Məhkəmə qərarları › İş №2(102)-4065/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4065/2025

04.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4065/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X16rşı iş üzrə QƏRARI (Açar sözlər: işə bərpa, əmrin ləğvi (Əmək Məcəlləsi 70-ci maddəsinin “ç” bəndi ilə), məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X16rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4834/2025 nömrəli, 2025-ci il 16 sentyabr tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2020-ci ildən “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X20 istehsalat təlim ustası vəzifəsində işləmişdir.

2. Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr Məmmədov Hümbət, Aslanov Həmzə, Nəsibov Zaur, Əhmədli Eşqin, Dadaşov Hüseynbala, Əhmədli Eşqin, Dadaşov Hüseynbala, Əhmədzadə Səbuhi, Mirzəyev Ümüd, Şirinov Sabir, Aslanov Həmzə və İsgəndərova Aygün tərəfindən Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini m üvəqqəti icra edən direktor müavini Əlağa Kərimova ünvanladıqları müraciətdə İddiaçı barəsində narazılıqlarını və şikayətlərini bildirmişlər. 3. “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X28 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, ******* nömrəli, 3-cü kurs “Kompüterlərin təmiri və xidməti üzrə texnik” ixtisası üzrə təhsil alan qrupun istehsalat təlimi ustası İddiaçı tələbələrdən istehsalat təcrübəsinə görə pul tələb etmiş, bununla bağlı rəhbərlik tərəfindən araşdırılma aparılmışdır. İddiaçı rəhbərliyin otağına dəvət olunmuş, o öz səhvini etiraf etmiş və şifahi üzr istəmişdir. 4. “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X28 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, ******* nömrəli, 3-cü kurs “Kom püterlərin təmiri və xidməti üzrə texnik” ixtisası üzrə təhsil alan qrupun istehsalat təlimi ustası İddiaçı tələbələrin rəhbərliyə yazdığı məlumatda və səs yazılarında qeyd olunduğu kimi, istehsalat təcrübəsinə görə pul tələb etməsi daxili intizam komissiyasında müzakirayə çıxarılmışdır. İddiaçı Sadiq qızının tələbələrin rəhbərliyə yazdığı məlumatda və səs yazılarında qeyd olunduğu kimi, istehsalat təcrübəsinə görə pul tələb etməsi daxili intizam komissiyasında müzakirəyə çıxarılmışdır. İddiaçı pul tələb etməsi məsələsi araşdırılması üçün nəzarətə götürülmüşdür. Məsələ tam araşdırılıb hüquqi qiymət verilənə qədər tələbələrə psixoloji təsir etməmək, tədris binasının daxilində hay-küy salaraq tədris prosesini pozmamaq məqsədi ilə İddiaçı müvəqqəti olaraq xx.xx.2025-ci il tarixdə qrupdan kəna rlaşdırılmış və tədris binasına buraxılmamışdır. 5. “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X21 daxili intizam komissiyasının xx.xx.2025-ci il tarixli, 01 nömrəli protokoldan görünür ki, İstehsalat təlimi ustası İddiaçı tələbələrdən istehsalat təcrübəsinə görə pul yığılmasının müzakirəsi aparılmış, İddiaçı məsələ tam araşdırılıb hüquqi qiymət verilənə qədər müvəqqəti olaraq qrupdan kənarlaşdırılması, bütün sənədlər araşdırılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilməsi, İddiaçı qrupu müvəqqəti olaraq istehsalat təlimi ustası Xəyalə Soltanovaya tapşırılması və bu məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat verilməsi qərara alınmışdır. 6. “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X21 Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli 10 nömrəli iclasın Protokoluna əsasən, İddiaçı ilə bağlınmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. 7. “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X21 K-46 nömrəli 14 fevral 2025-ci il tarixli əmrinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədikdə) xx.xx.2025-ci il tarixdən onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Əmrin ləğv edilməsinə əsas: Mərkəzin ******* nömrəli qrup tələbələrinin məlumatı, Daxili İntizam Komissiyasının 01 nömrəli, xx.xx.2025-ci il tarixli protokolu, Həmkarlar İttifaqı Komitəsinin 10 nömrəli, xx.xx.2025-ci il tarixli protokolu, akt və X5 Komitəsinə göndərilən təqdimat. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli K-46 nömrəli, əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X20 istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi, əmək kitabçasında xx.xx.2025-ci il tarixli K-46 nömrəli əmrin ləğv edilməsi ilə bağlı qeydin əlavə edilməsi, eyni zamanda hüquqlarının bərpası üçün çəkdiyi, 330 manat hüquqi yardıma görə və 100 manat məhkəməyə müraciət üçün çəkdiyi xərclərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini işin yuxarıda qeyd ol unan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, işlədiyi müddət ərzində vəzifə funksiyalarını layiqincə yerinə yetirmiş, hər hansı intizam tənbehinə məruz qalmamış, əksinə müxtəlif vaxtlarda yazılı və şifahi təşəkkürlər almışdır. Cavabdeh idarə verdiyi xx.xx.2025-ci il tarixli K-46 nömrəli əmr Əmək Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə sənədləşdirilmişdir. Ümumiyyətlə cavabdeh bu prosesi Əmək Məcəlləsinin tələblərinə hər hansı məhəl qoymadan öz bildiyi formada idarə etmişdir. İlk növbədə iddiaçı hər hansı əsas olmadan işdən kənarlaşdırılmış və xx.xx.2025-ci il tarixində əmək funksiyalarımı icra edə bilməmişdir. 84-cü maddəsinin 5-ci və 6-cı abzaslarına əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsas la əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Halbuki əmrdə ümumi qaydada 70-ci maddənin ç bəndinə istinad edilmiş, 72-ci maddəyə isə ümumi formada göndərilmə verilmiş, lakin işçini əmək funksiyalarının icrasında yol veridiyi pozuntunun konkret nədən ibarət olması haqqında konkret bir əsaslandırma əksini tapmamışdır. Əmək Müqaviləsinə xitam verilməsi zamanı Məcəllənin digər tələbləri də pozulmuşdur. Belə ki, əmrin surəti yalnız vəkili tərəfindən rəsmi sorğu verildikdən sonra ona təqdim edilmiş, son haqq-hesab 4 gün gecikmə ilə xx.xx.2025-ci ildə ödənilmiş, əmək kitabçası isə hələ də təqdim edilməmişdir. Bundan əlavə iddiaçı qanuni əsas olmadan işəgötürənin mülahizəsi əsasında işdən kənarlaşdırılmış və əmək müq aviləsinin qüvvədə olduğu müddətdə iş yerinə daxil ola bilməmişdir. Digər tərəfdən, əmək müqaviləsinə xitam verilən gün sağlamlıq vəziyyəti ilə əlaqədar əmək funksiyalarımı yerinə yetirə bilməmiş və bununla əlaqədar həkim arayışı da əldə etmişdir.

10. Məhkəmə iclasında iştirak edən şahid X17 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X20 təhsil alan X7 atası olduğunu, İddiaçı heç bir narazılıqlarının olmadığını, bu günədək də uşaqlara mehriban və peşəkar yanaşdığını, ərizəni oğlunun yazmadığını, yazsa belə təsirə məruz qaldığını bildirmişdir.

11. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X20 təhsil alan Mirzəyev Ümüdün anası olduğunu, İddiaçı heç bir narazılıqlarının olmadığını, bu günədək də uşaqlara mehr iban, peşəkar yanaşdığını, ərizəni oğlu təsirə və digər tələbələrin təsirinə məruz qalaraq yazdığını bildirmişdir.

12. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X20 Həmkarlar İttifaqının katibi olduğunu, İddiaçı müəllim yoldaşı olaraq tanıdığını, İddiaçı ilə bağlı iclas 14 fevral 2025- ci il tarixində keçirildiyini, tələbələr İddiaçı şikayət etdiklərini, onlar da bu məsələni aydınlaşdırmaq məqsədi ilə iclas təşkil etdiklərini, tələbələrin səs yazısını da dinlədiklərini, səs yazılarında konkret pul tələb etmə faktının öz əksini tapdığını, İddiaçı bunu etiraf etmədiyini bildirmişdir.

13. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X20 Həmkarlar İttifaqının üzvü olduğunu, 13 və 14 fevral 2025-ci il tarixlərində günün birinci yarısında iclas təşkil etdiklərini, İddiaçı ilə müzakirə apardıqlarını, iclasın gündəliyində İddiaçı tələbələrdən hər hansı məvacibin toplanması olduğunu, tələbələr təcrübə üçün gənclər evinə getmələrinə görə məvacib toplandığını, sədrlərinin yığılan məvacibin tələbələrə geri qaytarılmasını təklif etdiyini, ilk dəfə təcrübə proqramı üçün məvacib toplanması ilə rastlaşdığını, iddiaçını 2019-cu ildən bəri tanığını, ümumi olaraq yaxşı müəllim olduğunu və belə bir halnan rastlaşan zaman cox təəcübləndiyini bildirmişdir.

14. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində 2024-cü ilin sentyabr ayından “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X20 Həmkarlar İttifaqının üzvü olduğunu, İddiaçı əvvəldən tanımadığını, kollektivdə n ecə biri olmağı ilə bağlı məlumatı olmadığını, 14 fevral 2025-ci ildə günün birinci yarısında iclas təşkil edildiyini, iddiaçıdan pulları tələbələrə geri qaytarılmasını təklif edildiyini, lakin İddiaçı bu təklifi qəbul etmədiyini, iddiaçının həmin iclasda iştirak edərək, şikayətləri qəbul etmədiyini, bununla bağlı şəxsən hər hansı araşdırma aparmadığını və iddiaçının işdən kənarlaşdırılmasına razılıq verilməsi ilə bağlı təyziq olmadığını bildirmişdir.

15. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində 2024-cü ilin sentyabr ayından “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X20 Həmkarlar İttifaqının üzvü olduğunu, İddiaçı tanığını, tələbə yoldaşı olduqlarını, kollektivdə mehriban biri olduğunu, nüfuzunun yaxşı olduğunu, 14 fevral 2025-ci ildə günün birinci yarısında iclas təşk il edildiyini, iclasda 1 sədr, 4 üzv və İddiaçı iştirak etdiyini, iclasın gündəliyində İddiaçı tələblələrdən pul tələb etməsi olduğunu, əvvəl iddiaçı barəsində belə bir şikayət olmadığını və ilk başda eşidəndə inanmadığını bildirmişdir.

16. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X20 Həmkarlar İttifaqının sədri olduğunu, 2024-cü ilin iyun ayında Həmkarlar İttifaqına yenidən seçildiyini, İddiaçı mərkəz yaranandan bəri tanıdığını, iddiaçının hər kəslə münasibətinin normal olduğunu, 14 fevral 2025-ci il tarixdə iclas təşkil edildiyini, iclasın gündəliyində rəhbərliyin məktubunda göstərilən, tələbələrdən istehsalat təcrübəsinə əsasən pul tələb etməsi məsələsi müzakirə edildiyini, həmçinin pul tələb etməsi də sübut edildiyini, şifa hi qaydada üzr istəməsi də qeyd edildiyini, iclasda bir neçə tələləbinin yazdığı məlumatlar, səs yazılarının araşdırıldığını, pul verilməsə tələbələrin imatahana buraxılmayacağı faktı öz əskinin tapdığını, əvvəl də iddiaçı ilə bağlı şikayətlər olduğunu, lakin rüşvət məsələsi ilə bağlı ilk dəfə şikayət daxil olduğunu bildirmişdir.

17. Məhkəmə iclasında iştirak edən şahid X18 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X20 təhsil alan tələbə olduğunu, 1-ci və 2-ci kursda İddiaçı ustaları olduğunu, onlardan fond düzəltmək, sinif üçün ləvazimat almaq, öz mənafeyi üçün pul tələb etdiyini, 3-cü kursda imtahana yaxın pulu tələb etdiyini, 3-cü kursda onlara dərs keçmədiyini, ondan pul almadığını, bu günədək gənclər evində təcrübə üçün 30 manat, ümumilikdə isə 50 manat pul ald ığını və təxminən tələbələrdən 2000-2400 manat pul aldığını bildirmişdir.

18. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X20 təhsil alan tələbə olduğunu, İddiaçı onların 3 ildir ki müəllimələri olduğunu, iddiaçının ondan pul tələb etdiyini, onlara qaib yazılmamasından ötrü pul tələb etdiyini, 3 il aralıqla onlardan pul tələb etdiyini, imtahan üçündə 300 manat pul tələb etdiyini, 1-ci kursda hər ay 100 manat, 2-ci kursda 80 manat, 3-cü kursda 60 manat pul verdiklərini, dəvamiyyətdə problem yarandığı üçün pul tələb etdiyini, ərizəni 2025-ci ilin fevral ayında yazdıqlarını, digər tələbələr qorxduqlarından ərizə yazmadıqlarını,Yeganə müəllimənin təqribən 2000 manatdan çox pul aldığını və ona verdiyi pulları geri istədiyini bildirmiş dir.

19. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X20 təhsil alan tələbə olduğunu, İddiaçı onların 3 ildir ki müəllimələri olduğunu, İddiaçı ondan dərsə gəlməməklə bağlı 100 manat, imtahanla bağlı 300 manat tələb etdiyini, 2025-ci ilin fevral ayında maddi vəziyyəti yaxşı olmadığı üçün ərizə yazdığını, ərizədə 1-ci kursdan bəri olan bütün hadisələri yazdığını, 1-ci kursda hər ay 100 manat, 2-ci kursda isə 80 manat pul verdiyini, gənclər evində təcrübə proqramı üçün 10 manat pul veridiyini, daha sonra gənclər evində başqa tələbələr və rəhbərliyindən soruşan zaman pul verilməsinin zəruri olmadığını öyrəndiyini bildirmişdir.

20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 may 2025-ci il tarixli, 2(008)-3644/2025 nömrəli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia rədd edilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci ildən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X20 istehsalat təlim ustası vəzifəsində işləmişdir. Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin K46 nömrəli 14 fevral 2025-ci il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədikdə) xx.xx.2025-ci il tarixdən onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək 14 fevral 2025-ci il tarixli əmrinin qanunsuz olduğundan ləğv edilməsini məhkəmədən xahiş etsə də, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən işəgötürə n tərəfindən müqaviləni ləğv edilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmış və həmin normalara tam riayət olunmuşdur. İddiaçı iddia tələbi ilə bağlı əsaslandığı xüsusatlar məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlar ilə (şahid ifadələri, səs yazısı ilə) tam təkzib olunmuşdur. Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin K-46 nömrəli 14 fevral 2025-ci il tarixli əmri verilərkən heç bir qanun pozuntusuna yol verilmədiyindən, iddiaçı ondan əvvəlki müqavilələrin bərpa edilməsini tələb etməkdə haqlı olmamışdır.

22. Bundan başqa məhkəmə iddia tələbinin işə bərpa edilmə və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədər ki, iddia tələbinin birinci hissəsi təmin edilməmişdir, iddia təl əbi bu hissələrdə də təmin edilə bilməz.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

24. İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddianın rədd edilməsinə əsas kimi konkretlikdən uzaq şəkildə, sadəcə ümumi olaraq iş materiallarına istinad etmiş və birtərəfli şəkildə iddiaçının hərəkətlərində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinin pozulduğu qənaətinə gəlmişdir, bu n əticəyə gəlmək üçün konkret nəyə əsaslandığını qeyd etməmişdir. Eyni zamanda, iddiaçının cavabdehin normal iş ahəngini pozması ilə bağlı gəlinən nəticə də iş materiallarına əsaslanmamaqla, kobud ümumiləşdirmə xarakteri daşıyır, çünki məhkəmədə verilmiş şahid ifadələrində aparılan araşdırmanın cavabdehin iş ahəngini pozması ilə bağlı hər hansı ifadə mövcud deyil, eyni zamanda məhkəmə prosesi zamanı şahidlərin ifadəsində cavabdehin onlara təsir etməsi açıq-aşkar qeyd edilmişdir. Məhkəmə, iş üzrə cavabdehin əmri verərkən yol verdiyi pozuntulara məhəl qoymamaqla cavabdeh tərəfindən verilən əmrin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərini pozmaqla verilməsi faktını nəzərdən qaçırmış, eyni zamanda əmrin qeydiyyatında yol verilən pozuntuya diqqət ayırmamışdır. Belə ki, məhkəmənin təşəbbüsü il ə cavabdehin əmrlər kitabı məhkəməyə gətirilmiş, əmrin həmin kitabdakı nömrəsi ilə, iddiaçının vəkilinə rəsmi qaydada təqdim edilmiş əmrlərin (niyə iki əmrin tərtib olunması isə digər diqqətçəkən məqamdır) nömrələrinin uyğun gəlməməsi faktı aşkar edilmiş, lakin məhkəmə qərar verərkən bu məqama ümumiyyətlə diqqət ayırmamışdır. Digər bir məsələ, məhkəmənin əmək hüququnun publik xarakteri ilə bağlı olaraq əmək müqaviləsinə xitam verilməsi əmrinin əsaslandırılmasının və bu zaman Əmək Məcəlləsinin konkret maddəsi (72-ci maddə) üzrə müəyyən edilmiş imperativ siyahıya əsaslanmanın cavabdehin öhdəliyində olması ilə bağlı hala ümumiyyətlə hər hansı fikir bildirmədən, sadəcə işdə cavabdehin xeyrinə ifadə verən şahidlərin ifadələrinə əsaslanmaqla işi birtərəfli araşdırmasıdır və sübutlara kompleks ya naşmamasıdır. İş üzrə şahid ifadələrindəki ziddiyyətlər, şahidlərin bir qisminin cavabdehin iddialarını müdafiə etməsi, digər şahidlərin isə iddiaçının mövqeyini təsdiqləməsi məsələsi də məhkəmənin diqqətindən yayınmış, iş üzrə qərar verərəkən yalnız cavabdehin iddialarını təsdiq edən ifadələr əsas götürülmüşdür. Məhkəmə iddiaçının tələblərinin işdə olan sübutlarla (şahid ifadələri və səs yazıları) ilə təkzib edildiyini qeyd edir, lakin bu qeyddən məlum olur ki, məhkəmə işi səthi araşdırmışdır. Belə ki, ilk növbədə, şahidlərin ifadələrində iddiaçının xeyrinə ziddiyyət var, digər tərəfdən isə məhkəməyə təqdim edilmiş səs yazılarında iddiaçının öz xeyri üçün hər hansı pul vəsaiti tələb etməsi halı mövcud deyildir. Digər məqam isə, məhkəmənin əmrin iddiaçının xəstəlik səbəbi ilə işdə olmadığı gündə verilməsi, həmçinin cavabdehin yalnız şifahi mülahizə əsasında və Əmək Məcəlləsində qeyd edilmiş qayda nəzərə alınmadan işçini işdən kənarlaşdırmasıdır. Göründüyü kimi, işçiyə qarşı ciddi bir qərəz formalaşmış və bu proseslərin yekunu olaraq onun barəsində qanunsuz və əsassız əmr verilmişdir. Məhkəmə isə işə kompleks yanaşaraq bütün sübutları bir-biri ilə əlaqəli qiymətləndirmək əvəzinə yalnız cavabdehin xeyrinə olan ifadələri əsas götürməklə qanunsuz qətnamə qəbul etmişdir.

26. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4834/2025 nömrəli, 16 sentyabr 2025-c i il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tələbələrdən bir qismi iddiaçının onlardan əvvəlki tədris ilində, eləcə də 2025-ci ilin yanvar-fevral aylarında pul tələb etməklə, onlara hədə-qorxu gələrək, müxtəlif məbləğlərdə pul almışdır. Bu hallar tələbələr tərəfindən cavabdehə ünvanlanan müraciətlərlə, həmçinin şahid ifadələri ilə öz təsdiqini tapmışdır.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili kimi göstərilmiş şahid ifadələri arasındakı ziddiyətə münasibətdə qeyd etmişdir ki, ziddiyyət təşkil edən ifadələr məlumat verən tələbələr deyil, onl arın valideynləri tərəfindən verilmişdir.

30. Şahid qismində izahatı alınmış tələbələr daha əvvəl verdikləri məlumatları təsdiq etmişlər, məhkəmə araşdırması zamanı onlara hər hansı təsir edilməsi, bu cür məlumat verməyə məcbur edilmələri müəyyən edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının hərəkətləri barədə cavabdehin daxili intizam komissiyası tərəfindən xx.xx.2025-ci il tarixdə iclası keçirilmiş, xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən həmkarlar ittifaqı komitəsinə müraciət edilmiş və xx.xx.2025-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsinə dair komitənin razılığı alınmışdır. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli iclasında iddiaçı şəxsən iştirak etmişdir. Əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir.

31. Bundan başqa, iddiaçı əmək qabiliyyətinin olmamasına dair ******* nömrəli SN 00008 seriyalı vərəqə təqdim etsə də, kollegiya bu halı qəbul etmir. Belə ki, vərəqədən görünür ki, iddiaçı 14 fevral 2025-ci il tarixdə “KRX”- X6 yoluxmuşdur. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçı işlədiyi qurumda barəsində çağırılmış 12 fevral 2025-ci il tarixli iclasda iştirak etmişdir. Bundan sonra 14 fevral 2025-ci il tarixdə keçirilən həmkarlar ittifaqı komitəsinin iclasında da şəxsən iştirak etmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi, 71, 80.1, 189.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiy a şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (vəkil X8) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, xəstəlik vərəqəsi işəgötürən və ya hər hansı üçüncü şəxs tərəfindən mübahisələndirilməmişdir. Lakin buna baxmayaraq apellyasiya instansiya məhkəməsi həmin xəstəlik vərəqəsini heç bir əsas olmadan şübhə altına almış, maddi hüquq normasını kobud şəkildə pozmuşdur. Həmin hissədə məhkəmə öz qətnaməsini guya iddiaçının hansısa iclasda iştirakını qeyd etməsi ilə əsaslandırmışdır. Halbuki, iddiaçı həmin ic lasda ümumiyyətlə iştirak etməmiş, iştirak etsə idi, belə bu hal onun əmək qabiliyyətini itirməsi faktına hər hansı formada təsir etmir. Bu səbəbdən məhkəmə qanunvericiliyin imperativ normasını təhrif etməklə işə tətbiq etmiş, nəticədə, qanunsuz qətnamə qəbul etmişdir.

35. Bundan başqa, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 01 saylı protokolda iştirakı olmadığı halda qanunsuz olaraq iddiaçının adı qeyd edilmiş, tam qanunsuz olaraq həmkarlar ittifaqına ünvanlanan xx.xx.2025-ci il tarixli 52/25 nömrəli məktubda idiaçının “səhvi”ni etiraf etdiyi göstərilmişdir. Lakin iş materiallarında olan sübutlardan aşkar şəkildə görünür ki, iddiaçı nə həmin iclasda iştirak etmiş, nə hər hansı sənəddə onun imzası olmuş, nə də qeyd edilən hallardan məlumatlı olmuşdur. Əgər həqiqətən də iddiaçı hə min tarixdə iclasda iştirak etsə idi, o halda nəyə görə “142” qaynar xəttinə şikayət edərək həmin gün işə buraxılmadığı barədə şikayət edərdi? Görünür ki, apellyasiya məhkəməsi qeyd edilən halları araşdırmadan, səthi şəkildə qərar qəbul etmişdir. Çünki müvafiq protokolun “qərara alındı” hissəsində materialların prokurorluğa göndərilməli olması qeyd edilsə də, məhkəmə iddiaçını cinayətdə ittiham edən faktların araşdırmasının nəticəsini müəyyən etmədən necə əmrin qanuni olması qənaətinə gələ bilərdi? Qeyd edilən səbəbdən apellyasiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz olmaqla iddiaçının konstitusion hüquqlarının kobud şəkildə pozuntusuna gətirib çıxarır. Ona görə də həmin qətnamə ləğv edilməklə iş yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.

36. Həmçinin maddi h üquq normasının tələbinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçdikdən, törədildiyi gündən isə altı ay keçdikdən sonra verilə bilməz. Lakin məhkəmə ehtimal edilən pozuntu hallarının əvvəlki illərə aid olduğunu belə araşdırmadan qanunsuz qətnamə qəbul etmişdir. Əmək müqaviləsinin işçinin pozuntusuna görə ləğv edilməsi intizam tənbehlərindən biri kimi qanunvericilikdə öz əksini tapmışdır. Bu baxımdan məhkəmə məhz ehtimal edilən pozuntu faktının hansı tarixdə baş verməsini araşdırmalı, ehtimal edilən pozuntu faktlarının baş vermə anını dəqiqliklə müəyyən etməli və buna uyğun müvafiq əmrə hüquqi qiymət verməli idi.

37. Məhkəmə iş üzrə yeganə sübut kimi nəzərdən keçirilən şahid ifadələri arasındakı zidiyyəti araşdırmamış, mə lumatların hər hansı faktiki və real əsaslarının olmasını yoxlamamış və onlara hüquqi qiymət verməmişdir. Çünki məhkəmə iclasında şahidlər iddiaçının hər hansı pozuntu törətməsini inkar etmişdir. Göründüyü kimi məhkəmə prosessual hüquq normalarının tələblərini pozmuş, tərəflərin bərabərliyi prinsipinə zidd qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyşdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

39. Maddə 70, «ç» bəndi. İşçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxu d bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

40. Maddə 71, 2-ci və 3-cü bəndləri. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

41. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.

42. Maddə 80, 1 və 2-ci hissələri. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1- ci hiss əsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

43. Maddə 189, 2-ci hissə. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.

1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə ş ikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnam ə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hü quqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

54. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq v ə təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPMin 76.2 və 217.4-cü maddələrinə, habelə “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, şəxsi izahatlar və qohumluq əlaqəsi olan şahid ifadələri yalnız obyektiv sübutlarla dəstəkləndikdə hüquqi qüvvəyə malik hesab oluna bilər. Məhkəmə kollegiyası şahid ifadələrinə düzgün qiymət verməmiş, MPM-nin 88-ci maddəsinin pozuntu suna yol vermişdir.

56. Məhkəmə tərkibi eyni zamanda xəstəlik vərəqəsinin mövcud olsa da, iddiaçı işlədiyi qurumda barəsində çağırılmış 12 fevral 2025-ci il tarixli iclasda iştirak etmişdir. Bundan sonra 14 fevral 2025-ci il tarixdə keçirilən həmkarlar ittifaqı komitəsinin iclasında da şəxsən iştirak etmişdir.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəmə sinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4834/2025 nömrəli, 2025-ci il 16 sentyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar