Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1647/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı Qüdəssər oğlunun cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh11, cavabdeh7, cavabdeh1, cavabdeh10, cavabdeh12, cavabdeh9, cavabdeh8, X10 və cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), qeyri-yaşayış və torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh4 və cavabdeh3 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ünvan 2 ünvanında yerləşən 0.580370 ha torpaq sahəsi və onun üzərindəki 1209.4 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir.
2. Bakı Şəhər Qaradağ Rayon *** saylı Mənzil-Kommunal Istismar Sahəsinin ##.##.2025-ci il tarixli, ** №-li məktubundan və ##.##.2025-ci il tarixli, ** №-li arayışından müəyyən edilir ki, Ağdam və Füzuli rayonlarından məcburi köçkün olan cavabdehlər mübahisəli əmlak kompleksində yaşayırlar.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X21 Agentliyi “Azərdövlətlayihə” Azərbaycan Dövlət Baş Layihə Institutu tərəfindən verilmiş ##.##.2024-cü il tarixli rəydən görünür ki, əmlak kompleksi tikilisi texniki cəhətdən qəzalı vəziyyətdədir, tikilinin yükdaşıma qabiliyyəti tükənib, dağılma təhlükəsi mövcuddur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı Qüdəssər oğlu cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh5 və cavabdeh4 ünvan 2 ünvanında yerləşən 0.580370 ha torpaq sahəsindən və onun üzərindəki qeyri-yaşayış sahəsindən (əmlak kompleksindən) çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddiaçının nümayəndəsi və vəkili ##.##.2025-ci il tarixdə başqa cavabdehlərin cəlb olunması barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yaşayan cavabdeh11, cavabdeh7, cavabdeh1, cavabdeh10, cavabdeh12, cavabdeh9, cavabdeh8, cavabdeh13, cavabdeh6 hazırkı iş üzrə cavabdeh qismində işə cəlb olunmasını xahiş etmiş məhkəmə iclasında həmin şəxslər protokola qeyd edilməklə cavabdeh qismində cəlb edilmişlər.
6. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında 0.580370 ha torpaq sahəsində yerləşən 1209.4 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi (əmlak kompleksi) onun xüsusi mülkiyyətindədir. Cavabdehləri tanımır, onlar həmin kompleksdə özbaşına məskunlaşıblar. Qeyd edilən əmlak kompleksindəki qeyri-yaşayış binası istismara yararsızdır, “Azərdövlətlayihə” Azərbaycan Dövlət Baş Layihə Institutunun ##.##.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, “bina texniki cəhətdən qəzalı” vəziyyətdədir. Hazırda cavabdehlər ona məxsus qeyri-yaşayış sahəsində və torpaqda inşa edilmiş tikilidə yaşayırlar, ərazidən könüllü olaraq çıxmaq istəmirlər. Bu isə mülkiyyətçi kimi onun hüquqlarını pozur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh cavabdeh2 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, o və ailə üzvləri: həyat yoldaşı Nəzifə Ədil qızı, övladları - ##.##.2010-cu il təvəllüdlü Aişə, ##.##.2010-cu il təvəllüdlü Elmir və ##.##.2014-cü il təvəllüdlü Aylin; cəmi 5 nəfər Füzuli rayonundan olan məcburi köçkün statuslu fiziki şəxslərdir. Himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan məktəbli uşaq vardır. Özü 2-ci qrup əlildir və psixi xəstəlikdən əziyyət çəkməklə müntəzəm müalicə alır və tibbi müayinədən keçirilir. Həyat yoldaşı cavabdeh11 3-cü qrup əlildir, heç bir yerdə işləmir. Digər yaşayış evi, gəlir mənbəyi yoxdur. Iddiaçının iddia tələbində irəli sürüldüyü kimi o və ailəsi özbaşına deyil, müvafiq orqanların şifahi göstərişinə əsasən 2012-ci ildən həmin ünvanda yaşayır. Mənzil qeyri-yaşayış sahəsi olduğundan və şəraiti olmasa da orada yaşamaq, yəni sığınmaq məcburiyyətindədir. Başqa çarə yoxdur. Qeyd edilən yaşayış sahəsində yaşadığı 13 il müddətində iddiaçı ilə aralarında heç bir narazılıq və mübahisə olmamışdır. Onun mənsub olduğu digər ailə üzvləri də ruhi xəstədirlər. Belə ki anası, qardaşı X11 1-ci qrup psixi xəstədirlər. 2004-cü ildə dövlət tərəfindən anası X2 ailə tərkibi olmaqla Füzuli rayonu Qayıdış * saylı qəsəbədə *** nömrəli 2 otaqlı mənzil verilmişdir. Həmin mənzildə atası, anası və qeyd etdiyi ruhi xəstə qardaşı və bacısı yaşayırlar. Ailəsinin gələcək taleyinə iddiaçının biganə qalması təəssüf doğurur. Qeyd edilən yaşayış sahəsindən çıxarılmağı küçəyə atılmaq, mənzilsiz qalmağı deməkdir. Məcburi halda belə Qayıdış 3 qəsəbəsində dövlət tərəfindən verilmiş 2 otaqlı mənzil 2 ailəsinin həm say etibarı ilə, həm də ruhi xəstəlik baxımından bir yerdə yaşaması mümkün deyildir. Çarəsizlikdən həmin mənzildə yaşamaq isə ailə faciəsi deməkdir.
8. Cavabdeh cavabdeh5 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, o Füzuli rayonundan məcburi köçkündür. Torpaqları işğal olunandan sonra məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşmışlar. Sonradan oğlu da ailə quraraq ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır. Hazırda 6 nəfər ailə üzvü ilə birlikdə həmin ünvanda yaşayırlar. Oğlu ailəlidir və üç uşağı vardır, uşaqlarından biri inkişafdan qalmış və daimi olaraq müalicələr alır. Onların başqa yerdə yaşamağa yeri yoxdur. Iddiaçı isə onların ailə vəziyyətini, uşaqlarının körpə və xəstə olmasını nəzərə almayaraq onları yaşadığı yerdən çıxarmaq istəyir. Onların qeydiyyatda olduğu Füzuli rayonu Işıqlı kəndində onlar evlə təmin olunacağı halda özü də köçüb getmək istəyir. Hazırda isə buna vaxt tələb olunur. Oğlu Lökbatan qəsəbəsi ərazisində günə muzd fəhlə işləyərək ailəsini dolandırır. Biz yaşadığı evdən çıxarılacağı təqdirdə o işini də itirəcək və ağır vəziyyətdə olan ailə daha çətin vəziyyətə düşəcəkdir. Onun keçmiş həyat yoldaşı X5 məcburi köçkünlər üçün salınmış Qayıdış 5 qəsəbəsi ** nömrəli evə 2 otaqlı mənzil verilmişdir. Həmin vaxtı nikahda olduğundan onu da ailə üzvü kimi nəzərə almışlar. Lakin münasibətləri pis olduğundan və daima olaraq onu keçmiş həyat yoldaşı X5 onu daima döyüb incitdiyinə görə o yoldaşına verilmiş evdə yaşamamışdır. Füzuli Rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli qətnaməsi ilə nikahları pozulsa da onların münasibətləri 2003-2004-cü illərdə artıq pozulmuşdur. Bu məhkəmə qətnaməsində də qeyd olunmuşdur. Birgə yaşamaq mümkün olmadığına görə o uşaqlarla birlikdə hazırkı evdə yaşamışdır. Hazırda rayonu işğaldan azad olsa da, onları köçürməmişlər. Əgər onlara ev verilərsə, onlar hazırkı evdən çıxmağa razıdır. Lakin indiki şəraitdə onların evdən çıxmağı mümkün deyildir. Çünki onların yaşamağa evi yoxdur. Onlar evdən çıxarılarsa 6 nəfər ailə üzvü ilə birlikdə küçələrdə qalmağa məcburdur.
9. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin *-**-*-**/*-*****/**** saylı ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçı İddiaçı Qüdəssər oğlunun mülkiyyətində olan ********** qeydiyyat nömrəli Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 57 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin texniki pasportunda göstərilən qeydiyyatdan keçmiş “A” literli tikilisində hazırda iki ailə yaşayır. 1) cavabdeh3 Səddar oğlu, cavabdeh9, cavabdeh6. 2) cavabdeh8, X10. Qeydiyyatdan keçmiş “B” literli tikilisində hazırda üç ailə yaşayır. 1) cavabdeh5, cavabdeh7, cavabdeh1, X7, X1, X8. 2) cavabdeh2, cavabdeh11, X3, X4, X6. 3) cavabdeh4, cavabdeh10, cavabdeh12. Qeydiyyatdan keçmiş “D” literli tikilisində isə hazırda yaşayış yoxdur.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı ekspert rəyinə əsasən, iddiaçı İddiaçı Qüdəssər oğlunun mülkiyyətində olan ********** qeydiyyat nömrəli Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 57 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin texniki pasportunda göstərilən qeydiyyatdan keçmiş “A” literli tikilisində hazırda iki ailə yaşayır. 1) cavabdeh3 Səddar oğlu, cavabdeh9, cavabdeh6. 2) cavabdeh8, X10. Qeydiyyatdan keçmiş “B” literli tikilisində hazırda üç ailə yaşayır. 1) cavabdeh5, cavabdeh7, cavabdeh1, X7, X1, X8. 2) cavabdeh2, cavabdeh11, X3, X4, X6. 3) cavabdeh4, cavabdeh10, cavabdeh12. Qeydiyyatdan keçmiş “D” literli tikilisində isə hazırda yaşayış yoxdur.
11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh5 və cavabdeh4, cavabdeh11, cavabdeh7, cavabdeh1, cavabdeh10, cavabdeh12, cavabdeh9, cavabdeh8, cavabdeh13, cavabdeh6 iddiaçıya məxsus, ünvan 2 ünvanında yerləşən 0.580370 ha torpaq sahəsindən və onun üzərindəki qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir (hakim – G.Aslanova).
12. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, iddia ərizəsində qeyd edilən əmlak kompleksinin və onun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdehlər hər hansı qanuni əsas olmadan həmin əmlak kompleksini və torpaq sahəsini zəbt etmişlər və bununla da iddiaçının mülkiyyət hüququnu pozmuşlar. Bu pozuntu hazırda da davam edir. Mülkiyyət hüququnun pozulması yolverilməzdir. Buna görə də iddia təmin edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33-cü maddələrinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolunun 1-ci maddəsinə, “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə, Mülki Məcəllənin 11, 148, 152, 157-ci, Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdehlər cavabdeh8, cavabdeh3, cavabdeh6, cavabdeh4 və cavabdeh11 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, rayon məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. Apellyasiya şikayətləri iddia ərizəsinə qarşı verilən etirazların dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış rayon məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
16. Apellyasiya baxışında iştirak etmiş cavabdehlər cavabdeh4, cavabdeh6, cavabdeh8, cavabdeh3 və sonuncunun vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin məzmununa uyğun izahatlar vermişlər. Eləcə də qeyd olunmuşdur ki, iddiaçı, mübahisəli əmlak kompleksini və torpaq sahəsini özəlləşdirən zaman həmin əmlaklar boş olmamış, cavabdehlər orada yaşamışlar. Buna görə də, cavabdehlər də həmin əmlakın özəlləşdirilməsinə cəlb olunmalı idilər. Lakin cəlb olunmamışlar. Bu səbəbdən də, onlar (hazırkı iş üzrə iddiaçı üçüncü şəxs olmaqla) cavabdeh “xxxx” Publik Hüquqi Şəxsə qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi tələbi barədə” iddia ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişlər. Buna görə də, hesab edirlər ki, həmin işə baxılıb, iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, hazırkı iş üzrə icraat dayandırılmalıdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər – M.Məmmədov (məruzəçi), G.Abbasova və F.Talışinski).
18. Məhkəmə kollegiyası Bakı Inzibati Məhkəməsinin icraatında olan “özəlləşdirmənin etibarsız hesab edilməsi tələbi barədə” iddiaya dair inzibati işə baxılıb, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması haqqında cavabdehlərin vəsatətinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası” adlı 140-cı maddəsinin tələbinə əsaslanaraq və mübahisəli əmlakın iddiaçının xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmasını nəzərə alaraq təmin etməmişdir. Belə ki, həmin maddənin birinci cümləsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
19. Iş üzrə cavabdehlərin məcburi köçkün olmalarını nəzərə alan məhkəmə kollegiyası qeyd etmişdir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X14 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus qeyri-yaşayış sahəsindən cavabdehlərin çıxarılmasını tələb etmək üçün subyektiv hüququ var və bu tələb əsaslıdır. Belə ki, cavabdehlərin həmin əmlak kompleksində yaşamalarının hüquqi əsası yoxdur, cavabdehlər həmin sahədə dövlətin müvafiq qurumlarının göstərişi və icazəsi ilə məskunlaşmamışlar. Digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisəli əmlak kompleksi texniki cəhətdən qəzalı vəziyyətdədir, tikilinin yükdaşıma qabiliyyəti tükənib, dağılma təhlükəsi mövcuddur.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152, 157, 178-ci maddələrinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”na, Mülki Prosessual Məcəlləsinin istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh cavabdeh4 (vəkil vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin tələblərini səhv şərh etmişdir. Məhkəmə qeyd etmişdir ki, məcburi köçkünlərin müstəqil məskunlaşmasına yalnız digər şəxslərin hüquqlarını pozmadan yol verilir. Lakin məhkəmə cavabdehin dövlət orqanlarının şifahi göstərişi ilə məskunlaşdığını, 2012-ci ildən bəri həmin ünvanda yaşadığını, başqa yaşayış yerinin olmadığını nəzərə almamışdır. Qanunun 5ci maddəsinin tələbinə görə, belə hallarda dövlət orqanları məcburi köçkünləri başqa yaşayış sahəsinə köçürməlidirlər, lakin məhkəmə bu öhdəliyi nəzərə almamışdır.
24. Məhkəmə cavabdehlərin uzun illər həmin ünvanda yaşamasını və dövlət orqanlarının şifahi icazəsini "sübut yoxdur" deyərək rədd etmişdir. MPM-in 88-ci maddəsi məhkəmədən sübutları obyektiv, tam və hərtərəfli araşdırmağı tələb edir. 15 il müddətində heç bir dövlət orqanının və ya keçmiş mülkiyyətçinin buna etiraz etməməsi faktiki olaraq məskunlaşmanın qanuniliyini (və ya ən azından dövlətin sükutla razılığını) təsdiq edən bir hal kimi qiymətləndirilməli idi.
25. Məhkəmə Mülki Məcəllənin 140-cı maddəsində təsbit edilmiş prezumpsiya anlayışını mütləq hüquq kimi qəbul edərək səhvə yol vermişdir. Həmin maddənin özü reyestrin məzmununun mübahisələndirilməsi imkanını tanıyır. Hazırda Bakı Inzibati Məhkəməsində baxılan iş məhz həmin qeyri-dəqiqliyin sübuta yetirilməsi prosesidir. Prosessual qanunvericilik (MPM 254.1.4) tələb edir ki, mülkiyyət sənədinin hüquqi taleyi başqa məhkəmədə həll olunursa, bu iş üzrə icraat mütləq dayandırılmalıdır. Apellyasiya məhkəməsi maddi hüquq normasının səhv təfsir edilməsidir.
26. Cavabdeh cavabdeh3 (vəkil Nümayəndə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçn apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iclası zamanı iddiaçının vəkili nümayəndə olaraq iştirak etmək üçün qanunun tələb etdiyi kimi müvafiq etibarnaməyə sahib olmadığı halda, məhkəmə onu nümayəndə olaraq işdə qəbul etmiş və fikirlərini, tələblərini və izahatlarını iddiaçının adından dinləmişdir. Məhkəməyə cavabdehlərin başqa yerdə heç bir yaşayış sahəsinin ayrılmaması barədə arayış təqdim olunsa da, məhkəmə bu halı ümumiyyətlə qiymətləndirməmiş, qətnamədə bu barədə heç bir qeyd verməmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə 13 Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə 29 İ və II bəndlər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
32. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər.
33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
35. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
36. Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X14 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydaları
37. Bənd 4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
38. Bənd 5. Məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və X14 üzrə Dövlət Komitəsi ilə razılaşdırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətlərində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
47. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, onları apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, şikayətlərin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür və hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qorunmalı olması ilə bağlı gəlinmiş nəticə düzgün olmuşdur.
48. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.
50. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.