Məhkəmə qərarları › İş №2(1-8)-201/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-201/2026

26.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-201/2026 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla, işçi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 14 oktyabr tarixli 2(103)-4180/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.2024-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən işəgötürən Cavabdehndə (bundan sonra - MMC və ya cavabdeh) tibbi nümayəndə kimi işə qəbul edilmiş, aylıq əmək haqqı 612.57 manat təşkil etmiş və müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2024-cü il nəzərdə tutulmuşdur.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, xx.xx.2023-cü ildən çalışmasına baxmayaraq əmək müqaviləsi nin gec bağlandığını, kağız üzərində heç bir əmək müqaviləsinin bağlanmadığı, işlədiyi dövr ərzində əmək haqqının ödənilmədiyini bildirmiş və bununla bağlı araşdırma aparılmasını xahiş etmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-M-73778/2024 nömrəli məktubuna əsasən X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdə inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il 25 noyabr tarixli 3(004)-5808/2024 nömrəli qərarına əsasən Cavabdeh MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır.

4. İşçinin iş yerində olmaması barədə tərtib olunmuş aktlara əsasən işçi İddiaçı 9, 10, 11, 12, 13, 16, 17, 18, 19, 20 və 23 sentyabr 2024-cü il tarixlərdə bütün 11 iş günü ərzində heç bir məlumat vermədən və üzürlü səbəb təqdim etmədən işə gəlməmiş, MMCnin direktoru və birbaşa rəhbəri Aysel Osmanova tərəfindən işçiyə dəfələrlə zənglərin olunmasına baxmayaraq, hər hansısa geri dönüş olmamış və heç bir səfər telefon zənginə cavab verilməmişdir. 5. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışına əsasən xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üçün İddiaçı məxsus əmək haqqı kartına mədaxil və məxaric olmamışdır. 6. xx.xx.2024-cü il tarixli 30/09/24-001 nömrəli “Əmək müqaviləsinə xitam verilmə si barədə” əmrə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə, «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024 tarixdən xitam verilməsi, işçinin xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə /departamentinə/ həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi qərara alınmışdır.

7. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli bildirişdə işçi İddiaçı əmək müqaviləsinə əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əksini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işdən çıxarılma barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçı əslində xx.xx.2023-cü il tarixindən MMC-də tibbi nümayəndə vəzifəsində əmək fəaliyyətinə başlamış, lakin onunla əmək müqaviləsi yalnız xx.xx.2024cü il tarixdə bağlanmışdır. Əmək haqqı işəgötürən tərəfindən verilmiş əmək haqqı kartı vasitəsilə ödənilməmişdir. xx.xx.2024-cü il tarixdə, şənbə günü olmasına baxmayaraq, ondan işə çıxması tələb edilmiş, etiraz etdikdə isə öz ərizəsi ilə işdən çıxması istənilmiş, lakin o, belə ərizə yazmamışdır. İşdən azad edilərkən son iki ayın əmək haqqı da ödənilməmişdir. Bu səbəbdən o, X4 Xidmətinə müraciət etmiş, aparılan araşdırma nəticəsində inzibati xəta əlamətləri müəyyən edilərək icraat başlanılmışdır. Daha sonra məcburi mediasiyaya müraciət olunmuş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və bu barədə mediasiya qurumu tərəfindən arayış verilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı işdən çıxarılmasını qanunsuz və əsassız hesab edərək hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmişdir.

10. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “a ” bəndinə uyğun olaraq işdən azad edilmişdir. Belə ki, iddiaçı 9 sentyabr tarixindən etibarən heç bir üzrlü səbəb göstərmədən işə gəlməmiş, edilən zəng və xəbərdarlıqlara cavab verməmişdir. Onun işə çıxmaması ilə bağlı müvafiq aktlar tərtib edilmişdir. Bu səbəbdən əmək vəzifələrinin kobud şəkildə pozulmasına görə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun qaydada xitam verilmişdir. İddiaçının işə bərpa, iki aylıq əmək haqqının (3.672 manat) və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə tələbləri əsassızdır. Belə ki, iddiaçının aylıq əmək haqqı 650 manat təşkil etmiş, həmçinin üzrsüz səbəbdən işə çıxmadığı dövr üçün əmək haqqı tələbi qanunvericiliyə ziddir.

11. Daha sonra məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia t ələbini qismən qəbul edərək, təqdim etdiyi etirazın məzmununa uyğun izahat vermiş, iddiaçıya son haqq-hesabın və sentyabr ayı üçün əmək haqqının ödənilmədiyini qəbul etdiyini bildirmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2025-ci il 13 may tarixli, 2(004)1475/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya 2024-cü ilin sentyabr ayı üçün ödənilməli olan əmək haqqı və son haqq-hesabın müəyyən edilərək ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Aydan Oruclu).

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı heç bir üzurlu səbəb göstərmədən 11 bütün iş günü ərzində işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əmək müqaviləsinə işəgötürən tərəfindən əsaslı və qanuni olaraq xitam veri lmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

14. Məhkəmə iddiaçıya ödənilməli olan əmək haqqına münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi tərəfindən iddiaçıya son haqqhesabın və sentyabr ayı üçün işlədiyi günlərə görə əmək haqqının ödənilmədiyi etiraf olunduğundan, iddia bu hissədə təmin olunmalı və iddiaçıya sentyabr ayı üzrə ödənilməmiş əmək haqqı və son haqq-hesab cavabdeh tərəfindən hesablanaraq ödənilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3, 10, 11, 45, 47, 70, 72, 83, 154, 155, 156, 157, 158, 172, 174, 186, 187 və 296-cı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 52.2, 77.1, 106.1, 119.1, 191.3 və 220.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, məhkəmədən qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətini belə əsalandırmışdır ki, mübahisələndirilən işdən çıxarma əmri qanunsuzdur, iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Əksinə, o, cavabdeh tərəfindən uzun müddət əmək müqaviləsi rəsmiləşdirilmədən əmək fəaliyyətinə cəlb edilmiş və əmək haqları tam ödənilməmişdir. Qeyri-iş günündə işə çıxmaqdan imtina etməsi və X3 müraciət etməsi ona qarşı qərəzli münasibətin göstərilməsinə səbəb olmuşdur. Müraciətin nəticəsi olaraq cavabdehin inzibati qaydada məsuliyyətə cəlb edilm əsi ona təzyiqlər göstərilməsinə, normal iş şəraitinin yaradılmamasına və əsassız aktlar tərtib edilərək qərəzli şəkildə işdən azad edilməsinə səbəb olmuşdur. Məhkəmə bu hallara lazımi hüquqi qiymət verməmiş, tərəflər arasındakı münasibətlər düzgün dəyərləndirilməmiş və nəticədə iddiaçının ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 14 oktyabr tarixli 2(103)-4180/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın “əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələblərinin təmin edilməməsi hissəsində ləğv olunaraq, iddia həmin hissədə təmin olunmuş, iddiaçının işdən azad edilməsi barədə cavabdeh tərə findən verilmiş xx.xx.2024-cü il tarixli 30/09/24-001 nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və xx.xx.2024-cü il tarixdən etibarən işə faktiki bərpa ediləcəyi vaxtadək cavabdeh tərəfindən iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir (hakimlər - Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fuad Babayev).

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi iddiaçıdan işə çıxmasının tələb edilməsini bildirsə də, işin hallarından açıqaydın görünür ki, 2024-cü ilin sentyabr ayında iddiaçı əmək hüquqlarının təmin olunması istiqamətində istər cavabdeh MMC-nin rəhbərinə, istərsə də dövlət orqanına dəfələrlə müraciət və şikayətlər etmişdir. Dolayısı ilə iddiaçı əmək funksiyalarının icrasından imtina etməmiş, əksinə əmək haqqının ödənilməməsi və s. bu kimi əmək hüquqlarının pozulmasından narazılığı ifadə etmiş, işəgötürən tərəfindən isə bu hüquqların təmin olunması istiqamətində real addımlar atılmamışdır.

20. Belə vəziyyətdə, yəni iddiaçının əmək hüquqlarının bərpası ilə bağlı 2024-cü ilin sentyabr ayında səlahiyyətli dövlət orqanına müraciət etməsi, nəticədə cavabdeh MMC barəsində inzibati xəta araşdırmasının başlanması, eləcə də şəxsi və əmək münasibətlərinin pozulması, işəgötürənin iddiaçı tərəflə qeyri etik formada votsapp yazışmalarının və danışıqların aparılması, orada aşkar formada iddiaçı ilə əmək münasibətlərinin davam etdirilə bilməməsi barədə fikirlərin ifadə olunması və s. bu kimi halların fonunda cavabdehin məhz həmin dövrdə (2024-cü ilin senytabr ayı) i ddiaçının işə çıxmaması görüntüsünü yaratmaq məqsədilə formal aktlar tərtib etməsi (aktlar cavabdeh MMC-nin rəhbəri Aysel Osmanova, onun anası və digər işçi tərəfindən imzalanmışdır) qərəzli yanaşmanın təzahüqu olmaqla, hüquqdan açıq-aşkar sui-istifadə kimi qiymətləndirilməlidir.

21. Həmçinin apellyasiya məhkəməsi işin hallarından, iddiaçının əmək funksiyasının xarakterindən və tərəflərin izahatlarından müəyyən etmişdir ki, iddiaçı tibbi nümayəndə kimi fəaliyyətini daimi olaraq konkret ofisdə deyil, işəgötürənin rəhbərinin göstərişlərinə əsasən müxtəlif tibb müəssisələrində həyata keçirmişdir.

22. Cavabdehin nümayəndəsi də izahatında bu halı təsdiq edərək, həmçinin bildirmişdir ki, o, cavabdeh hüquqi şəxsin ofisini şəxsən görməsə də belə bir ofis mövcuddur. Lakin, orada işçilərin işə davam iyyətinin necə rəsmiləşdirlməsini bilmir. Cavabdeh hüquqi şəxsin işçi heyəti çox olmamaqla, bir neçə nəfərdən ibarətdir. İddiaçı birbaşa iş yerinə gəlmədən də əmək funksiyalarının icrası ilə bağlı müxtəlif tibb müəssisələrinə gedə bilərdi.

23. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir.

24. İşçinin əmək haqq ı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməli olması müəyyən edilmişdir. Bu sahədə işəgötürənən əmri qanunvericilikdə nəzərədə tutulmuş maddi və formal tələblərə cavab verməlidir.

25. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı).

26. Beləliklə, işin müəyyən olunmuş hallarına əsasən cavabdeh işəgötürən kimi ilk vaxtlardan iddiaçı ilə əmək münasibətlərini qanunvericiliyin tələblərinə uyğun formada rəsmiləşdirməmiş, sonradan isə iddiaçının əmək hüquqlarının pozulmasından etdiyi şikayətlər fonunda ona qarşı qərəzli münasibət sərgilənməklə mübahisələndirilən əmr qəbul edilmişdir. Halbuki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsini qanunvericliyin tələblərinə əməl etməklə ləğv etməsi onun vəzifəsi olduğu halda, bu qayda gözlənilməmişdir.

27. Məhkəmə kollegiy ası işin faktiki hallarını nəzərə alaraq hesab edib ki, cavabdehin mübahisələndirilən əmrinin qanunsuz olması, bunun nəticəsində iddiaçının əmək hüquqlarına qanunsuz müdaxilə baş verməsi halı müəyyən edilmişdir.

28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ, 35-ci maddəsinin İİ, İV, Vİ və 71-ci maddəsinin İ və İİ hissələrinə; ƏMnin 2, 3, 12, 68, 70, 71.2, 72, 300 və 310-cu; MPM-nin 14.2, 77.1, 385.1.1 və 385.1.4-cü maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 15 iyul və 2023-cü il 20 oktyabr tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək, onun ləğv olunması və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının müqaviləsinə əmək qanunvericiliyinin müvafiq maddələrinə əsasən, onun 21 gün ardıcıl olaraq üzrsüz səbəbdən işə çıxmaması ilə əlaqədar xitam vermişdir. İşə davamiyyətsizlik faktı ilə bağlı müvafiq aktlar tərtib edilərək imzalanmış, həmçinin “WhatsApp” vasitəsilə iddiaçı işə dəvət olunmuş, lakin o, işə gəlməmişdir. İddiaçı birinci instansiya məhkəməsində də işə çıxmadığını etiraf etmişdir. Göstərilən aktlar, yazışmalar və iddiaçının izahatı birinci instansiya məhkəməsinə sübut kimi təqdim olunmuşdur. Buna baxmayaraq, məhkəmə kollegiyası həmin sübutlara fərqli hüquqi qiymət verərək, aktları formal və qərəzli hesab etmiş, əmri ləğv etmişdir.

