Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1848/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh cavabdeh Məmmədova Gülnarə Baba qızına (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı qarşılıqlı iddia tələbləri barədə mülki iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mənzilə köçürmə, mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ticarət obyektinin boşaldılması tələbi barədə ilkin, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) sahiblik və istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən həm iddiaçı, həm də cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Əzizbəyov (hazırda Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli *** saylı Sərəncamı ilə, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X12 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi ** saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır.
2. Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının təqdim etdiyi çıxarışı ilə Əzizbəyov (hazırda Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli *** saylı Sərəncamına əsasən, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X12 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi ** saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır.
3. X12 vərəsəlik işi üzrə vərəsəsi kimi İddiaçı müəyyən edilmişdir.
4. X12 rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 ünvanında yerləşən təsərrüfat subyektinin (mağaza) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
5. Bakı Inzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı Cavabdeh cavabdeh Bakı şəhəri Xəzər rayon icra hakimiyyətinə qarşı (üçüncü şəxs İddiaçı) inzibati iş üzrə ünvan 7 ünvanda olan köşkün X12 tərəfindən rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli, *** nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə iddia ərizəsi təmin edilməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ## ###### 2023-cü il tarixli, **(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati kollegiyasının *-*(***)***/**** saylı, ## ##### 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının ## ######## 2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati kollegiyasının ## ###### 2024-cü il tarixli, 2-1(102)-3279/2024 nörməli qərarı ilə iddiaçı Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ## ######## 2024-cü il tarixli *-*(***)****/** nömrəli qərardadından verdiyi kassasiya şikayətinin mümkün sayılmaması, şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 saylı ünvanda yerləşən ticarət obyekti (Mağaza) kimi istifadə edilən tikilinin boşaldılması və boş vəziyyətdə iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Daha sonra iddiaçının müdafiəçisi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 6 saylı ünvanda yerləşən ticarət obyekti (iaşə obyekti) kimi istifadə edilən tikilinin boşaldılması və boş vəziyyətdə iddiaçıya təhvil verilməsi, cavabdehdən iddiaçının xeyrinə 33.800 manat dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ## ###### 1987-ci ildə X12 ilə rəsmi nikaha daxil olmuş və onlara nikahlarının rəsmiləşdirilməsinə dair ##.##.1987-ci il tarixli nikah haqqında şəhadətnamə verilmişdir. Qeyd olunmalıdır ki, ünvan 6 saylı ünvanda yerləşən tikinti Süleyman Məmmədova məxsus olmuş və həmin tikinti onun tərəfindən rekonstruksiya edilərək, həmin sahə ticarət obyekti kimi istifadə edilməsi qərara alınmış və bununla bağlı onun tərəfindən 2007-ci ildə Əzizbəyov (Xəzər) rayon Icra Hakimiyyətinə rəsmi qaydada müraciət olunmuşdur. Əzizbəyov (hazırda Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli *** saylı sərəncamına əsasən, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X12 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi ** saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır. X12 həmin ticarət obyektində fəaliyyət göstəməyə başlamış və bununla bağlı ##.##.2009-cu ildə onun adına Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında *********** saylı arayış verilmişdir. Bakı şəhəri Vergilər Departamentinin * saylı filialı tərəfindən verilmiş bu arayış X12 (VÖEN: **********) 1044 ünvan 3 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan ŞTQ Sergey Yesenin (Mərdəkan qəs.) ev 50 ünvanda yerləşən 1**********- 12002 kodu olan MAĞAZA təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatının qeydiyyatdan keçirildiyini təsdiq edir. Uzun illər X12 özünə məxsus olan mağazada fəaliyyət göstərməsinə baxmayaraq, ##.##.2019-cu ildə o vəfat etmiş və ticarət obyekti nəzarətsiz qalmışdır. Həmin vaxt onun tanışı olan iş üzrə cavabdeh Cavabdeh iddiaçıya bildirmişdir ki, narahat olmasın mağazanı işlədəcək və lazımi köməkliyi ona edəcək X12 ölümü qəfl olduğundan və iddiaçının başı hüzr mərasimlərinə həmçinin ailəsinə qarışdığından, mağazada fəaliyyət dayandırılmış və qapısı açarla bağlanmışdır. Sonradan, iddiaçı tərəfindən vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət olunmuş və adı çəkilən əmlak da miras kütləsinə daxil edilmişdir. Həmin əmlakın özəlləşdirilməsi ilə bağlı müvafiq sənədləşmə işləri aparılarkən məlum olmuşdur ki, cavabdeh Cavabdeh əmlakın qapısını qırmış, əmlaka yiyələnərək orada olan iddiaçının ailəsinə məxsus əşyaları götürüb aparmış və özünə məxsus əşyaları yerləşdirərək orada özünün tanışları vasitəsi ilə fəaliyyət göstərməyə başlamışdır. Iddiaçı mübahisəni məhkəmədən kənar həll etmək istəsə də, buna nail ola bilməmişdir. Mübahisəli əmlakdan hazırda cavabdeh və onun tanışları istifadə etməklə iddiaçının hüquqlarını pozmaqda davam etdirirlər.
13. Cavabdeh Cavabdeh da öz növbəsində İddiaçı qarşı “sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış obyekti üzərində sahiblik və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda yerləşən qeyriyaşayış obyekti – ticarət obyektini Cavabdeh inşa etmişdir. Ilkin iddia üzrə iddiaçının sərəncamı saxta sənəddir. Xəzər rayon Icra Hakimiyyəti ##.##.2007-ci il tarixində Cavabdeh sərəncam verib və həmin vaxtdan əmlak sonuncunun sahibliyində və istifadəsindədir. Bu səbəbdən də ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin olunmalıdır.
15. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilkin iddia tələbi üzrə cavabdeh Cavabdeh tərəfindən ünvan 6 saylı ünvanda yerləşən ticarət obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ilkin iddia ərizəsi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı İddiaçı ödənilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir (Hakim-X1).
16. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçının mərhum əri X12 məxsus ünvan 8 ünvanında yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus ticarət obyektindən istifadə etməsinə haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə həmin ticarət obyektindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırkı vaxtda mübahisə predmeti olan ticarət obyektindən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən ilkin iddia üzrə iddiaçı hazırkı iddia tələbi ilə müraciət etməkdə qismən haqlı olmuşdur.
17. Cavabdeh tərəfindən təqdim edilmiş Əzizbəyov (hazırda Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli *** saylı Sərəncamına münasibətdə məhkəmə qeyd etmişdir ki, həm iddiaçıya məxsus olan (vərəsəlik qaydasında), həm də cavabdehə aid sərəncamların tarixi, nömrəsi və mahiyyəti eyni olsa da, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının arxiv fondunda ilkin iddia üzrə iddiaçının yoldaşı Məmmədov Süleymana məxsus sərəncamın mövcud olduğu müəyyən olunmuşdur.
18. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdehin təqdim etdiyi sərəncamın kserosurəti mötəbər sübut kimi qəbul edilə bilməz.
19. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdehin hərəkətləri həmin ticarət obyekti üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir.
20. Bununla da, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus olan (vərəsəlik qaydasında) mübahisəli tikilidən mağaza kimi istifadə etmiş, lakin hazırda iddiaçı mülkiyyətində olan ticarət obyektinin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdeh hal-hazıradək həmin ticarət obyektindən çıxmayaraq onu iddiaçıya təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur.
21. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli ticarət obyektinin mülkiyyətçisi olduğundan, cavabdeh həmin ticarət obyektindən istifadə hüququ olmadığından, ticarət obyektinin hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı ticarət obyektinin özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir.
22. Məhkəmə hesab etmişdir ki, mübahisəli obyektdə hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh ünvan 8 saylı ünvanda yerləşən mövcud tikilidən çıxarılmalı və həmin ticarət obyekti boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
23. Məhkəmə iddia tələbinin iddiaçının xeyrinə 33.800 manat dəymiş ziyanın tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassızdır.
24. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassız hesab edərək qeyd etmişdir ki, qarşılıqlı iddiaçı iddiasını sübut edən heç bir mötəbər sübut təqdim etməmişdir.
25. Məhkəmə gəldiyi nəticəni «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152.1, 152.2, 152.3, 152.4, 157.8, 1243.1, 1151.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Qətnamədən həm iddiaçı, həm də cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
27. Iddiaçı İddiaçı apellyasiya şikayətində qətnamənin ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir.
28. Apellyasiya şikayəti ilkin iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ilkin iddianın təmin edilməməsi hissəsində öz qətnaməsini əsaslandırarkən, qətnamənin 5-ci vərəqəsində göstərmişdir ki, “Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının xeyrinə 33.800 manat dəymiş ziyanın tutulmasına dair hissədə təmin edilməməlidir.” Məhkəmə dəymiş ziyanın hansı əsaslara görə tutulmamasını heç bir dəlillə əsaslandırmamış sadəcə tələbin təmin edilməməsini bir cümlə ilə əsaslandırmışdır. Cavabdeh iddiaçının əmlakına qanunsuz sahiblənməklə oranı kommersiya məqsədlləri üçün istifadə edir və nəticədə oradan gəlir əldə edir. Bu qanunsuzluğun nəticəsində iddiaçıya maddi ziyan vursa da, məhkəmə işin bu hallarını ümumiyyətlə nəzərə almamışdır. Tərəflərindən məhkəməyə təqdim edilən, qiymətləndirici təşkilatın verdiyi ##.##.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, mübahisəli əmlakın 2021-ci il üçün aylıq icarə haqqı məbləği 650 manat, 2022-ci il üçün 700 manat, 2023 və 2024-cü il üçün aylıq icarə haqqı məbləği 750 manat təşkil edir ki, bunun nəticəsində iddiaçıya 2024-cü ilin dekabr ayının sonunadək ümumilikdə 33.800 manat ziyanın dəydiyi məlum olmuşdur. Cavabdeh bu rəyi də mübahisələndirməmişdir. Lakin, buna baxmayaraq məhkəmə qeyd olunan rəyə öz qətnaməsində ümumiyyətlə istinad etməmiş və həmin sübuta dair fikir belə bildirməmişdir. Məhkəmə həqiqətin müəyyən edilməsində iştirak etməkdən çəkinmiş, faktiki olaraq ədalət mühakiməsini həyata keçirməmişdir. Halbuki, ilkin iddiaçı tərəfindən mümkün sübutlar təqdim edilmişdir. Məhkəmə isə səs yazılarını, təqdim edilmiş aktı nəzərə almamışdır.
29. Cavabdeh Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırımışdır ki, ticarət köşkünü Cavabdeh inşa edib, onu rekonstruksiya edib, bu barədə Xəzər rayon Icra Hakimiyyəti ilkin olaraq ona ##.##.2007-ci il tarixli 220 N-li Sərəncam verib, lakin, sonradan, yəni ## ###### 2008-ci il tarixdən sonra Süleyman Məmmədov 1 il 6 ay əvvələ Xəzər rayon Icra Hakimiyyətindən ##.##.2007-ci il tarixə saxtalaşdırılmış sərəncam alıb. Mübahisələndirilən ticarət köşkünü Cavabdeh inşa edib, köşk onun ata evinin qarşısındadır. 2007-ci ilin mart ayında Cavabdeh müraciəti əsasında ünvan 7 ünvanda Cavabdeh evinin qarşısında yerləşən qeyri-yaşayış binası (köşk) Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli, 220 N-li Sərəncamı ilə rekonstruksiya edilib ticarət obyekti kimi Cavabdeh tərəfindən istifadə olunması üçün vermişdir Cavabdeh 2008-ci ildə Rusiya Federasiyasına getmişdir. X6 Şükürovun həmin ticarət obyektini Cavabdeh Rusiyaya gedəndən sonra icarəyə götürən kimi işlətmək istəyib. ## ###### 2008-ci il tarixdə X8 Kamil Şirin oğlunun adından notarial qaydada rəsmiləşdirilmiş ərizə ilə Bakı şəhəri Əzizbəyov rayon Icra Hakimiyyətinin Başçısı G.Islamova müraciət edərək qeyd edir ki, “Mənə (yəni Cavabdeh) Mərdəkan qəsəbəsi Yesenin küçəsi ** saylı ünvanda yerləşən Əzizbəyov rayon Icra Hakimiyyəti Başçısının ## #### 2007-ci il tarixli, *** saylı sərəncamı ilə verilmiş rekonstruksiya haqqında sənədi ləğv edib başqa şəxsə X12 verilməsinə köməklik göstərəsiniz. Imza Cəfərova”. ## ###### 2008-ci il tarixli həmin ərizədən məlum olur ki, köşkün rekonstruksiya edilib ticarət obyekti kimi istifadə edilməsi hüququ Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Icra Hakimiyyəti ##.##.2007-ci iltarixli, 220 N-li Sərəncamı ilə Cavabdeh verilib. X9 tərəfindən Cavabdeh adına olan ##.##.2007-ci il tarixli, *** saylı Sərəncamın ləğv edilib başqa şəxsin – Süleyman Məmmədovun adına verilməsinə köməklik edilməsi xahiş olunur. Bu hal həmin vaxt, ##.##.2007-ci il tarixdə Süleyman Məmmədovun adına Sərəncamın verilmədiyini təsdiq edir, əgər Süleyman Məmmədovun adına ## #### 2007-ci il tarixdən Sərəncam var idisə, onda nə üçün Şahnisə Cəfərova 1 il 8 aydan sonra ## ###### 2008-ci il tarixdə Cavabdeh adına olan Sərəncamın ləğv edilib S.Məmmədovun adına keçirilməsinə köməklik edilməsini xahiş edirdi. Işin maraqlı tərəfi də odur ki, qeyd olunan ərizəni elə Süleyman Məmmədovun həyat yoldaşı İddiaçı nümayəndəsi vasitəsilə Xəzər rayon Polis Idarəsinə şikayət ərizəsilə birgə təqdim edib, onlar (cavabdeh) polis bölməsində toplanmış materiallardan həmin ərizənin surətini götürmüşdür. Sözügedən X9 Cavabdeh Sərəncamının ləğv edilməsini xahiş edir, lakin, cavabdeh Xəzər rayon Icra Hakimiyyəti Sərəncamı ləğv etmək səlahiyyəti olmadığı üçün həmin Sərəncamı məhv edir, yerinə 1 il 8 ay əvvələ Süleyman Məmmədovun adına saxta sərəncam tərtib edirlər. Ona görə də Icra Hakimiyyəti 5 il sonra 2012-ci ildə sənədləri arxivə təhvil verərkən Cavabdeh adına olan Sərəncamı deyil, Süleyman Məmmədovun adına olan 1 il 8 ay əvvələ yazdığı sərəncamı təhvil verir. Bundan sonra, Süleyman Məmmədov 2009-cu ilin aprel ayından həmin ticarət obyektində fəaliyyət göstərmək üçün vergi orqanında qeydiyyat vərəqəsi açdırır. (qeydiyyat vərəqəsi, işdə var). Yəni, Süleyman Məmmədov 2007-ci ilin mart ayında (Sərəncamların tarixində) Mərdəkan qəsəbəsində belə bir obyektin ümumiyyətlə mövcudluğundan xəbərsiz olub. Cavabdeh Rusiyadan qayıtdıqdan sonra öz ticarət obyektini özü işlədir. Bu hal İddiaçı (nümayəndəsi X2) Xəzər RPI-yə və digər orqanlara yazdığı ərizə ilə də dolayısı ilə təsdiq olunur (ərizə işdə var). İddiaçı həmin ərizəsində obyektin uzun müddət istifadəsiz qaldığını, tanımadıqları şəxsin obyekti işlətdiyinin onlara məlum olduğu göstərilir. Əslində obyekt istifadəsiz qalmayıb, Cavabdeh qaytarıldığı üçün Məmmədovlar ailəsi istifadə etməyib, obyekti Cavabdeh sonradan icarəyə verdiyi şəxslər işlədib. Bundan başqa, həmin ərizədə İddiaçı (onun etibarnamə üzrə nümayəndəsi X2) qeyd edir ki,## #### 2008-ci il tarixdə ünvan 8 saylı ünvanda yerləşən obyekt mərhum həyat yoldaşı Süleyman Məmmədov tərəfindən Cavabdeh adlı şəxsdən alınmış və həmin tarixdə də Xəzər rayon Icra hakimiyyəti qeyd edilən obyekti rekonstruksiya edib, istifadə etmək üçün müvafiq sərəncam vermişdir. Bu ərizə də onu göstərir ki, ticarət obyekti rekonstruksiya olunması üçün Cavabdeh verilib, Gülnarə Məmmdova etiraf edir ki, obyekti Cavabdeh alandan sonra Icra hakimiyyəti tərəfindən Sərəncam verilib. Bu da bir daha obyektin Cavabdeh verildiyini, Süleyman Məmmədovun adına olan sərəncamın sonradan verildiyini təsdiq edir. Əgər ##.##.2007-ci il tarixli, *** saylı Sərəncam Cavabdeh üçün verilməmişdirsə, nə üçün Şahnisə Cəfərovanın ##.##.2008-ci il tarixli, İddiaçı ##.##.2020-ci il tarixli ərizələrində Cavabdeh mübahisəli obyektin sahibi kimi göstərilir, obyektin ondan alındığı qeyd olunur, onun adı 2008-ci ildən bu günə qədər nə üçün hallanır. Sözügedən Sərəncam Cavabdeh üçün verilib, lakin, S.Məmmədovun adına saxtalaşdırılıb. Mübahisəli mağazanın yerləşdiyi torpaq sahəsi qeyri-yaşayış sahəsi inşa etmək məqsədilə və ya digər məqsədlə iddiaçının mərhum həyat yoldaşı Süleyman Məmmədova ayrılmayıb, ona həmin ərazidə sözügedən qeyri-yaşayış sahəsini inşa etmək üçün Sərəncam və ya digər qərar qəbul edilməyib. Rekonstruksiya bərpa deməkdir, hər hansı bir obyektin bərpası anlamına gəlir, rekonstruksiya obyekt üzərində hər hansı bir hüquq yaratmır, rekostruksiya barədə sərəncam obyektə sahiblik, istifadə və digər hüququ müəyyən etmir. Iddiaçı obyektin bərpasına müəyyən xərc çəkibsə yalnız onu tələb edə bilər. Ancaq, hər hansı bir şəxsi həmin obyektdən çıxarmaq üçün rekonstruksiya barədə Sərəncamına subyektiv hüquq yaratmır. Hazırkı işdə İddiaçı, eləcə də onun mərhum əri Süleyman Məmmədovun mübahisəli əmlak üzərində sahiblik, istifadə, mülkiyyət hüquqları yoxdur. Həmin əmlaka dair qeyd olunan hüquqların yaranması üçün hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə MM-nin 152 və 165-ci maddələrinin tələbini pozub. Iddiaçı sübut edə bilməmişdir ki, onun mübahisəli əmlak üzərində sahiblik, istifadə və mülkiyyət hüququ var, bu hal sübuta yetmədi, iddiaçı özü etriaf etmişdir ki, onun əmlakın yerləşdiyi torpaq sahəsinə və həmin əmlakın tikintisinə dair heç bir hüquq müəyyənedici sənədi yoxdur. Hüquqları heç bir dövlət qeydiyyatından keçməyib. Məhkəmə iddianı təmin edərkən MPM-in 77.1-ci maddəsinin tələbini pozmuşdur.
31. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iş üzrə yekun məhkəmə aktı qəbul edilməsini xahiş edərək qeyd etmişdir ki, kifayət qədər uzun müddət davam edən məhkəmə prosesləri keçirilib. Müəyyən səbəblərdən dəfələrlə məhkəmə iclasları təxirə salınıb. Bu gün də cavabdeh mübahisəli əmlakdan qanunsuz olaraq istifadə etməkdə davam edir. Bu da onlara maddi ziyan vurulmasına səbəb olur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilib, məlumatlandırılıb. Mübahisələndirilən obyektin həmin ünvanda yerləşib-yerləşməməsi ilə bağlı qeyd etmişdir ki, iş üzrə qarşılıqlı iddia verilərkən cavabdeh iddia ərizəsində ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış obyekti (ticarət köşkü) üzərində X3 və istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Artıq cavabdeh özü də etiraf etmiş olur ki, mübahisələndirilən əmlak həmin ünvanda yerləşir. Inzibati məhkəmənin də qərarı var. Cavabdehin bu formada mülahizələr irəli sürməsində əsas məqsəd, məhkəmə kollegiyasını işin mahiyyətindən kənarlaşdırmaq, mübahisəli obyektdən istifadəyə davam etməkdən ibarətdir.
32. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili vəkil3 qeyd etmişdir ki, hüquqi şəxslərin çoxu elektron kabinetdən normal səviyyədə istifadə etmir. Iş üzrə 4-5 məsələ hələ də həllini tapmayıb. Belə ki, əvvəla mübahisələndirilən obyekt həmin ünvanda yerləşir yoxsa yox. Dövlət orqanının sorğuya cavab məktubundan görünür ki, həmin ünvan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASCyə məxsusdur. Ikincisi, iddia olunan obyekt həqiqətən də X3 istifadəsindədirmi? Daha sonra obyektin sxemi fiziki olaraq göstərilən sxemlə üst-üstə düşürmü? Rekonstruksiya ilə bağlı sərəncam bərpa xarakteri daşıdığından bu iddiaçıya hər hansı şəxsi oradan çıxarmaqla bağlı iddia qaldırmaq hüququ verirmi? Ümumiyyətlə başqa bir üçüncü şəxsin o obyektdə mülkiyyət hüququnun qeydiyyata alınıb-alınmaması məsələsi araşdırılmayıb. Bu məsələlər aydınlaşdırılmayıb və qiymət verilməli, araşdırılmadığı halda isə iddia rədd edilməlidir.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə ilkin iddia tələbi qismən təmin edilmiş, ilkin iddia tələbi üzrə cavabdeh Cavabdeh ilkin iddia üzrə iddiaçı İddiaçı xeyrinə 750 (yeddi yüz əlli) manat pulun tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Günay Axundovasədrlik edən və məruzəçi, Fərrux Qasımov və Məhəmməd Rüstəmli).
34. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, mübahisə ünvan 6 saylı ünvanda yerləşən ticarət obyekti (mağaza) kimi istifadə edilən tikili ilə bağlıdır. Həmin tikili hazırda cavabdeh Cavabdeh sahiblik və istifadəsində olmaqla, sonuncu tərəfindən qeyd olunan tikili ticarət obyekti kimi istifadə edilir.
35. Məhkəmə kollegiyası mübahisələndirilən tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hər iki tərəf həmin obyektin rekonstruksiya edilib istifadə edilməsinə icazə verən Əzizbəyov (hazırda Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli *** saylı Sərəncamına istinad etsə də, mülki iş materiallarından müəyyən edilmişdir ki, Cavabdeh istifadə hüququ nəzərdə tutulan Sərəncamın surətinin mötəbərliyi öz təsdiqini tapmamışdır.
36. Belə ki, Əzizbəyov (hazırda Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli *** saylı Sərəncamı ilə, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X12 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi ** saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır.
37. Cavabdeh tərəfindən təqdim edilmiş Əzizbəyov (hazırda Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli *** saylı Sərəncamına əsasən, ünvan 8, mənzil 1-də yaşayan vətəndaş Cavabdeh məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi ** saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır.
38. Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının təqdim etdiyi çıxarışdan görünür ki, Əzizbəyov (hazırda Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli *** saylı Sərəncamına əsasən, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X12 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi ** saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göründüyü kimi Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının təqdim etdiyi çıxarışla da müəyyən edilmişdir ki, mübahisə predmeti olan ticarət obyektindən istifadə hüququ X12, yəni ilkin iddia üzrə iddiaçının mərhum həyat yoldaşına verilmişdir.
40. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həm Süleyman Məmmədova, həm də cavabdehə aid sərəncamların tarixi, nömrəsi və mahiyyəti eyni olsa da, Dövlət Arxivinin Bakı filialının arxiv fondunda ilkin iddia üzrə iddiaçının yoldaşı Məmmədov Süleymana məxsus sərəncamın mövcud olduğu müəyyən olunmuşdur. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdehin təqdim etdiyi sərəncamın kserosurəti mötəbər sübut kimi qəbul edilə bilməz.
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mərhum həyat yoldaşının həmin obyektdən istifadəsi üçün qanuni əsas - Əzizbəyov (hazırda Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli *** saylı Sərəncamı mövcud olsa da, cavabdehin həmin mübahisələndirilən obyektdə sahiblik və istifadə hüququnun qanuniliyini təsdiq edəcək hər hansı bir sübut təqdim edilməmiş, iş materiallarından belə bir əsas müəyyən edilməmişdir.
42. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı İddiaçı mərhum həyat yoldaşı X12 vərəsəsidir.
43. Bundan başqa, iddiaçı Cavabdeh cavabdeh Bakı şəhəri Xəzər rayon icra hakimiyyətinə qarşı (üçüncü şəxs İddiaçı) iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ünvan 7 ünvanda olan köşkün X12 tərəfindən rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli, *** nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh həmin Sərəncamı mübahisələndirsə də onun iddiası mümkün sayılmamışdır.
44. Göründüyü kimi mübahisəli köşkün X12 tərəfindən rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli, *** nömrəli Sərəncamının etibarsızlığı və ya qanunsuzluğu ilə bağlı hər hansı bir əsas müəyyən edilməmişdir.
45. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi, cavabdeh Cavabdeh tərəfindən mübahisəli ticarət obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
46. Belə ki, məhkəmə kollegiyası tərəfindən cavabdehin həmin obyektdən qanunsuz şəkildə, iddiaçının iradəsi ziddinə istifadəsi, iddiaçının qeyd olunan əmlakdan sərbəst şəkildə istifadə etməsinə maneə yaratmaqla iddiaçının həmin əmlakdan təyinatı üzrə istifadəsi ilə bağlı qanunla qorunan mənafeyinin pozuntusu kimi qiymətləndirilmişdir.
47. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, iş materialları ilə cavabdehin həmin obyekt üzərində sahiblik və istifadə hüququnun qanunsuzluğu öz təsdiqini tapdığından, onun əmlak üzərində hər hansı bir hüqunun mövcudluğunu təsdiq edən heç bir əsas müəyyən edilmədiyindən məhkəmə sahiblik və istifadə hüququnun tanınması barədə cavabdehin qarşılıqlı iddiasını rədd etməklə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir.
48. Lakin, məhkəmə kollegiyası 33.800 manat dəymiş ziyanın əvəzinin tutulması hissəsində ilkin iddianı rədd edən birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşmamışdır.
49. Belə ki, ilkin iddia üzrə iddiaçı tələbini həmin hissədə onunla əsaslandırmışdır ki, işə məhkəmə iclasında baxılması zamanı cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil3 iş üzrə icraatın dayandırılması barədə vəsatət ilə müraciət etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh cavabdeh Bakı şəhəri Xəzər rayon Icra Hakimiyyətinə, 3-cü şəxs İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 7 ünvanında olan köşkün X12 tərəfindən də rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli, *** nömrəli Sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir. Qeyd olunan iş Bakı Inzibati Məhkəməsinin icraatındadır. Odur ki, Bakı Inzibati Məhkəməsində həmin işə baxılıb qurtarana qədər iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ##.##.2022-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayonu Icra Hakimiyyəti) ticarət obyektinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmə qərarları ilə həmin iddia mümkün sayılmamışdır. Bundan sonra Xəzər Rayon Məhkəməsində olan mülki işin icraatı təzələnmiş və işə baxılması üçün məhkəmə iclası ##.##.2025-ci il tarixinə təyin edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh cavabdeh Bakı şəhəri Icra Hakimiyyətinə, 3-cü şəxs İddiaçı qarşı iddia ərizəsi ilə Bakı Inzibati məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli, *** nömrəli Sərəncamının etibarsız hesab edilməsini xahiş etmiş və hazırki iş üzrə təkrar icraatın dayandırılması barədə vəsatət vermişdir. Cavabdehin bu cür əsassız iddiaların qaldırılmasında yeganə məqsədi odur ki, bu da mübahisəli sahənin təhvil verilmə müddətini uzatmaq və həmin sahədən gəlir əldə etməkdən ibarətdir. Cavabdeh mübahisəli əmlakı vaxtında boşaldıb iddiaçıya təhvil versəydi, iddiaçı həmin sahədə kommersiya fəaliyyəti ilə məşğul olub və ya həmin sahəni icarəyə verib kifayət qədər külli miqdarda gəlir əldə edə bilərdi. Lakin, cavabdehin bu cür əsassız hərəkətləri onu göstərir ki, cavabdeh iddiaçını bu gəlirdən bilərəkdən məhrum etmək istəyir. Bu məqsədlə də, iddiaçıya dəymiş ziyanı, yəni həmin sahəni ən azından icarəyə verdiyi təqdirdə nə qədər gəlir əldə edə biləcəyi barədə məlumatı müəyyən etmək üçün, qiymətləndirici təşkilata müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunan sahə cavabdeh tərəfindən 2021-ci ildən əvvəl zəbt edilməsinə baxmayaraq, qiymətləndirici təşkilatdan sahənin 2021-ci ilin yanvar ayından hazırkı vaxta qədə olan aylıq icarə haqqı məbləğinin nə qədər təşkil etdiyi barədə mütəxəssis rəyinin verilməsini xahiş etmişlər. Qiymətləndirici təşkilatın verdiyi ##.##.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, mübahisəli əmlakın 2021-ci il üçün aylıq icarı haqqı məbləği 650 manat, 2022-ci il üçün 700 manat, 2023 və 2024-cü il üçün aylıq icarə haqqı məbləği 750 manat təşkil edir ki, bunun nəticəsində iddiaçıya 2024-cü ilin dekabr ayının sonunadək ümumilikdə 33.800 manat ziyanın dəydiyi məlum olmuşdr. Bu səbəbdən də, məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim etməklə, mübahisəli tikilinin boşaldılması və boş vəziyyətdə iddiaçıya təhvil verilməsi, cavabdehdən iddiaçının xeyrinə 33.800 manat dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
50. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qeyd olunan hissədə rədd edərkən hər hansı bir əsaslandırma aparmamış, iddiaçının tələbinin əsasını təşkil edən hallara hüquqi qiymət verməmiş, iddianın təmin edilməməsinin fakitki və hüquqi əsasları göstərilməmişdir.
51. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
52. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından müəyyən edilir ki, mübahisə predmeti olan ticarət obyekti iddiaçının mərhum həyat yoldaşı X12 tərəfindən mağaza kimi istifadə edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin *********** saylı arayışından görünür ki, X12 rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 ünvanında yerləşən təsərrüfat subyektinin (mağaza) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
53. Işin mübahisəsiz haldır ki, həmin əmlak ilkin iddia üzrə iddiaçının sahibliyindən X12 ##.##.2019-cu ildə vəfat etməsi ilə əlaqədar həmin tarixdən sonra çıxmışdır.
54. Hazırkı işdə ilkin iddia üzrə iddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd etmişdir ki, mübahisəli əmlakın 2021-ci il üçün aylıq icarə haqqı məbləği 650 manat, 2022-ci il üçün 700 manat, 2023 və 2024-cü il üçün aylıq icarə haqqı məbləği 750 manat təşkil edir ki, bunun nəticəsində iddiaçıya 2024-cü ilin dekabr ayının sonunadək ümumilikdə 33.800 manat ziyanın müəyyən edilir.
55. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin faktiki halları, dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı ilkin iddia tələbinin qanuni əsasının dizpozitiv şərtləri ilə uzlaşır. Belə ki, cavabdehin mübahisələndirilən əmlaka qanunsuz sahibliyi nəticəsində iddiaçı həmin obyekti icarəyə verərək gəlir əldə etmək imkanından məhrum olmuş, bununla da həmin əmlakdan istifadə nəticəsində əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur.
56. Buna görə də məhkəmə kollegiya hesab etmişdir ki, iddiaçı dəymiş zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
57. Dəymiş zərərin məbləği ilə bağlı məhkəmə kollegiya qeyd etmişdir ki, iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 2021-2024cü illər üzrə aylıq icarə haqqı məbləği aşağıdakı kimi olmuşdur: 2021 – 650 manat; 2022 – 700 manat; 2023 – 700 manat; 2024 – 750 manat.
58. Bununla yanaşı, məhkəmə kollegiyası hesab etmişdir ki, zərərin məbləği müəyyən edilərkən cavabdehin davranışının hüquqi qiymətləndirilməsi və onun vicdanlılıq meyarı nəzərə alınmalıdır. Belə ki, cavabdeh mübahisəli Sərəncamın etibarsız hesab olunması ilə bağlı inzibati qaydada məhkəməyə müraciət etmiş və həmin məsələ üzrə yekun məhkəmə aktı qəbul edilənədək mübahisənin hüquqi taleyi qeyri-müəyyən olmuşdur.
59. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, yalnız müvafiq inzibati mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra cavabdehin mübahisəli əmlak üzərində sahibliyi açıq şəkildə hüquqi əsassız və qeyri-vicdanlı davranış kimi qiymətləndirilə bilər.
60. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, zərərin hesablanması zamanı yalnız cavabdeh Cavabdeh Əzizbəyov (hazırda Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli *** saylı Sərəncamın etibarsızlığı üzrə iddia tələbinə yekun hüquqi qiymət verilməsi üzrə məhkəmə aktının qanuni qüvvəyə mindiyi tarixdən sonrakı dövr - Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli yekun qərarından sonrakı dövr nəzərə alınmalı və zərər həmin müddət çərçivəsində müəyyən edilməlidir.
61. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən göründüyü kimi həmin iş üzrə yekun məhkəmə aktı-Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2- 1(102)-3279/2024 nörməli inzibati iş üzrə qərarı ## ###### 2024-cü il tarixdə qəbul edilmişdir. Nəticədə, Cavabdeh iddiası mümkün sayılmamışdır.
62. Belə olan halda, məhkəmə kollegiya hesab etmişdir ki, ilkin iddia tələbi 2024-cü ilin sonunadək olan dövrü əhatə etdiyindən və Cavabdeh Sərəncamın etibarsızlığı üzrə yekun məhkəmə aktı ##.##.2024-cü il tarixdə qəbul edildiyindən iddia tələbi 2024-cü ilin dekabr ayı üçün “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla tələb bir ay üçün 750 manat həcmində təmin edilməlidir.
63. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı ilkin iddia tələbini rədd edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamış, təqdim olunmuş sübutlara hüquqi qiymət verməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
64. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə həmin hissədə ləğv edilərək iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli, ilkin iddia tələbi üzrə cavabdeh Cavabdeh ilkin iddia üzrə iddiaçı İddiaçı xeyrinə dəymiş zərərin əvəzi olaraq 750 (yeddi yüz əlli) manat pul tutulmalıdır.
65. Bundan başqa məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1519717 nörməli Çıxarışının surətindən müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 12718,8 kv.m sahədən ibarət əmlak ##.##.2019-cu il tarixdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
66. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunsa da məhkəmə iclasında iştirak etməmişdir.
67. Sorğuya əsasən müəyyən olunmuşdur ki, eyni ünvanda 12718,8 kv.m sahə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin mülkiyyətindədir.
68. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda iş üzrə cavabdehin bu hala istinad etməsi əsassızdır. Çünki, tərəflər arasında mübahisə həmin ünvanda olan mağaza ilə bağlıdır. Cavabdeh özü də qarşılıqlı iddia irəli sürərək həmin mağazaya sahiblik hüququnun tanınmasını tələb etmişdir. Həmin mağaza faktiki cavabdehin istifadəsindədir. Məhkəmə kollegiyası Əzizbəyov (hazırda Xəzər) rayon Icra Hakimiyyətinin ##.##.2007-ci il tarixli *** saylı Sərəncamını əsas götürərək mövcud vəziyyətdə olan iddiaçı ilə cavabdeh arasında olan mübahisəni həll etmişdir.
69. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 157.5, 158.1, 158.2, 1151.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
70. Qətnamədən həm iddiaçı, həm də cavabdeh ayrı-ayrılıqda kassasiya şikayətləri vermişdir.
71. Idddiaçı (vəkil Abbasov zaur Vaqif oğlu) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və ilkin iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
72. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh iddiaçının əmlakına qanunsuz sahiblənməklə oranı kommersiya məqsədlləri üçün istifadə edir və nəticədə oradan gəlir əldə edir. Bu qanunsuzluğun nəticəsində iddiaçıya maddi ziyan vursa da, məhkəmə işin bu hallarını qismən nəzərə almışdır. Məhkəmə həqiqətin müəyyən edilməsində iştirak etsə də, iddiaçının pozulmuş hüquqlarını nəzərə almamış, ona dəymiş maddi ziyanı müəyyən edərkən, bir aylıq ziyan məbləğini 750 manat hissəsini tutmuş, iddia dəymiş ziyanın qalan məbləği hissəsində tutulması rədd edilmişdir. Tərəfindən məhkəməyə təqdim etdiyi, qiymətləndirici təşkilatın verdiyi ##.##.2024-cü il tarixli mütəxəssis rəyi ilə iddiaçıya 2024-cü ilin dekabr ayının sonunadək ümumilikdə 33.800 manat ziyanın dəydiyi məlum olmuşdur. Mübahisəli əmlakın iddiaçının mərhum yoldaşına məxsus olması cavabdehə məlum olsa da, cavabdeh faktiki olaraq, mövcud olmayan sənədləri məhkəməyə təqdim etməklə (adına olan sərəncamın haradan əldə edilməsi bizə məlum deyildir) hazırki iş üzrə əsassız mübahisələr qaldırmaqla, mübahisəli obyekti tutmaqda və orada fəaliyyət göstərməkdə davam etmişdir ki, bunun nətciəsində də iddiaçıya kifayət qədər böyük məbləğdə maddi ziyan vurmuşdur. Iş materiallarından da göründüyü kimi, cavabdehin əmlakı əsassız zəbt edərək, hansı tarixdən tutması və orada fəaliyyət göstərməsi məhkəməyə məlum olsa da, məhkəmə işin bu hallarını nəzərə almamış və nəticədə dəymiş ziyanın tutulması hissəsində iddiaçının iddia tələbini qismən bir aylıq ziyanı tutmaqla kifayətlənmişdir ki, bununla da razı deyillər.
73. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia ərizəsi üzrə iddia tələbinin tam rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
74. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətanmə qəbul edərkən MM-nin 14.2.2-ci maddəsinin tələbini pozub. Göründüyü kimi Qanunun tələbinə görə dövlət qeydiyyatına alınmalı olan hüquqlar onların qeydə alındığı andan əmələ gəlir. ünvan 2 ünvanında yerləşdiyi iddia olunan qeyri-yaşayış sahəsi ilə bağlı Süleyman Məmmədovun hər hansı bir hüququ dövlət qeydiyyatına alınmamışdır. Bu barədə iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə əmələ gəlməyən hüququ müdafiə edə bilməz. Bakı Apellyasiya Məhkəməsi qətanmə çıxararkən MM-nin 14.3-cü, 164.2-ci maddələrinin tələbini pozub.
75. Bundan başqa, məhkəmə qətanmə çıxararkən MPM-nin 77.1-ci maddəsini düzgün tətbiq etməyib. Iddiaçı iddia ərizəsində cavabdehin “ünvan * saylı ünvanda yerləşən ticarətinin boşaldılması və boş vəziyyətdə iddiaçıya təhvil verilməsini” xahiş etmişdir. Halbuki, ölkədə Xəzər rayonu, Yesenin küçəsi 50 ünvan yoxdur, belə bir ünvan yoxdur, iddia ərizənin tələb hissəsi qeyri-müəyyəndir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
76. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
77. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
78. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
79. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
80. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
81. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar da əmlak hüquqları sayılır.
82. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
83. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
84. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
85. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
86. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
87. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
88. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
89. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
90. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
91. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən qismən, cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
93. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təarəflərin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.
94. Cavabdehin kassasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə qeyd olunmalıdır ki, cavabdehin həmin obyektdən qanunsuz şəkildə, iddiaçının iradəsi ziddinə istifadəsi, iddiaçının qeyd olunan əmlakdan sərbəst şəkildə istifadə etməsinə maneə yaratmaqla iddiaçının həmin əmlakdan təyinatı üzrə istifadəsi ilə bağlı qanunla qorunan mənafeyinin pozuntusu kimi qiymətləndirilir. Iş materialları ilə cavabdehin həmin obyekt üzərində sahiblik və istifadə hüququnun qanunsuzluğu öz təsdiqini tapdığından, onun əmlak üzərində hər hansı bir hüququnun mövcudluğunu təsdiq edən heç bir əsas müəyyən edilmədiyindən məhkəmə sahiblik və istifadə hüququnun tanınması barədə cavabdehin qarşılıqlı iddiasını rədd etməklə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir.
95. Iddiaçının kassasiya şikayətinin dəlilləri baxımından qeyd edilməlidir ki, apellyasiya məhkəməsi haqlı olaraq yalnız müvafiq inzibati mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra cavabdehin mübahisəli əmlak üzərində sahibliyini qeyri-vicdanlı davranış kimi qiymətləndirərək həmin müddət üçün zərəri müəyyən etmişdir. Bundan daha uzun müddət üçün zərərin tutulması apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi işin halları baxımından əsaslı hesab edilə bilməz.
96. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir.
97. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004- cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
98. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
99. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.