Məhkəmə qərarları › İş №2-2(102)-812/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-812/2025

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-812/2025 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Ramis oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Ramis oğlunun Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 sentyabr tarixli 2-2(107)-114/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassas iya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı Ramis oğlu və Cavabdeh arasında hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmiş 2022-ci il 25 avqust tarixli 003 nömrəli alqı-satqı müqaviləsi ilə satıcı alıcıya müqavilə üzrə mal-material dəyərlilərini satmağı, alıcı isə malların dəyərini 35 gün müddətində ona ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 1.1 və 2.2-ci bəndləri).

2. İddiaçı Ramis oğlu tərəfindən Cavabdeh 29 ədəd elektron qaimə əsasında ƏDV daxil 331.940,66 manat (283.663,16 manat borc+48.277,50 manat ƏDV) dəyərində məhsul verilmişdir. Bununla bağlı İddiaçı Ramis oğlu tərəfindən göndərilmiş elektron qaimələr Cavabdeh tərəfindən təsdiq edilmişdir.

3. Cavabdeh tərəfindən İddiaçı Ramis oğluna ümumilikdə (ƏDV daxil) 122.911,29 manat məbləğində ödəniş edil mişdir (ödəmə qəbzləri).

4. İddiaçı Ramis oğlu tərəfindən Cavabdeh xəbərdarlıq məktubu ünvanlanaraq, borcun ödənilməsi barədə tələb edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Ramis oğlu (bundan sonra – “iddiaçı”) 2025-ci il 18 fevral tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış 2022-ci il 25 avqust tarixli 003 nömrəli alqı-satqı müqaviləsinə əsasən 209.029,37 manat əsas borc, 25.170 manat faiz borcu, 10.000 manat mənəvi zərər, 525 manat dövlət rüsumu və hüquqi xidmət haqqı olaraq ödənilmiş 300 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etm işdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2022-ci il 25 avqust tarixli 003 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə şərtlərinə əsasən o, qida və qida əlavələrini cavabdehə satmalı, cavabdeh isə malların dəyərini ona ödəməli idi. İlkin olaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək malların dəyərini ödəsə də, sonradan aldığı məhsullara görə ödəməli olduğu pul vəsaitini ödəməkdən yayınmışdır. Müqaviləyə əsasən 2022-ci il 21 sentyabr tarixindən 2023-ci il 2 oktyabr tarixinə qədər ümumilikdə 29 ədəd elektron qaimə əsasında ƏDV daxil 331.940,66 manat (283.663,16 manat borc + 48.277,50 manat ƏDV) dəyərində məhsul verilmişdir. Cavabdeh tərəfindən bütün elektron qaimələr təsdiq olunmuş və göndərilmiş məhsullara görə ödəməl i olduğu 331.940,66 manat pul vəsaitindən 122.911,29 (ƏDV daxil) (100 638,30 əsas + 22.272,99 ƏDV) manat ödəniş edilmiş, hazırda ƏDV daxil 209.029,37 manat borcu qalmışdır. Cavabdeh aldığı məhsullara görə ödədiyi 100.638,30 manat pul vəsaitini (2022-ci il 24 oktyabr tarixində - 27.179 manat, 2022-ci il 19 dekabr tarixində - 7.188 manat, 2022-ci il 26 dekabr tarixində -17.470,71 manat, 2023-ci il 7 fevral tarixində 6.900 manat, 2023-cü il 27 iyun tarixində 41.900 manat) Yapı kredi Bank vasitəsi ilə iddiaçının bank hesabına ödəniş etmiş, 22.272,99 manat ƏDV ödənişini (2023-ci il 1 sentyabr tarixində - 7.622,55 manat, 2023-ci il 21 iyun tarixində 7.542 manat, 2022-ci il 26 dekabr tarixində 3.144,73 manat, 2022-ci il 24 oktyabr tarixində - 4.863,71 manat) ƏDV ödəyicisi olduğu üçün vergi depozi t hesabına ödəmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində olan illik uçot faiz dərəcəsinə əsasən 2023-ci il tarixə uçot faiz dərəcəsi 8.5 % təşkil edir. Beləliklə, orta faiz dərəcəsi 8.5 faiz təşkil etmişdir. Cavabdeh 147.868,89 manat pulu qaytarmamaqla, iddiaçıya məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxladığından, həmçinin pulun ödənilməsini digər şəkildə gecikdirdiyindən Mülki Məcəllənin 449.1 və 449.2-ci maddələrinə əsasən pul öhdəliyinin icra edilməməsinə görə bank uçot dərəcəsi ilə hesablanan faiz ödəməlidir. Belə ki, 209.029,37 manat bank uçot dərəcəsi kimi 1 il 5 ay üçün 25.170 manat (209.029,37 x 8,5%:100=17.767,465 manat) + 7.403 (5 ay) (5 *1.480(17.767,465:12=1.480)) = 17.805,87) faiz borcu cavabdehdən tutulmalıdır.

7. Şəki Kommersiya Məhk əməsinin 2025-ci il 29 may tarixli e-2-2(117)-384/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2022-ci il 25 avqust tarixli 003 nömrəli alqı-satqı müqaviləsi üzrə 209.029,37 manat əsas borc, 25.170 manat faiz borcu olmaqla cəmi 234.199,37 manat pul, hüquqi xidmət haqqı olaraq ödənilmiş 300 manat və 524,2 manat ödənilmiş dövlət rüsumuna görə pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuş, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilmişdir (hakim – E.Hüseynova).

8. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və mülki qanunvericiliyin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni malları cavabdehə təhvil vermiş, cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş, 209.029,37 (ƏDV daxil) manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır.

9. Məhkəmə həmçinin iddiaçı tərəfindən tələb olunan “faiz borcu”na münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2022-ci il 25 avqust tarixli 003 nömrəli alqısatqı müqaviləsinə əsasən alıcı (cavabdeh) malların dəyərini 35 gün müddətində ödəməli idi. Lakin cavabdeh borcun 209.029,37 (ƏDV daxil) manat hissəsini ödəmədiyindən, iddiaçı 2022-ci il 30 sentyabr tarixindən gecikd irilmiş müddətə (1 il 5 ay) görə bank uçot dərəcəsi ilə hesablanmış 25.170 manat faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Belə ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bu səbəbdən məhkəmə iddianın faiz borcuna münasibətdə təmin edilməsi qənaətinə gəlmişdir.

10. Məhkəmə iddia tələbinin “10.000 manat mənəvi zərərlə bağlı” hissəsinə münasibətdə qeyd edir ki, şəxsə mənə vi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı ona borcun ödənilməməsi ilə bağlı mənəvi zərər dəydiyindən bu zərərin əvəzi olaraq 10.000 manat ödənilm əsini tələb etsə də, ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, məhz bununla bağlı hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbinin mənəvi zərər hissəsində təmin olunmaması qənaətinə gəlmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 385.1, 386.1, 427.2, 442, 445.2, 448.1, 448.2, 449.1, 449.2, 567 və 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Plenumun qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 sentyabr tarixli 2-2(107)-114/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir (sədrlik edən hakim – E.Hüseynov, hakimlər – Ə.Kərimov və Z.Sadiqov).

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh məhkəmənin nəticəsini təkzib edən sübutları işə baxan məhkəmələrə təqdim etməmiş, eyni zamanda məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

15. Apellyasiya şikayətinin yeganə dəlili “birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə prosesində iştirakını təmin edilməməsi” barədə olmuşdur. Kollegiya həmin dəlillə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, 2025-ci il 16 may tarixindən cavabdehin elektron kabineti yaradılmış və cavabdeh məhkəmə baxışının yeri və vaxtını həmin kabinet vasitəsi ilə də görə bilərdi. İkincisi Azərbaycan Respublikası Yevlax Şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2025-ci il 21 aprel tarixli 5-9-1/2-201/2025 nömrəli məktubuna əsasən müəyyən olunmuşdur ki, 2025-ci il 16 may tarixinə, saat 11:00-a təyin edilmiş məhkəmə iclası barədə Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 2 aprel tarixli e-2-2(117)-384/2025 nömrəli məhkəmə bildirişi ünvan 1 ünvanında qeydiyyatda olan cavabdehin qardaşı X1 2025-ci il 18 aprel tarixində çatdırılmışdır. İşə baxan Şəki Kommersiya Məhkəməsinin hakimi Elnarə Hüseynova 2025-ci il 16 may tarixində ixtisasartırma kursunda iştirak etdiyinə görə hazırkı iş üzrə həmin tarixə təyin edilmiş məhkəmə iclası 2025-ci il 29 may tarixinə təxirə salınmış və bu barədə tərəflərə məlumat verilmişdir.

16. Azərbaycan Respublikası Yevlax Şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2025-ci il 1 may tarixli 5-9-1/2-218/2025 nömrəli məktubuna əsasən müəyyən olunmuşdur ki, 2025-ci il 29 may tarixinə, saat 15:40a təxirə salınmış məhkəmə iclası barədə 2025-ci il 30 aprel tarixli e-2-2(117)-384/2025 nömrəli məhkəmə bildiri şi ünvan 1 ünvanında yaşayan cavabdehə 2025-ci il 1 may tarixində şəxsən verilmişdir.

17. Göründüyü kimi, iş materiallarına əsasən Şəki Kommersiya Məhkəməsində icraat zamanı iş üzrə cavabdehə 2025-ci il 16 və 29 may tarixinə təyin olunmuş məhkəmə iclasları barədə lazımi qaydada məlumat verilmiş, ona görə də cavabdehin həmin dəlili əsassız olmuşdur.

18. Bundan əlavə cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etsə də, qətnamənin qanunsuzluğuna dair heç bir dəlil göstərməmiş, iddianın əsassızlığına dair sübutlar təqdim etməmiş, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlilləri göstərməmişdir.

19. Hazırkı məhkəmə iclası barədə məhkəmə bildirişi “Elektron Məhkə mə” informasiya sistemində yaradılmış cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinetlərinə 2025-ci il 10 iyul tarixində, yəni 2 ay öncə yerləşdirilmişdir. Lakin cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 hazırkı məhkəmə iclasının təxirə salınması barədə vəsatəti 2025-ci il 9 sentyabr tarixində, saat 08:33-də elektron qaydada imzalanaraq elektron kabinet vasitəsilə təqdim edilmişdir.

20. Eyni zamanda, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 hazırkı vəsatətinə əlavə olunmuş məhkəmə sistemindən çıxarışdan görünür ki, 2025-ci il 9 sentyabr saat 12:00-a Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatında olan 1(101)-218/2025 nömrəli cinayət işi üzrə məhkəmə iclası 2025-ci il 1 avqust tarixində təxirə salınmışdır. Təhlil olunan sənədlərdən göründüyü k imi, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası hazırkı məhkəmə iclasının təyin olunmasından 1 ay sonra təyin edilmişdir və üst-üstə düşdüyünə görə 2-ci iclasın başqa tarixə təyin olunması ilə bağlı tərəfin xahiş etmək imkanı mövcud olmuşdur.

21. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmamışdır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq olunarkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.

22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 386.1, 427.2, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 449.2, 567 və 600.1-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Kassator şikayətində MM-in 1.1, 389.1, 390.1 və 442-ci maddələri üzrə bildirir ki, mübahisələndirilən qətnamə maddi və prossessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya məhkəməsi işi araşdırmadan, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada malların təhvil alınmasını təsdiq edən sənədləri (təhvil-təslim aktlarını) təsdiq olunmuş qaimələrlə müqayisəli şəkildə yoxlamadan, qaimələri əsas götürmə klə qətnamə qəbul etmişdir. İşin real tərəfi isə cavabdehin iddiaçıya etibarının olmasıdır və bu etibarlılıq barədə məlumatlı olan mühasib vurulan bütün qaimələri təsdiq etmişdir. Cavabdeh həqiqətən iddiaçı ilə 2022-ci il 25 avqust tarixli 003 nömrəli alqı-satqı müqaviləsini bağlamış, təhvil-təslim aktı ilə müvafiq mallar alınmış və alınan malların dəyəri ödənilmişdir. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi olaraq nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda icra edilmiş sayılır. Alğı-satqı müqaviləsindən satıcının əşya nı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Həmin müqavilə şərtlərinə əsasən iddiaçı qida və qida əlavələrini cavabdehə satmağı, cavabdeh isə malların dəyərini ona ödəməyi öhdəlik olaraq qəbul etmişlər.

25. Cavabdehin müqavilə üzrə iddiaçı qarşısında hər hansı öhdəliyi mövcud deyil. Bu fakt eyni zamanda iddiaçının məhkəməyə təqdim olunan sübutlarla da öz təsdiqini tapmaqdadır. Sübutlarda malların təhvil verilməsini təsdiq edən hər hansı sənəd mövcud deyil. Belə ki, hər iki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Azərbaycan Respublikasının mül ki və vergi qanunvericiliyinin tələblərinə əməl etməyə borcludur. İddiaçı cavabdehə təhvil verdiyi və dəyərini ala bilmədiyi malların təhvil verilməsini təsdiq edən hər hansı təhvil aktını məhkəməyə təqdim etməmiş, məhkəmə bu faktı araşdırmamış, malların təhvil verilməsinə və ya malların təhvil alınmasına isə ümumiyyətlə münasibət bildirilməmişdir. Məhkəmənin bu nəticəyə hansı rəsmi sənəd əsasında gəlməsi məlum deyil və məhkəmə əsassız olaraq, heç bir mütəxəssis rəyi olmadan, maliyyəmühasibatlıq ekspertizası təyin etmədən iddiaçının hesablamasına inanaraq cavabdehdən 25.170 manat faiz borcun tutulmasını qət etmiş və apellyasiya məhkəməsi həmin hesablama ilə razılaşmışdır.

26. MPM-in 138.3-cü maddəsi üzrə - məhkəmə prosesi 2025-ci il 9 sentyabr tarixinə təyin edilmişdir. Lakin Bakı Ağır C inayətlər məhkəməsində icraatda olan cinayət işində yeganə müdafiəçi olaraq vəkilin cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən məcburi iştirak edəcəyi üçün hazırkı iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəmənin məlumatlandırılmasına baxmayaraq, məhkəmə prosesi təxirə salınmamış, apellyatorun mövqeyi öyrənilmədən yekun akt qəbul edilmişdir. Yanlışlıq nəticəsində vəkil tərəfindən hazırlanmış apellyasiya şikayəti deyil, köməkçinin şablon hazırladığı şikayət sistemə yerləşdirilmişdir (apellyasiya şikayəti əlavə edilir). Apellyasiya məhkəməsi prosesi təxirə salmadığından, tərəf prosesdə iştirak edə bilməmiş, hazırlanmış şikayəti məhkəməyə təqdim etmək mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı kassasiya şikayətinə qarşı etira z təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

28. İddiaçı etirazını əsaslandırarkən kassatorun ilk növbədə “məhkəmə prosesi təxirə salınmamış olması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddia tələbi Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 29 may tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Cavabdeh 2025-ci il 24 iyun tarixində vəkil Nümayəndə2 ilə hüquqi xidmət göstərilməsinə dair müqavilə imzalamışdır. Nümayəndə2 cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi olaraq 2025-ci il 30 iyun tarixində həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi 2025-ci il 10 iyul tarixli 2- qərardadı ilə apellyasiya şikayətini mümkün hesab edərək, apellyasiya şikayətinə baxılmasını 2025-c i il 9 sentyabr tarixinə təyin etmiş, tərəflərin elektron sisteminə məhkəmə bildirişini əlavə edilmişdir. Yəni 2 ay öncə məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdeh və onun vəkili, etibarnamə üzrə nümayəndəsi məlumatlı olmuşdur.

29. Məhkəmə iclası günü cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsinin isə məhkəməyə göndərdiyi iclasın təxirə salınması barədə ərizəsində qeyd edilmişdir ki, müvafiq olaraq saat 12:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatında olan cinayət işində yeganə müdafiəçi olaraq cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən məcburi iştirak edəcəyi üçün hazırki məhkəmə iclasında iştirak edə bilmir və məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Qoşma olaraq isə məhkəmə elektron sistemindən həmin cinayət işi üzrə tə yin edilmiş bütün iclasların şəklini əlavə edir. Məhz həmin cinayət işinin iclaslarının vaxtına diqqət yetirdikdə görünür ki, həmin iş üzrə məhkəmə iclası 2025-ci il 1 avqust tarixində, yəni 9 sentyabrdan öncə olmuşdur.

30. Bütün bu hallar göstərir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 hazırkı kommersiya işi üzrə 9 sentyabra təyin edilmiş məhkəmə iclası barədə 2025-ci il 10 iyul tarixindən məlumatlı idi və 9 sentyabr tarixində apellyasiya məhkəməsində iclası olduğu halda, yenidən həmin tarixə Bakı Ağır Cinayət məhkəməsində iclas təyin edilməsinə razı olmuşdur. Məlumdur ki, məhkəmə iclas təyin edərkən, iclas təyin edilən günə vəkillərin digər məhkəmə iclaslarının olub-olmamasını dəqiqləşdirir.

31. Kassatorun “apellyasiya məhkəməsinin prosesi təxirə salmadığından prosesdə iştirak e də bilməmələri, köməkçinin hazırladığı şablon şikayətin sistemə yerləşdirildiyi, tam dolğun apellyasiya şikayətinin məhkəməyə təqdim edilə bilməmələri” ilə bağlı dəlilərinə gəldikdə isə iddiaçı qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkilinin elektron kabinetinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş 2025-ci il 10 iyul tarixində yerləşdirilmişdir. Həmin tarixdən 9 sentyabra qədər 2 ay müddət keçməsinə baxmayaraq, cavabdeh tərəf apellyasiya şikayətinə əlavəni elektron sistemə yükləməmişdir. 2025-ci il 17 noyabr tarixində kassasiya şikayəti vermə müddətinin sonuncu günü kassasiya şikayətinə əlavə olaraq yeni apellyasiya şikayətini göndərmişdir. Halbuki, apellyasiya şikayətinə əlavə vermək üçün 7 iyuldan - 9 sentyabra kifayət qədər müddəti olmuşdur. Kassasiya şikayətinə yeni tərtib edilmiş apellyasiya şikayəti əlavə etməsi isə qanunsuz və əsassızdır. Bundan əlavə vəkil köməkçilərinin elektron kabinetə vəkilin adından sənəd yükləməsi isə absurddur. Bəllidir ki, elektron məhkəmə sisteminə yalnız vəkilin asan imzası ilə daxil olaraq sənəd yükləmək və imzalanmaq mümkündür. Bütün bu hallar təsdiq edir ki, cavabdeh tərəf müqavilə üzrə öhdəliyini icra etmədiyi kimi, yekun məhkəmə aktının çıxarılmasına da formal olaraq maneələr yaradır.

32. Kassasiya şikayətində prosessual pozuntu olaraq MPM-in 138.3-cü maddəsinə istinad edilmişdir. MPM-in 138.3-cü maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən a zı 10 gün qalmış verilir. Şəki Apellyasiya Məhkəməsinin məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş cavabdehin elektron kabinetinə və cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsinin elektron kabinetinə 2025-ci il 10 iyul tarixində yerləşdirilmişdir. Yəni apellyasiya məhkəməsi tərəfindən MPM-in 138.3-cü maddəsinin tələbləri pozulmamışdır.

33. Kassatorun “cavabdehin müqavilə üzrə iddiaçı qarşısında hər hansı öhdəliyinin olmaması, bunun iddiaçının təqdim etdiyi sübutlarla da öz təsdiqini tapması, sübutlarda malların təhvil verilməsini təsdiq edən sənədin mövcud olmaması” ilə bağlı dəlillərinə münasibətdə iddiaçı bildirir ki, məhkəmələrdək izahatlarında da göstərdikləri kimi, iddiaçı müqavilə əsasında cavabdehə məhsulları göndərməmişdən öncə həmin gün elektron qaimə təqdim etməklə yana şı, satılan məhsulların siyahısı tərtib olunmuş və cavabdehin əməkdaşlarına təqdim edilmişdir. Yəni iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, malları cavabdehə təhvil vermiş, cavabdeh isə malları həmin siyahıya uyğun olaraq təhvil almış və elektron qaimələr təsdiq olunmuşdur. Malların siyahısı ilə elektron qaimələr eynilik təşkil etdiyi üçün həmin qaimələr təsdiq olunmuşdur.

34. Kassasiya şikayəti tərtib edilərkən MPM-in 407.2-ci maddəsinin tələblərini pozaraq kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad olunmuşdur. Halbuki apellyasiya şikayətinin məzmununa diqqət etdikdə yalnız prosessual pozuntuya istinad olunmuşdur. İş birinci instansiya məhkəməsin in icraatında olarkən cavabdeh tərəf həm də elektron məhkəmə sisteminə əlavə edilmiş, bununla bərabər cavabdeh tərəfə məhkəmə bildirişləri rəsmi qaydada kağız daşıyıcıda da çatdırılmışdır. Elektron məhkəmə sistemində bu halı təsdiq edən sübutlar mövcuddur.

35. Kassatorun “mütəxəssis rəyi olmadan, ekspertiza təyin edilmədən 25.170 manat faiz borcunun tutulması” ilə bağlı dəlillərinə gəldikdə iddiaçı bildirir ki, kassasiya şikayəti tərtib edilərkən bu hissədə də MPM-in 407.2-ci maddələrinin tələblərini pozulmuşdur. İş birinci instansiya məhkəməsinin icraatında olarkən, faiz borcunun tutulmasına dair ərizədə həmin hesablamaların qanuna uyğun hesablanması qaydası aydın şəkildə göstərilmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddiaya etiraz təqdim etməmiş və iddia tələbində göstər ilən halları mübahisələndirməmişdir. Kassasiya baxışının hədləri

36. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

38. Azərbayca n Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəl məsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) baş a düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntus u (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 449.1-ci maddənin ikinci cümləsində “Faizlərin” sözü “Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin” sözləri ilə, üçüncü cümləsində “ödəyə” sözü isə “təmin edə” sözləri ilə əvəz edilmişdir). 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (ə şyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....”

39. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə iş in məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022ci il tarixli, 003 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı malları cavabdehə satmağı, cavabdeh isə malların dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflərin imzaları ilə təsdiq edilmiş və e tibarsız hesab edilməmişdir.

41. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 29 ədəd elektron qaimə əsasında ƏDV daxil olmaqla 331.940,66 manat dəyərində mallar göndərilmiş, cavabdeh tərəfindən həmin qaimələr təsdiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 122.911,29 manat məbləğində ödəniş edildiyi, lakin qalan 209.029,37 manat məbləğində borcun ödənilmədiyi iş materiallarında olan sənədlərlə təsdiq olunmuşdur.

42. MM-in 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəlik müqavilədən əmələ gəlir və borclu kreditor qarşısında öz üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə həmin əşyanın qiymətini ödəməlidir. İş üzrə müəyyən e dilmiş hallardan görünür ki, iddiaçı müqavilədən irəli gələn öhdəliyini yerinə yetirərək malları cavabdehə təqdim etmiş, cavabdeh isə malların dəyərini tam ödəməmişdir.

43. MM-in 442 və 445-ci maddələrinə görə öhdəliyin icra edilməməsi və ya vaxtında icra edilməməsi öhdəliyin pozulması hesab olunur və borclu bu pozuntuya görə məsuliyyət daşıyır. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü ödəniş öhdəliyini tam yerinə yetirmədiyindən birinci instansiya məhkəməsi tərəfindən əsas borcun tutulması barədə nəticəyə gəlinməsi qanuni və əsaslı olmuşdur.

44. Bundan əlavə, MM-in 449.1 və 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla ondan istifadə edən şəxs həmin vəsaitə görə bank uçot dərəcəsi ilə faiz ödəməlidir. İş materiallarından müəyyən olunur ki, cavabdeh müqavilə üzrə ö dənişi gecikdirdiyindən iddiaçı tərəfindən tələb edilən 25.170 manat məbləğində faiz borcunun tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

45. Kassasiya şikayətində göstərilən dəlillərdən biri ondan ibarət olmuşdur ki, malların cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən təhvil-təslim aktları mövcud deyil və məhkəmə yalnız elektron qaimələrə istinad etmişdir. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən elektron qaimələr təsdiq edilmiş, həmçinin həmin qaimələr üzrə qismən ödənişlər həyata keçirilmişdir. Bu isə malların cavabdeh tərəfindən qəbul edildiyini və tərəflər arasında faktiki alqı-satqı münasibətlərinin mövcud olduğunu təsdiq edən sübut kimi düzgün qiymətləndirilmişdir.

46. Kassasiya şikayətində hə mçinin maliyyə-mühasibatlıq ekspertizasının təyin edilməməsi ilə bağlı dəlil göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan elektron qaimələr, bank ödəniş sənədləri və digər sübutlar borcun məbləğinin müəyyən edilməsi üçün kifayət etmişdir. Bu səbəbdən əlavə ekspertiza təyin edilməməsi işin düzgün həllinə mane olan hal kimi qiymətləndirilə bilməz.

47. Kassasiya şikayətində prosessual hüquq normalarının pozulması barədə irəli sürülən dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığı müəyyən edilmişdir. Cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməməsi isə məhkəmənin işə baxmasına mane olmamışdır və bu hal məhkəm ə aktının ləğvi üçün əsas hesab edilə bilməz.

48. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş sübutları təkzib edən mötəbər sübutlar təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən sübutların məcmu halında qiymətləndirilməsi nəticəsində gəlinmiş nəticə düzgün hesab edilməlidir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə faktiki hallar düzgün müəyyən edilmiş, sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

50. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin bir inci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaması barədə nəticəsi qanuni və əsaslı olmuş, kassasiya şikayətində göstərilən dəlillər isə həmin nəticənin ləğv edilməsi üçün əsas yaratmamışdır.

51. Məhkəmə onu da qeyd edir ki, məhkəmə kollegiyasını hazırkı mövqeyi iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 sentyabr tarixli 22(107)-114/2025 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar