayət yenidən təmin olunmayaraq baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilmişdir. Şikayət verilərkən "Dövlət rüsumu haqqında" AR-nın Qanunun tələblərinə əsasən, 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, qeyd olunan müvəqqəti təminat tədbiri üzrə ödənilmiş ümumi dövlət rüsumunun məbləği 60 (altmış) manat təşkil etmişdir. Işə baxan apellyasiya instansiyası şikayətin təmin olunması, Binəqədi rayon Məhkəməsinin qərardadının ləğv olunması, təminat tədbiri barədə verilmiş ərizənin təmin edilərək cavabdeh1 MMC-nin təsis payını və həmin MMC-nin adına qeydiyyata alınmış və hazırda mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasının özgəninkişləşdirilməsinin cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qadağan edilməsi barədə ##.##.2022-ci il tarixli, MTT(103)- ***/**** nömrəli yeni qərardad qəbul etmişdir.

58. Cavabdeh cavabdeh2 məhkəmə iclasında iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

59. Cavabdeh cavabdeh4 nümayəndəsi (vəkil) vəkil4 izahatında iddianın cavabdeh cavabdeh4 qarşı qanunsuz və əsassız olduğu üçün, həmdə iddia müddətinin ötürülməsinə görə rədd edilməsini xahiş etdi.

60. Cavabdeh xxxx." Mənzil-Tikinti xxxxinin nümayəndəsi nümayəndə3 məhkəməyə yazılı müraciət göndərərək bildirmişdir ki, cavabdeh olaraq tərəfindən ## ######## 2023-cü il tarixdə məhkəmədə iştirak edərək mövqeyini məhkəməyə bildirmişdir. Eləcə də, həmin məhkəmə prosesindən sonra MTK-ya aid olan bəzi sənədlər elektron məhkəmə sistemi vasitəsi ilə təqdim olunmuşdur. Məhkəmədə MTK-nın adından iştirak etməyəcəyini və iştirakları olmadan yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir.

61. Iddiaçının nümayəndəsi (vəkil) nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildirdirmişdir ki, hazırkı iş üzrə Masallı rayon məhkəməsinə hakimə etirazla bağlı ərizə ünvanlanmışdır. Etirazın verilməsinə səbəb isə o olmuşdur ki, ##.##.2023-cü il tarixdə və həmin tarixədək olan dövrü əhatə edir. Ilk növbədə qeyd etmişdir ki, neçə müddətdir ki, hazırkı iş məhkəmənin icraatındadır və məhkəmə baxışına təyin edilməsinə baxmayaraq işə yekun qərar verilməmişdir, digər səbəb isə cavabdehlər tərəfindən verilmiş sübutların məhkəmənin elektron informasiya sisteminə yerləşdirilməməsi və cavabdehlər tərəfindən istənilən sənədlərin təqdim edilməsidir. Həmçinin, cavabdeh cavabdeh2 tələbi əsasında iddiaçıya zəng edilərək məhkəmə iclasında məcburi iştirakının təmin edilməsi tələb edilmişdir. Belə olan halda qənaətə gəlinir ki, məhkəmə tərəfindən cavabdehlərin maraqları qorunur. Bu səbəbdən də Masallı rayon məhkəməsinin sədrinə etiraz ilə müraciət edilmişdir. O, məhkəməyə vəsatətlər vermişdir. Lakin vəsatətlərin təmin olunub olunmaması barədə məlumat verilməmişdir. O da məcbur olub yenidən ##.##.2023-cü ildə ##.##.2023-cü il tarixli vəsatətinə baxılması ilə bağlı müraciət etmişdir. Qeyd edilən xüsusatlar hazırlıq iclasında olmuşdur. Cavabdeh tərəfindən verilmiş sənədləri isə heç bir halda götürə bilməmişdir. Məcbur qalıb məhkəmədən surətlərini götürmüşdür. O, ##.##.2023-cü il tarixdə MTK-nın sədrlərinin kim olması ilə bağlı sorğu verilməsi üçün məhkəməyə müraciət etmişdir. MTK tərəfindən ##.##.2023-cü ildə sorğuya cavab verilmişdir. Sorğuda MTK-nın sədrlərinin kim olması barədə siyahı ona göndərilmişdir. Həmin siyahıda X6 fəaliyyət müddəti ##.##.2007-ci il tarixədək olmuşdur. Lakin onun sorğusuna verilmiş cavabda MTK-nın sədrlərinin kim olmasına dair sənədlərin məhkəmə istərsə məhkəməyə rəsmi qaydada veriləcəyi qeyd edilmişdir. Vilayət Talıblı ilə bağlıda qeyd edilən sorğuda məlumatlar vardır. ##.##.2004-cü il tarixdə Vilayət Talıblı MTK-nın sədri təyin edilmişdir. Həmin əmr ##.##.2004-cü il tarixdə təsdiq edilmişdir. ##.##.2005-ci il tarixli MTK-nın yığıncağından görünür ki, MTK-nın sədri Nizami Kazımov təyin edilmiş və çıxarış verilmişdir. ##.##.2005ci ildə isə alqı-satqı həyata keçilmişdir. Elektronlaşdırma isə ##.##.2006-cı ildə olmuşdur. Həmin dövrə qədər isə payçı kimi, ##.##.2004-cü ildə isə qanuni təmsilçi kimi Vilayət Talıblı qeyd olunmuşdur. ##.##.2004-cü ildən ##.##.2005-ci ilə kimi alqı-satqı ilə satış olmuş və payçı Vilayət Talıblı deyil başqa şəxslər olmuşdur. ##.##.2005-ci ildə payçı və təsisçi Nizami Kazımov olmuşdur. ##.##.2006-cı ildən isə təmsilçinin Vilayət Talıblının olması cavabdehlər tərəfindən təqdim edilmiş sənədlərdən görünür. Belə olan halda sual olunur ki, əvvəlki qanuni təmsilçi Vilayət Talıblı olmuş, ##.##.2005-ci il tarixdə isə Nizami Kazımov olmuşdur. Bu fakt qanunla təsdiq edilmiş olsa da, dövlət qeydiyyatına ##.##.2006-cı ildə təqdim edilmiş və ##.##.2006-cı ildə isə sistem işlənmişdir. MTK-nın məktubunda qeyd edilmişdir ki, Mülki məcəllənin 111-ci maddəsinə əsasən MTK-nın sədri sadəcə payçı olan şəxs ola bilər. Hazırda qeyd edilən sənədlər iddiaçı tərəfindən təqdim edilə bilməmişdir. Belə ki, tərəflər ayrılan zaman aralarında mübahisə yaranmış və mübahisə zamanı iddiaçı Elmira cavabdeh Vasif tərəfindən döyülmüşdür. Bu şəraitdə isə sənədlər iddiaçı Elmirada qeyd edilən sənədlər, həmçinin müqavilə qalmamışdır. 2021-ci il tarixli qətnamədə hər şey göstərilmişdir. Tərəflər arasında boşanma ilə bağlı hansı vaxtdan hansı vaxtadək yaşadıqları, rəsmi nikahda olduqları və sair qeydlər aparılmamışdır. ##.##.2005-ci il tarixli müqavilənin surəti olmaqla Vasifə verilməsi qeyd edilmişdir. Həmin müqavilənin Vasiflə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin müqavilədə cavabdeh2 adı və ata adında səhv göstərilmişdir. Həmçinin, həmin müqavilələrdə mənzilin nömrəsi 9 və ** nömrəli göstərilmiş və maliyyə arayışlarında İddiaçı ilə bağlı verilmişdir. Burada cavabdeh2 nə müqaviləsi, nə də arayışı olmamışdır. MTK-dan iki ədəd bir 16, digəri ** nömrəli mənzil alınmışdır. Hazırda ** nömrəli mənzillə bağlı mübahisə yoxdur. Hazırkı mübahisə edilən mənzil ** nömrəli mənzildir. Belə ki, ** nömrəli mənzil etibarnamə üzrə cavabdeh2, əslində isə İddiaçı tərəfindən X13. Hər iki müqaviləyə baxılan zaman görünür ki, iki müqavilə arasındakı imzalar Vilayət Talıblı adlı şəxsin imzaları fərqlidir. Belə görünür ki, həmin şəxsin adından çəkilmiş imzalar başqa şəxslər tərəfindən icra edilmişdir. Həmin mərtəbənin 4 və 5 olması ilə bağlı qeyd edir ki, İddiaçı ilə bağlı müqavilədə 4-cü mərtəbə qeyd edilir. 2005-ci ildə müqavilə bağlanandan 2020-ci ilədək problem olmamışdır. Hətta İddiaçı cavabdeh2 etibarnamə vermiş, cavabdeh2 həmin etibarnamə əsasında ##.##.2020-ci ildə ərizə yazır. Həmin ərizədə yazır ki, arvadım İddiaçı məxsus olan 4-cü mərtəbədə yerləşən mənzili öz adıma keçirməyə etiraz etmirəm. 2020-ci ildə həmin mənzillə ilə bağlı müqavilə bağlanır. Lakin müqavilədə mərtəbə 5 göstərilmişdir. Çünki 2004-2005-cü illərdən müqavilə bağlanandan sonra 2019-cu ildə layihə təsdiq ediləndən sonra ilk mərtəbə qeyri yaşayış kimi qeydə alınmışdır. 2-ci mərtəbədən başlamaqla isə yaşayış kimi hesablanmışdır. Belə olan halda mərtəbə olaraq 5 hesab edilir və cavabdeh2 ilə 2020-ci ildə müqavilə bağlanarkən mərtəbə 5 qeyd edilir. cavabdeh2 ona qarşı şər-böhtan xarakterli müraciətlər edilməsi ilə bağlı müvafiq orqanlara müraciət etmişdir. Onun cavabdeh2 hədə-qorxu ilə pul tələb etdiyi qeyd edilmişdir. Hazırda o, cavabdeh2 prokurorluq, polis və məhkəmə orqanlarına sənədlərin saxta olması ilə bağlı müraciət edə bilər. O, İddiaçı ilə 2020-ci ilin iyul ayında müqavilə bağlamışdır. Məhkəmə proseslərindən öncə müvafiq sənədlərin toplanması üçün müvafiq sorğular və sübutların toplanması olmuşdur. Həmin mübahisə ilə bağlı İddiaçı ilə söhbətlər aparılmışdır. Söhbətlər və sorğular zamanı məlum olmuşdur ki, iki mənzil alınmış və ** nömrəli mənzil satılmışdır. Hazırkı iddia tələbi üzrə ** nömrəli mənzillə bağlı deyildir. ##.##.2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Əgər qeyd edilən sənədlər saxta olmuş olsaydı İddiaçı adına və cavabdeh2 adına verilmişdir. cavabdeh2 bacısı oğlunun adına bağışlanma müqaviləsi ilə keçirmişdir. Birgə nikah dövründə əmlaklar əldə edilmişdir. ##.##.2020-ci ildə İddiaçı adında olan ** nömrəli mənzil cavabdeh2 adına keçirilmiş və cavabdeh2 etibarnamə əsasında öz ərizəsi əsasında keçirib adına. Binəqədi Rayon Məhkəməsinin MTT-si əsasında mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Hazırda xahişi odur ki, mübahisə predmenti olan ** nömrəli mənzil birgə nikah dövründə əldə edilmiş, qeydiyyata alınmasından asılı olmayaraq həmin mənzillə bağlı 2 ədəd MTT verilmişdir. Hər ikisi də MTT təmin edilmiş və özgəninkiləşdirilməsi qadağan edilmişdir, cavabdeh2 isə 2022-ci ildə sənədləri saxtalaşdırılan qeyd edilən mənzilə dair çıxarış alır. Hazırda həmin əmlaka çıxarış alınmışdır. Həmin əmlak üzərində həbs vardır və boşanma zamanı əmlaklarda paylar müəyyən edilmiş və pulları bölünmüşdür. Odur ki, hazırkı iddia ərizəsi əsaslı olduğundan tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

62. Cavabdeh cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfindən verilmiş etirazı Asan xidmətdə olan vəkil vasitəsi ilə əldə etmişdir. Hazırda vəkil nümayəndə2 qeyd etdiyi kimi Masallı rayon məhkəməsinin hakimi ilə əlbir olması ilə bağlı qeyd edir ki, o, ##.##.2023-cü il tarixdə onun bir vəsatəti və etirazı verilmişdir. Həmin etiraz Binəqədi rayon Məhkəməsinə və Masallı rayon Məhkəməsinə təqdim edilmişdir, qeyd edilən vəsatət və etiraz eyni məzmundan ibarət olmuşdur. Onunda vermiş olduğu vəsatətə baxılmamışdır. Həmçinin onun elektron kabineti olmadığı üçün poçtla məhkəməyə müraciətlərini etmişdir. ##.##.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddiaçı tərəfin təqdim edilmiş sənədləri tələb etmişdir. Lakin sənədlər ona təqdim edilməmişdir. Bu hal onu göstərir ki, məhkəmə ilə onun arasında hər hansı maraqlar qorunmur. O, özü məhkəməyə rəsmi qaydada etiraz etmişdir. Etirazına səbəb isə o olmuşdur ki, məhkəmə hazırlıq iclasında MTK tərəfindən müvafiq sənədlər təqdim olunmuşdur. Həmin sənədlərdə göstərilmişdir ki, İddiaçı adına rəsmi müqavilələr və maliyyə arayışları vardır. O, da buna öz etirazını ##.##.2023-cü il tarixdə vermişdir. Həmin sənədlərin saxtalaşdırılması barədə fikrini bildirmişdir. Qarşı tərəf etirazında bildirir ki, Muğanbanka sorğu verilməsi ilə bağlı vəsatət verilmiş və məhkəmə vəsatəti təmin etməmişdir. Lakin o, iş materialları ilə tanış olduğu zaman görmüşdür ki, qarşı tərəfin vəsatəti təmin edilmiş və Muğanbanka sorğu ünvanlanmışdır. Iddiaçı tərəfindən saxtalaşdırılmış sənədlər təqdim edildikdən sonra o, öz etirazını vermiş və məhkəməyə sənədlərin əslinin təqdim edilməsini tələb etmişdir. Hazırda qarşı tərəfin məqsədi işi yubatmaq və hakimə təsir etməkdir. Hakimə olan etirazı qəbul etmir və əsassız olduğundan baxımamış saxlanılmasını xahiş etdi. Qarşı tərəfin vəkili onu təhqir etmişdir və bununla bağlı vəkil barəsində xüsusi qərar çıxarılmasını xahiş edir. Hazırkı işlə bağlı ##.##.2022-ci ildə məlumatı olmuşdur. Belə ki, Nərimanov rayon icra şöbəsi tərəfindən ona zəng edildikdən sonra məlumatı olmuşdur ki, Binəqədi rayon Məhkəməsində əmlakla bağlı iddia vardır. Binəqədi rayon Məhkəməsinə müraciət edərək barəsində olan MTT-nin ona təqdim edilməsini xahiş etmişdir icra şöbəsi isə ona bildirmişdir ki, ayın 5-də icra şöbəsində olması xahiş edilmişdir. ##.##.2022-ci il tarixli qərardadda qeyd edilmişdir ki, ünvan 5 məhəllə ünvanında xxxx MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan ** saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. Oda Nərimanov rayon icra şöbəsinə müraciət edərək bildirmişdir ki, onun qeyd edilən 4-cü mərtəbədə yerləşən mənzili yoxdur. 2005-ci ildə MTK ilə onun arasında müqavilə 9 və ** nömrəli mənzillər üzrə bağlanmışdır. MTK tərəfindən müqavilə tərtib edilərkən onun adı səhvən Vaqif kimi qeyd edilmişdir. Həmçinin qardaşına məxsus olan mənzilin müqaviləsində xarici pasport əsasında qeydiyyat aparılmışdır. Pasportda qardaşının adı X11 qeyd edilmişdir. Belə olan halda həmin mənzilin ona yox qardaşı Vaqifə məxsus olması təsdiqini tapır. Qeyd edilən mənzillərin ödənişi ##.##.2005-ci ildə dollarla edilmişdir. 2004-cü ildə MTK-ya bina tikilisi üçün sərəncam verilmişdir. Sonra sərəncam ləğv edilmiş və yenidən ##.##.2007-ci ildə tikiliyə icazə verilmişdir. Onunla bağlanan müqavilələrdə layihə üzrə mənzillər qeyd edilməmişdir. Ilkin layihədə də mənzilin kvadratmetri qeyd edilmişdir. Ilkin müqavilədə 145 kvadratmetr göstərilmişdir. Sonradan isə blok A, 3-cü mərtəbə qeyd edilmişdir. ** nömrəli mənzillə bağlı qeyd etmişdir ki, ##.##.2005-ci il tarixli arayışdan görünür ki, onun tərəfindən pul tam olaraq ödənilmişdir. ##.##.2020-ci ildə Şahid ailəsi ilə birlikdə Ukraynada yaşamış və Şahid üçün mənzil almışdır. 2020-ci ildə aldığı mənzil Şahid oğlu cavabdeh4 tərəfindən göndərilmiş pullar əsasında almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid özü də qeyd etmişdir ki, oğlu cavabdeh4 ona mənzilin alınması üçün pul göndərmişdir. İddiaçı adına olan müqavilə tərəflər arasında saxtalaşdırılmış, MTK tərəfindən təqdim edilmiş və onun adı ilə yazılmış ərizə də saxtadır. MTK-dan sənədlərin əslinin götürülməsi tələb edilmişdir. Lakin hazırda saxtalaşdırılmış sənədlərdən də görünür ki, ərizə başqa şəxs tərəfindən yazılmış və imza isə başqa şəxs tərəfindən imzalanmışdır. Sənədlərin əsli olmadığı üçün o sənədlərə dair münasibət bildirə bilmir. Sənədlərin saxtalaşdırılmasında şübhəli şəxslər isə MTK-nın sədri, vəkil nümayəndə2 və İddiaçıdır.14,15,16 tarixlərdə MTK-ya gedən vəkil və iddiaçı sənədlərin saxtalaşdırılmasına iştirak etmişdir. Bununla bağlı onda videogörüntü vardır. 2005-ci ildən 2006-cı ilin ## ###### tarixində Vilayət Talıblı sədr, mühasib isə Vəlidir. İddiaçı tərəfindən 2005-2008-ci illərdə olan ödənişlərin edilməsi ilə bağlı sənədlərin təqdim edilməsi xahiş edilmişdir. 2005-ci il qərarı ilə alış-satışlar manatla olması barədə göstəriş verilmişdir. Ona 2020ci ildə bağlanan müqavilədə 103365 manat, qarşı tərəfin müqaviləsində isə 60904 dollar qeyd edilmişdir. 2005-2013-cü illərə kimi solların qiyməti orta hesabla 78 manat olmuşdur. Bu halda İddiaçı almış olduğu mənzili 57249 manat təsdiq edir. Burada olan məbləğlərin fərqindədə görünür ki, sənədlər saxtalaşdırılmışdır. MTK və İddiaçı arasında bir neçə dəfə saxtalaşdırılma olmuşdur. Vəkil tərəfindən cavabdeh4 təsir göstərilmişdir. 2020-ci ildə alınmış mənzil ona məxsusdur. Çünki payçısı və pulu o ödəmişdir. İddiaçı tərəfindən həmin mənzilin alınmasına heç bir köməklik göstərilməmişdir. İddiaçı Superfarm MMC-də müdir olmuşdur və əmək haqqı almışdır. 2002-ci ildən 2020-ci ilədək orada işləmişdir. 2021-ci ildə isə boşandıqdan sonra əmrlə işdən çıxarılmışdır. MMC ilə bağlı İddiaçı məhkəmədə iddia qaldıran zaman heç bir iddia irəli sürməmişdir. MC 1992-ci ildə yaradılmışdır. cavabdeh4 məxsus olan evin kvadratmetrində yanlışlıq olduğu üçün MTK-ya müraciət edilmişdir. Yanlışlıq aradan qaldırıldıqdan sonra rəsmi olaraq onun adında olmuş mənzil cavabdeh4 adına rəsmiləşdirilmişdir. Sonra isə o, Nərimanov Rayon Polis şöbəsinə müraciət edərək sənədlərin saxtalaşdırılmasını qeyd etmişdir sənədlərin saxtalaşdırılmasında şübhəli şəxslər kimi nümayəndə2, MTK-nın hüquqşünası Bəhlul Isgəndərov və İddiaçı göstərmişdir. Buna səbəb isə 26000 manat məbləğində MTK-ya qarşı iddianın olmasıdır. Bu səbəbdən MTK və iddiaçı tərəf əlbir olmuşdur. Bu iddiadan kənarda qalmaq üçün. Həmçinin, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım, ev 31, ** nömrəli mənzilin ½ payının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, mənzil atasına məxsus olmuşdur. Atasından sonra isə ona verilmişdir. İddiaçı adında olan mənzilin pulunun ödənilməsi üçün onun adına olan mənzil ipoteka qoyulmuş və 45000 manat pul götürülmüşdür. ** nömrəli mənzilin ödənişi edilmişdir. Qalan ipotekadan pulun ödənilməsi üçün isə İddiaçı adına olan mənzil ipotekaya qoyulmuşdur. Lakin buna ödənişləri onun şəxsi vəsaiti əsasında olmuşdur. İddiaçı heç bir ödənişdə iştirak etməmişdir nikah pozulduqdan sonra isə ödənişləri etməyi dayandırmışdır. Sonrasında isə bank İddiaçı qarşı iddia qaldırmışdır. Həmçinin, qeyd etmişdir ki, bu məsələ olan zaman evin ½ hissəsinin payının bölünməsi məsələsi olmamışdır. Həmin mənzilin satılması ilə bağlı məhkəmə qətnamə çıxarmış və qətnamə qanuni qüvvəsini almışdır. Masallı rayon məhkəməsinin İddiaçı barəsində olan qətnaməsi qanuni qüvvəsinin almadan öncə İddiaçı mənzilin onun adına keçrilməsinə razılıq vermişdir. O, bankda 46000 manat, 1600 manat olmaqla ödənişlər etmişdir ki, bank mənzilin onun adına keçililməsinə razılıq versin. O, banka 50000 manata yaxın pul ödəmişdir. Mənzilin satışı qətnamədən sonra olmuşdur. Qətnamə ## ##### 2022-ci ildə çıxarılmış, satış isə 20 aprel tarixdə olmuşdur. Həmin mənzillə bağlı Binəqədi məhkəməsində icraatında ½ hissənin bölünməsinə etiraz edilmişdir. Icra şöbəsində onlara məlumat verilmişdir ki, mənzil ½ hissəsi bölünməlidir. Şirkətlə bağlı qeyd edir ki, 1992-ci ildə təsis edilmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan, verilmiş sənədlər saxtalaşdırıldığından rədd edilməsini xahiş etdi.

63. Cavabdeh cavabdeh4 nümayəndəsi (vəkil) vəkil4 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, hazırda iddiaçının vəkili tərəfindən verilmiş etiraz kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məhkəmənin araşdırma aparması nə vaxtdan pozuntu olmuşdur. Vəkil tərəfindən elektron informasiya sisteminə yerləşdirilmiş sənədlərdən görünür ki, həmin sənədlər sürətdir. Həmin sənədlər nə notariat qaydada təsdiq edilməmişdir, nə də ki, əsli sistemə yerləşdirilməmişdir qeyd edilən hal isə qanuni tələblərin birbaşa pozulması deməkdir. Ona görə də məhkəməyə həmin səndlərin əsillərinin alınması barədə vəsatət verilmişdir. Lakin sənədlərin əsli hələ də, məhkəməyə təqdim edilməmişdir. Ikinci vəsatət isə o olmuşdur ki, MTK-nın hazırki dövrədək olan sədrlərinin kimlərin olması barədə olmuşdur. Buna səbəb isə işə əlavə edilmiş müqavilələrin hərəsinin bir sədr tərəfindən təsdiq edilməsi olmuşdur. Bu səbəbdən məhkəmədən MKT-nın sədrləri barədə məlumatların alınması tələb edilmişdir. Hazırkı iş üzrə qeyd edilən sənədlərin saxtalaşdırılmasında əsaslar vardır. Iddiaçı tərəfindən təqdim edilmiş müqavilədə MTKnın sədri başqa şəxs, Vasifdə olan müqavilədə isə sədr başqa şəxsdir. Sual doğulur ki, ər və arvad MTK-da eyni tarixli müqavilə bağlanır və həmin müqavilələr fərqli sədrlər tərəfindən imza edilə bilir. Hazırda iddiaçı İddiaçı iştirakı onun üçün tələb edilmişdir ki, həmin müqavilələr necə, kim tərəfindən, hansı tarixlərdə imzalanmışdır. Hazırda iddiaçının nümayəndəsinin olması isə maraq doğuran suallara cavabın tapılması üçün əhəmiyyət kəsb etmir. Çünki 2005-ci ildə iddiaçının nümayəndə və vəkili olan nümayəndə2 müqavilənin imzalanması prosesində iştirak etməmişdir. 2005-ci ildə bağlanan müqavilələrlə bağlı araşdırma aparılması üçün vaxt istənilmişdir. Hazırda isə vəkil tərəfindən prosesin uzadılmasına etiraz edilir. Hakimə verilən etirazın səbəbi isə müqavilələrdə olan saxtalaşdırmanın üzə çıxmaması və süründürməçilik məqsədi daşıyır. Hazırda isə MTK-nın sədrinin kim olması onlara aydın olmuş və qarşı tərəfdən təqdim edilmiş müqavilənin imzalanmasında iştirak edən şəxslə eyni olması ortaya çıxmışdır. Odur ki, etirazın baxılmamış saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, MTK tərəfindən təqdim edilmiş sənəd müvafiq orqanlar tərəfindən təsdiq edilməmişdir. Həmin sənəd sürət olduğundan və müəyyən hissələri silindiyindən, mötəbərliyi şübhə doğurduğundan sübut kimi qəbul olunmamalıdır. Amma onun tərəfindən təqdim edilmiş sənədlər müvafiq orqanlar tərəfindən təsdiq edilmişdir bu səbəbdən də onun təqdim etdiyi sənədlər sübut kimi əsas götürülməlidir. cavabdeh2 özünün gəlirləri ilə mənzili pulunu ödəmişdir. İddiaçı ilə cavabdeh2anın birgə gəliri iki mənzilin alınmasına kifayət edəcək qədər deyildir. Bu da onu göstərir ki, Elvin Abiyevə bağışlanma müqaviləsi ilə verilmiş mənzilin pulu, məhz Elvin tərəfindən göndərilmiş pullar əsasında alınmışdır. X1 cavabdeh2 evin alınması məqsədi ilə pul göndərmiş, cavabdeh2 həmin pullar əsasında ev almışdır. X7 ilə cavabdeh2 arasında bağlanmış bağışlanma müqaviləsi etibarlıdır və hər hansı qanun pozuntusu sənədlərin təsdiq edildiyi zaman müəyyən edilməmişdir, iddianın Elvin Abiyevə münasibətdə rədd edilməsini xahiş etdi.

64. Şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında ifadəsində göstərmişdir ki, 30 ilə yaxındır ki, Ukraynanın Odessa şəhərində yaşayır və orada ticarətlə məşğul olur, orada qazandığı pulu ona ev alsın deyə cavabdeh2 adına göndərmişdir. Həmin mübahisəli binada oğlu Elvinin adına ev almışlar, həmin ev onlarındır və həmin evin pulunu o öz şəxsi pulu hesabına vermişdir. Məhkəmə iclasında şahid Şahid Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 11A, 1952-ci məhəllə, ** saylı mübahisəli mənzilə dair pul ödəməsi, mənzilin ünvanı, quruluşu, girişi, təmir edilməsi barədə məhkəməyə tam məlumat verə bilmədiyi üçün məhkəmə şahidin ifadəsini iddianın mübahisəli mənzilə dair cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında ##.##.2022-ci il tarixli, 4 Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinin, bağışlanma müqaviləsi əsasında cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsinin rədd edilməsi baxımından əsassız hesab etmişdir.

65. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən sorğuya cavab olaraq verilmiş ##.##.2023-cü il tarixli məktubu ilə cavabdehlər cavabdeh2 və cavabdeh4 münasibətdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 11A, 1952-ci məhəllə, ** saylı mənzilə dair sənədləri tədqiq edərək iş materiallarına əlavə edilmişdir.

66. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məktuba qoşma sənədlərdən görünür ki, ## #### 2020-ci il tarixli maliyyə arayışı ilə ünvan 23 məhəllə ünvanında yerləşən xxxx yaşayış binası “xxxx” MTK-na məxsusdur. Bu binanın A giriş, V mərtəbəsində, ümumi sahəsi 159.63 kv.m olan 3 otaqlı, ** saylı mənzilin ümumi pay dəyəri 103.365 manat paycı cavabdeh2 tərəfindən tərəflər rəsmi nikah münasibətində olduqları zaman ödənilmişdir.

67. Masallı Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) *(***)****/**** saylı, ## ####### 2023-cü il tarixli qətnaməsi ilə (hakim Z.A.Zeynalov), iddianın qismən təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 25 ünvanında yerləşən mənzilə dair cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında * saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş ##.##.2022-ci il tarixli, 4 Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 25 ünvanında yerləşən mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi, iddiaçı ilə cavabdeh cavabdeh2 birgə nikah dövründə əldə etdikləri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 25 ünvanında yerləşən mənzilə iddiaçı İddiaçı 1/2 (ikidə bir) hissədə, cavabdeh cavabdeh2 1/2 (ikidə bir) hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

68. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli mənzilin IV mərtəbə olması ilə bağlı iddiaçının, cavabdehlərin isə mübahisəli mənzilin V mərtəbədə yerləşməsi ilə bağlı fikir ayrılığına münasibətdə qeyd edib ki, iş üzrə cavabdeh xxxx." Mənzil- Tikinti xxxxinin təqdim etdiyi mübahisəli mənzilə dair sənədlərlə müəyyən edilmişdir ki, binanın 2 yeraltı qarajı olmaqla, 1 qeyri-yaşayış sahəsi daxil olmaqla mübahisəli mənzil V mərtəbə kimi xəyali qeyd edilmişdir, qeyri-yaşayış sahəsi nəzərə alınmadıqda isə IV mərtəbə hesab edilir. Məhkəmə işin qeyd edilən halının texniki məsələ olduğunu nəzərə alaraq iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 birgə nikah dövründə əldə etdikləri Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 26 ünvanında yerləşən mənzilə iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 paylarının müəyyən edilməsində maneə hesab etmir.

69. Iddiaçının dəlillərinə görə iddiaçı ilə cavabdeh cavabdeh2 arasında rəsmi nikahları ## ###### 2002-ci il tarixdə rəsmiləşdirilmiş və həmin nikah Binəqədi rayon məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə pozulmuşdur, uşaqlar ananın himayəsində saxlanılmışdır, qətnamənin qanuni qüvvəyə minməsindən sonra tərəflərin nikahlarının pozulması barədə ##.##.2021-ci il tarixli, AZ-İ ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Ona görə də, iddia tələbi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhəllə, mənzil 17 Yeni qaydalarla AZ 1033, ünvan 25 ünvanında yerləşən mənzilə dair cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında * saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş ##.##.2022-ci il tarixli, 4 Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, Mərtəbə 5, yaşayışın IV mərtəbəsi, mənzil 2 ünvanında yerləşən mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 birgə nikah dövründə əldə etdikləri Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhəllə, mənzil 17 yeni qaydalarla AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, mərtəbə 5, qeyri yaşayış çıxılmaqla mərtəbə IV, mənzil 2 ünvanında yerləşən mənzilə iddiaçı İddiaçı 3/4 hissədə payı müəyyən edilməlidir.

70. Məhkəmə iddiaçının həmin dəlilləri ilə bağlı qeyd etmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqları X3, X5 artıq yetkinlik yaşına çatmışdır, qətnamə ilə ##.##.2012-ci il təvəllüdlü X2 iddiaçı İddiaçı yanında qalması, onların hazırda anaları İddiaçı ilə birlikdə qalmaqla, kirayədə yaşamalarına görə mübahisəli mənzilə iddiaçının payı 3/4 hissədə deyil, tərəflərin hər birinin 1/2 hissədə payı müəyyən edilməlidir.

71. Iddia tələbləri qalan hissələrdə Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, ** nömrəli mənzilin ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satışından əldə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat 96 qəpik) manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın və bu tələb üzrə ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumunun, eləcə də vaxtı ilə müvəqqəti təminat tədbiri barədə verilmiş ərizə və şikayət üzrə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 22127,98 (iyirmi iki min bir yüz iyirmi yeddi manat 98 qəpik) manatın cavabdeh cavabdeh2 tutularaq iddiaçıya verilməsi, iddiaçı ilə cavabdeh cavabdeh2 birgə ailə münasibətlərinin yarandığı dövrdə cavabdeh cavabdeh2 tərəfindən təsis edilmiş və yeganə təsisçisi olduğu cavabdeh1 MMCnin nizamnamə (təsis) kapitalının 3/4 hissəsinə İddiaçı pay hüququnun tanınması, mülkiyyət hüququ ilə cavabdeh1 MMC-yə məxsus olan və ünvan 10 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə ¾ hissədə pay hüququnun tanınması hissələrində iddia tələbləri sübut olunmadığı və əsassız olduğundan rədd edilməlidir.

72. Iddia tələbinin Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, ** nömrəli mənzilin ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satışından əldə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat 96 qəpik) manat hissəsinin yarı hissəsinin yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi ilə bağlı məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, həmin mənzil Rzayeva Flora Aydın qızına satılmış və buna Bank da etiraz etməmişdir. Alqı-satqı müqaviləsinə əsasən iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdikləri və yarı hissədə də hər ikisinin pay hüquqları tanınan mənzil 90000 (doxsan min) manat məbləğində satılmışdır. Qeyd olunan məbləğdən banka olan borc ödənildikdən sonra, yerdə qalan 43823,96 manat cavabdeh2 adına köçürülmüşdür. Iddiaçı ilə cavabdeh cavabdeh2 birgə nikah dövründə əldə etdikləri, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, ** nömrəli mənzilin ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satışından əldə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat, 96 qəpik) manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın cavabdeh cavabdeh2 alınıb iddiaçı İddiaçı verilməsi barədə iddia tələbi əsaslandırılmadığı, sübut edilmədiyi və müəyyən olunmadığı üçün həmin hissədə iddia təmin edilməməlidir. Ona görə də hazırda 43823,96 manatın yarı hissəsinin, yəni 21911,98 manatın cavabdeh cavabdeh2 alınıb iddiaçıya verilməsi üçün qanuni əsaslar müəyyən olunmamışdır.

73. Belə ki, Masallı Rayon Məhkəməsinin ## ##### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə İddiaçı 37668,57 manat əsas borc, 6698.26 manat faiz borcu, ümumilikdə 44366,83 manat kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 40 manat tutularaq Ləğv prosesində olan “xxxx” Kommersiya Bankı QSC-nin hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh2 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım, ev 31, ** nömrəli mənzil açıq hərracda satılması, mənzilin hərracda ilkin satış qiyməti, likvid dəyərinə uyğun 81000 manat müəyyən edilməsi, hərrac yolu satışdan əldə edilmiş pul vəsaitdən İddiaçı borcuna 44366,83 manat kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 40 manat tutulması, qalan məbləğ cavabdeh2 ödənilməsi qət edilmişdir.

74. Iddiaçının dəlillərinə görə tərəflər arasında olan nikah münasibətləri faktik olaraq ## #### 2000-ci il tarixdən başlamış və ##.##.2002-ci il tarixdə isə rəsmiləşdirmişlər, ona görə də tərəflər arasında nikah münasibətləri faktik olaraq ## #### 2000-ci il tarixdən başladığı üçün cavabdeh1 MMC-nin nizamnamə (təsis) kapitalının 3/4 hissəsinə İddiaçı pay hüququ tanınmalı, mülkiyyət hüququ ilə cavabdeh1 MMC-yə məxsus olan və ünvan 10 ünvanında yerləşən, qeyriyaşayış sahəsinə ¾ hissədə pay hüququ tanınmalıdır. Məhkəmə bu hissədə iddianı əsassız hesab edir, ona görə ki, tərəflər nikahlarını ##.##.2002-ci il tarixdə rəsmiləşdirmişlər və cavabdeh1 MMC-i isə ##.##.2001-ci ildə dövlət qeydiyyatına alınmışdır.

75. Belə ki, işdə olan sənədlər və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” kiçik müəssisəsi 1992-ci ildən təsis edilərək fəaliyyət göstərir, cavabdeh1 MMC 06.05. 1994-cü il tarixdə **** saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “xxxx” kiçik müəssisəsinin bazasında yaranıb və onun hüquqi varisidir. cavabdeh1 MMC ##.##.2001-ci il tarixdə **** saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Təsisçisi olaraq cavabdeh2 qeydiyyatdan keçmiş digər təsisçisi və payçısı yoxdur. Işin tədqiq edilən halından görünür ki, cavabdeh1 MMC tərəflər rəsmi nikaha daxil olmazdan əvvəl təsis edilmiş və cavabdeh cavabdeh2 məxsus olmuşdur. Ona görə də iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 birgə ailə münasibətlərinin yarandığı dövrdə cavabdeh cavabdeh2 tərəfindən təsis edilmiş və yeganə təsisçi olduğu cavabdeh1 MMC-nin nizamnamə (təsis) kapitalının 3/4 hissəsinə İddiaçı pay hüququnun tanınması, mülkiyyət hüququ ilə cavabdeh1 MMC-yə məxsus olan və ünvan 10 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə 3/4 hissədə pay hüququnun tanınması barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

76. ## #### 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd edilir ki, təqdim olunmuş cavabdeh2 payçı qəbul edilməsinə dair ** nömrəli ##.##.2022-ci il tarixli MTK-nın ümumi yığıncağının protokolundan çıxarışdan və əldə olunmuş sübutlardan görünür ki, çıxarışda yalan məlumat yoxdur. Çıxarış rəsmi şəxs tərəfindən tərtib edilmiş və imzası, möhürü ilə təsdiq olunmuşdur. Çıxarışın mətninə heç bir yalan məlumat əlavə edilməmiş, düzəlişlər olunmamışdır. Bununla belə çıxarış qeydiyyata alınmadığından tarix, nömrə düzgün deyil və imza etmək səlahiyyəti olan şəxslərin imzaları saxtalaşdırılmışdır. Sənədin mətni həqiqətə uyğun olduğundan və səlahiyyətli şəxs tərəfindən təsdiq edildiyindən digər rekvizitlərin əldə olunması sənədin mahiyyətini dəyişmədiyindən sənədlərin saxtalaşdırılması və saxta hazırlanması kimi hesab oluna bilməz. Bu səbəbdən həmin fakt üzrə də cinayət işinin bağlanması rədd edilmişdir. Belə ki, ##.##.2022-ci il tarixli, ************ nömrəli məktuba istinadən “xxxx" MTK tərəfindən təqdim edilmiş, ##.##.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının ##.##.2022-ci il tarixli, ** nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması barədə iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmiş və məhkəmə hesab edir ki, iddia tələbinin “xxxx" MTK tərəfindən təqdim edilmiş, ##.##.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının ##.##.2022-ci il tarixli, ** nömrəli protokolundan çıxarışın etibarsız hesab edilməsi hissədə əsassız olduğu və qanuni əsaslar müəyyən olunmadığından təmin edilməməlidir.

