Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-277/2026 17.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(1-8)-277/2026 Kateqoriya (açar sözlər): torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsində qanunsuz inşa edilmiş qurğuların sökülməsi, fermanın və torpaq sahəsinin azad edilməklə təhvil verilməsi, dəymiş maddi ziyanın ödənilməsi və qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2025-ci il tarixli 2(106)-1716/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 17 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakları müəyyən etdi:. İşin halları
1. Lerik rayonu, Qosmalian kəndində yerləşən 1,25 hektar, 5,25 hektar və 3,5 hektar torpaq sahələri iddiaçının mülkiyyətindədir, həmin sahələr daşınmaz əmlakın dövlət reyestrindən 6 aprel 2011-ci il tarixli ******* nömrəli, ******* nömrəli və ******* nömrəli çıxarışlar, eləcə də həmin torpaq sahələrinin plan və ölçülərinə dair hüquq müəyyənedici sənədlər verilmişdir. Torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kateqo riyasına aiddir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonu, Qosmalian kəndində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş üç ədəd artezian quyusunun sökülməsi, fermanın və torpaq sahəsinin azad edilməklə ona təhvil verilməsi, dəymiş maddi ziyan müəyyən edilməklə ödənilməsi və Cavabdeh qanunsuz hərəkətlərini davam etdirməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ilin əvvəllərində torpaq sahəsi almaq üçün Lerik rayonun Qosmalian kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş X4 müraciət etmişdir. Bununla əlaqədar tərəfindən verilmiş ərizə əsasında Qosmalian kənd bələdiyy əsində müəyyən müzakirələr aparıldıqdan sonra müvafiq sənədlər tərtib olunmuş, nəhayət tərtib olunan alqı-satqı müqavilələri təsdiq olunduqdan sonra Lerik rayonunun Qosmalian kənd ərazisindən keçən çayın sağ tərəfində yerləşən 1,25 hektar torpaq sahəsi və sol tərəfində yerləşən 5,25 hektar torpaq sahəsi, habelə çaydan bir qədər yuxarı hissədə 3,5 hektar torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin halları daşınmaz əmlakın dövlət reyestrindən 6 aprel 2011-ci il tarixli ******* nömrəli, ******* nömrəli və ******* nömrəli çıxarışlar, eləcə də həmin torpaq sahələrinin plan və ölçülərinə dair hüquq müəyyənedici sənədlər bir daha təsdiq edir. Lerik rayonun Qosmalian bələdiyyəsindən satın alınmış cəmi 10 hektar torpaq sahəsinin əldə olunmasında məqsədi heyvandarlığın və kənd təsərrüfatının inkişafı ilə bağlıdır. O, həmin torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında əldə etdikdən sonra 2011-ci ildən 2019-cu ilə kimi orada kartof əkinini həyata keçirmiş olsa da, eyni zamanda orada 30 metr uzunluğunda ferma inşa etdirməklə, eləcə də 150 ədəd qoyun almaqla həmin fermada yerləşdirilməsini təmin etmişdir. Bütün bu işləri o, bilavasitə deyil, Lerik qəsəbəsində yaşayan nümayəndəsi X1 vasitəsi ilə həyata keçirmişdir. Həmin 10 hektar torpaq sahəsində hər il əkdikləri tonlarla kartofdan (15-20 ton) istehsal etməklə gəlir əldə etmişlər. Onun qoyunçuluğun inkişafı ilə bağlı da gəlirləri kifayət qədər olmuşdur. Yəni ilkin mərhələdə aldıqları 150 ədəd qoyunların sayı sonrakı illərdə surətlə artmaqla gəlir götürməklərinə zəmin yaratmışdır. Bütün bu işlərin idarəçiliyini etibarnamə əsası nda nümayəndəsi olan X2 həyata keçirsə də, həmin torpaq sahəsində yerləşən fermada heyvanların saxlanması ilə bağlı bütün işlər Qosmalian kənd sakini, yəni hazırkı iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən həyata keçirilmişdir. Cavabdeh hörmətlə yanaşmağı, ona kifayət qədər əmək haqqı ödəməyi, digər işlərində də ona kömək etməyi öz “nəticəsini” vermişdir. Yəni 2019-cu ilin əvvəllərində Cavabdeh açıq-aşkar özbaşınalıq nümayiş etdirməklə nümayəndəsi X1 tələb və iradlarına məhəl qoymadan həmin torpaq sahəsində yerə basdırılmış payaları və onlara vurulmuş tikanlı məftilləri sökərək faktiki olaraq torpaq sahəsini zəbt etmişdir. Özü bilavasitə onunla danışmasa da, nümayəndəsi X2, eləcə də həyat yoldaşı X3 dəfələrlə onunla söhbət etməklə hərəkətlərinin qanunsuz olduğunu, buna görə məsuliyyət da şıyacağını, törətdiyi hərəkətlərin heç bir qanuni əsasının olmadığını xatırlatmaqla qeyd olunan qanunsuz hərəkətləri davam etdirməməsi tələbi qoyulsa da, heç bir nəticəsi olmamışdır. Əksinə Cavabdeh qanunsuz hərəkətlərini davam etdirməklə mübahisəli torpaq sahəsində üç yerdə artezian quyuları qazdırmaqla istifadə etmişdir. Onun tərəfindən inşa etdirilmiş fermada isə özünə məxsus heyvanları saxlayır. Bundan əlavə, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində 2018-ci ildə və 2019-cu ilin mart ayında əkdiyi 475 ədəd alma və armud ağacını yerindən çıxarmaqla ona külli miqdarda ziyan vurmuşdur. Həmin torpaq sahəsinin bir hissəsində ilin müəyyən vaxtlarında ot biçinini də həyata keçirmişlər. Onun bu hərəkətlərinin nəticəsi olaraq ona 2019-2020-ci illərdə külli miqdarda ziyan dəymişdir. Bunu nla əlaqədar etdiyi şikayətlərlə bağlı Lerik rayon polis şöbəsində araşdırma aparılarkən dəymiş ziyan ancaq əkilmiş ağacların dəyəri ilə əlaqələndirilsə də, bu mövqe qanunun tələblərinə uyğun olmamışdır. Yəni ona dəymiş ziyan təkcə 10 hektar torpaq sahəsində əkilmiş 475 ədəd alma və armud tingləri ilə bağlı deyildir. Onun iki il ərzində həmin ağacların əkilməsinə, onlara qulluq göstərilməsinə qoyulan sərmayə də dəymiş ziyan kimi nəzərə alınmalıdır. Yuxarıda qeyd etdiyi kimi 10 hektar torpaq sahəsinin ətrafında yerə basdırılmış payalar, onlara vurulmuş tikanlı məftillərə də xərc çəkilmişdir və payaların yerdən çıxarılması, tikanlı məftillərin sökülərək yararsız vəziyyətə gətirilməsi əlavə ziyanın vurulmasına gətirib çıxarmışdır. Bundan əlavə, qeyd etdiyi kimi, hər il onlar həmin 10 hektar t orpaq sahəsinin əksər hissəsində kartof əkinini həyata keçirir və hər il götürdükləri məhsul 15-20 ton civarında olurdu. Qeyd etdiyi xüsusatların təsdiqi qismində o, müvafiq qaydada həmin torpaq sahəsinə aid şəkilləri çəkdirməklə hazırkı iddia ərizəsinə əlavə etmişdir. Yəni iddia ərizəsinə əlavə etdiyi 1, 2 və 3 saylı şəkillər o halları təsdiq edir ki, Cavabdeh həmin sahədə ot biçinini həyata keçirir və orada olan meyvə ağaclarının məhsulunu dərməklə özü istifadə edir. İddia ərizəsinə əlavə etdiyi 4, 5 və 6 saylı şəkillərdən göründüyü kimi cavabdeh Ələkbər Ələkbərov mübahisəli torpaq sahəsində arpa və buğda əkinini həyata keçirməklə kifayət qədər gəlir götürür. İddia ərizəsinə əlavə etdiyi 7 saylı şəkillə bağlı qeyd edir ki, Cavabdeh həmin torpaq sahəsində ot biçinini həyata keçirmiş və or ada torpaq sahəsi “tərtəmiz” vəziyyətdədir. Bütün bu halları qeyd etməyi onunla bağlıdır ki, mülkiyyətində olan torpaq sahəsindən özü gəlir götürməkdənsə, Cavabdeh gəlir götürür və hazırkı dövrə qədər ona ziyan vurmaqla bağlı hərəkətlərini davam etdirir. Bütün bunlarla əlaqədar hesab edir ki, işin məhkəmə iclasında mütəxəssis dəvət edilməklə dəymiş ziyanın hesablanması və ona ödənilməsi təmin edilməlidir. Onu da qeyd edir ki, işin məhkəmə iclasında mütəxəssis dəvət edilərkən qeyd etdiyi hallarla bağlı ona dəymiş ziyan müəyyən edilməklə yanaşı, eyni zamanda Cavabdeh əldə etdiyi gəlir də hesablanmalıdır. Lakin Cavabdeh 2019-cu ilin əvvəllərindən başlayaraq etdiyi qanunsuz hərəkətləri ilə əlaqədar o, mülkiyyət hüququnu reallaşdıra bilmədiyindən, torpaq sahəsindən istifadə edə bilmədiyindən, g əlir, bəhər götürə bilmədiyindən, torpaq sahəsi əlverişsiz vəziyyətə salındığından ona külli miqdarda ziyan dəymişdir. Hazırkı dövrə kimi ona dəymiş ziyanın təxmini məbləğini hesablamış və həmin maddi ziyan təxminən 4000045000 manat civarındadır. O, iddia ərizəsində hazırkı dövrə qədər ona dəymiş ziyan barədə məhkəməyə məlumat verir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan, torpaq sahəsinin plan və ölçüsü ilə bağlı olan sənədlərdən göründüyü kimi o, torpağın mülkiyyətçisidir. Cavabdeh isə nə mülkiyyətçi, nə icarəçi, nə də istifadəçi deyildir.
4. Məhkəmə Ekspertizası Mərkəzinin 8 iyul 2025-ci il tarixli 10/4117 nömrəli rəyi ilə daşınmaz əmlakın dövlət reyestri xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2025ci il tarixli, 3-21-3-4 3/2-1269/2025 nömrəli mütəxəssis rəyinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (seriya MA ******* nömrəli) çıxarışa, xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən iddiaçının mülkiyyətində olan 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində cavabdehə məxsus artezian quyusunun ve süni sututarın və iddiaçıya məxsus qeyri-yaşayış tikilisinin bir hissəsinin yerləşməsi, (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir), 5,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıya məxsus qeyri-yaşayış tikililərin yerləşməsi, iddiaçının mülkiyyətində olan 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,0 ha hissəsinin cavabdeh tərəfindən istifadə edilməs i, cavabdehin istifadəsində olan həmin 1,0 ha torpaq sahəsinin üzərində yuxarıda qeyd olunduğu kimi cavabdehə məxsus artezian quyusunun və süni sututarın mövcud olması, iddiaçının mülkiyyətində olan digər 3,5 ha və 5,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin isə cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur.
5. Lerik Rayon Məhkəməsinin 2(048)-5/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Yusif Zeynalov) iddianın qismən təmin edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (seriya MA ******* nömrəli) çıxarışa və xx.xx.2011-ci il tarixli, **********09 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən iddiaçının mülkiyyətində olan 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavab dehin faktiki istifadə etdiyi 1,0 ha hissəsində ona məxsus artezian quyusu və süni sututar sökülməklə 1 ha torpaq sahəsi zəbtdən azad edilərək boşaldılması və iddiaçıya qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 50 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,0 ha hissəsinin cavabdeh tərəfindən istifadə edilməsi, cavabdehin istifadəsində olan həmin 1,0 ha torpaq sahəsinin üzərində yuxarıda qeyd olunduğu kimi cavabdehə məxsus artezian quyusunun və süni sututarın mövcud olması müəyyən olunmuşdur. Bu isə iddiaç ının mülkiyyət hüquqlarını pozur. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir.
7. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı buna dair məhkəməyə hər hansı bir tutarlı və mötəbər sübut təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, 157.4 və 239.2-ci, Torpaq Məcəlləsin in 84 və 111-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək Lerik Rayon Məhkəməsinin 2(048)-5/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1716/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 2(048)-5/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırmanı qanuni və əsaslı hesab edərək işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-1716/2025 nömrəli qətnaməsinin ləğv edərək mülki işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla qeyd etmişdir ki, məhkəmə işə baxarkən heç bir araşdırma aparmamış, məhkəmədə onun iştirakını təmin etməmiş, ancaq iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəməyə təqdim etdiyi sübutlar və ekspertin verdiyi rəy əsasında işə baxaraq iddiaçının iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. O ekspert rəyi ilə razı deyil, çünki ekspert rəy verərkən mütəxəssis rəyinə əsaslanmışdır ki, həmin mütəxəssis də, iddiaçının mübahisələndirdiyi torpaq sahəsini müayinə etmədən rəy vermişdir. Onun istifadə etdiyi torpaq sahəsi 2011-ci ildən iddiaçının xüsusi mülkiyyətində olsaydı, Lerik rayonu Osmalian bələdiyyəsi həmin torpaq sahəsini 2014-cü ildə onun icarəsinə verməzdi və həmin torpaq sahəsinin onun icarəsinə verilməsi ilə bağlı 8 yanvar 2014-cü il tarixli 5 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlamazdı. Məhkəmə işə baxarkən onun iştirakını təmin etmədiyi üçün qeyd olunan sənədləri məhkəməyə təqdim edə bilməmişdir. b)
15. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının M ülki Məcəlləsi
18. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 152.5. Mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin mə zmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
22. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir.
23. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
24. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər.
25. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
26. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
27. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binal arın, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilməd ən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Mə hkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Cavabdeh kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
39. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1716/2025 nömrəli, 24 noyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.