Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-18/2026 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARI Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliyin yaranması şərtləri, sübutetmə yükü, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 23 sentyabr tarixli 2(103)-4763/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kas sasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı), Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – adsoyad və ya cavabdehlər) arasında tanışlıq münasibətləri mövcuddur. Həmçinin cavabdehlər keçmiş ər-arvaddırlar.
2. Cavabdehlər iddiaçıdan xx.xx.2022-ci il tarixdə dəyəri 33.150 manat (19.500 ABŞ dolları), çəkisi 2.53 karat olan brilyant qaşlı 750 əyarlı 1 ədəd qızıl üzüyü, dəyəri 5.950 manat (3.500 ABŞ dolları), çəkisi 0.90 karat olan brilyant qaşlı 750 əyarlı 1 ədəd qızıl sepi, xx.xx.2023-cü il tarixdə isə dəyəri 2.550 manat (1.500 ABŞ dolları) olan 750 əyarlı 1 ədəd qızıl qolbağı Mərkəzi Univermaqda yerləşən zərgərlik mağazasından nisyə alqı-satqı müqaviləsi əsasında almış və 1 ay ərzində borcu ödəyəcəkləri barədə öhdəlik götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 1) cavabdehlər tərəfindən xx.xx.2022-ci il tarixdə alınan çəkisi 2.53 karat olan brilyant qaşlı 750 əyarlı 1 ədəd qızıl üzüyün və çəkisi 0.90 karat olan brilyant qaşlı 750 əyarlı 1 ədəd qızıl sepin dəyəri olan 39.100 manat, xx.xx.2023-cü il tarixdə götürülmüş 750 əyarlı 1 ədəd qızıl qolbağın dəyəri olan 2.550 manat, cəmi 41.650 manat məbləğində pul vəsaitinin; 2) 39.100 manat məbləğində vəsaitin ödənişinin gecikdirildiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının 2023-cü il üzrə 8 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 3.128 manat (12 aylıq dövr üzrə hesablanmaqla), 2024 və 2025-c i il üzrə 7.25 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 3.543 manat (15 aylıq dövr üzrə), 2.550 manat məbləğində vəsaitin ödənişinin gecikdirildiyinə görə Mərkəzi Bankın 2023-cü il üzrə 8 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 102 manat, 2024 və 2025-ci illər üzrə 7.25 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 231 manat, cəmi 7.004 manat məbləğində faizlərin, həmçinin vəkil üçün ödənilmiş 2.000 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 242 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehlər xx.xx.2022-ci il tarixdə dəyəri 33 150 manat (19.500 ABŞ dolları), çəkisi 2.53 karat olan brilyant qaşlı 750 əyarlı 1 ədəd qızıl üzüyü, dəyəri 5.950 manat (3.500 ABŞ dolları), çəkisi 0.90 karat olan brilyant qaşlı 750 əyarlı 1 ədəd qızıl sepi, xx.xx.2023-cü il tarixdə isə dəyəri 2.550 manat (1.500 ABŞ dolları) olan 750 əyarlı 1 ədəd qızıl qolbağı iddiaçının Mərkəzi Univermaqda yerləşən zərgərlik mağazasından nisyə alqı-satqı müqaviləsi əsasında almışdır. Cavabdehlər qızıl zinət əşyasının dəyərinin bir ay ərzində ödəniləcəyinə dair öhdəlik götürsələr də, həmin tarixdən xeyli müddət ötməsinə baxmayaraq, qızıl-zinət əşyalarının dəyərini ödəməyiblər. Bununla bağlı dəfələrlə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmasına baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə hər iki cavabdehə rəsmi qaydada xəbərdarlıq göndərməklə, alqı-satqı üzrə borcun dəyərinin ödənilməsini t ələb etmişdir. Qızıl-zinət əşyaları alınarkən cavabdehlər qanuni nikah münasibətində olmuş, onlar birgə qaydada mağazaya gələrək, alqı-satqı əməliyyatı aparmışlar. Həmin əşyaların əldə edilməsi və eləcə də əşyaların dəyərinin ödənilməsi öhdəliyi onların birgə nikahları dövründə yarandığı üçün kreditor kimi iddiaçının qarşısında hər iki cavabdeh məsuliyyət daşıyır. Cavabdehlərin mağazadan aldıqları qızıl-zinət əşyalarının dəyəri 41.650 manat təşkil edir. Belə ki, borcun ödənilməməsi onun sahibkarlıq fəaliyyətinə, satış dövriyyəsinə mənfi təsir etməklə, gəlirləri azaltmış, bunun nəticəsində xeyli məbləğdə qazanc əldə etməkdən məhrum olmuşdur. Odur ki, əsas məbləğin ödənilməsi ilə yanaşı, qızıl əşyaların dəyərini ödəmədiyi və gecikdirdiyi üçün onun bank uçot dərəcəsi ilə faizini də ödəməlid ir. Mərkəzi Bankın saytına nəzər yetirdikdə 2023-cü il üzrə minimum uçot dərəcəsi illik 8 faiz, 2024-cü il üzrə minimum uçot dərəcəsi illik 7.25 faiz, 2025-ci il üzrə minimum uçot dərəcəsi müəyyən olunmadığı üçün həmin dövr üzrə uçot dərəcəsi 2024-cü il üzrə müəyyən olunmuş uçot dərəcəsi əsas götürülməklə hesablanır. xx.xx.2022-ci il tarixdə aldıqları çəkisi 2.53 karat olan brilyant qaşlı 750 əyarlı 1 ədəd qızıl üzüyün və çəkisi 0.90 karat olan brilyant qaşlı 750 əyarlı 1 ədəd qızıl sepin dəyəri olan 39.100 manat pul vəsaitinin gecikdirilməsinə görə Mərkəzi Bankın 2023-cü il üzrə 8 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 3.128 manat (12 aylıq dövr üzrə), 2024 və 2025-ci il üzrə 7.25 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 3.543 manat (15 aylıq dövr üzrə), xx.xx.2023-cü il tarixdə aldıqları 750 əyarlı 1 ədəd qızıl qolbağın dəyəri olan 2.550 manat pul vəsaitinin gecikdirilməsinə görə Mərkəzi Bankın 2023-cü il üzrə 8 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 102 manat (6 aylıq dövr üzrə), 2024 və 2025-ci illər üzrə 7.25 faizlik bank uçot dərəcəsi əsasında hesablanmaqla 231 manat (15 aylıq dövr üzrə) məbləğində faizlər də cavabdehlərin məsuliyyət dairəsinə aiddir.
5. İddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçının qızılların alış-satışı ilə məşğul olduğu mağazanın sahibkarı Nazilə xanımdır və bununla bağlı iddiaçının VÖEN-i məhkəməyə təqdim edilmişdir.
6. Cavabdeh1 nümayəndəsi-vəkili iddia tələbini cavabdehə münasibətdə qəbul etməyərək bildirmişdir ki, sözügedən qızıl-zinət əşyalarını Azər Esmiraya hədiyyə kimi almışdır. Bu səbəbdən əşyaların pulu Azərdən tutulmalıdır. Eyni zamanda qızıl satılan məkanın əsl sahibi Şahin adında şəxsdir və bu səbəbdən iddiaçının subyektiv hüququ da yoxlanılmalıdır.
7. Cavabdeh2 nümayəndəsi-vəkili iddia tələbini cavabdehə münasibətdə qəbul etməyərək bildirmişdir ki, Azəri Nazilə ilə Esmira tanış etmişdir. Sözügedən qızıl-zinət əşyaları isə Azərin razılığı olmadan Esmira tərəfindən alınmışdır. Həmin qızıl əşyaları qadın istifadəsi üçün nəzərdə tutulmuş qızıl əşyalarıdır və Esmira xanımın sahibliyində olmuşdur. Bu səbəbdən əşyaların pulu Esmiradan tutulmalıdır.
8. Şahid qismində ifadə verən X1 bildirmişdir ki, tərəfləri tanıyır. İddiaçının işlədiyi mağaz a faktiki onun olsa da, rəsmiyyətdə VÖEN iddiaçı Nazilə xanımın adınadır. Azər və Esmira ilə onun ailəvi münasibəti olduğundan aralarında etibar vardı. Bu səbəbdən o, qızıl əşyalarının cavabdehlərə nisyə satılmasına etiraz etməmiş və bundan sonra Nazilə xanım həmin qızılları cavabdehlərə satmışdır. Sözügedən qızıl üzüyü Azər və Esmira bir yerdə bəyənib almışdırlar. Azər nisyə almağa ilk öncə razı olmasa da, sonradan razılıq vermişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İlkin Rüstəmli) 2025-ci il 13 iyun tarixli e-2(009)-1011/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 46,272.29 manat məbləğində pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 130 manat məbləğində hissəsinin cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi, iddianın qalan hi ssədə rədd olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hər nə qədər Cavabdeh2 qızıl əşyalarını onun razılığı olmadan Cavabdeh1 şəxsi vəsaiti hesabına ödəyəcəyi vədi ilə aldığını, digər Cavabdeh1 isə qızıl əşyalarını Cavabdeh2 ona hədiyyə olaraq aldığını bildirmələrinə baxmayaraq, cavabdehlərin bu etirazları məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Həm iddiaçının, həm də şahidin bildirdiklərindən məlum olur ki, cavabdehlər iddiaçıdan artıq 8-9 ildən artıq müddətdir ki, qızıl əşya alırlar və hər zaman alınan əşyaların dəyəri birgə ailə büdcəsindən ödənir. Hazırda mübahisələndirilən qızıl əşyaları da tərəflərin birgə nikahı vaxtı və bir yerdə yaşadıqları dövrdə alınmışdır. Belə ki, cavabdehlər iddiaçıdan nisyə alqı-satqı müqavilə si üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdehlər müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməyiblər.
11. Məhkəmə iddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə olmaqla, 2 alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehlər 1 ay ərzində borcu ödəyəcəkləri barədə öhdəlik götürmüş, lakin borc ödənilməmişdir. Bu səbəbdən hazırkı tarixə kimi xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 39.100 manat məbləğində pulun 2025-ci ilin aprel ayına kimi illik 5 % qismində 4.398,79 manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 2.550 manat məbləğində pulun 2025-ci ilin aprel ayına kimi 223,50 manat əldən çıxmış faydanın cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
12. Məhkəmə iddiaçının iddia tələbi üzrə subyektiv hüququ ilə bağlı qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Yalnız belə subyektiv hüquq un mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
13. Bu hissə ilə bağlı məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının qızıl alış-verişi üzrə fəaliyyət göstərdiyi məkan rəsmi olaraq ona məxsusdur və bununla bağlı onun №********** fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsi də vardır. Buradan da görünür ki, iddiaçı sahibkar kimi fəaliyyət göstərdiyi məkanda cavabdehlərə zinət əşyaları satmış və hazırda da haqlı olaraq həmin əşyaların ödənilməyən dəyərinin cavabdehlərdən tutulmasını xahiş edir.
14. Məhkəmə 2.000 manat hüquqi yardıma görə ödənilən pulun cavabdehlərdən tutulmasına münasibətdə qeyd etmişdir ki, iddiaçı bu faktı təsdiqləyən hər hansı bir sübutu (qəbz, hüquqi yardım haqqında müqavilə) məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən tələb bu hissədə əsassızdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 385, 442, 443.1, 445.7, 448.1, 449.1, 600.1, 600.1.1-ci, Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə həmçinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instan siyası məhkəməsindəki icraat
16. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edərək, həmin hissədə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsi iddiaçı ilə cavabdehlər arasında alğı-satqı müqaviləsinin olduğu qənaətinə gəlsə də, bunu təsdiq edən sübutu göstərməmişdir. Belə ki, sübut kimi məhkəməyə təqdim olunmuş foto şəkillərdə Cavabdeh1 üzərində olan qızıl-zinət əşyalarının mübahisələndirilən zinət əşyaları olduğu iddia olunmuşdur. Lakin Cavabdeh1 məhkəmə prosesində həmin foto şəkillərdə qızıl-zinət əşyaları kimi təqdim olunmuş əşyaların əslində qızıl-zinət əşyaları deyil, bijuteriya (dəyəri ucuz materiallardan hazırlanan, lakin bədii dəyəri yüksək olan bəz ək əşyası) olduğunu bildirərək, həmin əşyaları məhkəmə prosesində nümayiş etdirmişdir. İddiaçının iddia etdiyi əşyaların həqiqətən də Cavabdeh1 iştirakı ilə alındığı məhkəmə prosesində sübut olunmasa da, məhkəmə sadəcə iddiaçının mülahizələrini əsas götürərək tərəflər arasında qızıl-zinət əşyalarının alğı-satqısının mövcud olduğu qənaətinə gəlmişdir. Tərəflər arasında iddia ərizəsində göstərilən müqavilənin mövcud olub-olmadığı müəyyən olunmamışdır. Məhkəmənin istinad etdiyi maddi hüquq normaları isə tərəflər arasında olan kredit müqavilələrindən irəli gələn mübahisələri tənzimləyən maddi hüquq normalarıdır. Hazırkı mübahisədə isə kredit müqaviləsindən irəli gələn öhdəliklər deyil, nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər mübahisələndirilir. İradə ifadəsi mövcud olmalıdır. Lakin iş üzrə iddia tələbində göstərilən hala dair Cavabdeh1 iradə ifadəsinin olduğu hər-hansı bir mötəbər sübutla təsdiqini tapmamışdır. Tərəflər arasında hər-hansı bir əqdin bağlanması üçün onlar arasında şifahi və ya yazılı formada razılaşma olmalıdır. Lakin Cavabdeh1 ilə iddiaçı arasında belə bir razılaşmanı təsdiq edən sübut olmadığından iddia rədd olunmalı idi. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh1 iddiaçıya məxsus pul vəsaiti hesabına hər hansı bir məbləğdə pul qazanması və ya hansısa əmlak əldə etməsi müəyyən olunmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin hazırkı mübahisəyə tətbiq olunması əsassızdır. İşə baxmış məhkəmə iddia tələbində göstərilən əşyaların Cavabdeh1 olduğunu təsdiq edən, şübhədənkənar sübutun nədən ibarət olduğunu göstərm əmişdir. Tələb olunan əşyaların Cavabdeh1 üçün alındığını güman etsə də, həmin əşyaların digər cavabdeh tərəfindən hədiyyə kimi alındığına hüquqi qiymət verməmişdir. Hansı ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər (maddə 34.1, 41.1).
18. Cavabdeh2 da apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilərək, ona qarşı hissədə iddia tələbinin rədd olunmasını x ahiş etmişdir.
19. Bu apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iddiaçı bu kimi iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Çünki iddia ərizəsində qeyd edilən qızılzinət əşyalarının mülkiyyətçisi iddiaçı deyil, iş üzrə şahid qismində dindirilmiş Şahin Həsənovdur. Şahid Həsənov bu halı təsdiq etsə və iddiaçı tərəf buna etiraz etməsə də, məhkəmə bunu nəzərə almamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, qızıl-zinət əşyalarının iddiaçıya, yaxud şahid Şahin Həsənova məxsus olmasını təsdiq edə biləcək hər hansı bir sübut mövcud deyil. Məhkəmə həmin qızıl-zinət əşyalarının dəyərinin və ödənişlərinin gecikdirmə faizlərinin cavabdehlərdən tutulmasını qət etsə də, qızıl-zinət əşyalarının həqiqi dəyərlərinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin etməmiş, xüsusi bilik tələb edən sahəyə aid olan məsələni yalnız iddiaçının və şahidin məhkəməyə izahat və ifadələrində, iddia ərizəsində bildirdikləri rəqəmlər əsasında həll etmişdir ki, bu da qanunsuz və əsassız olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, Məhkəmə iddiaçı ilə cavabdehlər arasında 2 “nisyə alğı-satqı” müqaviləsinin bağlandığını bildirsə də, nəzərə almamışdır ki, mülki işdə hər hansı yazılı müqavilə yoxdur. Daha sonra məhkəmə nəzərə almamışdır ki, həmin qızıl-zinət əşyaları Cavabdeh2 tərəfindən deyil, Cavabdeh1 tərəfindən alınmış və sonuncunun sahibliyində olmuşdur. Əslində Cavabdeh2 həmin əşyaların alınmasının əleyhinə olmuşdur.
20. Cavabdeh2 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə (iddia ərizəsində qeyd edil ən qızıl-zinət əşyalarının iddiaçıya məxsus olmaması səbəbindən iddiaçının bu kimi iddia ilə çıxış etmək üçün subyektiv hüquqa malik olmaması dəlilindən başqa) etiraz edib və təmsil etdiyi şəxsin verdiyi apellyasiya şikayətinin dəlillərinə müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verib.
21. Cavabdeh1 birinci instansiya məhkəməsində vəkili (nümayəndəsi) olmuş Vəkil3 ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya baxışı iclasının təxirə salınmasını xahiş etmişdir (səbəblər ərizədə göstərilmişdir). Lakin məhkəmə Vəkil3 vəkil olaraq Cavabdeh1 apellyasiya instansiya məhkəməsində təmsil etmək üçün orderi mövcud olmadığına və məhkəmə iclasının təxirə salınmasını xahiş etmək üçün hər hansı hüquqa və səlahiyyətə malik olmadığına görə həmin ərizənin əsaslılığını müzakirə etməmişdir. 2
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) 2025-ci il 23 sentyabr tarixli 2(103)-4763/2025 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının cavabdehlərə qarşı bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmaması barədə dəli əsasszıdır. Rayon məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X1 verdiyi ifadədə bildirmişdir ki, iddia ərizəsində qeyd edilən mağaza və mağazada satılan qızıl-zinət əşyaları ona məxsusdur.
24. Məhkəmə hesab etmişdir ki, şahid Şahin Həsənov bu kimi ifadə versə də, iddiaçı cavabdehlərə qarşı bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir və onun bu hüququ mağaza ilə bağlı müvafiq Vergi Xidməti tərəfindən verilmiş “Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsi” və iddiaçının adına olan VÖEN ilə təsdiq olunur.
25. Digər tərəfdən, həmin mağazada satılan qızıl-zinət əşyaları iddiaçıya məxsus olmaya da bilər. Lakin nəzərə alınmalıdır ki, həmin əşyalar, onların sahibi (sahibləri) tərəfindən satılmaq üçün iddiaçıya verilmiş və onların itməsinə, məhv olunmasına və ya onların dəyərinin ödənilməməsinə görə məsuliyyəti iddiaçı daşıyır.
26. Bu baxımdan hesab edilməlidir ki, hər iki apellyasiya şikayətinin bu məsələ ilə bağlı dəlilləri əsassızdır. Rayon məhkəməsi iddiaçının bu iddianı irəl i sürmək üçün subyektiv hüquqa malik olması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
27. İddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş və apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı ilə bağlı bildirib ki, cavabdehlərin hər biri, iddia ərizəsində qeyd edilən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli “Nisyə alğı-satqı müqaviləsinin” iddiaçı ilə onun tərəfindən deyil, digər cavabdeh arasında bağlandığını bildirirlər.
28. Cavabdehlərin bu kimi dəlillərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM 77.1. və 14.2.). Lakin cavabdehlər bu dəlillərinin əsas lı olmasını təsdiq edə biləcək etibarlı sübutlarını məhkəmələrə təqdim etməmişlər.
29. Bundan başqa, qeyd edilən müqavilələr bağlanan zaman ər-arvad olmuş cavabdehlərin münasibətləri normal olmuş, onların münasibətləri müqavilələr bağlandıqdan sonra pozulmuş və onlar ayrılmışlar.
30. Göründüyü kimi həmin müqavilələr cavabdehlərin birgə nikahda olduqları və onların münasibətləri pozulmadığı dövrdə bağlanmışdır.
31. Bu baxımdan qəbul edilməlidir ki, məhkəmə qeyd edilən “Nisyə alğısatqı müqavilələri” üzrə yaranmış (39.100 + 2.550=) 41.650 manat məbləğində borcu hər iki cavabdehə bərabər payla aid etməkdə haqlı olmuşdur.
32. Hər iki cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində qeyd edilmişdir ki, rayon məhkəməsi iddiaçı ilə cavabdehlər arasında 2 “Nisyə alğı-satqı” mü qaviləsinin bağlandığını bildirsə də, nəzərə almamışdır ki, mülki işdə hər hansı yazılı müqavilə yoxdur.
33. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin bu kimi dəlilləri əsassızdır. Çünki qüvvədə olan Mülki Məcəllədə müvafiq reyestrdə qeydiyyata alınmalı olmayan daşınar əmlaklara dair alğı-satqı müqaviləsinin mütləq şəkildə yazılı qaydada bağlanması ilə bağlı göstəriş (tələb) yoxdur.
34. Cavabdeh2 apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış məhkəmə iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin etməmişdir.
35. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd edilmiş 14.2 və 77.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirib ki, Cavabdeh2 həmin qızıl-zinət əşyalarının iddia ərizəsində qeyd edilən qiyməti ilə razı dey ilsə və həmin qiymətləri “şişirdilmiş” hesab edirsə, onda bu halı təsdiq edə biləcək sübutları (məsələn: qızıl-zinət əşyalarının qiymətinin müəyyən edilməsi sahəsində zəruri biliyi malik olan mütəxəssisin rəyini) məhkəməyə təqdim etməli idi. Lakin o, bu kimi sübutu məhkəməyə təqdim etməmişdir.
36. Digər tərəfdən, iş üzrə cavabdehlərin, o cümlədən Cavabdeh2 vəkili (nümayəndəsi) işə rayon məhkəməsi tərəfindən baxılan zaman “qızıl-zinət əşyalarının qiymətləndirilməsi haqqında” vəsatətlə rayon məhkəməsinə müraciət etməmişdir.
37. Rayon məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmetini təşkil edən digər hissəsi ondan ibarətdir ki, iddiaçı ilə cavabdehlər arasında xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə olmaqla, 2 “Nisyə alğı-satqı müqaviləsi” bağlanmışdır. Cavabdeh lər 1 ay ərzində borcu ödəyəcəkləri ilə bağlı öhdəlik götürmüş, lakin borc ödənilməmişdir. Bu səbəbdən məhkəmə hazırkı tarixə kimi xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 39.100 manat məbləğində pulun 2025-ci ilin aprel ayına kimi illik 5 % qismində 4.398,79 manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 2.550 manat məbləğində pulun 2025-ci ilin aprel ayına kimi 223,50 manat, cəmi isə (4.398,79+223,50=) 4.622,29 manat məbləğində əldən çıxmış fayda cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
38. Rayon məhkəməsinin bu nəticəsinin əsaslılığını yoxlayan məhkəmə qeyd etmişdir ki, cavabdehlərin hər 2 “Nisyə alğı-satqı müqaviləsi” üzrə üzərilərinə götürdükləri öhdəliyi icra etməmələri, həmin müqavilələr üzrə yaranmış borcları iddiaçıya ödəməmələri aşkardır.
39. İddiaçı cavabdehlərin ona ödəməli olduqları pul vəsaitinin ödənişinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən cavabdehlərdən onun xeyrinə Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən müəyyənləşdirilmiş bank uçot dərəcəsi ilə faizlərin tutulmasını xahiş etmişdir.
40. İşə baxmış məhkəmə isə cavabdehlərin iddiaçıya ödəməli olduqları pul vəsaitinin ödənişinin gecikdirilməsinə görə faizləri Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot dərəcəsi ilə deyil, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş və Mərkəzi Bank tərəfindən müəyyənləşdirilmiş bank uçot dərəcəsindən aşağı olan illik 5 faizlə tutulmasını qət etmişdir.
41. Məhkəmə cavabdehlərin götürdükləri öhdəliyin yerinə yetirilməməsini və iddiaçının rayon məhkəməsinin qətnaməsində apellyasiya şikayəti verməməsini nəzərə alaraq hesab etmişdir ki, qətnamənin müzakirə edilən bu hissəsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin rayon məhkəməsinin bu nəticəsinə aid dəlilləri isə əsassız hesab edilməlidir.
42. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 448, 449.1-ci, Ailə Məcəlləsinin 34.1, 37.1, 41.1-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 119, 372.6, 376.2, 384 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4763/2025 saylı 23.09. 2025-ci il il tarixli qətnaməsi nin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
44. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi o halda bağlanmış hesab olunur ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Lakin hazırkı mübahisə üzrə belə halların olduğunu təsdiq edən hər- hansı bir sübut iş materiallarında mövcud deyil. Belə olan halda məhkəmənin hazırkı mübahisə üzrə göstərilən maddi hüquq normasını tətbiq etməsi əsassızdır.
45. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddi hüquq normasının tələbindən g öründüyü kimi tərəflər arasında hər-hansı bir əqdin bağlanması üçün onlar arasında şifahi və ya yazılı formada razılaşma olmalıdır. Lakin hazırkı iş üzrə Cavabdeh1 ilə iddiaçı arasında belə bir razılaşmanı təsdiq edən sübut olmadığından göstərilən maddi hüquq normasının tətbiq olunması əsassızdır. Tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması üçün tərəflərin iradə ifadəsi mövcud olmalıdır. Lakin hazırkı iş üzrə iddia tələbində göstərilən hala dair Cavabdeh1 iradə ifadəsinin olduğu hər hansı bir mötəbər sübutla təsdiqini tapmamışdır.
46. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddi hüquq normasının tələbindən göründüyü kimi kreditorun tələbi ilə faiz o zaman ödənilməlidir ki, borclu onun vəsaiti hesabına gəlir əldə etmiş olsun. Hazırkı iş üzrə Cavabdeh1 ilə iddiaçı arasında hansısa öhdəliyin müəyyən olunmadığı, Cavabdeh1 iddaçıya məxsus pul vəsaiti hesabına hər-hansı bir məbləğdə pul qazanması və ya hansısa əmlak əldə etməsi müəyyən olunmadığı halda göstərilən maddi hüquq normasının hazırkı mübahisəyə tətbiq olunması əsas sızdır.
47. Cavabdeh tələb olunan əmlakların, xüsusən də 750 əyarlı qızıldan hazırlanmış, dəyəri 2.550 manat olan 1 ədəd qızıl qolbağı almadığını bildirsə də, aşağı instansiya məhkəmələri, hər hansı bir sübut olmadan həmin əşyanın dəyərini cavabdehdən tutmaqla hüquqlarını pozmuşlar. İddiaçı qızıl zinət əşyalarını Cavabdeh1 satdığını bildirsə də, bu faktı məhkəmədə təsdiq edə bilməmişdir. Xüsusilə qeyd etməyi zəruri hesab edirik ki, elektron məhkəmə sistemi vasitəsi ilə iş materiallarına əlavə edilmiş, Cavabdeh1 məxsus fotoşəkildə əks olunan qolbağın mübahisə predmeti olan zinət əşyası olduğu bildirilsə də, məhkəmə prosesində iştirak edən Cavabdeh1 həmin əşyanı məhkəməyə təqdim edərək qızıl olmadığını, bijuteriya olduğunu bildirdi və bu fakt məhkəmədə öz təsdiqini tapdı. Lakin işə baxan aşa ğı instansiya məhkəmələri bu faktı nəzərə almamaqla prosessual qanunvericiliyin tələblərini pozmuşlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
49. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
50. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 51..Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
52. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 53..Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
54. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
55. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
56. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
57. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
58. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
59. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
60. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
61. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulm adıqda bu qayda qüvvədə olmur.
62. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
63. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
64. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
65. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uy ğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir
66. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. M addə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
73. Qanunun tələbinə görə, kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və iddia predmeti bölünməz olduğundan apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
76. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəf ərov Azərbaycana qarşı” işi üzrə).
77. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş hə min məsələləri təkrarlamağa lüzum qalmır.
78. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri sayır ki, məhkəmə tərəfindən iddia tələbinə Mülki Məcəllənin 449-cu maddəsinin səhv tətbiq edilməsi barədə kassatorun dəlili əsassızdır. Çünki iddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsinə münasibətdə məhkəmələr tərəfindən iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi iddianın həmin hissəsi üzrə bildirmişdir ki, öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci ma ddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
79. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürməd ən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
80. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
81. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə gö türmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
83. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 23 sentyabr tarixli 2(103)4763/2025 nömrəli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.