Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4130/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayətinin qeyri-mümükün hesab edilməsi (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2025-ci il tarixli 2(103)-401/2024 nömrəli qərardadından cavabdeh tərəfində n verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında 21 yanvar 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İş üzrə iddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış "xxxx" xitam verməsi barədə MMC-nin verdiyi əmrlərinin ləğv edilməsi, işə bərpa edilməsi, xx.xx.2022ci il tarixdən indiyə qədər onun xəbəri olmadan işdən azad olunub sonradan işə bərpa edilməsi arasında olan müddətin əmək stajına aid edilməsi, xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi icra olunan vaxta qədər əmək haqqının və gecikdirilmiş hər gün üçün 1 faiz cərimə hesablanaraq ödənilməsi, istifadə olunmamış məzuniyyət günlərini n hesablanaraq əvəzinin və mənəvi zərərin əvəzi olaraq 15.000 manat məbləğində pulun MMC-dən tutulara ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim İkin Rüstəmli) iddianın qismən təmin edilməsi, MMC ilə cavabdeh arasında bağlanılmış "xxxx" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və həmin tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövrün iddiaçının əmək stajına əlavə edilməsi, MMC ilə iddiaçı arasında bağlanılmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzif əsinə bərpa edilməsi, MMC tərəfindən iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 50 manat mediasiya xərcinin 25 manat hissəsinin cavabdehd MMC-ən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-401/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-1235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə apelly asiya baxışının predmeti olan hissədə ləğv edilmiş və həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməklə 1 iyul 2022-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixədək məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı olaraq 11.000 manat, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənilməli olan cərimə olaraq 35.205 manat, istifadə olunmamış məzuniyyət günlərinin əvəzi olaraq 641 manat 45 qəpik, mənəvi zərərin əvəzi olaraq 500 manat, cəmi 47.346 manat 45 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsi, apellyasiya baxışının predmeti olan qalan hissədə iddianın rədd edilməsi, auditor tərəfindən aparılmış tədqiqatın xərcinin əvəzi olaraq 1.500 manatın Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, Cavabdehndən iş üzrə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 116 manat 2 qəpik məbləğində pulun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
5. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün müvafiq İcra şöbəsinə göndərilmiş, icra sənədi üzrə icraat başlanılmışdır.
6. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Vəkil xx.xx.2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən MMC-nin adından ilk dəfə verdiyi kassasiya şikayəti və “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi haqqında” ərizə vermiş, ərizə MPM-in 407.1-ci maddəsinin tələbləri baxımından düzgün olmadığından kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-401/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən geri qaytarılmışdır.
7. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Vək il xx.xx.2025-ci il tarixdə MMCnin adından təkrarən kassasiya şikayəti və “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası haqqında” ərizə ilə məhkəməyə müraciət etmişdir. 8. “Prosessual müddətin bərpa edilməsi” barədə ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" İnformasiya Sistemində cavabdeh MMC tərəfindən qətnamə üzrə bütün bildirişlər "xxxx" statusunda qaldığı üçün cavabdeh MMC qətnamə barədə faktiki olaraq məlumatsız olmuş, MMC qətnamə haqqında yalnız xx.xx.2025-ci il tarixdə məlumatlı olmuşdur. Belə ki, cavabdeh MMC-nin elektron kabineti xx.xx.2025-ci il tarixdə aktivləşdirilmiş və qətnamə barədə məlumat xx.xx.2025-ci il tarixdə öyrənilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-401/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası haqqında” ərizə təmin edilməmiş və kassasiya şikayətinin qaytarılması qərara alınmışdır.
10. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayəti verilməsi müddətinin axımı qətnamə tərəfə və ya onun nümayəndəsinə rəsmi, o cümlədən elektron kabinetə yerləşdirilməklə təqdim edildiyi vaxtdan başlayır və həmin tarixdən etibarən 2 ay keçdikdən sonra bitir.
11. Cavabdeh MMC-nin nümayəndəsi iş üzrə məhkəmənin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamədən MMC-nin xəbərsiz olduqlarını bildirsə də, iş materiallarından görünür ki, həmin qətnamə cavabdeh MMC-nin "xxxx" İnformasiya Sistemində mövcud olan elektron kabinetinə xx.xx. 2024-cü il tarixdə yerləşdirilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün müvafiq icra qururmuna göndərilmiş və icra icraatına başlanılmış, könüllü icraat haqqında cavabdeh tərəfə müvafiq bildiriş-məktublar göndərilmişdir. MMC-nin kassasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
12. MMC-nin əməkdaşlarının MMC-nin elektron kabinetinə yerləşdirilən sənədlər ilə, o cümlədən məhkəmə aktları ilə maraqlanmaması üzrlü hal kimi qəbul edilə bilməz. Belə olan halda hesab edilməlidir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdeh MMC-yə rəsmi qaydada təqdim edilmiş və o, qətnamədən vaxtında kassasiya şikayəti verməmiş, prosessual müddəti ötürmüşdür.
13. Cavabdeh MMC-nin elektron kabinetində yaranmış hər hansısa texniki nas azlıqla bağlı “prosessual müddətin bərpa edilməsi haqqında” ərizədə qeyd edilən problemlər ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin faktı təsdiq edə biləcək hər hansısa mötəbər sübut təqdim edilməmişdir.
14. Beləliklə də, işin hallarından müəyyən edilmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət cavabdeh MMC tərəfindən ötürülmüşdür. MMC-nin nümayəndəsi həmin qətnamədən kassasiya şikayətinin MMC-dən asılı olmayan səbəblərə görə verilə bilməməsini, yəni müddətin ötürülməsinin məhz üzrlü səbəbdən baş verməsini sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək Bakı Ap ellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-401/2024 saylı qərardadının ləğv edilməsi və buraxılmış proessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-in 135.2-ci maddəsində hüquqi şəxsə ünvanlanan sənədlərin müvafiq vəzifəli şəxsə verilməsi (səlahiyyətli qəbul) vurğulanır. Həmin Məcəllənin 134.1.5-ci maddəsi isə məhkəmə aktlarının rəsmi verilməli sənədlərdən olduğunu təsbit edilir. Əgər elektron kabinetin əlaqə rekvizitləri (mail/telefon) faktiki olaraq hüquqi şəxsin idarəetməsində deyilsə və maraqlar toqquşması olan keçmiş işçinin nəzarətində olubsa, 135.2-dəki “hüquqi şəxsə/səlahiyyətli şəxsə təqdim” tələbinin məzmunu faktiki təmin olunmur, lakin bu qiymə tləndirilməmişdir. Məhkəmə isə “elektron kabinetə yerləşdirildiyi gün”ü avtomatik “rəsmi verilmə” kimi götürmüşdür. Halbuki “rəsmi qaydada verilmə”nin elektron modelinin şərtləri ayrıca MPM-in 135.6-da maddəsində göstərilmişdir.
17. Elektron kabinet 2022-də açılmış, iddiaçı xx.xx.2022-ci ildən NRS-də işləmiş, qeydiyyat maili Elektron ünvan olmuş və real nəzarət iddiaçıda olmuşdur. Bu halda məhkəmə ən azı 135.6-dakı “məlumatın çatdırılması”nın kimə, hansı əlaqəyə getdiyini (log/SMS/e-mail) araşdırmalı idi. Bu hal araşdırılmadan “xx.xx.2024 kabinetə yerləşdirilib rəsmi təqdim edilib” nəticəsini çıxarmaq 135.6 - 135.5-ci maddələrin məntiqinə zidd tətbiqdir. b)
18. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
21. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxs ə həvalə edilə bilər.
22. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
23. Maddə 135.6. "xxxx" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "xxxx" informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
24. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində müddətlərdə verilə bilər:
25. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
28. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.
33. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-401/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdeh MMC-nin elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmiş, həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün 2 aylıq prosessual müddət xx.xx.2025-ci il tarixdə bitmiş, cavabdeh tərəfindən isə xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti verilmiş, prosessual müddətin bərpa edilməsinin üzürlü səbəbi kimi hüquqi şəxsin elektron kabinetinə iddiaçının özü tərəfindən nəzarət edildiyini, işdən azad edildiyi üçün daxil olan sənədlərin oxunmadığı, elektron kabinetin yalnız xx.xx.2025-ci il tarixdə aktivləşdirildiyi göstərilmişdir.
34. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdehin müddətin bərpası barədə ərizədə qeyd etdiyi hallar buraxılmış prosessual müddətin bərpası üçün əsas hesab edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəlləsinin133.1-cü maddəsi nin tələbinə əsasən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi məhkəmə tərəfindən üzürlü hesab etdiyi halda müddəti bərpa edilir. Üzürlü səbəblər elə hallardır ki, şikayətin vaxtında təqdim edilməsinə maneə olan həmin halların aradan qaldırılması tərəfin öz iradəsindən asılı olmayaraq mümkün olmamış olsun. Hazırkı halda cavabdehə məxsus elektron kabinetə nəzarət işdən azad etdiyi iddiaçı tərəfindən həyata keçirilmişsə həmin şəxsi işdən azad etdikdən sonra işəgötürən elektron kabinetə nəzarəti başqa əməkdaşa həvalə etmək və yeni elektron kabinet yaratmaq imkanına malik olmuşdur. Cavabdeh bu tədbirlərin vaxtında görülməməsinin üzürlü səbəbini göstərə bilməmişdir.
35. Göstərilənlərə əsasən müddətin bərpası barədə ərizəyə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verildiyi müəyyən ol unur.
36. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
37. Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-401/2024 nömrəli, 18 noyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir