Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-165/2026 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (X13 və Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), mənzildən çıxarılma, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı (X13 və Bakı şəhəri Sabunçu rayonu Sabunçu B ələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qarşı “torpaq sahəsindən və yaşayış evlərindən çıxarılma, həmin yaşayış evlərinə köçürülmə, dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4634/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2016-cı il tarixli etibarnaməyə əsasən, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 175 nömrəli sərəncama əsasən onun adına olan ünvan 1 ünvanın da yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, həmin torpağı və tikilini sənədləşdirirək özəlləşdirməyi, RİH-də, Bələdiyyədə, DT və XK-də lazım olan sənədləri təhvil verməyi, almağı, imza etməyi, DƏDRXİ-dən Forma 1, kadastr planı və çıxarış almağı, notariat kontorunda təmsil etməyi, sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi X14 etibar etmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. 2. xx.xx.2018-ci il tarixli əlyazmaya əsasən, “Mən, Səbrəliyev İlham A. O. Sabunçu qəsəbəsi Əliyar Əliyev (köhnə Anaşkin) k üçəsində mənə məxsus 2 sot torpaq və üzərində tikilmiş 4 otaqlı evi X7 73.000 yetmiş üç min manata satdım, pulumu tam aldım, evi təhvil verdim, gələcəkdə heç bir etirazım ola bilməz. Evi təhvil aldım, heç bir narazılığım yoxdur, heç bir iddiam ola bilməz”. 3. xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 175 saylı sərəncama əsasən onun adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, həmin torpağı və tikilini sənədləşdirirək özəlləşdirməyi, RİH-də, Bələdiyyədə, DT və XK-də lazım olan sənədləri təhvil verməyi, almağı, imza etməyi, DƏDRXİ-dən Forma 1, kadastr planı və çıxarış almağı, notariat kontorunda təmsil etməyi, sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi X7 etibar etmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. İddiaçı adından etibarnaməni X13 imzalamışdır. 4. xx.xx.2019-cu il tarixli evlərin alqı-satqısına dair əlyazma müqaviləsində göstərilmişdir ki, X5 qəsəbəsi Ə.Əliyev küçəsində yerləşən mənzili xx.xx.2019-cu il tarixdə 75.000 manata Cavabdeh1 satmağı öhdəsinə götürüb, sonuncu 5000 manat beh verməyi öhdəsinə götürüb. Müqavilədəki əlyazmadan görünür ki, “xx.xx.2019-cu ildə mən X13 özümə məxsus Sabunçu rayonu Ə.Əliyev küçəsində yerləşən, öz vəsaitim hesabına tikdiyim 2 sot yarım torpaqda 4 otaqlı evimi şahidlərin iştirakı ilə 75.000 manata satdım, 5000 manat beh almışam xx.xx.2019-cu il tarixdə, bugün isə evin tam pulunu sayıb yoxlayıb aldım, evi təhvil verdim, heç bir etirazım yoxdur. Evi satdı X13, şahidlər Əsgərov Xəqani Ə., Nəzərov Şövqi A. Evi aldı pulu sayıb verdi Cavabdeh1 S. xx.xx.2019-cu ildə.
5. Bakı şəhəri Sabunçu Bələdiyyəsinin 38 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı ilə birlikdə Anaşkin küçəsində yerləşən 200 kv.m torpaq sahəsinə yerli baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, məktubda göstərilən 200 kv.m torpaq sahəsi Sabunçu Bələdiyyəsi tərəfindən 16 noyabr 2005-ci ildə qeydiyyat nömrəsi 175 saylı sərəncamla İddiaçı torpaq sahəsi ayrılmışdır. Araşdırma zamanı təqdim etdikləri sənədlərdə etibarnamə və sərəncamda bəlli oldu ki, həmin yeri X15 xx.xx.2018-ci il tarixdə baş etibarnamə ilə həmin torpaq sahəsini X2. İlham isə həmin torpaq sahəsində ev inşa edərək sonradan həmin evi X1. Bələdiyyədə əmlak və torpaq vergisi X6 adına qeydiyyata alınmışdır. Sorğuda göstərilən torpaq sahəsi Cavabdeh1 istifadəsində olan torpaq sahəsi deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qarşı X13 və Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə torpaq sahəsindən və yaşayış evlərindən çıxarılma, həmin yaşayış evlərinə köçürülmə, dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin- Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 Bakı şəhəri Sabunçu rayonu ünvan 2 ünvanda yerləşən 200 (iki yüz) kv.m torpaq sahəsindən və həmin torpaq sahəsində olan fərdi yaşayış evlərindən çıxarılmaları, torpaq sahəsinin və fərdi yaşayış evlərinin ona təhvil verilməsi; onun Bakı şəhəri Sabunçu rayonu ünvan 3 ünvanda yerləşən 200 (iki yüz) kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində olan fərdi yaşayış evlərinə köçürülməsi; maddi ziyana görə 8400 (səkkiz min dörd yüz) manat, hüquqi yardımla əlaqədar ödədiyi 320 (üç yüz iyirmi) manat və 110 (yüz on) manat dövlət rüsumunun, cəmi 8830 (səkkiz min səkkiz yüz otuz) manatın cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş et mişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Sabunçu Bələdiyyəsinə müraciət edərək fərdi yaşayış evi tikintisi üçün Sabunçu qəsəbəsi Anaşkin küçəsində 200 (iki yüz) kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə xüsusi mülkiyyətinə ayrılmasını xahiş edib. Sabunçu Bələdiyyəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 21 sentyabr 2005-ci il tarixli 1/757 saylı məktubunu, “Torpaq islahatı haqqında” AR Qanununu və Bələdiyyələrin idarə edilməsi haqqında 19 avqust 2005-ci il tarixli 08 saylı iclasını nəzərə alaraq ona fərdi yaşayış evi tikintisi üçün Sabunçu qəsəbəsi Anaşkin (indiki Əliyar Əliyev) küçəsində 200 (iki yüz) kv.m torpaq sahəsini alqı-satqı yolu ilə satmışdır. Torpaq sahəsini aldıqdan sonra təxminən kirayə vermək üçün 2008-ci ildə orada ayrı-ayrı olan 2 ədəd birmərtəbəli fərdi yaşay ış evləri inşa etdirmişdir. Həmin evləri 2008-ci ilin avqust ayından kirayəyə vermiş və kirayəçilərə nəzarət etməyi qonşuluqda yaşayan X10 xahiş etmişdir. 2017-ci ilin fevral ayınadək kirayə pullarını da qonşuluqda yaşayan Bəhram alıb ona verirdi. Kirayə pulları ilk illər hər ev üçün, hər aya görə 150 manatdan, sonralar isə hər evə görə 250 manat təşkil edirdi. 2017-ci ilin fevral ayında Rusiya Federasiyasının Moskva şəhərindən Bakı şəhərinə qayıtmışdır. Yaşayış evlərinə baş çəkdikdə məlum olmuşdur ki, orada yaşayan kirayəşinlər evlərini bərbad vəziyyətə salmışlar, kommunal xidmətlərə görə ödənişləri etmirlər. Ona görə də kirayəşinləri həmin evlərindən çıxarmışdır. Bir müddət sonra evləri təmir edib, yenidən kirayə vermək fikri var idi. Qısa müddətə şəxsi işləri ilə əlaqədar olaraq Moskva şəhərinə getmişdir, lakin müxtəlif səbəblərdən bir neçə il geri qayıda bilməmişdir. Bir müddət sonra qayıtmış və yenə də şəxsi işlərinə, habelə xəstəliyi ilə əlaqədar məsələlərə başı qarışdığından dərhal həmin evlərlə maraqlana bilməmişdir. 2023-cü ilin payız aylarında həmin evlərini təmir etdirmək və yenidən kirayəyə vermək qərarına gəlmişdir. Evlərin hər birini hər aya görə 300 manata, cəmi 600 manata kirayəyə vermək istəyirdi. Lakin həmin vaxtlar oraya gələndə məlum olmuşdur ki, torpaq sahəsini və həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evlərini hazırda cavabdeh olan şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 zəbt etmişlər. Bununla bağlı cavabdehlərdən həmin fərdi yaşayış evlərini tərk etmələrini tələb etsə də, heç bir müsbət nəticəsi o lmamışdır. Hətta polisə etdiyi şikayətlərinin də heç bir müsbət nəticəsi olmamış və mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlərin hamısı həmin ünvanda olan fərdi yaşayış evlərində faktiki olaraq yaşasalar da, bəziləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 qeydiyyatsız yaşayırlar, bəziləri- Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 isə həmin ünvana qeydiyyata düşmüşlər. Dəfələrlə cavabdehlərdən tələb etmişdir ki, könüllü olaraq torpaq sahəsini və yaşayış evlərini boşaldıb getsinlər. Lakin cavabdehlər torpaq sahəsindən və evlərindən könüllü olaraq çıxmaq istəmirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində artıq uzun müddətdir ki, mülkiyyətçi kimi hüquqları kobud şəkildə pozulur, ona maddi və mənəvi ziyan dəyir. Fərdi yaşayış evi tikmək ü çün aldığı torpaq sahəsinə və inşa etdirdiyi evlərə daxil ola bilmir. Bundan başqa, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, 2023-cü ilin noyabr ayından 2025-ci ilin yanvar ayınadək olan 14 ay müddətində, hər ay 600 (300+300) manat olmaqla, cəmi 8400 (səkkiz min dörd yüz) manat maddi ziyan dəymişdir. Ona görə məcbur olub hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 tərəfindən Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət, mənzil və mənzil toxunulmazlığı hüquqları kobud şəkildə pozulmuşdur.
8. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini etiraf etməmiş və izahatında bildirmişdir ki, İlham adlı şəxsdə n 75000 manata yaşadığı evi hazır vəziyyətdə aprel-may aylarında 2019-cu ildə almış və ora köçmüşdür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
9. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddia tələbini etiraf etməmiş və izahatında bildirmişdir ki, evi etibarnamə ilə 73000 manata İlham adlı şəxsdən onun atası və babası Voroşil alıb, 2018-ci ildə həmin ev alınıb, o, həmin vaxt tələbə idi. Babası xəstələndikdən sonra evi öz adlarına keçirə bilmədilər. Nəzrin bacısıdır. 2018-ci ildən nənəsi Pakilət, bacısı Nəzrin və o, orada yaşayırlar. Etibarnamə ilə bütün hüquqlar ötürülmüşdür. İddiaçının torpaq sahəsində yerləşən evi İlham sökmüşdür.
10. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbini etiraf etməmiş, Cavabdeh3 izahatındakı xüsusatları təs diq edərək bildirmişdir ki, yaşadıqları evi İlham adlı şəxs onun yoldaşı Voroşilə satıb, o iddiaçını tanımır.
11. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 izahatında bildirmişdir, o torpaq sahəsini İsmayıldan almışdır. Nanuli, Tofiq və məhkəmə iclas zalında olan yaşlı şəxsləri tanıyır, azyaşlı şəxsləri isə tanımır. Elxanla aralarında heç bir alqı-satqı olmayıb, onu məhkəmə iclas zalında görmüşdür. Həmin 2 sotluq bələdiyyə sənədini etibarnamə ilə İsmayıl 2014 və ya 2016-cı ildə ona vermişdir. İsmayılın da etibarnaməsi var idi, torpağı həmin etibarnamə əsasında ona satmışdır. O, makler deyil. Aldığı evin sənədi yox idi, elə həmin bələdiyyə sənədi idi. O, evi alanda yerdən 2 otaq balaca daxma var idi. Aşağıda bir nəfər də kirayə qalırdı, qaynaqçı idi. Sadəcə olaraq bir ev idi, başqa ev o lmayıb. Əvvəldən hər şey onların adında olub, qaz, işıq sayğaclarını onlar qoymuşlar. Orada su xəttini də özü çəkmişdir. Ünvanın necə olduğunu bilmir. Ora köçəndə Elxanı orada görməmişdir. Torpağı alan zaman gedib sənədlərini almamasının səbəbi məsuliyyətsizlik olub. O, evi mərhum Voroşilə satanda da demişdir ki, bacarırsa evi gedib sənədləşdirsin. Bir həyətdə 5 sot torpaq idi, eyni həyətdə bacanağı Orxan üçün də ev tikmişlər. Etibarnamə hazırda onda deyil. O, evi tikəndən sonra adında olan etibarnaməni Tofiqin atasına - Voroşilə vermişdir. Nanuli xanım üçün veriləndə bacanağının adından o iştirak etmiş, qaz, suyu onun adına keçirmişlər, sonra da həmin ünvana qeydiyyata alınıb. Qalan qeydiyyat və s. məsələlər barəsində məlumat bilmir. Yəni o, bir həyətdə iki ev tikmiş, ayrı-ayrı hasara alm ış, ayrı ünvanlar verilmişdir. Torpağı Voroşilgilə neçəyə satdığını dəqiq bilmir, 7 il keçib, təxminən 73.000 manata satmış, Nanuligilə də 75.000 manata satmışdır. Bələdiyyə qərarında torpaq İddiaçı adında idi. İsmayıldan alanda artıq Elxanın kim olduğu barədə ondan soruşmamışdır, etibarnaməsi var idi. Ona verilən etibarnamə 100 illik idi, bir neçə ili getmişdi. Əkbərov Rauldan 53.000 manat verib almışdır, övladları üçün almışdır, o məsələlər başqa vaxt baxılıb həll edilib, torpaq alanda Elxanla telefon danışığı olmuşdu, Elxanla tanışlıqları olmayıb. Etibarnamə ilə ona bütün səlahiyyətlər verilmişdir.
12. Məhkəmə iclasında şahid X19 ifadəsində bildirmişdir ki, Elxanla 70 ildir ki, kirvədirlər. Elxanın evi onun ixtiyarında olub, kirayə qalanlar gətirirdi, pulları yığırdı, Elxan bəy gələndə ona verirdi. Sonra Elxan bəy Moskvaya getdi. Elxanın ərazisində Elxan olmayanda yaxın illərdə bir neçə ev tikilib. O, Elxanın bundan məlumatlı olduğunu bildiyi üçün ona heç nə deməmişdir.
13. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, Elxan onun dayısıdır. Cavabdehləri tanımır. Torpaq sahəsinin alınma vaxtını dəqiq bilmir. Amma orada qaz və su xəttində problem olanda özü ora gedib baxırdı, çünki dayısı Moskva şəhərində yaşayırdı. Evdə iki ailə qalırdı, Bəstəkar adında oğlan qalırdı. Sonra işləri ilə bağlı ora gedib- gəlməmişdir, sonradan bu barədə məlumatı yoxdur. Ancaq eşitmişdir ki, torpaq sahəsində ev tikilib satılıb. Orada ev tikilməsindən məlumatı olmamış, ona görə dayısına məlumat verməmişdir. Elşən adlı adamı tanımır, etibarnamədən məlumatı yoxdur, dayısı ona heç nə d eməmişdir.
14. Məhkəmə iclasında şahid X16 ifadəsində bildirmişdir ki, məhkəmə iclas zalında əyləşən şəxsləri tanımır, görməmişdir. Təkcə Elxanı tanıyır, onunla həmkəndlidirlər. Qərbi Azərbaycanlıdırlar, oradan tanış olmuşlar. O, əvvəlcə Elxanın torpağı, evi olması barədə bilmirdi. Sonradan onunla rastlaşanda Elxan ona bu barədə demişdir. Orada 2-3 ev var idi, o, 2006-cı ildən 2015 və ya 2016-cı ilədək kirayə pullarını alırdı. Elxan bəyin oğlu Elmar vardı, aldığı kirayə pulları hazır olanda deyirdi ki, ona gəlib götürsün. Amma Elmar özü tək gedəndə onu aldadırdılar, kirayə pullarını vermirdilər. Bu işdə onun heç bir xeyiri yox idi. Beləcə 7-8 il davam etdi. Sonra Elxan dedi ki, Çingiz adlı adam gəlib evlərdə iş görəcək. Sonradan isə nə baş verdiyini bilmir.
15. Bakı şəhəri Sabunçu Rayon Mə hkəməsinin e-2(008)-2277/2025 saylı, 16 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixli etibarnamə əsasında Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 175 saylı sərəncama əsasən onun adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, həmin torpağı və tikilini sənədləşdirirək özəlləşdirməyi, RİH-də, Bələdiyyədə, DT və XK-də lazım olan sənədləri təhvil verməyi, almağı, imza etməyi, DƏDRXİ-dən Forma 1, kadastr planı və çıxarış almağı, notariat kontorunda təmsil etməyi, sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipo teka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi X14 etibar etmişdir. Həmçinin, bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Bundan başqa, iddiaçı, xx.xx.2018-ci il tarixli etibarnamə ilə Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 175 saylı sərəncama əsasən onun adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, həmin torpağı və tikilini sənədləşdirərək özəlləşdirməyi, RİH-də, Bələdiyyədə, DT və XK-də lazım olan sənədləri təhvil verməyi, almağı, imza etməyi, DƏDRXİ-dən Forma 1, kadastr planı və çıxarış almağı, notariat kontorunda təmsil etməyi, sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi X7 etibar etmişdir. Həmçinin, həmin etibarnamə üzrə səlahiyyətlə başqa şəxslərə verilə bilər. İddiaçının adından etibarnaməni X13 imzalamışdır.
17. Göründüyü kimi iddiaçı Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 175 saylı sərəncamı əsasında ona ayrılmış torpaq sahəsi üzərində sərəncam verməyi, orada tikinti işləri aparmağı və sair hüquqları həmin hüquqların başqa şəxslərə verilməsi hüququ ilə əvvəlcə X14, daha sonra X7 etibar etmiş, sonuncuya verilmiş etibarnaməni iddiaçının adından X13 imzalam ışdır. X13 da iddiaçının ona verdiyi səlahiyyət əsasında torpaq sahəsində fərdi yaşayış evləri inşa etdirərək onları cavabdehlərə satmışdır. İddiaçı torpaq sahəsində tikili inşa etmək və sair səlahiyyətlər barədə etibarnamələr verməsinin məqsədinin etibarnamələrdə qeyd ediləndən fərqli olması barədə hər hansı arqument və ya sübut təqdim edə bilməmiş, həmçinin, etibar edilən şəxslərə bu səlahiyyətlərin başqa şəxslərə ötürülməsi hüququnu da vermiş, bununla da, həmin torpaq sahəsinə münasibətdə ona öz əmlakı kimi yiyələnmək və onu öz mülkiyyətinə almaq kimi gözlənti bəxş etmişdir. Düzdür, tikililərin müvafiq icazə alınmaqla tikilməsi də təsdiq edilmir. Mülki Məcəllənin 180-ci maddəsinin məzmunu baxımından həmin tikililər özbaşına tikinti hesab olunur. Buna baxmayaraq, məhkəmə hazırda həmin ti kililərə daşınmaz əmlakın dövlət reyestrinin obyekti kimi deyil, cavabdehlərə məxsus maddi dəyəri olan əşya kimi qiymət vermiş və bu baxımdan, onu əmlak hesab etmişdir. Çünki cavabdehlər qeyd olunan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evlərini dəyərini ödəməklə almış və gələcəkdə həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün gözlənti hüququ əldə etmişlər.
18. Bundan başqa, iddiaçı mübahisəli torpaq sahəsində fərdi yaşayış evləri inşa etdirib həmin evləri kirayə verdiyini, cavabdehlərin ona məxsus evləri qanunsuz zəbt edərək ona xeyli miqdarda, yəni 2023-cü ilin noyabr ayından 2025-ci ilin yanvar ayınadək olan 14 ay müddətində, hər ay 600 (300+300) manat olmaqla, cəmi 8400 (səkkiz min dörd yüz) manat maddi ziyan dəydiyini id dia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, qeyd edildiyi kimi mübahisəli torpaq sahəsində inşa edilmiş və hazırda cavabdehlərin yaşadığı fərdi yaşayış evlərinin iddiaçı tərəfindən inşa edilməsi, həmin fərdi yaşayış evlərinin iddiaçı tərəfindən kirayə verilib gəlir əldə edilməsi, cavabdehlərin torpaq sahəsini və fərdi yaşayış evlərini qanunsuz zəbt etmələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən, iddia maddi ziyanın ödənilməsi hissəsində də əsassızdır.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 59, 60, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, 158.1-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkə məsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli etibarnamədə qeyd olunub ki, X14 etibarnaməni fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində tikinti işləri aparmağı, həmin torpağı və tikintini sənədləşdirərək özəlləşdirməyi, RİH-də, Bələdiyyədə, DT və XK-də lazım olan sənədləri təhvil verməyi, almağı, imza etməyi və sair. Yəni həmin etibarnamədə həmin torpaq sahəsinin başqasını adına özəlləşməyi və satmaq dedikdə yalnız AR qanunvericiliyinə uyğun olaraq çıxarış almaqla sata bilməyi və onun adına özəlləşdirməyi nəzərdə tutulmuşdur. Etibarnamədə digər şərtlər qeyd edilsə də, satmaq və başqa şəxsə etibar edək qeyd olunsa da həmin qeydlər notariat ofisi tərəfindən formal olaraq etibarnamələrdə qeyd olunması ümumi haldır. Bundan başqa, məhkəmə həmin etibarnamənin verilməsinə əsaslanaraq, iddianın rədd edərkən həmin etibarnamənin tərəfindən ləğv olunmasını nəzərə almamış, qətnamədə cavabdehlərin gələcəkdə həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün gözlənti hüququ əldə etmişlər kimi qeyd etmişdir. Yəni cavabdehlərin həmin torpaq sahəsinə və onun üzərində olan tikililərə (fərdi yaşayış evlərinə) hər hansı gözlənilən mülkiyyət hüququ yoxdur. Əksinə onun həmin torpaq sahəsinə və onun üzərində olan tikililərə gözlənilən mülkiyyət hüququ var və daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edərək, müvafiq çıxarış alacaqdır. Həmçinin, cavabdehlər məhkəməyə əlyazma təqdim edərək, İlham Səbrəliyevdən 73000 manata satın aldıqlarını bildirsələr də, həmin torpaq sahəsi və fərdi yaşayış evləri İlham Səbrəliyevə heç vaxt məxsus olmamışdır. Cavabdehlər həmin torpaq sahəsini və fərdi yaşayış evlərini ondan ala bilərdilər. Onun da torpağı və fərdi yaşayış evini satmaq fikri olmamış və yoxdur. Belə ki, torpaq sahəsini və üzərində olan fərdi yaşayış evlərini satmaq fikri olsaydı, etibarnamədə qeyd olunardı ki, həmin torpaq sahəsi və fərdi yaşayış evləri onun adından satılardı. Göründüyü kimi, İlham Səbrəliyev həmin torpaq sahəsini və fərdi yaşayış evini öz əmlakı kimi cavabdehlərə təqdim etməklə öz adından satmışdır. Lakin onun belə hüququ olmamışdır. Eyni zamanda, X9 şəxsən heç vaxt etibarnamə verməmiş, həmçinin onun adından etibarnamə üzrə səlahiyyətlər xx.xx.2018-ci ildə keçməmişdir. Bundan başqa, məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında onunla aralarında heç bir alqı-satqı olmadığını bildirmişdir. İddia ərizəsində qeyd etdiyi dəlilləri məhkəmə iclasında dindirilmiş şahidlər də öz ifadələrində təsdiq etmişlər. Lakin məhkəmə tərəflərin izahatlarına və şahidlərin ifadələrinə (sübutlara) hər hansı münasibət bildirməmiş və sübutları qiymətləndirməmişdir. Yəni məhkəmənin mübahisəli torpaq sahəsində inşa edilmiş və hazırda cavabdehlərin yaşadığı fərdi yaşayış evlərinin iddiaçı tərəfindən inşa edilməsi, həmin fərdi yaşayış evlərinin iddiaçı tərəfindən kirayəyə verilib gəlir əldə edilməsi, cavabdehlərin torpaq sahəsini və fərdi yaşayış evlərini qanunsuz zəbt etmələri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır kimi gəldiyi nəticə tam olaraq əsassızdır. Göründüyü kimi, məhkəmə onun qanunla qorunan mülkiyyət (gözlənilən mülkiyyət) hüququnu pozaraq əsassız qətnamə çıxarmışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4634/2025 nömrəli mülki iş üzrə 13 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), İ.Şirinov və N.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərdən və onların yerləşdiyi torpaq sahəsindən cavabdehlə rin çıxarılması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından, həmçinin iddiaçı hüquqdan sui-istifadə etməklə irəli sürdüyündən bu cür iddia haqlı sayılmır.
24. Belə ki, mübahisəli yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililər və onların yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evlərə(özbaşına tikililərə) və onların yerləşdiyi torpaq sahəsinə iddiaçının hansısa aidiyyəti ilə bağlıdır.
25. İddiaçı iddia tələbində və apellyasiya şikayətində hazırkı iddiasını hansı əsasla və nəyə görə irəli sürdüyünü və nədən narazı olduğunu göstərib. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə yuxarıda qeyd olunan hüquqi dəyərləndirməni apararaq iddianı rədd edib. Cavabdehlərdən Cavabdeh2, Sənan və Cavabdeh7lərin yaşadığı tikilinin yerləşdiyi torpaq sahəsinin Sabunçu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə ona ayrılmış 200 kv. metr torpaq sahəsində inşa olunduğuna, digər cavabdehlərin yaşadığı tikilinin isə ona bitişik ərazidə inşa etdiyini iddia edib və bunu əsas gətirən iddiaçı iddiasının və şikayətinin əsaslı olduğunu düşünür. Düzdü, Sabunçu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə 200 kv. metr torpaq sahəsinin iddiaçıya ayrılmasının qanuniliyinin və əsaslılığının yoxlanılması bilavasitə hazırkı icraatın predmeti olmasa da, bunun və tikilinin birinin həmin torpaq sahəsində yerləşməsinin həqiqiliyi də iddianın və şikayətin əsaslılığı baxımından heç nəyi də yişmir. Çünki iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı X14 xx.xx.2016-cı il tarixli etibarnamə verilib və həmin etibarnamə ilə sonuncuya bütün, o cümlədən satmaq, bağışlamaq və.s səlahiyyətlər verilib, etibarnamədə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi də qeyd olunub. Etibarnaməni sonradan ləğv etməsi də nəyisə dəyişə bilməz. Bundan sonra isə, Sabunçu Bələdiyyəsinin 12 mart 2024-cü il tarixli 38 nömrəli məlumatında da(i.v.59) qeyd olunduğu kimi sözügedən torpaq sahəsi X15 tərəfindən xx.xx.2018-ci il tarixli etibarnamə ilə X3. İlham Səbrəliyev isə həmin torpaq sahəsində ev inşa edərək sonradan həmin evi X4 və Bələdiyyədə də həmin ev sonuncunun adına qeydə alındığı təsdiq olunur. Digər cavabdehlərin istifadəsində və sahibliyində olan tikilinin yerləşdiyi torpaq sahəsinin o na ayrılmasını isə iddiaçı da israr etmir, Bələdiyyə də qeyd olunan məktubda bunu təsdiq edib. Göründüyü kimi, İlham Səbrəliyev ona səlahiyyət verilmiş etibarnamə əsasında qeyd olunan torpaq sahəsində və ona bitişik ərazidə, yeni 2 ayrı-ayrı ev inşa edərək cavabdehlərdən bir tərəfə xx.xx.2018-ci ildə 73000 manata, digər tərəfə isə xx.xx.2019-cu ildə isə 75000 manata satmışdır. Bu halları İlham Səbrəliyev də məhkəmə iclasında verdiyi izahatında təsdiq edib. Cavabdehlərin bugünədək həmin evlərdə fasiləsiz yaşaması da işin mübahisəsiz halı sayılır.
26. Göründüyü kimi, iddiaçı xx.xx.2016-cı il tarixli etibarnamə ilə Elşən Dadaşova qeyd olunan torpaq sahəsində tkinti işləri aparmağı, torpaq sahəsini və tikilini sənədləşdirməyi, özəlləşdirməyi, üzərində sərəncam verərək satmağı, bağışlamağı, b una dair müqavilə imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar pulu almağı və.s səlahiyyətləri verərkən bilirdi ki, torpaq sahəsi və üzərində inşa olunan yaxud olunacaq tikililər qeyd olunan etibarnamə və onun əsasında verilmiş sonrakı etibarnamələr əsasında satıla bilər və üzərində qanunla qadağan edilməyən istənilən hərəkətlər edilə bilər. Sonuncu etibarnaməyə əsasən İlham Səbrəliyev də mübahisəli ərazidə qanunla nəzərdə tutulan qaydada olmasa da iki ayrı ev inşa edib cavabdehlərə əvəzli olaraq satmışdır. Bütün bu hallar iddiaçıya açıq-aşkar bəlli olduğu halda, məhz hüquqdan pis niyyətlə cavabdehlərə zərər vurmaq məqsədi ilə bu cür iddia irəli sürməkdə haqlı olmayıb. Çünki bu cür davranış vicdanlılığın tələb etdiyi tərz sayılmır.
27. Cavabdehlərin mübahisə predmeti olan ti kililərin üzərində hansısa hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması da heç nəyi dəyişmir. Çünki mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur(MM.m.157.8). Bir halda ki, qeyd olunan faktlara görə cavabdehlərin tikililərə sahiblik və istifadə etmək ixtiyarı mövcuddur, demək ki, onlara qarşı irəli sürülən istənilən tələbə qarşı etiraz irəli sürməyə də haqqı vardır. Çünki mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (MM.m. 158.1.2.) Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər(MM.m.158.2.) Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir(MM.m. 158. 4). Ona görə də qeyd olunan tikililərin cavabdehlərin adına daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmaması həmin tikililərə qanuni sahiblik və ondan istifadə edən şəxslərə qarşı iddiaçıya bu cür iddia irəli sürməsi üçün hansısa üstünlük yaxud imtiyaz vermir. Bir daha qeyd olunur ki, işin halları ilə də açıq-aşkar təsdiq olunur ki, iddiaçı hüquqdan məhz pis niyyətlə, yəni cavabdehlərə zərər vurmaq məqsədi ilə sui-istifadə edir ki, bu da yolverilməzdir.
28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutunun yaranmasına da zərurət və əsas olmazdı.
29. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 5.3, 11.1, 11.2, 13.4, 157.8, 158.1.2, 158.4, 159, 160, 163.1, 164.1,165.1, 166.3, 180.1, 180.2, 180.3, 385.1, 425.1, 560.1, 560.2. 560.3, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4634/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin (iddiaçı X12 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1,Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanda yerləşən 200 (iki yüz) kv.m. torpaq sa həsindən və həmin torpaq sahəsində olan fərdi yaşayış evlərindən çıxarılmaları, torpaq sahəsinin və fərdi yaşayış evlərinin ona təhvil verilməsi, İddiaçı həmin evə köçürülməsi, maddi ziyana görə 8400 (səkkiz min dörd yüz) manat, hüquqi yardımla əlaqədar ödədiyim 320 (üç yüz iyirmi) manat və 110 (yüz on) manat dövlət rüsumunun, cəmi 8830 (səkkiz min səkkiz yüz otuz) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə) təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.4-cü, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, MPM-in 77.1, 88 və 217-ci maddələrinə is tinad edilməklə onunla əsaslandırılmışdır ki, faktiki olaraq aldığı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa etdiyi yaşayış evlərindən məhrum olunmuşdur. Belə olan halda isə gələcək mülkiyyətçi kimi də hüquqları pozulur. Həmin daşınmaz əmlaklara mülkiyyətçi kimi gözlənti hüququ olduğu halda, cavabdehlərin gözlənti hüqularının olması qeyd olunur. Mübahisəli torpaq sahəsinin pulunu Sabunçu Bələdiyyəsinə ödəyərək almışdır. Belə ki, gələcək mülkiyyətçi olaraq hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İddia ərizəsində qeyd olunan hallar məhkəmə kollegiyasının iclasında tam sübut olunsa da, iddianı qərəzli olaraq təmin etməmiş, mülkiyyətçi kimi hüquqları kobud şəkildə pozulmuşdur.
32. Bundan başqa İlha m Səbrəliyevin də belə bir səlahiyyəti olmamışdır ki, torpaq sahəsini və həmin torpaq sahəsində olan yaşayış evlərini özəlləşdirmədən sata bilsin. O, tam qanunsuz olaraq qeyd olunan torpaq sahəsində və həmin torpaq sahəsində olan yaşayış evlərini cavabdehlərdən bir tərəfə 73000 manata, digər tərəfəisə 75000 manata satmışdır. Eyni zamanda da həmin xx.xx.2016-cı il tarixli Etibarnamə tərəfindən ləğv edilmişdir. Belə olan halda ləğv olunmuş Etibarnamə əsasında edilmiş hərəkətlərin (əqdlərin) özü də etibarsızdır.
33. İddia tələbi tam qanuni və əsaslı olsa da, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası tərəfimdən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İddia ərizəsində qeyd olunan hallar məhkəmə kollegiyasının iclasında ta m sübut olunsa da, iddiası qərəzli olaraq təmin edilməmişdir. Bu maddənin tələbləri pozulmuşdur. Belə ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Lakin məhkəmə kollegiyası qanunun bu normasının tələblərinə əməl etməmiş, qanunsuz və əsassız olan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
36. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır.
37. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
38. Maddə
160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.
39. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
40. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
41. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
42. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
43. Ma ddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
44. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
45. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
47. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
48. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həya ta keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
49. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
50. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyriqanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunma sı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq ol unmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
67. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)4634/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.