77. ## #### 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh2 əmlakının hədə-qorxu ilə tələb edilməsinə ondan rüşvət tələb olunmasına dair ərizəsi əsasında aparılmış araşdırma zamanı nümayəndə3, nümayəndə2, X4, X10 və X15 əməllərində Azərbaycan Respublikası CM-nin 182.1, 320.1-ci maddələrinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi, xxxx MTK-nın protokollardan çıxarış kitabı qaytarılması, qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna və şikayətçi cavabdeh2 göndərilməsi qərara alınmışdır.

78. ## #### 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd edilib ki, təqdim olunmuş cavabdeh2 payçı qəbul edilməsinə dair ** nömrəli ##.##.2022-ci il tarixli MTK-nın ümumi yığıncağının protokolundan çıxarışdan və əldə olunmuş sübutlardan görünür ki, çıxarışda yalan məlumat yoxdur. Çıxarış rəsmi şəxs tərəfindən tərtib edilmiş və imzası, möhürü ilə təsdiq olunmuşdur. Çıxarışın mətninə heç bir yalan məlumat əlavə edilməmiş, düzəlişlər olunmamışdır. Bununla belə çıxarış qeydiyyata alınmadığından tarix, nömrə düzgün deyil və imza etmək səlahiyyəti olan şəxslərin imzaları saxtalaşdırılmışdır. Sənədin mətni həqiqətə uyğun olduğundan və səlahiyyətli şəxs tərəfindən təsdiq edildiyindən digər rekvizitlərin əldə olunması sənədin mahiyyətini dəyişmədiyindən sənədlərin saxtalaşdırılması və saxta hazırlanması kimi hesab oluna bilməz. Bu səbəbdən həmin fakt üzrə də cinayət işinin bağlanması rədd edilmişdir.

79. Bu baxımdan ##.##.2022-ci il tarixli, ************ nömrəli məktuba istinadən, “xxxx" MTK tərəfindən təqdim edilmiş, ##.##.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının ##.##.2022-ci il tarixli, ** nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması barədə iddianın təmin edilməsi üçün əsas müəyyən edilməmişdir.

80. Cavabdeh cavabdeh4 iddiaya qarşı etirazında və nümayəndəsi vəkil vəkil4 izahatında iddianın əsassız olması, bağışlanma müqaviləsinin qanuna uyğun bağlanması və iddiaçı İddiaçı iddiasının ona məxsus mənzillə bağlı hissələrdə tam əsassız olmasına görə, həmdə iddia müddətinin ötürülməsinə görə rədd edilməsi xahiş edilmişdir.

81. Məhkəmə cavabdehin həmin dəlillərini iş materialları üzrə tədqiq edərək işin faktiki və hüquqi hallarına əsasən əsassız hesab edib.

82. Belə ki, işdən göründüyü kimi mübahsələndirilən bağışlanma müqaviləsi cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında * saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində ##.##.2022-ci il tarixdə bağlanmış, iddiaçı mübahisəli mənzillə bağlı iddia ərizəsi ilə ## ######## 2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və iddia ərizəsi həmin tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinə daxil olmuşdur.

83. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyası 127-ci maddənin II hissəsi və VII hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1, 225.2, 225.4, 225.5, 225.6, 337.1, 339.6, 354.1,354.2, 373.2-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9.4, 29.1, 31.1, 31.2, 32.1, 32.2, 32.2.1, 32.2.2, 32.3, 33.1, 33.2, 33.3, 33.4, 34.1, 35, 36.1, 36.2, 36.3, 36.4, 36.5, 36.8, 36.9, 37.1, 37.2, 37.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 217.3, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

84. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ## ####### 2023-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin iddia tələblərinin qismən təmin olunan - “Iddiaçı X36 ilə cavabdeh cavabdeh2 birgə nikah dövründə əldə etdikləri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhələ, mənzil 17, Yeni qaydalarla; AZ 1033 ünvan 24 ünvanında yerləşən mənzil iddiaçı Quliyev Elmira Cəbrayıl qızının ½ (ikidə bir) hissədə, cavabdeh cavabdeh2 ½ hissədə payları müəyyən edilsin” - hissəsində dəyişdirilərək, iddiaçı İddiaçı həmin mənzilə pay hüququnun ¾ hissədə müəyyən olunması və iddia tələbinin bu hissədə tam təmin olunması və “Iddia qalan hissədə təmin edilməsin” hissəsinin ləğv olunması və təmin edilməyən iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

85. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır

86. Qətnamədən cavabdeh cavabdeh4 (vəkili və nümayəndəsi vəkil4) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi ## ####### 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını və “xxxx” MTK ilə İddiaçı adına mənzil alqı-satqısı ilə bağlı saxta sənədlərin hazırlanaraq, məhkəməyə təqdim edilməsinə görə iddiaçı və «xxxx» MTK-nın vəzifəli şəxslərinin Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 320.1 və 294-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri müəyyən edildiyindən cinayət işi başlanması məsələsinin həll edilməsindən ötrü xüsusi qərardad çıxararaq bu barədə prokurorluq orqanına məlumat verilməsini xahiş etmişdir.

87. Cavabdeh cavabdeh4 şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

88. Qətnamədən cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi vəkil3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ## ####### 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını və “xxxx” MTK ilə İddiaçı adına mənzil alqı-satqısı ilə bağlı saxta sənədlərin hazırlanaraq, məhkəməyə təqdim edilməsinə görə iddiaçı və «xxxx» MTK-nın vəzifəli şəxslərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 294-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri müəyyən edildiyindən cinayət işi başlanması məsələsinin həll edilməsindən ötrü xüsusi qərardad çıxararaq bu barədə prokurorluq orqanına məlumat verilməsini xahiş etmişdir.

89. Cavabdeh cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

90. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə, hazırkı iş üzrə Masallı Rayon Məhkəməsinin *(***)****/**** saylı, ## ####### 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilərək iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı birgə nikah dövründə əldə etdikləri, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, ** nömrəli mənzilin ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satışından əldə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat 96 qəpik) manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı verilməsi tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilmişdir.

91. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakimlər-T. X.Heydərov (sədrlik edən və məruzəçi), İ. Q.Əsədov, P. T.Əhmədov) iddiaçı İddiaçı vəkili və nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh cavabdeh4 vəkili və nümayəndəsi vəkil4 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi vəkil3 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2023-cü il tarixli qətnaməsinin qismən, yəni Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı birgə nikah dövründə əldə etdikləri, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, ** nömrəli mənzilin ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satışından əldə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat 96 qəpik) manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

92. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının tələbi aşağıdakılardan ibarətdir:

1. ünvan 22 məhəllə ünvanında “xxxx” MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, (yaşayışın) 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilə iddiaçı İddiaçı ¾ hissədə payının tanınması

2. cavabdeh1 MMC-nin nizamnamə (təsis) kapitalının 3/ 4 hissəsinə İddiaçı pay hüququnun tanınması

3. cavabdeh1 MMC-yə məxsus olan və ünvan 10 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə ¾ hissədə pay hüququnun tanınması

4. ##.##.2022-ci il tarixli, ************ nömrəli məktuba istinadən, “xxxx" MTK tərəfindən təqdim edilmiş, ##.##.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının ##.##.2022-ci il tarixli, ** nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması

5. ünvan 22 məhəllə ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilə dair cavabdeh cavabdeh2 adına verilmiş çıxarışın ləğv olunması, həmin mənzilə dair cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında * saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş ##.##.2022-ci tarixli, 4 Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi.

93. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən sorğuya cavab olaraq verilmiş ##.##.2023-cü il tarixli məktubu ilə cavabdehlər cavabdeh2 və cavabdeh4 münasibətdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 11A, 1952-ci məhəllə, ** saylı mənzilə dair sənədləri tədqiq edərək iş materillarına əlavə edilmişdir.

94. Həmin məktuba qoşma sənədlərdən görünür ki, ## #### 2020-ci il tarixli maliyyə arayışı ilə ünvan 23 məhəllə ünvanında yerləşən xxxx yaşayış binası “xxxx” MTK-na məxsusdur. Bu binanın A giriş, V mərtəbəsində, ümumi sahəsi 159.63 kv.m olan 3 otaqlı, ** saylı mənzilin ümumi pay dəyəri 103.365 manat payçı cavabdeh2 tərəfindən tərəflər rəsmi nikah münasibətində olduqları zaman ödənilmişdir.

95. Iş materiallarında olan “xxxx” Mənzil Tikinti xxxxinin ## ###### 2022-ci il tarixli, ** nömrəli məktubundan görünür ki, ## ###### 2022-ci il tarixli, *** saylı sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 18 məhəllə ünvanında inşa edilən binanın blok A, mərtəbə 4, 3 otaqlı, ** saylı mənzil ##.##.2005-ci il tarixdə dəyəri ödənilməklə İddiaçı satılmıdır. İddiaçı ƏN-İ N=****** saylı, ## ###### 2018-ci il tarixində baş etibarnaməni cavabdeh2 vermişdir. cavabdeh2 həmən etibarnamə əsasında ## #### 2020-ci il tarixdə ** saylı mənzili öz adına rəsmiləşdirmişdir. Halhazırda İddiaçı adına heç bir mənzil yoxdur.

96. Kollegiya qeyd edib ki, qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4-cü maddəsidir.

97. Iş materiallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 26 ünvanında yerləşən mənzil iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 birgə nikah dövründə əldə edildiyindən və həmin əmlakın alınmasına münasibətdə tərəflərin əmlakla bağlı payların bölünməsi barədə razılaşmaları olmadığından Rayon məhkəməsi haqlı olaraq tərəflərin ½ hissədə payını müəyyən etmişdir.

98. Məhkəmə mübahisəli mənzilin IV mərtəbə olması ilə bağlı iddiaçının, cavabdehlərin isə mübahisəli mənzilin V mərtəbədə yerləşməsi ilə bağlı fikir ayrılığına münasibətdə qeyd etmişdir ki, iş üzrə cavabdeh xxxx." Mənzil-Tikinti xxxxinin təqdim etdiyi mübahisəli mənzilə dair sənədlərlə müəyyən edilmişdir ki, binanın 2 yeraltı qarajı olmaqla, 1 qeyri-yaşayış sahəsi daxil olmaqla mübahisəli mənzil V mərtəbə kimi xəyali qeyd edilmişdir, qeyri-yaşayış sahəsi nəzərə alınmadıqda isə IV mərtəbə hesab edilir. Mübahisə məhz həmin mənzillə bağlıdır və cavabdeh cavabdeh2 eyni binada fərqli mərtəbələrdə mənzilin yerləşməsi ilə bağlı dəlilləri əsassızdır.

99. Iddiaçı həmçinin ## ####### 2022-ci il tarixli ərizədə ünvan 22 məhəllə ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan ** saylı mənzilə dair cavabdeh cavabdeh2 adına verilmiş çıxarışın ləğv olunması, həmin mənzilə dair cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında * saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş ##.##.2022-ci tarixli, 4 Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi xahiş edilmişdir.

100. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən təmin edərək, ##.##.2022-ci il tarixli, 4 Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsini etibarsız hesab etmiş, mübahisəli mənzilə dair cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ləğv etmiş, iddianı cavabdeh2 adına verilmiş çıxarışın ləğv olunması hissəsində təmin etməmişdir.

101. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaraq qeyd etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 25 tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Tərəflərin birgə mülkiyyətində olan əmlakın bağışlama yolu ilə cavabdeh2 tərəfindən cavabdeh4 verilməsi ümumiyyətlə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır.

102. Cavabdeh ilk öncə mübahisələndirilən mənzilin ailədən kənar hesab etdiyi hansı gəlir hesabına aldığını sübut edə bilmir. Əksinə iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, iddiaçı İddiaçı tərəfindən cavabdeh cavabdeh2a qarşı birgə nikah dövründə əldə edilmiş ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 25-nin aralarında bölgüsü barədə məhkəməyə iddia qaldırdıqdan sonra cavabdeh tərəfindən həmin mübahisəli mənzil cavabdeh2 tərəfindən bacısı oğlu cavabdeh4 bağışlamaqla uydurmaq əqd bağlamış, məqsədi isə iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş həmin mübahisəli mənzilin aralarında bölünməsinin qarşısını almaq olmuşdur. Iş materiallarından da görünür ki, tərəflər uzun müddət birgə nikahda olmaqla birlikdə yaşamışlar.

103. Kollegiya onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ilə cavabdeh2 birgə nikah müddətində əldə etdiyi əmlak Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.

104. Işin müəyyən edilən hallarından görünür ki, mübahisəli mənzil ##.##.2005-ci il tarixdə dəyəri ödənilməklə İddiaçı satılmışdır. İddiaçı ƏN-İ N=****** saylı, ## ###### 2018-ci il tarixində baş etibarnaməni cavabdeh2 vermişdir. cavabdeh2 həmən etibarnamə əsasında ## #### 2020ci il tarixdə ** saylı mənzili öz adına rəsmiləşdirmişdir. Cavabdeh cavabdeh2 iddia tələbinə etirazında mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmədiyini, həmin əmlak bacısı oğlu tərəfindən ona göndərilən pul vəsaiti hesabına alındığını bildirir, iddiaçı isə mübahisəli mənzilin birgə nikah dövründə birgə vəsait hesabına alındığını, həm ##.##.2005-ci il tarixdə bağlanan, həm də ## #### 2020-ci il tarixdə bağlanan müqavilənin mahiyyətindən asılı olmayaraq hər iki müqavilənin birgə nikah dövründə bağlandığını bildirir, yəni əmlakın nikah dövründə əldə olunmuş (qazanılmış) əmlak kimi ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. (Mülkü Məccəllə maddə 225.1, Ailə Məcəlləsi 32.1)

105. Göründüyü kimi cavabdeh cavabdeh2 ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 25-nin iddiaçı İddiaçı ilə birgə nikah müddətində əldə edilsə də, onların birgə vəsaiti hesabına deyil bacısı oğlu cavabdeh4 tərəfindən göndərilən pul vəsaiti hesabına alınmasını təsdiq edən sübutlarını təqdim etməmişdir.

106. Kollegiya həmçinin hazırkı mübahisə ilə bağlı iddiaçı iddia tələblərinin əsası kimi adlarında olan xüsusi mülkiyyəti təsdiq edən çıxarış əsasında əmlakın cavabdehlə aralarında bölünməsini iddia etməklə yanaşı, cavabdehin adına xxxx" MTK tərəfindən təqdim edilmiş, ##.##.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının ##.##.2022-ci il tarixli, ** nömrəli protokolundan olan çıxarışın etibarsız hesab edilməsini tələb etməsi tələblərdə ziddiyət (paradoks) yaradır.

107. Iş materiallarında olan ## #### 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd edilir ki, təqdim olunmuş cavabdeh2 payçı qəbul edilməsinə dair ** nömrəli ##.##.2022-ci il tarixli MTK-nın ümumi yığıncağının protokolundan çıxarışdan və əldə olunmuş sübutlardan görünür ki, çıxarışda yalan məlumat yoxdur. Çıxarış rəsmi şəxs tərəfindən tərtib edilmiş və imzası, möhürü ilə təsdiq olunmuşdur. Çıxarışın mətninə heç bir yalan məlumat əlavə edilməmiş, düzəlişlər olunmamışdır. Bununla belə çıxarış qeydiyyata alınmadığından tarix, nömrə düzgün deyil və imza etmək səlahiyyəti olan şəxslərin imzaları saxtalaşdırılmışdır. Sənədin mətni həqiqətə uyğun olduğundan və səlahiyyətli şəxs tərəfindən təsdiq edildiyindən digər rekvizitlərin əldə olunması sənədin mahiyyətini dəyişmədiyindən sənədlərin saxtalaşdırılması və saxta hazırlanması kimi hesab oluna bilməz. Bu səbəbdən həmin fakt üzrə də cinayət işinin bağlanması rədd edilmişdir.

108. Bu baxımdan kollegiya qeyd edib ki, ##.##.2022-ci il tarixli, ************ nömrəli məktuba istinadən, “xxxx" MTK tərəfindən təqdim edilmiş, ##.##.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının ##.##.2022-ci il tarixli, ** nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması barədə iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

109. Digər tərəfdən həmin müqavilə əsasında cavabdeh2 verilən ##.##.2022-ci il tarixli 207011005040-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın Mülki Məcəllənin 140-cı maddəsi baxımında prezumpsiyası mövcuddur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Başqa sözlə qeyd olunan müqavilə əsasında cavabdeh2 verilən ##.##.2022-ci il tarixli 207011005040-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın qüvvədə olması həmin çıxarışın verilməsinə əsas olan sənədin etibarsızlığının tələb edilməsi reallıqda mövcud olan lakin məntiqi baxımdan izah olunmayan, öz-özlüyündə ziddiyyət təşkil edən və ya məntiq normalarına sığmayan vəziyyət yaradır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddianı xxxx" MTK tərəfindən təqdim edilmiş, ##.##.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının ##.##.2022-ci il tarixli, ** nömrəli protokolundan olan çıxarışın etibarsız hesab edilməsində təmin etməmiş, hesab etmişdir ki, birgə nikah dövründə əldə edilmiş əmlak tərəflər arasında bölünməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mübahisəli mənzilin ərarvadın birgə mülkiyyəti hesab edilərək hər birinin həmin mənzil üzərində ½ payının müəyyən edilməsi barədə mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə həmin hissədə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmaqla qanuni və əsaslı nəticəyə gəlmişdir.

110. Məhkəmə kollegiyası cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında * saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş ##.##.2022-ci tarixli, 4 Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi tələbi ilə bağlı qeyd edir ki, cavabdeh cavabdeh2 həmin əmlakın iddiaçı İddiaçı ilə aralarında bölünməsinin qarşısını almaq məqsədilə, iddiaçı İddiaçı tərəfindən ##.##.2022-ci il tarixdə mübahisəli mənzilin bölünməsi ilə bağlı iddia qaldırıldıqdan dərhal sonra, yəni ##.##.2022-ci il tarixdə bacısı oğlu cavabdeh4lə formal olaraq mübahisə olunan bağışlama müqaviləsini bağlamaqla əslində uydurma əqd bağlamışdır.

111. Məhkəmə kollegiyası qeyd edir ki, uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Mövcud vəziyyətdə həmin şəxsin subyektiv hüququnun olmaması barədə mövqe məhkəmə müdafiəsi hüququna ziddir.

112. Kollegiya ilk öncə qeyd edib ki, hazırkı mübahisə üzrə hüquqi dəyərləndirmə ilk vəzifə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almaqla həmin əqdin etibarlı olub-olmadığı müəyyən etməkdən ibarətdir.

113. Kollegiya belə qənaətə gəlmişdir ki, cavabdeh cavabdeh2 mübahisəli mənzili ##.##.2022-ci tarixli, 4 Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsi əsasında cavabdeh4 verməklə gələcəkdə qəbul ediləcək qətnamənin icrasına süni surətdə maneçilik yaratmaq istəmişdir.

114. Iş materiallarından görünür ki, tərəflər arasında olan nikah münasibətləri faktik olaraq ## #### 2000-ci il tarixdən başlamış və ##.##.2002-ci il tarixdə isə rəsmiləşdirmişdir. Iddiaçı qeyd edilən əsasla tərəflər arasında nikah münasibətləri faktik olaraq ## #### 2000-ci il tarixdən başladığı üçün cavabdeh1 MMC-nin nizamnamə (təsis) kapitalının 3/ 4 hissəsinə onun pay hüququnun tanınmasını, mülkiyyət hüququ ilə cavabdeh1 MMC-yə məxsus olan və ünvan 10 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə ¾ hissədə pay hüququnun tanınmasını xahiş edir. Iddiaçı iddiasının əsası kimi, həmin müəssənin əmlak dəyərinin birgə nikah dövründə tərəflərin vəsaiti hesabını artırıldığını bildirir.

115. Kollegiya qeyd edib ki, tərəflər nikahlarını ##.##.2002-ci il tarixdə rəsmiləşdirmişlər və cavabdeh1 MMC-i isə ##.##.2001-ci ildə dövlət qeydiyyatına alınmışdır.

116. Belə ki, işdə olan sənədlər və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” kiçik müəssisəsi 1992-ci ildən təsis edilərək fəaliyyət göstərir, cavabdeh1 MMC 06.05. 1994cü il tarixdə **** saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “xxxx” kiçik müəssisəsinin bazasında yaranıb və onun hüquqi varisidir. cavabdeh1 MMC ##.##.2001ci il tarixdə **** saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Təsisçisi olaraq cavabdeh2 qeydiyyatdan keçmiş digər təsisçisi və payçısı yoxdur. Işin tədqiq edilən halından görünür ki, cavabdeh1 MMC tərəflər rəsmi nikaha daxil olmazdan əvvəl təsis edilmiş və cavabdeh cavabdeh2 məxsus olmuşdur. Həmçinin iddiaçı həmin müəssisənin dəyərinin birgə nikah dövründə artırılması barədə də sübutlarını təqdim edə bilməmişdir. Ona görə də iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 birgə ailə münasibətlərinin yarandığı dövrdə cavabdeh cavabdeh2 tərəfindən təsis edilmiş və yeganə təsisçi olduğu cavabdeh1 MMCnin nizamnamə (təsis) kapitalının 3/4 hissəsinə İddiaçı pay hüququnun tanınması, mülkiyyət hüququ ilə cavabdeh1 MMCyə məxsus olan və ünvan 10 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə 3/4 hissədə pay hüququnun tanınması barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir.

117. Kollegiya əlavə olaraq qeyd edib ki, Azərbaycan Respublikası Ailə qanunvericiliyində ər-arvad arasında ailə münasibətlərinin yaranmasını, yəni ər-arvad arasında nikahdan irəli gələn hüquq və vəzifələrin yaranmasını nikahın rəsmi qeydə alınması ilə əlaqələndirir. Birgə yaşama, dini nikah və ya “faktiki nikah” rəsmi nikah hesab edilmir. Yəni, sadəcə bir yerdə yaşamaq və ya özünü ailə kimi aparmaq hüquqi baxımdan ailə münasibəti yaratmır. Qeyri-rəsmi nikahda olan şəxslər ər-arvad sayılmır, bir-birinə qarşı ər-arvad hüquq və vəzifələrinə malik olmur, birgə əldə edilən əmlak avtomatik olaraq ümumi mülkiyyət sayılmır.

118. Bundan əlavə kollegiya qeyd edib ki, iddiaçı İddiaçı uşaqlarının da onunla birgə yaşamasına əsas gətirərək mübahisəli mənzilə ¾ hissədə pay tələb etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəli mənzili ər-arvad arasında birgə vəsait hesabına əldə edilmiş əmlak hesab edərək hər birinin ½ hissədə paylarını müəyyən etmişdir.

119. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsi 225, 225.1, 225.4, 340.1, 404, 452.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsi 31, 32, 34, 37ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3, 384.0, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) Kassasiya şikayətinin dəlilləri:

120.

121. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 ilə “xxxx”MTK arasında olan müqavilə ##.##.2020, maliyyə Arayışı ##.##.2020, Protokoldan Çıxarış ##.##.2022, rəsmi dövlət reyestrindən hər iki cavabdehin adına olan mənzil “Çıxarışı”, ailənin birgə nigah dövrünü əhatə edən ümumi gəlirlərinə, işsiz olmalarına və hər ikisinə dair Sosial Arayışlar və s., qanuni sənədləri nəzərə almaması, bu mülki işlə əlaqəli cavabdeh cavabdeh2 Prokurorluğa verdiyi şikayət ərizəsi əsasında qrup halında fəaliyyət göstərən şəxslərin məhkəməyə təqdim etdiyləri saxta sənədlər, təhdid və rüşvət tələb etmə, dələduzluq və s., faktlar üzrə ##.##.2024-cü il tarixdə Nərimanov rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış, ##.##.2024-cü il tarixdə cinayət işi aidiyyəti üzrə Nərimanov PRI-nin IŞ-nə göndərilmiş, ##.##.2025-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi və digər şəxslərlə bağlı istintaqın davam etməsinin nəzərə alınmaması, iddiaçı İddiaçı ilə “xxxx”MTK arasında olan saxta müqavilə ##.##.2005, İddiaçı adına olan saxta maliyyə Arayışı ##.##.2013, “xxxx”MTK sədri adına yazılan saxta hazırlanan Ərizə ##.##.2020 və s., iddiaçının verdiyi iddia tələbində (qısa) 4-cü mərtəbədə (müqaviləsində isə 4-cü mərtəbə (qeyri-yaşayış sahəsi nəzərə alınmadan)) yerləşən ** saylı mənzil sənədləri qanuni sənəd kimi göstərmələri və eyni zamanda keçmiş ailənin ər və arvadın rəsmi sübut sənədlər əsasında birgə vəsaiti hesabına alınmayan (qısa) 5-ci mərtəbədə yerləşən ** saylı və ya * saylı mənzili birgə vəsait hesabına alınmış və mənzilin mərtəbəsini eyni olması kimi göstərən “xxxx”MTK-nın saxta sənədlərinə əsaslanan məhkəmə, tərəfimizdən təqdim olunan rəsmi dövlət sənədlərinə əsaslanmadan işə baxan hakimlər tərəfindən heç bir (o, cümlədən qarşı tərəfin) sübutu olmadan, özlərindən uydurduqları yalan sözlər və ya ifadələr əsasında ədalətli olmayan, qarşı tərəflə əlbir olaraq qərəzli və qeyri-qanuni qətnamə qəbul etmələri nəticəsində öncə ilkin sənədlər üzrə cavabdeh2, bağışlanılmadan sonra cavabdeh4 faktiki 5 il istifadəsində və şəxsi özəl mülkiyyətində olan mənzilindən, alınmasına və təmirinə, kommunala : işıq, su, qaz, “xxxx”MTK ödənilən aylıq pul, mənzilin ümumi kv.m görə Nərimanov rayon (ərazi) Bələdiyyəsinə verilən illik vergi və s., görə ödədiyi pul vəsaitlərindən məhrum etmələri nəticəsində bir sıra maddi və prosessual hüquq normaları tələbləri kobud surətdə Şirvan Apellyasiya Məhkəmə instansiyası tərəfindən pozulmuşdur ki, bu da qət edilən qətnamənin ləğv edilməsi və verilmiş iddianın tələbləri üzrə ziddiyyətlər, əmlakın ailənin birgə vəsait hesabına alınmaması və iddianın müdafiəsi üçün məhkəməyə təqdim olunan sübut sənədlərin saxta hazırlanması faktı və saxta olması səbəbindən həmin iddianın rədd edilməsi üçün hüquqi əsaslar mövcuddur.

122. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Insan Hüquqularının və X32 Haqqında Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 157.8, 166.3, 354.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 88, 217, 380-cı maddəsi istinad etmişdir.

119. Cavabdeh cavabdeh4 (vəkil-vəkil4) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tаriхli 2(106)-65/2025 sаylı qətnаməsinin qismən ləğv еdilməsi, işin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

120. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, Mübahisəli mənzilə dair müqavilələrdə göstərilən ünvan, maliyyə dəyərində, ümumi kv.m-də, mərtəbələr fərqində MTK-nın sədrinin kim olmasında və s., təqdim etdiyi rəsmi sənədlər (aşağıda və yuxarıda) iddiaçının və cavabdeh “xxxx” MTK-nın təqdim etdiyi sənədlərin saxtalığı tərəfimizdən sübuta yetirilir. Məsələn, hər iki (##.##.2005 və ##.##.2020) müqavilədə ünvan: Nərimanov rayonu, 1952-ci məhəllə, Ə.Orucəliyev küçəsi 11A ünvanı kimi qeyd olunur və bu ünvan “xxxx” MTK-ya tikdiyi binaya ƏMDXDƏDK və Reyestri publik hüquqi şəxs * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2013-cü il tarixində verilib. Necə olur ki, 11A ünvanı ##.##.2005-ci il tarixli İddiaçı ilə “xxxx” MTK arasında bağlanılan müqavilədə qeyd olunur və göstərilir, ##.##.2005-ci il tarixdə “xxxx” MTK binanı ümumiyyətlə tikməyib, 2007-ci ildən sonra tikintisinə icazə MTK tərəfindən alınaraq tikməyə başlayıb. Bu da İddiaçı ilə “xxxx” MTK arasında bağlanıla ##.##.2005-ci il tarixli həmin müqavilənin əvvəlki tarixə saxta hazırlanmasını göstərir. Hаzırkı mülki işin аrаşdırılmаsı zаmаnı iddiаçının vəkili və «xxxx» MTK mübаhisəli mənzillə bаğlı (lаkin 4-cü mərtəbə göstərməklə) еyni tаriхli, fərqli qiymətə mənzilin аlqı-sаtqısı ilə bаğlı müqаvilə və mаliyyə аrayışı təqdim еtmişdir. Lаkin аrаşdımа zаmаnı həmin sənədləri MTK-nın sədri kimi imzаlаyаn şəхsin qеyd оlunаn dövrdə həmin MTK-nın sədri işləməməsi müəyyən еdilmişdir. Bu хüsusаt vеrgi оrqаnının məktubu ilə də təsdiq оlunmuşdur. Bu hаl isə «xxxx» MTK-nın vəzifəli şəхslərinin sахtа sənəd hаzırlаmаlаrını və məhkəməyə təqdim еtmələrini göstərir ki, bu əmələ görə də Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 294 və 320-ci mаddəsində cinаyət məsuliyyəti nəzərdə tutulmuşdur. Аzərbаycаn Rеspublikаsı MPM-nın 265.4-cü mаddəsinə əsаsən məhkəmə işə bаxаrkən, prоsеs iştirаkçılаrının və yа digər şəxslərin əməllərində cinаyətin əlаmətlərini аşkаrа çıxаrаrsа, о, bu bаrədə xüsusi qərаrdаd çıxаrmаqlа prоkurоrа xəbər vеrir. Lаkin işə baxan məhkəmələr bunu еtməməklə qеyd оlunаn prоsеssuаl hüquq nоrmаsının tələblərini pоzmuşdur. Işə baxan məhkəmələr mülkiyyətimdə оlаn mənzilin nikahları dövründə cavabdeh2 əldə еtməsi qənаətinə gəlib оnun subаy vахtı əldə еtdiyi mülkiyyət hüququnа dаir Çıхаrışı ləğv еtmədən və оnun vеrilməsi üçün əsаs оlаn sənədləri еtibаrsız sаymаdаn həmin mənzili nikаh dövründə əldə еdilmiş əmlаk kimi iddiаçı ilə ərinin аrаsındа bölmüş, аdınа оlаn bаğışlаmа müqаviləsini еtibаrsız sаyаrаq, çıхаrışı isə ləğv еtmişdir. Lаkin mənzilin pulunun tərəfindən ödənilməsi bаrədə izаhаtını, bu bаrədə Vаsif Quliyеvin izаhаtını, bununlа bаğlı şаhid kimi аtаsının izаhаtını nəzərə аlmаmışdır. Həmçinin Vаsif Quliyеvin izаhаtındаn аydın оlur ki, nə оnun, nədə iddiаçının əldə еtdiyi gəlirlər sözügеdən mənzili аla bilməzdi. Bеlə ki, Vаsif Quliyеvin təqdim еtdiyi və iş mаtеriаllаrındа оlаn sənədlərdən görünür ki, birgə nikah dövründə iddiaçı İddiaçı işlədiyinə və gəlir əldə etməsinə dair sübut olaraq təqdim edilmiş Sosial “Arayış”-dan aydın olub ki, 2014-2022-ci illərdə də cavabdeh1 MMC-nin müdiri olsa da MMC-nin fəaliyyəti olmadığından əmək haqqı almamış və yalnız vəzifəsi müvafiq dövlət orqanlarına fəaliyyətin olmaması ilə bağlı hesabat vermək olmuşdur. İddiaçı MMC-nin fəaliyyət göstərdiyi illər ərzində əldə etdiyi gəliri rəsmi sənədlər əsasında 2006-2014-ci illər ərzində və ondan əvvəlki illərdə də işləməsi və əmək haqqı minimum əmək haqından da aşağı olub. 20002005-ci illər ərzində minimum əmək haqından yuxarı olmayıb və həmin əmək haqqının 25%-ni də Sosial Müdafiə fonduna ödəyib Sosial sığorta üzrə (DSMF) odənildikdən sonra 2006-2014 illər üzrə ümumilikdə gəliri 7085.0-1771.25= 5313.75 (azn) manat bu 8 il ərzində (96 ay) aylıq gəliri 1 ayda 5313/96=55.35 (azn) manat bu da iddiaçının bir ay yeyib içməyi üçün tələb olunan ərzağın cüzi bir hissəsidir və yaxud da ayda özünə lazım olan hər hansı bir əşyanın, paltarın və s. alınmasını belə ödəmir nəinki mənə məxsus evə, hətta uşaqlarıma və mənzildə (evdə) olan hər hansı bir əşyanın alınması üçün ödənilən pulu ödəməyə çatsın. İddiaçı işsizlik statusu ##.##.2020- ##.##.2020 ##.##.2021-ci il tarixinə kimi. Sənədin verilmə tarixi ##.##.2021. cavabdeh2 işsizlik statusu ##.##.2020-##.##.2020-##.##.2021-ci il tarixinə kimi. Sənədin verilmə tarixi ##.##.2021. Birgə nikah dövründə cavabdeh2 işləməsi və gəlir əldə etməsinə dair sübut olaraq “Arayış” təqdim edilmişdir. Bu onun əldə etdiyi şəxsi gəlirin 2006-2014-ci illər ərzində 40957.32 manat təşkil etməsini göstərir. Birgə nikah dövründə iddiaçı İddiaçı işləyərək gəlir əldə etməsi cəmi gəliri 5313.75 (azn) manat ümumilikdə 8 il ərzində (96 ay) aylıq gəliri bunun da üzərinə birgə nikah dövründə cavabdeh2 işləməsi və gəlir əldə etməsini üstünə gəldikdə cəmi gəlir 40957.32 (azn) manat ümumilikdə 8 il ərzində (96 ay) aylıq gəliri. Hər iki şəxsin ümumilikdə cəmi 8 il ərzində (96 ay) aylıq gəliri 5313.75+40957.32=46271.07 azn manat edir ki, ümumilikdə aylar üzrə bölündükdə 46271.07/96 (ay) = 481.99 azn manat yəni dörd yüz səksən bir manat doxsan doqquz qəpik (yuvarlaq şəkildə 482.0 manat) olduğun nəzərdən keçirsək buradan hər ay üzrə xərclər kommunal, bank faizləri, beş ailə üzvünün xərcləri (maddi və qeyri maddi xərclər və s) və s. çıxılmaqla yerdə qalan məbləğ hesabına İddiaçı və cavabdeh2 yeni tikilidə “xxxx” MTK-da iki (2) mənzil almağı qeyri-mümkündür.

121. Kassasiya şikayyətinin hüquqi əsası kimi Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 139.1, 157, 178, 225.1-ci maddəsinə, Аzərbаycаn Rеspublikаsı Ailə Məcəlləsinin 32, 34-cü mаddələrinə, Аzərbаycаn Rеspublikаsı Mənzil Məcəlləsinin 112, 113-cü mаddələrinə, Insan Hüquqularının və X32 Haqqında Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 53,77.1, 88, 218.3, 265.4, 386, 387, 390-cı maddəsi istinad etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

123. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

124. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

125. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

126. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

127. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

128. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

129. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

130. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

131. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 132.

133. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

134. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

135. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

136. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından

137. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

138. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

139. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

140. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

141. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

142. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

143. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

144. Maddə 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

145. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin;

146. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 147.

148. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

149. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

150. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

151. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

152. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

153. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

154. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

155. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

156. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

157. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

158. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

159. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

160. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri:

161. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

162. Hazırkı kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 25 ünvanında yerləşən mənzilə dair cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında * saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş ##.##.2022-ci il tarixli, 4 Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 25 ünvanında yerləşən mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 birgə nikah dövründə əldə etdikləri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 25 ünvanında yerləşən mənzilə iddiaçı İddiaçı 1/2 (ikidə bir) hissədə, cavabdeh cavabdeh2 1/2 (ikidə bir) hissədə paylarının müəyyən edilməsinə dair hissələrində yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

163. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

164. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissələr üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yoxlanılan hissələrdə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

165. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissələr üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

166. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayətləri təmin edilməməli və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

167. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi iddianın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 25 ünvanında yerləşən mənzilə dair cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında * saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş ##.##.2022-ci il tarixli, 4 Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 25 ünvanında yerləşən mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 birgə nikah dövründə əldə etdikləri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 23 məhəllə, mənzil 17, Yeni qaydalarla AZ 1033, ünvan 25 ünvanında yerləşən mənzilə iddiaçı İddiaçı 1/2 (ikidə bir) hissədə, cavabdeh cavabdeh2 1/2 (ikidə bir) hissədə paylarının müəyyən edilməsinə dair hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar