Məhkəmə qərarları › İş №2(1-8)-1503/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1503/2026

04.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1503/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl əşyalarının qaytarılması vindikasiya tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın və qızıl-zinyət əşyalarının qanunsuz sahiblikdən alınaraq qaytarılması” tələbinə dair mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Şamaxı Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə Yolçiyeva (Nəbiyeva) Lamiyə Azər qızı arasında ##.##.2023-cü il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş ##.##.2023-cü il təvəllüdlü X5 iddiaçı İddiaçı yanında qalması, tərəflərin birgə nikahından olan ##.##.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2024-cü il tarixdən başlayaraq, hər ay 200 manat sabit pul məbləğində aliment, uşağın 3 yaşına çatanadək əlavə olaraq hər ay 50 manat pul və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı verilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir.

2. Abşeron rayon Icra və Probasiya şöbəsinin icra məmurları X9 və X1, borclu Cavabdeh, tələbkar X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi nümayəndə3, hal şahidləri X2 və X6 imzaları ilə təsdiq olunaraq tərtib olunmuş ##.##.2024-cü il tarixli akta əsasən icra sənədində göstərilən madrid gümüşlük 1 ədəd - 650 manat, blendr 1 ədəd - 120 manat, 2 ədəd yay yorğanı - 200 manat, 5 ədəd çexol dəsti - 300 manatdan 1 ədədi, 5 ədəd qətvə 85 manatdan 1 ədədi, 20 ədəd əl-üz dəsmalı –100 manatdan 5 ədədi, 20 ədəd çay dəsmalı 60 manatdan 14 ədədi, 5 ədəd skater 150 manatdan 1 ədədi, 12x12 forfor boşqab dəsti 250 manatdan, 6x6 ədəd 4 dəst vaz 400 manat, 2 ədəd bagema çay servisi 1500 manat, 1 dəst qəhvə servisi 1500 manat, 12 ədəd razetka mürəbbə qabı 200 manat, 6 ədəd qənddan, 12 ləpəqabı 100 manatdan 10 ədədi, 4 ədəd saxlama qabı 100 manat 2 ədədi, 6 ədəd ədviyyat qabı kauçuk 40 manat 1 ədədi, tort keks bişirmək üçün qablar 200 manat, 12 ədəd xrustal stəkan nəlbəki rozetka 150 manat, 4-lü çuğun qazan dəsti 500 manatdan 1 ədədi, 1 dəst qazan dəsti 400 manat, 3-lü aşsüzən dəsti 150 manatdan 1 ədədi, 2 dəst komplekt (qolbaq, sep, sırğalar, üzük), 2-ci komplekt gül brilyant 750 əyyar 10000 manat, 2 sep 750 əyyar 1500 manat, gül brilyant qaşlı üzük 700 manat, nişan üzüyü sibir brilyantı ilə 750 əyyar 2300 manat dəyərində, firuzə qaşlı üzük 600 manat və 2 ədəd üzük 1200 manat dəyərində əşyalar istisna olmaqla, digər əşyalar aşkar edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində saxlanılan: Riva Interiors-dan alınmış 1 ədəd soyuducu - 1380 manat, 1 ədəd paltaryuyan - 700 manat, 1 ədəd qaz piltəsi - 140 manat, 1 ədəd gizli aspirator - 1000 manat, 1 ədəd ətçəkən silver - 140 manat, 1 ədəd Bosch soba - 800 manat, 1 ədəd Bosch mikrodalğalı soba - 600 manat, 1 ədəd televizor - 1000 manat, 1 ədəd samovar galaxy - 80 manat, 1 ədəd sokçəkən silver - 100 manat, 1 ədəd ütü Bosch - 130 manat, 1 ədəd mikser - 100 manat, blender Bosch - 50 manat, eyni zamanda Riyad mağazasından alınmış 1 ədəd keops dolab - 1920 manat, 1 ədəd keops karyola (160x200) - 930 manat, 1 ədəd keops şifoner - 720 manat, 2 ədəd keops komidin - 560 manat, 1 ədəd madrid konsol - 986 manat, 1 ədəd madrid tv - 544 manat, 1 ədəd madrid gümüşlük - 650 manat, 1 ədəd madrid masa - 950 manat, 6 ədəd sandalye Voge - 1200 manat, 2 ədəd sandalye heşterxan - 325 manat, 1 ədəd class kose böyük hissə - 1320 manat, 1 ədəd class kose hissəsi - 440 manat, 1 ədəd class kose kiçik hissə - 440 manat, 1 ədəd kare puf - 50 manat, 1 ədəd softline yataq 160x200 - 215 manat, həmçinin əlavə olaraq 1 ədəd tozsoran - 300 manat, 1 ədəd ütü - 150 manat, 1 ədəd mikser - 150 manat, 1 ədəd doğrayıcı - 50 manat, 1 ədəd blendr - 120 manat, 3 ədəd adyal 1 taxt 2 tək - 200 manat, 2 ədəd yay yorğan - 100 manat, 5 dəst çexol dəsti - 300 manat, taxt üzlüyü dəst balışı ilə - 250 manat, 15 ədəd əl üz dəsmalı - 100 manat, 3 ədəd qətvə - 50 manat, 10 ədəd çay dəsmalı - 50 manat, 5 ədəd skater - 150 manat, 8 ədəd həsir boşqabaltı - 40 manat, 3 ədəd divanüzlüyü - 60 manat, taxtın yanında 2 balaca xalça - 40 manat, 2 ədəd böyük xalça - 500 manat, 2 ədəd ayaqaltı - 20 manat, çöldə qabı ağzına rezin ayaqaltı - 15 manat, 1 ədəd ütü masası - 50 manat, 1 ədəd paltar asılaqanı 20 manat, 1 ədəd polislən dəst - 20 manat, 2 ədəd lüstr - 600 manat, 3 ədəd kapsella pərdə - 1100 manat, kamotun üzərində bir güldan 2 vaz - 200 manat, 5 ədəd suvenir - 50 manat, 12x12 farfor boşqab dəsti - 600 manat, 6x6 iran boşqab dəsti - 120 manat, 2 xrustal qədimi vaz - 200 manat, 2 xrustal güldan - 200 manat, 2 bagema konfet qabı - 200 manat, 2 bagema meyvə qabı - 200 manat, 2 göy vaz - 150 manat, 4 dəst vaz - 200 manat, 1 ədəd bagema güldan - 80 manat, 2 dəst bagema çayniz servis - 500 manat, 1 dəst kofeyniy servis - 50 manat, 6x6 xrustal stəkan nəlbəki - 80 manat, 12 ədəd rozetka mürəbbə qabı - 100 manat, 6 ədəd qənddan, 2 ədəd böyük qənddan - 60 manat, 1 qutu bıçaq dəsti - 150 manat, 2 ədəd 3 gözlü ləpəqabı - 50 manat, stolun üzərində altılıq suvenir ləpəqabı - 100 manat, 2 ədəd balıq formalı şüşə qab - 40 manat, 4 ədəd saxlanma qabı - 40 manat, 6 ədəd ədviyyat qabı kauçuk - 30 manat, mətbəx mebeli - 2500 manat, mətbəx stol-stul dəsti - 450 manat, tort keks bişirmək üçün qablar - 20 manat, 12 ədəd xrustal stəkan nəlbəki rozetka - 200 manat, 12 qaşıq naboru sandıq - 150 manat, 6 qaşıq bıçaq vilka dəsti - 60 manat, stolüstü bıçaq dəsti - 80 manat, sarımsaq əzən - 10 manat, stolüstü qaşıq dəsti - 80 manat, stolüstü ədəva qabı dəst - 80 manat, üçlü padnos dəsti 100 manat, 1 üstü çaydanlı qəfədan - 100 manat, 1 qəfədan - 50 manat, dördlü çuğun qazan dəsti - 250 manat, 1 dəst qazan dəsti - 200 manat, 1 dəst jaronnik dəsti - 150 manat, üçlü aşsüzən dəsti - 100 manat, çörək qabı - 10 manat, 1 ədəd bıçaq dəsti - 100 manat, 12 ədəd ləpəqabı - 50 manat, 1 ədəd çaydan - 20 manat olmaqla, ümumilikdə 18980 manat dəyərində olan cehiz əmlakları və qızıl-zinyət əşyaları 2 dəst komplekt (qolbaq, sep, sırğa, üzük) 23 qr, 2- ci komplekt gül brilyant (sırğa,üzük) 26qr 750 əyyar 6500 manat, 1 ədəd nişan üzüyü sibir brilyant ilə 32 sot 6qr 750 əyyar - 2500 manat, qaşsız sarı qızıl üzük 3qr 583 əyyar – 200 manat, 1 ədəd üzük alyans sarı qızıl 2 qr 583 əyyar - 250 manat, 1 ədəd üzük zefır sarı qızıl 4 qr 583 əyyar - 350 manat, 1 ədəd sep klonla birlikdə sarı qızıl 7 qr 583 əyyar - 250 manat, 1 ədəd sep klonla birlikdə sarı qızıl 6.5 qr 583 əyyar - 300 manat olmaqla, ümumilikdə 40415 manat dəyərində olan cehiz və qızıl zinyət əşyalarının (əmlakının) cavabdeh Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə nikaha daxil olanda daşınar (cehiz əşyalarını) əmlakını və qızıl-zinyət əşyalarını özü ilə cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə aparmışdır. Cavabdeh göstərilən daşınar əmlakının üzərində qanunsuz sahiblik edərək onları iddiaçıya geri qaytarmaqdan imtina edir.

5. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazda göstərilmişdir ki, siyahıda qeyd edilənlərdən 2 ədəd yay yorğanı (21), 15 ədəd əl üz dəsmalı (24), 2 bagema konfet qabı (45), 2 göy vaz (48), 4 dəst vaz (48), 2 dəst bagema çaynı serviz (50), 1 dəst kofeyni serviz (51), 6x6 xrustal stəkan dəsti (52). 12 ədəd razetka mürəbbə qabı (53), 6 ədəd qəddan, 2 ədəd böyük qənddan (54). tort keks bişirmək üçün qablar (63), 12 ədəd xrustal stəkan nəlbəki rozetka (64), 3-lü aşsüzən dəsti (77) və qızıl zinyət əşyaları tamamilə yoxdur, tələb olunana əmlaklardan 5 dəst çxol dəsti deyil (22) -1 dəst, 10 ədəd çay dəsmalı deyil (26)-4 ədəd, 5 ədəd skater deyil 1(27)-2 ədəd, 12x12 farfor boşqab dəsti deyil (41)-6x6 boşqab dəsti, 4 ədəd saxlama qabı deyil (59) deyil 2 ədəd saxlama qabı, 4-lü çuğun qazan dəsti deyil (74) 1 çuğun qazan dəsti olmaqla digər əmlak hazırda mənzildə mövcuddur. Iddiaçı cavabdehə toyda hədiyyə alınmış nişan üzüyünü, cavabdehin anasına məxsus qızıl sırğa və üzük dəstini, toyda hədiyyə şəklində iddiaçının özünə verilən və hazırda tələb etdiyi zinyət əşyalarını yaşadıqları mənzili tərk edib ata evinə gedən zaman özü ilə götürmüşdür. Belə ki, iddiaçı ##.##.2023-cü ildə nikahın pozulması tələbi ilə mediasiyanın tətbiqi barədə təklifi cavabdehə göndərdiyi zaman artıq 4 aya yaxın idi ki, evdən çıxıb getmişdi. Qeyd edilən tarixdən bir neçə aylar sonra yaxın qohumunun toy məclisində iştirak etdiyi zaman iddiaçı tələb etdiyi və hədiyyə şəklində toyda verilən zinyət əşyaları üzərində olmuşdur, (fotoşəkillər diskdə əlavə olunur). Eyni zamanda iddiaçının anası ilə telefon yazışması zamanı anasının "qızıl-gümüşünüz də geri qaytarılacaq” deyə ifadələr səsləndirdiyi (diskdə təqdim olunur) səs yazısı da mövcuddur” ifadələri qeyd olunmuşdur.

6. Birinci instansiya məhkəməsi iddia ərizəsində qeyd edilən qızıl əşyalarının qiymətləndirməsini keçirmişdir.

7. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyinə (hesabatına) əsasən 1) 1 ədəd komplekt dəst (qolbaq sep, sırğa, üzük) – çəkisi 23 qram 750 əyar olmaqla, 2) gül formalı, brilyant dəst (sırğa üzük) çəkisi 26 qram 750 əyar olmaqla, 3) 1 ədəd sibir brilyant ilə üzük 32 sot 6 qram 750 əyar olmaqla, 4) qaşsız sarı qızıl üzük 3 qram 583 əyar olmaqla, 5) alyans sarı rəngli üzük 2 qram 583 əyar olmaqla, 6) zəfir sarı rəngi üzük 4 qram 583 ayar olmaqla, 7) 1 ədəd sep klon ilə birlikdə sarı rəngli qızıl 7 qram 583 əyar olmaqla, 8) 1 ədəd sep klonu ilə birlikdə 6.5 qram 583 əyar olmaqla qızıl zinyət əşyalarının rəy verilən tarixə ümumi dəyəri 13370 manatdır.

8. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, toyları olduqdan qısa müddət sonra Bakı şəhərinə gəlmiş, Xırdalan şəhərində 1 aydan bir az çox birlikdə yaşamışlar. Cavabdehin qohumlarına aid olan toya getmiş və toydan çıxandan sonra cavabdehlə Şamaxıya istirahətə yollanmış, sonra isə iddiaçını evlərinə düşürmüşdür. Bu zaman qızıllar iddiaçının üzərində olmuşdur. Birgə nikahdan olan uşağın doğulacağı ərəfədə iddiaçı anasının evinə getmək istəmiş, cavabdeh isə iddiaçının qayınanası (cavabdehin anası) ilə münasibətləri yaxşı olmadığına görə onu anasının evinə aparmışdır. Bu zaman aralarında problem olmamış, iddiaçı öz istəyi ilə getmək istəmişdir. Cavabdeh hazırda da həmin evdə yaşayır, evdə cehizlərdən başqa xanıma aid əşya yoxdur. Cavabdeh birgə nikahdan olan uşağın ad günündən sonra onların evinə getməmişdir. Tələb olunan əşyalar evdədir, cavabdeh tərəfindən istifadə olunmur, iddiaçı tərəf gəlib götürə bilər. Qızıl-zinyət əşyalarını isə iddiaçı gedərkən götürüb aparmışdır. Iddiaçıya 1 komplekt və 1 üzük verilmiş, iddiaçı tərəfin qeyd etdiyi ikinci komplekt isə verilməmişdir. Toyları olan zaman cavabdehin komandiri baş hərflərinin olduğu sep hədiyyə etmişdir. Tək hədiyyə bu olmuş, o da iddiaçıda olmuşdur. Cavabdeh iddiaçının ad günündə iştirak etməmiş, “Sevgililər Günü”ndə isə ona 100 manatlıq sep almışdır. Bundan əlavə, cavabdehin atası isə iddiaçıya heç bir hədiyyə etməmişdir. Nişan üzüyü sadə üzük olmuş, üzərində brilyant olmamışdır. Nişan üzüyünü özü ilə gedəndə aparmışdır. Ümumiyyətlə, şadlıq sarayında heç bir qızıl verilməmişdir. Tərəflər arasında bağlanmış nikahın pozulması ilə bağlı iddiaçı Şamaxı Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, lakin həmin vaxt qızıl məsələsi qaldırılmamışdır. Məhkəməyə müraciət edəndən sonra barışmaq istəmiş, lakin cavabdeh razı olmamışdır. Yazışmada olan nömrə cavabdehə məxsus olsa da, yazılardan yalnız “qızılları özüm almışam” hissəsi ona aiddir, qalan hissə montaj olunub, ona aid deyil. Tərəflər cehiz və qızıl haqqında heç vaxt danışmamışlar. Boşanmadan sonra aralarında danışıq olmamışdır. Cehizləri də çıxarmaq üçün icra məmuru ilə gəlməli olduqlarını bildirmişdir. Bundan əlavə ekspert rəyi ilə razılaşmır.

9. Cavabdeh tərəfin təqdim etdiyi “Whatsapp” yazışmalarına baxılması və dinlənilməsi zamanı müəyyən olunmuşdur ki, ##.##.2025-ci il tarixdə iddiaçının anası-nümayəndəsi nümayəndə2 cavabdehin nümayəndəsi olan anası nümayəndə1 “qızılından gümüşündən arxayın ol, qaytaracam özünə” ifadəsini işlətmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (anası) nümayəndə2 səs yazısında nümayəndə1 qızılı və gümüşü qaytaracağını dediyini bildirmişdir. Həmin səs yazısının ikinci hissəsinin olmasını bildirən iddiaçı tərəf sonuncu məhkəmə iclasına gəlməmişdir. Iştirak etdikləri məhkəmə iclasında isə qaytarmaq ifadəsi ilə əslində istəməmək fikrini ifadə etdiklərini bildirmişlər.

10. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən 1 ədəd soyuducu - 1380 manat, 1 ədəd paltaryuyan - 700 manat, 1 ədəd qaz piltəsi - 140 manat, 1 ədəd gizli aspirator - 1000 manat, 1 ədəd ətçəkən silver - 140 manat, 1 ədəd Bosch soba - 800 manat, 1 ədəd Bosch markalı mikrodalğalı soba - 600 manat, 1 ədəd televizor - 1000 manat, 1 ədəd samovar galaxy - 80 manat, 1 ədəd sokçəkən silver 100 manat, 1 ədəd Bosch markalı ütü - 130 manat, 1 ədəd mikser - 100 manat, 1 ədəd Bosch markalı blender - 50 manat, 1 ədəd keops markalı dolab - 1920 manat, 1 ədəd keops markalı yataq (160x200) - 930 manat, 1 ədəd keops paltar şkafı - 720 manat, 2 ədəd keops komidin - 560 manat, 1 ədəd madrid konsol (televizor altlığı) - 986 manat, 1 ədəd madrid TV - 544 manat, 1 ədəd madrid masa - 950 manat, 6 ədəd Voge sandalye 1200 manat, 2 ədəd heşterxan sandalye - 325 manat, 1 ədəd class kose (künc oturacaq dəsti) böyük hissə - 1320 manat, 1 ədəd class kose (künc oturacaq dəsti) hissəsi - 440 manat, 1 ədəd class kose (künc oturacaq dəsti) kiçik hissə - 440 manat, 1 ədəd kare puf (yumşaq oturacaq) - 50 manat, 1 ədəd softline yataq 160x200 - 215 manat, 1 ədəd tozsoran - 300 manat, 1 ədəd ütü - 150 manat, 1 ədəd mikser - 150 manat, 1 ədəd doğrayıcı - 50 manat, 3 ədəd ədyal (örtük) 1 taxt 2 tək - 200 manat, 4 dəst çexol (örtük) dəsti - 240 manat, dəst balışı ilə taxt üzlüyü - 250 manat, 15 ədəd əl-üz dəsmalı - 100 manat, 6 ədəd çay dəsmalı - 30 manat, 4 ədəd skater (masa örtüyü) - 120 manat, 8 ədəd həsir boşqabaltı - 40 manat, 3 ədəd divan üzlüyü - 60 manat, 2 balaca xalça - 40 manat, 2 ədəd böyük xalça - 500 manat, 2 ədəd ayaqaltı - 20 manat, ağzı rezinli ayaqaltı qabı - at, 1 ədəd ütü masası - 50 manat, 1 ədəd paltar asılqanı - 20 manat, 1 ədəd döşəmə silən dəst - 20 manat, 2 ədəd çilçıraq - 600 manat, 3 ədəd kapsella markalı pərdə - 1100 manat, 1 güldan 2 vaz - 200 manat, 5 ədəd suvenir - 50 manat, 6x6 farfor (çini) boşqab dəsti - 300 manat, 6x6 iran boşqab dəsti - 120 manat, 2 kristal qədimi vaz - 200 manat, 2 kristal güldan - 200 manat, 2 bagema konfet qabı - 200 manat, 2 bagema meyvə qabı 200 manat, 2 göy vaz - 150 manat, 1 ədəd bagema güldan - 80 manat, 6x6 kristal stəkan nəlbəki - 80 manat, 2 ədəd böyük qənddan - 60 manat, 1 qutu bıçaq dəsti - 150 manat, 2 ədəd 3 gözlü (3 mərtəbəli) ləpəqabı - 50 manat, altılıq suvenir ləpəqabı - 100 manat, 2 ədəd balıq formalı şüşə qab - 40 manat, 2 ədəd saxlanma qabı - 20 manat, 5 ədəd ədviyyat qabı plastik - 25 manat, mətbəx mebeli - 2500 manat, mətbəx stol-stul dəsti - 450 manat, sandıqda 12 qaşıq dəsti - 150 manat, 6 qaşıq bıçaq-çəngəl dəsti - 60 manat, stolüstü bıçaq dəsti - 80 manat, sarımsaqəzən - 10 manat, stolüstü qaşıq dəsti - 80 manat, stolüstü ədviyyat qabı dəst - 80 manat, üçlü sini dəsti - 100 manat, 1 üstü çaydanlı qəhvədan- 100 manat, 1 qəhvədan - 50 manat, üçlü çuqun qazan dəsti – 187.5 manat, 1 dəst tava dəsti - 150 manat, ikili aşsüzən dəsti – 66.7 manat, 1 ədəd çörək qabı - 10 manat, 2 ədəd ləpəqabı – 8.3 manat, 1 ədəd çaydan - 20 manat, 1 dəst komplekt (qolbaq, sep, sırğa, üzük) 23 qram, 1 dəst komplekt gül brilyant (sırğa, üzük) 26 qram 750 əyyar olmaqla, 2 dəst komplekt – 6500 manat, 1 ədəd qaşsız sarı qızıl üzük 3 qram 583 əyyar – 200 manat, 1 ədəd üzük alyans sarı qızıl 2 qram 583 əyyar – 250 manat, 1 ədəd sep klonla birlikdə sarı qızıl 7 qram 583 əyyar – 250 manat və 1 ədəd sep klonla birlikdə sarı qızıl 6.5 qram 583 əyyar – 300 manat əşyalar naturada, onlar olmadıqda onların ümumi dəyəri olan 34702.5 manat pul məbləğinin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi, mütəxəssis təqdiqatının aparılmasına sərf edilmiş məbləğ iddiaçının özünə aid edilməsi, ödənilmiş 162 manat dövlət rüsumunun 81 manat hissəsinin cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması, qalan 81 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Mirnəsir Mirhəsənli)

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz əmlaklarının Abşeron rayon Icra və Probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli aktda göstərilən formada mövcud olmasını, hazırda ona məxsus evdə olmasını və həmin əşyaların iddiaçı tərəfindən götürülməsinə heç bir etirazının olmadığını bildirmişdir. Buna görə də, iddia qismən təmin edilməli, iddia ərizəsində göstərilən cehiz əmlaklar ##.##.2024-cü il tarixli akt nəzərə alınmaqla cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.

12. Birinci instansiya məhkəməsi tələb olunan qızıl əşyaları ilə bağlı iddianı qismən əsaslı sayaraq göstərmişdir ki, 6 qram 750 əyyar 1 ədəd sibir brilyant ilə nişan üzüyü və 4 qram 583 əyyar 1 ədəd “zefir” sarı qızıl üzüyünün ümumilikdə mövcudluğu sübut edilmədiyindən, iddiaçı öz iddiasını həmin hissədə təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etmədiyindən, həmçinin məhkəmə tərəfindən bu hal öz təsdiqini tapmadığından qeyd edilən qızıllar istisna olmaqla digər qızıllar, onlar olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

13. Belə ki, məhkəmənin əvvəlki iclaslarında cavabdeh yalnız 1 komplektin və alyans (nişan üzüyünün) mövcudluğunu qeyd etsə də, sonrakı iclaslarda digər qızılların da mövcudluğunu etiraf etmişdir. Yalnız 2-ci komplekt adlanan hissədə ailə yadigarı olan sırğanın (anasına məxsus) mövcudluğunu etiraf etmiş, üzüyün isə olmadığını qeyd etmişdir. Lakin cavabdeh tərəfindən yazılmış etirazdan da görünür ki, cavabdeh anasına məxsus qızıl sırğa və üzüyün iddiaçının evi tərk edərkən atası evinə apardığını qeyd etmişdir.

14. Həmçinin məhkəmə tərəfindən tərəflərin iştirakı ilə toy diskinin tədqiqi zamanı cavabdehin atası tərəfindən iddiaçının ovcuna nəyinsə qoyulduğu görünmüş, bu zaman cavabdeh və onun anası, nümayəndəsi etiraf etmişlər ki, bu qızıl sırğadır və ailə yadigarıdır. Həmçinin izahatlarla müəyyən olunmuşdur ki, iddiaçı heç bir mübahisə olmadan anası evinə cavabdeh tərəfindən aparılmışdır.

15. Cavabdehin etirazında həmin qızılların iddiaçının gedərkən aparmasını qeyd etməsi halını birinci instansiya məhkəməsi mövcud şəraitə əsasən ağlabatan və inandırıcı hesab etməyərək , bunu onunla əsaslandılrmışdır ki, cavabdeh etirazında iddiaçının evi tərk etdiyini bildirir, lakin izahatında iddiaçını anası evinə özünün apardığını qeyd edir.

16. Bundan əlavə məhkəmə iclasında iddiaçının anasına məxsus səs yazısının tədqiqi zamanı “gəlib cer-cehizimi çıxaracam, amma qızılından gümüşündən arxayın ol, verəcəm özünə” qeyd edilmişdir.

17. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, qeyd edilən cümlənin ilk əvvəl sanki qızılların iddiaçı tərəfdə olduğu kimi başa düşüldüyü görünsə də, əslində cehiz və digər əşyaların cavabdehin evində olduğu nəzərə alınarsa, iddiaçının anasının əslində demək istədiyi məna qızılları götürmə niyyətində olmadığı, yalnız cehizləri götürmək istəyi kimi başa düşülməlidir. Həmçinin məhkəmə araşdırması zamanı təqdim edilmiş, cavabdeh tərəfindən ona məxsusluğu etiraf edilmiş +************ nömrəli telefon nömrəsindən göndərilmiş “Whatsapp” tətbiqindən çıxarışdakı mesajlarda “ne cehiz ne qizil sene bu evden bir copde verilmeyecek”; “elediyim o hormetsizliye gore gelib anamdan uzr isdemey evezine hele bir cehiz de isdeyirsen qizili men oz pulumla almisam” və digər ifadələr qeyd olunmuşdur ki, bu hal bir daha mövcudluğu məhkəmə tərəfindən qeyd edilən qızılların cavabdehdə olmasını təsdiq edir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.2, 225.2-ci, Ailə Məcəlləsinin 34.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən - qızıl əşyalarına dair tələb hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə birgə yaşadıqları evi tərk edərkən özünə məxsus bütün qızıl-zinyət əşyalarını özü ilə götürmüşdir. Bu halı hətta iddiaçının anası da təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Lamiyyə Nəbiyevanın anasına məxsus səs yazısının tədqiqi zamanı “gəlib cer-cehizimi çıxaracam, ancaq qızılından gümüşündən arxayın ol, hamısını verəcəm özünə” qeyd edilmişdir. Məhkəmə qətnaməsində hakim göstərmişdir: “Qeyd edilən cümləni ilk əvvəl sanki qızılların iddiaçı tərəfdə olduğu kimi başa düşüldüyü görünsə də, əslində cehiz və digər əşyaların cavabdehin evində olduğunu nəzərə alsaq, iddiaçının anasının əslində demək istədiyi məna qızılları götürmə niyyətində olmadığı, yalnız cehizləri götürmək istəyi kimi başa düşülməlidir.” Məhkəmə iddiaçının anasının səs yazısında olanları təhrif etmiş, güman edərək ki, cehiz əşyaları cavabdehdədir, qızıl əşyalarının da həmin yerdə olması qərarına gəlməsi səhvdir. Iddiaçının anasının səs yazısından aydın olur ki, səs sahibinin (iddiaçının anası) telefon danışığında məqsədi yalnız cavabdehdə qalan cehiz əşyalarını götürmək (“çıxarmaq”) istəməsidir. Qızıl əşyalarının götürülməsinə dair bir söz demir. Çünki bilir ki, qızıl əşyaları iddiaçıdadır, cehizlər olan evdə yoxdur. Buna görə iddiaçının anası qızıl əşyalarının cehiz əşyalar ilə bir yerdə olmasına dair fikir bildirməmişdir. Iddiaçının anasının “ancaq qızılından gümüşündən arxayın ol, hamısını verəcəm özünə” deməsi təsdiq edir ki, iddiaçının qızıl-zinyət əşyaları iddiaçının anasındadır və onları cavabdehin anasına qaytarmaq istəyir. Məhkəmənin mülahizəsi ilə razılaşılsa, iddiaçının anası səs yazısında “gəlib cer-cehiz çıxaracam” sözlərindən sonra “qızıllar da qalar sizə” ifadəsini işlətməli idi. Lakin iddiaçının anası bir mənalı deyir “...qızılından arxayın ol... hamısını verəcəm özünə”, yəni Lamiyədə olan qızılların qaytarması fikrini ifadə etmişdir. Bu hal bir daha təsdiq edir ki, Lamiyə cehizlərini iddiaçının evində saxlayaraq qızıl-zinyət əşyalarını özü ilə götürmüşdür. Bundan əlavə, iddiaçı İddiaçı cababdehdən getməsi şəraiti və halları məhkəmə tərəfindən qiymət verilməmişdir. Iddiaçı ilə cabadeh arasında uzun müddət söz-söhbət olmuş, xasiyyətlərində uyğunsuzluq olduğundan dəfələrlə iddiaçı cavabdehdən küsüb atası evinə getmişdir. Yəni iddiaçı sonuncu dəfə cavabdehi tərk edəndə bilirdi ki, barışıq olmayacaq və yüngül əşyalarını, eləcə də qızıl-zinyət əşyalarını özü ilə götürmüşdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən – “1 dəst komplekt (qolbaq, sep, sırğa, üzük) 23 qram, 1 dəst komplekt gül brilyant (sırğa, üzük) 26 qram 750 əyyar olmaqla, 2 dəst komplekt – 6500 manat, 1 ədəd qaşsız sarı qızıl üzük 3 qram 583 əyyar – 200 manat, 1 ədəd üzük alyans sarı qızıl 2 qram 583 əyyar – 250 manat, 1 ədəd sep klonla birlikdə sarı qızıl 7 qram 583 əyyar – 250 manat və 1 ədəd sep klonla birlikdə sarı qızıl 6.5 qram 583 əyyar – 300 manat əşyalar naturada, onlar olmadıqda onların dəyərinin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbinin “1 dəst komplekt (qolbaq, sep, sırğa, üzük) 23 qram, 1 dəst komplekt gül brilyant (sırğa, üzük) 26 qram 750 əyyar olmaqla, 2 dəst komplekt – 6500 manat, 1 ədəd qaşsız sarı qızıl üzük 3 qram 583 əyyar – 200 manat, 1 ədəd üzük alyans sarı qızıl 2 qram 583 əyyar – 250 manat, 1 ədəd sep klonla birlikdə sarı qızıl 7 qram 583 əyyar – 250 manat və 1 ədəd sep klonla birlikdə sarı qızıl 6.5 qram 583 əyyar – 300 manat əşyalar naturada, onlar olmadıqda onların dəyərinin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi” hissəsində təmin edilməməsi qət edilmişdir. (hakimləri Lalə Rəhimli (sədrlik edən və mərizəçi), Ayaz Mahmudov, Afiq Hüseynzadə)

22. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya baxışında araşdırma zamanı cavabdeh tərəfin təqdim etdiyi “Whatsapp” tətbiqindən yazışmalarına baxılması və dinlənilməsi zamanı müəyyən olunmuşdur ki, ##.##.2025-ci il tarixdə iddiaçının anası-nümayəndəsi nümayəndə2 cavabdehin nümayəndəsi olan anası nümayəndə1 “qızılından gümüşündən arxayın ol, qaytaracam özünə” ifadəsini işlətmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (anası) nümayəndə2 səs yazısında nümayəndə1 qızılı və gümüşü qaytaracağını dediyini bildirmişdir. Həmin səs yazısının ikinci hissəsinin olmasını bildirən iddiaçı tərəf sonuncu məhkəmə iclasına gəlməmişdir. Iştirak etdikləri məhkəmə iclasında isə qaytarmaq ifadəsi ilə əslində istəməmək fikrini ifadə etdiklərini bildirmişlər.

23. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bu dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının anası nümayəndə2 zinyət əşyalarını qaytaracağını bildirməsi həmin əşyaların onlarda olması qənaətinə gəlmək üçün yetərli hesab olunmalıdır. Həm də qeyd olunmalıdır ki, obyektiv, hərtərəfli araşdırmaya nail olmaq məqsədilə iddiaçı tərəfin istinad etdiyi səs yazısını təqdim etməsi üçün məhkəmə iclası təxirə salınsa da, onlar sonuncu məhkəmə iclasında iştirak etməmiş və səs yazısını təqdim etməmişlər.

24. Apellyasiya instansiyası məhkəməsi iddia edilən 10000 manat dəyərində olan 2-ci gül brilyant komplekti ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin icraatı zamanı belə bir briliant komplektin verilməsini mübahisələndirmiş, ümumiyyətlə, ikinci briliant komplektin verilməsini inkar etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, hazırkı iddia vindikasiya iddiası olaraq mülkiyyətçinin (iddiaçının) konkret olaraq fərdi-müəyyən əşyanın cavabdehin qanunsuz sahiblikdən geri qaytarılmasına dair tələbdən ibarətdir. Belə olan halda iddia edən həmin - müəyyən xüsusiyyətlərə malik olan əşyanın cavavabdehin qanunsuz sahibliyində olmasını sübut etməlidir. Lakin iddiaçı məhz gül brilyant komplektinin ümumiyyətlə mövcudluğunu və cavabdehin qanunsuz sahibliyində olmasını sübut edə bilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi cavabdehə məxsus telefon nömrəsindən göndərilmiş “Whatsapp” tətbiqindən çıxarışdakı mesajlarda “ne cehiz ne qizil sene bu evden bir copde verilmeyecek”; “elediyim o hormetsizliye gore gelib anamdan uzr isdemey evezine hele bir cehiz de isdeyirsen qizili men oz pulumla almisam” ifadələrlə bağlı göstərmişdir ki, cavabdeh tərəfindən yalnız “qızılları özüm almışam” hissəsi ona aid olması etiraf olunmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, tərəflər arasında mübahisələr tez-tez olduğundan, həmin yazışmanın hansı tarixə aid olunması müəyyən olunmur. Kollegiya tərəfindən iddiaçıya həmin yazışmanın əslini telefonda təqdim olunması təklif olunsa da, iddiaçı həmin yazışmanın əslini telefonda göstərə bilməmişdir. Odur ki, həmin sübut iddianın təmin olunması üçün əsas ola bilməz.

27. Beləliklə, qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi “qızıl-zinyət əşyaları” hissəsində iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2-ci, Ailə Məcəlləsinin 34.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Iddiaçı (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin qızıl-zinyət hissəsində təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutları təhrif etmiş, məhkəmə iclasında tədqiq edilən iddiaçının anasının səs yazısını təhrif edərək cavabdehin mövqeyini müdafiə etmək üçün yanlış istinad etmişdir. Açıq-aşkar məhkəmə iclasında cavabdeh olan şəxs hakimlər tərəfindən müdafiə edilmişdir. Hətta məhkəmə iclas zalında hakim Afiq Hüseynzadənin iddiaçıya “utanmırsan qızıl-zinyət tələb edirsən boşanmısansa daha niyə qızıl-zinyət tələb edirsən” sözündən və ona olunan təzyiqlərdən sonra, iddiaçı məhkəmə iclas zalına getməməyi qərara almışdır. Iddiaçının anasnın səs yazısı olan diski, onun telefonunda screen etdiyi yazışmaları DVD diskə yazıb apellyasiya instansiyası məhkəməsinə göndərsə də, məhkəmə bu sübutu qəbu etməyib və qətnamələrində qeyd ediblər ki, guya iddiaçı həmin sübutu onlara verməyib. Halbuki həmin sübutları məhkəmənin qərəzli mövqeyinə görə DVD diksə yazıb poçtla göndərib.Buna görə məhkəmə iclasında iştirak etməyib. Iddiaçı Abşeron rayon Məhkəməsində cavabdehin verdiyi izahatları araşdırılmasını, məhkəmə iclaslarındakı çıxılarına video qeydiyyata alınmış məhkəmə iclaslarına baxılmasını, həmçinin iddiaçının anasının səs yazısının fonetik təhlilini, onun tam olaraq nə demək istədiyinin yalnız linqvistik ekspert rəyin müəyyən edilə bilməsini qeyd etmişdir. Bundan əlavə, iddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisə olmadan öz atası evinə aparılırsa, iddiaçı niyə qızılları özü ilə gətirməlidi ki? Bu, tamamilə məntiqli düşüncəyə ziddir. Yenidən qayıdacağı evdən (həmin an arada mübahisə olmadığından) iddiaçı niyə qızılları götürməli idi. Həmçinin şəhid ailəsidir.

31. Iddiaçı EMIS vasitəsilə ## ### 2026-cı il tarixdə kassasiya şikayətinə “xxxx” MMC-nin linqvistik analizlə bağlı ## #### 2026-cı il tarixli ekspert arayışını da əlavə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılıb ki, apellyasiya məhkəməsi sübutları düzgün qiymətləndirib, düzgün nəticəyə gəlib. Iddiaçı qızılların cavabdehdə olmasını sübut edə bilməyib. Əksinə, cavabdehin təqdim etdiyi sübutlarla qızılların iddiaçıda olması sübut olunub. MPM-in 77.1- ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi halda, cavabdeh etirazının əsası kimi istinad etdiyi halı sübut edib. Vindikasiya iddialarında sübut etmə yükü yalnız iddiaçının üzərinə düşür. Iddiaçı sübut etməlidir ki, mülkiyyətində olan (olmuş) əşya cavabdehin qanunsuz sahibliyindədir. Hazırki işdə iddiaçı bunu sübut edə bilməyib, buna görə də apellyasiya məhkəməsi düzgün qərara gəlib. Linqvistik ekspertizanın rəyinin alınması dəlili də əsassızdır. Iki şəxsin sadə mətnli yazılarının və danışıqlarının ekspertizaya ehtiyacı yoxdur. Çünki hamı tərəfindən başa düşülən danışıq dilidir. Kassasiya şikayətinə əlavə olunmuş ekspert rəyi ilə bağlı qeyd edilməlidir ki, bu sübut yeni olmaqla kassasiya məhkəməsinə təqdim olunub. Kassasiya məhkəməsinə isə heç bir sübut təqdim oluna bilməz. Bundan əlavə, bu rəy iddiaçının özünün sifarişi ilə tərtib edilmiş rəydir, bu rəyin mötəbərliyi şübhə altındadır. Iddiaçının şəhid bacısı olması barədə dəlilinə gəldikdə, qeyd edilməlidir ki, əvvəla, yetkinlik yaşına çatmış qardaş və bacılar şəhid ailəsi sayılmır. Həmçinin iddiaçı şəhidin bacısı da yox, özünün deməsinə görə əmisi qızıdır ki, bu da, ümumiyyətlə, onun şəhid ailəsi olmasını istisna edir. Həm də iki tərəf arasında olan mülki mübahisədə şəhid ailəsi statusunun olması, bu statusdan istifadə edilməsinin işin mahiyyətinə heç bir aidiyyəti yoxdur. Məhkəmə qətnaməni işin sübutlarla müəyyən edilmiş faktiki hallarına əsasən müvafiq hüquq normasını tətbiq etməklə çıxarır. Dəlillər də yalnız bu barədə ola bilər. Işə aidiyyəti olmayan şəxsi statuslarla əlaqəli dəlillər qanuni və əsaslı qətnamənin ləğvinin əsasında dura bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını

33. yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə tam iddianın qızıl-zinyət əşyalarına dair təmin edilməyən hissəsində mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən həmin hissədə yoxlayır.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qızılzinyət əşyalarına dair öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, qızıl-zinyət əşyaları ilə bağlı iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

38. Iddia tələbi qızıl-zinyət əşyalarının cavabdehlərdən alınıb iddiaçıya qaytarılması (vindikasiya iddiası) barədədir. Iddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti iddiaçının mülkiyyətində olan qızılzinyət əşyalarının cavabdehin qanunsuz sahibliyində olması faktının sübut edilməsindən asılıdır.

39. Işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından isə görünür ki, iddiaçı qızıl-zinyət əşyalarına dair hissədə iddia tələbi ilə bağlı mötəbər, ziddiyyətsiz sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. Iddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

42. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qızıl-zinyət əşyalarına dair hissədə sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı həmin hissədə öz tələbini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə iddianı təmin etməmişdir.

43. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

44. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qeyd edir ki, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

45. Məhkəmə kollegiyasi bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Iddiaçının hazırda kassasiya şikayətinə əlavə etdiyi “xxxx” MMC-nin linqvistik analizlə bağlı ## #### 2026-cı il tarixli ekspert arayışına gəldikdə, qeyd edilməlidir ki, bu arayış hazırda barəsində kassasiya şikayəti verilən qətnamədən sonra tərtib edilmişdir. Prosessual qanunverciliyə görə isə kassasiya instansiyasına yeni sübutlar verilmir.

47. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar