Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1829/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İsgəndərov Ruslan Nazimoviçin cavabdehlər cavabdeh3, İsgəndərova Sevinc Nazim qızına və cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X9 ibarət tərkibdə, iddiaçı İsgəndərov Ruslan Nazimoviçin cavabdehlər cavabdeh3, İsgəndərova Sevinc Nazim qızına və cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı Ruslan İsgəndərov (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İsgəndərov Nazim Vəli oğlu İsgəndərova Afər Taftıq qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından üç övladları İsgəndərov Ruslan Nazimoviç (əvvəlki adı İsgəndərov Arzu Nazim oğlu), İsgəndərov Rafiq Nazim oğlu və İsgəndərov Azat Nazim oğlu doğulmuşdur.
2. ## ######## 1997-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X5 rayonu, Slavyanka kəndində yerləşən ona Gədəbəy rayon Dövlət Texniki inventarlaşdırma bürosunun verdiyi qeydiyyat vəsiqəsi əsasında ona məxsus yaşayış evini İsgəndərova Afər Taftıq qızının anası X6.
3. Afər İsgəndərova ilə Nazim İsgəndərovun nikahı pozulmuş və Nazim İsgəndərov cavabdeh3 ilə 1999-cu ildə ailə qurmuşdur. Ailə qurduğu tarixdən onlar Solmaz Sarıyevaya məxsus Slavyanka kəndində qeyd olunan evdə yaşamış, onların İsgəndərova Sevinc Nazim qızı və cavabdeh2 adlı iki uşağı doğulmuşdur.
4. Hazırkı vaxtadək cavabdeh3 övladları ilə birlikdə Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Nazim İsgəndərov tərəfindən tikilmiş mübahisəli evdə yaşayırlar.
5. İsgəndərov Nazim Vəli oğlu ##.##.2018-ci il tarixdə ölmüşdür.
6. ##.##.2002-ci ildə X6 vəfat etmiş, bundan sonra İsgəndərov Nazim Vəli oğlu maraqlı şəxs DƏDRX-in Şəmkir Ərazi İdarəsinə qarşı mülkiyyət hüququ üzrə yaşayış evinə sahiblik, ondan istifadə və barəsində sərəncam vermək faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin *-***/**** nömrəli, ## #### 2007-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Gədəbəy rayonunun Slavyanka kəndində mərhum X6 adına qeyd edilmiş 0,25 ha həyətyanı torpaq sahəsində yerləşmiş ümumi sahəsi 662 kv.m. olan yaşayış evinə görə İsgəndərov Nazim Vəli oğlunun mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahibliyi, ondan istifadə etməsi və onun barəsində sərəncam verməsi faktı müəyyən edilmiş, həmin yaşayış evinə İsgəndərov Nazim Vəli oğlunun mülkiyyətçi tanınması və həmin yaşayış evinə görə İsgəndərov Nazim Vəli oğluna Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinin AR DƏDRX-nin Şəmkir Rayon Ərazi idarəsinin Gədəbəy rayon şöbəsinə tapşırılması qət edilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qərardadı ilə həmin qətnamədən İsgəndərov Ruslan Nazimoviç tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin *-***/**** nömrəli, ## #### 2007-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə DƏDRXnin ** saylı Ərazi İdarəsi tərəfindən mərhum İsgəndərov Nazim Vəli oğlunun adına Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87,5 kv.m. yaşayış, 577,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə dair verilmiş ##.##.2007-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilmiş, həmin çıxarış əsasında İsgəndərov Nazim Vəli oğlundan qalmış miras əmlak hesab edilən – Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87,5 kv.m. yaşayış, 577,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə dair Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, reyestrdə 2V-22, 2V-23, 2V-23, 2V25 və 2V-26 № ilə qeydə alınmış X1 hüququ haqqında şəhadətnamələr ləğv edilmişdir.
8. X1 Hüququ Haqqında ##.##.2025-ci il tarixli şəhadətnamədən görünür ki, vərəsəliyi anası X6 qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən ##.##.2024-cü ildə vəfat etmiş İsgəndərova Afər Taftıq qızının ##.##.2002-ci il tarixdə vəfat etmiş anası X6 vərəsəsi nəvəsi İsgəndərov Ruslan Nazimoviçdir. Bundan sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121 kv.m. olan fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi ##.##.2025-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Ruslan İsgəndərovun adına qeydə alınmışdır.
9. Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Slavyanka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin *-**/*-**/**** saylı ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Gədəbəy rayonu, Slavyanka kənd sakini cavabdeh3 Slavyanka kənd sakini mərhum İsgəndərov Nazim Vəli oğlu ilə 1999-cu il tarixdə ailə qurmuşdur. Ailə qurduğu tarixdən Slavyanka kəndində qeyd olunan ünvanda mərhum əri ilə birgə yaşamış, hər iki övladı Slavyanka kəndində anadan olmuş, onlar orada bağçaya və məktəbə getməklə böyümüşlər. Yaşadıqları evi birgə nikah dövründə inşa etdirmişlər. Hazırda cavabdeh3 övladları ilə birlikdə həmin evdə yaşayır. Məktubda qeyd olunan məlumatlar qonşular arasında aparılan sorğular zamanı müəyyən edilmişdir. Sorğuların aparılması ilə akt tərtib olunmuşdur.
10. Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Slavyanka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş ##.##.2026-cı il tarixli Aktda qeyd edilmişdir ki, Gədəbəy rayonu Slavyanka kənd sakini cavabdeh3 Slavyanka kənd sakini mərhum İsgəndərov Nazim Vəli oğlu ilə 1999-cu il tarixdə ailə qurmuşdur. Ailə qurduğu tarixdən Slavyanka kəndində qeyd olunan mərhum əri ilə birgə yaşamış, hər iki övladı Slavyanka kəndində anadan olmuş, onlar orada bağçaya və məktəbə getməklə böyümüşlər. Yaşadıqları evi birgə nikah dövründə inşa etdirmişlər. Hazırda cavabdeh3 övladları ilə birlikdə həmin evdə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı İsgəndərov Ruslan Nazimoviçin (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil cavabdehlər cavabdeh3, İsgəndərova Sevinc Nazim qızına və cavabdeh2 (bundan sonra cavabdeh, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3, Sevinc İsgəndərovanın və cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, Gədəbəy rayonu. Slavyanka kəndində (Yeni qaydalarla: ünvan 1 ünvanında) yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası İsgəndərov Nazim Vəli oğlu anası İsgəndərova Afər Taftıq qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından üç övladı olmuşdur: o, İsgəndərov Ruslan Nazimoviç (əvvəlki adı İsgəndərov Arzu Nazim oğlu), qardaşları İsgəndərov Rafiq Nazim oğlu və İsgəndərov Azat Nazim oğlu. Anası İsgəndərova Afər Taftıq qızının anası, yəni onun ana nənəsi X6 adına Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 2001-2005-ci illərə dair Slavyanka kənd İƏD üzrə nümayəndəliyin ** saylı təsərrüfatbaşına kitabının 477-ci şəxsi hesabında 0,25 ha həyətyanı torpaq sahəsi və 1986-cı ildə tikilmiş ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 36 kv.m olan yaşayış evi qeyd edilmişdir. X6 Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən evini ona vəsiyyət etmişdir. Həmçinin sözügedən mülkə faktiki olaraq o, sahiblik etmişdir. Bunun nəticəsidir ki, həmin evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə onun mülkiyyətinə verilmişdir. Bu barədə keçmiş Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən adına ##.##.2006-cı il tarixli, JN-602D KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. O, Gədəbəy rayonu. Slavyanka kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə çıxarış almaq üçün ** saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, idarənin əməkdaşları ## ###### 2023-cü ildə əraziyə gəlmiş, lakin orada cavabdehlər ölçmə işlərinə maneələr yaratmışdır. ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən bu barədə ##.##.2023-cü il tarixli məktub verilmişdir. Bundan sonra o, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə JN-602D KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında onun mülkiyyətinə verilmiş, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına cavabdehlər Sevinc İsgəndərovanın və cavabdeh2 yaratdığı maneələrə (ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, sözügedən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən onun adına ##.##.2025-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Eləcə də, adına fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Fərdi yaşayış evinin ümumi sahəsi 121 kv.m, torpaq sahəsinin ölçüsü isə 0,25 hektardır. Hazırda Sevinc İsgəndərova, cavabdeh2 və onların anası cavabdeh3 ona məxsus fərdi yaşayış evindən çıxmırlar. Torpaq sahəsini isə əkib becərmişlər. Bu isə onun mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir.
13. Məhkəmə iclasında cavabdeh cavabdeh3 iddia tələbini qəbul etməyərək izahat verərək bildirmişdir ki, İsgəndərov Nazim Vəli oğlu ilə ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların Sevinc İsgəndərova və cavabdeh2 adından övladları olmuşdur. İddiaçı Nazimin ondan əvvəl qurduğu ailəsindən doğulmuşdur. 28 ildir ki, o sözügedən evdə yaşayır. Bütün cavanlığı həmin evdə keçmişdir. Qızları həmin evdə böyümüşdür. Əri Rusiya vətəndaşı olduğu üçün evi onun adına sənədləşdirmək mümkün olmayıb, həmin ev qayınanasının adına sənədləşib, daha sonra qaynanası ilə aralarında narazılıq olmuşdur deyə, evi Ruslanın adına sənədləşdirmişdir. Əri hal-hazırda yaşasaydı, onların həmin evdən çıxarda istəməzdi. Əri rəhmətə gedəndə övladları heç atalarının yas mərasiminə belə gəlməmişdir. Artıq neçə illərdir ki, məhkəmə mübahisələri gedir. Onların məhəllədə iki evi var. Evin birində hal-hazırda o və qızları yaşayır, digərində isə yaşayış yoxdur. Yaşayış olmayan evin sadəcə qapısı və pəncərəsi var. Həmçinin həmin evdə nə qaz, nə də işıq sistemi var. Sözügedən evi əri Nazim onlar evləndikdən sonra inşa etmişdir. Nazimin birinci yoldaşından olan övladları Rusiya vətəndaşıdır. Əsas məqsədləri onları həmin evdən çıxardıb, evi dəyər-dəyməzə satmaqdır. İddiaçı evi satmasa belə, o, həmin evdə yaşayası deyildir. İddiaçının Rusiyada şəxsi evləri var. Lakin onların bu evdən başqa qalmağa yeri yoxdur.
14. Məhkəmə iclasında cavabdehlər Sevinc İsgəndərova və cavabdeh2 cavabdeh cavabdeh3 ilə eyni məzmunlu izahat vermişlər.
15. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddianın təmin edilməsi, Sevinc İsgəndərova, cavabdeh2 və cavabdeh3 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində ##.##.2025-ci il tarixdə, **********s qeydiyyat nömrəsi ilə Ruslan İsgəndərovun adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Gədəbəy rayonu, Slavyanka kəndində (Yeni qaydalarla: ünvan 2 ünvanında) yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mərhum atası İsgəndərov Nazim Vəli oğlu anası İsgəndərova Afər Taftıq qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından üç övladları doğulmuşdur. İsgəndərova Afər Taftıq qızının anası, yəni iddiaçının nənəsi X6 adına Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 2001-2005-ci illərə dair Slavyanka kənd İƏD üzrə nümayəndəliyin * saylı təsərrüfatbaşına kitabının 477-ci şəxsi hesabında 0,25 ha həyətyanı torpaq sahəsi və 1986-cı ildə tikilmiş ümumi sahəsi 48 kv.m., yaşayış sahəsi 36 kv.m olan yaşayış evi qeyd edilmişdir. X6 rayonu, Slavyanka kəndində yerləşən evini iddiaçıya vəsiyyət etmişdir. Bu barədə ## #### 1999-cu il tarixdə X6 tərəfindən Gədəbəy Rayon Notariat Kontorunda onun adına vəsiyyətnamə tərtib edilmişdir. Həmin evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya verilmişdir. X6 ##.##.2002-ci il tarixdə vəfat etmişdir (işin bu halları iş materiallarında olan məhkəmə qətnamələri ilə müəyyən edilmişdir.) Bundan sonra, ünvan 1 ünvanında yerləşən hazırkı iş üzrə mübahisəli, ümumi sahəsi 121 kv.m. olan fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi ##.##.2025-ci il tarixdə, Ruslan İsgəndərovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ruslan İsgəndərov hazırda məhkəmədə iddia qaldıraraq cavabdehin ona məxsus olan fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmasını tələb edir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, İsgəndərova Afər Taftıq qızının anası, yəni iddiaçının nənəsi X6 cavabdehlər ilə hər hansı qohumluq əlaqələri yoxdur.
17. İddiaçının atası İsgəndərov Nazim Vəli oğlu ilə cavabdeh3 İsgəndərova Afər Taftıq qızından sonra ikinci dəfə ailə qurmuş və onların Sevinc İsgəndərova və cavabdeh2 adından övladları olmuşdur. Hazırda cavabdeh3, onun övladları Sevinc İsgəndərova və cavabdeh2 Ruslan İsgəndərova məxsus sözügedən fərdi yaşayış evində yaşayırlar və torpaq sahəsini istifadə edirlər. Həmin əmlaklardan cavabdehlərin hər hansı istifadə hüquqlarının olması məhkəmədə təsdiqini tapmır. Göründüyü kimi, cavabdehlərin Ruslan İsgəndərova məxsus əmlakları istifadə etməsi sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir.
18. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 228.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Cavabdehlər cavabdeh3, cavabdeh2, Sevinc İsgəndərova apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən evi cavabdeh3 əri Nazimlə birlikdə evləndikdən sonra inşa etmişlər. Nazimin birinci yoldaşından olan övladları Rusiya vətəndaşıdır. Əsas məqsədləri onları həmin evdən çıxarıb, evi dəyər-dəyməzə satmaqdır. İddiaçı evi satmasa belə o, həmin evdə yaşayası deyildir. İddiaçının Rusiyada şəxsi evləri var. Lakin cavabdehlərin bu evdən başqa qalmağa yerləri və evləri yoxdur. Onlar bu evdən çölə atıldıqları gündən evsiz-eşiksiz qalacaqlar. Onların mübahisəli evdən istifadə hüquqları var. Belə ki, əri Nazim İsgəndərov onları öz aldığı evə köçürmüş, həmin ev onun keçmiş qayınanasının adına olsa da, onun qaynanası Solmaz Sarıyevanın da onların həmin evdə yaşamaqlarına etirazı olmamışdır. O, vəfat etdikdən sonra iddiaçı həmin evi adına keçirib, illər sonra onları evdən çıxardır. Onun əri ilə birlikdə həmin evdə illərdir əməyi və zəhməti olmuşdur. Ev alınarkən hazırkı vəziyyətdə olmamışdır. Onlar birlikdə evdə əsaslı təmir işləri aparmışlar. Bu gün isə iddiaçı tərəfindən onlara heç bir kompensasiya ödənilmədən, evə çəkdikləri xərcin əvəzi ödənilmədən evdən çıxarılırlar. Onların həmin evdən istifadə hüquqları olduğu halda, məhkəmə tərəfindən evdən və torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. cavabdeh3 1999-cu ildə Nazim İsgəndərovla ailə quraraq mübahisəli evə köçmüşdür, həmin vaxtdan da mübahisəli evdə birlikdə yaşayaraq, birgə təsərrüfat idarə etmişlər və övladları da həmin evdə doğulmuşdur. Hətta cavabdeh tərəfindən evdə əsaslı təmir işləri aparılmışdır. Lakin qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə tərəfindən istinad olunan Mülki Məcəllənin 228.5-ci maddəsi isə 2000-ci il ########ın #-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr həll edilməli olduğu halda, hazırkı qətnamədə məhkəmə tərəfindən həmin normaya istinad edilməklə onların həmin evdə yaşamalarının mülkiyyətçinin razılığı ilə yol verildiyinə istinad etməklə, həmçinin cavabdehlərin mübahisəli evdən hər hansı istifadə hüquqlarının olmasının məhkəmədə təsdiqini tapmadığı və onların iddiaçıya məxsus əmlakları istifadə etmələrinin sonucunun qanunla qorunan mülkiyyət hüquqlarının pozmasına gətirib çıxarması nəticəsinə gəlmişdir. Halbuki onların mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları olmaqla, həmin ev onların vəsaitləri hesabına yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Lakin məhkəmə qeyd olunan halları nəzərə almamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2001-ci il tarixli qərarından görünür ki, 2000-ci ilin ########ın #-nə kimi yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Lakin, məhkəmə tərəfindən onun mübahisəli evdə 1999-cu ildən əri Nazim İsgəndərovun və evin keçmiş mülkiyyətçisi Solmaz Sarıyevanın razılığı ilə köçərək yaşamışlar, Solmaz Sarıyevanın ona qarşı heç vaxt evdən istifadə və evdən çıxarılma ilə bağlı heç bir tələbi olmamışdır. Solmaz Sarıyeva da, evin onun əri tərəfindən alındığını, yalnız formal olaraq onun adına rəsmiləşdirildiyini bilmişdir. O, 1999-cu ildən orada yaşayaraq, övladları isə doğulduğu vaxtdan hazırkı vaxta kimi həmin evdə yaşayaraq mübahisəli əmlakdan istifadə hüququ əldə etmişlər. Qeyd olunan normaların tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən o, Nazim İsgəndərov tərəfindən ailə üzvü kimi mübahisəli mənzilə 1999-cu ildə köçürüldüyü andan, övladları isə həmin mənzildə doğulub yaşamağa başladıqları vaxtdan onların həmin mənzilin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüquqları əmələ gəlmişdir. Belə ki, onlar mübahisəli fərdi yaşayış evinin icarədarı olan Nazim İsgəndərovun arvadı və övladları olaraq onun ailə üzvü olmuşlar. Evə köçdükləri vaxtdan heç bir qeyd şərt olmadan hazırkı vaxta qədər fasiləsiz olaraq həmin mənzildə yaşamış və birgə təsərrüfat aparmış, həmin əsasla onların mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək hüququ əmələ gəlmişdir. İddiaçı sonradan həmin mənzilə mülkiyyət hüququna dair çıxarış almış və hazırda mülkiyyətçi olaraq onları evdən çıxarmaq istəmişdir. Halbuki həmin ev hələ mülkiyyətçinin adına keçməmişdən əvvəl onların evdən istifadə hüquqları yaranmış, evin keçmiş mülkiyyətçisi və kirayəçisi olan əri Nazim İsgəndərov onlara qarşı evdən və torpaqdan çıxarma ilə bağlı tələb irəli sürməmişdir. Hazırkı vəziyyətdə onları cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən yaranmış istifadə hüquqları yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında da mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olması qeyd edilmişdir. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. Onlar də evin kirayəçisi Nazim İsgəndərovun arvadı və övladları olmaqla onun yaxın qohumu olaraq Nazim İsgəndərovun və evin keçmiş mülkiyyətçisinin razılığı ilə evə köçmüşlər və evdə yaşayırlar. Bununla da, onlar evdən istifadə hüququ əldə etmişlər.
21. Məhkəmə kollegiyasının iclasında cavabdeh, həmçinin digər cavabdehlər Sevinc İsgəndərovanın və cavabdeh2 nümayəndəsi cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o, 1999-ci ildə evlənərək mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, daha sonra həmin ünvana qeydiyyata alınmışdır. cavabdeh3 məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Solmaz iddiaçı Ruslan İsgəndərovun nənəsidir. O, 1999ci ildə evlənərək mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, uşaqları doğulduqdan sonra həmin ünvana qeydiyyata alınmışdır. Həyətdə iki ev olmuşdur. Biri hazır evi idi, digərini isə sonradan yoldaşı ilə o, təmir etdirmişlər. Onlar hazır olan evdə yaşayırdılar. İkinci evin təmiri 2003-cü ildə başlamış, 2005-ci ildə bitmişdir. Torpaq sahəsi Ruslanın adınadır. Həyat yoldaşı evi qayınanasının adına almış, daha sonra qayınanası isə evi Ruslana vermişdir.
22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Əkrəm Qəhramanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İsgəndərov Nazim Vəli oğlu iddiaçının anası İsgəndərova Afər Taftıq qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından üç övladları İsgəndərov Ruslan Nazimoviç (əvvəlki adı İsgəndərov Arzu Nazim oğlu), İsgəndərov Rafiq Nazim oğlu və İsgəndərov Azat Nazim oğlu doğulmuşdur. ## ######## 1997-ci il tarixli müqavilənin surətindən görünür ki, X5 rayonu, Slavyanka kəndində yerləşən ona Gədəbəy rayon Dövlət Texniki inventarlaşdırma bürosunun verdiyi qeydiyyat vəsiqəsi əsasında ona məxsus yaşayış evini Afər İsgəndərovanın anası X6. Bundan sonra Afər İsgəndərova ilə Nazim İsgəndərov ayrılmış və Nazim İsgəndərov cavabdeh3 ilə 1999-cu ildə ailə qurmuşdur. Ailə qurduğu tarixdən onlar Solmaz Sarıyevaya məxsus Slavyanka kəndində qeyd olunan evdə yaşamış, onların Sevinc və Sevgi adlı iki uşağı doğulmuş, hazırkı vaxtadək cavabdeh3 övladları ilə birlikdə həmin evdə yaşayırlar. ##.##.2002ci ildə X6 vəfat etmiş, bundan sonra İsgəndərov Nazim Vəli oğlu maraqlı şəxs DƏDRX-in Şəmkir Ərazi İdarəsinə qarşı mülkiyyət hüququ üzrə yaşayış evinə sahiblik, ondan istifadə və barəsində sərəncam vermək faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin *-***/**** nömrəli, ## #### 2007ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Gədəbəy rayonunun Slavyanka kəndində mərhum X6 adına qeyd edilmiş 0,25 ha həyətyanı torpaq sahəsində yerləşmiş ümumi sahəsi 662 kv.m. olan yaşayış evinə görə Nazim İsgəndərovun mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahibliyi, ondan istifadə etməsi və onun barəsində sərəncam verməsi faktı müəyyən edilmiş, həmin yaşayış evinə Nazim İsgəndərovun mülkiyyətçi tanınması və həmin yaşayış evinə görə Nazim İsgəndərova Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinin AR DƏDRX-nin Şəmkir Rayon Ərazi idarəsinin Gədəbəy rayon şöbəsinə tapşırılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qərardadı ilə həmin qətnamədən Ruslan İsgəndərov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin *-***/**** nömrəli, ## #### 2007-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin baxılmamış saxlanılması qət edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə DƏDRX-nin ** saylı Ərazi İdarəsi tərəfindən mərhum Nazim İsgəndərovun adına Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87,5 kv.m. yaşayış, 577,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə dair verilmiş ##.##.2007-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilmiş, həmin çıxarış əsasında Nazim İsgəndərovdan qalmış miras əmlak hesab edilən – Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87,5 kv.m. yaşayış, 577,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə dair Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, reyestrdə 2V-22, 2V-23, 2V-23, 2V25 və 2V-26 № ilə qeydə alınmış X1 hüququ haqqında şəhadətnamələr ləğv edilmişdir. X1 Hüququ Haqqında ##.##.2025-ci il tarixli şəhadətnamədən görünür ki, vərəsəliyi anası X6 qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən ##.##.2024-cü ildə vəfat etmiş Afər İsgəndərovanın ##.##.2002-ci ildə vəfat etmiş anası X6 vərəsəsi nəvəsi Ruslan İsgəndərovdur. Bundan sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121 kv.m. olan fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi ##.##.2025-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Ruslan İsgəndərovun adına qeydə alınmış və iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, mübahisəli ev iddiaçının nənəsi Solmaz Sarıyevaya məxsus olmuş, lakin onun sağlığında, eləcə də, onun vəfatından sonra həmin evdə mərhum Nazim İsgəndərov və onun ailə üzvləri (hazırkı iş üzrə cavabdehlər) yaşayaraq evdən istifadə etmişlər. Hazırda da, mübahisəli ev cavabdehlərin istifadəsindədir. Belə ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Slavyanka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli Akt və Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Slavyanka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi ##.##.2026cı il tarixli məktub, həmçinin işdə olan digər sübutlarla cavabdeh3 mərhum İsgəndərov Nazim Vəli oğlunun 1999-cu il tarixdə ailə qurması, ailə qurduğu tarixdən Slavyanka kəndində qeyd olunan mərhum əri ilə birgə yaşaması, hər iki övladı Slavyanka kəndində anadan olması, onların orada bağçaya və məktəbə getməklə böyüməsi və hazırda cavabdeh3 övladları ilə birlikdə həmin evdə yaşaması müəyyən edilir.
25. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
26. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, mərhum Nazim İsgəndərov 1999-cu ildə ailə üzvləri ilə (hazırkı iş üzrə cavabdehlər) həmin evə köçüb orada yaşadığından # ####### 2009cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Həmin maddənin məzmununa görə yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
28. İşin müəyyən olunan hallarından göründüyü kimi, cavabdeh cavabdeh3 1999-cu ildə mübahisəli evə gəlin köçmüş, digər cavabdehlər isə həmin evdə doğulub boya-başa çatmış, hətta onlar birlikdə hazırkı vaxtadək həmin evdə yaşamağa davam edir. Əvvəlki mülkiyyətçi isə həmin halı mübahisələndirməmiş, cavabdehlərin evdən istifadə etməsi razılaşmışdır. Bu hal isə ona dəlalət edir ki, onun fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır. Hazırda isə mülkiyyətçinin dəyişməsi onların istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir.
29. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri, # ####### 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87, 123-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2001-ci il tarixli qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 384-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
30. Qətnamədən iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlərin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun yarandığı qənaətinə gələrkən düzgün maddi hüquq normalarını tətbiq etməmişdir. İş materiallarından görünür ki, cavabdeh cavabdeh3 1999-cu ildə mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, digər cavabdehlər isə həmin evdə doğulmuş və uzun müddət orada yaşamışlar. Məhkəmə bu hallara əsaslanaraq əvvəlki mülkiyyətçinin onların evdə yaşamasına etiraz etmədiyini, bunun isə cavabdehlərin yaşayış evindən istifadə hüququnun yaranmasına səbəb olduğunu qəbul etmişdir. Lakin bu nəticə qanuna uyğun deyildir. Belə ki, cavabdehlər hazırkı mülkiyyətçinin ailə üzvləri hesab olunmurlar və mübahisəli daşınmaz əmlak ##.##.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Mülkiyyətçinin razılığı olmadan cavabdehlərin həmin əmlakdan istifadə etmələri qanuni əsas yaratmır. Apellyasiya məhkəməsi MM-in 228.4-cü maddəsinə istinad etsə də, həmin norma hazırkı mübahisəyə tətbiq edilə bilməz. Çünki cavabdehlərin hazırkı mülkiyyətçiyə münasibətdə qanunla qorunan istifadə hüququ mövcud deyildir. Eyni zamanda, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış sahəsindən istifadə hüququ yalnız mülkiyyətçinin ailə üzvlərinə münasibətdə yaranır. Hazırkı işdə isə cavabdehlər iddiaçının ailə üzvləri olmadıqlarından həmin normanın tətbiqi üçün hüquqi əsas mövcud deyil.
32. Bundan əlavə, məhkəmə iddia tələbinin həddini aşaraq cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququnu tanımışdır. Halbuki cavabdehlər belə bir tələblə nə müstəqil iddia, nə də qarşılıqlı iddia vermiş, məhkəmə isə tələbdən kənara çıxılmasının qanuni əsaslarını göstərməmişdir. Eyni zamanda, iddia həm fərdi yaşayış evindən, həm də həmin evin yerləşdiyi torpaq sahəsindən çıxarılma tələblərini əhatə etdiyi halda, apellyasiya məhkəməsi torpaq sahəsinə münasibətdə heç bir hüquqi qiymətləndirmə aparmadan iddianı həmin hissədə də rədd etmişdir. Bununla məhkəmə mübahisənin bütün predmeti üzrə hüquqi mövqe bildirmək və hər bir tələbə qiymət vermək vəzifəsini yerinə yetirməmişdir.
33. İş materialları ilə müəyyən olunur ki, həm fərdi yaşayış evi, həm də onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ iddiaçıya məxsusdur və bu hüquq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur. Həmin çıxarışın məzmununun qeyri-dəqiq olması sübuta yetirilmədiyindən onun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
34. Belə olan halda, apellyasiya məhkəməsinin cavabdehlərin istifadə hüququnu tanıması, torpaq sahəsinə dair tələbə hüquqi qiymət verməməsi və nəticədə iddianı tam rədd etməsi iddiaçının Konstitusiyanın 29-cu maddəsi ilə təmin olunan mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.
35. Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını da pozmuşdur. Belə ki, cavabdehlər mübahisəli yaşayış evindən istifadə hüquqlarının tanınmasına dair hər hansı iddia və ya qarşılıqlı iddia irəli sürmədikləri halda, məhkəmə öz təşəbbüsü ilə onların istifadə hüququnu tanımışdır. Bununla, məhkəmə iddia tələbinin hüdudlarından kənara çıxmış, belə çıxmanın müstəsna hallarla əsaslandırılmasına dair heç bir hüquqi əsas göstərməmişdir. Nəticədə dispozitivlik prinsipinin tələbləri pozulmuş və iddia predmeti üzrə irəli sürülməyən tələb barədə qətnamə qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
36. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
37. Maddə 29 (hissə IV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
40. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
41. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
42. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (# ####### 2009-cu il tarixədək qüvvədə olmuşdur).
43. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
44. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
45. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
46. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
47. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
57. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
64. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyasının da qeyd etdiyi kimi, işin mübahisəsiz halıdır ki, mübahisəli ev iddiaçının nənəsi Solmaz Sarıyevaya məxsus olmuş, lakin onun sağlığında, eləcə də, onun vəfatından sonra həmin evdə mərhum Nazim İsgəndərov və onun ailə üzvləri (hazırkı iş üzrə cavabdehlər) yaşayaraq evdən istifadə etmişlər. Hazırda da, mübahisəli ev cavabdehlərin istifadəsindədir. Belə ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Slavyanka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli Akt və Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Slavyanka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi ##.##.2026-cı il tarixli məktub, həmçinin işdə olan digər sübutlarla cavabdeh3 mərhum İsgəndərov Nazim Vəli oğlunun 1999-cu il tarixdə ailə qurması, ailə qurduğu tarixdən Slavyanka kəndində qeyd olunan mərhum əri ilə birgə yaşaması, hər iki övladı Slavyanka kəndində anadan olması, onların orada bağçaya və məktəbə getməklə böyüməsi və hazırda cavabdeh3 övladları ilə birlikdə həmin evdə yaşaması müəyyən edilir.
65. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mərhum Nazim İsgəndərov 1999-cu ildə ailə üzvləri ilə (hazırkı iş üzrə cavabdehlər) həmin evə köçüb orada yaşadığından # ####### 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Həmin maddənin məzmununa görə yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
66. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
67. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
68. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
70. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
72. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.