Məhkəmə qərarları › İş №2(1-8)-1427/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1427/2026

09.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1427/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı iddiaçı2 Təvəgkül qızının və digərlərinin cavabdeh cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mirasa vərəsəlik hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 Təvəkgül qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X7, X5, X9 və iddiaçı3, habelə cavabdeh1 və X6 (hüquqi varisi cavabdeh2) bacı, qardaş olmaqla eyni valideynlərdən- X3 və X1 doğulmuşlar.

2. Tərəflərin anası X1 2018-ci ildə, atası X3 2022-ci ildə vəfat etmişlər.

3. Naxçıvan şəhəri, Xətai məhəlləsi, 3-cü dövngə, * saylı ünvanda yerləşən, ümumi sahəsi 199.92 kv.m olan fərdi yaşayış evi və 0.1337 ha torpaq sahəsi ##.##.2022-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır.

4. Həmçinin * saylı Notariat Ofisinə təqdim edilmiş ərizələrdən görünür ki, X11, iddiaçı4 və iddiaçı3 ##.##.2022-ci il tarixdə vəfat etmiş X3 ölümündən sonra ondan miras qalmış əmlakları üzrə paylarını qəbul etdiklərini bildirmiş və hər birinin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər.

5. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə mərhum X3 miras qalmış Naxçıvan şəhəri, Xətai məhəlləsi 3-cü döngə, * saylı ünvanda yerləşən əmlak üzrə cavabdeh1 mirası qəbul etməsi faktı müəyyən edilmiş, iddiaçı3, X11, iddiaçı4 və iddiaçı2 Təvəkgül qızına münasibətdə isə iddia təmin edilməmiş və mərhum X3 miras qalmış əmlakın onun sağlığında X4 tərəfindən qəbul edildiyi, onun vəfatından sonra həmin əmlakın X2 tərəfindən faktiki qəbul etməsi faktı müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçılar iddiaçı2, iddiaçı1, iddiaçı4 və iddiaçı3 ## ### 2025-ci ildə cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin artırılması ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum X3 miras qalmış Naxçıvan şəhəri, Xətai məhəlləsi, 3-cü döngə, * saylı ünvanda yerləşən fərdi yaşayış evinin 1/6 hissəsinə miras paylarının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin “Naxçıvan Asan” Xidmət Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması və həmin fərdi yaşayış evindən miras əmlak kimi cavabdeh2 ½ hissə pay alması haqqında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilən ## #### 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ şəhadətnamənin, bu şəhadətnamə əsasında Reyestr Xidmətində cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ## #### 2024-cü il tarixdə aparılmış qeydiyyatın və bu barədə verilən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. İddia ərizəsi işin faktiki hallarına istinad edərək onunla əsaslandırılmışdır ki, mərhum atasından miras qalmış Naxçıvan şəhəri, Xətai məhəlləsi, 3-cü döngə, * saylı ünvanda yerləşən fərdi yaşayış evinin 1/6 hissəsinə miras payının müəyyən edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin Naxçıvan “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin üzərinə qoyulması, həmçinin X3 miras qalmış Naxçıvan şəhəri, Xətai məhəlləsi, 3-cü dövngə, * saylı ünvanda yerləşən fərdi yaşayış evindən — miras əmlakdan 1/2 hissədə cavabdeh2 pay alması barədə Naxçıvan şəhəri * saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, habelə həmin şəhadətnamə əsasında Reyestr Xidməti tərəfindən cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ##.##.2024-cü il tarixli qeydiyyatın və bu barədə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə edilməsini xahiş etmişlər.

8. Cavabdeh cavabdeh2 izahatında qeyd etmişdir ki, atasına düşən payı qəbul etmiş və mirasın qəbulu barədə qətnaməsi vardır. Bibilərinin pay istəmələri barədə ərizə vermələri ilə bağlı bildirmişdir ki, atasının payı ona verilmişdir, bibiləri gecikdikləri üçün babasının payı əmisinə verilmişdir. Faktiki olaraq mirası qəbul etmişdir. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir.

9. Naxçıvan Şəhər Məhkəməsinin # ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Gülnar Səfərəliyeva) iddiaçıların cavabdehlərə qarşı iddia tələbləri rədd edilmişdir.

10. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, Naxçıvan şəhər * saylı Notariat Ofisi tərəfindən ## ### 2024-cü il tarixdə verilmiş məktubdan görünür ki, Naxçıvan şəhərb, * saylı Notariat Ofisinə ## ####### 2022-ci il və ## ####### 2022-ci il tarixlərdə ünvanlanmış ərizələrə cavab olaraq, ##.##.2022-ci il tarixdə vəfat etmiş mərhum atanız X3 miras qalmış əmlakla bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmçinin bu işlə bağlı Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsi qəbul edilmişdir. Sənədlərdən məlum olduğu kimi, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir.

11. Əlavə olaraq, məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh X2 tərəfindən təqdim edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” ## #### 2024-cü il tarixli şəhadətnamədən görünür ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, 30-cü döngə ** saylı ünvanda qeydiyyatda olmuş mərhum X3 vərəsəsi X2 olmuşdur. Həmin şəhadətnaməyə əsasən, o, mirasdan 1/2 hissə pay almışdır.

12. Həmçinin işə əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Naxçıvan şəhəri, Xətai məhəlləsi, 3-cü döngə, * saylı ünvanda yerləşən, ümumi sahəsi 199,92 kv.metr olan fərdi yaşayış evi və 0,1337 ha torpaq sahəsi ##.##.2024-cü il tarixdə tam mülkiyyət hüququ üzrə 1/2 hissədə X3, 1/2 hissədə cavabdeh2 adına qeydiyyata alınmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır.

14. Məhkəmə iddiaçılara münasibətdə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı3, X11, iddiaçı4 və iddiaçı2 Təvəkgül qızı miras qoyan X3 ailə quraraq həmin evdən köçüb getmişlər. Bu, işin mübahisəsiz halıdır. Həmin hal iş materiallarında olan nikah haqqında şəhadətnamələrlə, tərəflərin izahatları və şahidlərin ifadələri ilədə öz təsdiqini tapmışdır.

15. Miras qoyanın vəfatından sonra iddiaçı3, X11, iddiaçı4 və iddiaçı2 Təvəkgül qızının mirası faktiki qəbul etməsi işə baxılan zaman öz təsdiqini tapmamışdır.

16. İddiaçılar iddiaçı3, X11, iddiaçı4 və iddiaçı2 Təvəkgül qızı atasından qalmış mirası qəbul etdiklərini iki halla əsaslandırmışlar. Birincisi, onlar atalarına və qardaşlarına xəstə olduqları müddətdə baxmış, qayğı göstərmiş, atalarının vəfatından sonra isə yas mərasimini və qırx mərasimini təşkil etmiş, bu məqsədlə evi yığışdırıb təmizləmiş və orada yaşamışlar. İkincisi, həmin müddətdə kommunal xərcləri ödəmişlər.

17. Məhkəmə hər iki halı iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırmış və qeyd etmişdir ki, iddiaçıla ataları və qardaşlarına xəstə olduqları müddətdə baxıb qayğı göstərmələri, onların vəfatından sonra yas mərasimini və qırx mərasimini təşkil etmələri, bu məqsədlə evi yığışdırıb təmizləmələri mirasın qəbulu kimi qiymətləndirilə bilməz. Belə ki, bu halda onlar övlad olaraq valideynləri qarşısında mənəvi borclarını yerinə yetirmişlər.

18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 atası X3 vəfatından sonra iki ay həmin evdə yaşamışdır. Həmin müddətdə o, xəstə olmuş və bacıları qardaşlarına baxıb qulluq etmişlər. Onların həmin müddətdəki bu hərəkətləri mirasın qəbuluna yönəlməmiş, xəstə yaxınlarına qayğı göstərilməsi kimi qiymətləndirilmişdir. İşin bu halını həm iddiaçılar özləri, həm cavabdehlər, həm də şahidlər təsdiq etmişlər.

19. İddiaçıların hər birinin özlərinə məxsus evlərinin olması, ailələri ilə birlikdə öz mənzillərində yaşamaları, onların atalarının vəfatından sonra qardaşları cavabdeh1 yaşadığı bir evdə, X4 yaşadığı digər evdə mirası qəbul edərək yaşamaları barədə arqumentlərini məhkəmə əsaslı hesab etməmiş və işə baxılarkən bu hallar öz təsdiqini tapmamışdır.

20. Məhkəmə qeyd etmişdir ki, miras qoyan X3 vəfat etdikdən sonra ona məxsus torpaq sahəsində inşa edilmiş evlərdə vərəsələrindən cavabdeh1 və X4 yaşamış, əmlakın idarəçiliyini və mühafizəsini həyata keçirmiş və bununla da mirası faktiki qəbul etmişdirlər. Həmin müddətdə iddiaçılar iddiaçı3, X11, iddiaçı4 və iddiaçı2 Təvəkgül qızının miras əmlakın idarəçiliyini və mühafizəsini həyata keçirən, orada yaşayan qardaşları olduğu halda, eləcə də özlərinə aid evləri və yaşayış sahələri olduğu halda, onların da bu cür mühafizə və idarəçiliyin həyata keçirilməsində iştirak etmələri ağlabatan mühakimə əsasında inandırıcı hesab edilməmiş və işə baxılarkən sübuta yetirilməmişdir.

21. İşə baxılan zaman iddiaçıların özləri tərəfindən məhkəməyə dəvət edilmiş şahidlər onların hər birinin ayrıca evinin olduğunu, həmin ünvanda iki qardaşın yaşadığını, qızların isə atalarına və qardaşlarına baxıb qulluq etdiklərini, daimi olaraq həmin ünvanda yaşamadıqlarını bildirmişdirlər. Məhkəmənin yuxarıda da qeyd etdiyi kimi, mirasın qəbulu vərəsənin miras əmlaka sahib çıxması, təsərrüfatı idarə etməsi, açıq-aşkar şəkildə mirası qəbul etdiyini nümayiş etdirməsi kimi hərəkətlərdən ibarət olmuşdur. İddiaçılar iddiaçı3, X11, iddiaçı4 və iddiaçı2 Təvəkgül qızının mirası faktiki qəbul etmələri barədə bildirdikləri ikinci arqument isə miras qoyanın vəfatından sonra kommunal ödənişlərin onlar tərəfindən ödənilməsi ilə bağlı olmuşdur.

22. Məhkəmə bununla bağlı həmin halı əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçılar buna dair hər hansı qəbz təqdim etməmiş, təqdim edilmiş qəbzlərdə isə cavabdeh1 və Abbasov Həsənin adları yazılmışdır.

23. Məhkəmə qeyd etmişdir ki, bu cür qəbzlərin mövcudluğu halında belə, kommunal ödənişlərin hazırkı vəziyyətdə hər iki evdə faktiki yaşayan və mirası idarə edən şəxslər olduğu halda, orada yaşamayan və faktiki idarəçiliyi həyata keçirməyən iddiaçılar tərəfindən sadəcə olaraq təsadüfən ödənilməsi mirasın faktiki qəbulunu sübut edən fakt hesab edilməməlidir.

24. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlmişdir ki, X3 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanı üzrə miras əmlakın iddiaçı-cavabdehlər iddiaçı3, X11, iddiaçı4 və iddiaçı2 Təvəkgül qızı tərəfindən faktiki olaraq qəbul edilməsi işə baxılarkən sübuta yetirilməmişdir. Buna görə də onlara münasibətdə iddia tələbi rədd edilməli olmuşdur. Qətnamədə hüquqi qiymət verilmiş iddiaçılara münasibətdə digər hal ondan ibarət olmuşdur ki, məhkəmə iddia tələbinin əsaslandırıcı hissəsində və işə baxılarkən iddiaçıcavabdehlər

25. tərəfindən verilmiş izahatlarda mirasın qəbulu üçün notariat ofisinə ərizə ilə müraciət etmələri və bununla bağlı müddətin üzrlü səbəbdən buraxılması barədə qeyd etdikləri hallara hazırkı iddia tələbi çərçivəsində hüquqi qiymət verilməsini yolverilməz hesab etmişdir. Bununla əlaqədar olaraq məhkəmə iddiaçı-cavabdehlərə iddia tələbinin nədən ibarət olmasını xatırlatmağı zəruri hesab etmişdir.

26. Belə ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçıların miras əmlakı faktiki qəbul etmələrinə dair iddia tələbi rədd edilmişdir. İş materiallarında olan iddiaçılar tərəfindən notariat ofisinə təqdim edilmiş ərizələrdən görünmüşdür ki, onlar atalarından qalmış miras əmlakı qəbul etdiklərini bildirmişdirlər. Miras qoyan X3 ## ###### 2022-ci il tarixdə vəfat etməsi, iddiaçıların isə ## #### 2022-ci il tarixdə miras əmlakı qəbul etmələri barədə ərizələrinin müvafiq notariat orqanında qeydiyyata alınması müəyyən edilmişdir.

27. Həmçinin işə baxılan zaman müəyyən edilmişdir ki, iddiaçılar mirasın formal qəbulu üçün buraxılmış müddətin uzadılması barədə məhkəməyə ərizə ilə müraciət etməmişdirlər.

28. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların cavabdehlərə qarşı X3 miras qalmış Naxçıvan şəhəri, Xətai məhəlləsi, 3-cü döngə * saylı ünvanda yerləşən fərdi yaşayış evindən- miras əmlakdan 1/2 hissədə cavabdeh2 pay hüququ haqqında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilmiş ## #### 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, habelə həmin şəhadətnamə əsasında Reyestr Xidməti tərəfindən cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ##.##.2024-cü il tarixli qeydiyyatın və bu barədə verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası əsassız olmuşdur. Bu səbəbdən iddia tələbləri rədd olunmalıdır.

29. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məccəlləsinin 1133.1, 1133.2, 1246-cı, habelə MPM-nin 14.2, 77.1, 124.2, 217.4, 218.3-cü madələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

30. İddiaçı iddiaçı2 Təvəkgül qızının vəkili və nümayəndəsi Vəkil, həmçinin iddiaçılar iddiaçı1, iddiaçı4 və iddiaçı3 apellyasiya şikayətləri ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 0# ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, habelə X3 miras qalmış Naxçıvan şəhəri, Xətai məhəlləsi, 3-cü döngə * saylı ünvanda yerləşən fərdi yaşayış evinin 1/6 hissəsinə paylarının müəyyən edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Naxçıvan “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddiaçı2 Təvəkgül qızının vəkili və nümayəndəsi Vəkil, habelə iddiaçılar iddiaçı1, iddiaçı4 və iddiaçı3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin ümumi məzmunu eyni olduğundan, həmin şikayətlər vahid şəkildə əsaslandırılmış və göstərilmişdir ki, məhkəmə iddia tələbinin rədd edilməsini əsaslandırarkən tələbin hüquqi əsasını düzgün təhlil etməmiş, bu səbəbdən iddiaçıların iddia tələbinin faktiki hallarına dair məhkəməyə təqdim etdikləri sübutlar iddia tələbinin hüquqi əsasının dispozisiya şərtlərinə uyğun qiymətləndirilməmiş, məhkəmə qətnaməsində iddia tələbinin rəddinə dair istinad edilən maddi hüquqi faktlar və verilən izahlar tələbin mahiyyətinə və faktiki əsasına qeyri-adekvat yanaşmadan ibarət olmuşdur. İlk olaraq qeyd edilmişdir ki, hazırkı mübahisənin mahiyyətinə və hüquqi əsasına aydınlıq gətirilməli, mübahisə üzrə müəyyən olunmuş faktiki halların tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğu yoxlanılmalıdır. İddiaçılar tələblərinin əsası olaraq iddia ərizəsində göstərmişlər ki, miras qoyan mərhum ataları X3 ##.##.2022-ci il tarixində vəfat etmişdir. X3 ölümündən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır.

32. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Zamiq Əliyev (sədrlik edən, məruzəçi), Mehman Allahverdiyev və Sənan Qarayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin # ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən (miras əmlak üzrə payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariat ofisinin üzərinə qoyulması tələbinin rədd edilməsinə dair) hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçıların məhkəməyə müraciət etməkdə əsas məqsədi miras əmlak üzrə payların müəyyən edilməsi və buna müvafiq olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariat ofisinin üzərinə qoyulmasıdır. Lakin qanunvericiliyin tələbinə görə, payın müəyyən edilməsi və mirasın bölünməsi tələbi yalnız o şəxslər tərəfindən irəli sürülə bilər ki, onlar qanunla müəyyən edilmiş qaydada mirası qəbul edərək vərəsəlik hüququnu qazanmış olsunlar. Belə ki, iddiaçıların mübahisəli miras əmlaka münasibətdə mirasın açıldığı vaxtdan sonra ona sahiblik etmədikləri və ya onu idarə etmədikləri, yəni mirası faktiki qəbul etmədikləri məhkəmə qaydasında təsdiq olunmuş və mübahisə doğurmayan faktdır.

34. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdikləri “mirası 6 ay müddətində qəbul etmələri” barədə dəlilin hüquqi həllinə münasibətdə qeyd etmişdir ki, mirasın qəbulu həm faktiki sahiblik, yəni əmlakı idarə etməyə başlamaq, həm də mirasın açıldığı yer üzrə notariat ofisinə müvafiq ərizə verilməsi yolu ilə həyata keçirilə bilər. Mirasın açıldığı ##.##.2022-ci il tarixdə qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinin tələbinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilərdi. Başqa sözlə, vərəsə ən geci 3 ay ərzində notariusa müraciət edərək mirası qəbul etdiyini bildirməli idi.

35. İşin hallarından göründüyü kimi, miras ##.##.2022-ci il tarixdə açılmış, iddiaçılar isə notariusa yalnız 2022-ci ilin iyul ayında, yəni qanunla müəyyən edilmiş 3 aylıq subyektiv müddət bitdikdən sonra müraciət etmişlər. Bu müddətin ötürülməsi isə vərəsənin mirası qəbul etmək hüququnun itirilməsinə səbəb olmuşdur.

36. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçılar həm mirasın faktiki qəbulu müddətini, həm də notarial qaydada müraciət üçün nəzərdə tutulmuş 3 aylıq subyektiv müddəti ötürmüşlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, subyektiv hüquq obyektiv hüquq normasına əsaslanaraq şəxsin öz davranış həddini seçmək imkanıdır. Mirasın qəbulu üçün müəyyən edilmiş müddətlərin ötürülməsi vərəsəlik ixtiyarının itirilməsinə, bu isə öz növbəsində miras əmlak üzərində mülkiyyət hüququnun yaranmamasına səbəb olmuşdur. Beləliklə, iddiaçıların mirasın qəbulu faktı öz təsdiqini tapmadığı üçün onların miras kütləsində payın müəyyən edilməsini tələb etmək üçün zəruri olan subyektiv hüquqları formalaşmamışdır. Subyektiv hüquq olmadığı təqdirdə isə iddiaçıların cavabdehlərə qarşı irəli sürdükləri vərəsəlik payının müəyyən edilməsi və qeydiyyatın ləğvi tələbləri hüquqi əsasdan məhrum olmuşdur.

37. Məhkəmə kollegiyası iddiaçıların vərəsələr arasında hər hansı mübahisənin olmaması barədə irəli sürdükləri arqumentə hüquqi qiymət verərək bildirmişdir ki, bu iddia işin faktiki halları ilə aşkar ziddiyyət təşkil etmişdir. Belə ki, vərəsələr arasında vərəsəlik hüququna və miras payına dair real mübahisə olmamış olsaydı, tərəflər arasında həm mirasın faktiki qəbuluna dair Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsi ilə nəticələnmiş, həm də hazırkı miras paylarının müəyyən edilməsinə dair iki ayrı məhkəmə icraatı yaranmamış olardı. Maddi hüquq normaları və prosessual qanunvericiliyin mahiyyəti ondan ibarət olmuşdur ki, vərəsəlik münasibətlərində mübahisənin olmaması faktı məhz notariat qaydasında rəsmiləşdirmənin maneəsiz həyata keçirilməsi ilə təsdiq olunur. İddiaçıların həm vərəsəlik hüququnun tanınması, həm də payların müəyyən edilməsi üçün dəfələrlə məhkəmə instansiyalarına müraciət etmələri, cavabdeh tərəfin isə bu tələblərə etiraz etməsi tərəflər arasında hüquqi mübahisənin mövcudluğunun aşkar göstəricisi olmuşdur.

38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar əvvəlki məhkəmə icraatı, yəni mirasın faktiki qəbulu faktının müəyyən edilməsi davası çərçivəsində əldə edə bilmədikləri hüquqi nəticəni hazırkı icraatda iddia növünü süni şəkildə dəyişməklə əldə etməyə cəhd göstərmişlər.

39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıların bu hərəkəti mahiyyət etibarilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, yəni preyudisial faktların hüquqi qüvvəsindən yayınmaq məqsədi daşımışdır.

40. Mirasın faktiki qəbul edilmədiyi artıq məhkəmə qaydasında təsdiq olunduğu halda, eyni miras əmlak üzrə payların müəyyən edilməsi barədə yeni tələbin irəli sürülməsi hüquqi məntiqə uyğun olmamış və bu hal iddiaçıların ilkin iddia ilə nail ola bilmədikləri məqsədə fərqli prosessual yolla çatmaq niyyətində olduqlarını göstərmişdir.

41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır və birinci instansiya məhkəməsi iddia tələblərini rədd etməklə düzgü nəticəyə

42. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məccəlləsinin 1133.1, 1159.1, 1243.1, 1246,1273-1-ci, habelə MPM-nin 14.2, 77.1, 124.2, 217.4, 218.3-cü madələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

43. İddiaçı iddiaçı2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası hazırkı mübahisəli hüquq münasibətinin tənzimlənməsində tətbiq etdiyi maddi hüquq normasını səhv təfsir etdiyindən-vərəsənin altı ay ərzində notariat ofisinə mirası qəbul etdiyi barədə verdiyi ərizənin nəzərə alınmadığına, mirasın qəbulu üçün bu ərizənin 3-ay ərzində notariat ofisinə verilməli olduğuna dair mövqe ifadə etmişdir. Bununla da məhkəmə kollegiyası mübahisənin predmetinin bölünməz olduğu əsasını təhlil etmədən (iddia təmin edildiyi təqdirdə miras əmlaka dair şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğvi) prosessual vəzifənin tələbinə dair qiymətləndirmə aparmamışdır. Qeyd olunmalıdır ki, hər hansı məhkəmə icraatı üzrə qanuni və əsaslı nəticəni mübahisəli hüquq münasibətinin tənzimlənməsində tətbiq edilməli olan maddi hüquq normalarının düzgün təfsir və tətbiqi təmin edir ki, bu meyarlar müvafiq məhkəmə icraatından prosessual hüquq normalarının düzgün tətbiqini tələb edir..

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər;

47. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

48. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır;.Maddə 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş sayılır;

49. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır;.

50. Maddə 1146 Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

51. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir;

52. Maddə 1159.1 və 1159.1.1. Hlənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbə vərəsə sayılmaqla, bərabər pay hüququna malikdirlər.

53. Maddə 1321.3. vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun;

54. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

55. Maddə 1323. Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

65. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçı iddiaçı2 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

66. İddiaçı iddiaçı2 kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

67. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıların məhkəməyə müraciət etməkdə əsas məqsədi miras əmlak üzrə payların müəyyən edilməsi və buna müvafiq olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariat ofisinin üzərinə qoyulmasıdır. Lakin qanunvericiliyin tələbinə görə, payın müəyyən edilməsi və mirasın bölünməsi tələbi yalnız o şəxslər tərəfindən irəli sürülə bilər ki, onlar qanunla müəyyən edilmiş qaydada mirası qəbul edərək vərəsəlik hüququnu qazanmış olsunlar. Belə ki, iddiaçıların mübahisəli miras əmlaka münasibətdə mirasın açıldığı vaxtdan sonra ona sahiblik etmədikləri və ya onu idarə etmədikləri, yəni mirası faktiki qəbul etmədikləri məhkəmə qaydasında təsdiq olunmuş və mübahisə doğurmayan faktdır.

68. Apellyasiya məhkəməsi, apellyasiya şikayətində “iddiaçıların mirası 6 ay müddətində qəbul etmələrinə” dair dəlilinə münasibətdə qeyd etmişdir ki, mirasın qəbulu həm faktiki sahiblik, yəni əmlakı idarə etməyə başlamaq, həm də mirasın açıldığı yer üzrə notariat ofisinə müvafiq ərizə verilməsi yolu ilə həyata keçirilə bilər.

69. Mirasın açıldığı ##.##.2022-ci il tarixdə qüvvədə olan AR Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələbinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Başqa sözlə, vərəsə ən geci 3 ay ərzində notariusa müraciət edərək mirası qəbul etdiyini bildirməli idi.

70. İşin hallarından göründüyü kimi, miras ##.##.2022-ci il tarixdə açılmış, iddiaçılar notariusa yalnız 2022-ci ilin iyul ayında, yəni qanunla müəyyən edilmiş 3 aylıq müddət bitdikdən sonra müraciət etmişlər. Bu müddətin ötürülməsi isə vərəsənin mirası qəbul etmək hüququnun itirilməsinə səbəb olur.

71. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar həm mirasın faktiki qəbulu müddətini, həm də notarial qaydada müraciət üçün nəzərdə tutulmuş 3 aylıq subyektiv müddəti ötürmüşlər. AR Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, subyektiv hüquq obyektiv hüquq normasına əsaslanaraq şəxsin öz davranış həddini seçmək imkanıdır.

72. Mirasın qəbulu üçün müəyyən edilmiş müddətlərin ötürülməsi vərəsəlik ixtiyarının itirilməsinə, bu isə öz növbəsində miras əmlak üzərində mülkiyyət hüququnun yaranmamasına səbəb olur. Beləliklə, iddiaçıların mirasın qəbulu faktı öz təsdiqini tapmadığı üçün onların miras kütləsində payın müəyyən edilməsini tələb etmək üçün zəruri olan subyektiv hüquqları formalaşmamışdır. Subyektiv hüquq olmadığı təqdirdə isə iddiaçıların cavabdehlərə qarşı irəli sürdükləri vərəsəlik payının müəyyən edilməsi və qeydiyyatın ləğvi tələbləri hüquqi əsasdan məhrum olmuşdur.

73. İddiaçılarla vərəsələr arasında hər hansı mübahisənin olmaması barədə irəli sürdükləri arqumentə hüquqi qiymət verərək bildirmişdir ki, bu iddia işin faktiki halları ilə aşkar ziddiyyət təşkil etmişdir. Belə ki, vərəsələr arasında vərəsəlik hüququna və miras payına dair real mübahisə olmamış olsaydı, tərəflər arasında həm mirasın faktiki qəbuluna dair Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsi ilə nəticələnmiş, həm də hazırkı miras paylarının müəyyən edilməsinə dair iki ayrı məhkəmə icraatı yaranmamış olardı. Maddi hüquq normaları və prosessual qanunvericiliyin mahiyyəti ondan ibarət olmuşdur ki, vərəsəlik münasibətlərində mübahisənin olmaması faktı məhz notariat qaydasında rəsmiləşdirmənin maneəsiz həyata keçirilməsi ilə təsdiq olunur. İddiaçıların həm vərəsəlik hüququnun tanınması, həm də payların müəyyən edilməsi üçün dəfələrlə məhkəmə instansiyalarına müraciət etmələri, cavabdeh tərəfin isə bu tələblərə etiraz etməsi tərəflər arasında hüquqi mübahisənin mövcudluğunun aşkar göstəricisi olmuşdur.

74. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçı Tərlan Hüseynovun kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Q ə r a r a aldı: İddiaçı iddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının # #### 2026cı il tarixli, *(*-*)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar