Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1577/2026 10.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliklərin yerinə yetirilməsi, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “öhdəliklərin yerinə yetirilməsi, pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Cavabdeh tərəfindən yazılmış ##.##.2021-ci il tarixli Öhdəlik ərizəsində qeyd edilmişdir ki, “Mən Cavabdeh bu öhdəlik ərizəsini kompüterdə yazdıraraq bildirirəm ki, mərhum dostum Quliyev Kamil Məhəmməd oğlu tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20,5 hektardan 4,5 hektar-nı ##.##.2023-cü il tarixədək Quliyev Kamil Məhəmməd oğlunun oğlu İddiaçı adına keçirməyi, 2016-cı ildən bəri satdığım 4,5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə götürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 (üç milyon) manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 (iki milyon yeddi yüz doxsan min) manat qalmışdı. Onu da birdəfəlik həmin tarixədək qaytaracağam.”
2. Cavabdeh 2006-cı il tarixdən ##.##.2023-cü il tarixədək Azərbaycan Respublikası üzrə mülkiyyətində olan əmlakların siyahısı, əmlakların hansı tarixdə əldə olunması, əmlakların əldə olunma forması və digər xüsusiyyətləri barədə sorğuya cavab olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2,0 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2010-cu il tarixdə 308013023001 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi, ##.##.2010-cu il tarixli ** nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsi, ##.##.2009-cu il tarixli *** nömrəli hərracın yekun protokoluna əsasən) və hazırda mülkiyyətindədir. 2. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2013-cü il tarixdə 308013047310 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (DTXK Abşeron rayon şöbəsi, ##.##.2013-cü il tarixli **** nömrəli Hərracın yekun protokolu; Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi ##.##.2013-cü il tarixli ** nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsi əsasında) və hazırda mülkiyyətindədir. 3. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 4,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2013-cü il tarixdə ************ reyestr nömrəsi ilə qeydiyyata (DTXK Abşeron rayon şöbəsi, ##.##.2013-cü il tarixli **** nömrəli Hərracın yekun protokolu; Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi ##.##.2013-cü il tarixli ** nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsi əsasında) alınmışdır. Torpaq sahəsindən 1,0 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 2,99 ha (0,01 ha ümumi yol) torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2017-ci il tarixdə 308013106805 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2017-ci il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 2,99 ha torpaq sahəsindən 2,8825 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,1075 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2017-ci il tarixdə 308013107847 reyestr nömrəsi ilə qeydiyyat alınmışdır. 0,1075 ha torpaq sahəsi magistral yola düşdüyü üçün ##.##.2018-ci il tarixində Cavabdeh müraciətinə əsasən hüquqları ləğv edilmişdir. 4. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,8878 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2010-cu il tarixdə 308013025481 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi, ##.##.2010-cu il tarixli ** nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsi, ##.##.2010-cu il tarixli *** nömrəli hərracın yekun protokoluna əsasən) alınmışdır. Abşeron rayon notariusu X20 tərəfindən təsdiq edilmiş ##.##.2012-ci il tarixli 4Ə/**** reyestr nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən 1,88783 ha torpaq sahəsindən 0,6 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 1,28783 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2012- ci il tarixdə 308013040981 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon notariusu X20 tərəfindən təsdiq edilmiş ##.##.2013-cü il tarixli 4Ə/**** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 1,28783 ha torpaq sahəsindən 0,45 ha və 0,4 ha hissələri özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,4378 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2013-cü il tarixdə 308013048152 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2013-cü il tarixli 4Ə/**** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 0,4378 ha torpaq sahəsi özgəninkiləşdirilmişdir. 5. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2013-cü il tarixdə 308013002748 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2013-cü il tarixli 4Ə/*** reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X2 adından özgəninkiləşdirilmişdir) alınmışdır. Abşeron rayon * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2013-cü il tarixli 4Ə/**** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 1,0 ha torpaq sahəsi özgəninkiləşdirilmişdir. 6. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,9982 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2010-cu il tarixdə 308013023306 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi, ##.##.2010-cu il tarixli ** nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsi, ##.##.2010-cu il tarixli *** nömrəli hərracın yekun protokoluna əsasən) alınmışdır. Abşeron rayon * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2012-ci il tarixli 4Ə/*** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 0,9982 ha torpaq sahəsi tam özgəninkiləşdirilmişdir. 7. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,0956 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2017-ci il tarixdə ************ reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2017-ci il tarixli 4Ə431 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X1 tərəfindən özgəninkiləşdirilmişdir) alınmışdır və hazırda mülkiyyətindədir. 8. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 3,7 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2013-cü il tarixdə 308013025437 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2013-cü il tarixli 4Ə5010 reyestr nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən X9 tərəfindən özgəninkiləşdirilmişdir) alınmışdır. Abşeron rayon * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2017-ci il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 3,7 ha torpaq sahəsindən 0,3 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 3,4 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2017-ci il tarixdə ************ reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 9. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2018-ci il tarixdə 308013088822 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2015-ci il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X3 tərəfindən özgəninkiləşdirilmişdir) alınmışdır. Abşeron rayon * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 2,0 ha torpaq sahəsindən 0,5 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 1,5 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixdə ************ reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 10. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 5,0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2014-cü il tarixdə 308013061816 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2014-cü il tarixli 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X9 tərəfindən özgəninkiləşdirilmişdir) alınmışdır. Abşeron rayon * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2014-cü il tarixli 4Ə-06-**** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 5,0 torpaq sahəsi tam özgəninkiləşdirilmişdir. 11. Həmçinin bildirilir ki, Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Cavabdeh adı ilə bağlı JN-****A nömrəli 2006-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına olan Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 16 ha torpaq sahələrinin iddiaçının adına keçirilməsi öhdəliyinin sonuncu tərəfindən icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra, iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 10040927 manat və əvvəlki ödənilmiş 100 manat rüsum da nəzərə alınmaqla ümumilikdə ödənilmiş 5950 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçının atası Quliyev Kamil Məhəmməd oğlu ilə sıx və etibarlı dostluq münasibətləri mövcud olmuşdur. Cavabdeh iddiaçının atasının etibarlı köməkçisi kimi olmuşdur. Məhz bu səbəbdən iddiaçının atası o zaman tikinti şirkəti qurarkən cavabdehi heç bir vəsait ödəməməsinə baxmayaraq formal olaraq təsisçi kimi qeyd etdirmişdir ki, şirkətə kənar şəxslər daxil olmasın və gələcək gəlirləri özünə qalsın. Bundan başqa iddiaçının atası sağ olduğu vaxtlarda Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində şəxsi vəsaiti hesabına əldə etdiyi torpaq sahələrini formal olaraq cavabdehin adına sənədləşdirmişdir. Torpaqların satılması hərraclarında cavabdeh iştirak etmiş, lakin bütün vəsaitlər iddiaçının atası tərəfindən ödənilmişdir. Iddiaçının atası bunu etməklə öz adında kifayət qədər çoxlu torpaq sahəsinin olmamağına çalışmışdır. Lakin bütün torpaqların faktiki mülkiyyətçisi və sərəncam vericisi iddiaçının atası olmuşdur. Buna görədir ki, iddiaçının atası rəhmətə getdiyi vaxta, yəni ##.##.2016-cı ilə qədər həmin torpaq sahələrinin müəyyən hissələri atasının razılığı və sərəncamı ilə satılaraq ödənişlər iddiaçının atasına təqdim olunmuşdur. Cavabdeh isə sadəcə olaraq iddiaçının atasının köməkçisi kimi bu əməliyyatlarda iştirak etmişdir. Aralarında olan etibar və dostluq münasibətləri o qədər güclü olmuşdur ki, iddiaçının atasının maddi durumu yaxşı olduğu 2014-2015-ci illərdə iddiaçının atası tərəfindən cavabdehə şəxsi ehtiyacları üçün 3.000.000 (üç milyon) manat borca pul vəsaiti verilmişdir. Lakin iddiaçının atası rəhmətə getdikdən sonra o, bu etibar münasibətlərindən sui-istifadə edərək adına sənədləşmiş torpaq sahələrini mənimsəmişdir. Iddiaçı tərəfindən cavabdehə daimi olaraq təkid edilərək həmin torpaqların geri qaytarılması tələb olunmuşdur. Həmin zaman daha gənc olduğundan iddiaçı sadəcə guya onun yanında olduğunu göstərmək məqsədi ilə götürmüş olduğu borc pul məbləğini ildə bir dəfə kiçik hissədə qaytarmağa başlamış və torpaqları adına keçirəcəyinə vədlər vermişdir. Iddiaçı əmi kimi tanıdığı cavabdehə güvənərək ildə bir dəfə ondan 30.000 manat civarında ödəniş almış və torpaqların onsuz da onun olduğuna inanmışdır. Zaman keçərək yaşa dolduqda aldadıldığını hiss etdikdə torpaqların adına keçirilmədiyini görərək bu məsələni birdəfəlik həll etmək üçün iddiaçı təsisçisi olduqları “xxxx” MTK-nın ofisində ##.##.2021-ci il tarixdə cavabdehlə görüşmüşdür. Aralarında baş tutan uzun müzakirələrdən sonra cavabdeh həmişəki kimi iddiaçıya vədlər verməyə başlamışdır. Onun bu vədlərindən yorulduğunu bildirdikdə, cavabdeh “istəyirsən yazılı ərizə verim sənə” deyərək iddiaçını inandırmışdır. Bundan sonra cavabdeh aşağıdakı mətndə ərizə yazıb imzalayaraq iddiaçıya təqdim edib “get rahat ol, sənin yanındayam mən” deyə bildirmişdir: “Mən Cavabdeh bu öhdəlik ərizəsini kompüterdə yazdıraraq bildirirəm ki, mərhum dostum Quliyev Kamil Məhəmməd oğlu tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20,5 hektardan 4,5 hektarını ##.##.2023-cü il tarixədək Quliyev Kamil Məhəmməd oğlunun oğlu İddiaçı adına keçirməyi, 2016-cı ildən bəri satdığım 4,5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə götürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 manat qalmışdı. Onu da birdəfəlik həmin tarixədək qaytaracağam.” Bu ərizəni götürdükdən sonra iddiaçı bir az rahatlaşıb öz işləri ilə məşğul olmağa başlamışdır. Cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi icra etmədiyini gördükdə iddiaçı ilə təkrar ünsiyyətə keçərək səbəbini soruşmuş, o isə “mənim adımda olan torpaqlardan başqa atanın mənim vasitəmlə X4 adına torpaq sənədləşdirmişdi, onunla məhkəmə mübahisələri yekunlaşıb və barışıq sazişi bağlanıb, ona deyəcəm torpağı sənin adına keçirsin” deyə bildirmişdir. ##.##.2023-cü il tarixdə cavabdeh X4 göstəriş verərək 5 ha torpaq sahəsini adına keçirməyi tapşırmışdır. Torpaq onsuz da iddiaçının atasına məxsus olduğundan, dolayı yolla da iddiaçıya məxsus olduğundan və Mahir Rəşada bu torpağın adına keçirilməsinə görə 50.000 manat verməli olduğundan Mahirin vermiş olduğu pulla alğı-satqı müqaviləsini 40.000 manata bağlamışlar. Bununla da Rəşada həmin 50.000 manatdan 40.000 manat ödənilmişdir. Cavabdehin bu hərəkəti iddiaçıda ona qarşı etibar yaratmış və öhdəliyi icra edəcəyinə əmin olmuşdur. Təxmini olaraq 2023-cü ilin mart aylarında iddiaçı ilə cavabdehin oğlu arasında kiçik mübahisə yaranmışdır. Bundan sonra onlar iddiaçıdan polis orqanına şikayət ünvanlamışlar. Bu mübahisə cavabdehin əsl niyyətini üzə çıxarmaq üçün əsas olmuşdur. Cavabdeh Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq baş tutmuş alğı-satqını etibarsız hesab etdirmək istəmiş, səbəb kimi isə onun belə göstərişi olmadığını bildirmişdir. Halbuki alğı-satqının həyata keçirilməli olduğunu məhz Mahir göstəriş vermiş və bütün alğı-satqı xərclərini o, ödəmişdir. Cavabdehin bu göstərişi yazmış olduğu öhdəlik ərizəsi ilə təsdiq olunur. Ehtimal ki, bu ərizəni unutduğundan iddiaçıya qarşı belə əsassız iddia qaldırır. Cavabdeh nəinki bu hərəkəti etmiş, öhdəlik ərizəsi üzrə etməli olduqlarını da ərizədə qeyd edilən ##.##.2023- cü il tarixədək icra etməkdən yayınmışdır. Iddiaçı uzun müddət cavabdehin bu hərəkətdən əl çəkəcəyini gözləyərək iddia qaldırmamışdır. Lakin cavabdeh bütün torpaqları, götürmüş olduğu pulu mənimsədiyi və iddiaçıya ziyan vurmaq üçün əsassız iddialar qaldırması səbəbindən hazırkı iddianı qaldırmaq məcburiyyətində olmuşdur.
6. Cavabdehin nümayəndəsi və vəkili vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının iddiası tamamilə əsassız, qanunsuz və sübutsuzdur. Belə ki, sübut qismində təqdim edilmiş ərizə saxtadır, çünki, o heç bir zaman üzərinə elə bir öhdəlik götürməmişdir. Sözügedən öhdəlik ərizəsinin saxta olduğu, iddiadakı cümlələrin bir-birinə ziddiyyət təşkil etdiyi aşağıda qeyd edilənlərlə tam şəkildə sübuta yetirildiyindən iddia rədd edilməli və o cümlədən ## ###### 2021-ci il tarixli öhdəlik ərizəsi etibarsız hesab edilməlidir. Iddia ərizəsində qeyd edilənlərin tam əksinə olaraq o nə Kamilin, nə də bir başqasının köməkçisi olmamış, kimsə də onu harasa təsisçi kimi qoşmamışdır. Iddiaçı tərəfin də çox yaxşı bildiyi kimi onlar Kamillə dost olmuş, hətta ilk əvvəl birlikdə MTK yaratmışlar. Daha sonra MTKda rəhbərlik dəyişdiyindən, onun kimi bir neçə təsisçinin gəlirlərini, pullarını mənimsədiyi, dələduzluq etdiyi üçün MTK-ya sədrlik edən X16 barədə cari ildə aidiyyəti hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra məhz hazırkı iddiaçı Qənbər Fətullayevin qanunsuz maraqlarını müdafiə etmiş və onun tərəfindən bu cür qanunsuz və əsassız şəkildə işin əsl hallarını təhrif edərək məhkəmələrə yalan məlumatlar verməkdə, əsl həqiqətdə onun hüquqlarını pozmaqdadır. Iddiaçının hazırda həqiqətləri danaraq kimlərinsə qanunsuz maraqları üçün bu cür saxta sənədlər təqdim edərək qanunu pozması, əsassız iddia qaldırması qəbul edilməzdir. Iddiaçın yalan danışdığını onun iddiasındakı aşağıdakı fikirlərinin analizi sübut edir. Belə ki, iddiaçı qeyd edir ki, guya onun atasının maddi durumu yaxşı olduğu üçün 2014-2015-ci illərdə atası ona şəxsi ehtiyacları üçün 3.000.000 manat borca pul vəsaitləri vermişdir. Guya atası rəhmətə getdikdən sonra torpaq sahələrini mənimsəmişdir. Guya onun daimi təkidlərindən sonra o, hər il ildə bir dəfə 30.000 manat pul vermişdir. Guya yaşa dolduqdan sonra aldadıldığını hiss edir və guya onunla ##.##.2021-ci il tarixində görüşür və guya həmin tarixdə “Mən Cavabdeh bu öhdəlik ərizəsini kompüterdə yazdıraraq bildirirəm ki, mərhum dostum Quliyev Kamil Məhəmməd oğlu tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20,5 hektarından 16 hektarını ##.##.2023-cü il tarixədək Quliyev Kamil Məhəmməd oğlunun oğlu İddiaçı adına keçirməyi 2016-cı ildən bəri satdığım 4,5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə götürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 manat qalıb. Onu da birdəfəlik həmin tarixədək qaytaracağam” məzmunlu öhdəlik ərizəsi yazmışdır. Qeyd olunanlar həqiqəti özündə əks etdirməyən absurd fikirlərdir. Belə ki, iddiaçının hazırkı iddia ərizəsinin tələb hissəsinin özü belə hər hansı öhdəlik ərizəsinin, ümumiyyətlə öhdəliyin olmadığını, tərəfindən yazılmadığını, imzalanmadığını göstərir. Belə ki, əgər həqiqətən də elə bir ərizə vardısa o zaman sual olunur nə üçün iddiaçı öhdəlik ərizəsinin tam şəkildə icrasını yox, məhz 16 ha torpaq sahəsinin onun adına keçirilməsini tələb edir? Bununla yanaşı həmin ərizədəki 3.000.000 manat pulla bağlı ziddiyyət yaranır. Belə ki, iddiaçının dediyindən belə çıxır ki, atası rəhmətə getdikdən sonra ona hər il 30.000 manat pul ödəmiş və 2021-ci ildə sonuncu dəfə 30.000 manat qaytaranda 2.790.000 manat qalıq qalmışdır. Bildirir ki, elementar riyazi hesablama bu fikrin uydurma olduğunu sübut edir. Belə ki, əgər iddiaçının atası öldükdən sonra, yəni 2016-cı ildən tərəfindən ildə bir dəfə iddiaçıya 30.000 manat pul ödənilibsə və əgər ki, 2021-ci ildə 2.790.000 manat qalıq qalırsa, 3.000.000 manat hesabı ilə o 210.000 manat pul ödəmiş olmalıdır. 210.000 manatı isə ildə bir dəfə ödəniləcək 30.000 manata nisbətdə hesablasa, o zaman bu 7 il edir. 7 illik ödəniş isə göstərir ki, əgər o 2016-cı ildən ödəniş edirsə o zaman 7 il hesabı ilə o 210.000 manatı 2023-cü ildə ödəmiş olmalı idi. Göründüyü kimi iddiaçı özünə haqq qazandırmaq üçün uydurma məbləğlər yazsa da, öz aləmində guya ödənişlər edildiyini desə də, bu hesablama bütün bunların yalan olduğunu göstərir. Digər məsələ odur ki, sual verir, əgər iddiaçının dediyi kimi o hər il ödəniş etmişdirsə bunu nə ilə sübut edir? Atasının ona verildiyini qeyd etdiyi 3.000.000 manat pulu hansı qaydada verildiyini güman edir? Iddiasında qeyd edir ki, əvvəllər yaşı az idi, sual olunur yaşı az idisə, onunla onun atası arasında hansısa qeyd edilən formada anlaşma var idisə bunu haradan bilir, bu nə ilə təsdiq edilir? Sual olunur nə üçün bu kimi öhdəlikdən onun hazırkı iddiaya kimi məlumatı olmamışdır? Sual olunur əgər öhdəliklə bağlı hansısa razılaşma var idisə nə üçün iddiaçı bu saxta formada ortaya çıxartdığı ərizəni onun etibarsızlıqla bağlı Yasamal Rayon Məhkəməsində iddiası olan zaman təqdim etməyib? Sual olunur bu qədər pula, torpaq sahəsinə öhdəlik götürmüşdüsə, nə üçün bu notarial qaydada bağlanmayıb? Nə üçün həmin ərizədə yalnız və yalnız onun imzası var, ərizənin məzmunu, eləcə də ad, soyadı belə tərəfindən yazılmayıb? Sual olunur əgər onun tərəfindən ərizə yazılması barədə təşəbbüs olubsa, nə üçün həmin ərizənin kompüter vasitəsilə yazılmasına razı olsun? Bu suallar iddiaçının təqdim etdiyi ərizənin saxta olduğunu, ərizədən xəbərinin olmadığını, tərəfindən imzalanmadığını təsdiq edir. Iddiaçı qeyd edir ki, guya onun üzərinə düşən öhdəliyi icra etmədiyini görüb təkrar ünsiyyətə keçmiş və guya o da X4 ilə arasında barışıq sazişi olduğunu, həmin mübahisəli torpaq sahəsinin isə onun atasına məxsus olduğunu qeyd edərək həmin torpağın onun adına keçirtdirəcəyini demişdir. Guya ##.##.2023-cü ildə o, Rəşad Əzizova göstəriş verərək torpaq sahəsinin iddiaçının adına keçirməyi tapşırmışdır. Bildirir ki, bu qeyd də uydurmadır. Belə ki, sual olunur, əgər öhdəliyin icra vaxtı ##.##.2023-cü il tarixinə kimi idisə, o zaman nə üçün qeyd edir ki, üzərinə düşən öhdəliyi icra etmədiyi üçün təkrar əlaqə saxlayır? Sual olunur necə ola bilir ki, öhdəlik ərizəsində qeyd edilən pulları, torpaq sahələrini ona verməsin, amma ona məxsus olan əmlakı guya onun atasına məxsusdur adı ilə öhdəlik vaxtı çatmamış ona versin? Iddiaçının X4 ilə arasındakı razılaşma üzrə qeyd etdikləri də təhrif edilmiş formadadır. Belə ki, bəli əsl həqiqətdə ona məxsus torpaq sahəsi X4 tərəfindən mənimsənildiyi üçün aidiyyəti qaydada inzibati məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iddiasını təmin etdikdən sonra Rəşad Əzizovun xahişlərini nəzərə alaraq ## #### 2022-ci ildə barışıq sazişi bağlamış və həmin sazişlə o və Rəşad müəyyən öhdəliklər götürmüşlər. O, üzərinə düşən ilkin öhdəlikləri tam icra edərək Rəşad Əzizovun da sazişə əməl edəcəyinə insansa da car ilin iyul ayında xəbər tutmuşdur ki, onun hüquqları çatan daşınmaz əmlakı, yəni Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 5,0 ha torpaq sahəsini onun xəbəri olmadan, gizlin şəkildə ## ###### 2023-cü il tarixində X4 Fərid Kamil oğluna satmışdır. Sözügedən müqavilədən ##.##.2023-cü il tarixində rəsmi qaydada notariusa müraciət edərək sənədləri əldə edən zaman xəbər tutmuşdur. Çünki, bu günə kimi X4 ona torpaq sahəsinin satıldığını bildirməmişdir. Sözügedən müqavilə onun hüquqları pozulmaqla məqsədli şəkildə bağlandığından qüvvədə olan barışıq sazişinə əsasən onlar arasında bağlanılmış ## ###### 2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və eləcə də saziş üzrə öhdəliklərin icrasının Rəşad Əzizovun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi üçün aidiyyəti qaydada Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir və iddiası ilə bağlı e-*(***)-****/**** nömrəli iş üzrə hazırkı iddiaçı cavabdeh qismində cəlb edilmişdir və onun vəkili vəkil3 məhkəmədə iştirak edən zaman iddiaçının hazırda qeyd etdiklərini yox, məhz əmlakı tam qanuni şəkildə aldığını, ödənişi də özlərinin etdiyini, tərəfindən hansısa göstərişin olmadığını bildirmişdir. Ilk proseslər bu formada özlərinə haqq qazandırsalar da, sonda sazişdəki üçüncü şəxs anlayışını əsas tutaraq ilk əvvəl dediklərinin əksinə bildirmişlər ki, guya o, əmlakın Fəridin adına keçirilməsini demişdir və 40.000 manat da pulu o, ödəmişdir. Həmin məhkəmə zamanı verdiyi sualı indi bir daha qeyd edir: işin hallarına, müqaviləyə baxıldıqda əmlakın 40.000 manata satıldığı qeyd edilsə də, 36.000 manat vergi ödənilmişdir. Sual olunur vergi kim tərəfindən ödənilib? Həmin məhkəmə zamanı da indi də bildirir ki, sübut etsinlər ki, o, əmlakın Fəridə satılmasını bildirmişdir. Qeyd olunmalıdır ki, hazırda iddianın əsası kimi qoyulmuş öhdəlik ərizəsi iddiası əsasında baş tutan məhkəmə prosesinə ilk öncə təqdim edilməmiş, sadəcə olaraq ##.##.2023-cü il tarixində sonuncu baxış iclasında elektron sistemə əlavə edilmiş, bununla yanaşı icraatdakı əsassız iddia ərizəsi də məhz işin sonunda verilmişdir. Bu detal sübut edir ki, sözügedən ərizə reallıqda mövcud olmamışdır. Əgər belə bir ərizə mövcud olsaydı o zaman Fərid indi yox, ilk gündən onu məhkəməyə təqdim edərdi, məhkəmədə ikili, bir-birinə ziddiyyətli fikirlər irəli sürməzdi və o cümlədən ərizəni əsas tutub onun iddiasından qabaq aidiyyəti qurumlara müraciət edərdi. Iddiaçı qeyd etmişdir ki, guya o, iddia ərizəsi verən zaman öhdəlik ərizəsini unutmuşdur, lakin nəzərə alınmalıdır ki, İddiaçı hər şeyin, həqiqətin fərqində olsa da mövcud olmayan, heç bir hüquqi qüvvəsi olmayan öz maraqlarına xidmət edən sözlərdən ibarət kağız parçasını tərtib edərək onun adından da imzaladaraq son anda özünə haqq qazandırmağa, məsuliyyətdən yayınmağa çalışır. Qeyd edilənlərə, qanunvericiliyin tələblərinə əsasən bildirir ki, adından imzalandığı qeyd edilən ## ###### 2021-ci il tarixli öhdəlik ərizəsi qanunsuzdur, saxtadır. Öhdəlik ərizəsi adı altında iddiaçı tərəfindən onun öz qanunsuz maraqları üçün tərtib edilərək, imzaladılmış ərizənin ona heç bir aidiyyəti olmamaqla, qanunvericiliyin tələblərinə belə adekvat deyil. Ərizənin məzmunundan aydın olur ki, iddiaçı onu məqsədli şəkildə onun iddiasına təsir etmək üçün ağlına nə gəldi yazmaqla, köhnə tarixə də qeyd etməklə harada, hansı torpaq sahəsinin olduğunu qeyd etmədən, hətta öz aləmində borc üzrə geri ödənişlərə dair hətta səhv hesablamalar da apararaq ərizəyə qanuni görüntü yaratmağa çalışmışdır. Odur ki, sözügedən mübahisə predmetinin əsasını təşkil edən ərizənin etibarsız hesab edilməsi qanunvericiliyin tələbi olmaqla bu əsaslı detalın araşdırılması və münasibət bildirilməsi məhkəmənin vəzifəsidir. Əks yanaşma iddiaçı tərəfindən edilmiş saxtakarlığa, qanunsuzluğa haqq qazandırmaqdır. Tətbiqi məcburi olan aidiyyəti yerli və beynəlxalq normaların, məhkəmə qərarlarının tələblərinin pozulmasıdır. Işin hallarına, qanunvericiliyin tələblərinə əsasən xahiş edir ki, iddiaçı İddiaçı əsassız və sübutsuz iddiası rədd edilsin, həmçinin ##.##.2021-ci il tarixli “Öhdəlik ərizəsi” etibarsız hesab edilsin.
7. Iş üzrə ##.##.2024-cü il tarixli məhkəmə baxış iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər iddiaya münasibətdə bildirmişlər ki, onlar ##.##.2016-cı il tarixdə vəfat etmiş Kamil Quliyevin vərəsələridir. Vəfat edən vaxta qədər kamil Quliyevin kifayət qədər geniş imkanı olmuş, əldə etdiyi əmlakların hamısını öz adına ala bilmədiyindən ona çox yaxın olmuş cavabdehin və göstərdiyi üçüncü şəxslərin, hətta qohumlarının adına almışdır. Bu yaxınlıq o səviyyədə olmuşdur ki, Kamil Quliyev tərəfindən təsis edilmiş “MKM-Mənzil Tikinti Kooperativi” (hazırkı “xxxx” MTK) yaradılarkən cavabdeh heç bir məbləğ qoymamasına baxmayaraq, təsisçi kimi qeyd edilmişdir. Faktiki olaraq Kamil Quliyev və digər iki nəfər şəxs tərəfindən “xxxx” MMC qurulmuş və həmin MMC-nin fəaliyyəti üçün məbləğ qoyulmuşdur. Lakin Kamil Quliyev adından formal olaraq təsisçi kimi cavabdeh qeyd edilmişdir. Həmin MMC son illərə qədər Kamil Quliyevə məxsus olan (hal-hazırda onun mülkiyyətində olan) və “xxxx” MTK-nın yerləşdiyi Abşeron rayonu Hökməli qəsəbəsində 7 ha torpaq sahəsində fəaliyyət göstərmişdir. Bu münasibətlər kəskinləşdiyindən cavabdeh həmin MMC-ni əmlakları ilə birlikdə başqa əraziyə daşımışdır. Kamil Quliyev Bakı şəhəri, M.Əlizadə küçəsi, *** nömrəli yaşayış evinin ** saylı mənzili cavabdehin qohumu Babaşova Rəna Rəsul qızının adına almış və bu günə kimi həmin ev onların sahibliyində olmuşdur. Münasibətlər kəskinləşdiyindən düz 30 ildən sonra Rəna Babaşova (Cavabdeh göstərişi ilə, hər iksinin vəkilinin eyni olması və münasibətlər kəskinləşdikdən sonra bu iddianın qaldırılması qeyd edilən faktı təsdiq edir) Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. 2(005)- ***/**** nömrəli işdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmışdır. 30 il ərzində bu iddianın qaldırılmaması və heç bir pretenziya irəli sürməməsi o deməkdir ki, həmin mənzili Kamil Quliyev almış və hər kəs bunu belə bilmiş, qəbul etmişdir. Kamil Quliyev Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 5 ha torpaq sahəsini cavabdehin işçisi X4 adına almışdır. Cavabdeh ilə Rəşad Əzizov arasında münasibətlər kəskinləşmiş və bu mübahisə “Barışıq Sazişi” ilə yekunlaşmışdır. Münasibətlər kəskinləşməmiş həmin torpaq sahəsini iddiaçının adına keçirilməsinə cavabdeh göstəriş verərək Kamil Quliyevə məxsus olan torpağı geri qaytarmışdır. Lakin münasibətlər kəskinləşdikdən sonra yuxarıda sadalanan digər iddialar kimi formal iddia qaldıraraq belə bir göstərişin vermədiyini bildirmişdir. Hazırda həmin işə Ali Məhkəmədə baxılmaqdadır. Ən əsası isə Kamil Quliyev Abşeron rayonu, Hökməli və Güzdək qəsəbələrində formal mülkiyyətçi kimi cavabdehin adına torpaq sahələri əldə etmişdir. Kamil Quliyev vəfat edən vaxtda cavabdehin adında 20 ha yaxın torpaq sahəsi qalmışdır. Digər tərəfdən Kamil Quliyev vəfat edənə qədər cavabdehə 3.000.000 manat pul vermişdir. Bu pul Kamil Quliyevin cavabdehə olan güvəninə görə və cavabdehin həyatını rahatlaşdırmaq məqsədi ilə borc kimi verilmişdir. Kamil Quliyev həmişə deyirdi ki, “mən Cavabdeh etibar edirəm, o, adında olan əmlakların və borc məbləğin heç vaxt arxasına keçməz, mən sağ olmasam demişəm həmin əmlakları və borcu böyük oğlum Fəridə qaytar.” Kamil Quliyev vəfat etdikdən sonra da qeyd edilən səbəbdən cavabdehə dəfələrlə torpaqları və borcu tam qaytarmaq təklif olunmuşdur. Hətta ətrafda olan və cavabdehə yaxın adamlardan da cavabdehə bildirmələri xahiş edilmişdir ki, cavabdehi bu əməlindən daşındırsınlar və haqları olan torpaqları və borcu tam geri qaytarsın. Məhz iddiaçının cavabdehlə uzun sürən danışıqlarından sonra cavabdeh qeyd edilən “Öhdəlik Ərizəsini” yazaraq imzalamışdır. Bundan sonra cavabdeh yuxarıda qeyd edilən 5 ha torpaq sahəsini iddiaçının adına keçirmişdir. Lakin iddiaçı ilə cavabdehin oğlu Ağası Babaşov arasında yaranan münaqişədən və Ağası Babaşov tərəfindən Abşeron Rayon Polis Idarəsinə müraciətdən sonra cavabdeh öz üzərinə götürdüyü bütün öhdəliklərdən yayınmağa başlamışdır. “Öhdəlik Ərizəsindəki” bütün məlumatlar realdır və üçüncü şəxslər həmin ərizə üzrə cavabdehin öhdəliklərini Kamil Quliyevin ona bildirdiyi vəsiyyət üzrə iddiaçının xeyrinə icra olunmasına tamamilə razıdırlar.
9. “X13 və Ekspertiza Mərkəzi” MMC-nin ##.##.2024-cü il tarixli, *** nömrəli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, ##.##.2010-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan kateqoriyası ehtiyat fondu torpaqları, məqsədli istifadə növü sahibkarlıq olan 2,0 ha torpaq sahəsinin bazar qiyməti təqribən 1.019.953,255 (5.099,8*200) manat müəyyən edilmişdir.
10. “X13 və Ekspertiza Mərkəzi” MMC-nin ##.##.2024-cü il tarixli, *** nömrəli mütəxəssis rəyinə əsasən 1. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ##.##.2005-ci il tarixli Torpağa mülkiyyət hüququna dair (JN: 0077 Kod 30800036) Dövlət Aktına əsasən mülkiyyətdə olan tikinti məqsədli təyinatlı, istifadə növü sahibkarlıq olan 7,00 ha torpaq sahəsinin orta bazar qiyməti 2.039.310,0 (3.005,3*700) manat; 2. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ************ reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 1,5 ha torpaq sahəsinin orta bazar qiyməti 450.800,00 (3.005,3*150) manat;
3. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ************ reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 3,4 ha torpaq sahəsinin orta bazar qiyməti 1.021.813,33 (3.005,3*340) manat müəyyən edilmişdir.
11. “X13 və Ekspertiza Mərkəzi” MMC-nin ##.##.2024-cü il tarixli, *** nömrəli mütəxəssis rəyinə əsasən: 1. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən ******* nömrəli ##.##.2023-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, kateqoriyası kənd təsərrüfatı torpaqlar, məqsədli istifadə növü sahibkarlıq olan 2,19 ha torpaq sahəsinin orta bazar qiyməti 948.859,7434 (4.332,7*219) manat; 2. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən ************ reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 1,0 ha torpaq sahəsinin (satılmış) orta bazar qiyməti 433.269,2892 (4.332,7*100) manat; 3. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən ************ reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 2,8825 ha torpaq sahəsinin orta bazar qiyməti 1.248.898,726 (4.128,6*288,25) manat müəyyən edilmişdir.
12. “X13 və Ekspertiza Mərkəzi” MMC-nin ##.##.2024-cü il tarixli, *** nömrəli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ************ reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan, məqsədli istifadə növü sahibkarlıq olan 0,0956 ha torpaq sahəsinin (yolun kənarı) bazar qiyməti təqribən 88.025,0 (9.207,6*9,56) manat müəyyən edilmişdir.
13. Azərbaycan Respublikası “xxxx”nin ##.##.2023-cü il tarixli, *** saylı mütəxəssis rəyinə əsasən tədqiqata təqdim edilmiş, Cavabdeh adından yazılmış ## ###### 2021-ci il tarixli “Öhdəlik Ərizəsinin” sonunda “Imza” sözündən sonra “Cavabdeh” sözləri qarşısında icra edilmiş imza Cavabdeh tərəfindən icra olunmuşdur.
14. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, */*** nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 49-cu vərəqəsində yerləşən Abşeron rayonu ## ###### 2021-ci il tarixli öhdəlik ərizəsində “Imza” sözündən sonra “Cavabdeh” yazıları qarşısında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur.
15. Bundan sonra məhkəmə tərəfindən iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş ## ###### 2021-ci il tarixli Öhdəlik ərizəsində Cavabdeh adı qarşısında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir.
16. Məhkəmə iclasında ekspert X5 ifadə verərək bildirmişdir ki, tədqiqat “Leica” M205 C” mikroskop və “xxxx” firmasının istehsalı olan VSC 6000/HS markalı video spektral komporator vasitəsi ilə aparılmışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna istinad edilmişdir. Metodik vəsait vardır, lakin onlar onu qeyd etmirlər. Sual ona aydın olmuş və həmin sual üzrə tədqiqat aparılmışdır. Iş materiallarında neçə nüsxə öhdəlik ərizəsinin olduğunu bilmir, lakin sənədin əsli üzrə tədqiqat aparırlar. Işi vərəqləyərək sənədin əslini tapmış və onun üzərində tədqiqat aparmışdır. Qərardadda iş materiallarının hansı səhifəsində yerləşən öhdəlik ərizəsinin tədqiq edilməsi ilə bağlı müddəanın olub-olmamasını xatırlamır. Sənədin əslini tapmış və onun üzərində tədqiqat aparmışdır. Sual tam dəqiq qoyulmadıqda ekspert sual ətrafında sənədi axtarıb tapır və dəqiqliklə sənədin hansı səhifədə yerləşdiyini qeyd edir. 2009cu ildən ekspert vəzifəsində işləyir. Ekspert qarşısında qoyulmuş sual imzanın hansı üsulla icra olunması kimi başa düşülür. Ilkin gözlə araşdıraraq sənədin əslinin olmadığı müəyyən edildikdə, həmin sənədin əslini tələb edirlər. Imza hər hansı texniki vasitənin köməyi ilə deyil, birbaşa icra edilmişdir. O, qoyulan sual üzrə sənədi müəyyənləşdirərək tədqiqat aparmışdır.
17. Məhkəmə iclasında şahid X7 ifadə verərək bildirmişdir ki, cavabdehi tanıyır. Belə ki, cavabdeh qardaşı oğlunun şəriki olmuşdur. Iddiaçının atasının əmisidir. Quliyev Kamil Məhəmməd oğlunun ona borcu var idi. Iddiaçı ondan cavabdehdən torpaq sahələrinin alınmasına yardım etməyini istəmiş və nəticədə ona olan borcu ödəyəcəyini bildirmişdir. Iddiaçı pulun, torpaq sahəsinin cavabdehə verilməsi ilə bağlı sənədin olmadığını bildirmişdir. Cavabdehin əvvəllər maddi vəziyyəti Quliyev Kamil Məhəmməd oğlunun maddi vəziyyətindən də yaxşı olmuşdur. Cavabdeh Quliyev Kamil Məhəmməd oğlunun köməkçisi olmamışdır. Onlar şərik olmuşlar. Quliyev Kamil Məhəmməd oğlunun ürəyində problem var idi. 3-4 gün bununla bağlı xəstəxanada da yatmışdı. Qardaşının iki həyat yoldaşı olmuşdur. Buna görə də soyadları fərqlidir. Mahir və Kamil şərik olmuşlar. Kamilin pul və ya torpaq sahəsinin cavabdehdə olması ilə bağlı heç bir məlumatı yoxdur. Quliyev Kamil Məhəmməd oğlunun ona 322.000 manat borcu var idi. Quliyev Kamil Məhəmməd oğlunun ailəsi ilə heç bir ədavəti yoxdur.
18. “X14 Mərkəzi” MMC-nin ##.##.2025-ci il tarixli, 004- ***/**** saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 1. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, ##.##.2010-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin dəyəri 540.000 manat; 2. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ******* nömrəli ##.##.2023-cü il tarixli Çıxarışa əsasən mülkiyyətdə olan 2,19 ha torpaq sahəsinin dəyəri 591.300 manat; 3. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ************ reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 1 ha torpaq sahəsinin dəyəri 280.000 manat; 4. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ************ reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 2,8825 ha torpaq sahəsinin dəyəri 764.000 manat; 5. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, ##.##.2005-ci il tarixli Torpağa mülkiyyət hüququna dair (JN: 0077 Kod 30800036) Dövlət Aktına əsasən mülkiyyətdə olan 7,00 ha torpaq sahəsinin dəyəri 2.604.000 manat; 6. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, ************ reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 1,5 ha torpaq sahəsinin dəyəri 382.500 manat; 7. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, ************ reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 3,4 ha torpaq sahəsinin dəyəri 986.000 manat; 8. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, ************ reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 0,0956 ha torpaq sahəsinin dəyəri 87.000 manat təşkil edir.
19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 8003800 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 4823 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 1227 manatın iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci olan 105 manat və sənədlərin məhkəmə-texniki ekspertizasının xərci olan 100 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının dəyəri olan 1000 manat məbləğində pulun yarısının - 500 manatın iddiaçıdan, qalan 500 manatının isə cavabdehdən tutularaq “X14 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim – K.Xudayev).
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı hesab etmişdir ki, cavabdeh ##.##.2021-ci il tarixli “Öhdəlik ərizəsi” imzalamaqla iddiaçı qarşısında öhdəlik ərizəsində qeyd edilənləri ##.##.2023-cü il tarixədək icra etməyi öhdəsinə götürmüş, lakin bugünədək icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən öhdəlik ərizəsi üzrə iddiaçı cavabdehdən ərizədə nəzərdə tutulmuş hərəkətlərin edilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə öhdəlik ərizəsi üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Belə ki, cavabdeh iddiaçı qarşısında öhdəlik ərizəsində qeyd etdiklərini icra etməyərək, əsassız olaraq varlanmış və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, iddia tələbindən də göründüyü kimi öhdəliklə bağlı hərəkətlərdən bir qismi borc məbləğinin, satılmış torpaqların dəyərinin qaytarılması ilə bağlı olsa da, digər qismi naturada ifadə olunmuş, yəni əslində iddiaçının mərhum atası Quliyev Kamil Məhəmməd oğlunun mülkiyyəti olan, lakin cavabdehin adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20,5 hektardan 16 hektarını iddiaçının adına keçirmək şəklində ifadə olunmuşdur. Sözügedən torpaq sahələrindən əksəriyyəti cavabdeh tərəfindən özgəninkiləşdirildiyindən, həmçinin cavabdeh adında saxlanılmış torpaq sahələrini öhdəlik ərizəsində göstərilən tarixədək iddiaçının adına rəsmiləşdirmədiyindən, iddiaçı öhdəliyin müvafiq hissəsinin icra olunması mümkün olmayacağından ona dəymiş zərərin ödənilməsini tələb etmişdir.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya dəyən zərərin məbləğinin ədalətli olaraq müəyyənləşdirilməsi məqsədilə iddiaçının mərhum atası Quliyev Kamil Məhəmməd oğlunun mülkiyyəti olan, lakin cavabdehin adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20,5 hektardan 16 hektar torpaq sahəsinin hazırkı dövrə olan bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə əmlakların qiymətləndirilməsi ekspertizası təyin edilmiş, o cümlədən əslində iddiaçının mərhum atası Quliyev Kamil Məhəmməd oğlunun mülkiyyəti olan lakin cavabdehin adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan lakin öhdəlik ərizəsi tərtib olunanadək cavabdeh tərəfindən özgəninkiləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20,5 hektardan 4,5 hektar torpaq sahəsinin hansı qiymətə özgəninkiləşdirilməsinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilmişdir: Belə ki, “X14 Mərkəzi” MMC-nin ##.##.2025-ci il tarixli, 004 ***/**** saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 1. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, ##.##.2010-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən cavabdehin xüsusi mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin dəyəri 540.000 manat; 2. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ******* nömrəli ##.##.2023-cü il tarixli Çıxarışa əsasən mülkiyyətdə olan 2,19 ha torpaq sahəsinin dəyəri 591.300 manat; 3. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ************ reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 1 ha torpaq sahəsinin dəyəri 280.000 manat; 4. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ************ reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 2,8825 ha torpaq sahəsinin dəyəri 764.000 manat; 5. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, ##.##.2005-ci il tarixli Torpağa mülkiyyət hüququna dair (JN: 0077 Kod 30800036) Dövlət Aktına əsasən mülkiyyətdə olan 7,00 ha torpaq sahəsinin dəyəri 2.604.000 manat; 6. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, ************ reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 1,5 ha torpaq sahəsinin dəyəri 382.500 manat; 7. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, ************ reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 3,4 ha torpaq sahəsinin dəyəri 986.000 manat; 8. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, ************ reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 0,0956 ha torpaq sahəsinin dəyəri 87.000 manat təşkil edir.
22. Məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh və X8 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, ##.##.2017-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 4 ha olan torpaq sahəsinin 1 ha hissəsini 30.000 manata alıcı X8. Cavabdeh və X10 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, ##.##.2017-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 3,7 ha olan torpaq sahəsinin 0,3 ha hissəsini 10.000 manata alıcı X10. Cavabdeh və X6 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, ##.##.2017-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2,99 ha olan torpaq sahəsinin 2,8825 ha hissəsini 50.000 manata alıcı X6. Cavabdeh və Seyidov Nurlan Hicran oğlu arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, ##.##.2021-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2 ha olan torpaq sahəsinin 0,5 ha hissəsini 10.000 manata alıcı Seyidov Nurlan Hicran oğluna satmışdır.
23. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdehdən 1. İddiaçı mərhum atası Quliyev Kamil Məhəmməd oğlundan onun sağlığında aldığı 3.000.000 manat borcdan qalan 2.790.000 manat borc; 2. əslində İddiaçı mərhum atası Quliyev Kamil Məhəmməd oğlunun mülkiyyəti olan, lakin Cavabdeh adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan lakin öhdəlik ərizəsi tərtib olunanadək Cavabdeh tərəfindən özgəninkiləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20,5 hektardan 4,5 hektar torpaq sahələrinin özgəninkiləşdirildiyi alğı-satqı müqaviləsi üzrə dəyərləri; 3. İddiaçı mərhum atası Quliyev Kamil Məhəmməd oğlunun mülkiyyəti olan, lakin Cavabdeh adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20,5 hektardan 4,5 hektar torpaq sahəsinin “X14 Mərkəzi” MMC-nin ##.##.2025-ci il tarixli, 004 ***/**** saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən hazırkı dövrə olan bazar dəyəri tutulmalıdır.
24. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçıya dəyən zərərin məbləğinin ədalətli olaraq müəyyənləşdirilməsi məqsədilə əmlakların qiymətləndirilməsi ekspertizası təyin edilmiş, o cümlədən müvafiq sorğular verilərək müəyyən edilmişdir ki, cavabdehdən 8.003.800 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 4.823 manat pul tutularaq iddiaçıya ödənilməlidir.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 442, 443.5, 445.1, 448.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 88, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmış həmçinin əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Işə baxmış birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, bu işə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Çünki iş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar və onların arasında yaranmış bu mübahisə də, məhz onların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. Cavabdehin vəkili vəsatətlə birinci instansiya məhkəməsinin hakiminə müraciət edərək işin kommersiya məhkəməsinə aid olduğunu bildirsə də, hakim vəsatətlə bağlı qərardad qəbul etmək əvəzinə vəsatəti protokolla rədd etmişdir ki, bu prosessual pozuntu kimi qiymətləndirilməlidir. Bundan başqa birinci instansiya məhkəməsi iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin “Öhdəlik ərizəsi” ilə əlaqədar verdiyi rəyləri mötəbər sübut kimi qəbul etməkdə haqlı olmamışdır. Çünki cavabdeh “Öhdəlik ərizəsini” imzalamamışdır. Bundan başqa “Öhdəlik ərizəsi” latın qrafikası ilə tərtib edilmişdir, lakin cavabdeh, latın qrafikasını bilmir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh həmin “Öhdəlik ərizəsinin” onun tərəfindən imzalanıb-imzalanmamasının araşdırılması üçün “xxxx” MMC-yə müraciət etmiş və həmin MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, “Öhdəlik ərizəsindəki” imza orijinal deyil, sızma printer vasitəsi ilə ərizəyə köçürülmüşdür. Qeyd edilən bu rəy ilə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəylər arasında ziddiyyət olsa da, birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Işə baxmış birinci instansiya məhkəməsi buna ehtiyac olmadığı halda iddiaçının anasını, qardaşını və bacısını üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin hakimi sonuncu prosesdə cavabdeh tərəfi izahat verməyə məcbur etmişdir. Belə ki, cavabdehin vəkili izahatı növbəti prosesdə verəcəyini, ilk öncə iddiaçının izahatı ilə əlaqədar suallar verməsini istədiyini, müdafiə taktikasına məhkəmənin əsassız şəkildə təsir etməli olmadığını vurğulasa da hakim sanki prinsipə salmışcasına, “izahat verin, yoxsa bunu imtina kimi qəbul edəcəyəm” demişdir. Hakim məhkəmə iclas katibinə demişdir ki, protokola yaz ki tərəf izahat verməkdən imtina etdi. Hakimin bu qanunsuz yanaşması, yəni cavabdeh tərəfi izahat verməyə məcbur etməyi, cavabdeh tərəfin prosessual və konstitusion hüquqlarının pozulması kimi qiymətləndirlməlidir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər – M.Məmmədov (məruzəçi), F.Talışinski və A.Imanov).
29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur və apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.
30. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin “Öhdəlik ərizəsinin” cavabdeh tərəfindən imzalanıb imzalanmaması barədə “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli arayışı ilə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəylər arasında olan ziddiyyətin birinci instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş və birinci instansiya məhkəməsinin sübut kimi qəbul etdiyi rəylər xüsusi biliyə malik olan ekspertlər, cavabdehin dəlilində istinad edilən arayış isə zəruri biliyə malik olan mütəxəssis tərəfindən verilmişdir. Təbii ki, xüsusi bilik zəruri bilikdən daha üstün və mötəbərdir. Odur ki, “xxxx” MMC tərəfindən verilmiş rəy ilə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylər arasında ziddiyyətin mövcud olması Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyin mötəbər olmayan rəy kimi qiymətləndirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsi iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyləri etibarlı sübut kimi qəbul etməkdə və iş üzrə nəticəyə gələrkən onlara əsaslanmaqda haqlı olmuşdur.
31. Məhkəmə kollegiyası, “Öhdəlik ərizəsinin cavabdeh tərəfindən imzalamaması, “Öhdəlik ərizəsi”nin latın qrafikası ilə tərtib edilməsi, lakin cavabdehin, latın qrafikasını bilməməsi” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən əvvəllər onun vəkil olmuş X11 verdiyi (2 ədəd) etibarnamələr, hazırkı vəkili vəkil2 verdiyi etibarnamə, onun bağladığı və yuxarıda qeyd edilmiş “alğı-satqı müqavilələri” Azərbaycan əlifbası (latın qrafikası) ilə tərtib edildiyindən apellyasiya şikayətinin bu dəlili də əsassızdır. ##.##.2021-ci il tarixli “Öhdəlik ərizəsinin” mətnindən cavabdeh xəbərdar olmuş və onu imzalamışdır.
32. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı bildirmişdir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi, iddiaçının atası tərəfindən cavabdehə verilməsi iddia edilən borc məbləğinin və iddiaçının ##.##.2016-cı il tarixdə vəfat etmiş atası Kamil Quliyevə faktiki məxsus olmuş, lakin cavabdehin adına formal olaraq qeydə alınması iddia edilən torpaq sahələrinin dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. Iddiaçının, mərhumun vərəsəsi olması, onun miras əmlakı qəbul etməsi, mərhumun digər vərəsələrinin yuxarıda qeyd edilən ##.##.2021-ci il tarixli “Öhdəlik ərizəsində” nəzərdə tutulmuş cavabdehin öhdəliklərinin iddiaçının xeyrinə icra olunmasına razılıq vermələri işin aşkar hallarıdır və bu halları heç kim, o cümlədən cavabdeh tərəfindən mübahisələndirilmir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Vərəsəlilik hüququ” adlı X bölməsinin tələblərinə əsasən iddiaçının hazırkı iddianın cavabdehə qarşı irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir.
33. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, işin hallarından müəyyən edilmişdir ki, cavabdeh ##.##.2021-ci il tarixli “Öhdəlik ərizəsi” ilə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri ##.##.2023-cü il tarixədək icra etməli olduğu halda onları bu günədək icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir. Beləliklə, qeyd edilən “Öhdəlik ərizəsi” üzrə iddiaçı cavabdehdən ərizədə nəzərdə tutulmuş hərəkətlərin edilməsini tələb etmək üçün də subyektiv hüquqa malikdir. Cavabdeh isə öhdəlik ərizəsi üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Cavabdeh iddiaçı qarşısında öhdəlik ərizəsində qeyd etdiklərini icra etməyərək, əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
34. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, iddiaçıya dəyən zərərin məbləğinin ədalətli olaraq müəyyənləşdirilməsi məqsədilə əmlakların qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edilərək rəylər alınmış və cavabdehin bağladığı “Alğı-satqı müqavilələrində” qeyd edilmiş satışı qiymətlərini birinci instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edərkən qeyd edilən məbləğlər nəzərə almışdır. Həmin rəylərdə və müqavilələrdə əks olunan qiymətləri şübhə altına ala biləcək sübutlar məhkəmələrə təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, birinci instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edərək həmin qiymətləri əsas götürməkdə haqlı olmuşdur.
35. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, cavabdeh ##.##.2021-ci il tarixli “Öhdəlik ərizəsinin” mətnindən xəbərdardır və onu imzalayaraq iddiaçı qarşısında həmin borcun iddiaçıya qaytarılması öhdəliyin icrasını da üzərinə götürmüşdür. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi qeyd edilən öhdəliyin icra edilməməsinə görə cavabdehin mülki qaydada məsuliyyət daşıması barədə nəticəyə gəlməkdə və həmin məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qət etməkdə haqlı olmuşdur.
36. Apellyasiya şikayətinin - tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarıına və onların arasında yaranmış bu mübahisənin də, məhz onların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranması səbəbindən hazırkı işə kommersiya məhkəməsi tərəfindən baxılmalı olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, “Elektron Məhkəmə” informasiya Sistemində əks olunmuş məlumata əsasən, həqiqətən də həm iddiaçının həm cavabdehin VÖEN-ləri var. Iddiaçının kommersiya fəaliyyəti “Parfümeriya mağazasında ətriyyat mallarının pərakəndə satışı” ilə, cavabdehin isə kommersiya fəaliyyəti “avtomobil dayanacağında xidmət göstərən personalın xidmətləri” ilə bağlıdır. Bu və iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin mahiyyəti nəzərə alındıqda müəyyən edilir ki, hazırkı işin baxılma aidiyyəti kommersiya məhkəməsinə aid deyil. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin bu məsələ ilə bağlı verdiyi vəsatəti təmin etməkdə və işə baxmaqda haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin həmin vəsatəti ayrıca qərardadla və ya protokol qaydasında qəbul edilmiş qərardadla təmin etməməsi, həmin vəsatətin apellyasiya icraatı zamanı əsaslı olması qənaətinə gəlmək üçün əsas yaratmır.
37. Apellyasiya şikayətinin, işə baxmış birinci instansiyası məhkəməsinin buna ehtiyac olmadığı halda iddiaçının anasını, qardaşını və bacısını üçüncü şəxs qismində işin baxılmasına cəlb etməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası Mülki Məcəllənin “Vərəsəlilik hüququ” adlı X bölməsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi iddiaçının mərhum atasının sağlığında iddiaçıya verilmiş borc məbləğinin qaytarılması və mərhuma məxsus olmuş torpaq sahələrinin dəyərinin ödənilməsi ilə bağlıdır ki, bu iddianın baxılması iddiaçının anasının, qardaşının və maraqlarına toxunur. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış birinci instansiya məhkəməsi həmin şəxsləri işin baxılmasına üçüncü şəxs qismində cəlb etməkdə və iddiaya dair onların mövqelərini öyrənməkdə haqlı olmuşdur.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, birinci instansiyası məhkəməsinin işə baxmış hakiminin sonuncu prosesdə cavabdeh tərəfi izahat verməyə məcbur etməsi barədə dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iddia ərizəsi ##.##.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş və bununla da işin icraatı başlanmışdır. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən çoxsaylı məhkəmə proseslər keçirilmiş və cavabdeh tərəf həmin iclaslarda iştirak edərək, öz mövqeyini bildirmiş (izahatlar səsləndirmiş, vəsatətlər vermiş, vəsatətlərin müzakirəsində iştirak etmiş), iddiaçı tərəfin mövqeyini dinləmiş, şahidin ifadəsinin alınmasında iştirak etmişdir. Iş üzrə qətnamə isə birinci instansiya məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin hər hansı bir hüququnu pozmamışdır.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 442, 443.5, 445.1, 448.1, 1091.1, 1092.1, 1115-ci və Mülki Prosessual Məcəllənin 119.1, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
40. Qətnamədən cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır (hakimlər – Z.Babayev (məruzəçi), Z.Əliyev və V.Baxışova).
42. Kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini kassasiya qaydasında yoxlayarkən, “iddia tələbi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan zərərin əvəzinin, yəni torpaq sahələrinin qiymətinin 8.003.800 manat məbləğində müəyyən edilməsi” hissəsində iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsini müəyyən etmişdir.
43. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, qeyd olunan hissə istisna olmaqla, digər hissələrdə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olan kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının tələbi məhz Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 1091.1, 1092.1, 1115-ci maddələrinin təsiri altına düşür. Çünki hazırkı halda iddiaçının tələbi öhdəliyin icra edilməməsi ilə əlaqədar olaraq ona dəymiş zərərin ödənilməsinə yönəlmişdir.
45. Bununla belə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi “iddia tələbi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan zərərin məbləğini, yəni torpaq sahələrinin qiymətini 8.003.800 manat müəyyən edərkən işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, tərəflər arasında əvvəl mövcud olmuş mülki iş üzrə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 5,0 ha torpaq sahəsinin hazırkı iş üzrə iddiaçı tərəfindən 40.000 manata alınmasına, həmçinin cavabdehin 2017-2021-ci illər ərzində Abşeron rayonu, Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 4,68 ha torpaq sahəsini başqa şəxslərə cəmi 100.000 manata satmasının müəyyən edilməsinə baxmayaraq, qeyd olunan ünvanlarda yerləşən 20,0681 ha torpaq sahəsinin 8.003.800 manat məbləğində qiymətləndirilməsi ağlabatan və ədalətli görünmür.
46. Həmçinin hazırkı iş üzrə alınmış mütəxəssis rəylərində torpaq sahələrinin bazar qiyməti ilə bağlı fərqli mövqelər olsa da, apellyasiya instansiyası məhkəməsi həmin ziddiyyətləri araşdıraraq aradan qaldırmaq, torpaq sahələrinin qiyməti ilə bağlı halları araşdırmaq istiqamətində zəruri addımlar atmamışdır.
47. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, əmlak bazarında qiymətlərin ilbəil qalxması tendensiyası müşahidə olunsa da, apellyasiya instansiyası məhkəməsi iş üzrə qətnamədə qeyd olunan nəticəyə gələrkən yuxarıda göstərilən halları nəzərdən qaçırmış, torpaq sahələrinin qiyməti ilə bağlı hissədə həmin hallara hüquqi qiymət verməmişdir.
48. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, ekspert (qiymətləndirici) rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Ekspert (qiymətləndirici) rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
49. Məhkəmə kollegiyasının qənaətinə görə ekspert (qiymətləndirici) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert (qiymətləndirici) rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi halda kifayət qədər yüksək ola bilər. Yalnız ekspert (qiymətləndirici) rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə və qiymətləndirilə bilər.
50. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını “iddia tələbi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan zərərin məbləğinin, yəni torpaq sahələrinin qiymətinin 8.003.800 manat müəyyən edilməsi” hissədə qismən ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır.
51. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, yuxarıda qeyd olunanlar baxımından, həmçinin cavabdehdən iddiaçının xeyrinə tutulan dövlət rüsumunun və məhkəmə xərclərinin məbləğinin dəyişməsi ehtimalı mövcud olduğundan, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
52. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 16, 21, 385, 386, 425, 442, 443, 445, 448, 459, 560, 1091, 1092-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
53. “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC-nin birgə tərtib etdikləri mütəxəssis rəyində qeyd olunmuşdur ki, Abşeron rayonu, Aşağı Güzdək və Hökməli qəsəbələri ərazisində yerləşən ümumi sahələri 20,0681 ha olan torpaq sahələrinin bazar dəyəri ## ###### 2026-cı il tarixə 2.606.000 manat, 2021-ci il tarixə 2.042.000 manat, 2020-ci il tarixə 1.944.000 manat, 2019-cu il tarixə 1.851.000 manat, 2018-ci il tarixə 1.763.000 manat, 2017-ci il tarixə 1.679.000 manat təşkil edir.
54. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-2(004)- **/**** nömrəli qətnaməsi dəyişdirilmiş, Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan məbləğ 5.396.000 manat müəyyən edilmiş, təmin olunmuş tələbə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün ödənilmiş 6050 manat məbləğində dövlət rüsumunun 3251 manat məbləğində hissəsinin Cavabdeh tutularaq İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 3025 manat məbləğində dövlət rüsumunun 1626 manat məbləğində hissəsinin İddiaçı tutularaq Cavabdeh ödənilməli olması və bu məbləğlər arasındakı fərq nəzərə alınaraq 1625 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakimlər – F.Qasımov (məruzəçi), G.Axundova və M.Rüstəmli).
55. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tələbin 1-ci hissəsi - 2790000 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsinə kassasiya instansiya məhkəməsinin qərarı ilə qiymət verildiyindən bu hissədə əlavə araşdırma aparılmasına zərurət yoxdur və məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
56. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı kassasiya məhkəməsinin göstərişlərinə əsasən alınmış mütəxəssis rəyi ilə müəyyən olunmuş qiymətlər ilə birinci instansiya məhkəməsində alınmış rəylərdəki qiymətlər arasında kifayət qədər fərqlər mövcuddur.
57. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, zərərin məbləği müəyyənləşdirilərkən “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC tərəfindən birgə tərtib olunmuş mütəxəssis rəyi ilə müəyyən olunmuş qiymətlər əsas götürülməlidir. Belə ki, əvvəllər alınmış rəylərin verilməsi zamanı aparılmış araşdırmadan fərqli olaraq sonuncu dəfə qiymətləndirmə aparılarkən torpaq sahələrinə baxış keçirilmiş, rəyə baxış zamanı çəkilmiş fotoşəkillər əlavə edilərək əvvəlki illərlə bağlı müqayisəli tədqiqat aparılmış, həmçinin, qiymətləndirmə 3 analoq üzrə bazar satışlarının müqayisəsi üzrə aparılan təshihlərə görə həyata keçirilmişdir. Bundan başqa rəydə mütəxəssis qarşısında qoyulmuş digər suallar da cavablandırılaraq qeyd olunmuşdur ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha və 2,8825 ha torpaq sahəsi qiymətləndirmə tarixindən əvvəl satılmış, həmin torpaq sahələri üzərində sonradan alıcı şəxslər tərəfindən müvafiq təyinat üzrə zəruri tikililər inşa edilmişdir. Qeyd olunan tikililər torpaq sahəsinin əvvəlki mülkiyyətçisi tərəfindən deyil, alıcılar tərəfindən inşa edildiyindən həmin tikililər qiymətləndirmə obyektinə daxil edilmir və torpaq sahələrinin bazar dəyərinə təsir göstərmir. Buna görə də həmin torpaq sahələrinin dəyəri yalnız boş torpaq (tikilisiz) kimi müəyyən edilmişdir. Qeyd olunan xüsusat işdə iştirak edən şəxslər tərəfindən də mübahisələndirilməmişdir. Bundan başqa həmin rəydə qeyd olunmuşdur ki, digər torpaq sahələri üzrə qiymətləndirmə zamanı daş karxanasının, istehsal, yaşayış və ya digər kapital tikililərin mövcudluğu müəyyən edilməmiş, sözügedən sahələr tikilisiz torpaq sahələri kimi qiymətləndirilmişdir. Bu baxımdan göstərilən torpaq sahələrinin dəyərini artıra biləcək əlavə amillər aşkar edilməmişdir.
58. Məhkəmə kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin 443.3-cü maddəsinin tələbi nəzərə alınmaqla torpaq sahələrinin qiymətləndirmə aparılan ## ###### 2026-cı il tarixə müəyyən olunmuş dəyəri (2606000 manat) əsas götürülməlidir. Həmin normanın tələbinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Hazırkı mübahisə üzrə də tələbin könüllü ödənilməsi halı mövcud olmadığından zərərin məbləği 2.606.000 manat müəyyən olunmalıdır.
59. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri işin halları ilə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilərək tutulmalı olan pul məbləğinin 5.396.000 manat (2.790.000 manat + 2.606.000 manat) müəyyən olunmasına əsas verir.
60. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 5, 16, 21, 385, 386, 425, 442, 443, 445, 448, 459, 560, 1091, 1092-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
61. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
62. Cavabdehin hazırkı kassasiya şikayətinin əsas dəlilləri əvvəlki şikayət ərizələrində irəli sürülmüş dəlillərlə mahiyyət etibarilə eyni məzmunda olmaqla, əsasən “Öhdəlik ərizəsi”nin etibarsızlığı məsələsinə yönəlmişdir. Bununla yanaşı, cavabdeh hazırkı kassasiya şikayətində əvvəlki dəlillərini əlavə sübut və hallar ilə əsaslandıraraq bildirmişdir ki, iddiaçının cavabdehin polis orqanına müraciəti əsasında ##.##.2025-ci il tarixində verdiyi izahatda “Öhdəlik ərizəsi”ndən xəbəri olmadığını qeyd etməsinə, habelə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli Qərara ikinci apellyasiya baxışı zamanı qiymət verilməmişdir.
63. Bundan əlavə, cavabdeh tərəfindən Abşeron Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi Vüsal Rzayevin cavabdehin vəkilinin sorğusu əsasında təqdim etdiyi ##.##.2026-cı il tarixli baxış keçirilməsi haqqında protokola da istinad edilmişdir. Həmin protokolda əks olunan anten məlumatlarına əsasən, “Öhdəlik ərizəsi”nin imzalandığı gün iddiaçı ilə cavabdeh arasında telefon əlaqəsinin olmadığı, habelə həmin tarixdə onların eyni məkanda olmadıqları müəyyən edilmişdir. Lakin apellyasiya məhkəməsi bu hallara qiymət verməmişdir.
b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
64. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
65. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
66. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
67. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
68. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
69. Maddə 385.1. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
70. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
71. Maddə 425.1, 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
72. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
73. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.
74. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
75. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
76. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
77. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
78. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.
79. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
80. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
81. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
82. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
83. Maddə 1092.1. Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
84. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
85. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
88. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
89. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
90. Hazırkı kassasiya şikayətlərində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
91. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
92. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
93. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
94. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər əsasən “Öhdəlik ərizəsi”nin etibarsızlığı məsələsinə yönəlmişdir. Belə ki, kassasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarında “iddia tələbi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan zərərin əvəzinin, yəni torpaq sahələrinin qiymətinin 8.003.800 manat məbləğində müəyyən edilməsi” hissəsində yeni baxışa qaytarmış, qeyd olunan hissə istisna olmaqla, digər hissələrdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır (bax: həmin qərarın §92-93, 100-101).
95. Belə olan halda, kassasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə iş üzrə mübahisənin “Öhdəlik ərizəsi”nin etibarlılığına dair hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrə hüquqi qiymət verildiyi və həmin hissədə məhkəmə aktının qanuniliyinin təsdiq edildiyi nəzərə alınmaqla, cavabdehin hazırkı kassasiya şikayətində “Öhdəlik ərizəsi”nin etibarsızlığına dair əvvəllər irəli sürdüyü dəlilləri təkrar etməsi hazırkı kassasiya baxışının predmetinə aid edilə bilməz.
96. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
97. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri daxilində kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarındakı məcburi göstərişlərini yerinə yetirmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə mübahisəyə yekun hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası həmin hüquqi qiymətləndirmə ilə razılaşır və onun təkrar edilməsinə zərurət görmür.
98. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
99. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.