31. Bundan əlavə, cavabdeh hesab etmişdir ki, işə 21 gün davamiyyətsizlik faktının rəsmiləşdirilməsi məqsədilə aktların tərtib olunması qanunauyğun olmuş və bu hallar əmək müqaviləsinə xitam verilməsi üçün kifayət qədər hüquqi əsas yaratmışdır. Eyni zamanda, “WhatsApp” yazışmalarına verilmiş qiymət də əsassızdır. Təqdim edilmiş yazışma və səs qeydlərindən cavabdeh MMC-nin rəhbəri tərəfindən iddiaçıya qarşı qeyrietik və ya təhqiramiz münasibət göstərilməsi müəyyən olunmur. Əksinə, əmək haq qının və son haqq-hesabın qanunvericiliyə uyğun qaydada ödəniləcəyi, işdən ayrılmaq istədiyi halda ərizə təqdim etməsinin zəruriliyi bildirilmişdir.

32. Kassator əlavə olaraq bildirmişdir ki, X2 tətbiq etdiyi inzibati cərimə əmək müqaviləsinin gec rəsmiləşdirilməsi ilə bağlı olmuş, bu hal hazırkı mübahisə – əmək müqaviləsinə xitam verilməsi ilə birbaşa əlaqəli deyildir. Buna baxmayaraq, apellyasiya məhkəməsi həmin inzibati icraatı işdən çıxarma məsələsi ilə əlaqələndirmişdir.

33. Həmçinin, cavabdeh MMC-nin ofisinin mövcud olmaması barədə nəticə iş materialları ilə təsdiq edilmir. Hüquqi şəxsin ofisinin mövcudluğu icarə müqaviləsi və digər sənədlərlə təsdiq olunur və bu hal əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsaslarına təsir göstərmir.

34. Kassasiya şikayəti ƏM-nin 70 və 72-ci; MPM -nin 88-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 16 (hissə 1). Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 35 (hissə 2). Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Maddə 35 (hissə 4). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 35 (hissə 6). Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək ha qqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 71 (hissə 1). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Maddə 71 (hissə 2). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2 (hissə 3). Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında “bu Məcəllə”) əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi, və.s prinsiplərinə əsaslanır. Maddə 3 (hissə 8). İş yeri - işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Maddə

12. Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq və s. hallar işəgötürənin əsas vəzifələridir. Maddə 68 (hissə 2). Əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Maddə 70 (bənd ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72 (bənd a). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmə si işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 300 (hissə 1). İşəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbl əğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə

310. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə bütovlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

40. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

41. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

42. Mübahisənin hüquqi mahiyyəti ondan ibarətdir ki, işçi on bir ardıcıl gün ərzində (9-23 sentyabr tarixlərdə) işə gəlməyib və bunun üzürlü sayılmasına əsas verən heç bir üzrlü səbə b göstərməmişdir. Onun işə çıxmaması ilə bağlı işəgötürən tərəfindən müvafiq aktlar tərtib edilmiş və nəticə etibarilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla əmək müqaviləsinə xitam verilmişdir.

43. Müəyyən edilib ki, iddiaçı 2024-cü ilin sentyabr ayında əmək hüquqlarının pozulması ilə bağlı həm işəgötürənə, həm də səlahiyyətli dövlət orqanlarına dəfələrlə müraciətlər etmişdir. Apelyasiya instansiyası məhkəməsi bu fakta iddiaçının əmək funksiyalarını icra etməkdən imtina etməsi kimi deyil, əksinə pozulmuş hüquqlarının bərpasına yönəlmiş qanuni davranışı kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının guya işə çıxmaması ilə bağlı formal aktların tərtib edilməsi işin halları ilə uzlaşmır və hüquqdan sui-istifadə kimi düzgün qiymətləndirilmişdir.

44. Ka ssasiya kollegiyası həmçinin qeyd edir ki, əmək münasibətləri sahəsində işçinin hüquqlarının qorunması məqsədilə qanunvericilikdə imperativ normalar üstünlük təşkil edir və işəgötürən əmək müqaviləsinə xitam verərkən bu normalara ciddi riayət etməlidir. İşəgötürənin iqtisadi və təşkilati baxımdan üstün mövqedə olması işçinin daha güclü hüquqi müdafiə ilə təmin olunmasını zəruri edir.

45. Lakin iş üzrə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək münasibətləri əvvəlcədən lazımi qaydada rəsmiləşdirilməmiş, daha sonra isə iddiaçının şikayətləri fonunda qərəzli münasibət göstərilərək mübahisələndirilən əmr qəbul edilmişdir. Bu isə əmək qanunvericiliyinin tələblərinə zidd olmaqla, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

46. Kollegiya bildirir ki, sübutları araşdırm aq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yə ni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 14 oktyabr tarixli 2(103)4180/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar