Məhkəmə qərarları › İş №2-2(1-8)-75/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-75/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(1-8)-75/2026 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il 14 yanvar tarixli 2-2(103)-1206/2025 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında ba xılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 8 sentyabr tarixli qətnaməsi ilə İddiaçı MMC-nin (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı borcun ödənilməsi tələbinə dair iddia tələbinin qismən təmin olunması, cavabdеhdən ƏDV daxil 205.283,93 manat borc məbləği, 10.264 manat dəbbə pulu, cəmi 215.547,93 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 800 ABŞ dolları və dövlət rüsumunun əvəzi olaraq 506 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim G.Namazova).

2. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Bakı Apel lyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 10 dekabr tarixli, 2-2(103)-1206/2025 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-22(113)-4166/2025 nömrəli iş üzrə 2025-ci il 8 sentyabr tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 7 noyabr tarixli qərardadının ləğv olunması, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətin qeyri-mümkün hesab edilməsi və işin apellyasiya baxışından çıxarılaraq, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi, apellyasiya şikayəti vermək üçün ödənilmiş 253,60 manat dövlət rüsumunun cavabdehə geri qaytarılması qərara alınmışdır.

4. Cavabdeh 2026-cı il 7 yanvar tarixdə həmin qərardaddan kassasiya şikayəti və bura xılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadının elektron məhkəmə sisteminə yüklənməsi barədə bildiriş elektron məhkəmə sisteminin “bildirişlər” bölməsinə daxil edilməmişdir. Həmçinin bayram günləri ərzində texniki nasazlıq səbəbindən kassasiya şikayəti elektron məhkəmə sisteminə yüklənə bilməmişdir. Bu səbəbdən prosessual qənaət prinsipi baxımından buraxılmış prosessual müddət bərpa edilməlidir. Bu halda müddətin bərpa edilməməsi hüququn formal yanaşma ilə məhdudlaşdırılmasına səbəb olar.

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il 14 yanvar tarixli 2-2(103)-1206/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməm iş və Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 10 dekabr tarixli 2-2(103)-1206/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər E.Həsənov və Z.Şirinov).

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin materiallarında olan (i/v 188) “Məhkəmə sənədlərininin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 10 dekabr tarixli 2-2(103)-1206/2025 nömrəli qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2025-ci il 11 dekabr tarixdə, saat 14: 33-də Cavabdeh MMC-yə məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir.

8. Həmçinin, işin materiallarında olan (i/v 189) “Məhkəmə sənədlərininin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 10 dekabr tarixli 2-2(103)-1206/2025 nömrəli qərardadı MPM-in 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2025-ci il 11 dekabr tarixdə, saat 14:33-də cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, cavabdehin nümayəndəsi və vəkilinin təsdiq edilmiş elektron ünvanı (email) vardır (Elektron ünvan ). Nümayəndənin apellyasiya instansiyası məhkəməsində cavabdehi təmsil e tmə səlahiyyətinə malik olmasına dair müvafiq etibarnamə və order iş materiallarına əlavə edilmişdir.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin kassasiya şikayəti 2026-cı il 7 yanvar tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Belə ki, şikayət etmə müddəti cavabdehə münasibətdə 2025-ci il 22 dekabr tarixdə bitdiyi halda, kassasiya şikayəti 2026-cı il 7 yanvar tarixdə verilmişdir.

10. Məhkəmə kollegiyası cavabdehin ərizəsindəki dəlillərə münasibətdə qeyd etmişdir ki, cavabdeh bayram günləri ərzində texniki nasazlıq səbəbindən kassasiya şikayətinin elektron məhkəmə sisteminə yüklənə bilmədiyini bildirsə də, qərardaddan şikayət vermə müddəti bayram günlərindən öncə, yəni 2025-ci il 22 dekabr tarixdə bitmişdir. Eyni zamanda c avabdeh texniki nasazlıqla bağlı yaranmış problemi təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh məhkəmə aktının elektron məhkəmə sisteminin “bildirişlər” bölməsinə daxil edilmədiyini bildirsə də, iş materiallarında olan (i/v 188 və 189) “Məhkəmə sənədlərininin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan məhkəmə qərardadının 2025-ci il 11 dekabr tarixdə, saat 14:33də tərəflərin şəxsi elektron kabinetinə yerləşdirilməsi öz təsdiqini tapır.

12. Bu baxımdan kollegiya hesab etmişdir ki, ərizəçinin istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Ona görə də, ərizə təmin edilməməli və kassa siya şikayəti MPM-in 405.0.2-ci maddəsində göstərilən müddətdə verilmədiyinə görə həmin Məcəllənin 408.1, 408.1.4-cü maddələrinə əsasən geri qaytarılmalıdır.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MPM-in 133.1-133.6, 135.5, 135.8, 404-1.1, 404-1.2, 405.0.2-ci maddələrinə istinadən əsaslandırmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın tamamilə ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Azərbaycan Respublikası Konstitusiyasının 60.3-cü maddəsi üzrə - tərəfindən 2025-ci il 10 dekabr tarixdə təxir vəsatəti elektron məhkəmə sisteminə yüklənərək, səhhətində yaranmış problemlə əlaq ədar məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Lakin məhkəmə sözügedən vəsatəti təmin etməyərək dinlənilmək hüququnu pozmuşdur.

16. MPM-in 185.3-cü maddəsi üzrə - məhkəmə vəsatəti araşdırmadan və əsaslandırılmış mövqe bildirmədən rədd etməklə tərəflərin bərabərliyi prinsipini, cavabdehin prosessual hüquqlarının reallaşmasını faktiki olaraq imkansızlaşdırıb və müdafiə hüququnu məhdudlaşdırıb. Əgər dinlənilmə hüququ təmin edilsəydi, apellyasiya şikayəti üzrə öz hüquqi mövqeyini şifahi şəkildə əsaslandıra, sübutları təqdim edə və məhkəmənin diqqətinə çatdıra bilərdi. Bu isə birbaşa ədalətli məhkəmə araşdırmasının fundamental prinsipi olan “audi alteram partem” (“digər tərəfi də dinlə”) prinsipinin pozulmasıdır.

17. Məhkəmə qərardadının elektron məhkəmə sisteminə yüklənməsi barədə b ildiriş elektron məhkəmə sisteminin “bildirişlər” bölməsinə daxil edilməmişdir. Həmçinin, bayram günləri ərzində texniki nasazlıq səbəbindən kassasiya şikayəti tərəfindən elektron məhkəmə sisteminə yüklənə bilməmişdir. Bu səbəbdən hesab edir ki, prosessual qənaət prinsipi baxımından buraxılmış prosessual müddət bərpa edilməlidir. Bu halda müddətin bərpa edilməməsi hüququn formal yanaşma ilə məhdudlaşdırılmasına səbəb olar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

19. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müva fiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Po çt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı v ə 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;” “Maddə

408. Kassasiya şikayətinin qaytarıl ması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassa siya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

22. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

23. Kassasiya şikayətində göstərilən dəlillər də əsaslı hesab edilə bilməz.

24. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas hesab etmir və bildirir ki, həm prosessual müddətlərin hesablanması, həm də MPM-in 133 və 135-ci maddələrinin tətbiq edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həm in hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

25. Dinlənilmə hüququnun pozulması ilə bağlı dəlillərə dair kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 133.2-ci maddəsinə uyğun prosessual müddətin bərpası barədə ərizəyə baxılması ilə bağlı məhkəmə iclası təyin etmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat vermişdir. Lakin tərəflər, o cümlədən ərizə vermiş cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. MPM-in qeyd olunan maddəsində müəyyən edilmişdir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 26. 2025-ci ilin 10 dekabr tarixində qəbul edilmiş qərardad isə hazırkı kassasiya şikayətinin baxış predmetini təşkil etmir. Ona görə də, həmin tarixdə keçirilmiş məhkə mə iclası barədə məlumat verilib-verilməməsinə qiymət verilməsi üçün prosessual əsaslar mövcud deyildir.

27. Bu baxımdan kollegiya qeyd edir ki, kassasiya şikayətinin həmin dəlilləri də əsassızdır.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il 14 yanvar tarixli 2-2(103)-1206/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar