Məhkəmə qərarları › İş №2(102)-3771/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3771/2025

12.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3771/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması, tiklinin sökülməsi, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-755/2025 nömrəli, 9 se ntyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 12 yanvar 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1əsində yerləşən 0,0466 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 465 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh3 məxsus müəssisə Zaqatala xidməti sahəsi üzrə qeyri-əhali sektorunda **********00069 saylı kod altında təbii qazın istifadəçisi kimi 11 iyul 2017-ci il tarixdən qeydiyyatdadır.

3. Cavabdeh3 yaşadığı Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 35 saylı evdə 14 iyul 2021-ci il tarixdə SMART CSS markalı 241406 nömrəli su sayğacı quraşdırılmış və 20 may 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Onun 2025-ci il üzrə 518 manat borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Zaqatala rayonu, Səməd Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması (boşaldılması) və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, həmçinin iddia ərizəsinin verilməsi üçün tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 0.0466 ha olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Qeyd olunan əmlak üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Buna baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hazıradək iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən çıxmırlar. Bundan əlavə cavabdehlər iddiaçıya məxsus torpaq sahəsi üzərində qanunsuz tikili inşa etdirmişlər. Nəticədə, iddiaçı cavabdehlərə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdehlər i ddiaçının mülikyyətində olan 0,0466 ha torpaq sahəsindən çıxmayaraq faktiki olaraq onun mülkiyyət hüququnu pozmaqda davam edirlər. Cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə daxil olmasının qarşısını almaqla bərabər, orada qanunsuz olaraq çörəkbişirmə sexini işlədirlər.

6. Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onu mübahisəli torpaq sahəsindən əmlakı ilə bilrikdə çıxarılmasını istəyirlər. Onu aldadıb sənədə imza etdirmişlər. Belə ki, onu Asan xidmət mərkəzinə aparıb başqa sənədlərlə bilrikdə həmin sənədə imza çəkdirmişlər. Mübahisəli torpaq sahəsinin iddiaçının adına necə rəsmiləşdirilməsini bilmir. İddiaçını heç tanımır və bir dəfə də olsun onu görməmişdir. Obyekt və 10 sot torpaq sahəsi Qəmər adlı şəxsə məxsus olmuşdur. Lakin iddiaçının mülkiyyətində ola n Zaqatala rayonu, S.Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsindəki çörəkbişirmə sexi ona məxsusdur. Həmin sexi o, uzun müddət əvvəl öz vəsaiti hesabına tikdirmişdir. Torpaq satılarkən ona söz vermişdilər ki, çörəkbişirmə sexinin yerləşdiyi torpaq sahəsini onun adına keçirəcəklər. Çörəkbişirmə sexi əvvəlcədən mövcud olmuş, orada qaz sayğacı da quraşdırılmış və o, hər ay ödənişlər etmişdir. Qaz sayğacı onun obyektinə 2017-ci ildə quraşdırılmışdır. Makler tərəfindən mübahisəli torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir ki, o, torpaq sahəsi ilə heç bir şey edə bilməsin. Məhkəmə gedişatında makler onunla danışıq aparmış və həmin sahənin onun adına rəsmiləşdirilməsinə söz vermişdir. Tikilinin çıxarışı yoxdur. Tikilinin ölçüləri 12 metrin 20 metrədir və onun sahəsi 200 kv.m olar. Mübahisəli torpaq sahəsində ferma olmuşdur və o 2006-cı illərdə orada toyuq saxlamışdır.

7. Zaqatala Rayon Məhkəməsinin 8 may 2025-ci il tаrixli, e-2(033)-128/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 23 sentyabr 2024-cü il olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1əsində yerləşən 0,0466 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin tikinti altında olmayan hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakları ilə birlikdə çıxarılmaları, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan 50 manat iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Vüqar Məmmədov)

8. Birinci instansiya məhkəməsi qeyd edib ki, işin mübahisəsiz hallarına görə ünvan 1əsində yerləşən 0,0466 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdən tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Torpaq sahəsinin bir hissəsi tikinti altında, digər hissəsi isə tikintidən kənarda yerləşir.

9. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı tələbini xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi və həmin torpaq sahəsində qanunsuz tikili inşa edərək çörəkbişirmə sexi kimi istifadə etmələri, xüsusi mülkiyyətində olan torpaq sahəsindən sahiblik və istifadəsinə cavabdehlərin mane ya ratmaları ilə əsaslandırsa da, yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, sökülməsi tələb olunan tikili mübahisəli torpaq sahəsinin bir hissəsində yerləşir və iddiaçının həmin torpaq sahəsini əldə etməsindən əvvəl mövcuddur və cavabdehlər həmin tikilidən çörəkbişirmə sexi olaraq istifadə edirlər.

10. İddiaçı torpaq sahəsini cavabdehlərin çörəkbişirmə sexindən istifadələrinə hər hansı etiraz etmədən, cavabdehlərin tikilidəki fəaliyyətinə son qoyulmasını, tikilidən çıxarılmalarını tələb etmədən mövcud vəziyyətdə əldə etmişdir.

11. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, işdəki sübutlarla cavabdehlərin sonradan mülkiyyətçi hüquqları iddiaçıya keçmiş 0,0466 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini özbaşına zəbt etmələrini və ya əvvəlki mülkiyyətçin in razılığı ilə istifadə etmələrini müəyyən etmək mümkün olmasa da, iddiaçının öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməmək, özünə məxsus olan torpaq sahəsindən sərbəst, maneəsiz istifadə və sahiblik etmək hüquqları olduğundan, iddia tələbi cavabdehlərin iddiaçıya məxsus olan torpaq sahəsinin tikinti altında olmayan hissəsindən əmlakları ilə birlikdə çıxarılmalarına dair hissədə təmin edilməlidir.

12. Bununla yanaşı, iddiaçı tələbinin tikilinin sökülməsinə dair hissəsini onun mövcudluğunun mülkiyyət hüquqlarını pozması ilə əsaslandırsa da, o, torpaq sahəsinə mülkiyyət hüququnu əldə edərkən tikilinin mövcudluğundan xəbərdar olmaqla mülkiyyət hüququnun pozulmasından da məlumatlı olmuşdur. Lakin torpaq sahəsinin yüklü olduğunu bilərək etiraz etmədən qəbul etmişdir.

13. Birinci instans iya məhkəməsinini mövqeyinə görə inşaatına pul vəsaiti xərclənən və qazanc əldə etmək məqsədi ilə istifadə edilən tikinti cavabdehlər üçün iqtisadi dəyərə malikdir. Bundan başqa, hazırda cavabdehlər həmin tikilidən çörəkbişirmə sexi olaraq istifadə etsələr də, iddiaçı onların tikilidən çıxarılmalarını tələb etmir. Cavabdehlər oradan çıxarılmadan isə tikilinin sökülməsi mümkün deyil. Belə olan halda, onlar üçün iqtisadi dəyərə malik tikinti cavabdehlər oradan çıxarılmadan və onlara kompensasiya ödənilmədən sökülə bilməz. Odur ki, iddia tələbi cavabdehlərin torpaq sahəsinin tikinti altında olan hissəsindən çıxarılmalarına, torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsinə dair hissədə rədd edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülk i Məcəllənin 152.1, 152.5 və 157.2-ci, Torpaq Məcəlləsinin 84 (1, 3), 111-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, Rayon Məhkəməsi iddiaçının mülkiyyət hüququnu kobud surətdə pozaraq 23 sentyabr 2024-cü il olan Çıxarışa əsasən i ddiaçıya məxsus olan Zaqatala şəhəri, Səməd Vurğun küçəsində yerləşən 0,0466 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsindən cavabdehlərin əmlakları ilə birlikdə çıxarılması (boşaldılması) və həmin torpaq sahəsi üzərində yerləşən qanunsuz tikilinin sökülməsi hissəsində iddianı təmin etməmişdir. Rayon Məhkəməsinin iş üzrə çıxarılmış qətnaməsi qanunsuz, ədalətsiz və əsassızdır. İddiaçınını cavabdehlər qarşısında mülki hüquq münasibətlərindən irəli gələn heç bir öhdəliyi yoxdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. İş üzrə cavabdehlərdən Cavabdeh3 Rayon Məhkəməsində qeyd etdiyi xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı həmin torpaq sahəsini qanunvericiliyə uyğun qaydada əldə etmişdir. Hazırda da sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair sənədlər mövcuddur. Bununla da Rayon Məhkəməsi çox təəssüf ki, sözügedən torpaq sahəsinin iddiaçıya məxsus olması barədə məhkəməyə təqdim edilmiş sənədləri nəzərə almadan absurd, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ümumiyyətlə, işin araşdırılması lazımı qaydada həyata keçirilməmiş, mötəbər sübutların olmasına baxmayaraq məhkəmə iddianı tam olaraq təmin etməmiş və qanunsuz qətnamə qəbul etmişdir.

17. Apellyasiya baxışında iddiaçı apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, torpaq sahəsini bir olar ki, Elnarə adlı şəxsdən almışdır. Torpaq sahəsini alanda mübahisəli tikili orada var idi. Satıcı bildirmişdi ki, qanunsuz tikilidir və sökülməlidir. Lakin həmin tikilinin n ə vaxt inşa edilməsini bilmir. Satıcıya həmin tikilini sökdürəndən sonra torpaq sahəsinin ona satılmasını təklif etmədən torpağı alıb. Nəzərdə tutmuşdu ki, torpağı alandan sonra özü sökdürəcək.

18. Apellyasiya baxışında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, 2000-ci ildən həmin ərazidə yaşayır, tikili 2013-cü ildə inşa edilib, 20152017-ci illərdə tikiliyə qaz və su çəkilmişdir.

19. Apellyasiya baxışında Cavabdeh3 vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisə predmeti olan tikili illər öncə cavabdehin mülkiyyətində olan mübahisəli torpaq sahəsində tikilmişdir. Bankdan götürülmüş kreditin təminatı olaraq cavabdehin mülkiyyətində olan yaşayış evi və evin yerləşdiyi həmin torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, tutmanın ipoteka predmetin ə yönəldilməsi nəticəsində həmin ev torpaq sahəsi ilə birlikdə bankın mülkiyyətinə keçmişdir. Aparılmış danışıqlar nəticəsində bank həmin evi və evin yerləşdiiiyi torpaq sahəsini yenidən cavabdehə satılmasına razılıq vermişdir. Sonradan cavabdehin məlumatı olmadan sözügedən əmlak bank tərəfindən digər şəxsə satılmışdır. Belə ki, torpaq sahəsi bankda girovda olan zaman bankın prokurorluğa müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh3 prokurorluğa dəvət olunmuş və ona bildirilmişdir ki, o, banka 50000 manatı ödəsə, bank onun evini geri qaytaracaqdır. Cavabdeh3 da 10000 manatın ödənilməsi barədə qəbzi müstəntiqə təqdim etdikdən sonra bank razılaşmışdır ki, qalıq 40000 manatı cavabdeh hissə-hissə ödəyəcəkdir. Bununla da prokurorluqda araşdırma yekunlaşmışdır. Lakin qeyd olunan şifahi razılığa baxmayaraq, bank gözləməmiş və razılaşmadan 1 ay sonra torpaq sahəsini evlə birlikdə digər şəxsə 50000 manata satmışdır. Həmin şəxs aldığı torpaq sahəsinin 2 sot hissəsini evlə birlikdə 50000 manata cavabdehə, qalan ərazini isə zamanla bir neçə hissələrə bölüb müxtəlif şəxslərə satmışdır. Beləliklə, girov qoyulmamışdan əvvəl cavabdehin mülkiyyətində olan, illərdir istifadə etdiyi torpaq sahəsinin müəyyən hissəsi evlə birlikdə yenidən onun özünə satılmışdır. Həmin vaxtlar cavabdehin orada çörəkbişirmə sexi və mağazası artıq fəaliyyət göstərirdi, qaz və işıq çəkilmişdi. Mübahisəli əmlakı bankdan alan şəxs orada tikinti işlərinə başladıqdan sonra cavabdeh həmin alqısatqı müqaviləsini mübahisələndirərək Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və bildirmişdir ki, onun istifadə etdiy i girovda olan əmlak məlumatı olmadan bank tərəfindən digər şəxsə satılmış və həmin şəxs də tikinti işləri aparır. Həmin iş üzrə məhkəmə icraatı zamanı tikinti işləri məhkəmə qərarı ilə dayandırılmışdır. Buna görə həmin iş üzrə qarşı tərəf Cavabdeh3 3 sot yeri təklif etmişdir ki, o, qalan hissədə aparılan tikinti işlərinə maneələr törətməsin. Cavabdeh3 da bununla bağlı ASAN xidmət mərkəzində mübahisəli torpaq sahəsi ilə bağlı heç bir tələbinin olmadığı barədə ərizə yazmışdır. Bundan sonra həmin şəxslər cavabdehi aldatmış və tikinti işlərinə davam etmişlər. Cavabdeh də ASAN xidmət mərkəzinə təkrarən müraciət edərək ilk ərizəsindən imtina etmişdir. Beləliklə, mübahisəli torpaq sahəsinin bir hissəsində bankdan alan şəxs tərəfindən tikinti işləri yekunlaşmış və həmin hissə tikinti ilə birlik də üçüncü şəxsə satılmış, Cavabdeh3 isə 3 sot ərazi qalmışdır. Oranın da Cavabdeh3 satılmasına söz verilsə də, nəticədə iddiaçıya satılmış və hazırkı mübahisə yaranmışdır. Əlavə olaraq da qeyd edir ki, cavabdeh həmin ərazidə 2005-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, əmlak isə 2009-cu ildə girov qoyulmuşdur. Yəni əmlak girov qoyulan zaman cavabdehin artıq VÖEN-i var idi və o, qanuni əsaslarla özünə məxsus torpaq sahəsində tikinti işləri aparmışdı. Bu səbəbdən də tikili qanuni olduğuna görə icra hakimiyyətinin memarlıq şöbəsindən və ya digər səlahiyyətli orqanlardan heç bir etiraz daxil olmamış, oraya qaz, işıq və su çəkilmişdir.

20. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-755/2025 nömrəli, 9 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edi lməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Zülfüqar Sadiqov, Əyyub Kərimov)

21. Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, işin müəyyən edilən hallarına görə Cavabdeh3 mülkiyyətində Zaqatala şəhəri, Səməd Vurğun küçəsində həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi olmuşdur. Cavabdeh həmin torpaq sahəsində digər tikililərlə yanaşı mübahisə predmeti olan qeyri-yaşayış sahəsi də tikmişdir. Cavabdehlər həmin tikilidə əvvəllər toyuq-cücə saxlamış, sonradan isə çörək bişirmə sexi kimi istifadə etmişlər. Sonradan cavabdeh mülkiyyətində olan həmin torpaq sahəsini və üzərində yerləşən yaşayış evini bank dan götürülmüş kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyinə görə tutma ipoteka predmeti olan əmlaka yönəldilmiş, nəticədə həmin əmlak bankın mülkiyyətinə keçmişdir. Bank həmin əmlakı əvvəlcə başqa şəxsə satmış, həmin şəxs aldığı torpaq sahəsinin 0,02 ha hissəsini evlə birlikdə 50000 manata cavabdehə, qalıq torpaq ərazisini isə zamanla bir neçə hissələrə bölüb müxtəlif şəxslərə satmışdır. Mübahisəli torpaq sahəsinin bir hissəsində bankdan alan şəxs tərəfindən tikinti işləri aparılmış və həmin hissə tikinti ilə birlikdə digər üçüncü şəxsə satılmış, Cavabdeh3 isə 0,03 ərazi qalmışdır. Torpaq sahəsinin yerdə qalan hissəsi iddiaçıya satılmış və hazırkı mübahisə yaranmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikay ətinin başlıca dəlili olan torpaq sahəsi üzərində tikilinin sökülməsi ilə bağlı göstərmişdir ki, işin mübahisəsiz hallarına görə Zaqatala şəhəri, Səməd Vurğun küçəsində yerləşən 0,0466 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdən tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Torpaq sahəsinin bir hissəsi tikinti altında, digər hissəsi isə tikintidən kənarda yerləşir.

23. İddiaçı tələbini xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin zəbt etməsi və həmin torpaq sahəsində qanunsuz tikili tikdirərək çörəkbişirmə sexi kimi istifadə etmələri, onun torpaq sahəsindən sahiblik və istifadəsinə maneələr yaratmaları ilə əsaslandırsa da, yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, sökülməsi tələb olunan tikili mübahisəli torpaq sahəsinin bi r hissəsində yerləşir və iddiaçının həmin torpaq sahəsini əldə etməsindən əvvəl mövcuddur və cavabdehlər həmin tikilidən çörəkbişirmə sexi olaraq istifadə edirlər. İddiaçı torpaq sahəsini cavabdehlərin çörəkbişirmə sexindən istifadələrinə hər hansı etiraz etmədən, cavabdehlərin tikilidəki fəaliyyətinə son qoyulmasını, tikilidən çıxarılmalarını tələb etmədən mövcud vəziyyətdə əldə etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tikilinin sökülməsinə dair hissəsini onun mövcudluğunun mülkiyyət hüquqlarını pozması ilə əsaslandırsa da, o, torpaq sahəsinə mülkiyyət hüququnu əldə edərkən tikilinin mövcudluğundan xəbərdar olmaqla mülkiyyət hüququnun pozulmasından da məlumatlı olmuşdur. Lakin torpaq sahəsini yüklü olduğunu bilərək etiraz etmədən qəbul etmişdir. İnşaatına pul vəsaiti xərclənən və qazanc əldə etmək məqsədi ilə istifadə edilən tikinti cavabdehlər üçün iqtisadi dəyərə malikdir.

25. Bundan başqa, hazırda cavabdehlər həmin tikilidən çörəkbişirmə sexi olaraq istifadə etsələr də, iddiaçı onların tikilidən çıxarılmalarını tələb etmir. Cavabdehlər oradan çıxarılmadan isə tikilinin sökülməsi mümkün deyil. Belə olan halda, onlar üçün iqtisadi dəyərə malik tikinti cavabdehlər oradan çıxarılmadan və onlara kompensasiya ödənilmədən sökülə bilməz.

26. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlill əri

27. İddiaçı (vəkil – Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edərək əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etməməklə faktiki olaraq İddiaçı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirmək istəyir. Hansı ki, nə Rayon Məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi iş üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanuni əsasları barədə öz qətnamələrində bir kəlmə ilə belə olsun bəhs etməmişlər. Heç bir qanuni əsas olmadan iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi ədalətsiz və əsassızdır. Halbuki iddiaçının cavabdehlər qarşısında nə mülki, nə də ailə hüquq münasibətlərindən irəli gələn öhdəliyi yoxdur. Həmçinin iddiaçıya məxsus torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası özbaşına (qanunsuz) tikilidir. Həm Rayon Məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi faktiki olaraq qəbul etdiyi qətnamələrlə qanunusuz tikilinin yerləşdiyi və ondan istifadə üçün zəruri olan hissələrdə iddiaçını mülkiyyət hüququndan məhrum etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. M ülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

180. Tikinti məqsədlər i üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. T ikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsini n qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsi üzrə olub, bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2124-cü bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

37. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

38. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia tələbinin və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-755/2025 nömrəli, 9 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar