Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-14/2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “K.Y.Fərəcova adına Elmi- X6” X9rşı iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, əmrin ləğvi, işə bərpa, əmək haqqı 11.02.2026 Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “K.Y.Fərəcova adına ElmiX6” X9rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3741/2025 nömrəli, 2 oktyabr 2025ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kass asiya şikayətinə 11 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hazırki iş ürə İddiaçı cavabdeh “K.Y.Fərəcova adına X3” X15 tərəfində onun izdən azad edilməsi barədə əmrini mübahisələndirir.
2. İddiaçı xx.xx.2009-cu il tarixdə K.Y.Fərəcova adına X1 uşaq cərrahiyyəsi şöbəsinə şöbə müdiri vəzifəsinə qəbul edilmişdir.
3. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə iddiaçı uşaq cərrahiyyəsi şöbəsində uşaq cərrahı vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 2.3-cü bəndinə əsasən bu əmək müqaviləsi xx.xx.2024-cü il müddətinədək bağlanmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən işçi xx.xx.2021-ci il tarixdən işə başlayır.
4. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.20 22-ci il tarixli əmək müqaviləsi ilə iddiaçı uşaq cərrahiyyəsi şöbəsində həkim-cərrah vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 2.3-cü bəndinə əsasən bu əmək müqaviləsi xx.xx.2023-cü il müddətinədək bağlanmışdır. 5. “K.Y.Fərəcova adına X3” X11 xx.xx.2023-cü il tarixli 629/1k nömrəli əmri ilə uşaq cərrahiyyəsi şöbəsinin uşaq cərrahı İddiaçı ilə bağlanmış əmək müqaviləsi üç ay müddətinə tərəflərin razılığı əsasında xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır.
6. Daha sonra cavabdehin xx.xx.2024-cü il tarixli 61/1K nömrəli əmri ilə uşaq cərrahiyyəsi şöbəsinin uşaq cərrahı İddiaçı ilə bağlanmış əmək müqaviləsi üç ay müddətinə tərəflərin razılığı əsasında xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır.
7. Cavabdehin xx.xx.2024-cü il tarixl i 335/1K nömrəli əmri ilə uşaq cərrahiyyəsi şöbəsinin uşaq cərrahı İddiaçı ilə bağlanmış əmək müqaviləsi üç ay müddətinə tərəflərin razılığı əsasında xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır.
8. Cavabdehin xx.xx.2024-cü il tarixli 628/1K nömrəli əmri ilə uşaq cərrahiyyəsi şöbəsinin uşaq cərrahı İddiaçı ilə bağlanmış əmək müqaviləsi üç ay müddətinə tərəflərin razılığı əsasında xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır.
9. Cavabdehin xx.xx.2024-cü il tarixli 939/1K nömrəli əmri ilə uşaq cərrahiyyəsi şöbəsinin uşaq cərrahı İddiaçı ilə bağlanmış əmək müqaviləsi üç ay müddətinə tərəflərin razılığı əsasında xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi uzadılmışdır.
10. İddiaçı xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildiriş inə əsasən xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixində bitməsi, bununla əlaqədar olaraq “K.Y.Fərəcova adına X3” X15 ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən etibarən xitam verilməsi ilə bağlı xəbərdar edilmişdir. 11. “K.Y.Fərəcova adına X3” X11 xx.xx.2025-ci il tarixli 14-k nömrəli əmri ilə “K.Y.Fərəcova adına Elmi-TədqiqatPediatriya İnstitutu” X11 uşaq cərrahiyyəsi şöbəsinin həkim-cərrahı İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. 12. 31 yanvar 2025-ci il tarixli 9-T-310125 nömrəli iş yerinə göndərişdən görünür ki, Mərkəzi Klinikanın rezidenturasını uşaq cərrahiyyəsi ixtisası üzrə 2 024-cü ildə bitirmiş həkim-mütəxəssis X8 K.Y.Fərəcova adına X3 –uşaq cərrahiyyəsi şöbəsinə həkim-uşaq cərrahı vəzifəsinə sərəncamı göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı “K.Y.Fərəcova adına X3” X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə “K.Y.Fərəcova adına X3” publik hüquqi şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair “K.Y.Fərəcova adına X3” X15n direktoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 14-k nömrəli əmrin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, onun vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxdığı iş vaxtına görə işdən azad edildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu tarixə qədər olan müddətə görə kompensasiyanın qanunvericiliyi n tələblərinə uyğun olaraq müəyyən edilməklə işçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “K.Y.Fərəcova adına X3” X15 İddiaçı ilə xx.xx.2021-ci il tarixdə xx.xx.2024-cü il tarixə qədər 3 il 1 günlük əmək müqaviləsi bağlayaraq onu institutun uşaq cərrahiyyəsi şöbəsinə uşaq cərrahı vəzifəsinə işə qəbul etmişdir. Müqaviləni iddiaçı tərəfdən iddiaçının özü, cavabdeh tərəfdən isə institutun direktoru X10 imzalamışdır. Əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, müqavilənin müddətinin bitməsinə bir həftə qalana qədər cavabdeh tərəf müqaviləyə xitam verilməsi barədə rəsmi bildirmədiyindən, müqavilə müddəti növbəti 1 il müddətinə xx.xx.2025-ci il tarixə avtomatik uzadılmış hesab olunmuş və id diaçı da bunu qanunvericilikdə göstərildiyi kimi başa düşərək öz xidməti vəzifələrini həmin müqavilənin tələblərinə uyğun icra etməkdə davam etmiş, işəgötürən tərəfindən də buna etiraz bildirilməmişdir. Həmçinin, onunla əmək müqaviləsinin uzadılması barədə işəgötürən 2024cü ilin son rübündə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmiş və nazirlik tərəfindən buna razılıq alınmışdır. Lakin cavabdeh tərəf əmək qanunvericiliyinin tələblərini pozaraq xx.xx.2024-cü ildə guya əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixində bitəcəyini, həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) əmək müqaviləsinə xitam veriləcəyini bildirmişdir. Halbuki, tərəflə r arasında 3 aylıq əmək müqaviləsi bağlanmamış, əvvəlki əmək müqaviləsinin müddəti isə avtomatik olaraq xx.xx.2025-ci il tarixə qədər uzadılmış, qeyd olunan əsasla isə yalnız bir dəfə, şəxs 65 yaşına çatdıqda əmək müqaviləsinə xitam verildiyini nəzərə almamışdır. İnstitutun direktorunun xx.xx.2025-ci il tarixli 14-k nömrəli əmri əsasında xx.xx.2025-ci il tarixdə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab edir və onunla bağlanmış müqaviləyə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 14-k nömrəli əmrin ləğv edilməsini, işinə bərpa olunmasını və məcburi buraxdığı iş vaxtına görə kompensasiyanın ödənilməsini tələb edir.
15. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "K.Y.Fərəcov adına X3'' PHŞ dövlət büdcəsindən maliyyələşən müəssisədir. İddiaçı 2010-cu il tarixindən cavabdeh "K.Y.Fərəcov adına X3'' PHŞ-də “Uşaq cərrahiyyəsi” şöbəsində cərrah həkim vəzifəsində işləmişdir. xx.xx.2017-ci il tarixində iddiaçı 65 yaşını tamamlamış, lakin onun xahişi ilə xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən (dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər) hər dəfə 1 (bir) ildən çox olmayaraq uzadılmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixinədək TƏBİBin, xx.xx.2021-ci il tarixində n sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyinə verilmişdir. Bu səbəbdən iddiaçı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "K.Y.Fərəcov adına X3'' PHŞ arasında xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi hər dəfə 1 (bir) il uzadılmışdır. xx.xx.2023-cü il tarixindən isə xx.xx.2023-cü il tarixli 629/1k nömrəli əmrə əsasən 3 (üç) ay, xx.xx.2024-cü il tarixli 61/1k nömrəli əmrə əsasən 3 (üç) ay, xx.xx.2024-cü il tarixli 335/1k nömrəli əmrə əsasən 3 (üç) ay, xx.xx.2024-cü il tarixli 628/1k nömrəli əmrə əsasən 3 (üç) ay, xx.xx.2024-cü il tarixli 939/1k nömrəli əmrə əsasən 3 (üç) ay müqavilə uzadılaraq, hər əmrdə tərəflər arasında əmək müqaviləsi imzalanmışdır (əmrlər və müqavilələr təqdim olunmuşdur). İddiaçı müqavilənin müddətinin uzadılması barədə hər 3 aydan bir bağlanmış əmək müqaviləsinin 1.1-ci bəndində müqavilənin bağlanma tarixi göstərilir, 2.3-cü bəndində işə başlama tarixindən müqavilənin uzadılmasının son müddəti göstərilir, 2.4-cü bəndində işçinin xx.xx.2021-ci il tarixində işə başlama tarixi göstərilir. xx.xx.2021-ci il tarixin göstərilməsinin səbəbi də "K.Y.Fərəcov adına X3'' PHŞ xx.xx.2021-ci il tarixindən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyinə verilməsidir. Cavabdeh xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi ilə İddiaçı məlumat verilmişdir ki, xx.xx.2025-ci il tarixindən onun əmək müqaviləsinin müddəti uzadılmayacaqdır. Həmin xəbərdarlıq bildirişi ilə iddiaçı tanış olaraq öz etirazını bildirmişdir. xx.xx.2025-ci il tarixli, 14-k nömrəli əmri ilə İddiaçı xx.xx.2025-ci il tarixindən u zadılmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin hüququdur ki, 65 yaşını tamamlamış işçinin əmək müqaviləsinin müddətini uzatsın, bu öhdəliyi dövlət büdcəsindən maliyyələşən işə götürənə vəzifə öhdəliyi kimi qoyula bilməz. "K.Y.Fərəcov adına X3'' PHŞ isə elmi fəaliyyətlə məşğul olmayan uşaq cərrah həkim vəzifəsində işləyən İddiaçı ilə əmək müqaviləsinin müddətini qanunla verilmiş qadağalara baxmayaraq 5 il yox, 8 ilədək uzada bilmişdir. İddiaçı yaşlanmasını özünə qəbul etməsə də, iş fəaliyyətində də göstərməyə başlamışdır. Belə ki, 2024-cü ilin yanvar ayından 2024-cü ilin dekabr ayının sonunadək olan müddətdə cərrah həkimlərin gördüyü iş aktivliyi, cərrah həkim Gündüz Ağayev 2024-cü ilin iyul ayından dekabr ayının sonunadək 199 əməliyyat, cərrah həkim Sabir Novruzov 349 əməliyyat, cərrah həkim Umud Musayev 193 əməliyyat, cərrah həkim Heyrət Əhmədov 166 əməliyyat etmişdir. Ən az əməliyyat edən cərrah həkim İddiaçıdur ki, il üzrə 27 əməliyyat etmişdir. İddiaçı tərəfindən il üzrə gördüyü əməliyyatlar isə yırtığ və sünnət olmuşdur. Onun etdiyi əməliyyatlarından biri, xəstə Adəm Mirzəyevin yırtıq əməliyyatını düzgün etmədiyindən 3 (üç) aydan sonra cərrah Gündüz Ağayev tərəfindən təkrar əməliyyat etmişdir. Yırtıq əməliyyatını 4-cü kurs rezident tələbələrdə çox sərbəst edə bilir. İddiaçının əməliyyat etdiyi digər xəstə Eyvazlı Zəhranin valideyinləri tərəfindən iddiaçı barəsində rüşvət aldığı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə şikayət etmişdir. Bu barədə iddiaçıdan izahat alınmış xəstənin valideynlərindən aldığı pul geri qaytarılmışdır. Bundan başqa, iddiaçı g ecə növbəsi və növbə vermir, xəstə qəbulunu etmir, hər gün səhər bütün həkimlərin iştirakı ilə keçrilən “xəstə müzakirəsi” iclasında iştirak etmir və şöbədə stasionar müalicə olunan xəstələrinə baxışında iştirak etmir. İddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra, Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 9-T-310125 nömrəli iş yerinə göndəriş məktubuna, "K.Y.Fərəcov adına X3'' PHŞ-nin xx.xx.2025-ci il tarixli 71-k nömrəli əmrinə əsasən 25 yaşlı X8 ilə 3 (üç) illik müqavilə həkim uşaq cərrahı vəzifəsinə işə qəbul edilmişdir.
16. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2234/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Ülkər Xəlil).
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2009-cu ildən K.Y.Fərəcova adına X2 çalışmış, 65 yaşına çatdıqda (xx.xx.2017-ci il) əmək müqaviləsinin müddəti hər dəfə işəgötürən tərəfindən 1 ildən çox olmayan müddətə uzadılmışdır. Daha sonra xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli “K.Y.Fərəcova adına X3” X11 əmrləri ilə əmək müqaviləsinin müddəti 3 ay olmaqla uzadılmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli 14-k nömrəli əmrinə əsasən “K.Y.Fərəcova adına X3” X11 uşaq cərrahiyyəsi şöbəsinin həkimcərrahı İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə və 73 yaşında olması nəzərə alınaraq xx.xx.2025-ci il tarixdən xitam verilmişdir.
18. Araşdırma zamanı xx.xx.2025-ci il tarixli 14-k saylı əmrin qanunsuz hesab edilməsinə əsas ola biləcək hallar məhkəmə tərəfindən aşkar edilməmişdir.
19. Bundan başqa, məhkəmə iddiaçının yenidən əvvəlki işinə bərpa olunmasına dair tələbinə münasibət bildirərək qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərindən də görünür ki, dövlət büdcəsindən maliyyələşən iş yerlərində çalışmanın son yaşı həddi 65-dir. Bundan sonra işçinin həmin müəssisədə çalışması üçün işçi ilə işə götürənin qarşılıqlı razlığı əsasında müqavilə bağlanmalıdır. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətinin uzadılması onun işlədiyi müvafiq dövlət orqanının səlahiyyətinə aiddir və işçinin həmin müəssisədə çalışmasının davam etdirilməsi barədə qərar qəbul etmək imkanı müvafiq dövlət orqanlarının diskresion səlahiyyəti kimi nəzərdə tutulmaqla, həmin orqan(lar)ın bu səlahiyyət(lər)indən istifadə etmələri (etməmələri) işçinin hüququnun pozulması kimi qiymətləndirilə bilməz. İşəgötürəni əmək müqaviləsi bağlanmasına məcbur edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçı 65 (altmış beş) yaşına çatdığından, əmək müqaviləsinə işçisi çalışmanın yaş həddinə çatdığı üçün xitam verildiyindən və cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmadığından iddia təmin edilməməlidir.
21. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 10-1.1, 10-1.2, 10-1.4, 42, 70, 71-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyаsiyа şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 3, 7, 2-1, 73-cü, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 62.1, 76.1, “Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 7.2, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı"na; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı"na istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin bundan sonra "Əmək Məcəlləsi" i stinad edilən normalarının tələblərinə cavabdeh tərəfindən tam əməl olunmamış və həmin hallar da məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən, X15n əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən e dilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı"nın 3.6-cı bəndində K.Y.Fərəcova adına X3 nəzərdə tutulmuşdur. Həmin Qərardan, eləcə də adından, və yerinə yetrirdiyi tibbi fəaliyyətindən də göründüyü kimi "K.Y.Fərəcova adına X3" X15 elmi müəssisə olmaqla yanaşı, həm də dövlət büdcəsindən maliyyələşdirilir. Göründüyü kimi, iddiaçının 65 yaş həddinə çatdığına görə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir. Odur ki, 65 yaşına çatmış işçisinin çalışma müddətinin uzadılmasının onun işlədiyi müvafiq dövlət orqanının səlahiyyətinə və işçinin həmin müəssisədə ç alışmasının davam etdirilməsi barədə qərar qəbul etmək imkanının müvafiq dövlət orqanlarının diskresion səlahiyyətinə aid olması barədə məhkəmənin qənaəti tamamilə səhvdir. Digər tərəfdən, cavabdeh tərəfindən təqdim edilmiş iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqavilələri əmək qanunvericiliyinin tələblərinə əsasən bağlanılmamışdır. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 7-cü maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaql a, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin maddənin 2-1-ci hissəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı"nda sadalanan vəzifələrin heç birinin "K.Y.Fərəcova adına ElmiX6" X12, eləcə də iddiaçının vəzifəsinə aidiyyəti yoxdur. Cavabdeh tərəfindən təqdim edilmiş iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin isə kağız formatda bağlanılmaqla əmək qanunvericliyinin tələblərinə zidd olduğundan mötəbər sübut növü kimi nəzərə alına bilməz. Digər tərəfdən, həmin müqavilələrin yalnız ayrı-ayrı hissələri elektron məhkəmə sisteminə yerləşdirilmiş, tam mətn olaraq məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən də bu istənilməmişdir. Bundan əlavə, 3 aylıq müddətli əmək müqaviləsinin bağlanılmasına tərəfindən imza edilməmişdir. Cavabdehlə bağladığı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 2.3-cü bəndində əmək müqaviləsinin xx.xx.2021cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 2 il 3 ay 1 gün müddətinə bağlanıldığı nəzərdə tutulur. O, həmin müqaviləyə imza etdiyini təsdiq edir. Bundan sonra onunla hər hansı bir yeni əmək müqaviləsi bağlanılmadığından, eləcə də bağlanılmış əmək müqaviləsinə hər hansı bir yazılı əlavə və dəyişikliklərə imza etmədiyindən, həmin əmək müqaviləsinin müddəti bitdikdə avtomatik olaraq eyni müddətə uzadılmış hesab edilməlidir. Bundan əlavə, cavabdehin İnsan resursları şöbəsində iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "X3" X12 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba cavabla istehsalat zərurətini və sertifikasiyadan keçdiyini nəzərə alaraq ona çalışma müddətinin 1 il müddətinə uzadılmasına etiraz edilmədiyi bildirilmiş və həmin məktuba əsasən bundan sonra, hər dəfəsində əmək müqavilələrinin 1 il müddətinə uzadılacağı deyilmişdir. Əmək müqavilələri ona kağız formatda təqdim edilməmiş və eləcə də şə xsi elektron kabinetinə təsdiq üçün göndərilməmişdir. Odur ki, əmək müqaviləsinin 3 aylıq müddətinə bağlanılmasından söhbət gedə bilməz və cavabdehin təqdim etdiyi sübutlar bunu təsdiq etmir. Cavabdeh tərəfindən təqdim olunan əmrlərin mövcudluğu onunla bağlanılmış əmək müqaviləsinin müddətinin 3 ay uzadılması üçün əsas kimi götürülə bilməz. Belə ki, əmək qanunvericiliyinin tələbinə görə, istənilən müddətli əmək müqaviləsinin müddəti yalnız həmin müqavilədə nəzərdə tutulan müddətə bərabər olmaqla avtomatik olaraq uzadılmalıdır və bunun üçün əlavə əmrə ehtiyac yoxdur. Əmək Məcəlləsində müddətli əmək müqaviləsinin bitmiş müddətinin uzadılması üçün əlavə prosedur (əmr, sərəncam və s. verilməsi) nəzərdə tutulmamışdır. Odur ki, cavabdehin məhkəməyə təqdim etdiyi əmrlərin verilməsinə hər hansı bi r hüquqi və qanuni əsas və ehtiyac yox idi. Cavabdeh tərəfindən təqdim olunan əmrlər isə sonradan tərtib edilmiş və cavabdehin əsassız və qanunsuz mövqeyini ört-basdır etmək üçün verilmiş əmrlərdir. Həmin əmrlərin sonradan verilməsini xx.xx.2023-cü il tarixli 629/1k nömrəli, xx.xx.2024-cü il tarixli 61/1k nömrəli, xx.xx.2024-cü il tarixli 335/1k nömrəli, xx.xx.2024-cü il tarixli 628/1k nömrəli və xx.xx.2024-cü il tarixli 939/1k nömrəli əmrlərin nömrələrində olan "/1K" əlavələri sübut edir. Belə ki, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2025-ci il tarixli əmrin nömrəsi "14-K"-dır. Onda sual olunur ki, kadr əmrlərinə aid olan bu əmrlər niyə başqa-başqa qaydalarla nömrələnir? Cavab isə ondan ibarətdir ki, saxtalaşdırılmaqla köhnə tarixə verilən əmrlərə eyni qayda ilə nömrə verilməsi artıq mövcud olan əmr nömrələrinin ardıcıllığını pozduğundan, nömrələrin sonluğuna / (drob) işarəsi, rəqəm və hərf artılır. Həmin əmrlərlə o, tanış edilməmiş, onların surətləri ona təqdim edilməmişdir. Qeyd etdiyi kimi, 1 il müddətinə olan əmək müqavilələrindən fərqli olaraq 3 aylıq bağlanan əmək müqavilələri tərəfindən nə imza, nə də elektron formatda təsdiq olunmamışdır. Onun elektron şəxsi kabinetində cəmi 2 bildiriş vardır: “ƏMAS Bildiriş. xxxxxxx000210 nömrəli müqaviləniz xitam edilmişdir. xx.xx.2025 00:06:04" və "ƏMAS Bildiriş. Hörmətli Vətəndaş, K.Y.FƏRƏCOWDİNA ELMİ-TƏDQİQAT PEDİATRİYA İNSTİT X15 tərəfindən tartib edilmiş xxxxxxx000210 nömrəli müqavilə təsdiq üçün təqdim edilib. Münasibət bildirməyiniz xahiş olunur. xx.xx.2024 12:29:01". xx.xx.2025-ci il tarixli bildiriş elektron sistemə saat 00:06:04-da yerləşdirilmişdir. Çox maraqlıdır ki, gecə saat 1-ə 06 dəqiqə işləmiş cavabdehin hansı kadrlar üzrə elektron imza səlahiyyətinə malik məsul işçisi hələ də iş başında olaraq gecə növbəsində işləyir? xx.xx.2024-cü il tarixli bildirişdə göstərilənlərə tərəfindən hər hansı bir münasibət bildirilməyib və tərəfindən təsdiq olunmayıb. Göründüyü kimi, nə xxxxxxx000210 nömrəli müqavilə, nə də ona əlavə və dəyişikliklər tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, o, fəlsəfə elmləri doktorudur, Elmi şuranın üzvü və uşaq ölümlərini araşdıran ekspert qrupunun üzvüdür. Məhkəmənin işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün onun və cavabdehin elektron səhifələrinə daxil olaraq həmin məlumatları əldə etməyə texniki imkanı olsa da, bunu etməm işdir. Göstərilənlərdən göründüyü kimi, yuxarıda qeyd olunan əsaslar hazırki qətnamənin ləğv edilməsi üçün əsas verir. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin əmək qanunvericiliyinin tələbləri pozulmaqla həyata keçirilməsinə baxmayaraq, məhkəmə istinad edilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə işdə iddia tələblərinin təmin edilməsinə əsas verən bir sıra mühüm halların və tərəfindən təqdim edilmiş sübutların, o cümlədən əmək müqavilələrinin əmək qanunvericiliyin tələbinə uyğun olaraq forma və məzmun baxımından tərtib edilmədiyinə, onların bağlanılması üçün zəruri olan prosedur qaydalarına tam əməl olunmadığına baxmayaraq, işə birtərəfli yanaşmış, iddianın təmin olunmamasına dair səhv hüquqi nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixl i iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Səhiyyə Nazirliyinin nümayəndəsi X7 əmək qanunvericiliyinə əsasən dövlət müəssisələrində çalışmanın yaş həddinin 65 yaş olduğunu, iddiaçının elmi işçi olmadığını, əmək müqaviləsinə əsasən həkim kimi işə qəbul olunduğunu bildirmiş, əmək qanunvericiliyində çalışmanın yaş həddinə çatmış işçinin müqavilə müddətinin uzadılmasının işəgötürənin diskresion səlahiyyəti olduğunu qeyd etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3741/2025 nömrəli, 2 okyabr 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Fuad Talışinski-sədrlik edən və məruzəçi, Azad İmanov və Məmməd Məmmədov).
26. Məhkəmə kollegiyası apellya siya şikayətinin dəlillərini əsassız sayaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “K.Y.Fərəcova adına X3” X11 xx.xx.2024-cü il tarixli 939/1K nömrəli əmrinə əsasən uşaq cərrahiyyəsi şöbəsinin uşaq cərrahı İddiaçı ilə bağlanmış əmək müqaviləsi üç ay müddətinə tərəflərin razılığı əsasında xx.xx.2024-cü il tarixindən xx.xx.2025-cü il tarixinə kimi uzadılmış və xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişinə əsasən xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixində bitməsi, bununla əlaqədar olaraq “K.Y.Fərəcova adına X3” X15 ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən etibarən xitam verilməsi ilə bağlı xəbərdar edilmişdir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər ki, bu uzatmaları iddiaçı mübahisələndirməmişdir. Mübahisə predmeti kimi iddia edilməyən məsələlərin prosessual qanunvericiliyin tələbləri baxımından müzakirə edilməsi yolverilməzdir.
28. Dövlət müəssisələrində çalışmanın yaş həddinin 5 ildən artıq uzadılmasına yol verilmədiyi halda, iddiaçının Elm, səhiyyə və təhsil sahələrinin inkişafında xidmətləri nəzərə alınmaqla çalışma müddəti Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq, 3 il əlavə uzadılmışdır. xx.xx.2025-ci il Sə hiyyə Nazirliyi tərəfindən "X3” X12 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba cavabda qeyd edilmişdir ki, istehsalat zərurətini və sertifikasiyadan keçdiyini nəzərə alaraq yeni işçi təyinat olunana qədər həkim-uşaq cərrahı İddiaçı Məhəmmədsadıq oğlunun çalışma müddətinin 1 il müddətinə uzadılmasına etiraz edilmir. 31 yanvar 2025-ci il tarixli 9-T310125 nömrəli iş yerinə göndərişdən də görünür ki, Mərkəzi Klinikanın rezidenturasını uşaq cərrahiyyəsi ixtisası üzrə 2024-cü ildə bitirmiş həkim-mütəxəssis X8 “K.Y.Fərəcova adına Elmi - X6“ - uşaq cərrahiyyəsi şöbəsinə həkim uşaq cərrahı vəzifəsinə sərəncama göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Səhiyyə Nazirliyinin nümayəndəsi isə iddiaçının dəlillərinin əsaslılığına dair müsb ət mövqe bildirməmişdir.
29. Kollegiya ilk növbədə nəzərə almışdır ki, qanun Əmək Məcəlləsinin 10-1-ci maddəsinə istinadən çalışma müddətinin uzadılmasını dövlət orqanının rəhbərinin vəzifəsi olaraq deyil, hüququ olaraq müəyyən etmişdir. Dövlət orqanının rəhbəri iddiaçının çalışma müddətinin uzadılmasını məqsədəmüvafiq hesab etməmişdir. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunla nəzərdə tutulan bütün əsaslar mövcud olmuş və işəgötürən öz hüququndan istifadə edərək onunla əmək münasibətlərinə xitam vermişdir.
30. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 42.1, 70-ci maddənin e bəndi, 10-1.1, 10-1.2, 10-1.3, 10-1.2, 10-1.6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 180 nömrəli qərarına istinad etməklə əsaslandırmışd ır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işin hərtərəfli və obyektiv araşdırılması üçün onun və cavabdehin elektron səhifələrinə daxil olaraq bütün məlumatları əldə etmə imkanı olsa da, bunu etməmişdir.Məhkəmə kollegiyası təqdim etdiyi sübutları cavabdehin xeyrinə səhv şərh edərək subyektiv mövqe sərgiləmişdir.
33. Kassator şikayətini Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə, 4-cü maddəsinin 3-cü hissəsinə, 7-ci maddəsinin 2-ci, 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissə lərinə, 73-cü maddəsinin 1 hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 265 nömrəli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
35. Maddə 7 (hissə 2). Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır.
36. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
37. Maddə 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
38. Maddə 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.
39. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
40. Maddə 70.Bənd e. Əmək müqaviləsi işəgö türən tərəfindən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 180 nömrəli qərarı: “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları qismində aşağıdakılar nəzərdə tutulmuşdur: -1.1. Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə; -1.2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə; -1.3. işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması; -1.4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması; -1.5. Dövlət mükafatı laureatı olma sı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
51. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsa slandırma ilə razılaşır.
53. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3741/2025 nömrəli, 2025-ci il 2 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.