Məhkəmə qərarları › İş №2(102)-3761/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3761/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3761/2025 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şəmkir rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan İqtisadiyyat Nazirliyini yanında ƏMDX DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:alqı-satqı müqaviləsi, öhdəliklərin icrası zamanı vicdanlılıq, hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 12 avqust tarixli, 2(104)-956/2025 nömrəli qətnaməsi ndən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarışa əsasən, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 Rafiq oğlunun və Cavabdeh3 paylı mülkiyyətində olmuşdur; 3. 2007-ci il 27 noyabr tarixli, 4Ə-04-414 nömrəli notariat işinin təsdiqli surətində olan alqı-satqı müqaviləsindən və ərizədən görünür ki, Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0.325 ha (MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış) torpaq sahəsi Cavabdeh1 və X7 tərəfindən İddiaçı satılmış, X1 etiraz etməmiş dir;

4. AN-İ ******* nömrəli 2023-cü il 31 avqust tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi sahəsi 0.32 ha torpaq sahəsini 5000 manat müqabilində Cavabdeh4 satmışlar; 5. 2023-cü il 11 sentyabr qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, **********59 reyestr nömrəli Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən xüsusi mülkiyyətdə olan 0.325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4 tam mülkiyyətindədir;

6. Şəmkir rayonu Yeniyol kənd sakinlərini tərəfindən tərtib edilmiş 2025-ci il 26 may tarixli aktda qeyd olunmuşdur ki, X4 ailəsinə məxsus olan Şəmkir-Kür qəsəbə yolunun sol tərəfində yerləşən 0.3250 ha torpaq sahəsində tərəvəz, yonca, arpa, buğda və s. kənd təsərrüfatı məhsulları Yeniyol k ənd sakini İddiaçı tərəfindən istifadə olunmuş və əkib becərilmişdir;

7. Şəmkir rayonu Təzəkənd bələdiyyəsi tərəfindən verilmiş 22 nömrəli 2025-ci il 4 iyun tarixli arayışa əsasən, Şəmkir Kür qəsəbə yolunun sol tərəfində yerləşən 0.3250 ha torpaq sahəsi 2007-ci il 27 noyabr tarixindən hal-hazıradək həmin pay torpaq sahəsində tərəvəz, yonca, arpa, buğda və s. kənd təsərrüfatı məhsulları Yeniyol kənd sakini İddiaçı tərəfindən istifadə olunmuş və əkib becərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şəmkir rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan İqtisadiyyat Nazirliyini yanında ƏMDX DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə müraciət edərək, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda 2023-cü il 31 avqust tarixində Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”), Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) və Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) arasında bağlanmış, reyestrdə 4Ə-1154 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında 2023-cü il 11 sentyabr tarixdə Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”) adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırmışdır ki, o cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Şəmkir rayonu Təzəkənd kəndi ərazisində yerləşən 0.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanuni əsaslarla 2.5 00 manata 2007-ci il 27 noyabr tarixdə Şəmkir rayon Notariat Ofisində 4Ə-4-414 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən almışdır. Sonralar o həbs edilmiş və müəyyən səbəblərə görə adına çıxarış almamışdır. 2023-cü ilin noyabr ayında o, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edib öz adına çıxarış almaq istəyərkən ona məlum oldu ki, cavabdehlər 2-ci dəfə saxta alqı-satqı yolu ilə həmin torpaq sahəsini digər Cavabdeh4 satmışlar və sonuncu öz adına çıxarış almışdır. Ona görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət edib saxta alqı-satqı müqaviləsinin ləğv edilməsini və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini istəyir. Həmin torpaq sahəsi onun istifadəsindədir və onunla olan alqısatqı müqaviləsində heç bir saxtakarlıq yoxdur. Qeyd edilənlərə əsasən Şəmk ir rayon 1 saylı Dövlət Notariat Kontorunda 2023-cü il 31 avqust tarixində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1154 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında 2023-cü il 11 sentyabr tarixində Cavabdeh4 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdehlər iddianı qəbul etməyərək bildirmişlər ki, Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0,325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıya alqı-satqı predmeti kimi deyil, yalnız istifadə (icarə) məqsədilə verilmişdir. Sonradan həmin torpaq sahəsi 2023-cü il 31 avqust tarixdə cavabdehlər tərəfindən 5000 manat müqabilində Cavabdeh4 qanuni alqı-satqı müqavilə si əsasında satılmış, torpaq sahəsi alıcıya yerində göstərilərək faktiki olaraq təhvil verilmiş və onun adına dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlərin mövqeyinə görə, 2007-ci il 27 noyabr tarixli, 4Ə-4-414 reyestr nömrəli sənəd tərəflərin həqiqi iradəsini əks etdirmədiyindən qanunsuz hesab edilməlidir, iddiaçı ilə cavabdehlər arasında alqı-satqı münasibətləri mövcud olmamışdır və alıcı iddiaçı ilə cavabdehlər arasındakı əvvəlki münasibətlərdən xəbərsiz olmuşdur. Bu əsaslarla iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

11. Şəmkir Rayon Məhkəməsinin 2025-ci il 15 yanvar tarixli, 2(076)-60/2025 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim H.Məhəmmədi).

12. Məhkəmə mülki qanunvericiliyə istinadən qeyd etmişdir ki, müqavilənin ləğvi tərəflərin qarşılıqlı razılaşması ilə, bundan başqa müqavilə tərəfi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda mümkündür.

13. Məhkəmə ilk növbədə iddiaçının qeyd etdiyi əsasla bağlı qeyd etmişdir ki, hazırda ləğvi tələb edilən AN-İ ******* nömrəli 2023-cü il 31 avqust tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinin tərəfləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 (satıcılar) və Cavabdeh4dır (alıcı).

14. Göründüyü kimi hazırda iddiaçı müqavilənin tərəfi olmamaqla yanaşı müqavilənin ləğvi barədə müqavilə tərəflərinin qarşılıqlı razılaşması, eyni zamanda birtərəfli qaydada müqavilə ləğvinin əsasları müəyyən edilməmişdir.

15. Məhkəmə mülki prosessual qanunvericiliyə istinadən qeyd etmişdir ki, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir.

16. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir.

17. Bu mənada, məhkəmə hesab etmişdir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz.

18. Məhkəmə, həmçinin iddianın mübahisəli torpaq sahəsinə dair çıxarışın etibarsız hesab edilməsinə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi də əsassızdır.

19. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrindən törənmişd ir. Çıxarış, öz-özlüyündə daşınmaz əşya ilə bağlı hüququn yaranması, məhdudlaşması, pozulması və ya xitam olunması baxımından hər hansı bir funksiya daşımadığına görə, sırf çıxarışın etibarsız olunması tələbində iddiaçının qorunmaya dəyər hüquqi bir mənfəəti yoxdur.

20. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, reyestr qeydiyyatı həqiqi hüquqi vəziyyətə uyğun olduqda əsaslı, uyğun olmadıqda isə əsassız hesab edilir. Bu səbəbdən həmin qeydin (yaxud onun əsasında verilmiş çıxarışın) ləğv edilməsi və ya etibarsız sayılması barədə tələb mahiyyətcə əsaslı olmayan qeydiyyatın düzəldilməsi barədə iddiadır. Hansı sözlə (ləğv və ya etibarsızlıq) ifadə olunmasından asılı olmayaraq, iddia icraatında daşınmaz əmlakın dövlət reyestrinin məzmununun mübahisələndirilməsi sözügedən qeyddə düzəlişin aparılması barədə tələb sayılır.

21. Məhkəm qeyd edilənlərə əsasən bildirmişdir ki, iddianın mübahisəli torpaq sahəsinə dair çıxarışın etibarsız hesab edilməsinə dair hissəsi də təmin edilməməlidir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 421.1, 421.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 76.1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsininin ləğv edilməsi, işə yenidən mahiyyəti üzrə baxılıb iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci il 27 noyabr tarixli, Şəmkir rayon Notariat Ofisində bağlanmış 4Ə-4-414 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehlərə məxsus Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanuni əsaslarla almışdır. Sonradan müəyyən səbəblərdən adına çıxarış almadığından, 2023-cü ilin noyabr ayında çıxarış almaq üçün müraciət edərkən cavabdehlərin həmin torpaq sahəsini ikinci dəfə digər şəxsə satdıqları və sonuncunun adına çıxarış verildiyi məlum olmuşdur. İddiaçı məhkəməyə saxta alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi ilə müraciət etsə də, birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Halbuki məhkəmə icraatında cavabdehlərin əvvəlcə torpaq sahəsinin guya icarəyə verildiyi ni iddia etmələri, sonradan isə 2007-ci il müqaviləsində imzaların onlara məxsus olmadığını bildirmələri ziddiyyətli olmuş, təyin edilən məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə həmin imzaların cavabdehlərə məxsus olduğu təsdiq edilmişdir. Buna baxmayaraq, məhkəmə iddiaçının tələbində “ləğv” ifadəsindən istifadə edilməsini əsas götürərək, müqavilənin etibarsızlığı üçün hüquqi əsasların mövcudluğuna lazımi qiymət verməmiş, sübutları obyektiv və hərtərəfli araşdırmamışdır. Ekspert rəyinin nəticələri, iş üzrə əhəmiyyətli hallar və sübutlar nəzərə alınmadan qətnamə qəbul edilmişdir ki, bu da MPM-in sübutların qiymətləndirilməsi və məhkəmə araşdırmasının tamlığına dair tələblərinin pozulması ilə nəticələnmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qa nunsuz və əsassızdır, ləğv edilməli, iş üzrə düzgün hüquqi qiymətləndirmə aparılmaqla iddia tələbi təmin olunmalıdır.

25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 12 avqust tarixli, 2(104)-956/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunması, iddia tələbinin qismən təmin edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış əsasında Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olan, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh4 satılmasına dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış və reyestrdə 4Ə-1154 nömrəsi ilə qeydə alınmış 2023-cü il 31 avqust tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 adına 2023-cü il 11 sentyabr tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində **********59 nömrə ilə aparılmış qeydin ləğv edilməsi qət edilmişdir (sədrlik edən hakim – M.Mustafayev, hakimlər F.Mehtiyev və R.Muradov).

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi üçün zəruri tədbirlər görməlidir. Halbuki, iddiaçı iddia ərizəsind ə 2023-cü il 31 avqust tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını əsaslandırdığı halda, yalnız xahiş hissəsində “ləğv” ifadəsindən istifadə etmiş, birinci instansiya məhkəməsi isə bu ziddiyyəti aradan qaldırmadan və iddia tələbini dəqiqləşdirmədən iddianı rədd etmişdir ki, bu da prosessual normaların pozulması kimi qiymətləndirilmişdir.

27. Həmçinin məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı 2022-ci il 14 iyun tarixli Qərardadının 13-17-ci bəndlərinə, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddəl ərinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinadən qeyd etmiş və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iş materialları, təqdim edilmiş sübutlar və tərəflərin izahatları ilə təsdiq olunur ki, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha torpaq sahəsi 2007-ci il tarixdə alqı-satqı yolu ilə iddiaçıya satılmış, həmin vaxtdan iddiaçının həbs edilməsinə qədər onun istifadəsində olmuşdur. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh2 iddiaçının onun hərbi xidmətdə olmasından, anasının şəkər xəstəsi olmasından istifadə edərək 600 manat müqabilində torpaq sahəsini icarəyə götürməsi, iddiaçının onun anasını aldadaraq 2500 manat qeyd olunan müqavilədə imza etdirməsini, həmin müqavilənin onların həqiqi iradə ifadə etməyini bildirmişdir.

28. Bununla bağlı kollegiya qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqavilələri onların razılaşdırılmış iradə ifadəsi əsasında bağlanması müəyyən olunur. Belə ki, iddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 öz iradələri əsasında notariat kontoruna müraciət etməklə, daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə bağlamaq istəklərini nümayiş etdirmişlər. Həmin müqavilədə MM-in 648-650-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri izah olmuş, tərəflər isə müqavilə şərtləri, həmçinin obyektin qiyməti ilə razılaşaraq müqavilələri imzalamışdır.

29. Həmçinin məhkəmə bildirmişdir ki, Cavabdeh2 iddiaçının onun hərbi xidmətdə olmasında istifadə edərək icarə müqaviləsi əvəzinə alqı-satqı müqaviləsinin bağlandığını iddia etsə də iş materia llarında olan 2007-ci il 6 sentyabr tarixli ərizənin surətindən görünür ki, Cavabdeh2 anası Cavabdeh1 məhz torpağın satılmasına icazə vermişdir. Həmin ərizə isə 2005 nömrəli Hərbi hissənin Sərhəd zastavasının rəisi Ş.Qurbanov tərəfindən təsdiq edilmişdir.

30. Göründüyü kimi cavabdeh tərəf mübahisəli torpaq sahəsini iddiaçıya satmadıqlarını bildirsələr də, bu iş materialları ilə təkzib edilmişdir.

31. Belə ki, 2007-ci il 27 noyabr tarixli 4Ə-04-414 nömrəli notariat işinin təsdiqli surətində olan alqı-satqı müqaviləsindən və ərizədən görünür ki, Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0.325 ha (MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış) torpaq sahəsi Cavabdeh1 və Cavabdeh3 tərəfindən iddiaçıya satılmış, Cavabdeh2 satılmasına etiraz etməmişdir. Həmin alqı-satqı müqaviləsində im zaların da, qeyd edilən şəxslərə məxsus olması ekspert rəyi ilə təsdiqin tapmışdır. Bu baxımdan məhkəmə kollegiya cavabdehlərin həmin dəlilini əsassız hesab etmişdir.

32. Məhkəmə MM-in 339.2, 339.3-cü maddələrinə istinadən qeyd etmişdir ki, Cavabdeh2 iddiaçının onları aldadaraq alqı-satqı müqaviləsi bağlamasını iddia etsə də həmin cavabdehlər tərəfindən müqavilə indiyədək mübahisələndirilməmişdir.

33. Məhkəmə kollegiyası Cavabdeh4 vicdanlı alıcı olması ilə bağlı qeyd etmişdir ki, Cavabdeh4 və onun atası İmdat Muxtarovun iddiaçı və digər cavabdehlərlə həmkəndli olması işin mübahisəsiz halıdır. Həmçinin, mübahisəli torpaq sahəsinin 2007-ci ildən iddiaçının istifadəsində olması ilə bağlı Cavabdeh4 atası İmdat Muxtarovun məlumatı olmuşdur. Belə ki, məhkəmə iclasında izahat verən zaman İmdat Muxtarov torpaq sahəsinin əvvəllər iddiaçı tərəfindən istifadə edildiyini həmkəndlilərindən bildiyini, Cavabdeh2 torpağı satdığını kənd əhalisindən eşitdiyini bildmişdir.

34. Beləliklə, iş üzrə tərəflər həmkəndli olduğundan həmin torpaq sahəsinin satılması və iddiaçının istifadəsində olması ilə bağlı Cavabdeh4 məlumatlı olmuşdur. Həmçinin Cavabdeh2 məhkəmə iclasında izahatında bildirmişdir ki, torpaq sahəsi qanuni çıxarışla onların adına olmuşdur. Həmçinin torpaq sahəsini Cavabdeh4 satdıqları zaman onun borcu olduğu üçün həmin torpaq sahəsinin üzərində həbs olmuşdur. Daha sonra o, borcunu ödəyərək torpaq sahəsi üzərindən həbsi götürdükdən sonra alqı-satqı etmişdir. Cavabdehin nümayəndəsi (atası) X3 torpaq sahəsini aldıqdan sonra istifadə etməməyinə səbəb həmin torpaq sahəsinin üzərinə həbs qoyulması olmuşdur.

35. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2018-ci il tarixli qərarına istinadən “vicdanlı alıcı” məsələsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh4 “vicdanlı əldə edən” hesab etmək olmaz.

36. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 7 oktyabr 2004-cü il tarixli “S.N.Məmmədovanın şikayəti üzrə…” Qərarına, habelə 15 sentyabr 2014-cü il tarixli “H.Cəfərovun şikayəti üzrə…” Plenum Qərarına istinadən qeyd etmişdir ki, Cavabdeh4 mübahisəli torpaq sahəsinin iddiaçının istifad əsində olmasından məlumatlı olmuş, yalnız digər Cavabdeh2 torpağı icarəyə verməsi barədə dediklərini əsas gətirərək torpağı aldığını bildirmişdir.

37. Məhkəmə kollegiyası Cavabdeh4 nümayəndəsinin dediklərini tam inandırıcı hesab etməsə də, qeyd etmişdir ki, Cavabdeh4 mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu bildiyi halda lazımi ehtiyatlılıq göstərərək torpağın hansı əsaslarla iddiaçının istifadəsində olmasını dəqiqləşdirə bilərdi.

38. Digər tərəfdən, Cavabdeh4 nümayəndəsi torpaq sahəsindən istifadə edilməməsinin səbəbini onun üzərində həbsin mövcud olması ilə izah etsə də, bu izahat torpaq sahəsi satılmamışdan əvvəl həbsin götürüldüyünü bildirən Cavabdeh2 izahatı ilə ziddiyyət təşkil etmişdir.

39. Məhkəmə kollegiyası həmin ziddiyyəti nəzərə alaraq, Cavabdeh4 mübahisəli torpaq sahəsinə münasibətdə özünü vicdanlı alıcı kimi təqdim etməsini qeyri-səmimi və inandırıcı hesab etməmişdir.

40. Məhkəmə öz mövqeyini MM-in 140, 146.1, 149.2, 324.1, 324.5, 324.6, 337.1, 337.2, 337.4, 337.5, 567-ci maddələrinə, MPM-in 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh3, N,Əliyev, Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərək işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

42. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, MM-in 152, 421-ci maddələri üzrə - apellyasiya məhkəməsi qeyd olunan qanun normalarının şərtlərini nəzərə almamış və Cavabdeh3 hüquqlarının pozulmasına səbəb olmuşdur.

43. Cavabdeh həmçinin kassasiya şikayətində MPM-in 77.1, 88, 217.3-cü maddələrinə istinad etmişdir. 44. “Azərbaycan Respublikası Mülki Məcələsinin 399, 421.3, 423.2, 424.3 və 447–ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023–cü il tarixli qərarı üzrə - Apellyasiya instansiyası məhkəməsi qeyd olunan qərarda formalaşdırılmış hüquqi mövqeyə ümumiyyətlə qiymət verməmiş və həmin mövqeyə zidd nəticəyə gəlmişdir. Halbuki hazırkı iş üzrə mübahisələndirilən müqavilədə iddiaçı müqavilənin tərəfi deyildir, bu isə onun müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını göstərir. Qanunveri ciliyin tələbinə görə isə müqavilənin ləğvi yalnız müqavilə tərəfləri arasında mümkündür

45. Bundan başqa Cavabdeh3 kassasiya şikayətinin digər məsələlər hissəsində qeyd etmişdir ki, müqavilənin etibarsızlığı üçün əsas şərt onun hüquqi qüvvəyə minməməsidir. Halbuki mübahisələndirilən 2023-cü il 31 avqust tarixli, 4Ə-1154 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsin adına dövlət reyestrindən çıxarış verilmiş, bununla da müqavilə hüquqi qüvvə qazanmışdır. Bu hal iş üzrə müqavilənin ləğvi ilə etibarsızlığı arasındakı fərqin düzgün nəzərə alınmadığını göstərir. İddiaçının istinad etdiyi 2007-ci il 27 noyabr tarixli sənəd cavabdehlərin həqiqi iradəsini əks etdirməmişdir, çünki onların torpaq sahəsini satmaq niyyəti olmamış, əmlak yalnız müvəqqəti istifadə (icarə) üçün verilmişdi r. Həmin sənəd dövlət qeydiyyatına alınmamış, icra olunmamış və bu səbəbdən hüquqi nəticə doğurmamışdır. Nəticə etibarilə iddiaçının mülkiyyət hüququ yaranmamış və onun özünü əmlak sahibi kimi təqdim etməsi üçün hüquqi əsas mövcud olmamışdır. Bundan başqa, torpaq sahəsi son uzun müddət ərzində iddiaçının faktiki istifadəsində olmamışdır. Əgər istifadə mövcud olsaydı, torpaq sahəsi üzərində mövcud olmuş həbs barədə iddiaçı məlumatlı olar və onun aradan qaldırılması üçün mülkiyyətçilərə müraciət edərdi. Həbsin isə alqı-satqı müqaviləsi bağlanan vaxta qədər götürüldüyü məhkəməyə bildirilsə də, bu hal apellyasiya instansiyası tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasını dəstəkləmək məqsədilə prosessual zərurət olmadan reyestr orqanına so rğu göndərmiş, əsaslandırılmadan şahid dindirilməsini təmin etmiş, iddiaçının torpaq sahəsindən uzun müddət istifadə etmədiyi barədə izahatlarına isə qiymət verməmişdir. Bu isə məhkəmənin qərəzsizlik və tərəflərin bərabərliyi prinsiplərini pozması ilə nəticələnmişdir. Mülkiyyət hüququnun yalnız dövlət qeydiyyatına əsasən yarandığı nəzərə alınmaqla, qeydiyyatsız sənəd iddiaçıya hüquqi status qazandırmır və iddia tələbi hüquqi əsasdan məhrumdur.

46. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən iddianın predmetindən kənara çıxmış, iddiaçı tərəfindən bu barədə hər hansı ərizə verilmədiyi halda belə, birtərəfli yanaşma nümayiş etdirmişdir. İşin həqiqi halları hərtərəfli araşdırılmamış, səthi yanaşma ilə iddiaçının maraqlarını təmin edən qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı tər əf torpaq vergisinin iddiaçı tərəfindən ödənildiyini bildirsə də, bu halı təsdiq edən heç bir sübut təqdim edilməmiş, apellyasiya kollegiyası isə sübutların araşdırılması üçün hər hansı tədbir görməmişdir. Eyni zamanda, iddiaçının özü 2015-ci ildən sonra torpaq sahəsindən istifadə etmədiyini məhkəmə iclasında açıq şəkildə etiraf etmişdir. Buna baxmayaraq, apellyasiya icraatının əvvəlki iclaslarında şahid dindirilməsi ilə bağlı vəsatət verilmədiyi halda, sonradan təqdim edilən şahidin əsassız olaraq dindirilməsi təmin edilmiş, qətnamədə isə şahidin məhkəmədə səsləndirmədiyi ifadələr onun adına yazılmışdır. Bu hallar apellyasiya instansiyası məhkəməsinin obyektivlik, qərəzsizlik və tərəflərin bərabərliyi prinsiplərini pozaraq iddiaçının maraqlarına xidmət etdiyini açıq şəkildə göstərir. b) K assasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

49. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna to xunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

50. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

51. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

52. Maddə 144.3. Notariat qaydasında təsdiqlədikdən sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə bu məcəllə ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdir ən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz iləbirlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir (30 sentyabr 2011-ci il tarixli 201-İVQD nömrəli Qanunla dəyişiklik edilənədək olan redaksiya).

53. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

54. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

55. Maddə 336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.

56. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

57. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

58. Maddə 425.2. Öh dəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

59. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

60. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

61. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

62. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

63. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Məhkəmə kollegiyası, qətnaməni Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlı dır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha torpaq sahəsi 2007-ci il tarixdə alqı-satqı yolu ilə iddiaçıya satılmış, həmin vaxtdan iddiaçının həbs edilməsinə qədər onun istifadəsində olmuşdur. Tərəflər arasında alqı-satqı müqavilələri onların razılaşdırılmış iradə ifadəsi əsasında bağlanmışdır. Belə ki, iddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 öz iradələri əsasında notariat kontoruna müraciət etməklə, daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə bağlamaq istəklərini nümayiş etdirmişlər. Həmin müqavilədə MM-in 648-650-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri izah olmuş, tərəflər isə müqavilə şərtləri, həmçinin obyektin qiyməti ilə razılaşaraq müqavilələri imzalamışdır. Həmçinin Cavabdeh2 anası Cavabdeh1 məhz torpağın satılmasına icazə vermişdir. Həmin ərizə isə 2005 nömrəli Hərbi hissənin Sərhəd zastavasının rəisi Ş.Qurbanov tərəfindən təsdiq edilmişdir. Bundan başqa, həmin alqı-satqı müqaviləsində imzaların da, qeyd edilən şəxsl ərə məxsus olması ekspert rəyi ilə təsdiqini tapmışdır.Beləliklə, cavabdeh tərəf mübahisəli torpaq sahəsini iddiaçıya satmadıqlarını bildirsələr də, bu iş materialları ilə təkzib edilmişdir.

74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdeh Əliyevlərin dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

75. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərin ə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

76. Hüquqi məsələlərlə bağlı məhkəmə tərkibi qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik daşınmaz əşyanı notarial müqavilə əsasında əldə edən tərəfin hüquqları ilə bağlı bir sıra normalarda tənzimləmələr aparmışdır.

77. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (§ 53).

78. Həmin Məcəllənin 144.3-cü maddəsinə (iddiaçının müqavilə bağladığı tarixdə qüvvədə olan redaksiyasına) görə, notariat qaydasında təsdiqlədikdən sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə bu məcəllə ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir (§ 52).

79. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxs in bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır (§ 63).

80. Mülki Məcəllənin 336-cı maddəsində göstərilir ki, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.

81. O da nəzərə alınmalıdır ki, daşınmaz əşya notarial müqavilə əsasında bir şəxsə satıldıqdan sonra eyni əşyanın həmin satıcı tərəfindən hüquq əldə edənin iradəsi xaricində yenidən başqa şəxsə satılması, müqavilə öhdəliklərinə və vicdanlı davranış qaydasına uyğun hərəkət sayıla bilməz.

82. Mülki Məcəllənin 425-ci maddəsi tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə laz ımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (§ 57-58).

83. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şə xsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

84. İşdən görünür ki, cavabdeh Əliyevalar, mübahisəli torpaq sahəsini Cavabdeh2 razılığı ilə xx.xx.2007-ci ildə İddiaçı satdıqdan və sahibliyinə təqdim etdikdən 16 il sonra sonuncunun iradəsi xaricində eyni sahəni Cavabdeh4 satmışlar. Apellyasiya məhkəməsi onu da müəyyən etmişdir ki, tərəflər həmkəndli olduqlarından torpaq sahəsinin satılması və iddiaçının ist ifadəsində olması ilə bağlı Cavabdeh4 da məlumatlı olmuşdur.

85. Diqqəti cəlb edən digər hal odur ki, apellyasiya məhkəməsinin qətnaməsindən Cavabdeh4 şikayət verməmişdir. Kassasiya şikayəti ilə Ali Məhkəməyə satıcılar Cavabdeh3 və Cavabdeh1, eləcə də satışa notarial razılığını vermiş Cavabdeh2 müraciət etmişlər.

86. Mövcud vəziyyətdə həmin şəxslərin hərəkətləri vicdanlı davranış və dürüstlük qaydası ilə uzlaşmır. Çünki, torpaq sahəsini iddiaçıya sataraq təhvil verdikdən 16 il sonra öz öhdəliklərinə zidd hərəkət edərək əşyanı başqa şəxsə satmaları, üstəlik həmin satışı keçərli saymayan məhkəmə qərarını məhz onların mübahisələndirmələri iddiaçının güvənmiş olduğu əvvəlki rəftara zidd şəkildə hüququn həyata keçirilməsi kimi qiymətləndirilməli və hüquqdan sui-istifadə sayılmalıdır. Hüquqdan s ui-istifadə qadağasının pozulmasının nəticələri isə qanunvericilikdə aydın göstərilmişdir.

87. Mülki Məcəllənin 16.1-ci və 560-cı maddələrinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (§ 48, 59-61).

88. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, kassa siya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

89. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 12 avqust tarixli, 2(104)956/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar