Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4117/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "Azərbaycan İdman Akademiyası" X6rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tələblər; əmək müqaviləsinə xitam verilməsinin əsasları; işçinin əmək hüquqlarını müdafiəsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan İdman Akademiyasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5241/2025 nömrəli, 7 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 2010-cu ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiş və Akademiyanı bitirdikdən sonra, həmin ilin oktyabr ayının 19-da X13 Kafedrasına laborant vəzifəsinə qəbul edilmiş və 14 ildən artıq müddət ərzində qeyd edilən vəzifədə işləmişdir.
2. Cavabdeh qurumun insan resursları şöbəsinin müdiri tərəfindən ona xx.xx.2024cü il tarixli xəbərdarlıq təqdim edilmiş və o qeyd olunan xəbərdarlığa imza edərək onunla tanış olmuşdur.
3. Daha sonra cavabdeh qurumun 29 dekabr 2 024-cü il tarixli, 3-19-14/3-1-148/2024 nömrəli rəsmiləşdirilmiş əmri ilə X13 kafedrasının laborantı İddiaçı 30 dekabr 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan İdman Akademiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan İdman Akademiyası” X7 İddiaçı barəsində verdiyi xx.xx.2024-cü il tarixli, 3-19-14/3-1-148/2024 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, ötən müddət üçün almadığı əmək haqqının, digər ödənclərin (məzuniyyət pulu və s.) verilməsi, 5000 manat mənəvi zərərin ödənilməsi, məhkəmə xərcləri kimi 60 manat mediasiya üçün ödənilmiş rüsumun və 300 manat vəkilin xidmət haqqı kimi ödənilmiş pulun iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi, İddiaçı ilə müsabiqə keçirilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, onun qızı İddiaçı 2010-cu ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiş və Akademiyanı bitirdikdən sonra, həmin ilin oktyabr ayının 19-da X13 Kafedrasına laborant vəzifəsinə qəbul edilmişdir. 14 ildən artıq müddət ərzində qeyd edilən vəzifədə işləmiş, işini vicdanla, layiqincə, bacarıqla görmüş, hər hansı nöqsanı olmamış, kollektivin, eyni zamanda tələbələrin rəğbətini qazanmışdır. 450 manatlıq əmək haqqı ilə çətinliklə də olsa, bir tək oğul övladını təkba şına böyütməyin öhdəsindən gəlmiş, başqa heç bir yerdən hər hansı gəliri olmamış, halal əmək haqqısı ilə dolanmışdır. xx.xx.2024-cü il tarixdə Güneli kafedraya çağırıb bildirmişlər ki, Akademiyanın yeni strukturunun yaradılması ilə bağlı xəbərdarlıq olunursuz, narahat olmayın, boş şeydi, işlə təmin ediləcəksiz. xx.xx.2024-cü il tarixdə qızına xx.xx.2024-cü il tarixli xəbərdarlıq təqdim edərək məcbur etmişlər ki, öncəki tarixlə, yəni xx.xx.2024-cü il tarixi ilə onu imzalasın (həmin günü noyabr ayının 17-si idi). Qızı da öncəki tarixlə xəbərdarlığı imzalamışdır. Qızı ilə yanaşı əlavə 6 nəfər işçiyə ünvanlanmış və insan resursları şöbəsinin müdiri tərəfindən imzalanmış həmin xəbərdarlığın mətnində göstərilir ki, “xx.xx.2025-ci il tarixdən Akademiyanın yeni strukturuna uyğun kadr potensialının formalaşdırılması məqsədi ilə xx.xx.2024-cü il tarixdən sizinlə bağlanmış əmək müqaviləsi ləğv ediləcək. Əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən həyata keçiriləcək. Əlavə olaraq nəzərinizə çatdırılır ki, xx.xx.2024-xx.xx.2024 tarixədək hər iş həftəsində iş axtarmağa imkan yaradılması məqsədi ilə sizə əmək haqqı saxlanılmaqla əmək funksiyasının icrasından azad bir iş günü verilir. Həftə ərzində bu iş günü bilavasitə rəhbərinizin razılığı ilə seçilir”. Düşündürücü məqam ondan ibarətdir ki, xəbərdarlıqda Əmək Məcəlləsinin 77-ci maddəsinə (işçilərin sayı və ya ştatları ixtisarı) istinad edilsə də, xəbərdarlığın mətnində 1 cümlə də olsun hər hansı ixtisardan yazılmır, xəbərdarlıq yeni kadr potensialının formalaşdırılması ilə əlaqələndirilir. Bundan sonra işəgö türmə komissiyası xx.xx.2024-cü il tarixdə qızı ilə müsabiqə keçirir. Müsabiqədə verdikləri sualların hər hansı biri onun işi, əmək fəaliyyəti ilə və ixtisası ilə bağlı olmamışdır. Yaranmış vəziyyətdə sıxıldığı üçün qızı kövrəlib, ağlamışdır. xx.xx.2024-cü il tarixdə mail ilə məlumat daxil olmuşdur ki, müsabiqədən keçməmisiniz. Eyni zamanda mübahisləndirilən xx.xx.2024-cü il tarixli əmrdə göstərilir ki, kadr potensialının formalaşdırılmasına dair işə qəbul komissiyasının qərarı nəzərə alınmışdır. Akademiya kimin adamı var onu işdə saxlamış, kimin adamın yoxdursa işdən çıxarmışlar.
6. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, Azərbaycan X2 Günel Fizuli qızının əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi ilə bağlı Əmək Məcəlləsinin 80-ci maddəsinin tə ləblərinə əməl etməmiş və bununla ciddi qanun pozuntusuna yol vermişdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan İdman Akademiyasının yeni strukturunun təsdiqi haqqında xx.xx.2024-cü il tarixli əmr vermişdir. Bunun əsasında İdman Akademiyasının xx.xx.2024-cü il tarixli əmri verilmişdir. Bu əmrdə hansı ştatların ixtisara düşməsi barədə heç bir göstəriş və qeydlər yoxdur. Buna baxmayaraq, xx.xx.2024-cü ildə qızı İddiaçı xəbərdarlıq verilmişdir ki, Sizin tutduğununuz vəzifə ştatı ixtisara düşmüşdür. Belə bir halda işəgötürən tərəfindən qabaqcadan ixtisar ilə bağlı əsaslandırılmış sənədlər əlavə edilməklə həmin müəssisənin X4 yazılı təqdimat yazmalı və bu ümumi şöbədən qeydiyyatdan keçməli idi. Bundan sonra ən geci 10 gün ərzində HİK-də baxılmalı və əsaslandırılmış yaz ılı qərarını işəgötürənə təqdim etməlidir. Bu proseslər keçirilməmişdir, əgər keçirilsəydi qızı HİK-ə dəvət olunaraq iclasda iştirak edərdi. Keçirməməyin əsas səbəblərindən biri də “Məşğulluq haqqında" 29 iyun 2018-ci il tarixli qərarına əsasən HİK-də həmin təşkilata yazılı məlumat verməli, birgə məsləhətləşmələr aparılmalı, ixtisara düşən işçilərin hüquqları və mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulardı. Onun qızı İddiaçı işlədiyi dövrdə hər ay əmək haqqından 14 % gəlir vergisi, 3% sosial sığorta ödənişi, 2 % tibbi sığorta ödənişi, 0.5 % işsizlikdən sığorta ödənişi və Həmkarlar İttifaqı üzvlüyü üçün 2 % haqq tutulmuşdur. İldə bir dəfə HİK tərəfindən qızına mükafat verilmişdir. Əgər HİK-in ixtisarla bağlı rəyi olsa idi, əmək müqaviləsinə xitam ver ilməsi ilə barədə əmrdə buna istinad edilmiş olardı.
7. Cavabdeh Azərbaycan İdman Akademiyasınin nümayəndəsi X10 iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarından da görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2024-cü il tarixli, 253 №-li qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil olunmuşdur. Akademiyanın yeni strukturunun təsdiqi haqqında Azərbaycan Respublikası Gənclər və idman Nazirinin 07 noyabr 2024-cü il tarixli 3-19/3-1-392-2024 №-li əmri və Akademiyanın rektorunun 14 noyabr 2024-cü il tarixli 3-19-14/3- 1-R-152/2024 №-li əmrinə uyğun olaraq 01 yanvar 2025-ci il tarixindən Akademiyanın yeni strukturuna uyğun kadr potensialının formalaşdırılması nəzərdə tutulmuşdur. Buna uyğun olaraq 15 noyabr 2024-cü il tarixində iddiaçıya əmək müqaviləsinə xitam verilməsinə dair xəbərdarlıq göndərilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinə istinad edilməsi artıq işçilərin sayının və ya ştatların ixtisarı ilə bağlı prosedurun başladığını göstərir. Xəbərdarlıq mətnində ixtisar ifadəsinin açıq şəkildə qeyd olunmaması məzmunla bağlı bir yanaşmadır, lakin bu, ixtisarın hüquqi əsasını və nəticələrini dəyişmir. Yeni kadr potensialının formalaşdırılması ixtisarı istisna etmir. Belə ki, cavabdeh əvvəlki strukturu dəyişərək yeni tələblərə uyğunlaşdıra bilər və bu çərçivədə i şçi sayını azalda bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq xəbərdarlığın mətnində xəbərdarlıq müddəti ərzində hər iş həftəsində iş axtarmağa imkan yaradılması məqsədilə iddiaçıya əmək haqqı saxlanılmaqla əmək funksiyasının icrasından azad bir iş günü verildiyi qeyd olunmuşdur. İddiaçı ərizəsində 17 noyabr 2024-cü il tarixində kafedraya çağırıldığını, Akademiyanın yeni strukturunun yaradılması ilə bağlı ona xəbərdarlıq edildiyini və 15 noyabr 2024-cü il tarixli xəbərdarlığın təqdim olunaraq arxa tarixdə imzalamağa məcbur edildiyini iddia etsə də, bu iddialarını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi məlumatların Akademiyanın nüfuzuna xələl gətirmək məqsədi daşıdığı qənaətinə gəlmək olar. Çünki o, iddialarında əsassız məlumatlara yer ver məklə, Akademiyanın əmək münasibətləri çərçivəsində qanunvericiliyin tələblərinə uyğun apardığı fəaliyyətini şübhə altına almağa çalışmışdır. Əgər iddiaçının bildirdiyi kimi, ona arxa tarixlə sənəd imzalamağa məcburiyyət yaradılmışdısa, bunu təsdiq edən konkret sübutlar – yazılı və ya elektron sənədlər, audio və ya video materiallar təqdim olunmalı idi. Lakin belə sübutların olmaması onun iddialarının yalnız fərziyyələrə əsaslandığını göstərir. Təqdim olunmuş sübutlar iddiaçının xəbərdarlığı tamamilə könüllü şəkildə və hər hansı zorakılıq və ya məcburiyyət olmadan imzaladığını göstərir. Heç bir fiziki və ya psixoloji təzyiqin mövcudluğu təsdiq olunmadığı üçün iddiaçının bu məsələ ilə bağlı irəli sürdüyü arqumentlər hüquqi baxımdan əsassızdır və sübuta yetirilməmişdir. xx.xx.2024-cü il tari xində Akademiyada video və səs qeydinin aparılması ilə daxili müsabiqə keçirilmişdir. Müsabiqədə hər bir işçiyə eyni cür münasibət göstərilmiş, bütün işçilərə çətinlik səviyyəsinə görə eyni məzmunlu suallar verilmişdir. İddiaçının ərizəsində qeyd edildiyi kimi, o, müsabiqə zamanı suallara uğurla cavab verə bilməmiş, əksinə, emosional reaksiya göstərərək ağlamışdır. Təbii olaraq, işəgötürmə komissiyası tərəfindən suallara cavab vermək əvəzinə belə bir emosional davranışın göstərilməsi müsbət qarşılanmamışdır. İddiaçının müsabiqədə “Özünü harada görürsən?” və “İngilis və rus dillərində sərbəst danışa bilirsənmi?” suallarının onun əmək fəaliyyəti və ixtisası ilə bağlı olmadığı barədə iddiasına gəldikdə, müsabiqə yalnız bu iki sual əsasında aparılmamışdır. İddiaçı müsabiqənin nəticəsindən razı qalmayaraq apellyasiya komissiyasına müraciət etmişdir. 5 fevral 2025-ci il tarixində iddiaçının iştirakı ilə keçirilən apellyasiya komissiyasının iclasında iddiaçıya əmək münasibətində olduğu dövrü əhatə edən, fəaliyyət göstərdiyi sahə üzrə suallar ünvanlanmış, lakin verilən heç bir suala cavab verə bilməmişdir. Verilən sualların əsas məqsədi Akademiyanın yeni strukturunda çalışacaq işçilərin bilik və bacarıqlarını qiymətləndirmək olmuşdur. Akademiyanın bir sıra beynəlxalq təhsil müəssisələri ilə əməkdaşlıq etdiyi və ikili diplom proqramlarında iştirak etdiyi nəzərə alınaraq, işçilərin xarici dil biliklərinin yoxlanılması tamamilə əsaslı və legitim hesab edilir. İddia ərizəsində qeyd edilən “Akademiya kimin adamı varsa, onu işdə saxlayıb, kimin adamı yoxdursa, işdən çıxarıb” ifadəsi həqi qəti əks etdirmir. Akademiyada yüksək peşəkarlıq nümayiş etdirən kifayət qədər işçi heyəti mövcuddur və onların işdə qalmasının yeganə səbəbi şəxsi əlaqələr deyil, məhz bilik və bacarıqları olmuşdur. Bu cür iddialar yalnız Akademiyanın nüfuzuna deyil, uzun illər zəhmət çəkərək peşəkar nailiyyətlər qazanan və Akademiyanın keçmiş və gələcək uğurlarına töhfə verən işçilərin də nüfuzuna xələl gətirmək məqsədi daşıyır. 29 dekabr 2024-cü il tarixli, 3-19-14/3-1148/2024 nömrəli əmrdə Akademiyanın yeni strukturuna uyğun olaraq, kadr potensialının formalaşdırılmasına dair yaradılmış işə qəbul komissiyasının qərarı nəzərə alınmışdır. İddiaçının əmək müqaviləsinə xəbərdarlığın təqdim edilməsindən yalnız 45 gün sonra xitam verilməsi ilə bağlı iddiasına münasibət bildirərək qeyd edilir ki, Azərbaycan D övlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs – Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkili Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2024-cü il tarixli 253 nömrəli qərarı əsasında həyata keçirilmişdir. Bu çərçivədə Akademiyanın yeni strukturu Azərbaycan Respublikası gənclər və idman nazirinin 07 noyabr 2024-cü il tarixli 3-19/3-1-392-2024 nömrəli əmri və Akademiyanın rektorunun 14 noyabr 2024-cü il tarixli 3-19-14/3-1-R-152/2024 nömrəli əmri ilə təsdiqlənmişdir. Bu əmrlərin müvafiq tarixlərdə qüvvəyə minməsi nəticəsində strukturun tam formalaşması və hüquqi prosedurların tamamlanması müəyyən vaxt tələb etmiş, bu da xəbərdarlığın qanunvericilikdə nəzərdə tutulan mü ddətdən gec göndərilməsinə təsir etmişdir. Buna baxmayaraq, işçinin hüquqlarının qorunması tam təmin edilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində onların yeni iş tapması üçün kifayət qədər vaxt ayrılmışdır. İddiaçının ərizəsində qeyd olunan “cavabdeh xəbərdarlıq adlandırdığı sənəddə xitam əmrinin xx.xx.2024-cü il tarixdə veriləcəyini yazsa da, daha irəli gedərək əmri bundan 2 gün əvvəl, xx.xx.2024-cü il tarixdə vermişdir” iddiasına münasibət bildirərək qeyd edilir ki, işçiyə verilən əmr Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Akademiyasının “Xitam haqqında” 29 dekabr 2024-cü il tarixli, 3-19-14/3-1- 148/2024 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. Həmin əmrdə X13 kafedrasının laborantı İddiaçı xx.xx.2024-cü il tarixində n etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi təsdiq edilmişdir. İddiaçının mövqeyinin əksinə olaraq, əmək müqaviləsinə 29 dekabr 2024-cü il tarixində deyil, təqvim ilinin sonuncu iş günü olan 30 dekabr 2024-cü il tarixində xitam verilmişdir. Digər tərəfdən, “Əgər xx.xx.2024-cü il qeyri-iş günü idisə, bunu növbəti iş günü də etmək olardı” iddiasına cavab olaraq bildirilmişdir ki ki, 2025-ci ilin ilk iş günü 06 yanvar tarixinə təsadüf edirdi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Akademiya rəhbərliyinin müvafiq əmrlərinə əsasən, Akademiyanın yeni strukturuna uyğun kadr potensialının formalaşdırılması prosesi 01 yanvar 2025-ci il tarixindən hə yata keçirilməli olduğundan, əmək müqaviləsinə 06 yanvar 2025-ci il tarixində xitam verilməsi mümkün deyildi. Bu hal Akademiyanın fəaliyyətinin fasiləsizliyini təmin etmək məqsədilə atılmış zəruri addım olmuşdur. Bütün bunlarla yanaşı, Bakı 2 saylı Mediasiya Təşkilatında keçirilən görüş zamanı iddiaçıya iki aylıq iş təklif edilmiş, həmin müddətdə yenidən dəyərləndirilə biləcəyi qeyd edilmiş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. İddiaçının 5000 manat məbləğində mənəvi zərərin ödənilməsinə dair tələbi hüquqi əsaslardan məhrumdur. Qanunvericilikdə göstərildiyi kimi, mənəvi zərərin məbləği yalnız ağlabatan və ədalətli olmalıdır. İddiaçının ərizəsində ona vurulan mənəvi zərərin əsaslandırılması aparılmamış, keçirdiyi mənəvi sarsıntı və iztirabların xarakteri, onların hansı konkret hadisəl ər və hallarla bağlı olduğu açıqlanmamışdır. Konkret iş üzrə iddiaçı mənəvi zərər tələbinin əsasını təşkil edən hallar barədə heç bir tutarlı dəlil təqdim etməmişdir. İddiaçı mənəvi iztirab keçirdiyini iddia etsə də, bunun hansı hüquq pozuntusu ilə əlaqəli olduğunu izah etməmiş, mənəvi sarsıntının mövcudluğunu və ağırlıq dərəcəsini təsdiqləyən sübutlar təqdim etməmişdir.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 (atası) iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı ilə bağlanmış müqaviləyə əsassız olaraq qanunvericiliyin tələblərinə zidd xitam verilmişdir. Qızına köhnə tarixli məktubla yeni kadr strukturunun formalaşdırılması ilə bağlı xəbərdarlıq edilmişdir. Xəbərdarlıq müddəti gözlənilməmişdir. Xəbərdarlıqda Əmək Məcəlləsinin 77-ci maddə sinə istinad edilsə də, işçilərin və ya ştatların ixtisarı ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Onun işdən çıxarılacağı barədə heç bir məlumat verilməmişdir. İddiaçı öz vəzifəsini hər zaman layiqincə yerinə yetirmişdir. Həmkarlar ittifaqının üzvü olmasına baxmayaraq, onun da razılığı alınmamışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan İdman Akademiyasınin nümayəndəsi X10 bildirmişdir ki, Nazirlər Kabinetinin 13 may 2024-cü il tarixli qərarına əsasən “Azərbaycan İdman Akademiyası” X11 çevrilmişdir. Bu qərardan sonra təsisçi yanvar ayının 1-dən yeni strukturun formalaşdrılması ilə bağlı qərar qəbul etmişdir. Buna müvafiq olaraq isə yeni kadr sistemi formalaşdırılmağa başlanıldı. Müvafiq olaraq da bu barədə işçilərə xəbə rdarlıq göndərilmişdir. Akademiyada hazırda yeni struktur formalaşdırılır və beynəlxalq layihələrdə iştirak edir. Bu məqsədlə işçilərin peşəkarlıq səviyyəsi yoxlanılıb, müsabiqə keçirilmiş və işçilərin bilikləri qiymətləndirilmişdir. Bilik səviyyəsi daha yüksək dərəcəyə sahib olanlara üstünlük verilmişdir. İddiaçının 11 illik iş stajı var və iddiaçı müsabiqə zamanı ona ünvanlanmış suallara tam şəkildə cavab verə bilməmişdir. İddiaçıya ünvanlanmış suallar onun işlədiyi dövrü əhatə edən məsələlər barəsində olmuşdur. İddiaçı komissiyadan keçməmiş və komissiyanın rəyinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, e-2(005)1835/2025 nömrəli qətnaməsi ilə iddianı n qismən təmin edilməsi, cavabdeh “Azərbaycan İdman Akademiyası” X12 ilə (Azərbaycan İdman Akademiyasının) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-19-14/3-1-148/2024 nömrəli əmrin ləğv edilməsi, İddiaçı “Azərbaycan İdman Akademiyası” X8 əvvəlki vəzifəsinə və ya iddiaçının razılığı ilə başqa vəzifəyə bərpa edilməsi, cavabdehdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən mənəvi zərərə görə 300 manat və mediasiya xərcinə görə 30 manat, cəmi 330 (üç yüz otuz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pu lun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (Hakim-Nərgiz Tağıyeva).
11. Məhkəmə mübahisə ilə bağlı hesab etmişdir ki, işəgötürən xx.xx.2024-cü il tarixli, 3-19-14/3-1-148/2024 nömrəli əmr ilə əsassız olaraq işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işçinin əmək müqaviləsini ləğv edərkən Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı müvafiq X3 (HİK-in) üzvüdür. Belə ki, həmin faktın mövcudluğunu və həmkarlar ittifaqının razılığının alınmamasını cavabdehin nümayəndəsi məhkəmə iclasında təsdiq etmişdir. Belə olduğu təqdirdə, ƏM-nin 80.1-ci maddəsinin tələbi nəzərə alınmaqla, işçi ilə əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan əsasla ləğv edilməzdən əvvəl işçinin hüquqlarının qorunması və sosial tərəfdaşlıq prinsiplərinə, eyni zamanda mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi məqsədilə müəssisədə fəaliyyət göstərən HİK-in qabaqcadan razılığı alınmalı idi. HİK-in üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi və ya işdən azad edilməsi hallarında bu məlumatın vaxtında verilməsi işəgötürənin qanunvericiliklə nəzərdə tutulmuş mühüm bir öhdəliyidir.
12. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan İdman Akademiyası tərəfindən nə məşğulluq agentliyinə, nə də digər dövlət orqanlarına (məsələn, Əmək Müfəttişliyi Xidmətinə) heç bir məlumat verilməmişdir. Məhkəmə sorğusu nəticəsində bu orqanlardan verilən cavablarda, cavabdeh təşkilatda 2024-cü il üzrə ştatların ixtisarı barədə heç bir məlumatın olmadığı bildirilmişdir. Halbuki işçilərin sayının azaldılması və ya ştatların ixtisar edilməsi hallarında, işəgötürən müvafiq dövlət orqanına məlumat verməli, həmçinin müvafiq hüquqi prosedurlara əməl etməli idi. Hazırki iş üzrə, işəgötürən tərəfindən məlumat verilmədiyi və müvafiq prosedurlara əməl olunmadığı üçün işçinin hüquqlarının pozulduğu aşkardır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək də işəgötürənin vəzifəsidir. İşəgötürən işçilərin sayını ixtisar etmək hüququndan istifadə edərkən, ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalıdır. Əgər ixtisar əsaslandırılmırsa, bu o deməkdir ki, işəgötürən ixtisar aparmaq hüququndan işç ini işdən azad etmək üçün sui-istifadə etmişdir. “İşçilərin sayının ixtisarı” ilə “ştatların ixtisarı” bir-birindən fərqləndirilməlidir. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatın ixtisarı isə, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır.
14. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdeh tərəfindən həyata keçirilən ixtisar əməliyyatı, əslində, vəzifə yerinin tam ixtisarını əhatə etməmişdir. Belə ki, ixtisarla əlaqədar olaraq əmək müqaviləsinin ləğvi və vəzifə yerinin boşaldılması müvafiq hüquqi prosedurlara və normativ aktlara uyğun həyata keçirilməlidir. Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən, işçinin əmək müqaviləsinin ləğv e dilməsi və ya işdən çıxarılması yalnız müəyyən şərtlər daxilində mümkündür. Ştatların ixtisar edilməsi prosesi, yalnız həmin vəzifənin mövcudluğunun hüquqi baxımdan artıq zəruri olmadığı və ya iqtisadi səbəblərdən işəgötürənin həmin vəzifəyə olan tələbinin aradan qalxması hallarında həyata keçirilməlidir. İxtisar olunmuş vəzifə üzrə ştatlar saxlanılarsa, bu, müvafiq olaraq əmək qanunvericiliyinin tələblərinə ziddir. Çünki ixtisar yalnız həmin vəzifənin və ştatın artıq mövcud olmaması və ya iş yerində həmin vəzifənin funksiyasının yerinə yetirilməməsi halında baş verə bilər. Əgər ştat ixtisar edilmədiyi halda, vəzifə saxlanılırsa, əmək müqaviləsinin ləğv edilməsi hüquqi baxımdan əsaslı olmur. Hazırki iş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında bildirdiyinə görə cavabdeh təşkilatda l abarantın funksiyalarını yerinə yetirən digər ştat açılmış və iddiaçıya həmin ştata müddətli əmək müqaviləsi ilə işə qəbul edilməsi təklif edilmişdir.
15. Məhkəmə bildirmişdir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterik haldır. İşəgötürən işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsinin, onların ləğv edilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2015-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur.
16. Məhkəmə həmçinin bildirmişdir ki, iş üzrə işəgötürən isə iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv edərkən yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə riayət edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçının tutmuş olduğu vəzifənin ixtisara salınmış olması da müvafiq nəticəyə gəlinməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz; belə ki, Əmək Məcəlləsinin 74- cü maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçinin iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
17. Məhkəmə iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsinə qiymət verərək qeyd etmişdir ki, işçi işə bərpa edilərkən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin müəyyən edilməsində məhkəmə, iddiaçının tələbindən asılı deyildir.
18. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 71, 77, 80-c ı maddələrin və digər normalarının tələbləri, bunun nəticəsində işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqları pozulmuşdur. Bu hal isə əmrin ləğv edilməsi və Əmək Məcəlləsinin 300-cü maddəsinə görə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə və ya iddiaçının razılığı ilə başqa vəzifəyə bərpa edilməsi üçün hüquqi əsasdır.
19. Məhkəmə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən yuxarıda sadalan qanunvericilik normalarının tələbləri pozulduğundan və bu hal əmrin ləğv edilməsi üçün əsas olduğundan, iddiaçının digər dəlillərinə münasibət bildirilməsini zəruri hesab etməmişdir.
20. Məhkəmə mənəvi zərərlə bağlı hissədə qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsir i, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı).
21. Beləliklə, məhkəmə qeyd olunanlara əsaslanaraq hesab etmişdir ki, iddiaçının işlə təmin edilməyə, qazanc əldə etməyə ümid etməsi və müvafiq əmrlə əmək müqaviləsinin ləğv edilərək, işdən çıxarılma nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
22. Məhkəm ə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), həmin müddət ərzində işdən məhrum olmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 300 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir.
23. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 25 və 35-ci, Əmək Məcəlləsinin 10, 70, 72, 77 və 78-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
24. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilm əsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini pozmuş, qətnamə qanunsuz və əsassız olmaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Bundan başqa, iddiaçı ərizəsində 17 noyabr 2024-cü il tarixində kafedraya çağırıldığını, Akademiyanın yeni strukturunun yaradılması ilə bağlı ona məlumat verildiyini və 15 noyabr 2024-cü il tarixli xəbərdarlığın həmin gün təqdim edilərək arxa tarixlə imzalamağa məcbur edildiyini iddia etsə də, bu iddiaları hər hansı mötəbər sənəd, şahid ifadəsi və ya digər formada əsaslandıran sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, hər bir tərəf iddia və etirazlarını sübut etməli, təqdim etdiyi məlumatların həqiqiliyini əsaslandırmalıdır, məhkəməyə təqdim olunan sübutlarda iddiaçının xəbərdarlığı könüllü şəkildə imzaladığı və bu zaman hər hansı məcburiyyətin, fiziki və ya psixoloji təzyiqin mövcud olmadığı aydın görünür. Heç bir sənəd, şahid ifadəsi və ya digər materiallarla bu iddiaların təsdiq olunmaması iddiaçının yalnız fərziyyələrə əsaslandığını göstərir, struktur dəyişikliyi nəticəsində işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı aparılarkən daha yüksək ixtisas və peşəkarlığa malik əməkdaşların işdə saxlanılması nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinə əsasən, işçinin peşəkarlıq səviyyəsinin müəyyən olunması işəgötürənin səlahiyyətindədir. Bu çərçivədə, 23 dekabr 2024-cü il tarixində Akademiyada daxili müsabiqə keçirilmiş, bütün əməkdaşlara eyni səviyyəd ə yanaşılmış, çətinlik dərəcəsinə görə eyni məzmunlu suallar təqdim olunmuşdur, iddiaçının ərizəsində qeyd olunan, müsabiqə zamanı uğurlu çıxış etdiyi iddiası həqiqəti əks etdirmir. Əksinə, o, təqdim edilən suallara tam və dolğun cavab verə bilməmiş, emosional reaksiya göstərərək ağlamış və bu davranışı işə qəbul komissiyası tərəfindən qeyri-peşəkar yanaşma kimi qiymətləndirilmişdir. Müsabiqədə verilən “Özünü harada görürsən?” və “İngilis və rus dillərində sərbəst danışa bilirsənmi?” suallarının əmək fəaliyyəti ilə bağlı olmaması barədə irəli sürülən iddialar da əsassızdır. Qeyd olunan suallar yalnız müsabiqənin kiçik bir hissəsini təşkil etmiş, ümumi məqsəd yeni strukturda fəaliyyət göstərə biləcək bilik və bacarığa malik kadrların müəyyən edilməsi olmuşdur. İddia ərizəsində yer alan “Aka demiya kimin adamı varsa, onu işdə saxlayıb, kimin adamı yoxdursa, işdən çıxarıb” ifadəsi isə həqiqətə uyğun deyil və Akademiyanın nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Akademiyada yüksək peşəkarlıq nümayiş etdirən çoxsaylı əməkdaşlar mövcuddur və onların saxlanılması yalnız şəxsi əlaqələrlə deyil, bilik və bacarıqlarla şərtlənmişdir. Bu cür ifadələr həm Akademiyanın, həm də orada çalışan əməkdaşların işgüzar nüfuzuna zərər vurmaq məqsədi güdür. İddiaçının ərizəsində yer alan, “cavabdeh xəbərdarlıq adlandırdığı sənəddə xitam əmrinin xx.xx.2024-cü il tarixdə veriləcəyini yazsa da, daha irəli gedərək əmri bundan 2 gün əvvəl – xx.xx.2024-cü il tarixdə vermişdir” iddiası da həqiqəti əks etdirmir. Belə ki, əmək münasibətlərinə xitam verilməsi ilə bağlı sənəd – Azərbaycan Respublikasının Gənc lər və İdman Nazirliyinin və Azərbaycan İdman Akademiyasının 29 dekabr 2024-cü il tarixli, 319-14/3-1-148/2024 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. Həmin əmrdə göstərilmişdir ki, X13 kafedrasının laborantı İddiaçı 30 dekabr 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilir və onunla bağlanmış əmək müqaviləsinə xitam verilir. Yuxarıda göstərilənləri əsas gətirərək xahiş edilir ki, apellyasiya şikayəti təmin edilsin, rayon məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilsin.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5241/2025 nömrəli, 7 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması qərara alınm ışdır (Hakimlər; İkram Şirinov-sədrlik edən və məruzəçi, Elşən Kazımov və Namiq Cəfərovdan ibarət tərkibdə).
27. Birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, işəgötürən cavabdeh işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə həmkarlar ittifaqının üzvü olan iddiaçının əmək müqaviləsini ləğv edərkən müəssisədə fəaliyyət göstərən HİK-in qabaqcadan razılığı alınmaması, işçilərin sayı və ya ştatların ixtisarı ilə bağlı nə məşğulluq agentliyinə, nə də digər dövlət orqanlarına (məsələn, Əmək Müfəttişliyi Xidmətinə) heç bir məlumat verilməməsi, cavabdeh müəssisədə laborantın funksiyalarını yerinə yetirən digər ştatın açılması, həmin ştatın iddiaçıya təklif olunmasının sübuta yetirilməməsi, 14 il iş stajı olan iddiaçıya 9 həftə əvvəl x əbərdarlıq edilməli olmasına baxmayaraq 6 həftə əvvəl xəbərdarlıq olunması kimi hallar əsas verir hazırkı iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 71, 77, 80-cı maddələrin və digər normalarının tələbləri, bunun nəticəsində işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqları işə götürən tərəfindən pozulmuşdur. Bu hal isə əmrin ləğv edilməsi və Əmək Məcəlləsinin 300-cü maddəsinə görə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə və ya iddiaçının razılığı ilə başqa vəzifəyə bərpa edilməsi üçün hüquqi əsasdır.
28. Apellyasiya məhkəməsi daha sonra göstərmişdir ki, İdman Akademiyasının rektorunun 31 yanvar 2025-ci il tarixli 3-19-14/3-1-1188/1025 saylı əmrinin 1 saylı əlavəsindən məlum olur ki, həmkarlar ittifaqı kom itəsinin üzvü (X1) səsvermə hüququ olmayan şəxs kimi apellyasiya komissiyanın tərkibinə daxil edilmişdir. Başlıcası isə, həmin şəxsin həmkarlar təşkilatının üzvü kimi komissiyanın tərkibinə daxil edilməsi heç bir halda ƏM-in 80-ci maddəsində işçinin təminatı kimi nəzərdə tutulmuş imperativ tələbin aradan qalxmasına səbəb ola bilməz. Demək ki, təkcə bu fakt öz-özlüyündə iddiaçının tələbinin təminini şərtləndirir.
29. Hazırkı işin müəyyən olunmuş faktiki halları və istinad edilən maddi hüquq normalarını nəzərə alaraq, apellyasiya məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmiş, hazırkı halda gəlinən nəticə qanuni və əsaslıdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və rayon məhkəməsi qətnaməsinin ləğvinə əsas ola bilməz.
30. A pellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 25 və 35-ci, Əmək Məcəlləsinin 10, 70, 72, 77, 78-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
31. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. Apellyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil edən şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Apellyasiya şikayətinin ləğv edilməməsinin əsas səbəbi kimi Həmkarlar İttifaqı Komitəsinin qabaqcadan razılığının alınmamasını göstərmişdir. Apellyasiya Məhkəməsi hətta HİK üzvünün səsvermə hüququ olmadan komissiyanın tərkibinə daxil edilməsinin bu imperativ tələbi aradan qaldırmadığını qeyd etmişdir. Lakin ƏM 80. 1-ə görə HİK-in qabaqcadan razılığı yalnız ƏM 70-ci maddəsinin “b” (ixtisar) və “ç” (əmək funksiyasını pozma) bəndləri ilə ləğv edilmə zamanı məcburidir. Apellyasiya Məhkəməsi həmçinin işdən çıxarılmanın səbəbləri arasında yeni struktur formalaşdırılması və laborantın funksiyalarını yerinə yetirən digər ştatın açılmasını qeyd etməklə, bu maddənin tətbiq edilməsinin düzgünlüyünü şübhə altına qoymuşdur. Əgər işə xitam verilməsi peşəkarlığın kifayət dərəcədə olmaması (ƏM 70.c) səbəbi ilə həyata keçirilmişsə, ƏM 80.1-də göstərilən razılıq şərti yoxdur. Apellyasiya Məhkəməsi formal səbəbə (ƏM 70.b) əsaslanaraq qətnamənin ləğv edilməməsinə qərar vermişdir.
33. Akademiya bir sıra beynəlxalq universitetlərlə əməkdaşlıq etdiyindən, əməkdaşlardan xarici dillərdə sərbəst ünsiyyət bacarığının tələb ol unmasıməntiqli və qanunidir. Nəticə etibarilə, iddiaçının müsahibə zamanı nümayiş etdirdiyi zəif performans, qeyri-peşəkar davranış və işə qəbul üçün tələb olunan minimal meyarlara cavab verə bilməməsi onun vəzifəsində saxlanılmamasına əsas yaratmışdır. Bu isə bir daha sübut edir ki, işəgötürən tərəfindən həyata keçirilən seçim prosesi qanuni, şəffaf və əsaslandırılmış olmuşdur.
34. Apellyasiya Məhkəməsi iddiaçının müsabiqədə uğurlu çıxış etməməsi, emosional reaksiya göstərməsi və qeyri-peşəkar qiymətləndirilməsi barədə cavabdehin dəlillərini araşdırmamışdır. İddiaçı müsabiqədə verilən “Özünü harada görürsən?” və “İngilis və rus dillərində sərbəst danışa bilirsənmi?” suallarının ixtisası ilə bağlı olmadığını iddia etmişdir. ƏM 65.5-ə görə, attestasiya zamanı işçiyə yalnız tutduğu vəzifəy ə, əmək funksiyasına, ixtisasına dair suallar verilə bilər. İşçinin şəxsi dəyərlərinə və emosional vəziyyətinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Məhkəmə müsabiqəni ƏM 65-in tələbləri prizmasından mahiyyətcə qiymətləndirməmişdir.
35. Apellyasiya Məhkəməsi xəbərdarlıq müddətinin (9 təqvim həftəsi əvəzinə 45 gün/6 həftə) pozulmasını ƏM 300-ə görə işə bərpa üçün hüquqi əsas hesab etmişdir. Lakin 14 ildən artıq əmək stajı olan işçinin xəbərdarlıq müddətindəki çatışmazlıq formal prosessual nöqsandır. Birinci instansiya məhkəməsinin mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Əgər cavabdehin hərəkətləri kadr potensialının formalaşdırılması məqsədi daşımışsa, prosessual çatışmazlıq əsasında əmrin ləğvi və işə bərpa həddən ar tıq sərt nəticədir. Bu pozuntu yalnız çatışmayan müddət üçün əmək haqqının ödənilməsi ilə tənzimlənməlidir, işə bərpa ilə yox.
36. MPM 385.2-yə əsasən, mahiyyəti üzrə düzgün olan qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Belə bir prosessual çatışmazlıq əsasında əmrin ləğvi və işə bərpa olunması həddən artıq sərt nəticədir. Xəbərdarlıq müddətindəki çatışmazlıq ƏM 300.1-ə əsasən, yalnız çatışmayan müddət üçün əmək haqqının ödənilməsi ilə tənzimlənməlidir, işə bərpa ilə yox, çünki bu, Akademiyanın kadr siyasətinə əsassız müdaxilədir.
37. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən mü əyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
38. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qətnamə qəbul edərkən, təqdim edilən sübutlara tam və hərtərəfli baxmamış, yalnız iddiaçının mövqeyini qorumağa yönəlmiş sübutlar əsasında qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz ərizəsi və ona etiraz ərizəsinə əlavə məhkəməyə təqdim olunmuşdur. Ərizədə və ona əlavədə kassasiya şikayətinin təmin olunmama sı və apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Kassasiya baxışının hədləri:
40. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyy ən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
41. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
42. Maddə 2; 3-cü bənd. Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
43. Maddə 68; 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
44. Maddə 68; 2-ci hissə “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır.
45. Maddə 70; “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
46. Maddə 71; 1-ci hissə. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
47. Maddə 77; 2-ci hissə. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
48. Maddə 77; 3-cü hissə. Əmək müqaviləsi bu Məcəllənin 70 -ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında.
49. Maddə 78; 1-ci hissə. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsini n) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
50. Maddə 78; 2-ci hissə. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;https://e-qanun. az/framework/46943 kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
53. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 57. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
59. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Cavabdeh Azərbaycan İdman Akademiyasının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
62. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
63. Beləliklə də, məhkəmə kollegiyası kassasiy a şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan İdman Akademiyası tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumq ayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5241/2025 nömrəli iş üzrə 7 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.