Məhkəmə qərarları › İş №2(105)-768/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-768/2025

28.07.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-768/2025 28.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və mənzilə görə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb qaytarılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(012)-225/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ İşin halları

1. Hazırkı mübahisə iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqvilənin ləğvi və müqavilənin icra olunmamasına görə cavabdehin iddiaçıya vurduğu zərərin ödənilməsi tələbi ilə bağlıdır

2. Cavabdeh MTK (Kooperativ) ilə İddiaçı (Payçı) ilə arasında kooperativ binanın mənzil tikintisi haqqında xx.xx.2020-ci il tarixli müqavilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasının 6-cı girişi, 10-cu mərtəbəsində 97 saylı mənzili ilə əlaqədar bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən mənzil ümumi sahəsi 101,90 m2 olmaqla 3 otaqdan ibarətdir və dəyəri 36800 manat məbləğində müəyyən olunmuşdur. Müavilə bağlanılan günü payçı tərəfindən 36800 manat ödənilir. Ödəniş başa çatdıqdan sonra mənzil payçının şəxsi mülkiyyəti hesab olunacaq.

3. Müqavilənin 6-cı bəndinə əsasən “...Bu mənzil AvroQrand MMC-nin yazdığı ziddiyyətli mənzilə görə İddiaçı Cavabdeh MTK ilə razılaşdırılıb yazılır. Bu göstərilən mənzil 2020-ci ilin mart ayında inşa olunan bnadan 15 ay ərzində tikilib təhvil veriləcəkdir.

4. Cavabdeh MTK-nın xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasının 6-cı girişi, 10-cu mərtəbəsində 97 saylı mənzilin dəyəri kimi 36800 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir.

5. Cavabdeh MTK-nın xx.xx.2020-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 36800 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-851/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin edilməməsi qət edilmişdir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2024-cü il tarixli 9/73-10/67 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən, ümumi sahəsi 101.9 m2 olan mənzilə yaxın ərazilərdə yerləşən analoji mənzillərin təmirsiz halda 1 m2-nin hazırda mövcud olan orta bazar qiyməti təqribən 870,00 manat məbləğində müəyyən edilir. Həmçinin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 101.9 m2 olan təmirsiz və həmin ərazidə yerləşən anoloji mənzillərin mövcud orta bazar dəyəri təqribən 88700,00 (101.9 x 870,00 man) manat müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı müqavilənin ləğv edilməsi və mənzilə görə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasında yerləşən ümumi sahəsi hörgü daxil olmaqla 101,90 kv.metrdən ibarət olan mənzilə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 5 fevral 2020-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən “Kooperativ” Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 6-cı girişində 10 mərtəbəsində yerləşən 97 nömrəli mənzilin müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 5-ci bəndinə əsasən ödəniş başa çatdıqdan sonra mənzil payçının şəxsi mülkiyyəti hesab olunacaq. Müqavilənin şərtlərinə əsasən müqavilədə göstərilən mənzil 3 otaqlı, ümumisahəsi hörgü daxil olmaqla 101,90 m -dən ibarət mənzilin ümumi dəyəri 36.800 manat məbləğində müəyyən olunmuşdur. “Payçı” İddiaçı tərəfindən müqavilə bağlanan günü 36.800 manat tam şəkildə ödənilmişdir və "xxxx" Mənzil Tikinti Kooperativinə heç bir borcu qalmamışdır. Bu barədə xx.xx.2020-ci il tarixli maliyyə arayışını və kassa mədaxil qəbzi verilmişdir. Hər iki sənəd həm maliyyə arayışı, həm də mədaxil qəbzi "xxxx" MTK tərəfindən imza və möhürlə təsdiq edilmişdir. İlkin olaraq o, Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək sözü gedən mənzilin təhvil verilməsi və mənzildən istifadə zamanı qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığı pozan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə "xxxx" MTK arasında kooperativ binanın mənzil tikintisi haqqında xx.xx.2020-ci il tarixli müqavilə, "xxxx" MTK tərəfindən xx.xx.2020-ci il tarixli verilmiş maliyyə arayışı və həmin tarixli kassa mədaxil qəbzinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasının 6-cı girişi, 10-cu mərtəbəsində 97 saylı mənzilin dəyəri kimi 36.800 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. Sözügedən mülki iş üzrə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinə etirazda göstərilmişdir ki, müəyyən texniki çətinliklərlə bağlı Cavabdeh MTK tikintisinə 2020-ci ilin mart ayında başlamağı nəzərdə tutduğu binanın inşasına indiyədək başlaya bilməmiş, ona görə də İddiaçı müqavilə üzrə mənzillə təmin edilməsi mümkün olmamışdır və İddiaçı ödədiyi 36.800 manat pulunu hazırda ona qaytarmaqdan imtina etmir. Qeyd olunanları nəzərə alaraq Abşeron rayon Məhkəməsi hesab etmişdir ki, müqavilənin predmetini təşkil edən mənzil hələ hazır deyildir. Mövcud olmayan əmlakın verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması isə yolverilməzdir. Bu əsasa görə də iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, mənzili tikib iddiaçıya verməsə də hazırki iş üzrə cavabdeh mənzilin pulunun qaytarılmasından imtina etmir və işə əvvəl baxan Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə pulun iddiaçı tərəfindən ödənildiyi də müəyyən olunmuşdur. Hazırki halda iddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasının 6-cı girişi, 10-cu mərtəbəsində 97 saylı 3 otaqlı, ümumi sahəsi hörgü daxil olmaqla 101,90 kv.metr -dən ibarətə olan mənzilin dəyəri kimi ödənilmiş pul işin mübahisə olunmayan halıdır və iddiaçıya qaytarılması təmin edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 36.800 manata hazırda həmin mənzili əldə etmək mümkün deyildir. Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən 2020-ci il də inflyasiya faizi 10,5 faiz, 2021-ci ildə 12 faiz, 2022-ci ildə 13,9 faiz, 2023-cü ilin birinci yarımilliyində isə 8 faiz olmuşdur. Yəni bu dövrlər ərzində Azərbaycanda 44,4 faiz inflyasiya olmuşdur. Bu səbəbdən də iddiaçının xx.xx.2020-ci il tarixdə müqavilə əsasında əldə etdiyi mənzilə görə ödədiyi pulla hal-hazırda həmin ünvanda həmin parametrlərə uyğun mənzil əldə etmək mümkün deyil. Buna görə hazırki iddia tələbi üzrə (mənzilə görə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb qaytarılması) ekspertiza keçirilməli və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasında yerləşən ümumisahəsi hörgü daxil olmaqla 101,90 m -dən ibarət olan mənzilin dəyərinin nə qədər təşkil etməsi aydınlaşdırılmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

9. Sonradan iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı ilə cavabdeh “Abşeron-A1" Mənzil Tikinti Kooperativi arasında 5 fevral 2020-ci il tarixdə bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasında yerləşən ümumi sahəsi hörgü daxil olmaqla 101,90 m2-dən ibarət olan mənzilə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(012)-225/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ilə “Abşeron-A1" Mənzil Tikinti Kooperativi arasında 5 fevral 2020-ci il tarixdə bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi, Cavabdeh MTK-dan 88700 manat pulun tutularaq İddiaçı qaytarılması, iddia ərizəsinin verilməsini görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri sonradan cavabdeh tərəfindən yerinə yetirilməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. Bir halda ki, iddiaçının sifariş etdiyi mənzil binanın 10-cu mərtəbəsindədir və bu müddət ərzində binanın tikintisi başlanılmayıb, belə olan halda, cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozub. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrası müddəti 15 ay müəyyən edilib. Nəzərə alınsa ki, iddiaçının sifariş etdiyi mənzil binanın 10-cu mərtəbəsindədir və müqavilənin bağlandığı vaxtdan keçən müddət ərzində binanın tikintisi başlanılmayıb, belə olan halda, tikilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. İşin halları və qeyd edilən qanunvercilik normaları baxımından iddiaçının həmin müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır.

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində çıxarıldığına görə ləğv edilməli və iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməlidir. Birinci instansiya məhkəməsi tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi qənaətinə gələndə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin tətbiqində səhvə yol vermiş, həmin Məcəllənin 423-cü maddəsini tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 421.1-ci və 421.2-ci maddələrinin məna və məzmununa görə xx.xx.2020-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK tərəfindən əhəmiyyətli dərəcədə pozulduqda, onun ləğv edilməsi əldə edilmiş tərəflərin razılaşması ilə mümkündür. Lakin mülki iş materiallarında həmin müqavilənin ləğv edilməsi barədə İddiaçı tərəfindən Cavabdeh MTK-ya təklif göndərməsini təsdiq edən sübut aşkar edilməmişdir. Apellyasiya şikayətində Mülki Məcəllənin 423.1 və 423.2-ci maddələrinə istinad edilməklə göstərilir ki, İddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi tələbinə dair təkliflə Cavabdeh MTK-ya müraciət etməmiş, bununla da mübahisənin məhkəməyə qədər həllinə dair Qanunun imperativ normasının tələbinə əməl edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.6-cı maddələrinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki işdən görünür ki, İddiaçı hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK-ya qarşı mənzilə görə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasında yerləşən ümumi sahəsi hörgü daxil olmaqla 101,90 kv.metrdən ibarət olan mənzilə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ancaq iddia ərizəsi məhkəmənin icraatına qəbul ediləndən sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı ilə hüquqlarını müdafiə etdiyi cavabdeh “Abşeron-A1" MTK arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasında yerləşən ümumi sahəsi hörgü daxil olmaqla 101,90 m2-dən ibarət olan mənzilə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı vəziyyətdə birinci instansiya məhkəməsi MPM-nin 259.0 və 259.0.1-ci maddələrinə istinad etməklə iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul etməli, eyni zamanda həmin Məcəllənin 260.4-cü maddəsinə müvafiq olaraq, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçının ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmə hüququ izah edilməli idi. Çünki, tərəflər arasında mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi imkanı itirilməmişdir və hazırkı mübahisə tərəflərin razılaşma bağlaması yolu ilə həll edilə bilər. Bundan başqa fərz etsələr ki, birinci instansiya məhkəməsində işə baxılanda mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilmişdir, onda Mülki Məcəllənin 424-cü maddəsinin tətbiqində də səhvə yol verildiyi aydın olur. aətnamənin nə əsaslandırıcı hissəsində, nə də nəticə hissəsində tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi məsələsi həll ediləndə, həm də tərəflərin öhdəliklərinə xitam verildiyi əksini tapmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsində işə baxılanda mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilmişdir və işə mahiyyəti üzrə baxılanda aşağıdakı məsələlərə də münasibət bildirilməli idi. Belə ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “Mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanındakı çoxmənzilli yaşayış binasının 3-cü girişinin 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m. olan 2 otaqlı 78 nömrəli mənzili tikib payçı hazırkı iş üzrə İddiaçı təhvil verməli, İddiaçı isə mənzilin dəyəri olan 36800 manatı ödəməlidir. İddiaçı adına "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli kassa mədaxil orderi və maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən müqavilə üzrə mənzilin dəyəri olan 36800 manat onun tərəfindən "xxxx" MMC-yə tam ödənilmişdir. Lakin "xxxx" MMC müqavilədə nəzərdə tutulan mənzili İddiaçı təhvil vermədiyinə görə o, müvafiq iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, işə mahiyyəti üzrə baxıldığı müddətdə İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2020ci il tarixli ərizəsinə əsasən onun iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin hakiminə ünvanlanmış İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən tərtib edilib imzalanmış xx.xx.2020-ci il tarixli həmin ərizədə hal-hazırda iddia ərizəsinin geri götürülməsinə zərurətin yarandığı bildirilərək, iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK-nın sədrinə ünvanladığı ərizəsində "xxxx" MMC-nin ona verməli olduğu mənzilin əvəzinə Cavabdeh MTK-dan 6-cı giriş 10-cu yaşayış binasında yerləşən, ümumi sahəsi 101,9 kv.m. olan 97 saylı mənzilin ona verildiyini, ərizə yazdığı vaxt köhnə mənzillə bağlı müqaviləni təhvil vermədiyini bildirmişdir. Cavabdeh MTK-nın sədrinə ünvanladığı həmin ərizəsində İddiaçı “Mənzil tikintisi haqqında” xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə ödədiyi mənziln dəyəri olan 36800 manat pulu oradan alıb Cavabdeh MTK-ya ödədiyini də bildirməmişdir. "xxxx" MMC ilə hüquqlarını müdafiə etdiyi CavabdehMTK arasında birgə fəaliyyət və ya qarşılıqlı əməkdaşlıq barədə hər hansı yazılı müqavilə və ya saziş mövcud deyildir. Həmçinin tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə görə hüquqlarını müdafiə etdiyi CavabdehMTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən yaşayış binasının 6-cı girişi, 10-cu mərtəbəsində 97 saylı mənzili müəyyənləşdirilmiş mənzil haqqı ödənilməklə payçı İddiaçı verir. Mənzilin ümumi sahəsi hörgü daxil olmaqla 101,90 kv.metrdir. Mənzil son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Göstərilən mənzilin dəyəri 36800 manat məbləğində müəyyən olunmuşdur. Bununla da, İddiaçı "xxxx" MMC ilə bağladığı “Mənzil tikintisi haqqında” xx.xx.2013-cü il tarixli müqaviləni ləğv etməmiş, müqavilə üzə ödədiyi 36800 manat pulu geri almamış və ya həmin pulun yeni müqavilə bağladığı hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK-ya köçürülməsini də tələb etməmişdir. Nəticədə İddiaçı "xxxx" MMC-dən alacağı mənzilə görə 36800 manatı ödədiyi "xxxx" MMC ilə bağladığı “Mənzil tikintisi haqqında” xx.xx.2013-cü il tarixli müqaviləni ləğv etmədən və öhdəliklərinə xitam vermədən, bu müqavilə üzrə ödədiyi pulu geri almadan yenidən 36800 manat dəyərində mənzil əldə etməkdən ötrü hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK ilə “Kooperativ binanın mənzil tikintisi haqqında” xx.xx.2020-ci il tarixli müqavilə bağlamışdır. Qəribə görünsə də, İddiaçı "xxxx" MMC ilə xx.xx.2013-cü il tarixdə bağladığı müqavilədə 36800 manata ona ümumi sahəsi 92 kv.m. olan 2 otaqlı mənzilin verilməsi nəzərdə tutulurdusa, bundan 7 il sonra yəni, xx.xx.2020-ci il tarixdə Cavabdeh MTK ilə bağladığı müqavilədə həmin ünvanda və həmin məbləğdə pula ümumi sahəsi və otaqların sayı əvvəlkindən çox yəni, ümumi sahəsi 101,50 kv.m. olan 3 otaqlı mənzilin verilməsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı Cavabdeh MTK ilə hazırkı müqaviləni bağlayanda mənzilin dəyəri olan 36800 manat pulu faktiki olaraq ödəməmişdir. Ona görə də İddiaçı tərəfindən hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK-ya mənzilin dəyəri olan 36800 manatın ödənildiyini təsdiq edən xx.xx.2020-ci il tarixli qəbzi və maliyyə arayışını yalnız Cavabdeh MTK-nın sədri imzalamış və möhürlə təsdiq edilmişdir. Bununla da iddiaçıya verilən qəbz və maliyyə arayışı qeyd edilən məbləğdə pulun qəbul edilməsinə hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK-nın sədrinin razılığını bildirir, ödənilmə isə edilməmişdir.

14. İddiaçının vəkili və nümayəndəsi Vəkil4 apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Etirazda göstərilir ki, cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçı ilə bağladığı müqaviləyə əsasən inşa etdiyi binadakı mənzilin pay haqqını iddiaçıdan almış, onu kooperativin üzvlüyünə qəbul etmiş və qeyd edilən mənzili 15 ay ərzində iddiaçının mülkiyyətinə verilməli idi. Tərəflər arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin mühüm şərtləri barədə razılığa gəlinmiş, müqavilənin şərtlərində konkret olaraq, mənzil 15 ay müddətinə iddiaçıya təhvil verilməli olduğu halda həmin vaxtdan 4 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh mənzili iddiaçıya təhvil verməmiş və bununla da, cavabdeh "xxxx" MTK tərəfindən həmin müqavilənin şərtləri pozulmuşdur. Etirazda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına istinad edilməklə göstərilir ki, iddiaçın İddiaçı sifariş etdiyi mənzil binanın 10-cu mərtəbəsindədir və bu müddət ərzində binanın tikintisi başlanılmayıb, belə olan halda cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrası müddəti 15 ay müəyyən edilib. Nəzərə alınsa ki, iddiaçının sifariş etdiyi mənzil binanın 10-cu mərtəbəsindədir və müqavilənin bağlandığı vaxtdan keçən müddət ərzində binanın tikintisi başlanılmayıb, tikilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haqlıdır və buna görə də iddiaçının müqavilədən imtinası qanunidir. Şikayətdə qeyd olunur ki, “İddiaçı "xxxx" MMC ilə bağladığı “Mənzil tikintisi haqqında” xx.xx.2013-cü il tarixli müqaviləni ləğv etməmiş, müqavilə üzə ödədiyi 36800 manat pulu geri almamış və ya həmin pulun yeni müqavilə bağladığı hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK-ya köçürülməsini də tələb etməmişdir.” İddiaçı ilə xx.xx.2013-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır, daha sonra həmin müqavilə ləğv olunmuşdur. Bu müqavilənin Cavabdeh MTK ilə bağlanmış müqavilə ilə heç bir əlaqəsi yoxdur. İddiaçı ilə Cavabdeh MTK arasında kooperativ binanın mənzil tikintisi haqqında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasının 6-cı girişi, 10-cu mərtəbəsində 97 saylı mənzili müəyyənləşdirilmiş mənzil haqqı ödənilməklə payçıya verilir. Mənzilin ümumi sahəsi hörgü daxil olmaqla 101,90 kv.metrdir. Kooperativ mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verir. Göstərilən mənzilin dəyəri 36800 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh MTK-nın xx.xx.2020-ci il tarixli maliyyə arayışından və kassa mədaxil qəbzindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasının 6-cı girişi, 10-cu mərtəbəsində 97 saylı mənzilin dəyəri kimi 36800 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. Bildirmişdir ki, İddiaçı daha əvvəl Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək sözügedən mənzilin təhvil verilməsi və mənzildən istifadə zamanı qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığı pozan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon işə baxılan zaman cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinə etirazda göstərilmişdir ki, “müəyyən texniki çətinliklərlə bağlı hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK tikintisinə 2020-ci ilin mart ayında başlamağı nəzərdə tutduğu binanın inşasına indiyədək başlaya bilməmiş, ona görə də İddiaçı müqavilə üzrə mənzillə təmin edilməsi mümkün olmamışdır və İddiaçı ödədiyi 36.800 manat pulunu hazırda ona qaytarmaqdan imtina etmirlər.” Cavabdehin nümayəndəsi mənzilə görə 36.800 manat pulun İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilməsini təsdiq etmişdir. Bu səbəbdən cavabdehin irəli sürdüyü dəlillər əsassızdır.

15. Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək apellyasiya şikayətində həmin qətnamənin ləğv edilməsi, İddiaçı Cavabdeh MTK-na qarşı müqavilənin ləğv edilməsi və mənzilə görə ödənilmiş pul məbləğinin hazırkı bazar qiymətinə uyğun hesablanıb qaytarılması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi xahiş edildiyini, mülki işin məhkəmə araşdırılması zamanı tərəflərin izahatlarından və aparılan müzakirələrdən birinci instansiya məhkəməsinin qətnaməsinə apellyasiya qaydasında mahiyyəti üzrə baxılaraq, sübutların qiymətləndirilməsinin davam etdiyini, belə vəziyyətdə isə müdafiəçisi olduğu Cavabdeh MTK-nın apellyasiya şikayətində irəli sürülən tələbin dəyişdirilməsinə zərurət yarandığı bildirmişdir. Ərizədə İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş hallara və qətnamə ilə iddianın rədd edilməsinə istinad edilərək göstərilir ki, həmin qətnamədən tərəflər apellyasiya şikayəti verməmiş və o, qanuni qüvvəyə minmişdir. Daha sonra hazırkı iş üzrə qətnamənin nəticə hissəsinə istinad edilməklə göstırilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilərək, iddiaçıya ödənilməsi qət edilmiş pulun məbləği azaldılmalıdır. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmədə iştirak etməmiş, zəruri sübutları məhkəməyə təqdim edə bilməmiş, o cümlədən, ekspertin qarşısında suallar qoya bilməmişdir. Bundan başqa, işə baxan hakim, bundan əvvəl eyni tərəflər arasında və eyni predmet üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin preyudisial əhəmiyyətini nəzərə almamışdır. Ərizədə Mülki Prosessual Məcəllənin 82.3-cü və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına istinad edilərək göstərilir ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq edilir ki, “Kooperativ binanın mənzil tikintisi haqqında” xx.xx.2020-ci il tarixli müqavilənin şərtləri Cavabdeh MTK tərəfindən ondan asılı olmayan səbəblərdən yerinə yetirilməmiş, nəticədə isə yuxarıda göstərilən ünvanda yerləşən mənzilin İddiaçı təhvil verilməsi mümkün olmamışdır. Həmin mülki mübahisə zamanı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili İddiaçı müqavilə üzrə ödədiyi 36.800 manat pulu qaytarmaqdan imtina etmədiyini bildirmişdir. Həmin mülki mübahisəyə baxılan vaxt İddiaçı tələbinin məzmununu dəyişdirib, mənzilə görə ödədiyi pulun ona qaytarılmasını tələb edə bilərdi. Lakin, iddiaçı məhkəmədə belə tələb irəli sürməmiş və qətnamədə müəyyən edilənlərlə razlaşmışdır. Beləliklə, həmin məhkəmə qətnaməsi qəbul ediləndə xx.xx.2020-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən ona 36.800 manat ödənilməsi ilə razılaşdığı halda, bundan 1 il 4 ay geçəndən sonra həmin məbləğin 88700,00 manat həddində hesablanması qanuni və ədalətli sayıla bilməz. Ərizdə həmçinin qeyd edilir ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli qətnamənin nə əsaslandırıcı, nə də nəticə hissəsində tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi məsələsi həll ediləndə, həm də tərəflərin öhdəliklərinə xitam verildiyi əksini tapmamışdır. Məhkəmə qətnamə qəbul edəndə barəsində mübahisə gedən mənzili tərəflər arasında müqavilənin bağlandığı xx.xx.2020-ci il tarixdə deyil, ondan 15 ay müddətinə təhvil verilməli olduğunu da nəzərdə alınmamışdır. Daha sonra, tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “Mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanındakı çoxmənzilli yaşayış binasının 3-cü girişinin 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m. olan 2 otaqlı 78 nömrəli mənzili tikib payçı hazırkı iş üzrə İddiaçı təhvil verməli, İddiaçı isə mənzilin dəyəri olan 36800 manatı ödəməlidir. İddiaçı adına "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli kassa mədaxil orderi və maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən müqavilə üzrə mənzilin dəyəri olan 36800 manat onun tərəfindən "xxxx" MMC-nə tam ödənilmişdir. Lakin, "xxxx" MMC müqavilədə nəzərdə tutulan mənzili İddiaçı təhvil vermədiyinə görə o, müvafiq iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, işə mahiyyəti üzrə baxıldığı müddətdə İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən, onun iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilmişdir. Qeyd etmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK-nın sədrinə ünvanladığı ərizəsində "xxxx" MMC-nin ona verməli olduğu mənzilin əvəzinə Cavabdeh MTK-dan 6-cı giriş 10-cu yaşayış binasında yerləşən, ümumi sahəsi 101,9 kv.m. olan 97 saylı mənzilin ona verildiyini, ərizə yazdığı vaxt köhnə mənzillə bağlı müqaviləni təhvil vermədiyini bildirmişdir. Cavabdeh MTK-nın sədrinə ünvanladığı həmin ərizəsində İddiaçı “Mənzil tikintisi haqqında” xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nə ödədiyi mənziln dəyəri olan 36800 manat pulu oradan alıb "xxxx" MTK-ya ödədiyini də bildirməmişdir. "xxxx" MMC ilə hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK arasında birgə fəaliyyət və ya qarşılıqlı əməkdaşlıq barədə hər hansı yazılı müqavilə və ya saziş mövcud deyildir. Eyni zamanda bildirmişdir ki, İddiaçı "xxxx" MMC ilə bağladığı “Mənzil tikintisi haqqında” xx.xx.2013-cü il tarixli müqaviləni ləğv etməmiş, müqavilə üzə ödədiyi 36800 manat pulu geri almamış və ya həmin pulun yeni müqavilə bağladığı hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK-ya köçürülməsini də tələb etməmişdir. Nəticədə İddiaçı "xxxx" MMC-dən alacağı mənzilə görə 36800 manatı ödədiyi "xxxx" MMC ilə bağladığı “Mənzil tikintisi haqqında” xx.xx.2013-cü il tarixli müqaviləni ləğv etmədən və öhdəliklərinə xitam vermədən, bu müqavilə üzrə ödədiyi pulu geri almadan yenidən 36800 manat dəyərində mənzil əldə etməkdən ötrü hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK ilə “Kooperativ binanın mənzil tikintisi haqqında” xx.xx.2020-ci il tarixli müqavilə bağlamışdır. Qəribə görünsə də İddiaçı "xxxx" MMC ilə xx.xx.2013-cü il tarixdə bağladığı müqavilədə 36800 manata ona ümumi sahəsi 92 kv.m. olan 2 otaqlı mənzilin verilməsi nəzərdə tutulurdusa, bundan 7 il sonra yəni, xx.xx.2020-ci il tarixdə Cavabdeh MTK ilə bağladığı müqavilədə həmin ünvanda və həmin məbləğdə pula ümumi sahəsi və otaqların sayı əvvəlkindən çox yəni, ümumi sahəsi 101,50 kv.m. olan 3 otaqlı mənzilin verilməsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı Cavabdeh MTK ilə hazırkı müqaviləni bağlayanda mənzilin dəyəri olan 36800 manat pulu faktiki olaraq ödəməmişdir. Ərizədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən dəyişdirilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MTK-dan 36800 manat pulun tutularaq İddiaçı qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə təqdim etdiyi digər ərizədə dəyişdirilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası cavabdehin vəkili və nümayəndəsinin apellyasiya şikayəti üzrə tələbin dəyişdirilməsinə dair ərizəsini tərəflərlə müzakirə edərək, iddiaçı tərəfin həmin dəyişikliklə bağlı ərizənin onların mənafeyinə uyğun olması səbəbindən nəzərə alınmasına etiraz etməməsini və MPM-in 361, 365, 366, 372 və 379-cu maddələrinin tələblərini nəzərə alaraq cavabdehin apellyasiya şikayətinin dəyişdirilməsini qəbul edərək icraatı həmin tələb üzrə davam etdirmişdir.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil4 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, cümlədən xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasda tərəflər arasında mübahisənin məhkəmədən kənar həlli ilə bağlı danışıqların aparıldığını, razılaşma əldə edilməsi ilə bağlı məhkəmə iclasının qısa müddətdə təxirə salınmasını xahiş etmişdir. Vəkil2 xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək başqa icraatda olan işlə bağlı məhkəmə prosesində iştirak edə bilmədiyini, iclasın təxirə salınmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı (protokol qaydasında) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır.

20. Cavabdeh nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etməmiş, eləcə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5.Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 399.1.Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı . ...Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. 48. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. ...müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır.. ...Mülki Məcəllənin 421.2ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd olunan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, MPM-in 14.1-ci maddəsinin tələbləri baxımından proses iştirakçılarına prosessual hüquq və vəzifələri izah etmiş, onların mübahisənin barışıq yolu ilə həll edilməsinə təşəbbüs göstərdiklərini, həmçinin cavabdehin nümayəndəsinin barışıq imkanlarının yoxlanılması məqsədi ilə danışıqlar aparıldığından vaxt verilməsi ilə bağlı müraciətini nəzərə alaraq buna şərait yaratmış, mübahisənin barışıq yolu ilə həll edilməsi üçün məhkəmə iclaslarını dəfələrlə təxirə salmışdır. Bununla belə tərəflər barışıq eldə edə bilməmişlər.

26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmədə iştirak etməməsi, zəruri sübutları təqdim edə bilməməsi barədə dəlillərinə münbasibətdə qeyd edir ki, həmin dəlillər əsassız olmaqla öz təsdiqni tapmır. Belə ki, Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri haqqında MPM-də nəzərdə tutulmuş qaydada, o cümlədən “Elektron məhkəmə” informasiya sistemində xx.xx.2022-ci il tarixdən mövcud olan elektron kabinet vasitəsi ilə məlumatlandırılmışdır.

28. Cavabdehin dəyişdirilmiş apellyasiya tələbinin və həmin tələbə uyğun əsaslandırılmasını iş materiallarına, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və Mülki Məcəllənin yuxarıda istinad edilən normalarının tələblərinə uyğun şəkildə qiymətləndirən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

29. Belə ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli müqavilənin bağlanılması, həmin müqavilə üzrə İddiaçı öz öhdəliyini icra edərək mənzilin pay haqqını tam ödəməsi, Cavabdeh MTK tərəfindən üzərinə götürdüyü öhdəliyi icra etməyərək Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasının 6-cı girişi, 10-cu mərtəbəsində 97 saylı mənzilini müqavilədə nəzərdə tutulmuş 15 ay ərzində tikib iddiaçıya təhvil verməməsi işin mübahisəsiz hallarıdır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəyişdirilməsinə dair ərizəsində İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə istinad etməklə Cavabdeh MTK-dan 36800 manat pulun tutularaq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etməklə də qeyd edilən halları dolayısı ilə təsdiq etmişdir.

30. Kollegiya qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 421.2, 424.5, 443.1, 21-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən müqavilənin ləğvi və dəymiş zərərin ödənilməsi barədə tələb irəli sürməkdə haqlı olmuşdur. İş materiallarından göründüyü kimi, dəymiş zərər müvafiq ekspert rəyi ilə ekspertizanın keçirildiyi 2024-cü il tarixdə analoji mənzillərin təmirsiz halda 1 m2-nin mövcud olan orta bazar qiymətinə uyğun müəyyən edilmişdir ki, bu da Mülki Məcəllənin 443.1,443.2 və 21-ci maddəsinin tələblərinə uyğundur. Daşınmaz əmlak bazarında gündən-günə artan qiymətləri nəzərə alan məhkəmə kollegiyası dəymiş zərərin əvəzi kimi müəyyən edilmiş həmin məbləği ağlabatan məbləğ hesab edir.

31. Bundan əlavə, qeyd olunmalıdır ki, cavabdeh Abşeron-A1” MTK müqavilənin bağlanmasından ötən 5 ildən artıq müddət ərzində həmin müqavilə üzrə öhdəliklərinin icra edilməməsi üçün məsuliyyətini istisna edən hər hansı əsaslı sübut və dəlil təqdim etməmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində sadalanan digər dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(012)-225/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar