Məhkəmə qərarları › İş №2(3-10)-429/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-429/2026

22.05.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № 2(3-10)-429/2026 22.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şәki Apellyasiya Mәhkәmәsinin hakimlәri Sadiqov Zülfüqar Əhmәd oğlu (mәruzәçi hakim), Hüseynov Elçin Şirin oğlu vә X4 ibarәt tәrkibdә, X7 tәrәfindәn xüsusi icraat qaydasında verilmiş “şәxsin ölmüş hesab edilmәsi” barәdә әrizәnin “yolverilmәzliyinә görә icraata qәbul olunmasından imtina edilmәsi” haqqında qәbul edilәn Ağsu Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrardadından X7 şikayәtinә Şәki Apellyasiya Mәhkәmәsinin inzibati binasında (Şәki Mәhkәmә Kompleksindә) apellyasiya qaydasında yazılı icraatda baxaraq, mәhkәmә kollegiyası MÜƏYYƏN ETDİ: X7 ## ##### 2026-cı ildә xüsusi icraat qaydasında “şәxsin ölmüş hesab edilmәsi” barәdә әrizә ilә Ağsu Rayon Mәhkәmәsinә müraciәt edәrәk, “oğlu - ##.##.1993-cü il tәvәllüdlü X2 ölmüş hesab edilmәsi vә qәtnamәnin qanuni qüvvәyә mindiyi günün şәxsin öldüyü gün hesab edilmәsi” barәdә qәtnamә qәbul olunmasını xahiş etmişdir. Ağsu Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı ilә “eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mübahisәyә dair Ağsu Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli qanuni qüvvәyә minmiş qәtnamәsi mövcud olması” әsası ilә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 153.2.2-ci maddәsinә әsasәn X7 “şәxsin ölmüş hesab edilmәsi” barәdә әrizәsinin yolverilmәzliyinә görә icraata qәbul olunmasından imtina edilmişdir (hakim Anar Əsgәrov). Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 153.2.2-ci maddәsinә әsasәn, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni əsaslar üzrә mübahisәyә dair mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa - iddianın yolverilmәzliyinә görә iddia әrizәsinin icraata qәbul edilmәsindәn imtina olunur. Ağsu Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadından narazı qalan X7 “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsilә şikayәt verәrәk, “birinci instansiya mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrardadının lәğv edilmәsi vә әrizәnin icraata qәbul edilmәsi” haqqında yeni qәrardad qәbul olunmasını xahiş etmişdir. Iş üzrә qәbul edilmiş Ağsu Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrardadı ilә Ağsu Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadından X7 tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş vә hәmin şikayәt Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269.3-cü maddәsinin tәlәblәrinә uyğun olaraq işlә birlikdә baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269-cu maddәsinin tәlәblәrinә әsasәn, qәrardadan verilmiş şikayәtә - qәrardadı qәbul etmiş birinci instansiya mәhkәmәsi tәrәfindәn 3 gün müddәtindә yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayәt әsaslıdırsa, hakim qәrardadı dәyişdirir vә ya lәğv edir vә mübahisәyә baxılması üçün tәrәflәrlә birlikdә sonrakı prosessual hәrәkәtlәri yerinә yetirir (maddə 269.2) vә әks tәqdirdә bu şikayәt baxıldıqdan sonra 7 gün müddәtindә işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә, bu Mәcәllәnin 32.5-ci maddәsindә nәzәrdә tutulmuş qaydada aidiyyәt haqqında qәrardaddan şikayәt verildikdә isә hәmin şikayәt bu Mәcәllәnin 403-1.5-ci maddәsinin tәlәblәri izah edilmәklә işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verilir vә iş kasasiya instansiyası mәhkәmәsinә göndәrilir (maddə 269.3). Hәmin Mәcәllәnin 397.1-ci maddәsinә әsasәn, Mülki-Prosessual Mәcәllәnin 269.3cü maddәsindә nәzәrdә tutulmuş әsaslar olduqda mәhkәmәnin qәrardadından verilәn ilkin şikayәt işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә göndәrilir. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәblәrinә görә, apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası Azәrbaycan Respublikası Mülki- Prosessual Mәcәllәsinin 397.2-ci maddәsinin tәlәblәrinә uyğun olaraq Ağsu Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadından X7 tәrәfindәn verilmiş şikayәtә apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 398-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә, aşağıdakıları etmәk hüququ vardır: - mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk (maddə 398.0.1); qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk (maddə 398.0.2); qәrardadı tam vә ya qismәn lәğv edib, qәrardadla hәll edilmәli olan mәsәlәni hәll etmәk (maddə 398.0.3); qәrardaddan verilmiş şikayәtdәn imtina olunduqda, apellyasiya icraatına xitam vermәk (maddə 398.0.4). Mәhkәmә kollegiyası, şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdıraraq hesab edir ki, Ağsu Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrardadından X7 tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilmәli vә işin yuxarıda qeyd edilәn konkret halları vә aşağıda tәsvir olunanlara әsasәn X7 xüsusi icraat qaydasında verilmiş “şәxsin ölmüş hesab edilmәsi” tәlәbinә dair әrizәsinin “yolverilmәzliyinә görә icraata qәbul olunmasından imtina edilmәsi” haqqında qәbul edilmiş Ağsu Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı tam lәğv edilәrәk, X7 “şәxsin ölmüş hesab edilmәsi” tәlәbi barәdә әrizәsinin icraata qәbulu mәsәlәsinin birinci instansiya mәhkәmәsindә yenidәn müzakirәsi mәqsәdilә *(*-***)-***/**** nömrәli mülki iş materialları Ağsu Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Belә ki, Ağsu Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadında X7 “şәxsin ölmüş hesab edilmәsi” tәlәbinә dair әrizәsinin “yolverilmәzliyinә görә icraata qәbul olunmasından imtina edilmәsi” aşağıda sadalanan hallarla әsaslandırılmışdır: “ - ... Iddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Ağsu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə ərizəçi Ərizəçi maraqlı şəxslər maraqlı şəxs5, maraqlı şəxs4, maraqlı şəxs3, X1 və maraqlı şəxs1 qarşı “şəxslərin ölmüş hesab edilməsi” barədə ərizəsi qismən təmin edilmiş, ##.##.1990-cı ildə Ağsu rayonu, Cəlayır kəndində anadan olmuş X3 Suriya Respublikasında ölmüş elan edilməsi, X3 ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi günün onun ölüm günü hesab edilməsi qət edilmiş, iddia tələbi “##.##.1993-cü il təvəllüdlü X2 ##.##.2017-ci ildə ölmüş hesab edilməsi” hissəsində təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Ağsu Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, mövcud iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir.” Lakin, apellyasiya instansiyasında iş üzrә aparılan araşdırma zamanı müәyyәn edilmişdir ki, X7 xüsusi icraat qaydasında verilmiş “şәxsin ölmüş hesab edilmәsi” barәdә әrizәsinin “yolverilmәzliyinә görә icraata qәbul olunmasından imtina edilmәsi” haqqında qәbul edilmiş Ağsu Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadında birinci instansiya mәhkәmәsinin istinad etdiyi hәmin hallar - Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin tәlәblәri vә әrizә ilә xüsusi icraat qaydasında müәyyәn edilmәsi tәlәb olunan “şәxsin ölmüş hesab edilmәsi” faktı ilә әlaqәdar mövcud olan işin konkret halları baxımından - hazırkı әrizәnin yolverilmәzliyinә görә icraata qәbul olunmasından imtina edilmәsi üçün әsas deyildir. Yәni, iş materialları vә elәcә dә, iş üzrә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetdә olan sәnәd vә mәlumatlarla müәyyәn edilir ki, Ağsu Rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindә X7 “##.##.1993-cü il tәvәllüdlü X2 ##.##.2017-ci ildә ölmüş hesab edilmәsi” barәdә әrizәsinin tәmin olunmaması - әrizәçinin “##.##.1993-cü il tәvәllüdlü X2 ölmüş hesab edilmәsi vә qәtnamәnin qanuni qüvvәyә mindiyi günün şәxsin öldüyü gün hesab edilmәsi” barәdә hazırkı әrizәsinin yolverilmәzliyinә görә icraata qәbul olunmasından imtina edilmәsi üçün әsas deyildir. Ilk növbәdә, bununla әlaqәdar qeyd etmәk lazımdır ki, aşağıda sadalanan hüquq normalarından görünür ki, Mülki Qanunvericilik hüquq münasibәtlәrindә öz adından iştirak edәn insan fәrdi olmaqla (Mülki Məcəllənin 24.1-ci maddəsi), fiziki şәxsin ölmüş hesab edilmәsini dә mülki münasibәtlәrin tәrkib hissәsi kimi nәzәrdә tutur vә bunun xüsusi prosessual hәlli qaydaları Mülki-Prosessual Qanunvericiliklә tәnzimlәnir: Azәrbaycan Respublikası Mülki Mәcәllәsi: Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi 41.1. Əgәr şәxsin yaşayış yerindә onun harada olması barәdә beş il әrzindә mәlumat olmazsa, habelә o, ölüm tәhlükәsi törәdәn vә ya hansısa bәdbәxt hadisәdәn hәlak olduğunu güman etmәyә әsas verәn şәraitdә xәbәrsiz itkin düşәrsә vә ondan altı ay әrzindә xәbәr çıxmazsa, o, mәhkәmә qaydasında ölmüş elan edilә bilәr. 41.2. Hәrbi әmәliyyatlarla әlaqәdar xәbәrsiz itkin düşmüş hәrbi qulluqçu vә ya digәr şәxs hәrbi әmәliyyatların qurtardığı gündәn azı iki il keçdikdәn sonra mәhkәmә qaydasında ölmüş elan edilә bilәr. Mәhkәmә şәxsin hәrbi әmәliyyatlarda hәlak olduğunu güman etmәyә әsas verәn halları nәzәrә alaraq, onu bu müddәt bitmәzdәn әvvәl, lakin hәrbi әmәliyyatların qurtardığı gündәn altı aydan tez olmayaraq ölmüş elan edә bilәr. 41.3. Şәxsin ölmüş elan edilmәsi haqqında mәhkәmә qәrarının qanuni qüvvәyә mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Mәcәllәnin 41.1 vә 41.2-ci maddәlәrindә nәzәrdә tutulan hallarda mәhkәmә şәxsin hәlakının güman edildiyi günü onun ölüm günü saya bilәr. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsi: 305.1. Mәhkәmә xüsusi icraat qaydasında aşağıdakı işlәrә baxır: ... 305.1.2. şәxsin xәbәrsiz itkin düşmüş hesab edilmәsi vә ya şәxsin ölmüş elan edilmәsi haqqında; ... . 306.1. Mәhkәmәlәr tәrәfindәn xüsusi icraat işlәrinә, bu Mәcәllәnin ikinci bölmәsinin üçüncü yarımbölmәsindә müәyyәn edilmiş xüsusiyyәtlәrlә, iddia icraatı qaydasında baxılır.

312. Şәxsin xәbәrsiz itkin düşmüş hesab edilmәsi vә şәxsin ölmüş elan edilmәsi haqqında әrizә әrizәçinin yaşadığı yer üzrә mәhkәmәyә verilir.

313. Ərizәdә şәxsi xәbәrsiz itkin düşmüş hesab etmәyin vә onun ölmüş elan edilmәsinin әrizәçiyә nә mәqsәd üçün lazım olduğu göstәrilmәli, habelә şәxsin xәbәrsiz itkin düşmәsini tәsdiq edәn hallar, yaxud xәbәrsiz itkin düşәnin ölüm tәhlükәsi qarşısında olmasını vә ya onun müәyyәn bәdbәxt hadisәdәn hәlak olmasını güman etmәyә әsas verәn hallar şәrh edilmәlidir. Hәrbi әmәliyyatlar zamanı hәrbi qulluqçuların vә ya digәr şәxslәrin xәbәrsiz itkin düşmәsi barәdә әrizәdә hәrbi әmәliyyatın qurtardığı vaxt göstәrilmәlidir. 315.2. Şәxsin ölmüş elan edilmәsinә dair mәhkәmә qәtnamәsi müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqan (qurum) tәrәfindәn ölümün qeydә alınması üçün әsasdır Göründüyü kimi, yuxarıda qeyd olunan normalarda şәxsin ölmüş elan edilmәsinin mülki vә mülki-prosessual әsasları vә qaydaları öz әksini tapmışdır. Hәmin nörmalardan görünür ki, bu kimi mәsәlәlәr üzrә bir neçә il әvvәl edilmiş müraciәt әsasında hәr hansı bir şәxsin ölmüş elan edilmәsi mәsәlәsi öz hәllini tapmadıqda vә bununla bağlı әrizәnin tәmin olunmaması barәdә qәtnamә qәbul edildikdәn sonra keçәn müddәt әrzindә yeri müәyyәn edilәrәk tapılmayan hәmin şәxsin ehtimal edilәn olduğu yerdә şәrait vә digәr sosial-ictimai vәziyyәt dәyişirsә - qeyd olunan şәxsin yaşaması vә yaxud ölmәsi halının müәyyәn edilmәsi maraq vә mәnafelәrinә tәsir edәn әrizәçinin yenidәn müvafiq әrizә ilә mәhkәmәyә müraciәt etmәsini istisna etmir. Elәcә dә, Ağsu Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadının mәzmunu ilә müәyyәn edilir ki, X7 2023-cü ildә mәhkәmәyә tәqdim etdiyi әrizәsindә “##.##.1993-cü il tәvәllüdlü X2 ##.##.2017-ci ildә ölmüş hesab edilmәsini” xahiş etmiş vә Ağsu Rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, *(***)- ***/**** nömrәli qәtnamәsindә hәmin әrizә tәmin olunmamışdır. Lakin, hәmin qәtnamәnin qәbulundan iki ildәn artıq müddәt keçdikdәn sonra, ##.##.1993-cü il tәvәllüdlü X2 olduğu yerdә baş vermiş dәyişikliklәr qeyd olunmaqla, X7 hazırkı әrziә ilә mәhkәmәyә müraciәt etmiş vә bu әrizәsindә ”##.##.1993-cü il tәvәllüdlü X2 ölmüş hesab edilmәsini” xahiş etmişdir. Hәmçinin, nәzәrә almaq lazımdır ki, yuxarıda qeyd olunan Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 153.2.2-ci maddәsindә nәzәrdә tutulan “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması” tәlәbinin “eyni әsaslar” ifadәsi mәlum qәtnamәnin qәbul edildiyi vaxtdan keçәn uzun müddәt әrzindә yeri müәyyәn edilәrәk tapılmayan vә hazırkı әrizәdә “ölmüş hesab edilmәsi” xahiş olunan hәmin şәxsin ehtimal edilәn olduğu yerdә şәraitin vә digәr sosial-ictimai vәziyyәtin dәyişmәsi – hazırkı әrizәdә mәhkәmә qәtnamәsi ilә müәyyәn edilmәsi tәlәb olunan halın әsaslarını da dәyişmişdir. Bundan әlavә, olduğu yeri mәlum olmayan vә әrizәçinin әlaqәsi olmadığını iddia etdiyi şәxsin ölmüş hesab edilmәsi mәhkәmә qaydasında hәll edildiyindәn vә bu kimi әrizәlәrin verilmәsinin vә baxılmasının xüsusi icraat qaydası müәyyәn edildiyindәn, hazırkı işin hallarına görә “şәxsin ölmüş hesab edilmәsi” barәdә әrizәyә “eyni tәrәflәr arasında mabahisә kimi” baxılması da әsaslı deyildir. Odur ki, yuxarıda qeyd olunan bütün bu hallar vә hazırkı әrizәdә ifadә olunan müraciәtin xüsusi xarakteri belә nәticәyә gәlmәyә әsas verir ki, Ağsu Rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsinin mövcudluğu - X7 ”##.##.1993-cü il tәvәllüdlü X2 ölmüş hesab edilmәsi” barәdә hazırkı әrizә ilә yenidәn mәhkәmәyә müraciәt etmәsinә maneә deyildir. Eyni zamanda, mәhkәmә kollegiyası qeyd etmәyi lazım bilir ki, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin tәlәblәrinә görә mәhkәmә tәrәfindәn zәruri hallarda iddia әrizәsinin mümkünlüyü haqqında mәsәlәyә çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər (maddə 151.2). Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 2-ci maddәsinin tәlәblәrinә görә mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatının vәzifәlәri hәr bir fiziki vә yaxud hüquqi şәxsin Azәrbaycan Respublikasının Konstitusiyasından, qanunlarından vә digәr normativ hüquqi aktlarından irәli gәlәn hüquq vә mәnafelәrinin mәhkәmәdә tәsdiq olunmasıdır (maddə 2.1) vә mülki mәhkәmә icraatı qanunçuluğun vә ictimai qaydanın bәrqәrar edilmәsinә, vәtәndaşların qanunlara dönmәdәn hörmәt ruhunda tәrbiyә edilmәsinә rәvac verir (maddə 2.2). Hәmin Mәcәllәnin 4.1-ci maddәsinә әsasәn, bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Azәrbаycаn Respublikаsı Mülki-Prosessuаl Mәcәllәsinin 400-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qаnuni qüvvәyә minir. Hәmin Mәcәllәnin 402.2-ci maddәsinә әsasәn, apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında (maddə 402.2.1), kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә (maddə 402.2.3) vә iş üzrә icraata xitam verilmәsi barәdә (maddə 402.2.4) qәrardadlarından kassasiya şikayәti verilә bilәr. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 149-153, 263-264, 395-399, 400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDİ:

Ağsu Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadından X7 tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilsin. X7 “şәxsin ölmüş hesab edilmәsi” barәdә әrizәsinin “yolverilmәzliyinә görә icraata qәbul olunmasından imtina edilmәsi” haqqında qәbul edilmiş Ağsu Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı tam lәğv edilsin. X7 xüsusi icraat qaydasında verilmiş “şәxsin ölmüş hesab edilmәsi” barәdә әrizәsinin icraata qәbulu mәsәlәsinin birinci instansiya mәhkәmәsindә yenidәn müzakirәsi mәqsәdilә *(*-***)-***/**** nömrәli mülki iş materialları Ağsu Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrаrdаd çıxarıldığı andan qаnuni qüvvәyә minir vә qәrardaddan kassasiya şikayәti verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar