Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3535/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1369/2025 nömrəli, 21 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tovuz rayon Aqrar İslahat Komissiyası nın xx.xx.1997-ci il tarixli qərarı ilə Cavabdeh Tovuz rayonu, Əlimərdanlı kəndində 0,23 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır.
2. Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)4475/2016 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh adına olan Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılaraq tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır.
3. Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
4. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 8(062)-380/2018 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2018-ci il tarixli 8(062)-380/2018 nömrəli qərardadının ləğv edilməsi, Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi və təqdimatın təmin edilməməsi qərara alınmışdır. Qərardad xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2156/2023 nömrəli qərarı ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına daşınmaz əmlakla bağlı aparılmış xx.xx.2021-ci il tarixli qeydiyyatın ləğv olunması öhdəliyinin Reyestr Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmış və qərar xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birin ci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu, Əlimərdanlı kəndində xx-xx.2021-ci il tarixli Çıxarışla ona məxsus olan torpaq sahəsindən Cavabdeh və digərlərinin çıxarılması, torpaq sahəsi üzərində olan qanunsuz tikililərin sökülməsi və onların qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 108 manat sabit pul məbləğində alimentin, həmçinin həmin uşaqların müalicəsi ilə əlaqədar çəkilməli olan əlavə xərclərə görə hər uşağa görə hər ay sabit məbləğdə 75 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmuşdur. Cavabdehin aliment borcu yığıldığına görə torpaq sahəsi hərraca çıxarılaraq satılmışdır. Tovuz rayonu, Əlimərdanlı kəndində cavabdehə məxsus 0,23 ha torpaq sahəsi vardır. Cavabdeh aliment borcunu ödəyə bilmədiyi üçün icra zamanı cavabdehin həmin torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Bu barədə mülkiyyət sənədləri, yəni xx.xx.2021-ci il tarixli Çıxarış da vardır. Lakin hazırda ona məxsus olan Tovuz rayonu, Əlimərdanlı kəndində olan torpaq sahəsini cavabdeh özbaşına tutaraq orada tikinti işləri aparır. Cavabdehə dəfələrlə həmin torpaq sahəsindəki tikilinin sök ülməsini təklif etsə də o, həmin tikilini sökmür. Hazırda cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmişdir.
8. AR Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İddiaçı adına dövlət qeydiyyatına alınmış 0,23 ha həyətyanı torpaq sahəsinin Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh istifadəsi kimi təqdim edilən tikililərdən 1-ci və 2-ci tikili bütövlükdə, 3-cü tikilidən 206 kv.m qədər hissəsi sözügedən Çıxarışa əsasən İddiaçı adına dövlət qeydiyyatına alınmış 0,23 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
9. Tovuz Rayon Məhkəməsinin 2(062)-15/2023 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh i stifadəsi kimi təqdim edilən tikililərdən 1-ci və 2-ci tikili bütövlükdə, 3-cü tikilinin isə 206 kv.m qədər hissəsi sökülməklə iddiaçıya məxsus torpaq sahəsinə olan qanunsuz müdaxiləyə son qoyulması, Cavabdeh İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.23 ha torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Zaur Hünmətov).
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.23 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla, Cavabdeh istifadəsi kimi təqdim edilən tikililərdən 1-ci və 2-ci tikili bütövlükdə, 3-cü tikilinin isə 206 kv.m qədər hissəsi İddiaçı adına dövlət qeydiyyatına alınmış 0,23 ha torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Cavabdehin qeyd olunan tor paq sahəsindən istifadə etməsi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozduğundan o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır.
11. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətində olan Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.23 ha torpaq sahəsindən çıxarılmalı, cavabdehin istifadəsi kimi təqdim edilən tikililərdən 1-ci və 2-ci tikili bütövlükdə, 3-cü tikilinin isə 206 kv.m qədər hissəsi sökülməklə iddiaçıya məxsus torpaq sahəsinə olan qanunsuz müdaxiləyə son qoyulmalıdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbində digər şəxslərin də torpaq sahəsindən çıxarılmasını qeyd etsə də, digər şəxslərin kimlərdən ibarət olmasına dair sübut təqdi m edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Mülki Məcəllənin 139, 152, 157-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
14. İddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyində 4-cü tikilidən də, 102 kv.m qədər hissəsinin Çıxarışa əsasən onun adına dövlət qeydiyyatına alınmış 0,23 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildiyi qeyd olunmuşdur. Tovuz Rayon Məhkəməsinin 2(062)-15/2013 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində bu barədə heç nə qeyd edilməmişdir. 4-cü tikili barədə və eləcə də onun sökülməsi barədə qətnaməyə əlavə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-15/2013 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində cavabdehin istifadəsi kimi təqdim edilən tikililərdən 1-ci və 2-ci tikili bütövlükdə, 3-cü tikilinin isə 206 kv.m qədər hissəsi sökülməklə iddiaçıya məxsus torpaq sahəsinə olan qanunsuz müdaxiləyə son qoyulması və cavabdeh iddiaçının mülkiyyətində olan Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.23 ha torpaq sahəsindən çıxarılması göstərilsə də, 4-cü tikilidən 102 kv.m hissəsinin sökülməsi nəticə hissəsində göstərilməmişdir.
15. Tovuz Rayon Məhkəməsinin 2(062)-15/2023 nömrəli iş üzrə 18 aprel 2023-cü il tarixli əlavə qətnaməsi ilə ərizə təmin edilmiş, Cavabdeh istifadəsi kimi təqdim edilən tikililərdən 4-cü tikilinin 102 kv.m qədər hissəsi sökülməklə Cavabdeh qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir (hakim Zaur Hünmətov).
16. Məhkəmə qeyd etmişd ir ki, işə baxılarkən Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi tədqiq edilib, sübut kimi qəbul edilmişdir. Həmin rəydə 4-cü tikili barədə də tədqiqat aparılmışdır. Məhkəmə həmin hissə üzrə araşdırma aparmış və həmin hissəyə dair işdə sübut olmağına baxmayaraq həmin tələbə aid hissədə qətnamə qəbul edilməmişdir.
17. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Tovuz Rayon Məhkəməsinin 2(062)15/2013 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmədiyindən iddiaçının ərizəsi ilə əlavə qətnamə çıxarmaqla nəticə hissəsində cavabdehin istifadəsi kimi təqdim edilən tikililərdən 4-cü tikilinin 102 kv.m qədər hissəsinin sökülməsi barədə məsələnin həll olunmasını qanuni hesab etmişdir.
18. Məhkəmə öz hüquqi mövqeyini AR MPM-nin 229-cu maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyas iya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1-ci, 2-ci və 3-cü tikililər cavabdehin yeganə və tək yaşayış yeridir. Yəni həmin torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən tikililərdən başqa cavabdehin başqa yaşayış yeri yoxdur. Bu səbəbdən də Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qanunsuz və əsassız qərardadı cavabdehə bəlli olduqdan sonra cavabdeh həmin qərardaddan qərardadı qəb ul etmiş məhkəməyə şikayət vermiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qərardad qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş və qanuni qüvvəsini almışdır. Bundan sonra cavabdeh Tovuz Rayon Məhkəməsində İddiaçı və Reyestr Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz Rayon İcra və Probasiya Şöbəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmış və Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1902/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı adına tərtib edilmiş Çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X2 verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il ta rixli, 2(104)-982/2022 nömrəli qərardadına əsasən qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1902/2021 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmiş və ona tələb üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Cavabdeh hazırkı tələb üzrə İddiaçı adına olan Çıxarışı mübahisələndirərkən, İddiaçı hazırkı iddia tələbi də məhkəmənin icraatında olmaqla, hər iki mülki işi eyni hakim araşdırmaqla, həmin hakim tərəfindən xx.xx.2021-ci il tarixli 8(062)-380/2018 nömrəli qərardad, xx.xx.2021-ci il tarixli, 2(062)-1902/2021 nömrəli qətnamə qəbul edilməklə İddiaçı hazırkı mübahisə olunan iddia tələbi baxılmamış saxlanılmışdır. Yəni yuxarıda sadalanan bütün hallara dair sübutlar hazırda mübahisə olunan qətnamə üzrə mül ki işin materiallarına əlavə edilmişdir. Göründüyü kimi məhkəmə öz qətnaməsini iş materiallarında mübahisəyə dair kifayət qədər sübutlar olduğu halda yalnız və yalnız iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə əsaslandırmışdır. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, İddiaçı adına verilmiş Çıxarışın verilməsinə əsas olan sənədlər məhkəmə tərəfindən ləğv edilmiş və həmin qərardadlar bu gündə qanuni qüvvədə olmaqla mülki işin materiallarına əlavə edilmişdir.
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1369/2025 nömrəli mülki iş üzrə 21 iyul 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Tovuz Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qətnaməsi və 18 aprel 2023-cü il tarixli əlavə qətnaməsi ləğv edilmiş, iddia təl əblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. (hakimlər Günay Cavadova (sədrlik edən, məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev).
22. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edən iddiaçı, sübut etməlidir ki, o, həmin əmlak üzərində əmlak hüquqlarına malikdir. Lakin iş materiallarından görünmüşdür ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqları xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınsa da, sonradan xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən dövlət reyestrində iddiaçının xeyrinə aparılmış qeyd ləğv edilmişdir. Belə olan halda, qeyd edilməlidir ki, iddiaçının bu kimi iddianı irəli sürmək üçün müvafiq subyektiv hüququ yoxdur.
23. Qeyd olunanlar a əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hazırkı tələbi əsassızdır və təmin edilməməlidir. Lakin işə baxan məhkəmə əsassız olan iddianı təmin etmiş, bununla da iş üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
24. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 14, 139, 152-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməs ini xahiş etmişdir.
26. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya qanuni çıxarışla məxsus olan torpaq sahəsi, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış əmlakdır (çıxarış 2021-ci ilin yanvarında verilmişdir). Bu hüquq dövlət tərəfindən əmlak hüququnun müdafiəsi prinsipi əsasında qorunmalı olduğu halda, sonradan verilmiş məhkəmə qərarları ilə bu hüquqa əsassız müdaxilə edilmişdir. Cavabdehin iddiası əsasında torpaq sahəsinin üzərindən artıq mövcud olmayan həbsin götürülməsi qərara alınmış və bu qərar iddiaçının çıxarışının etibarsızlığına yönəldilmişdir. Tovuz Rayon Məhkəməsi bu müdaxiləni aradan qaldırmaq üçün qətnamə çıxarmış, lakin cavabdehin gecikmiş ərizəsi əsasında verilmiş müddətin bərpası qərarı həmin qətnamənin icrasını faktiki olaraq dayandırılmışdır. Bu hal mülkiyyət hüqu qunun məhdudlaşdırılmasıdır və AR Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinin pozulması hesab olunur. İddiaçı öz hüquqlarını birinci instansiya məhkəməsində bərpa etmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Lakin, cavabdehin gecikmiş və əsassız apellyasiya şikayəti əsasında iş yenidən baxılmağa başlanmış, bu isə iddiaçının ədalətli və effektiv məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı müvafiq icra sənədi təqdim edilmiş və icraat başlanmışdır. Lakin cavabdehin müddət bərpası ərizəsi əsasında apellyasiya prosesi başladılmış və icra qeyri-qanuni şəkildə dayandırılmışdır, bu da Konstitusiyanın 129-cu maddəsinə ziddir. Məhkəmə cavabdehin hüquqlarını müdafiə etmək üçün prosessual tələbləri gözləmədən, onun gecikmiş apellyasiya ərizəsini qəbul etm iş, iddiaçının isə qanuni yollarla əldə etdiyi hüquqların müdafiəsinə lazımi qiymət verməmişdir. Bu, hüquq bərabərliyinin pozulmasıdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikililər inşa edildiyi Tovuz Rayon Məhkəməsinin qətnaməsində sübuta yetirilmişdir. Bu tikililərin sökülməsi və cavabdehin ərazidən çıxarılması mülkiyyət hüququnun müdafiəsi üçün zəruri idi. Apellyasiya instansiyası bu hüququ təmin edən qərarın icrasını dayandırmaqla Mülki Məcəllənin 14.3-cü maddəsinin tətbiqini faktiki olaraq pozmuşdur. İddiaçının istifadəsində olan torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz müdaxilə edilmiş, və bu hal əmlakdan istifadə imkanlarını tam məhdudlaşdırmışdır. Məhkəmənin tikililərin sökülməsi qərarı Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinin təl əbinə uyğun olaraq verilmişdir. Apellyasiya mərhələsində bu əsas nəzərə alınmamış, cavabdehin maraqları üstün tutulmuşdur. İddiaçı mülkiyyətçi olduğu halda, onun torpaq sahəsinə əsassız müdaxilə olunmuş və torpağın istifadəsi əngəllənmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi qeyri-obyektiv və prosedur qaydaları pozmaqla işə yenidən baxmış, iddiaçının mülkiyyət hüququnu ləğv etmişdir. İddiaçının torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş iki fərdi yaşayış evi mövcuddur. Cavabdeh həmin evlərin ailəsinə və qardaşına məxsus olduğunu iddia etsə də, sübutlarla (aktlar və qeydiyyat sənədləri) təsdiqlənmişdir ki, bu evlər yalnız cavabdehin özünə məxsusdur və hazırda orada heç bir ailə üzvü qeydiyyatda deyil və yaşamır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayət inə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tə rəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialların da olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasə n iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edən iddiaçı, sübut etməlidir ki, o, həmin əmlak üzərində əmlak hüquqlarına malikdir. Lakin iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqları xx.xx. 2021-ci il tarixdə dövlət qeydiyyatına alınsa da, sonradan xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən dövlət reyestrində iddiaçının xeyrinə aparılmış qeyd ləğv edilmişdir. Belə olan halda, qeyd edilməlidir ki, iddiaçının hazırkı tələbi irəli sürmək üçün müvafiq subyektiv hüququ yoxdur.
42. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərini araşdıraraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə mülkiyyət hüququna dair iddiaçının adına aparılmış qeyd sonradan qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə ləğv edildiyindən, iddiaçının cavabdehə qarşı hazırkı tələbləri əsaslı sayılaraq təmin oluna bilməz. Lakin işə baxan birinci instansiya məhkəməsi əsassız olaraq iddianı təmin etmiş və bununla da iş üzrə maddi və p rosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
43. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə işə məhkəmə iclasında baxılması barədə vəsatətinə münasibət bildirərək qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 29 oktyabr 2025-ci il tarixli qərardadı ilə hazırkı mülki işə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Mülki işə şifahi icraat qaydasında baxılması üçün Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığından vəsatət əsassızdır və təmin edilə bilməz.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan v erilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyul 2025-ci il tarixli, 2(104)-1369/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.