Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1673/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh1 MMC və cavabdeh2 qarşı ilkin, cavabdeh2 İddiaçı və cavabdeh1 MMC-yə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, müqavilə öhdəliyinin yerinə yetirilərək mənzilin rəsmi təhvil verilməsi və s.” barədə ilk, cavabdeh2 İddiaçı və cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının tanınması, əmlakın iddiaçının sahibliyinə və istifadəsinə verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı cavabdeh) Həsənov Azər Qurban oğlunun kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ## ###### 2016-cı il tarixli müqaviləyə əsasən, “Sifarişçi”- Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 168750 manat məbləği “Podratçı”- xxxx" MMC-yə tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 m² olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzilin tikintisini “Podratçı”-ya həvalə edir. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin hər m² üçün 1500 manat, cəmi 168750 manat ödənilməsi razılaşdırılıb.
2. ## ##### 2018-ci il tarixli müqaviləyə əsasən, “Sifarişçi”-İddiaçı 118 125 manat pul məbləğini “Podratçı”- cavabdeh1 MMC-yə tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 m2 olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzilin tikintisini “Podratçı”-ya həvalə edir. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin hər m² üçün 1050 manat, cəmi 118125 manat ödənilməsi razılaşdırılıb.
3. ## ###### 2019-cu il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, cavabdeh1 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112.5 kv.m olan 2 (iki) otaqdan ibarət ** saylı mənzilindən və pay hüququndan imtina edir və həmin mənzilin cavabdeh2 adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirdi. Gələcəkdə həmin mənzilə dair «xxxx» MMC-və qarşı heç bir iddiası olmayacağını və maddi tələb irəli sürməyəcəyin bildirib.
4. ## ###### 2019-cu il tarixli müqaviləyə əsasən, “Sifarişçi’'- cavabdeh2 140 625 manat məbləği “Podratçı”- cavabdeh1 MMC-yə tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli. 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 m2 olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzilin tikintisini “Podratçı”- cavabdeh1 MMC-yə həvalə edib. Müqavilənin 3.1-ci bəndinə əsasən, mənzilin hər m² üçün 1250 manat, cəmi 140625 manat ödənilməsi razılaşdırılıb.
5. cavabdeh2 “Best Doors” Dəmir və Taxta Qapılar mağazasına ##.##.2023-cü il tarixdə Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət ** saylı mənzil üçün 1100 manat ödəyərək qapı sifariş vermiş, 50 manat ödənilmiş, 1050 manat borc pul məbləği qalmışdır.
6. ## ##### 2023-cü il tarixli, “Kooperativ Binada mənzillərin təmir olunması” haqqında müqaviləyə əsasən, cavabdeh1 MMC Bakı şəhəri, Nərimanov Rayonu, M.Sənani küçəsində inşa etdiyi 16 mərtəbəli binadan “Sifarişçi”nin sahiblik və istifadəsinə verdiyi 2-ci giriş, yaşayışın 4-cü mərtəbəsi, 2 otaqdan ibarət ** saylı mənzilin daxili təmirinə icazə verir, “Sifarişçi”- cavabdeh2 isə həmin mənzili sahiblik və istifadəsinə qəbul edib bu müqavilədə göstərilən şərtlər daxilində təmir işlərini aparmağı ilə bağlı müqavilə bağlanmışdır. “Sifarişçi” müqavilənin 2.4.-cü bəndi üzrə işıq, su və qaz sayğacları və onların texniki cəhətdən quraşdırılması üzrə “Podratçı”ya 1950 manat məbləğində vəsait ödəyəcəyi qeyd edilib.
7. ## ##### 2023-cü il tarixli müqaviləyə əsasən, “İcraçı”-“xxxx” MMC öz üzərinə ”Sifarişçi”cavabdeh2 tapşırığı ilə Bakı şəhəri, Nerimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət ** saylı mənzil ilə bağlı istismar, mənzil-kommunal xidmətlərinin həyətyanı sahəsinin yaşıllaşdırılması, abad saxlanılması öhdəliyini götürüb. Sifarişçi hər ayın 1 tarixindən gec olmayaraq 1m² üçün 0.70 azn ödəməyi öhdəsinə götürüb.
8. ## #### 2023-cü il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqaviləsinə əsasən, "xxxx” ASC Nərimanov rayon Sukanal İdarəsi cavabdeh2 ilə Azərbaycan Respublikasının 1999-cu il ## ####### tarixli ***-IQ nömrəli "Su təchizatı və tullantı suları haqqında “Qanununa və “Sudan istifadə Qaydaları”-na uyğun olaraq müqavilə bağlamışlar. Həmin müqavilə "xxxx” ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə DUİST2874-82-№-li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.
9. ## ###### 2023-cü il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsinə əsasən, Paylayıcı- “Azəriqaz" İB bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını-cavabdeh2 keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı” və ya “qarşılıqlı cavabdeh”) iddia ərizəsi (dəqiqləşdirmə barədə ərizə) ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət ** saylı mənzilinə dair iddiaçı İddiaçı sahiblik və istifadə hüququnun həyata keçirilməsinə, həmin mənzilin təmirinə cavabdehlər “xxxx.”xxxx“MMC”) və cavabdeh2 (bundan sonra həmçinin “cavabdeh” və ya “qarşılıqlı iddiaçı”) tərəfindən yaradılan maneələrin aradan qaldırılması, cavabdehlər cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli *** nömrəli Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət ** saylı mənzilin tikintisi barədə müqavilənin etibarsız hesab edilməsi, faktiki olaraq İddiaçı təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət ** saylı mənzilin rəsmi olaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İlk iddia onunla əsaslandırılmışdır ki, bina uzun müddətdir ki, hazır edilmiş və iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Belə ki, iddiaçı mənzil hazır olduqdan sonra ora giriş qapısı quraşdırmış və hətta qismən təmir işləri də aparmışdır. Lakin cavabdeh MMC mənzilin təmirinin davam etdirilməsi, iddiaçının sahiblik və istifadə hüququnun həyata keçirilməsini məhdudlaşdırır və bu hüququn reallaşdırılmasına imkan vermir. Digər cavabdeh cavabdeh2 da mübahisəli mənzilin guya MMC tərəfindən ona satıldığını bildirmiş və buna dair müqavilə təqdim etmişdir. Lakin mənzil cavabdeh2 təhvil verilməmişdir və hazırda iddiaçı İddiaçı faktiki sahibliyindədir. Mənzilin açarları da hazırda iddiaçıdadır. Göründüyü kimi, MMC bir mənzilə dair ayrı-ayrı vaxtlarda 2 müqavilə tərtib etmişdir. Lakin iddiaçı ilə bağlanmış müqavilənin tarixi daha əvvələ aiddir. Sadəcə iddiaçı mübahisəli mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsinin rəsmiləşdirilməsini istəyir. Belə ki, Bakı şəhəri * saylı notariat ofisinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adından verilmiş ##.##.2019-cu il tarixli 8İ-735 nömrə ilə qeydə alınmış ərizəyə dair notariat işi mövcud deyil. Sadəcə həmin ərizənin elektron notariat informasiya sistemindən çıxarış mövcuddur. Deməli, belə nəticəyə gəlmək olar ki, həmin ərizə verilərkən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə "xxxx." MMC arasında bağlanmış ##.##.2016-cı il tarixli ** nömrəli Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət ** saylı mənzilin tikintisi barədə müqavilənin əsli deyil, kserosurəti təqdim edilmişdir. Və yaxud müqavilə notariat ofisinə, ümumiyyətlə, təqdim edilmədən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs imtina ərizəsi təsdiq edilmişdir. Əgər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə MMC arasında bağlanması ehtimal olunan ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin əsli mövcud deyildirsə və həmin müqavilənin mövcud olması digər cavabdeh olan MMC tərəfindən təsdiq olunmursa, o zaman Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisəli mənzildən imtina etməsi barədə ##.##.2019-cu il tarixli ərizəsinin də heç bir mənası yoxdur. Deməli, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə MMC arasında bağlanması ehtimal olunan ##.##.2016-cı il tarixli ** nömrəli müqavilə və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs notarial ərizəsi mötəbər sənəd kimi qəbul edilə bilməz və onun etibarsız hesab edilməsi barədə tələbin də heç bir hüquqi əsası yoxdur. Lakin cavabdehlər cavabdeh2 Məhəmməd qızı ilə MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli *** nömrəli müqavilə isə etibarsız hesab edilməlidir. Cavabdehlər arasında bağlanmış ##.##.2019-cu il tarixli *** nömrəli müqavilənin etibarsız hesab edilməsi onunla əsaslandırılır ki, hazırki işdə mübahisəli mənzilin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nə vaxt satılması, ona mənzilin təhvil verilib-verilməməsi müəyyən edilməlidir. Çünki bu vəziyyətdə cavabdeh2 daha əvvəl mənzili almış şəxsin hüquqlarının daşıyıcısı olacaqdı və hüququn nə vaxt yaranması ilə bağlı məsələ bu tip işlərdə vacibdir. Hətta mənzil İddiaçı rəsmi təhvil verilməsəydi belə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Müqavilədən də göründüyü kimi mübahisəli mənzilə dair İddiaçıla bağlanmış müqavilə daha əvvələ, yəni ##.##.2018-ci il tarixə aiddir. Daha doğrusu, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla MMC arasında bağlanması ehtimal olunan ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin kserosurəti mötəbər sənəd hesab edilmədiyinə görə mübahisəli mənzilin daha əvvəl MMC tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilməsi inkar olunur. cavabdeh2 ilə MMC arasında bağlanmış *** nömrəli müqavilə isə ##.##.2019-cu il tarixə aiddir, yəni İddiaçıla bağlanmış ##.##.2018-ci il tarixli müqavilədən sonraya aiddir. Göründüyü kimi cavabdeh cavabdeh2 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə "xxxx." MMC arasında bağlanması ehtimal olunan ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin əslini məhkəməyə təqdim edə bilmir, həmçinin belə bir müqavilənin mövcud olması MMC tərəfindən də təsdiq olunmur.
12. İlkin iddia tələbinə cavabdeh cavabdeh2 etiraz ərizəsi vermişdir.
13. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsində göstərilən xüsusatlar yalan və tamamilə cəfəngiyyatdır. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m. olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzil ## ###### 2016-cı il tarixdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus olmuş (bu barədə həmin tarixdə cavabdeh1 MMC Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına verdiyi müqavilə və maliyyə arayışının surətlərini qoşmaya əlavə edir), həmin mənzili cavabdeh ## ###### 2019-cu il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 140625 manat ödəyərək alıb. MMC də *** nömrəli müqavilə, maliyyə arayışı tərtib edərək ## ###### 2019-cu il tarixdə cavabdehə vermişdir (bu barədə sübutları qoşmaya əlavə olunur). Cavabdeh aldığı mənzili təmir etdirərkən iddiaçı İddiaçı mənzili təmir etməyə imkan verməyərək mənzilə qoyduğu 1100 manata aldığı qapını özbaşınalıq edərək çıxarmış, həmin mənzili cavabdeh1 MMC-dən aldığını və mənzilin ona məxsus olmasını iddia etmişdir. Bu barədə cavabdeh DİN-nin 102 Xidməti-Zəng Mərkəzinə müraciət edərək mövcud vəziyyətlə bağlı şikayət verib. Şikayət əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində araşdırma aparılmışdır (həmin qərarın surətini qoşmaya əlavə edir). Qeyd olunan mənzilin işığı, suyu və qazı ASAN Kommunalda cavabdehin adına qeydiyyatdan keçmiş və sayğaclar qoyulmuşdur. Əlavə olaraq, mənzili təmir etməyi ilə bağlı cavabdeh1 MMC onunla ayrı bir müqavilə bağlayaraq mənzili təmir etməyinə icazə vermişdir.
14. Cavabdeh cavabdeh2 da qarşı qarşılıqlı iddia ərizəsi (dəqiqləşdirmə barəə ərizə) ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzilinə olan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlərin edilməsinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və cavabdeh1 MMC-yə qadağan edilməsi, İddiaçı ilə cavabdeh1 MMC arasında bağlanılmış ## ##### 2018-ci il tarixli *** saylı Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışının 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzilin tikintisi barədə müqavilənin etibarsız hesab edilməsi, mənzilin giriş qapısının dəyərini təşkil edən 1100 manat pulun, tikinti materiallarının dəyərini təşkil edən 2165,90 manat pulun, hər birinin qiyməti 50 manat olmaqla iki ədəd drelə görə 100 manat pulun, qarşılıqlı iddia tələbinə görə ödədiyi 100 manat məbləğində dövlət rüsumunun və vəkil xidmətinə görə ödədiyi 320 manat pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona ödənilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı mənzili Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs almışdır. Mənzili daha əvvəl, ## ###### 2016cı il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən mənzili almış və ## ###### 2019-cu il tarixdə qarşılıqlı iddiaçıya satmışdır. Buna görə də həmin mənzil qarşılıqlı iddiaçıya məxsusdur. Həmçinin MMC qarşılıqlı iddiaçıya bildirmişdir ki, A.Həsəvovu tanımır. Mənzilin ona məxsus olduğunu təsdiq etdiyindən, mənzillə bağlı digər sənədləşmə hərəkətlərini MMC qarşılıqlı iddiaçıyla etmişdir. Aldığı mənzili təmir etdirərkən iddiaçı İddiaçı mənzili təmir etməyə imkan verməyərək mənzilə qoyduğu 1100 manata aldığı qapı və təmirtikinti materiallarını özbaşınalıq edərək çıxararaq oğurlamış və əvəzində 3 gün ərzində iki dəfə başqa-başqa qapılar qoymuş, üstəlik, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində araşdırma aparılarkən olanları etiraf etmişdir. İddiaçı həmin mənzili MMC-dən aldığını və mənzilin ona məxsus olmasını iddia edir. Bu barədə o, DİN-nin 102 Xidməti Zəng Mərkəzinə müraciət edərək mövcud vəziyyətlə bağlı şikayət vermişdir. Şikayəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində araşdırma aparılmışdır. Göründüyü kimi, MMC bir mənzilə dair ayrı-ayrı vaxtlarda 2 müqavilə tərtib etmiş, lakin qarşılıqlı iddiaçı mənzili Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs aldığına görə, mənzil ona məxsusdur.
16. Birinci instansiya məhkəməsində iddiaçı (qarşılıqlı cavabdeh) əlavə olaraq bildirmişdir ki, 2018-ci ildə “Sipark” Yaşayış Kompleksi-dən (cavabdeh1 MMC) 1 və 2 otaqlı iki ədəd – 57 və ** saylı mənzilləri almışdır. Həmin mənzillərin qapısı olmadığı üçün Murad adlı komendant qapı qoyulmasına icazə vermiş, onlar tərəfindən mənzillərə qapı qoyulmuşdur. Hər qapı üçün 200 manat ödəniş edilmiş və iki dəst açar verilmişdir. Açarlardan birini binada təmir aparıldığı, bu səbəbdən mənzilə daxil olmaq lazım gələcəyi üçün MTK tərəfindən açarın birini götürmüşlər. Mənzilə baxmağa getdikləri zaman üzbəüz mənzilin sahibi ilə MTK arasında mübahisə olduğunu və onun mənzilini başqa ikinci şəxsə satıldığını bildirib. Bundan sonra şübhəyə düşərək mənzilin qapılarına öz nömrələrini yazmışdır. Başqa nömrədən cavabdehin oğlu tərəfindən zəng gələrək, mənzilin sahibi olduqlarını və həmin mənzilin də onlara satıldığını bildirmişlər. Dəfələrlə bu məsələ ilə bağlı görüşmüş, Samir adlı şəxs etiraf edərək bu məsələni həll edəcəyini bildirmişdir. Həmin binada iki mənzilə sahib olduğu üçün mənzildən çıxmağı münasib deyil və cavabdehə ödənişin edilməsini tələb edib. MTK ilə cavabdeh bu barədə razılaşmışlar. 1400 manat ilkin ödəniş kimi cavabdehə ödəniləcəyi bildirilsə də, mənzillə bağlı hər hansı məlumat əldə edilməyib.
17. İddiaçının (qarşılıqlı cavabdehin) nümayəndəsi və vəkil vəkil3 göstərmişdir ki, müqavilə bağlanan zaman mənzil tərəfə göstərilib, mənzilin qapısı MMC tərəfindən qoyulmuş qapı olub. Faktiki olaraq mənzil hazırda İddiaçı istifadəsindədir və qismən təmir işləri aparılmışdır. Lakin İddiaçı təmir və kommunal xidmətlərlə bağlı müqaviləsi yoxdur. Hazırda İddiaçı arayış və digər sənədlər verilmir. Eyni zamanda digər sakinlərə də sənədlərin təqdim edilməyib. İddiaçı mülkiyyətində olan mənzilin qapısını dəyişib. MMC tərəfindən qoyulmuş qapı isə İddiaçı ödənişinə daxil olub. MMC-nin əməllərində tərəflərə qarşı dələduzluq əlamətləri olduğundan, xüsusi qərardad da çıxarılmalıdır.
18. Birinci instansiya məhkəməsində cavabdehin (qarşılıqlı iddiaçının) nümayəndəsi və vəkili vəkil2 bildirmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla "xxxx" MMC arasında müqavilənin təqdim edilməsi ilə bağlı məhkəmə tərəfindən sorğu verilsə də, icra edilməmişdir. Təmir haqqında müqavilə 2023-cü ilin aprel ayında cavabdeh1 MMC tərəfindən verilmişdir. Mənzilin açarının cavabdeh2dır. Təmirin aparılması üçün materiallar alınıb. İlk iddiaçı cavabdeh cavabdeh2 məxsus qapını icazəsiz sökərək, özünə aid digər mənzildə saxlayır, mübahisəli mənzildə olan təmir tikinti materiallarını da ilk iddiaçı məhv edib.ldiyini bildirmişdir.
19. Birinci instansiya məhkəməsində cavabdehin (qarşılıqlı iddiaçının) nümayəndəsi X1 qeyd etmişdir ki, cavabdehin oğludur, bütün proseslərdə bilavasitə özü iştirak etmişdir. İddiaçıla dəfələrlə görüşüb məsələni həll etməyə çalışmışlar. Uşaqları həmin mənzilin yaxınlığında yerləşən məktəbdə təhsil aldıqlarından, İddiaçı təklif etmişdir ki, o MMC-dən pulunu geri alsın, mənzil isə onlarda qalsın. İddiaçı da bu təkliflə razılaşmış, hətta MMC-nin nümayəndələri də ilkin olaraq pul məbləğini qaytaracaqlarını bildirsələr də, sonra vədlərinə əməl etməmişlər.
20. Birinci instansiya məhkəməsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
21. Məhkəmə baxışında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs göstərmişdir ki, mənzili 2016-cı ildə şəxsi istifadəsi üçün almış, direktor Aida Yeqanova sənədi imzalamışdır. Binanı tikən şəxslər kimi Seymur və Samiri tanıyır, onlar da onun kimi Şəmkir rayonundandırlar. 2019-cu ildə mənzili cavabdeh2 satmışdır. Zərifə xanımı makler vasitəsi ilə tanımışdır. Mənzili satanda bina yeni tikilirdi. Layihə ilə mənzili göstərmişdir. Mənzili satan vaxt həmin mərtəbənin tikilməsini xatırlamır. Mənzildən ** saylı Notariat İdarəsində cavabdeh2 xeyrinə imtina etmişdir. Müqaviləni isə şirkətin 2-ci mərtəbəsində satış ofisində şirkətin nümayəndəsinə təhvil vermiş, yeni müqavilə tərtib olunaraq Zərifə xanıma verilmişdir. Mənzili kv.m 1500 manata alıb, 1250 manata Zərifə xanıma satmışdır. Təcili pul lazım olduğu üçün ucuz qiymətə satmış, pulu da MTK-nın qarşısında Zərifə xanımdan almışdır. Mənzillə bağlı Zərifə xanımın ona borcu yoxdur. Alqı-satqıdan başqa münasibətləri – qohumluq, tanışlıq və s. yoxdur. Sənədlərin əsillərini şirkətə qaytarmış, lakin surətləri özündə qalmışdır. Mənzili satdıqdan sonra həmin mənzillə bağlı məhkəmə mübahisəsi olmamışdır.
22. Məhkəmə baxışında şahid X2 ifadəsində göstərmişdir ki, İddiaçı onun tələbə yoldaşı olub və qohumluq münasibətləri yoxdur. Binanın tikintisi getdiyi zaman İddiaçı həmin binadan mənzil almaq istəyirdi. Binanın tikintisi başa çatdıqdan sonra oradan mənzil alıb və baxış üçün mənzilə birlikdə gediblər. Mənzildə olarkən qonşu mənzil sahibinin MTK ilə mənzilinin ikinci şəxsə satıldığı ilə bağlı mübahisə etdiyini bildirib. Bundan sonra onlarda bununla bağlı şübhə yarandığı üçün qapıya əlaqə nömrələri qeyd etməyə qərar veriblər. Həmçinin buna görə də mənzillə bağlı videolar da çəkiblər. Həmin mənzilin alındığı zaman iddiaçının mənzilin mübahisəli olmasından məlumatı yoxdur..
23. Birinci instansiya məhkəməsi iş üzrə sənədlərin texniki ekspertizasını təyin etmişdir.
24. Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş ## ##### 2018-ci il tarixli, ## ###### 2019-cu il tarixli maliyyə arayışların, ## ##### 2018-ci il tarixli *** saylı, ## ###### 2019-cu il tarixli *** saylı və ## ##### 2023-cü il tarixli *** saylı müqavilələrin üzərlərində olan "AZƏRBAYCAN RESPUBLİKASI Məhdud Məsuliyyətli Cəmiyyəti xxxx” məzmunlu möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş ## ##### 2018-ci il tarixli *** saylı, ## ###### 2019-cu il tarixli *** saylı və ## ##### 2023cü il tarixli *** saylı müqavilələrin son vərəqində olan “Sifarişçi” qrafasındakı imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vastəsilə icra edilmişdirlər. Təqdim edilmiş ## ##### 2018-ci il tarixli *** saylı, ## ###### 2019-cu il tarixli *** saylı müqavilələrin mətni əvvəl çap edilmiş, sonra möhür əksləri vurulmuş, daha sonra isə “Yeqanova A.R” adlarının qarşısındakı imzalar sənədlərin üzərinə faksimile klişe vasitəsilə əks olunmuşdurlar. Təqdim edilmiş ## ##### 2023- cü il tarixli *** saylı müqavilədə “xxxx”MMC qrafasındakı imza əvvəl sənədin üzərinə faksimile klişe vasitəsilə əks olunmuş, sonra isə möhür əksi vurulmuşdur. Təqdim edilmiş ## ##### 2018-ci il tarixli və ## ###### 2019-cu il tarixli maliyyə arayışlarında çap mətni möhür əksi və imza ilə kəsişmədiyi üçün onların icra ardıcıllıqları üzrə tədqiqat aparılmadı. Təqdim edilmiş ## ##### 2023-cü il tarixli *** saylı müqavilənin mətni şırnaqlı printerdə çap edildiyi üçün mətnin möhür əksi və imzanın icra ardıcıllıqları üzrə tədqiqat aparılmamışdır.
25. Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, İddiaçı ilə “xxxx” MMC arasında olan ## ##### 2018-ci il tarixli *** nömrəli müqavilənin 2-ci vərəqində “Sifarişçi” qrafasından aşağıda yerləşən “İmza:” qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cavabdeh2 ilə cavabdeh1 MMC arasında olan ## ###### 2019-cu il tarixli *** nömrəli müqavilənin 1-ci vərəqinin aşağı sağ hissəsindəki imza, 2-ci vərəqində “Sifarişçi” qrafasından aşağıda yerləşən “İmza:” qrafasındakı imza; “xxxx” MMC ilə cavabdeh2 arasında olan ”## ##### 2023-cü il tarixli *** nömrəli Kooperativ Binada mənzillərin təmir olunması haqqında müqavilənin 3-cü vərəqində “Sifarişçı”qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza cavabdeh2 tərəfindən icra olunmuşdur.
26. Cavabdeh (qarşılıqlı iddiaçı) cavabdeh2 sifarişi ilə tərtib edilmiş “xxxx” MMC-nin ## #### 2025-ci il tarixli rəyinə əsasən, xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanılmış Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzilinin tikintisinə dair ## ###### 2016-cı tarixli ** saylı müqavilənin foto şəkli “SAMSUNG” markalı (model: GT-P6800) Planşet vasitəsilə çəkilmişdir və həmin foto şəkillərin montaj edilməsi və ya digər texniki düzəlişlərə məruz qalması müəyyən edilməmişdir.
27. Məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət ** saylı mənzil müvəqqəti təminat tədbiri barədə qərardadın icrası məqsədilə möhürlənmişdir. Mənzilin divarları müəyyən yerlərdə ağardılmışdır. Mənzildə təmir avadanlıqlarının olması müəyyən edilməmişdir. cavabdeh2 ustaların təmir avadanlıqları və mənzilə qoydurduğu qapını İddiaçı tərəfindən götürüldüyünü göstərdi. İddiaçı tərəfindən mənzilin dəyişdirdiyi qapısını digər mənzilinə qoymasını bildirmişdir. Baxış zamanı cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətindən heç kim iştirak etmədiyi üçün onların mövqeyini öyrənmək mümkün olmamışdır.
28. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə "xxxx." MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli *** nömrəli Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət ** saylı mənzilin tikintisi barədə müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçı cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışın 4- cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzilinə olan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlərin edilməsinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilməsi qət edilmişdir. (hakim Mehriban Əfəndizadə)
29. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli əlavə qətnaməsi ilə qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə cavabdeh "xxxx." MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli *** nömrəli müqaviləyə əsasən ödənilmiş 118125 manat məbləğində pulun "xxxx." MMC-dən tutularaq İddiaçı qaytarılması, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 310 (üç yüz on) manat məbləğində pulun İddiaçı və cavabdeh1 MMCdən müştərək qaydada tutularaq qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 ödənilməsi qət edilmişdir.
30. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzillə bağlı üç müqavilə bağlanıb: 1.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2016-cı il tarixli müqavilə; 2.İddiaçı ilə cavabdeh1 MMCarasında ## ##### 2018-ci il tarixli,*** nömrəli müqavilə; 3.cavabdeh2 ilə “Podratçı”- cavabdeh1 MMC-arasında ## ###### 2019-cu il tarixli,*** nömrəli müqavilə
31. Birinci instansiya məhkəməsi göstərmişdir ki, ilk iddiaçı İddiaçı üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə MMC arasında mübahisəli mənzilə dair ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin bağlanmasının ehtimal olunan olması və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs notarial ərizəsinin mötəbər sənəd kimi qəbul edilə bilinmədiyi üçün onun etibarsız hesab edilməsi barədə tələbin də heç bir hüquqi əsası olmamasını, həmin mənzilin MMC tərəfindən faktiki olaraq ilk iddiaçıya təhvil verilməsi, buna görə də cavabdeh2 ilə MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli *** nömrəli müqavilənin etibarsız hesab edilməli olmasını iddia etmişdir. İlk iddia üzrə cavabdeh cavabdeh2 isə mübahisəli mənzilin ## ###### 2019-cu il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 140 625 (yüz qırx min altı yüz iyirmi beş) manat ödəyərək almasını, ona görə də qarşılıqlı iddia qaldıraraq həmin mənzil ona məxsus olduğu üçün İddiaçı ilə MMC arasmda bağlanılmış ## ##### 2018-ci il tarixli *** saylı müqavilənin etibarsız hesab edilməsini iddia etmişdir. İlkin iddia üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddialarla bağlı mövqeyinə görə mübahisəli mənzili 2016-cı ildə şəxsi istifadəsi üçün almış və 2019-cu ildə mənzili ** saylı Notariat İdarəsində cavabdeh2 xeyrinə imtina etmişdir. Mənzili təcili pul lazım olduğu üçün ucuz qiymətə 1500 manata alıb, 1250 manata Zərifə xanıma satmışdır.
32. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mübahisənin həlli mübahisəli mənzilin məhz kimin tərəfindən ilk olaraq əldə edilməsi təşkil edir. İlk iddiaçının cavabdeh2 ilə MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli *** nömrəli müqavilənin etibarsızlığına dair iddiasının əsasını mənzilin ilk alıcısı özünün olması təşkil edir.
33. Birinci instansiya məhkəməsi ilk iddiaçının tələbinin əsası kimi istinad etdiyi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə MMC arasında ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin bağlanmasının ehtimal olunması və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs notarial ərizəsi mötəbər sənəd kimi qəbul edilə bilməməsi və onun adından verilmiş ##.##.2019-cu il tarixli 8İ-735 nömrə ilə qeydə alınmış ərizəyə dair notariat işinin mövcud olmamaqla sadəcə həmin ərizənin elektron notariat informasiya sistemindən çıxarış mövcud olmasına dair Bakı şəhəri * saylı notariat ofisinin ##.##.2024-cü il tarixli məktubuna istinad etməklə həmin ərizə verilərkən sözügedən şəxslər arasında bağlanmış müqavilənin əsli deyil, kserosurəti təqdim edilməsinə dair mövqeyini ilk iddiaçı tərəfin subyektiv mülahizəsi kimi qiymətləndirmişdir. Belə ki, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatından görünür ki, mənzili * saylı Notariat İdarəsində cavabdeh2 xeyrinə imtina etdikdən sonra müqaviləni şirkətin satış ofisinə qaytarmış və yeni müqavilə tərtib olunaraq Zərifə xanıma verilmişdir.
34. Birinci instansiya məhkəməsi üçüncü şəxsin izahatında göstərilənləri inandırıcı saymaqla hesab etmişdir ki, notariat orqanında ərizədə şəxsin imzasının təsdiq edilməsinə dair notariat əməliyyatı aparılarkən bu halda notariat icraatı açılmır, lakin elektron notariat informasiya sisteminə məlumat daxil edilir ki, notariat da həmin sistemdən çıxarışı təqdim etmişdir. Notariat icraatının açılmaması notariat əməliyyatı aparılarkən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına olan müqavilənin əslinin olmaması anlamına gəlməyə əsas vermir. Əksinə, məhz müqaviləni əslinə baxış keçirmədən belə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ərizəsində onun imzası təsdiq edilməsində heç bir qanunsuzluq yoxdur. Belə ki, ərizənin məzmununda göstərilənlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sərbəst iradə ifadəsidir və ilk iddiaçı tərəf ərizənin məzmununda mübahisəli mənzillə bağlı göstərilənlərin həqiqətə uyğun olmamasını təkzib edən heç bir sübut təqdim etməmişdir.
35. Birinci instansiya məhkəməsi daha sonra hesab etmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə MMC arasında bağlanmış ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin əsli mövcud olmasa da, onun mübahisəli mənzildən imtina etməsi barədə ##.##.2019-cu il tarixli ərizəsinin də heç bir mənasının olmamasına dair ilk iddiaçının arqumenti də tam əsassızdır. Belə ki, iş materiallarından görünür ki, MMC cavabdeh2 ilə ## ###### 2019-cu il tarixli, *** nömrəli müqavilədən əlavə, # ##### 2023-cü il tarixli,*** nömrəli Kooperativ Binada mənzillərin təmir olunması haqqında müqavilə də bağlamış, mənzilin daxili təmirinə icazə vermiş, mənzildə işıq, su və qaz sayğacları quraşdırılmış, onunla hətta "xxxx” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon Su kanal İdarəsi «## #### 2023- cü il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə», “Azəriqaz" İB ##.##.2023-cü il tarixli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə» imzalanmışdır.
36. Beləliklə, birinci instansiya məhkəməsinin qənaətinə görə mübahisəli mənzilin ilk alıcısı olmuş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə MMC arasında bağlanmış ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin əsli mövcud olmasa da işin faktiki araşdırılmış halları cavabdeh2 həmin mənzili MMC-dən birbaşa deyil, mənzilin əvvəlki sahibi olmuş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satın almasını, eləcə də sonuncunun MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112.5 kv.m olan 2 (iki) otaqdan ibarət ** saylı mənzilindən və pay hüququmdan imtina etməsi və həmin mənzilin cavabdeh2 adına sənədləşdirilməsinə etiraz etməməsini bildirməsi, gələcəkdə həmin mənzilə dair cavabdeh1 MMC-və qarşı heç bir iddiası olmayacağını və maddi tələb irəli sürməyəcəyinə dair notarial qaydada təsdiq edilmiş ##.##.2019-cu il tarixli ərizəsinin şübhə altına almağa əsaslar mövcud deyildir.
37. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında mübahisəli mənzili əldə etməsini aydın və müfəssəl təsvir etmiş, sadaladığı hallar bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Buna görə də onun izahatında mənzilin alınmasına dair verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar kimi qiymətləndirilir və onun izahatının mötəbər olmasına dəlalət edir.
38. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddiaçının mübahisələndirdiyi müqavilənin etibarsızlığına dair tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Hazırki işin faktiki halları da maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından ilk iddiaçının iddiası əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, işin araşdırılmış halları Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə "xxxx" MMC arasında bağlanmış ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin mövcudluğunu təsdiq etdiyi üçün ilk iddiaçı mübahisəli mənzilin ilk sahibi olmamış və belə olan halda cavabdeh MMC-nın tərəfindən mənzil artıq ona satıldığı üçün digər şəxsə, konkret olaraq A.Qurbanova satıla bilməzdi. Başqa sözlə, mülkiyyətində olmayan mənzillə bağlı onunla müqavilə bağlana bilməzdi və eyni zamanda, o vicdanlı alıcı hesab edilə bilməz. Belə ki, hazırki işdə Mülki Məcəllənin 140-cı maddəsinin dispozisiya şərtləri mövcud deyildir, ilk iddiaçı mənzili daşınmaz əmlakı dövlət reyestrində aparılmış qeydə əsaslanaraq əldə etməmişdir. Müəyyən edilmişdir ki, mübahisəli mənzil qanunvericiliklə qadağan olunmayan əsaslarla cavabdeh2 satılması faktı baş vermiş və cavabdeh MMC də öz növbəsində mübahisəli mənzilin növbəti sahibi kimi onunla müvafiq müqaviləni bağlamışdır. Bununla da müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Başqa sözlə, cavabdeh2 mübahisəli mənzili həmin mənzilin birbaşa qanuni sahibindən əldə etməklə onun qanuni alıcısı olmuşdur və onunla MMC arasında bağlanmış müqavilənin etibarsızlığı üçün heç bir hüquqi əsaslar müəyyən edilməmişdir.
39. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mülki işin faktiki halları baxımından da ilk iddia üzrə MM-in 452.1-ci maddəsinin tətbiqi düzgün hesab oluna bilməz. Çünki, MM-in istinad olunan 452.1 ci maddəsinin təhlilindən aydın olur ki, həmin normada mülki dövriyyədə azad şəkildə, hər hansı maneəsiz və tam sərbəst özgəninkiləşdirilə bilən əşyalardan, yəni əşyanın özünün verilməsi ilə həmin əşyaya mülkiyyətin də eyni vaxtda verilməsindən bəhs edilir. Başqa sözlə, daşınmaz əşyalar və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların özgəninkiləşdirilməsi zamanı alğısatqı müqaviləsinə əsasən alıcının əmlak barəsində yalnız sahiblik və istifadə hüquqları yaranır, sərancam hüququ isə müqavilənin dövlət qeydiyyatından sonra əmələ gəlir, yəni mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatı ilə bağlı olur, rəsmi reyestrdə qeydə alınması tələb olunmayan istənilən daşınar əşyalar barəsində isə belə qaydaya riayət edilməsi tələb olunmur, yəni əşyanın əldə edilməsi ilə eyni vaxtda həmin əşyaya mülkiyyət hüququ da əldə edənə keçir. Bununla da müəyyən olunur ki, cavabdeh cavabdeh2 mübahisəli mənzili MMC-dan tələb etməsi üçün hər hansı qadağa mövcud deyildir, yəni həmin mənzil ilk iddiaçının adına qeydə alınmamışdır və müvafiq olaraq onun mülkiyyətində deyildir. Başqa sözlə, sözügedən cavabdehə münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş zəruri dispozitiv şərt (bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır) müəyyən edilmir. Beləliklə də Mülki Məcəllənin 452.1-ci maddənin hazırkı halda ilk iddiaçıya münasibətdə tətbiq edilməsi yolverilməzdir.
40. Birinci instansiya məhkəməsi ilk iddia üzrə dindirilmiş şahid ifadəsinə və iş üzrə keçirilmiş ekspertiza rəylərinə qiymət verərək hesab etmişdir ki, bu ifadə və rəylər ilk iddiaçının tələbinin əsası kimi istinad edilən halların əsaslı olmasını təsdiq etmir. Belə ki, hər iki tərəfin adına olan 2018 və 2019-cu illərdə bağlanmış müqavilələrdə möhurün “xxxx”MMC-yə məxsus olması və İddiaçı da MMC ilə mübahisəli mənzillə bağlı müqavilə bağlaması faktları işin mübahisəsiz hallarıdır. Lakin işin araşdırılmış halları onun mənzilin ilk alıcısı olmadığını təsdiq etdiyi üçün şahid ifadəsi və ekspert rəyi artıq sübut əhəmiyyəti daşımır.
41. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplər, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından ilk iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.
42. Birinci instansiya məhkəməsi ilk iddia üzrə irəli sürülən dəlillərin, ümumilikdə ilk iddianın əsassız olması fonunda qarşılıqlı iddia tələblərinə də qiymət verərək hesab etmişdir ki, İddiaçı ilə cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ## ##### 2018-ci il tarixli *** saylı müqavilə qanunvericiliyin tələbləri nöqteyi nəzərindən bağlandığı andan etibarsız əqd olması tam olaraq sübuta yetirilir. Həmçinin, məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, qarşılıqlı iddiaçının qanuni əsaslarla əldə etdiyi həmin mənzil üzərində olan huquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən * saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir.
43. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdeh2a məxsus mübahisəli mənzildə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlərin edilməsi, artıq həmin mənzilə heç bir hüququ olmayan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və digər cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilməlidir.
44. Bununla belə, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın digər hissəsi olan mənzilin giriş qapısının dəyərini təşkil edən 1100 manat pulun, tikinti materiallarının dəyərini təşkil edən 2165,90 manat pulun, hər birinin qiyməti 50 manat olmaqla iki ədəd drelə görə 100 manat pul tələbinin təmin edilməsini mümkünsüz sayaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh A.Qurbanovun mübahisəli mənzil yerləşən binada digər mənzili vardır və özünün izahatından görünür ki, hazırda Zərifə xanımın mübahisəli mənzilə qoyduğu qapısı ona aid olan digər mənzildədir və istədiyi vaxt götürə bilərlər. Göründüyü kimi, qarşılıqlı iddiaçının pulunu tələb etdiyi giriş qapısı mövcuddur və cavabdeh onu qaytarmağa da etiraz etmir. Belə olan halda həmin qapının pulunun tutulmasına dair tələb əsaslı sayıla bilməz. Həmçinin qarşılıqlı iddiaçı mübahisəli mənzildə tikinti materialları və inşaat alətlərinin pulunu tələb etsə də, həmin əmlakların mənzildə mövcud olmasına dair sübutlar təqdim etmədiyi üçün iddia bu hissədə də əsaslı sayıla bilməz.
45. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab emişdir ki, qarşılıqlı iddia qismən, yəni İddiaçı ilə cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ## ##### 2018-ci il tarixli *** saylı müqavilənin etibarsız hesab edilməli, iddiaçı cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzilinə olan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlərin edilməsinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilməli olması hissəsində təmin edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.
46. Əlavə qətnamə üzrə birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, məhkəmə qətnaməsində restitusiya – yəni İddiaçı tərəfindən cavabdeh1 MMC-yə ödənilən 118125 manat pulun qaytarılması məsələsi həll edilməmişdir. Halbuki, etibarsız əqd üzrə tərəflər bir-birinə aldıqlarını qaytarmalıdırlar. Buna görə də İddiaçı ilə cavabdeh "xxxx." MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli *** nömrəli müqaviləyə əsasən ödənilmiş 118125 (bir yüz on səkkiz manat yüz iyirmi beş) manat məbləğində pul "xxxx." MMC-dən tutularaq İddiaçı qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.5, 157.4, 157.7, 337.1, 337.4, 337.5, 390.1, 405.1, 443.1, 425.1, 452.1, 452.2, 752.1, 759.1, 759.2ci, Mülki
47. Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2015-ci il tarixli, “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2022-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
48. İlk iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
49. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsində qeyd edilir ki, məhkəmə ilk iddiaçının tələbinin əsası kimi istinad etdiyi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə MMC arasında ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin bağlanmasının ehtimal olunması və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs notarial ərizəsi mötəbər sənəd kimi qəbul edilə bilməməsi və onun adından verilmiş ##.##.2019-cu il tarixli 8İ-735 nömrə ilə qeydə alınmış ərizəyə dair notariat işinin mövcud olmamaqla sadəcə həmin ərizənin elektron notariat informasiya sistemindən çıxarış mövcud olmasına dair Bakı şəhəri * saylı notariat ofisinin ##.##.2024-cü il tarixli məktubuna istinad etməklə həmin ərizə verilərkən sözügedən şəxslər arasında bağlanmış müqavilənin əsli deyil, kserosurəti təqdim edilməsinə dair mövqeyini ilk iddiaçı tərəfin subyektiv mülahizəsi kimi qiymətləndirir. Belə ki, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatından görünür ki, mənzili * saylı Notariat İdarəsində cavabdeh2 xeyrinə imtina etdikdən sonra müqaviləni şirkətin satış ofisinə qaytarmış və yeni müqavilə tərtib olunaraq Zərifə xanıma verilmişdir. Məhkəmə üçüncü şəxsin izahatında göstərilənləri inandırıcı saymaqla hesab edir ki, notariat orqanında ərizədə şəxsin imzasının təsdiq edilməsinə dair notariat əməliyyat aparılarkən bu halda notariat icraatı açılmır, lakin elektron notariat informasiya sisteminə məlumat daxil edilir ki, notariat da həmin sistemdən çıxarışı təqdim etmişdir. Notariat icraatının açılmaması notariat əməliyyatı aparılarkən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına olan müqavilənin əslinin olmaması anlamına gəlməyə əsas vermir. Əksinə məhkəmənin qənaətinə görə məhz müqaviləni əslinə baxış keçirmədən belə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ərizəsində onun imzası təsdiq edilməsində heç bir qanunsuzluq yoxdur. Belə ki, ərizənin məzmununda göstərilənlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sərbəst iradə ifadəsidir və ilk iddiaçı tərəf ərizənin məzmununda mübahisəli mənzillə bağlı göstərilənlərin həqiqətə uyğun olmamasını təkzid edən heç bir sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, məhkəmənin gəldiyi bu qənaət əsassızdır. Belə ki, iddia ərizəsində də qeyd edildiyi kimi Bakı şəhəri * saylı notariat ofisinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adından verilmiş ##.##.2019-cu il tarixli 8İ-735 nömrə ilə qeydə alınmış ərizəyə dair notariat işi mövcud deyil. Sadəcə həmin ərizənin elektron notariat informasiya sistemindən çıxarış mövcuddur. Deməli, belə nəticəyə gəlmək olar ki, həmin ərizə verilərkən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə "xxxx." MMC arasında bağlanmış ##.##.2016-cı il tarixli ** nömrəli Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət ** saylı mənzilin tikintisi barədə müqavilənin əsli deyil, kserosurəti təqdim edilmişdir. Və yaxud müqavilə notariat ofisinə, ümumiyyətlə təqdim edilmədən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs imtina ərizəsi təsdiq edilmişdir. Əgər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə "xxxx." MMC arasında bağlanması ehtimal olunan ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin əsli mövcud deyildirsə və həmin müqavilənin mövcud olması digər cavabdeh "xxxx." MMC tərəfindən təsdiq olunmursa, o zaman Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisəli mənzildən imtina etməsi barədə ##.##.2019-cu il tarixli ərizəsinin də heç bir mənası yoxdur. Deməli, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə "xxxx." MMC arasında bağlanması ehtimal olunan ##.##.2016-cı il tarixli ** nömrəli müqavilə və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs notarial ərizəsi mötəbər sənəd kimi qəbul edilə bilməz və onun etibarsız hesab edilməsi barədə tələbin də heç bir hüquqi əsası yoxdur. Daha sonra, qətnamədə qeyd edilir ki, müəyyən edilmişdir ki, mübahisəli mənzil qanunvericiliklə qadağan olunmayan əsaslarla cavabdeh2 satılması faktı baş vermiş və cavabdeh MMC də öz növbəsində mübahisəli mənzilin növbəti sahibi kimi onunla müvafiq müqaviləni bağlamışdır. Bununla da müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Başqa sözlə, cavabdeh2 mübahisəli mənzili həmin mənzilin birbaşa qanuni sahibindən əldə etməklə onun qanuni alıcısı olmuşdur və onunla MMC arasında bağlanmış müqavilənin etibarsızlığı üçün heç bir hüquqi əsaslar müəyyən edilməmişdir. Məhkəmənin bu fikri ilə yuxarıda qeyd edilənlərə əsasən razılaşmaq mümkün deyil. cavabdeh2 mənzilin qanuni sahibi hesab edilə bilməz. O mənzilə dair birbaşa MMC ilə müqavilə bağlamışdır ki, bu müqavilə də İddiaçı MMC ilə bağladığı müqavilədən sonrakı tarixə təsadüf edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kredi torundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd edir ki, Nərimanov rayonu, M.Sənani küçəsi ümumi sahəsi 112,5 kv metr olan 2 otaqdan ibarət ** saylı mənzili "xxxx." MMC tərəfindən faktiki olaraq iddiaçı İddiaçı təhvil verilmiş, sonuncu ora qapı quraşdırmış və qismən təmir işləri görmüşdür. Lakin, MMC İddiaçı təmiri davam etdirməyə imkan verməyərək mənzilə dair sahiblik və istifadə hüququnun həyata keçirilməsini məhdudlaşdırmış və mənzili rəsmi olaraq ona təhvil verməmişdir. Hətta mənzil İddiaçı rəsmi təhvil verlməsəydi də belə öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Müqavilədən də göründüyü kimi mübahisəli mənzilə dair İddiaçı ilə bağlanmış müqavilə daha əvvəl, yəni ##.##.2018-ci il tarixə aiddir. Daha doğrusu, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə "xxxx." MMC arasında bağlanması ehtimal olunan ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin kserosurəti mötəbər sənəd hesab edilmədiyinə görə mübahisəli mənzilin daha əvvəl MMC tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilməsi inkar olunur. cavabdeh2 ilə "xxxx." MMC arasında bağlanmış *** nömrəli müqavilə isə ##.##.2019-cu il tarixə aiddir, yəni İddiaçıla bağlanmış ##.##.2018-ci il tarixli müqavilədən sonraya aiddir. Göründüyü kimi cavabdeh cavabdeh2 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə "xxxx." MMC arasında bağlanması ehtimal olunan ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin əslini məhkəməyə təqdim edə bilmir, həmçinin belə bir müqavilənin mövcud olması "xxxx." MMC tərəfindən də təsdiq olunmur. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, cavabdeh cavabdeh2 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə "xxxx." MMC arasında bağlanması ehtimal olunan ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin bağlanmasını sübut edə bilmədiyinə görə onun özü ilə MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli müqavilə İddiaçı ilə MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilədən sonraya aid olmuş olur. Belə olduğu təqdirdə isə Mülki Məcəlləsinin 452.1-ci maddəsi tətbiq olunmalıdır. Cavabdehlər cavabdeh2 ilə "xxxx." MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli *** nömrəli müqavilənin etibarsız hesab edilməsi onunla əsaslandırılır ki, hazırki işdə mübahisəli mənzilin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nə vaxt satılması, ona mənzilin təhvil verilib-verilməməsi müəyyən edilməlidir. Çünki bu vəziyyətdə cavabdeh2 daha əvvəl mənzili almış şəxsin hüquqlarının daşıyıcısı olacaqdı və hüququn nə vaxt yaranması ilə bağlı məsələ bu tip işlərdə vacibdir. Məhkəmə tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
50. Cavabdehin (qarşılıqlı iddiaçının) nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Bakı şəhəri * saylı notariat ofisinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubuna əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adından verilmiş ##.##.2019-cu il tarixli 8İ-735 nömrə ilə qeydə alınmış ərizəyə dair notariat işinin mövcud olmaması səbəbindən mənzilin tikintisi barədə müqavilənin əslinin deyil, kserosurətinin təqdim edilməsi barədə apellyatorun fikri onun şəxsi mülahizəsindən başqa bir şey deyildir. Belə ki, apellyatorun fikrincə, əgər notariat işi yoxdursa, deməli Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən müqavilənin əsli deyil, kserosurəti təqdim edilmişdir. Hamıya məlumdur ki, notariat hərəkətlərinin aparılmasını tənzimləyən qanunvericilik aktlarının tələbinə görə, notariat hərəkətləri yalnız sənədin əsli əsasında aparılır və sözügedən müqavilənin əslini görmədən notarius Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ərizəsini təsdiq edə bilməzdi. ## ###### 2016cı il tarixli ** saylı müqavilənin mövcud olmasının cavabdeh1 MMC tərəfindən təsdiq edilməməsi dəlili ilə apellyator məhkəməni çaşdırmağa çalışır. İş materialları ilə sübut olunur ki, müqavilənin mövcud olmaması cavabdeh1 MMC tərəfindən təsdiq edilməmişdir. Sadəcə MMC nə onların vəkil sorğusuna, nə də məhkəmə sorğularına cavab verməmişdir. Bu isə sözügedən müqavilənin mövcud olmaması anlamına gəlmir.
51. Apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili əlavə olaraq bildirmişdir ki, iş materiallarında elektron qaydada olsa da, ərizəni yenidən təqdim etmək istəyir. Həmin ərizədə qeyd edilir ki, İsayev Seymur Nizami oğlu, İsayev Samir Nizami oğlu və X5 cavabdeh1 MMC-nin rəhbər şəxsləri olaraq aşağıda adları qeyd olunan şəxslərin mülkiyyətində olan, cavabdeh1 MMCnin nəzdində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada alqı-satqı etmələrinə etiraz etmir. 10 nəfər şəxsin adı yazılıb, onların siyahısında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da var və birinci sırada qeyd edilib.
52. Apeııyasiya baxışında iddiaçının (qarşılıqlı cavabdehin) nümayəndəsi və vəkili vəkil3 izahatında və sədrlik edənin sualına cavab olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində xüsusilə vurğulanır ki, İddiaçı bildirir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş notarial təsdiqli ərizə mötəbər sübut kimi qəbul edilə bilməz və bu hal müqavilənin əslinin olmadığını göstərir. Çünki, əgər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müqavilənin əsli olsaydı, notariusa həmin müqavilənin əslini təqdim edərdi və mənzilə dair imtinası da qanuni hesab edilə bilərdi. Birinci instansiya məhkəməsi bu halı bir cümlə ilə əsaslandıraraq qeyd edir ki, bu mövqe iddiaçının subyektiv mülahizəsi kimi qiymətləndirilir. Lakin, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında mənzili * saylı Notariat İdarəsində cavabdeh2 xeyrinə imtina etdikdən sonra müqaviləni şirkətin satış ofisinə qaytarması və yeni müqavilə tərtib olunaraq Zərifə xanıma verilməsi ilə bağlı bildirdiklərini isə inandırıcı saymışdır. Hesab etmişdir ki, notariat orqanında ərizədə şəxsin imzasının təsdiq edilməsinə dair notariat əməliyyat aparılarkən bu halda notariat icraatı açılmır. O özü araşdırma aparmış, həmin ərizə ilə bağlı notariat işinin açılmaması ilə bağlı bir məcburiyyət yoxdur. Hazırki işdə mütləq müqavilənin əsli, ya da notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilməliydi ki, həmin ərizə etibarlı hesab edilmiş olsun. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmədə həmin mənzillə bağlı 2016-cı ildə müqavilə bağlanıldığını bildirsə də, ya həmin müqavilənin əsli onun özündə, ya da cavabdeh2 olmalıydı. Buna görə də onlar hesab edir ki, həmin müqavilənin əsli olmayıb. Bununla bağlı notariusa sorğu verilmişdi, ##.##.2024-cü il tarixli sorğuya cavabda bildirilib ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adından verilmiş ##.##.2019-cu il tarixli 8İ-735 nömrə ilə qeydə alınmış ərizəyə dair notariat işinin mövcud deyil, sadəcə həmin ərizənin elektron notariat informasiya sistemindən çıxarış mövcuddur. Bu da onu təsdiq edir ki, belə bir müqavilə yoxdur, həmin ərizəni verməyə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hüququ yoxdur. Ona görə də hesab edir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin müqavilənin əsli olmadığından, o, həmin mənzilin qanuni sahibi deyil və 2019-cu ildə mənzili cavabdeh2 sata bilməzdi. Çünki 2018-ci ildə İddiaçı ilə “xxxx” MMC arasında mübahisəli mənzillə bağlı müqavilə bağlanılıb. Hətta, İddiaçı iki qonşu mənzilin alınması ilə bağlı müqavilə var. Mənzil ona təhvil verildiyi üçün o, açarı dəyişib, təmir üçün mənzildə əşyalar da olub. Əsas odur ki, faktiki olaraq mənzil İddiaçı olub. İcra məmuru ilə məhkəmə həmin evə getdikdə, evin açarı İddiaçı olub. Hətta təhvil verilməsəydi belə, İddiaçı ilə olan müqavilə qarşı tərəflə olan müqavilədən daha əvvəl- ##.##.2018-ci ildə bağlanılıb. Həmçinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına olması iddia edilən 2016-cı il tarixli müqavilədə mənzilin bir kv/m-nin qiyməti 1500 manat kimi göstərilsə də, 2019-cu ildə cavabdeh2 adına bağlanmış müqavilədə qiymət 1250 manat kimi qeyd edilir. Bu necə ola bilər ki, həmin dövrlər üzrə qiymətlər artmalı olduğu halda azalmışdır. İddiaçı isə 1050 manata birbaşa MMC-dən almışdır. “xxxx” MMC-dən heç kim məhkəmə iclasında iştirak etməyib. Bununla yanaşı o, komendantın məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş etmişdir. Lakin həmin şəxs məhkəmə iclasına gəlməmişdir.
53. Apellyasiya baxışında iddiaçı İddiaçı Qurban oğlu izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, mənzilin təhvil vaxtı təxmini 2022-ci ilin sonlarıdır, binanın özü həmin dövrdə hazır olmuşdu. İnsanlara təmir üçün icazə verirdilər. Oranın komendantı ilə danışdılar, orada iki qonşu mənzil almışdı, biri bir otaqlı, digəri iki otaqlı idi. Bina tikilmişdi, qapı qoyulmamışdı. Qapı qoyuldu, açarları aldı, bir açarı ona verdi, dedi ki, lazım olacaq. 1-2 aydan sonra qarşı tərəflə rastlaşmışlar. O, qapıya nömrə yazmışdı. Hər iki evin bir kv/m-ni 1050 manatdan almışdı. Qapının açarını dəyişməmişdir, qapını ilk dəfə o (iddiaçı), qoydurmuşdur və açar da onda olub.
54. Apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili vəkil2 bildirmişdir ki, işin mübahisəsiz halına görə mübahisəli mənzil ilk öncə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus olub. Bu notarial qaydada payların ötürülməsi ilə təsdiq edilib. Qarşı tərəfin əsas dəlillərindən biri iddiaçı tərəfindən yanaşı mənzillərin alınmasıdır. Lakin, bu, həmin mənzilin iddiaçıya məxsus olmasını təsdiq etmir. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da həmin binadan başqa mənzillər alması iş materialları ilə öz təsdiqini tapır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzilini cavabdeh2 satıb, birinci instansiya məhkəməsində sərbəst ifadə verərək bildirmişdir ki, mənzili 2016-cı ildə alıb. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh qarşısında heç bir məsuliyyəti yoxdur. Bununla yanaşı qeyd etmək istəyir ki, hər bir işlə bağlı notariat işi açılması məcburi deyil. Notarius Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs payların ötürülməsi ilə bağlı ərizəsini təsdiq edib və bu proses orijinal sənədlər əsasında aparılmalıdır. Orijinal müqavilənin şəkli çəkilib, istifadə edilən Samsung markalı planşet üzrə ekspertiza təyin edilib və mütəxəssis rəyinə əsasən müəyyən olunub ki, həmin şəkil orijinal sənəddən çəkilmişdir, şəkil sonradan əlavə olunmayıb. Orijinal sənədin onlara verilməsi, 2016-cı ildə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə “xxxx” MMC arasında bağlanmış müqavilənin təqdim edilməsi ilə bağlı vəkil sorğularına, məhkəmənin sorğularına cavab verilməyib. Eyni zamanda qarşı tərəf mənzilin onlara təhvil verilməsini təsdiq edən heç bir sənəd təqdim edə bilməyiblər. Lakin cavabdeh2 adına müqavilə bağlanılıb, təmirə icazə verilib və faktiki olaraq mənzil onlara təhvil verilib. Bununla yanaşı cavabdeh2 tərəfindən Su təchizatı və tullantı sularının axıdılmasına dair ##.##.2023-cü il tarixli müqavilə də bağlanılıb. Bu da onu göstərir ki, cavabdeh2 həmin mənzili təhvil alıb. cavabdeh2 həmin mənzilin mübahisəli olması ilə bağlı məlumatı olmayıb.
55. Apellyasiya baxışında ilk iddiaçının nümayəndəsi və vəkili vəkil3 izahatında və sədrlik edənin sualına cavab olaraq qeyd etmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına müqavilənin olmasını təsdiq edən əsaslardan birinin Samsung markalı planşetlə çəkilmiş şəkillər olmasına istinad edilir və bununla bağlı mütəxəssis rəyi təqdim edilir. Lakin, tərəfindən bununla bağlı ekspertiza mərkəzinə ünvanlanmış müraciətinə cavab məktubu birinci instansiya məhkəməsinə təqdim edilib. Həmin məktubda qeyd edilir ki, texniki avadanlıq və ya planşet vasitəsi ilə çəkilmiş şəkillərdən hər-hansı bir sənədin əsli və ya surətinin olmasını müəyyən etmək mümkün deyil və sənədlərin materiallarının tədqiqi ekspert ixtisası üzrə tədqiqat prosesinə daxil deyil, bunun üçün xüsusi bilik tələb edilmir. Bu da o deməkdir ki, ekspert planşetdə olan həmin şəklin orijinal sənəddən çəkildiyini müəyyən edə bilməz. Həmin müqavilənin əslini müəyyən etmək ona görə zəruridir ki, əgər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına olması qeyd edilən müqavilə yoxdursa, evi ilk alan İddiaçıdur. Çünkü onun müqaviləsi 2018-ci ildə bağlanılıb. Həmin müqavilənin əslini müəyyən etmək ona görə zəruridir ki, əgər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına olması qeyd edilən müqavilə yoxdursa, evi ilk alan İddiaçıdur. Çünkü onun müqaviləsi 2018-ci ildə bağlanılıb.
56. Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsi tərəfindən cavabdeh2 ünvanlanan məktubda qeyd olunmuşdur ki, yeni aldığı mənzildə təmir işləri aparılmasına İddiaçı maneçilik törətməsi və digər qanunsuz hərəkətlərə məruz qalmağı barədə müraciəti əsasında araşdırma aparılarkən həmin mənzili cavabdeh2 və İddiaçı satmış Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və cavabdeh1 MMC nin aralarında «yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, sahiblik və istifadəyə verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə instansiyalarında baxılması müəyyən olunduğuna görə toplanmış material üzrə ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanmasına xitam verilmişdir.
57. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» ## ###### 2024-cü il tarixli qərarına əsasən, cavabdeh2 müraciəti əsasında toplanmış materialda əməldə cinayət tərkibi müəyyən olunmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı izahatında qeyd etmişdir ki, 2023-cü ilin iyun ayında həmin yaşayış binasına gedib qapının qoyulmasına görə Nural adlı komendanta 200 manat vermiş, qısa müddət keçmiş komendant zəng edib mənzilin qapısını qoyduğunu bildirdiyindən həmin ünvana gedib qapının açarlarını Nuraldan almış, Nural 1 ədədini özündə saxlamışdır.
58. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli, Fərrux Qasımov).
59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin araşdırılmış halları Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə "xxxx." MMC arasında bağlanmış ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin mövcudluğu təsdiq edildiyi üçün ilk iddiaçı mübahisəli mənzilin ilk sahibi olmamış və belə olan halda cavabdeh MMC tərəfindən mənzil artıq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satıldığı üçün MMC özünün sərəncamında olmayan bir mənzili başqa şəxsə, iddiaçı İddiaçı satıla bilməzdi.
60. Beləliklə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzilin qanunvericiliklə qadağan olunmayan əsaslarla cavabdeh2 satılması faktı baş vermiş və cavabdeh MMC də öz növbəsində mübahisəli mənzilin növbəti sahibi kimi onunla müvafiq müqaviləni bağlamışdır. Bununla da tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Başqa sözlə, cavabdeh2 mübahisəli mənzili həmin mənzilin birbaşa qanuni sahibindən əldə etməklə onun qanuni alıcısı olmuşdur və onunla MMC arasında bağlanmış müqavilənin etibarsızlığı üçün heç bir hüquqi əsaslar müəyyən edilməmişdir.
61. Apellyasiya instansiyası məhkəməsi ilkin iddianın əsassızlığını şərtləndirilən halların eyni zamanda qarşılıqlı iddia tələbinin əsaslı olmasına səbəbiyyət verməsi ilə bağlı işin müəyyən edilmiş faktiki hallarını nəzərə almaqla hesab etmişdir ki, birinci instansiya məhkəməsinin İddiaçı ilə cavabdeh1 MMC arasında bağlanılmış ## ##### 2018-ci il tarixli *** saylı müqavilənin əhəmiyyətsiz olması barədə mövqeyi qanuni və əsaslı olmuşdur.
62. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 157.7, 337.1, 337.4, 337.5, 390.1, 405.1, 425.1, 752.1, 759.1 və 759.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
63. İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
64. Kassator şikayətini belə əsaslandırmışdır ki, məhkəmə mülki iş üzrə suaların izah edilməsi üçün xüsusi bilik tələb edilməsi zərurəti olduğundan həmin ekspertizaları təyin etmişdir. Aydındır ki, mübahisəli mənzilə dair bağlanmış müqavilələrin mötəbərliyi baxımından ilk növbədə onların rekvizitləri – imza, möhür, mətni yoxlanılmalıdır. Şübhəsiz ki, məhkəmə hər hansı müqavilənin saxtalığı barədə nəticəyə gələrsə, həmin müqaviləyə qiymət verilərkən, bu hal nəzərə alınmalıdır. Lakin hazırkı iş üzrə məhkəmə iş materiallarında olan ##.##.2019-cu il tarixli Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisəli mənzilə dair imtina ərizəsini, həmin şəxsin məhkəmədə sözügedən müqavilənin əslinin şirkətə qaytarılması və cavabdeh2ın adına yeni müqavilənin bağlanması barədə izahatını, ## ###### 2016-cı il tarixli müqavilənin planşet vasitəsi ilə çəkilmiş şəkillərinə və cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən imzalanmış 2019-cu il tarixli möhürlü ərizəni sübut baxımından kifayət hesab edərək, ## ###### 2016-cı tarixli ** saylı müqavilənin mövcudluğu, mübahisəli mənzilin ilk olaraq Nicad Xəlilova satıldığından iddiaçı İddiaçı satıla bilinməməsi barədə nəticəyə gəlmişdir. Hesab edir ki, mübahisəli mənzilin ilk olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılması barədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən səhvdir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 67-ci maddəsindən göründüyü kimi, sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi zamanı notarius və ya müvafiq icra hakimiyyəti orqanı imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir. Göründüyü kimi, sözügedən imtina ərizəsinə və digər sübutlara əsaslanaraq, məhkəmə mübahisəli mənzilin ilk olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılması barədə yox, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ancaq mübahisəli mənzilə hüquqlarından imtina etməsi barədə, nəticəyə gələ bilərdi. Başqa sözlə, xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanılmış Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış binasının giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112,5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət ** saylı mənzilinin tikintisinə dair ## ###### 2016-cı tarixli ** saylı müqavilənin ancaq əsli (bütün zəruri ekspertizaların möhür, mətn və imzanın əsli olduğu təsdiq edildikdən sonra) mötəbər sübut baxımından iş üçün əhəmiyyətli olan haların müəyyən edilməsinə əsas ola bilər. Bununla yanaşı, həmin müqavilənin əslinin xxxx MMC-nə təhvil verilməsi barədə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ifadəsi də müqavilənin əslinin məhv edilməsi anlamına gəlmir. Bundan başqa, məhkəmə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə "xxxx" MMC arasında bağlanmış ##.##.2016-cı il tarixli ** nömrəli müqavilənin mövcudluğu təsdiq edildiyi üçün ilk iddiaçının mübahisəli mənzilin ilk sahibi olmaması və belə olan halda cavabdeh MMC-nın tərəfindən mənzil artıq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satıldığı üçün digər şəxsə, konkret olaraq A.Qurbanova satıla bilinməməsi, müvafiq olaraq ilk iddiaçı İddiaçı və cavabdeh "xxxx" MMC arasında bağlanmış ## ##### 2018-ci il tarixli,*** nömrəli müqavilənin etibarsızlığı barədə səhv və əsassız nəticəyə gəlmişdir. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib edilməməsini əsaslandırılmamış, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
65. Kassasiya şikayətinə qarşı cavabdeh (qarşılıqlı iddiaçı) etiraz vermişdir. Etirazda işin faktiki hallarına istinad edilməklə, kassasiya şikayətinin əsassız olması qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Kassasiya şikayətində iddiaçı (qarşılıqlı cavabdeh) apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndiriblər. Bu baxımdan qətnamə tam yoxlanılır.
68. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə mahiyyətcə düzgün nəticəyə gəlmişdir.
71. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsini və işin müəyyən edilmiş hallarına uyğun olaraq tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
72. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
73. İşin müəyyən edilən hallarına görə iddiaçının etibarsızlığını tələb etdiyi cavabdehlə MMC arasındakı müqavilənin predmeti olan mənzil daha əvvəl Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılıb, sonuncu da həmin mənzildən imtina etməklə müqavilə cavabdehlə bağlanıb.
74. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia ərizəsinin və apellyasiya şikayətinin də dəlilləri olub və işə mahiyyəti üzrə sübutlar əsasında baxan hər iki instansiya məhkəməsi müvafiq olaraq öz səlahiyyətləri çərçivəsində həmin dəlilləri qiymətləndirməklə onları qəbul etməyiblər. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşdığı üçün şikayətin dəlillərinə əlavə qiymət verməyə zərurət görmür.
75. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçı (qarşılıqlı cavabdeh) Həsənov Azər Qurban oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.