Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-144/2026 23.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5275/2025 nömrəli, 10 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şik ayətinə 23 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0,9767 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə İddiaçı xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən MMC-yə ünvan 1 ünvanında tikintiyə icazə verilmişdir.
3. Əhmədli Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 saylı yığıncağı ilə vətəndaş Cavabdeh, həmin torpaq sahəsini alqı-satqı yolu ilə onun adına sənədləşdirilməsinə razılıq verilmişdir. Əhmədli bələdiyyəsi, 1. 9-cu Əhmədli küçəsi 52 ünvanda 200 (iki yüz) kv metr fərdi ev tikintisi məqsədi ilə (cizgidə göstərilən) torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş Cava bdeh adına sənədləşdirilməsini,
2. Əhmədli Bələdiyyəsi ərazi mülkiyyəti idarəetmə şöbəsi torpaq sahəsinin naturada vətəndaş Cavabdeh təhvil verilməsinin təmin edilməsini, 3.Tikintinin layihə-smeta sənədlərinin vətəndaş Cavabdeh hesabına hazırlanmasını,
4. Bələdiyyə vergi müfəttişliyi torpağın kadastr qiymətinin, yəni hər 1 kv metr üçün 10 manat olmaqla 200 x 10 = 2000 manat vəsaitin Bələdiyyə büdcəsinə ödənilməsinin təmin edilməsini Qərara almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılması və onun həmin torpaq sahəsində qanunsuz inşa etdiyi tikilinin öz hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin (təxminin 0,2 ha ölçüdə) müəssisə tərəfindən faktiki olaraq öz təyinatına uyğun olaraq istifadə edilməsi qeyri-mümkündür. Çünki təxminən 0,2 ha ölçüdə torpaq sahəsi orada kiçik ölçülü fərdi yaşayış evi inşa edilməklə, tikilialtı və həyətyanı sahə kimi Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilməkdədir. Qeyd edilən halın ərazini yerində müayinə etməklə müəyyən edilməsi mümkündür. Nəticə etibarilə, həmin torpaq sahəsinə münasibətdə müəssisə öz mülkiyyət hüquqlarını tam olaraq həyata keçirə bilmir ki, bu hal da, təxminin 0,2 ha ölçüdə torpaq sahəsinin qanunsuz olaraq özgə şəxsin sahiblik və istifadəsində olması ilə birbaşa əlaqədardır.
6. Məhkəmə Ekspertizası Mərk əzinin xx.xx.2023-cü il tarixli 10/4396 nömrəli ekspert rəyi ilə, ünvan 3 ünvanında yerləşən faktiki olaraq cavabdehin istifadəsində olan 183 kv metr torpaq sahəsinin və 1 ədəd fərdi yaşayış evinin İddiaçı MMC-nin mülkiyyətində olan 0,9767 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri Xətai rayonu Əhmədli bələdiyyəsinin 28 dekabr 2006-cı il tarixli, 097 nömrəli qərarına və xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair akta əsasən 9-cu Əhmədli küçəsi, 52 ünvanında 200 kv metr fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş (cavabdeh) Cav abdeh adına sənədləşdirilmişdir. Müvafiq ödənişlər cavabdeh tərəfindən ödənilmişdir, kassa mǝdaxil orderi də əlavə olunub, bundan sonra cavabdeh ailəsi ilə birlikdə bir müddət ərzində aldıqları torpaq sahəsində 1 otaqlı, 56 kv metrdən ibarət həyət evi inşa edərək 2009-cu ilin mart ayından etibarən həmin evdə yaşamağa başlamışlar. İddiaçı mübahisəli torpaq sahəsini xx.xx.2019-cu il tarixli çıxarışa əsasən əldə etmişdir. 2020-ci il tarixdən isə həmin torpaq sahəsində iddiaçı tərəfindən yaşayış kompleksi tikilməkdədir. Əgər iddiaçı iddia ərizəsində qeyd edildiyi kimi mübahisəli torpaq sahəsini öz xüsusi mülkiyyəti hesab edirdisə hansı səbəbdən kompleksin tikintisinə başladıqdan 3 il sonra belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı çıxarışa əsasən torpaq sahəs i əldə edərkən mülkiyyətinin faktiki hansı sahəsən ibarət olduğunu bilmişdir. Elə bu səbəbdən bu illər ərzində cavabdeh tərəfə müxtəlif məbləğlərdə pul kompensasiyaları təklif etmişdir. Lakin ağlabatan məbləğ təklif edilmədiyindən cavabdeh tərəfindən qəbul edilməmişdir. Bundan başqa, əgər iddiaçı iddia ərizəsində qeyd edildiyi kimi mübahisəli torpaq sahəsini öz xüsusi mülkiyyəti hesab edirdisə, hansı səbəbdən kompleksin tikintisinə başlayanda cavabdehə məxsus evlə kompleksin inşa edildiyi faktiki ərazi arasında sərhəd müəyyən etmiş və betonlama işləri aparmışdır. Qeyd olunan hallar bir daha təsdiq edir ki, iddiaçı tərəf 2019-cu il tarixdə özlərinə məxsus torpaq sahəsini əldə edərkən bilirdi ki, (bilməli idi) hazırda mübahisələndirdikləri sahə cavabdehin mülkiyyətindədir. İddiaçı tərəf bu nunla razılaşıb və qəbul edib, bəyənib. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı tərəf həmin ərazidə mülkiyyətə dair hətta heç bir sənədi olmayan evlərin sahiblərinə kompensasiya verməklə həmin ərazini əldə edib. Cavabdehə münasibətdə isə bunu etmək istəmir. Bu isə özlüyündə bərabərlik hüququnun kobud pozuntusudur. Cavabdeh onkoloji xəstədir, bundan əlavə zob və şəkər xəstəliyi var. Himayəsində talasemiya xəstəsi olan oğlu X1 var. Yoldaşı və özü işləmir. Ailə ağır maddi sıxıntılar içərisində yaşayır. İddiaçı belə bir vəziyyətdə olan ailəni mülkiyyətindən məhrum etmək istəyir. Bakı şəhəri Xətai rayonu Əhmədli bələdiyyəsinin 28 dekabr 2006-cı il tarixli, 097 nömrəli qərarına və xx.xx.2006-cı il tarixli torpaqların alqısatqısına dair akta əsasən 9-cu Əhmədli küçəsi, 52 ünvanında 200 kv metr fərd i yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş (cavabdeh) Cavabdeh adına sənədləşdirildiyindən cavabdehin mülkiyyətə dair gözləntisi qanuni olmuşdur. Həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ziya Tağıyevin xx.xx.2023-cü il tarixli, 10/4396 nömrəli rəyi əsaslandırılmayıb, qanunsuzdur, ekspert rǝyi 4 vǝrǝqdən ibarətdir, rǝydə müvafiq nəticəyə gələrkən hansı hansı-metodikadan və hansı qaydada istifadə edilməsi əsaslandırlmayıb. Bununla əlaqədar belə bir cümlə qeyd edilib: tədqiqat metodu tikinti-texniki obyektlərin TƏDQİQAT metodikası. Bundan sonra rəyə baxaraq heç nə başa düşülməyən bir fotoşəkil əlavə olunub. O və hüquqları müdafiə etdiyi cavabdeh tərəf tikinti-texniki obyektlərinin tədqiqat metodikasının nədən ibarət olduğunu bi lmir. Hansı ki, ekspert öz rəyini əsaslandırmalı idi. Sualları cavablandırarkən konkret hansı metodikadan və hansı qaydada istifadə etdiyini qeyd etməli idi. Ekspert ən primitiv hal olan əraziyə hansı tarixdə, kimlərin iştirakı ilə baxış keçirdiyini belə qeyd etməmişdir. Daha sonra Daşınmaz Əmlakın kadastrı və reyestri xidmətinin mütəxəssisləri və ekspert tərəfindən əraziyə yenidən baxış keçirilmiş, cavabdehin torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsinin tərkibində olmadığı müəyyən edilmişdir, bu isə bir daha göstərir ki, iddia tələbi əsassızdır.
8. İş üzrə təkrar mühəndis-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, göstərilən torpaq sahəsi faktiki olaraq 0,9767 ha təşkil edir. Torpaq sahəsinə Dövlət Əmlakının İdarə X3 Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli 000043 qeydiyyat nömrəli torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdir (1.00596 ha). Sözügedən 0,9767 ha torpaq sahəsi **********77 reyestr nömrəsi ilə “SR Construction Co" MMC-nin adına qeydiyyata alınmışdır (azalmaya dair razılıq ərizəsi təqdim edilmişdir). Şəhadətnamə verilən zaman torpaq sahəsinə tərtib edilmiş baş plan və digər istinadedici sənədlər arxiv qovluğunda aşkar edilmədiyindən iddiaçının iddia etdiyi torpaq sahəsinin (faktiki 0,02 ha) ona məxsus torpaq sahəsinin tərkibində olub-olmamasını təsdiq etmək mümkün deyildir. Belə ki, araşdırma zamanı cavabdehin istifadəsində olan 0,02 ha torpaq sahəsinin ayrılmasına dair Xətai rayonu, Əhmədli bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 097 nömrəli qərardan çıxarışının, arxiv arayışının, torpağın alqı-satqı aktının və yerləşmə cizgisinin olduğu aşkar olunmuşdur. Sözügedən torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur (2009-cü ildən yaşayış var). Cavabdehin istifadəsində olan 0,02 ha torpaq sahəsinin və iddiaçıya məxsus sahənin faktiki vəziyyətini və koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən (Cavabdeh adına olan) 0,02 ha torpaq sahəsinə dair bələdiyyə qərarı və yerləşmə cizgisi təqdim edilsə də, cizgidə dəqiq istinad və məsafələr olmadığından sahənin yerini təyin etmək mümkün olmamışdır (torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur).
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İd arəsinin mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0,9767 ha təşkil edir. Torpaq sahəsinə Dövlət Əmlakının İdarə X3 Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli 000043 qeydiyyat nömrəli torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdir (1.00596 ha). Sözügedən 0,9767 ha torpaq sahəsi **********77 reyestr nömrəsi ilə “SR Construction Co" MMC-nin adına qeydiyyata alınmışdır (azalmaya dair razılıq ərizəsi təqdim edilmişdir). Şəhadətnamə verilən zaman torpaq sahəsinə tərtib edilmiş baş plan və digər istinadedici sənədlər arxiv qovluğunda aşkar edilmədiyindən iddiaçının iddia etdiyi torpaq sahəsinin (faktiki 0,02 ha) ona məxsus torpaq sahəsinin tərkibində olub-olmamasını təsdiq etmək mümkün deyildir. Belə ki, araşdırma zamanı cavabdehin istifadəsində olan 0,02 ha torpaq sahəsinin ayrılmasına dair Xətai rayonu, Əhmədli bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 097 nömrəli qərardan çıxarışının, arxiv arayışının, torpağın alqı-satqı aktının və yerləşmə cizgisinin olduğu aşkar olunmuşdur. Sözügedən torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur (2009-cü ildən yaşayış var). Cavabdehin istifadəsində olan 0,02 ha torpaq sahəsinin və iddiaçıya məxsus sahənin faktiki vəziyyətini və koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr-baza məlumatlarına əsasən (Cavabdeh adına olan) 0,02 ha torpaq sahəsinə dair bələdiyyə qərarı və yerləşmə cizgisi təqdim edilsə də, cizgidə dəqiq istinad və məsafələr olmadığından sahənin yerini təyin etmək mümkün olmadı (torpaq sahəsinin üzərində yaşayış evi mövc uddur).
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2025-ci il 24 iyun tarixli, 2(011)-18/2025 nömrəli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahələri qonşuluqda yerləşir və tərəflər onlara məxsus olan torpaq sahələrinə qanuni əsaslarla sahiblik edir, torpaq sahələrinə əmlak hüququna dair mübahisə yoxdur, həmçinin tərəflərə aid torpaq sahələrinin koordinatları müəyyən deyil. Həmçinin, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmuş olsaydı belə (əksinə hazırkı işdə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması sübut olunmur), iddia tələbi əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh torpaq sahəsini 2006-cı ildən əldə etməklə 2009-cu ildə or ada fərdi ev inşa etmişdir, iddiaçıya məxsus torpaq sahəsinə dair ona (təsisçisinə) xx.xx.2006-cı ildə şəhadətnamə verilmiş, torpaq sahəsi iddiaçının adına ilk dəfə 2016-cı ildə, 2019-cu ildə yenidən xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış və 2020-ci ildən orada tikinti işləri aparılmışdır, bununla belə iddiaçı bu müddət ərzində cavabdehə torpaq sahəsinin təhvil verilməsi və evin sökülməsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir, yəni tərəflər uzun illər qonşuluq münasibətlərində olmasına və mübahisələndirilən tikili 2009-cu ildən mövcud olmasına baxmayaraq iddiaçı bu vaxta qədər torpaq sahəsinə və tikiliyə dair etiraz etməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 60-cı, Mülki Məcəllənin 139.1, 152.3, 152.5, 157.2, 157.4, 157.8, 170.1, 172.3, 17 2.4, 173.1, 238.1 və 560.1-ci, 140, 152.1, 157.2, 157.4, 164.1 və 165.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 88, 217.3 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
14. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində yalnız cavabdehin istifadəsində olan tikilinin iddiaçıya məxsus torpaq sahəsinin tərkibində olması faktının iş materialları (ekspert rəyləri) ilə təsdiq edilmədiyinə istinad etməklə iddianı rədd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıya məxsus torpaq sahəsinin planı və ölçüsü sənədi məhkəməyə tə qdim edilmişdir. Hansı ki, həmin sənəddə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. Yəni həmin koordinatlar əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin, həmin sərhədlər daxilində yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyini müəyyən etmək mümkündür. Məhkəmə nəzərə almamışdır ki, arxiv sənədləri əsasında torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinə zərurət yoxdur. Çünki iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərini müəyyən edən hüquqi sənəd mövcuddur. Göründüyü kimi məhkəmə araşdırmanı davam etdirib, ekspertizanın müvafiq plan-ölçü sənədi əsasında aparılmasını ilə bağlı prosessual hərəkət etməli olduğu halda, hərəkətsizlik etmişdir.
15. Məhkəmə nəzərə almamı şdır ki, cavabdeh tərəf istifadəsində olan torpaq sahəsinə qanuni əsaslarla sahiblik etmir. Etiraza əlavə edilmiş xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktdan isə müəyyən edilir ki, həmin akt Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaqların alqı-satqısı Qaydalarının tələblərinə əməl edilmədən bağlanmışdır (təsdiq edilməmiş, qeydiyyata alınmamışdır) ki, bu səbəblərdən də həmin sənəd hüquqların dövlət qeydiyyatı üçün əsas kimi qəbul edilə bilməz. Həmin Qaydaların 12-ci maddəsində də qeyd edilmişdir ki, torpağa mülkiyyət hüququ alıcıya qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Müvafiq sənədin verilməsindən 15 ildən artıq müddət keçməsinə baxmayar aq, cavabdeh tərəf ona ayrıldığını iddia etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair heç bir sənəd əldə etməmiş və məhkəməyə təqdim etməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2025-ci il tarixli, 2(103)-5275/2025 nömrəli qətnaməsi ilə (hakimlər: Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)18/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnaməsini belə əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli 10/7962 nömrəli ekspert rəyinə əsasən, cavabdehin iddiaçını n mülkiyyətində olan torpaq sahəsini zəbt etməsi müəyyən olunmamışdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 157.4 və 152.5-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4 və 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütöv yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
37. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələb lərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
38. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol veri lməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2025-ci il tarixli 2(103)-5275/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.