Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4046/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ailə, X16 X12 Komitəsinin Ağdam Uşaq və X3rşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev iddiaçı Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2025-ci il tarixli, 2(104)1291/2025 nömrəli qətnaməs indən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 02 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X4 sosial iş üzrə mütəxəssis, 30 iyun 2021-ci ildə sosial pedaqoq vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikasının Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X4 07 yanvar 2025-ci il tarixli, 3-30-2/3-1-1/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Mərkəzin sosial pedaqoqu İddiaçı 06 yanvar 2025-ci ildə vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci ins tansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 07 yanvar 2025ci il tarixli, 3-30-2/3-1-1/2025 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, cavabdeh Mərkəzdə sosial pedaqoq vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 01 noyabr 2020-ci ildən Azərbaycan Respublikasının Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X5 sosial pedaqoq işləyir, işlədiyi müddətdə öz işinin öhdəsindən həmişə layiqincə gəlmiş, barəsində hər hansı intizam cəzası olmamışdır. Cavabdeh Mərkəzin direktoru XXXnın 07 yanvar 2025-ci il tarixli, 3-302/3-1-1/2025 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 0-ci maddəsinin “ç” bəndinə əsasən işçi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əsası ilə) iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəf heç bir hüquqi əsas olmadan iddiaçının əmək müqaviləsinə xitam vermişdir. İddiaçı iş vaxtı ərzində bilavasitə iş yerində heç bir inzibati xətalara və ya cinayət əməlinə yol verməmişdir. İddiaçı qanunun tələbinə əməl etməklə mediasiya prosesində iştirak etmiş və bu barədə müvafiq arayış (protokol) təqdim edilmişdir.
5. Ağdam Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(013)-1212/2025 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia təmin edilərək, Azərbaycan Res publikasının Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X4 07 yanvar 2025-ci il tarixli 330-2/3-1-1/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X6 sosial pedaqoq vəzifəsinə bərpa edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verməsi barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İşəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilmiş əsas ların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
7. Həmçinin, İddiaçıla əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin tələbləri pozulmuşdur. Belə olan halda qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli əmr ləğv edilməli və iddiaçının Azərbaycan Respublikasının Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X6 sosial pedaqoq vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmalıdır.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 80, 294, 296 və 300-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh Azərbaycan Respublikasının Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X11 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərkəzin benifisiarları həssas qrupa aid olan ailələr və fiziki şəxslərdir, xüsusən də uşaqlardır. İddiaçının sosial pedaqoq olaraq hərəkətlərinə vaxtında düzgün hüquqi qiymət verilməməsi gələcəkdə daha çox hüquq pozuntularına gətirib çıxara biləcək faktorlardan biridir. Ailə, X16 X12 Komitəsi müvafiq sahədə (ailə, X16) vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Dövlət Komitəsinin tabeliyində olan mərkəz isə bu siyasəti həyata keçirən qurumlardan biridir. Maddənin birinci hissəsinə əsasən Mə cəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X8 Rayon Komitəsinin Ağdam Uşaq və X4 həmkarlar təşkilatının 06 yanvar 2025-ci il tarixində iclası keçirilmiş və 1 nömrəli Protokol tərtib edilmişdir. İclasın yekunu olaraq sosial pedaqoq İddiaçı vəzifə təlimatına uyğun olmayan azyaşlı qıza qeyri-etik davranışla təzyiq göstərməsi mərkəz əməkdaşları tərəfindən pislənərək onun işdən azad olunması qərarı verilmişdir. Ailə, X16 X12 Komitəsinin Kollegiyasının 15 aprel 2013-cü il tarixli 26-2 saylı Qərarı ilə təsdiq edilmiş “Ailə, X16 X12 Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və X11 əməkdaşlarının etik davranış Qaydalarına əsasən işçilərin etik davranış prinsiplərinə aşağıdakılar aiddir: -hər bir işçi etik davranışı və peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməli; -hər bir işçi ünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbərlə həmkarları və ya tabeliyində olan şəxslərlə davranışda nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalı; -hər bir işçi ölkənin, təmsil etdiyi qurumun nüfuzunu möhkəmlətməyə, işçi adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. İş materiallarından göründüyü kimi, iddiaçı öz hərəkətləri ilə qeyd olunan tələblərə riayət etməmiş və onun bu cür hərəkətlərinə məhkəmə tərəfi ndən müvafiq hüquqi qiymət verilməlidir. Təqdim edilmiş sübutlar təsdiq edir ki, iddiaçı etik davranış normalarını pozmuşdur. Azərbaycan Respublikasının Ailə, X16 X12 Komitəsinin Ağdam Uşaq və X11 ilə İddiaçı arasında 02 noyabr 2020-ci il tarixli əmək müqaviləsinin 3.3-cü bəndində deyilir: İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. İşin materiallarından göründüyü kimi İddiaçı tərəfindən istər Əmək Məcəlləsinin istərsə də, müqavilənin tələbləri kobudcasına pozulmuşdur. İddiaçı azyaşlıya qeyri-etik mesajların göndərilməsi, sosial pedaqoqun hüquqlarından sui-istifadəsi kimi qiymətləndirilməlidir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2025-ci il tari xli, 2(104)-1291/2025 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Mehtiyev və R.Muradov) cavabdeh Azərbaycan Respublikasının Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 2(013)-1212/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya kollegiyası qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin, eləcə də, Ailə, X16 X12 Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və X11 əməkdaşlarının etik davranış qaydalarının tələblərini pozaraq əmək funksiyasının lazımınca icra etməmişdir. Belə ki, İddiaçı x idməti vəfizəsindən istifadə edərək Whatsap proqramı vasitəsilə şəhid bacısı yetkinlik yaşına çatmayan şəxsə qeyri-etik təkliflər etmiş, yetkinlik yaşına çatmayan şəxsi, azyaşlını onunla etik olmayan söhbətə sövq etmişdir. Belə ki, iş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Whatsap proqramı yazışmalarından görünür ki, İddiaçı yetkinlik yaşına çatmayan şəxsə, azyaşlıya qeyri-etik suallar vermiş, yetkinlik yaşına çatmayan şəxsi, azyaşlını onunla qeyri-etik söhbətə sövq etməyə çalışmışdır. Bununla da, o, Azərbaycan Respublikasının Ailə, X16 X12 Komitəsinin sosial pedaqoq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol vermişdir.
13. Apellyasiya kollegiyası qeyd etmişdir ki, İddiaçı hərəkətləri onun işdən kənar həyat tərzi ilə bağlı olmamış, Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X4 təşkil etdiyi və iddiaçının xidməti vəzifəsi ilə əlaqədar iştirak etdiyi tədbirdə iştirak etməsi zamanı həmin tədbirdə iştirak edən azyaşlı uşağa qarşı olmuşdur. Onun hərəkətləri Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X4 və mərkəzdəki xidməti fəaliyyəti, həmçinin vəzifə səlahiyyətlərinin icrası zamanı törədilmişdir. Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X4 fəaliyyət istiqamətlərini, mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq, uşaq hüquqlarını müdafiə etmək, komitənin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin olunmasına dövlət nəzarəti vəzifələrini hə yata keçirməsini nəzərə alsaq, iddiaçının komitənin əməkdaşı kimi azyaşlı qıza qarşı xidməti mövqeyindən istifadə etməklə etdiyi hərəkətləri işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilənlər baxımından İddiaçı hərəkətləri Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X1i mənafeyinə ciddi xələl gətirən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhv kimi qiymətləndirilməlidir və işəgötürən, yəni Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X11 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur.
14. Apellyasiya kollegiyasının iclasında İddiaçı əvvəllər azyaşlı XXXnın bacısı XXX ilə münasibəti olmasını, azyaşlı XXX ilə onun böyük bacısı, yəni XXX bilib yazışmasını iddia etsə də, iş materiallarında olan Whatsap yazışmaları həmin halı təkzib edir. İş materiallarında olan Whatsap yazışmalarda iddiaçının azyaşlı qıza “balaca gözəl” deyə müraciət etməsi görünür. Məhkəmə iclasında araşdırma zamanı iddiaçının “balaca gözəl” deyə müraciət etməsinə səbəb kimi XXXnın balaca görünməsi ilə əlaqələndirmişdir. Lakin, kollegiya iddiaçının həmin dəlilini səmimi hesab etməmişdir. Bundan başqa, iş materiallarında olan Whatsap yazışmalarında İddiaçı azyaşlı qıza “məktəbdə uşaqlar görməz ki? Mənə yazdığını” ifadəsini yazmışdır. Məhkəmə kollegiyasında isə azyaşlı XXXnın böyük bacısı XXXnın 20-21 yaşlı gənc qız olması nəzərə alınsa iddiaçının məqsədinin məhz azyaşlı qızla münasibət qurmaq olması müəyyən edilir.
15. Birinci instansiya məhkəməsi İddi açıla əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmamasını, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərinin pozulmasını qeyd etmişdir. Bununla bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Həmçinin hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlaması zamanı tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər s übutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. Lakin, birinci instansiya məhkəməsində iş üzrə yalnız bir dəfə məhkəmə hazırlıq iclası keçirilmiş və hazırlıq iclasında tərəflərin iştirakı təmin edilməmiş, mülki iş kifayət qədər hazır olmadan məhkəmə iclasında baxılmağa təyin edilmişdir.
16. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş, Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X7 rayon Komitəsinin Ağdam Uşaq və X4 Həmkarlar təşkilatının 06 yanvar 2025-ci il tarixli 01 nömrəli protokolunun surətindən görünür ki, 29 dekabr 2024-cü il tarixdə saat 16:15-də Ailə, X16 X12 Komitəsi Ağdam Uşaq və X4 sosial pedaqoqu İddiaçı iş səlahiyyətini kobud pozması, şəhidin azyaşlı bacısına qeyri-etik mesaj lar yazması məsələsi müzakirə edilmiş, sosial pedaqoq İddiaçı vəzifə təlimatına uyğun olmayan azyaşlı qıza qeyri-etik davranışla təzyiq göstərməsi mərkəz əməkdaşları tərəfindən pislənmiş, onun işdən azad edilməsi qərara alınmışdır. Həmçinin telefon vasitəsilə İddiaçı həmkarlar təşkilatının iclasının yeri və vaxtı barədə məlumat vermişdir. Həmkarlar təşkilatının iclasının protokolu iclasda iştirak edən Mərkəzin direktoru XXX, baş mühasib XXX, sosial iş üzrə mütəxəssislər XXX, XXX, XXX, XXX, sosial pedaqoq XXX, xadimə XXX və sürücü XXX tərəfindən imzalanmışdır.
17. Məhkəmə iclasında iddiaçı tərəf məhkəməyə onun XXX, XXX, XXX, XXX, XXX ilə aralarında olan danışıqlar olan diski təqdim edərək, Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X7 rayon Komitəsinin Ağdam Uşaq və X4 Həmkarlar təşkilatının xx.xx.2025-ci il tarixli iclasında tərtib edilmiş protokolun saxtalaşdırıldığını, əslində protokolu imzalayan şəxslərdən XXX, XXX, XXX, XXX, XXXnın həmin iclasdan məlumatsız olmasını və protokolu imzalamamasını iddia etmişdir. Həmin halın araşdırılması üçün kollegiya tərəfindən həmin şəxslərdən X9 və X10 məhkəmə iclasında şahid qismində dindirilmişdir. X2 bildirmişdir ki, mərkəzin direktoru XXX xanım ona iclas olacağını bildirmiş, o da həmin iclasda iştirak etmişdir. O, iddiaçıla mobil telefon vasitəsilə danışan zaman ondan canını qurtarmaq üçün iclasda iştirak etmədiyini bildirmişdir. Həmçinin o, iddiaçıın başqa iclas barədə danışdığını düşünmüşdür. Şahid qismində dindirilmiş X10 isə izahat verib bildirmişdir ki, iclasdan sonra iddiaçıla telefon vasitəsilə danış mış, lakin yanında qonaqları olduğu üçün onun dediklərini təsdiqləyirmiş. O, həmin iclasda iştirak etmiş, belə ki, həmin iclasa sədrlik edən XXX xanım, katib isə o, olmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70, 72, 80.1, 80.2, 80.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 372.1, 372.6, 372.7, 384, 402.1-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə, X16 X12 Komitəsi haqqında Əsasnamənin 8.1, 8.1-1, 8.12-1-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 oktyabr 2025-ci il tarixli, 2(104)-1291/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “e” bəndi, 76-cı maddəsinin 2-ci hissəsi, 80-ci maddəsinin 1 və 2-ci hissələri, 84-cü maddəsinin 1-ci hissəsi, 300-cü maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəllənin 88, 106, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur.
21. Belə ki, şəhid anası iddiaçının onun böyük qızı ilə yazışmasını yanlış başa düşərək, kiçik qızı ilə yazışması kimi anlayaraq Ağdam RPŞ-nə şikayət etmişdir. Ağdam RPŞ-də şikayət əsasında araşdırma aparılmış və yekun qərara gəlinmişdir ki, həqiqətdə İddiaçı böyük qız ilə yazışmışdır. Şəhid ailələri ilə bağlı sənədlər lazım olduğu üçün böyük qızı ilə əlaqə saxlay ırmış. Daha sonra münasibətləri yaxşılaşmış, hətta onunla elçiliklə bağlı razılaşmışlar. Qızın ailəsinin bundan xəbəri olmamışdır. XXXgilin yaşadığı ev onun yaşadığı evə yaxındır. XXX ilə münasibətləri həmin vaxt 2-3 ay davam etmişdir. Hətta İddiaçı polis şöbəsində, Ağdam Rayon Məhkəməsində və Gəncə Apellyasiya Məhkəməsində izahat verərkən böyük qızla yazışarkən, kiçik qızın onun yanında olmasını bildirmişdir. İddiaçı niyyəti böyük qıza qarşı saf olmuş və ailə qurmaq istəmişdir. Həmkarlar İttifaqının iclası keçirilməmiş, yalnız sonradan formal protokol tərtib edilmiş və cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında bildirdiyi kimi, İddiaçı məlumat göndərilməmişdir, “çünki buna zərurət yoxdur”. İş üzrə şahidlər XXX, XXX, XXX, XXX, XXX ilə aralarında danışıqlar olan səs yazısı olan d isk məhkəməyə təqdim edilmiş və məhkəmədə həmin səs yazıları səsləndirilmişdir. Həmin disklər səsləndirilərkən XXX bildirmişdir ki, “o, XXX, XXX və XXX arasında gecə saat 11-də telefonla iclas keçirilmiş və özlərindən rəy tərtib edərək mənim barəmdə əmrin verilməsinə qərar vermişlər”. Həmkarlar təşkilatının iclası keçirilmədiyindən, adları iclasda qeyd edilən şəxslərin səs yazısından məlum olduğu kimi iclasda iştirak etməmələri, ümumiyyətlə iclasın keçirilməməsinə sübutdur. Əgər belə bir iclas keçirilmişdirsə, niyə həmin protokol Ağdam Rayon Məhkəməsində təqdim edilmirdi. Bundan başqa, iddiaçının iclasın keçirilməsi barədə məlumatlı olmağı zəruri olduğu halda, buna da əməl etməmişlər. İddiaçı himayəsində birinci qrup gözdən əlil, İ Qarabağ Müharibəsi iştirakçısı atası və ağır şəkər xəstəsi anası var. Onların heç birinin əmək qabiliyyəti yoxdur. Ailənin yeganə qazanc gətirənidir.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
23. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi ka ssasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafel ərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla i şəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakimə si çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertl ərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və cavabdehin apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir (bax bənd 12-18). Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
30. Kassasiya şikayətinin dəlilləri sübutların düzgün qiymətləndirilməməsindən, işin faktiki hallarının araşdırılmamasından ibarətdir ki, bu dəlillər formal mülahizələrdən ibarət olmaqla, qətnamənin ləğvi üçün əsas ola bilməz.
31. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyin ə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahi sələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2025-ci il i tarixli, 2(104)-1291/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mini