Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(1-8)-71/2026 05.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X1 Məhsulları” MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbi, iddiaçı "xxxx" MMC-nin cavabdeh “X1 Məhsulları” MMC-yə qarşı pulun tutulması tələbinə dair birləşdirilmiş işlər üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı “X1 Məhsulları” MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbi, iddiaçı "xxxx" MMC-nin cavabdeh “X1 Məhsu lları” MMC-yə qarşı pulun tutulması tələbinə dair birləşdirilmiş işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 12 noyabr tarixli 2-2(103)-1135/2025 nömrəli qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya və apellyasiya instansiyası məhkəməsindəki icraat 1. (Birinci iddia) İddiaçı “X1 Məhsulları” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2024-cü il 4 iyul tarixli, 4/7/24 saylı alqı-satqı müqaviləsinin şərtlərinə və qarşılıqlı razılaşmaya əsasən iddiaçıdan aldığı diri danaların - malların dəyəri olan 125.526,50 manat məbləğində pul vəsaiti və 416 manat məhkəmə rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2. (İkinci iddia) İddiaçı Cavabdeh MMC cavabdeh “X2 Məhsulları” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Məhsulları” MMC-dən Cavabdeh MMCnin xeyrinə 126068,40 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 420 manat məbləğində pulun tutulması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 15 may tarixli 2-2(113)-3788/2025 nömrəli qərardadı ilə həmin işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır.
4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 12 avqust e-2-2(113)-3375/2025 saylı qətnaməsi ilə hər iki iddia təmin edilmişdir (hakim Z.Axundova).
5. Cavabdeh MMC apellyasiya şikayəti verərək həmin qətnamənin Cavabdeh MMCdən 2024-cü il 4 iyul tarixli alqı-satqı müqavil əsinə əsasən 125.526,50 manat, 500 manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 416 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsi və həmin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 12 noyabr tarixli 2-2(103)-1135/2025 nömrəli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Qocayev, hakimlər E.Həsənov və S.Cəfərov). b)Kassasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddiaçı “X1 Məhs ulları” MMC-nin Cavabdeh MMC-dən 125.526,50 manat məbləğində borcun, xeyrinə 126.068,40 məbləğində borcun və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 416 manat pul vəsaitinin məcburi qaydada tutularaq iddiaçının hesabına ödənilməsi hissəsində ləğv edilməsi, həmin iddia tələbinin təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
8. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(1-8)-71/2026 nömrəli, 2026-cı il 11 fevral tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.
9. Kassasiya baxışı zamanı 2-2(1-8)-71/2026 nömrəli iş üzrə "xxxx" MMC-nin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış 2026-cı il 16 fevral tarixli ərizədə "x xxx" MMC tərəfindən hazırki iş üzrə verilmiş kassasiya şikayətindən imtina edildiyi bildirilmiş və həmin imtinanın qəbul edilərək kassasiya icraatına xitam verilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdiril məsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiada n imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.” “Maddə
410. Kassasiya şikayətindən imtina edilməsi 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3. Kassasiya instansiyasında icraata xit am verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası MPM-nin 410-cu maddəsinin tələblərinə əsaslanaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir. Şikayətdən imtina şikayət verən şəxsin öz tələbindən maddi-hüquqi mənada imtina etməsini, yəni məhkəmə qərarı ilə razılaşmasını nəzərdə tutur. Məhz bu baxımdan mülki prosessual qanunvericilik şikayətdən imtina etmiş şəxsin şikayətlə məhkəməyə təkrar müraciət etməsinə yol vermir.
12. Kollegiya Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətindən imtina barədə 2026-cı il 16 fevral tarixli ərizəyə yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından qiymət ve rərək hesab edir ki, şikayətdən imtinanın qəbul edilməməsi üçün MPM-nin 410.2-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından, imtina qəbul edilməli və Cavabdeh MMC-nin şikayətinə münasibətdə kassasiya icraatına xitam verilməlidir.
13. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 410 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: "xxxx" MMC-nin kassasiya şikayətindən imtinası qəbul edilsin. Hazırki iş üzrə "xxxx" MMC-nin kassasiya şikayətinə münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.