Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-196/2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi” X11rşı iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr,əmrin ləğv edilməsi, işə bərpa və s 18.02.2026 Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi” X11rşı “əmək münasibətlərinə qanunsuz xitam vermə əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(103)-5208/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikasının Dövlət X4 Şurası sədrinin xx.xx.2023-cü il tarixli 74/k nömrəli əmri ilə Mərkəzin Daxili audit xidmətinin böyük daxili auditoru vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixədək həmin vəzifədə işləmişdir. X5 sədrinin xx.xx.2024-cü il tarixli 192/k nömrəli əmri ilə Dövlətov X3 Daxili audit xidmətinin müdiri vəzifəsinə təyin olunmuşdur.
2. İddiaçı tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, X10 sədrinə rəsmi şəkildə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə Əmək M əcəlləsinin 70ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmiş və əmək müqaviləsinə həmin tarixdə xitam verilməsini xahiş etmişdir. O, xx.xx.2025-ci ildə işdən azad edilməsini xahiş etmişdir.
3. X10 sədrinin xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə X8 audit xidmətinin müdiri vəzifəsinin ixtisar olunması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh «Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi» PHŞ-ya qarşı «əmək münasibətlərinə qanunsuz xitam vermə əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının və dəymiş zərərin ödəni lməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi, Daxili audit xidmətinin müdiri vəzifəsinə bərpa olunmasının cavabdeh tərəfindən təmin edilməsi, cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta əmək haqqının ödənilməsi və Mərkəz tərəfindən işçilərə ödənilən bütün növ kütləvi mükafat əmrlərinin ona da şamil olunması, cavabdeh tərəf iddia ərizəsində göstərmiş olduğu əsassız, qanunsuz və qərəzli hərəkətləri ilə işgüzar nüfuzuna, idarəçilik imicinə ciddi z ərbə vurduğuna, psixoloji gərginlik və stress yaşatdığına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinin tələbləri nəzəri alınmaqla ona dəymiş mənəvi zərərə görə 5.000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və Şəhid ailələrinin təminatına dəstək fondu - YAŞAT Fondunun rəsmi bank hesabına köçürülməsinin cavabdeh tərəfindən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ali təhsillidir, Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini həm bakalavr, həm də magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Hazırki tarixə əmək stajı 10 ildən çoxdur. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin öz rəsm i saytında Daxili audit xidmətinin böyük daxili auditor vəzifəsinə vermiş olduğu vakansiya elanı əsasında 2023-cü ilin 18 yanvar tarixində şəxsi anket məlumatlarını göndərərək həmin vəzifəni tutmaq üçün müraciət etmişdir. İlkin seçimdən və təşkil olunmuş müsahibələrdən uğurla keçərək vəzifəyə uyğun hesab olunmuşdur. Mərkəzlə 31 mart 2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi (bildiriş № xxxxxxx001000) bağlayaraq Daxili audit xidmətində böyük daxili auditor vəzifəsinə təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə namizədliyi X2 təqdim edildikdən sonra 01 iyul 2024-cü il tarixdən Daxili audit xidmətinin müdiri vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifə üzrə də əmək müqaviləsi (bildiriş № xxxxxxx001002) müddətsiz bağlanmışdır. Eyni zamanda, göstərilən bütün dövr ərzində X6 təşkilatına da üzv qəbul olunmuş və hər ay hesablanmış əmək haqqından 1 % üzvlük haqqı Mərkəzin Mühasibatlıq sektoru tərəfindən tutularaq təşkilata köçürülmüşdür. 23 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Müşahidə Şurası yaradılmışdır. X15 X1 dəyişiklik edilmiş və Nizamnamənin 4.7-ci bəndində Müşahidə Şurasının vəzifələri müəyyən edilmişdir. 4.7.13-cü bəndinin tələbinə əsasən daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək Müşahidə Şurasının vəzifələrinə aid edilmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin (bildiriş № xxxxxxx001004) məzmununda (3.1 bənd) əmək fun ksiyasında aşağıdakı düzəliş edilmişdir: İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: Fəaliyyəti ilə bağlı illik planın hazırlanması və Müşahidə Şurasına təqdim edilməsi; Daxili auditlə bağlı hesabatın Müşahidə Şurasına təqdim edilməsi; Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, Müşahidə Şurasına təkliflərin verilməsi; Fəaliyyəti ilə bağlı müstəqilliyinə və ya obyektivliyinə müdaxilələr barədə Müşahidə Şurasının məlumatlandırılması; İşinin təşkili üçün zəruri olan təşkilati-texniki tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə Müşahidə Şurasına müraciət edilməsi; Daxili auditin metodologiyasına əsasən Mərkəzdə daxili audit prosedurlarının müəyyən edilməsi; Zəruri hallarda Müşahidə Şurasının ra zılığı ilə Mərkəzin digər əməkdaşlarının auditin aparılmasına cəlb edilməsi; Fəaliyyəti ilə bağlı kənar auditorlar tərəfindən təsdiqlənmiş illik maliyyə hesabatlarının Müşahidə Şurasına təqdim edilməsi. Əmək funksiyasının icrasına maneə yaradan hallarla bağlı bildirmişdir ki, xx.xx.2025 xx.xx.2025-ci il tarixləri aralığında müxtəlif saatlarda Mərkəzin Aparat rəhbəri və digər vəzifəli şəxsləri tərəfindən ona aşağıda qeyd etdiyi təzyiqlər olmuşdur. A) «Ərizəni yaz işdən çıx». O, bunun üçün səbəb olmadığını bildirdikdə, cavabında bunun Mərkəz rəhbərliyinin istəyi ilə olması bildirilmişdir. O, bunun qanunsuz tələb olduğu üçün əmək münasibətlərini davam etdirəcəyini bildirmişdir. Bundan sonra təzyiqlər bir qədər də artmağa başlamış və xx.xx.2025-ci il tarixdə o, nahar fasiləsində olan zaman xid məti otağından xidməti istifadəsində olan «notebook» qanunsuz şəkildə Mərkəzin İnformasiya Texnologiyaları şöbəsinin müdiri tərəfindən qaçırılmışdır. Nahar fasiləsindən qayıtdıqdan sonra faktla bağlı dərhal Mərkəzin Aparat rəhbərinə və Hüquq departamentinin direktoruna rəsmi elektron məktubla məlumat verərək bildirmişdir ki, xidməti «notebook»-da Daxili audit xidməti tərəfindən hazırlanmış və konfidensial olan məlumatlar var və «notebook»un bu formada oğurlanması qanunsuzdur, onun normal xidməti fəaliyyət göstərməsinə birbaşa maneədir və Daxili audit funksiyasının müstəqilliyinə təhdiddir. Onİar isə bunun Mərkəz rəhbərliyinin tapşırığı ilə olmasını bildirmişlər. B) «Əmək Məcəlləsinin 70-ci maddəsinin V hissəsinə əsasən səni maddə ilə işdən çıxaracağıq». xx.xx.2025-ci il tarixdə Mərkəzin Ap arat rəhbərinin xidməti otağında X16 sədrinin müavini, Hüquq departamentinin direktoru, Aparat rəhbərinin iştirakı ilə görüşdə növbəti təhdid, Müşahidə Şurasının yekdil qərarı ilə «səni Mənəvi-əxlaqi keyfiyyətlərinin olmaması maddəsi ilə» işdən qovacağıq». O, bu qərarı özündə əks etdirən protokolu tələb etdikdə isə sonuncular ona bunu təqdim etməmiş, onun inad etməsinin gələcəyi üçün pis nəticələr verəcəyi ilə təhdid olunmuşdur. O isə, «bir halda ki, Müşahidə Şurası bu cür düşünür o zaman, buyurun həmin maddə əsasında məni işdən azad edərək əmri rəsmiləşdirin» deyərək öz fikrini bildirmişdir. Əmək hüquqlarının pozulması ilə bağlı bildirmişdir ki, Mərkəzlə bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bən dinə əsasən ləğv edilmişdir. Vəzifənin ixtisar edilməsi ilə bağlı qərar verilən zaman onun zəruriliyi əsaslandırılmamış, X6 təşkilatının qabaqcadan rəyi alınmamış, onunla həmkarlar ittifaqı arasında heç bir təklif müzakirə edilməmiş, Müşahidə Şurasının iclasının gündəliyinə daxil edilmiş məsələlər barəsində məlumat proseduru gözlənilməmiş, beləliklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 78 və 80-ci maddələrinin və Mərkəz Nizamnaməsinin 4.9-cu bəndinin tələbləri Mərkəzin vəzifəli şəxsləri tərəfindən kobud surətdə pozulmuş və qanunvericiliyin tələblərinə uyğun müvafiq prosedurlar həyata keçirilməmişdir. Bütün qeyd olunanlar bu qənaətə gəlməyə əsas verir ki, bu ixtisar şəxsinə qarşı yönəlmiş bir qərardır.
6. Cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz verərək etirazını o nunla əsaslandırmışdır ki, iddiaçı X7 16 yanvar 2025-ci il tarixli iclasında Daxili audit xidmətinin strukturunun təkmilləşdirilməsi zəruriliyi məsələsi müzakirə edilmiş, Mərkəzin yeni strukturunun təsdiq edilməsi, həmçinin daxili audit xidmətinin strukturunun optimallaşdırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, Mərkəzin yeni strukturunda ixtisar edilmiş Daxili audit xidmətinin müdiri vəzifəsində çalışan İddiaçı həmin vəzifədən azad edilməsi barədə qərar yekdilliklə qəbul edilmiş, İdarə Heyətinin sədrinə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbayc an Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı dörd təqvim həftəsi əvvəlcədən Mərkəzin aparatının strukturunda müvafiq dəyişikliklərin həyata keçirilməsi ilə əlaqədar tutduğu Daxili audit xidmətinin müdiri vəzifəsinin 2025-ci ilin fevral ayında ixtisar olunacağı ilə bağlı rəsmi xəbərdar edilmişdir (xx.xx.2025-ci il tarixli 9-3/3-69/2025 nömrəli xəbərdarlıq əlavə olunur). Xəbərdarlıqda eyni zamanda Əmək Məcəlləsinin digər tələbləri barədə də iddiaçıya məlumat verilmişdir. Xəbərdarlıq iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və o, həmin tarixdə X10 sədrinə ərizə ilə müraciət edərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsinə heç bir etiraz etmədiyini və əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməs i istəyini bildirmişdir. İddiaçının müvafiq ərizələrini təqdim etdikləri yazılı mülahizəyə əlavə etmişlər. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı əmək müqaviləsinin ləğv edilməsi üçün Mərkəzin ilk həmkarlar ittifaqı komitəsinin qabaqcadan razılığını almaq məqsədilə xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında Mərkəzin Aparatının strukturunda müvafiq dəyişikliklərin həyata keçirilməsi ilə əlaqədar olaraq Daxili audit xidmətinin müdiri vəzifəsinin ixtisar olunması ilə bağlı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi qərara alınmışdır. Eyni zamanda İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün ödəmələr ödənilmişdir. Onun son haqq-hesab üzrə arayışını m əhkəməyə təqdim etmişlər. Mərkəzin Nizamanməsinin 3.1.50-ci yarımbəndinə əsasən Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək Mərkəzin vəzifələrindən biridir. İşin həcmindən asılı olaraq Mərkəzin Aparatında mütəmadi olaraq struktur dəyişiklikləri aparılır. Mərkəzdə ilk dəfə daxili auditor vəzifəsi xx.xx.2019-cu ildə təsis edilmişdir. xx.xx.2023-cü il tarixədək Mərkəzdə bir daxili auditor fəaliyyət göstərmişdir. Obyektiv səbəblərdən iş həcminin artması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Mərkəzdə Daxili audit xidməti, xidmətdə xidmətin müdiri, 1 böyük daxili auditor və 1 daxili auditor ştatları təsis edilmişdir. xx.xx.2023-cü il tarixdə xidmətdə mövcud olan daxili auditor ştatı böyük daxili auditor ştatı ilə, xx.xx.2024-cü il tarixdə böyük daxili auditor ştatı kiçik daxili auditor ştatı ilə, xx.xx.2024-cü il tarixdə böyük daxili auditor və kiçik daxili auditor ştatları daxili auditor ştatları ilə əvəz edilmişdir. Yeni struktura uyğun olaraq Mərkəzdə 2 daxili auditor ştatı mövcuddur. Göründüyü kimi Mərkəzdə aparılan struktur dəyişiklikləri, həmçinin Daxili audit xidmətinin müdiri vəzifəsinin ixtisar edilməsi obyektiv səbəblərdən - işin həcmindən asılı olaraq həyata keçirilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə tam riayət edildiyini nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 iyun 2025-ci il tarixli 2(006)-2787/2025 n ömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Ceyhun Tağıyev).
8. Məhkəmə ilk öncə iddiaçının ixtisar zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 78, 80-ci maddələrinin pozulmasına dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, Mərkəzin Nizamnaməsinin 3.1.50-ci yarımbəndinə əsasən Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək Mərkəzin vəzifələrindən biridir. İşin həcmindən asılı olaraq Mərkəzin Aparatında mütəmadi olaraq struktur dəyişiklikləri aparılır. Mərkəzdə ilk dəfə daxili auditor vəzifəsi xx.xx.2019-cu ildə təsis edilmişdir. xx.xx.2023-cü il tarixədək Mərkəzdə bir daxili auditor fəaliyyət göstərmiş, obyektiv səbəblərdən iş həcminin artması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Mərkəzdə Daxili audit xidməti, xidmətdə xidmətin müdiri, 1 böyük daxili auditor və 1 daxili auditor ştatları təsis edilmişdir. xx.xx.2023cü il tarixdə xidmətdə mövcud olan daxili auditor ştatı böyük daxili auditor ştatı ilə, xx.xx.2024-cü il tarixdə böyük daxili auditor ştatı kiçik daxili auditor ştatı ilə, xx.xx.2024-cü il tarixdə böyük daxili auditor və kiçik daxili auditor ştatları daxili auditor ştatları ilə əvəz edilmişdir. Yeni struktura uyğun olaraq Mərkəzdə 2 daxili auditor ştatı mövcuddur.
9. Məhkəmə hesab etmişdir ki, Mərkəzdə aparılan struktur dəyişiklikləri, həmçinin Daxili audit xidmətinin müdiri vəzifəsinin ixtisar edilməsi obyektiv səbəblərdən - işin həcmindən asılı olaraq həyata keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun müvafiq prosedurlar həyata keçirilmişdir.
10. Həmçinin məhkəmə iddiaçının Əmək Məcəlləsinin 78-ci maddəsinin tə ləblərinin pozulmasına dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, sözügedən normanın 1-ci hissəsinin məzmunundan göründüyü kimi, qanunvericilikdə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsi qaydası əks olunmuşdur. Lakin sözügedən hüquq normasının tətbiq edilməsi üçün mərhələli şəkildə bir neçə şərtə əməl edilməlidir: əvvəla, müvafiq müəssisədə faktiki olaraq işçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata keçirilməlidir, daha sonra həmin müəssisədə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün eyni ixtisas (peşə) üzrə bir neçə işçi çalışmalıdır. Məhz göstərilən şərtlər mövcud olduqda işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi həyata keçirili r. O da nəzərə alınmalıdır ki, işçilərin sayı və ya ştatlarının ixtisarına normativ qaydada anlayış verilməsə də, işçilərin sayının ixtisarı konkret vəzifə üzrə ştat vahidinin azaldılması, işçilərin ştatlarının ixtisarı isə konkret vəzifənin müəssisənin ştat cədvəlindən çıxarılması kimi başa düşülür. Başqa sözlə, əgər işəgötürən tərəfindən hər hansı müəssisədə konkret vəzifə üzrə işləyən işçilərinin sayı azaldılırsa bu işçilərin sayının ixtisarına, ümumilikdə bir neçə işçinin çalışdığı vəzifələr ixtisar edilirsə bu, işçilərin ştatlarının ixtisarının aparılmasına dəlalət edir. Belə olan halda, müvafiq vəzifə ştat cədvəlindən çıxarıldığından, eyni vəzifədə və ixtisas üzrə işləyən, müqayisə aparılmalı olan başqa işçi(lər) olmur.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə b ağlanmış əmək müqaviləsinə xitam verilərkən sonuncunun başqa işlə təmin olunmaması Əmək Məcəlləsinin pozuntusu kimi qiymətləndirilə bilməz. Həmçinin, qeyd edilməlidir ki, əmək qanunvericiliyi işəgötürənin üzərinə ixtisar olunan işçiyə başqa işin təklif olunması kimi vəzifə qoymamışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə üstünlük hüququ olduğu halda göstərilən normaların tələblərinə riayət edilməməsi kimi iddia tələbinin dəlilləri də əsassızdır.
12. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı barəsində işdən azad edilməsi barədə əmrin qanunvericiliyin tələblərinə uyğun olmamasına dair irəli sürdüyü dəlilləri mülahizə xarakterli olmaqla heç bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır.
13. Məhkəmə iddia tələbinin mənəvi ziyan tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
14. Məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi, 12-ci maddəsinin “c” bəndi, 68-ci maddənin 1 və 2-ci hissəsinin “a”bəndi, 70-ci maddəsinin “b” bəndi, 71, 77-ci maddənin 1-ci hissəsi, 77-ci maddəinin 1,2, 3-cü hissəsinin “a” və “b” bəndləri və 4-cü his səsi, 78-ci maddənin 1 və 2-ci hissəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Həmkarlar ittifaqının belə hallarda qabaqcadan razılığı yalnız formallıq üçün deyil, işçinin müdafiəsi məqsədilə obyektiv və əsaslandırılmış mövqeyə söykənməlidir. xx.xx.2025-ci il tarixində bildiriş göndərilibsə necə xx.xx.2025-ci il tarixində qabaqcadan razılıq alınır? Bu, əmək qanunvericiliyinə ziddir. Çünki həmkarlar ittifaqı qərarının alınma sı öncədən baş verməli və işçiyə alternativlər, ixtisarın əsaslandırılması ilə bağlı yazılı rəy təqdim olunmalı idi. 1-2 gün ərzində bu prosedurun aparılması, hüquqi baxımdan formal və qeyri-real hesab olunur. O, bu barədə də məhkəməyə öz etirazını bildirsə də, etiraz araşdırılmamış və cavabdehdən bu iddia ilə bağlı heç bir izahat istənilməmişdir. Sübut kimi, Həmkarlar İttifaqının protokolu məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə cavabdeh tərəf bildirir ki, xx.xx.2025-ci il tarixində Müşahidə Şurasının iclasında müvafiq struktur dəyişikliyi və ixtisar qərarı formalaşdırılmışdır. Lakin bu bəyanatı təsdiqləyən iclas protokolu, qərarın mətni və ya çıxarışı sübut kimi təqdim edilməmişdir. Halbuki bu sənəd ixtisarın hüquqi əsasını təşkil edir və onun təqdim edilməməsi ciddi sübut boşluğu ya radır. Məhkəmə xx.xx.2025-ci il tarixli Məhkəmə baxışı zamanı təqdim edilmiş sübutun qəbul edilməməsi barədə MPM-in 47.2-ci maddəsinə əsasən təqdim etdiyi vəsatətə heç bir hüquqi münasibət bildirməmişdir. Nəticədə MPM-in 184.4-cü maddəsinin tələbi pozulmuş, işin obyektiv və ədalətli araşdırılması təmin edilməmişdir. Vəsatətə baxılmaması və qiymət verilməməsi məhkəmənin qərəzsizliyinə və qəbul etdiyi qətnamənin qanuniliyinə əsaslı şübhə yaradır. Məhkəmə öz qətnaməsində göstərir ki, cavabdeh tərəf ixtisar prosesini qanunun tələblərinə uyğun aparmışdır. Lakin bu nəticə mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, cavabdeh tərəf məhkəməyə həmkarlar ittifaqının iclasının protokolunu təqdim etməmişdir, Müşahidə Şurasının iclasının protokolunu təqdim etməmişdir, işin həcminin azalmasını obyektiv s əbəb kimi göstərən cavabdeh tərəfdən bunu sübut edəcək məlumatlar istəməmişdir, sadəcə sözlər yazılan açıqlama ilə kifayətlənmişdir. Ümumiyyətlə ixtisarın baş verməsi üçün qanunvericiliyin tələbinə uyğun şəkildə xronoloji sənədləşmə ardıcılığını tələb etməmişdir. Yalnız natamam və bəzi gecikdirilmiş sənədlərin surəti ilə kifayətlənmiş, elektron sənəd dövriyyəsindən sənəd çıxarışı tələb etməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5208/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Vahid Sadıqov-sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Sabit Bəhrəmzadə).
19. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublika sının Dövlət X4 Şurası sədrinin xx.xx.2023-cü il tarixli 74/k nömrəli əmri ilə Mərkəzin Daxili audit xidmətinin böyük daxili auditoru vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixədək həmin vəzifədə işləmişdir. X5 sədrinin xx.xx.2024-cü il tarixli 192/k nömrəli əmri ilə Dövlətov X3 Daxili audit xidmətinin müdiri vəzifəsinə təyin olunmuş, X10 sədrinin xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə X8 audit xidmətinin müdiri vəzifəsinin ixtisar olunması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir.
33. İddiaçı bununla yanaşı konkret tarix qeyd etməklə işdən azad edilməyinə etiraz etmədiyini bildirmişdir.
34. Məhkəmə iclasında iddiaçı bu hala münasibət bildirirək qeyd etmişdir k i, qanunvericiliklə gözlənilən müddətdə yeni iş axtarıb tapması üçün həmin müddətləri gözləməkdən imtina etdiyini bildirmişdir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Qanunveriliyin tələbinə görə işçilərin sayını və ya ştatlarını ixtisar etməklə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi müqaviləni ləğv edilməsi əsaslarından biridir. Hazırki halda da ştatın ixtisar edilməsi ilə əmək müqaviləsinə xitam verilmişdir.
36. İddiaçı dörd təqvim həftəsi əvvəlcədən Mərkəzin aparatının strukturunda müvafiq dəyişikliklərin həyata keçirilməsi ilə əlaqədar tutduğu Daxili audit xidmətinin müdiri vəzifəsinin 2025-ci ilin fevral ayında ixtisar olunacağı ilə bağlı rəsmi xəbərdar edilmiş, xəbərdarlıq iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və o, həmin tarixdə X10 sədrinə ər izə ilə müraciət edərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsinə heç bir etiraz etmədiyini və əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməsi istəyini bildirmişdir.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işçilərin sayı və ya ştatlarının ixtisarına normativ qaydada anlayış verilməsə də, işçilərin sayının ixtisarı konkret vəzifə üzrə ştat vahidinin azaldılması, işçilərin ştatlarının ixtisarı isə konkret vəzifənin müəssisənin ştat cədvəlindən çıxarılması kimi başa düşülür. Başqa sözlə, əgər işəgötürən tərəfindən hər hansı müəssisədə konkret vəzifə üzrə işləyən işçilərinin sayı azaldılırsa, bu işçilərin sayının ixtisarına, ümumilikdə bir neçə işçinin çalışdığı vəzifələr ixtisar edilirsə bu, işçilərin ştatlarının ixtisarının aparılm asını ehtiva edir. Belə olduqda isə, müvafiq vəzifə ştat cədvəlindən çıxarıldığından, eyni vəzifədə və ixtisas üzrə işləyən, müqayisə aparılmalı olan başqa işçi(lər) olmur.
38. Ştat vahidinin ixtisar edilməsi işəgötürənin səlahiyyətinə aid olan məsələ olsa da, onun qanuna uyğun həyata keçirilməməsi nəticəsində işçinin hüququnun pozulubpozulmamasına dair iddiaya məhz qanunvericilik normalarının tələbləri baxımından məhkəmə tərəfindən huquqi qiymət verilir.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki halda iddiaçı özü də müddəti gözləmədən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.
40. Məhkəmə kollegiyası hesab etmişdir ki, xəbərdalıq müddəti əvəzinə işdən çıxarma müavinətinin ödənilməsi isə hazırki halda mübahisə predmetini təşkil etmir.
41. İddiaçının tutduğu vəzfəsinin ixti sarı zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 78, 80-ci maddələrinin pozulmasına dair dəlillər ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, Mərkəzin Nizamnaməsinin 3.1.50-ci yarımbəndinə əsasən Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək Mərkəzin vəzifələrindən biridir. İşin həcmindən asılı olaraq Mərkəzin Aparatında mütəmadi olaraq struktur dəyişiklikləri aparılır.
42. Belə ki, Mərkəzdə ilk dəfə daxili auditor vəzifəsi xx.xx.2019-cu ildə təsis edilmişdir. xx.xx.2023-cü il tarixədək Mərkəzdə bir daxili auditor fəaliyyət göstərmiş, obyektiv səbəblərdən iş həcminin artması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Mərkəzdə Daxili audit xidməti, xidmətdə xidmətin müdiri, 1 böyük daxili auditor və 1 daxili auditor ştatları təsis edilmişdir. xx.xx.2023-cü il tarixdə xidmətdə mövcud olan daxili auditor ştatı böyük daxili auditor ştatı ilə, xx.xx.2024-cü il tarixdə böyük daxili auditor ştatı kiçik daxili auditor ştatı ilə, xx.xx.2024-cü il tarixdə böyük daxili auditor və kiçik daxili auditor ştatları daxili auditor ştatları ilə əvəz edilmişdir. Yeni struktura uyğun olaraq Mərkəzdə 2 daxili auditor ştatı mövcuddur.
43. Məhkəmə Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Mərkəzdə aparılan struktur dəyişiklikləri, həmçinin Daxili audit xidmətinin müdiri vəzifəsinin ixtisar edilməsi obyektiv səbəblərdən - işin həcmindən asılı olaraq həyata keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun müvafiq prosedurlar həyata keçirilmişdir.
44. Apellyasiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Respub likası Dövlət X13 X12 İttifaqı Komitəsinin İclasının 1 nömrəli 24 yanvar 2025-ci il tarixli iclas Protokolundan görünür ki, iddiaçının tutduğu vəzifə ilə yanaşı, Təsərrüfat Sektorunda elektrik vəzfəsinin də ixtisar edilməsinə etiraz edilmədiyi qərara alınmışdır.
45. Mübahisələndirilən xx.xx.2025-ci il tarixli, 27/K saylı əmrə münasibətdə məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) işdən azad edilmişdir. İşçiyə qanunverilicikdə nəzərdə tutulmuş müddət ərzində rəsmi xəbərdarlıq edilmiş, həmin xəbərdarlıqla tanış olmuşdur. Əmrin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
46. Bundan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, digər hissələrdə də iddia tələbinin rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur.
47. Əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməsi müəyyən edilməmişdir.
48. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 68.1. 68.2-ci maddənin “a” bəndi, 70-ci maddənin “b” bəndi, 77.1, 77.2, 77.3, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
49. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, İdarə Heyətinin sədrinin xx.xx.2025-ci i l tarixli məktubunda xəbərdarlıq müddətinin həmin gündən başlayaraq 4 təqvim həftəsindən ibarət olduğu və işçinin həmin müddətin əvəzinə əmək haqqının 0.9 misli ödəniş almaq hüququnun olduğu qeyd edilmişdir. İddiaçı eyni tarixli məktubla İdarə Heyəti sədrinə xəbərdarlıq müddətini gözləmək istəmədiyini və Əmək Müqaviləsinin xx.xx.2025-ci il tarixindən etibarən xitam edilməsinə razılığını ifadə etmişdir. Buna baxmayaraq Əmək Müqaviləsinə iddiaçının iradəsinə zidd olaraq 5 gün sonra xx.xx.2025-ci il tarixində xitam verilmiş və iddiaçıya xəbərdarlıq müddəti əvəzinə ödəniş xəbərdarlıq müddətinin ötmüş günlərinə (22-27 yanvar) mütənasib olaraq azaldılmaq yerinə tam həcmdə ödənilmişdir. Bütün bunlar bir daha göstərir ki, cavabdeh tərəfindən qanunvericliyin tələbləri pozularaq həmkarlar ittifaqı t əşkilatının qabaqcadan razılığını əldə edilməmiş və bu halın gizlədilməsi məqsədilə xəbərdarlıq müddəti iddiaçının iradəsinin ziddinə uzadılaraq xx.xx.2025-ci il tarixində həmkarlar ittifaqı təşkilatının protokolu əldə edilmiş və həmin tarixə də qanunsuz əmr tərtib edilmişdir. İşə baxmış apellyasiya instansiya məhkəməsi qərəzli davranaraq cavabdehin bu pozuntusuna qiymət verməmiş, bundan əlavə, sözügedən halı əsassız şəkildə iddiaçının əleyhinə dəlil kimi qiymətləndirmişdir. Belə ki, məhkəmə qətnaməsində iddiaçının İdarə Heyətinin sədrinin sözügedən məktubuna etirazı olmaması və xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsi barədə iradə ifadəsinə cavabdehin hərəkətlərinin qanunazidd olmadığını təsdiq edən dəlil kimi qiymət vermişdir. Əmək qanunvericiliyinə əsasən işəgö türənin Məcəllənin 70b maddəsinə əsasən əmək münasibətlərinə xitam verməsi hüququ işçinin razılığı ilə şərtləndirilməmiş və işçinin bu barədə razılığı işəgötürənin sözügedən səlahiyyəti qanunamüvafiq formada həyata keçirmək vəzifəsindən azad etmir, eyni zamanda sözügedən hal işçinin qanunazidd qəbul edilmiş əmri məhkəmədə mübahisələndirmək hüququnu aradan qaldırmır. İşçinin sözügedən razılığı ifadə etməkdə niyyətinə münasibətdə isə aydın görünür ki, işçi xəbərdarlıq müddətini gözləməyərək həmin müddətin əvəzinə müvafiq ödənişi almaq, cavabdehin əmrini isə qanunamüvafiq qaydada mübahisələndirmək niyyətində olmuşdur. Odur ki, məhkəmənin sözügedən halla bağlı mövqeyi tamamilə əsassız və qərəzlidir.
51. Əmək müqaviləsinin xitamı tarixinin müəyyənləşdirilməsi Qərarın icrası xarakterli tədbir ol mamaqla, X9 həvalə edilmiş “audit xidmətinin üzvünün vəzifədən azad edilməsi” səlahiyyətinin tərkib hissəsidir. Sözügedən səlahiyyət isə Fərmana əsasən Prezident tərəfindən Müşahidə Şurasına həvalə edildiyindən, Müşahidə Şurasının qərarı ilə digər şəxsə ötürülə bilməz. Bundan əlavə, Müşahidə Şurasının sözügedən səlahiyyəti ötürmək hüququ Nizamnamə ilə təsbit edilsəydi belə (şərti olaraq qeyd edilir), bu zaman X17 əmrində əsas qismində Nizamnamənin 4.24.10-cu bəndinə deyil, Müşahidə Şurasının qərarına və Şuranın səlahiyyətini ötürməklə bağlı Nizamnamənin müvafiq bəndinə istinad edilməli idi. Odur ki, Qərarda iddiaçının vəzifədən azad edilməsi tarixi təsbit edilmədiyindən, Qərar Məcəllənin 84cü maddəsinə əsasən etibarsızdır. Digər qeyd edilənlərə əsasən isə İdarə Heyətinin əmri də etibarsı zdır. Bu kassasiya şikayətinin 1-ci və 2-ci hissələrindən aydın olur ki, həm Müşahidə Şurasının xx.xx.2025-ci il tarixli Qərarı, həm də İdarə Heyətinin sədrinin xx.xx.2025-ci tarixli əmri əmək qanunvericiliyinin və Fərmanın tələblərinə zidd olaraq qəbul edildiyindən etibarsız hesab edilməlidir.
52. Müşahidə Şurasının xx.xx.2025-ci il tarixli 3 nömrəli Qərarı nə iddiaçının son iş günü, nə də birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə hazırlıq iclasları zamanı təqdim edilməklə, sözügedən sübut xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə baxış iclası zamanı təqdim edilmişdir. İddiaçı MPM-in 78.1-ci maddəsinə müvafiq olaraq sübutların məhkəmə baxışı zamanı təqdim edilməsi üçün əsas olmadığından qəbul edilməməsi barədə vəsatət versə də, məhkəmə tərəfindən vəsatətə hüquqi qiymət verilmə mişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. şikayətin təmin Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
54. Maddə 68.1. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla xitam verilə bilər.
55. Maddə 68.2. “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
56. Maddə 70 “b” bəndi. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçilərin sayı və ya ştatların ixtisar edilməsidir.
57. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzd ən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
58. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
59. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötür ənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
60. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsin i işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüv vədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
70. İddiaçının kassasiya şikayətinin dəlilləri onun tərəfindən verilmiş apellyasiya şikayətində və məhkəmə iclaslarında verdiyi izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası b u qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
71. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutlara düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
72. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2025-ci il tarixli 2(103)5208/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv qüvvəyə minir.