Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4105/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasına qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa və məcburi işə buraxma günləri üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4489/2025 nömrəli, 6 oktyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları
1. Yeni Azərbaycan Partiyasnın Şirvan şəhər təşkilatının xx.xx.2021-ci il tarixli, 08 nömrəli əmri ilə İddiaçı həmin təşkilata mühasib vəzifəsinə işə qəbul edilmişdr.
2. Yeni Azərbaycan Partiyasnın Şirvan şəhər təşkilatının xx.xx.2022-ci il tarixli, 10 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” hissəsinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi İddiaçı Yeni Azərbaycan Partiyasına üzvü olmadığı qeyd edilmişdir.
3. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatı tərəfindən İddiaçı ilə bağlınmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş Əmək və Məşğulluq altsisteminə daxil etmişdir. Bildirişdə əmək müqaviləsinə xitam verilməsini n əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi göstərilmişdir.
4. Yeni Azərbaycan Partiyasnın Şirvan şəhər təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr, həmin gün İddiaçı təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə mediasiya təklifi ilə Yeni Azərbaycan Partiyasnın Şirvan şəhər təşkilatına müraciət etmişdir.
5. Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-1463/2022 saylı qətnaməsi ilə İddiaçı Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatına qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə 04 iyul 2022-ci il tarixli, 10 saylı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, 2022-ci ilin ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməmiş hissəsinin tutu lması barədə iddiası təmin edilməmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2(102)- 3211/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 aprel 2023-cü il tarixli, 2(106)-481/2023 saylı qətnaməsi ləğv edilərək, mülki yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
7. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)281/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-1463/2022 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” barədə iddiası təmin edilməmiş dir.
8. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-281/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(102)-3220/2024 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)- 281/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının xx.xx.2021-ci il tarixli ştat cədvəlindən görünür ki, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatında 7 ştat olmaqla aparat rəhbəri, məsləhətçi, mühasib-məsləhətçi, kompyuter mütəxəssisi, mühafizəçi və xadimə vəzifələri olmuşdur. Həmin təşkilatın xx.xx.2022-ci il tarixli ştat cədvəlindən isə görünür ki, həmin Təşkilatda 9 ştat olmaqla sədr, sədr müavini, məsləhətçi, mühasib, komendant, sürücü və xadimə vəzifələri olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Yeni Azərbaycan Partiyasına (bundan sonra- cavabdeh) qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə 04 iyul 2022-ci il tarixli, 10 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, qanunsuz işdən çıxarıldığı müddətdən başlayaraq işə bərpa olunduğu günədək orta aylıq əmək haqqının ödənilməsi, 2021-ci ilin ştat cədvəlinə uyğun ödənilməli olan əmək haqqının ödənilməmiş hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, 2020-2021-ci illərdə Şirvan şəhər Kommunal Kombinat Müəssisəsində baş mühasib vəzifəsində işləmişdir. Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində işlədiyi dövrdə YAP Şirvan şəhər təşkilatına dəvət edilərək mühasibə ehtiyac olduğu bildirilmiş və ondan həmin təşkilatda mühasib kimi fəaliyyətə başlaması xahiş olunmuşdur. O, əvvəlki iş yerinin onu qane etdiyini bildirərək mühasib vəzifəsində işləməkdən imtina etmişdir. Bundan təxminən 2 ay keçdikdən sonra Paşa Nəbiyev onunla yenidən əlaqə saxlayaraq YAP Şirvan Şəhər Təşkilatında mühasibin olmaması səbəbindən təşkilatın işçilərinin uzun müddət əmək haqqı ala bilməməsi bildiri lmişdir. O, razılıq verərək 23 iyun 2021-ci ildə Kommunal Kombinatı Müəssisəsindəki vəzifəsindən öz xahişi ilə işdən azad olunaraq, 16 iyul 2021-ci ildə YAP Şirvan şəhər təşkilatında müddətsiz əmək müqaviləsi bağlanmaqla mühasib vəzifəsinə təyin edilmişdir. O, işçilərin maaşlarının təmin edilməsi üçün rəhbərlik tərəfindən verilən ştat cədvəlində mühasibin əmək haqqının 1.400 manat olduğunu bildirmiş və bu barədə sədr Nümayəndə Yeni Azərbaycan Partiyasının 2022-ci ilin ştat cədvəlinə əsasən mühasiblərin maaşının nə qədər olduğunu soruşduqda o,“yeni ştat cədvəlinə əsasən mühasibin maaşı 1.400 manatdır, lakin bu əmək haqqını onlara verməyə icazə vermirlər, çünki stat cədvəli hələ ki, gəlməyib cavabını vermişdir. O, isə cavabında “Mərkəzi aparat rəhbəri tərəfindən təsdiqlənmiş 2022-ci il ştat cədvəlində sizin və digər işçilərin vəzifə maaşları göstərilmişdir, necə olur onların 2.500 manat əmək haqları yeni stat cədvəlinə əsasən verilir, ancaq o, təşkilatdan dekabr ayında çıxmış işçilərin və öz vəzifəsni icra etməyinə baxmayaraq köhnə ştat cədvəlinə əsasən 420 manat əmək haqqı alır. 02 iyul 2022-ci il şənbə günü sədr Nümayəndə ona zəng vuraraq təşkilata çağırmış və orda həmin gündən bir gün əvvəl, yəni cümə günü onun tutduğu vəzifədən azad olunmağı barədə əmr verdiyini bildirmişdir. Ona heç bir xəbərdarlıq edilmədən əmək müqaviləsinə xitam verilməsinin yolverilməz olduğunu bildirmişdir. 04 iyul 2022-ci ildə sədrlə görüşdə onun YAP üzv olmadığı əsas gətirilərək onun işdən çıxarıldığını bildirmişdir. O, 14 iyul 2022-ci ildə mediasiya prosesinin tətbiqi barədə təklifini göndərsə də, heç bir cavab almamışdır. Bu səbəbdən o, mediasiya prosesinin tətbiqi üçün Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin, 11 avqust 2022-ci ildə keçirilən prosesdə tərəflər razılaşmadığı üçün prosesin davam etdirilməməsi barədə arayış təqdim edilmişdir. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndini (işçilərin sayı və ya ştatların ixtisarı) tətbiq edərkən bu maddə ilə əlaqəli olan Məcəllənin 77-ci maddəsinin (“əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları”) və 80-cı maddəsinin (“əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar”) tələblərini pozmuşdur. İşdə cavabdeh işəgötürənin əmrlərindən biri də 04 nömrəli “ştat ixtisarı” əmridir ki, bunun 1-ci bəndində “əmək müqavilələrinə xitam veriləcək” işçilərə ştatların ixtisarı ilə bağlı Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq “rəsmi xəbərdarlıq” əmrin mətnində ştatları ixtisara düşən işçilərin adları göstərilmədən yazılmışdır ki, bu əmək qanunvericiliyinin ciddi pozuntusudur. O, rəsmi qaydada bu əmrlə tanış edilməmişdir. Həm də işəgötürən, mətnində heç bir ad və soyad göstərilməyən “rəsmi xəbərdarlıq” əmrini həmkarlar ittifaqı təşkilatına 08 fevral 2022-ci il tarixli 05/a saylı təqdimatından 6 gün əvvəl qəbul etmişdir. Halbuki, elementar kargüzarlıq qaydalarına cavab verməyən bu əmr heç bir halda işəgötürənin təqdimatını qabaqlaya bilməzdi. xx.xx.2022-ci il tarixdə xəbərsiz olduğu “rəsmi xəbərdarlıq” Əmək Məcəlləsinin hətta 77-ci maddəsinin 1-ci bəndinin də tələbinin pozuntusu (2 həftəlik müddət və iş axtarmağa imkan yaradılması) ilə aparılmış,cavabdehin “rəsmi xəbərda rlıq” hesab etdiyi əmrdən 5 ay 4 gün ötəndən sonra - xx.xx.2022-ci il tarixli 10 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə “ştat ixtisarı” və “Yeni Azərbaycan Partiyası üzvü olmamağı” səbəbindən xitam verilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə görə,əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının (daha cavabdehin “rəsmi xəbərdarlıq” hesab etdiyi əmrdən sonra yox) alınması üçün aşağıdakı hallar mövcud olmalıdır: İşçi müvafiq sahə üzrə həmkarlar ittifaqı təşkilatının üzvü olmalıdır. Belə ki, “Həmkarlar ittifaqları haqqında” Qanunun 11-ci maddəsinə əsasən, həmkarlar ittifaqı öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “b” və “c” bəndlərin də göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması üçün işəgötürənin a) əsaslandırılmış yazılı təqdimatı olmalı, təqdimata b) müvafiq əsaslandırma sənədləri əlavə edilməlidir. Lakin işəgötürənin xx.xx.2022-ci il tarixli təqdimatında bunların heç biri yoxdur. Həm də ki, bunların olması da qeyri-mümkün idi. Çünki təqdimatdan 5 ay 4 gün ötəndən sonra xx.xx.2022-ci il tarixli, 10 saylı əmrlə “ştat ixtisarı” bəhanəsi ilə onu işdən çıxardandan 2 gün sonra bu vəzifəyə X2 təyin edilmişdir. Əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası işəgötürənlə onun arasında əmək müqaviləsinin müddətsiz bağlandığını təsdiqləyir. “Əmək və Məşğulluq altsisteminə xx.xx.2021-ci ildə daxil edilmiş xx.xx.2021-ci ildə müddətsi z bağlanmış əmək müqaviləsi əsasında “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” də bunu bir daha təsdiqləyir. Lakin işəgötürənin əlyazması ilə məhkəməyə kserosurətini təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 08 saylı əmrdə (təşkilatın sabiq sədri Paşa Nəbiyev imzalamışdır) 01 yanvar 2022-ci ilə qədər mühasib vəzifəsinə qəbul edilməyi göstərilmişdir. İşəgötürən Nümayəndə onun barəsində verdiyi xx.xx.2022-ci il tarixli, 10 nömrəli əmrə əlavə olaraq “Əmək və Məşğulluq” altsisteminə işlənib, işəgötürənin öz əl yazması ilə imzalanmış əmrdə də onun işdən çıxarılma səbəbi “Yeni Azərbaycan Partiyası üzvü olmamağı” və “ştat ixtisarı” göstərilmişdir. İşəgötürənin yol verdiyi çox ciddi bir saxtakarlıq da bundan ibarətdir ki, onu “ştat ixtisarı” bəhanəsi ilə (04 iyul 2022-ci il tarixli əmrlə ) işdən çıxardandan 16 iş saatı keçdikdən sonra işəgötürən onun işlədiyi mühasib vəzifəsinə 06 iyul 2022 tarixli əmrlə X1 qəbul etmişdir. İddiaçı əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsində məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinin hüquqi əsasını “ AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “Yeni Azərbaycan Partiyasının üzvü olmaması əsası ilə ixtisar olunması” ilə bağlı işdən azad ed ilməsi və “Yeni Azərbaycan Partiyasın”da işçilərin sayının azaldılması və ya ştatların ixtisarının həyata keçirilməsinə zərurətin olmaması, bununla bağlı qərarın olmaması, əmr məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə əsaslandırılmış olsa da, qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edilməməsi təşkil edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının dispozitiv şərtlərindən müəyyən olunur ki, vəzifəli şəxsin qanunsuz hərəkətlərindən irəli gələn maddi tələbləri ödəmək cavabdehliyi Yeni Azərbaycan Partiyasının daimi fəaliyyət göstərən rəhbər orqanlarının qərargahının olduğu yerin üzərinə düşür. Yəni bu cür hərəkətlərin və qəbul edilmiş əmrin qanunsuz olması və qanunsuzluğun nəticəsində iddiaçının qanunsuz olaraq işdən azad edilməsi sübut olunsa belə, bu hərkətlərə cavab v erməli olan şəxs cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatı ola bilməz. İddia tələbləri konkret halda Yeni Azərbaycan Partiyasına qarşı yönəldilməli idi. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından aydın görünür ki, siyası partiyanın yerli təşkilatın statusu Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur. Hüquqi şəxsin filialı isə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərir. Halbuki öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəx sə məxsusdur. Göründüyü kimi, iş üzrə cavabdeh qismində cəlb edilmiş Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatı öz hüquqi statusuna görə hüquqi şəxsin filialına bərabər tutulduğundan, Mülki Məcəllənin tələblətinə və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyinə əsasən, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bildiyindən Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatı iddiaya cavab verən şəxs qismində hazırkı iş üzrə tərəf ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən bu hal araşdırılmamış və cavabdehi əsl cavabdehlə əvəz etməyi iddiaçıya təklif edilməmişdir. Halbuki, MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən prosessual hüquq normasının mənasından göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüquqdan istifadə etməməklə, mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehlərin iştirakı ilə davam etdirmiş, nəticədə iddiaçının məhkəmə müdafiəsi hüququnu pozmaqla əsl cavabdehi işə cəlb etmədən faktiki halları müəyyən etmiş iddia tələblərini rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Prosessual hüquq normasının mənasından görün düyü kimi, qanunverici hətta birinci instansiya məhkəməsində əsl olmayan tərəfin iştirakı olmadan aparılmış hər hansı bir prosessual hərəkətin nəticələrini tanımadan, əsl tərəf əvəz edildikdən sonra mülki icraatın yenidən başlanmalı olmasını nəzərdə tutur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyasında əsl cavabdehin əvəz edilməsinin iddiaçıya təklif edilməsi və bu barədə qərar qəbul edilməsi onun birinci instansiya məhkəməsində özünü müdafiə- iddiaya qarşı etiraz vermək, qarşılıqlı iddia vermək, məhkəmə aktını mübahisələndirmək və.s hüququnun pozulması nəticələndiyi üçün qanunsuzdur. Beləliklə, məhkəmə kollegiyasının iddiaçının iddia tələbi ilə bağlı yekun hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tələblərini cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatına yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iddia ərizəsini öz icraatına qəbul edərkən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçıya cavabadehin əsl cavabdehin əvəz edilməsi təklif etməli idi. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərində qeyd edildiyi kimi maddə və prosessual məcəllənin pozulması ilə çıxarıldığından ləğv edilməli, məhz yuxarıda qeyd edilən əsasa görə- yəni iddia ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyi əsasına görə təmin olunmamalıdır”. İddiaçı bu qətnaməni mübahisələndirmək istədikdə Şirvan Apellyasiya Məhkəməsi prosessual müddətin güya itirildiyi qənaətinə gələrək qə rardad qəbul etmiş və bu qərardaddan verdiyi kassasiya şikayəti isə təmin edilməyərək Ali Məhkəmənin çıxardığı 2(102)-3220/2024 nömrəli iş (xx.xx.2024 tarixdə Qərar elektron kabinetə yerləşdirilib) üzrə yekun məhkəmə aktı qüvvədə saxlanılmışdır. İddiaçı, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-281/2024 saylı qətnaməsini nəzərə alaraq pozulmuş əmək hüquunun məhkəmə qaydasında müdafiə olunması üçün Yeni Azərbaycan Partiyasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1150/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddiaçının cavabdehə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə 04 iyul 2 022-ci il tarixli, 10 saylı əmrin ləğv edilməsi, işə bərpa, işdən çıxarıldığı müddətdən başlayaraq işə bərpa olunduğu günədək orta aylıq əmək haqqının ödənilməsi, 2021-ci ilin ştat cədvəlinə uyğun olaraq ödənilməli olan əmək haqqının ödənilməmiş hissəsinin ödənilməsi” barədə iddiası təmin edilməmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ya ştat ixtisar əsası ilə xitam verilsə də, iş materiallarında cavabdehdə və ya Partiyanın Şirvan şəhər təşkilatında işçilərin sayının azaldılması və ştat ixtisarı ilə bağlı qərarın və sərəncamın mövcudluğu müəyyən olunmur. Əksinə, cavabdehin mövqeyindən aydın olur ki, ixtisarın əsası kimi “Yeni Azərbaycan Partiyası” sədrinin 05 mart 2021-ci il tarixli sərəncamına istinad edilir. Məhz həmin sərəncam əsasında YAP Şirvan şəhər təşkilatının aparatının yenidən formalaşdırılması ilə əlaqədar işçilərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi göstərilir. Həmkarlar ittifaqı təşkilatına göndərilən təqdimatda da, ixtisarın məhz həmin sərəncam əsasında aparılmasına istinad edilmişdir. Lakin iş materiallarına əlavə olunmuş sərəncamın surətinə diqqət yetirilərkən aydın olur ki, 05 mart 2021-ci il tarixli, 05 nömrəli sərəncam partiyanın yerli təşkilatlarında işçilərin vəzifə maaşlarının təsdiqi ilə bağlı olmuşdur. Sərəncamda işçilərin sayının və yaxud ştatların ixtisar edilməsi nəzərdə tutulmamışdır. Belə olan halda işəgötürənin həmin sərəncama istinad edərək, ixtisarla bağlı prosedur başlaması və bununla bağlı əmrlər tərtib etməsi, müvafiq olaraq həmkarlar ittifaqı təşkilatına təqdimat göndərməsi, işçilərə xəbərlarlıq edilməsi maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir.
15. Belə ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməlidir. Lakin cavabdeh özlüyündə ixtisarın aparılması səlahiyyətinə malik olmamışdır. Bu səlahiyyət yalnız partiyanın mərkəzi aparatına məxsusdur. Qeyd edildiyi kimi mərkəzi aparatın partiyanın rayon- şəhər təşkilatlarında işçilərin sayının azaldılması və ya ştat ixtisarının həyata keçirilməsi ilə bağlı hər hansı sərəncamı mövcud deyil. İşçilərin sayının və ya ştatların ixtisarının aparılması müəsissədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir necə ştat vahidinin ləğvi başa düşülməlidir. Bir qayda olaraq, bu işlər işəgötürənin əsaslandırlmış əmri ilə həyata keçirilir.
16. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının xx.xx.2021-ci il tarixli ştat cədvəlindən görünür ki, həmin Təşkilatda 7 ştat olmaqla aparat rəhbəri, məsləhətçi, mühasib-məsləhətçi, kompyuter mütəxəssisi, mühafizəçi və xadimə vəzifələri olmuşdur. Həmin təşkilatın xx.xx.2022-ci il tarixli ştat cədvəlindən isə görünür ki, həmin Təşkilatında 9 ştat olmaqla sədr, sədr müavini, məsləh ətçi, mühasib, komendant, sürücü və xadimə vəzifələri olmuşdur. İstinad olunan hallar aşkar olaraq onu təsdiq edir ki, cavabdeh təşkilatda işçilərin sayının azaldılması və ştatların ixtisarı olmamışdır.
17. Məhkəmə, cavabdehin yerli təşkilatı olan Şirvan Şəhər Təşkilatının iddiaçı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinin olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının “Yerli təşkilatları haqqında” Əsasnaməsinin 5.9.7-ci maddəsinə əsasən Yeni Azərbaycan Partiyası yerli təşkilatların sədrinə aparatın işçilərinin Mərkəzi Aparatla razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi ilə bağlı səlahiyyət verilmişdir.
18. Digər tərəfdən iddiaçı, xx.xx.2021-ci il tarixli, 08 nö mrəli əmrlə mühasib vəzifəsinə işə qəbul edilmiş və 1 ildən çox müddətdə həmin vəzifədə çalışmışdır. Bu onu deməyə əsas verir ki, cavabdehin yerli təşkilat olan Şirvan Şəhər Təşkilatı iddiaçını Mərkəzi Aparatla razılaşdırmaqla vəzifəyə təyin etmişdir. Bunun əksi olsa belə, cavabdehin hazırki iddia tələbinə etirazını özünün qanunazidd hərəkəti ilə əsaslandıraraq, iddianın rədd edilməsini tələb etməsi ağlabatan deyil. Odur ki, məhkəmə cavabdehin qeyd edilən dəlilini əsassız hesab edir.
19. Beləliklə, iddiaçının işdən azad edilməsi ilə bağlı həmin Təşkilatın xx.xx.2022-ci il tarixli, 26 nömrəli əmri qanunsuz olmuşdur. Lakin, iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə qanunvericliklə müəyyən edilmiş iddia müddətini ötürməklə müraciət etmişdir.
20. Məhkəmə araşdırması zamanı müəy yən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 10 saylı əmr iddiaçıya elə həmin gün təqdim edilmişdir. Bu hal iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilir. İddiaçı əvvəlcə xx.xx.2022-ci il tarixli Mediasiya təklifi ilə cavabdehin yerli təşkilat olan Şirvan Şəhər Təşkilatına, daha sonra Mediasiya təşkilatına, sonra isə məhkəməyə müraciət edildiyindən, iddia müddətinin axımı kəsilmişdir. İddia müddətinin axımının kəsilməsinə səbəb olan hal Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-281/2024 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi vaxt aradan qalxmışdır.
21. Belə ki, iddiaçının cavabdehin Şirvan Şəhər Təşkilatına qarşı müvafiq iddiası Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmi n edilməmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərkən prosessual müddəti ötürdüyündən, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı və onun vəkili tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 3220/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir.
22. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-281/2024 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən iddia mü ddətinin axımı ümumi qaydada davam etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Mediasiya təklifi ilə Yeni Azərbaycan Partiyasına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, 20 saylı Mediasiya təşkliatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Daha sonra, iddiaçı xx.xx.2024-cü il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazirkı iddia məhkəməyə qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə verilmiş, iddiaçı tərəfindən isə iddia müddətinin ötürülməsi səbəbinin üzrlü hesab edilməsi barədə ərizə təqdim edilməmişdir.
23. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1150/2025 saylı, 2 may 2025-ci il tarixli əlavə qətnaməsi ilə (hakim Əminə Abbasova) iddiaçının cavabdehə qarşı 2021-ci ilin ştat cədvəlinə uyğun olaraq iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməmiş hissəsinin ona ödənilməsi barədə iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayətləri iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
26. Cavabdehin vəkili Vəkil1 elektron kabineti vasitəsilə göndərdiyi yazılı etirazında şikayətin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4489/2025 nömrəli, 6 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyas iya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1150/2025 saylı, 24 fevral 2025-ci il tarixli qətnaməsi və həmin məhkəminin e-2(011)-1150/2025 saylı, 2 may 2025-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Elşən Kazımov (sədrlik edən, məruzəçi), Namiq Cəfərov və İkram Şirinov).
28. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, olmasa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, uzlaşmasa da, birinci instansiya məhkəməsi iddia müddəti ötürüldüyündən iddianı rədd etməklə gəldiyi nəticə düzgün olmuşdur.
29. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının di spozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşsa da, uzlaşmasa da, cavabdehin etiraz və müdafiə hüquqlarına, yəni iddia müddəti ötürüldüyünə görə aradan qalxdığından iddia haqlı sayılmır.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilm iş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir.
31. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Habelə apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin və əlavə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətlərinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
32. Əvvəla, məhkəmə tərəfindən Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələ ri pozulmayıb. Belə ki, 12 avqust 2024-cü ilədək qüvvədə olan redaksiyada Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində göstərilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixli əmr iddiaçıya elə həmin gün təqdim edilmişdir. Bu hal iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilir. İddiaçı, əvvəlcə xx.xx.2022ci il tarixli mediasiya təklifi ilə cavabdehin yerli təşkilat olan Şirvan şəhər təşkilatına, daha sonra mediasiya təşkil atına, sonra isə məhkəməyə müraciət etdiyindən iddia müddətinin axımı kəsilmişdir... Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən iddia müddətinin axımı ümumi qaydada davam edib. İddiaçı xx.xx.2024-cü il tarixdə mediasiya təklifi ilə Yeni Azərbaycan Partiyasına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, 20 saylı Mediasiya təşkliatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ən azından Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən iddiaçı hüququnun pozulduğunu bilib. Başqa sözlə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində hüququnun pozulmasının aşkar edildiyi günün yalnız işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) yaxud əmək kitabçasının verildiyi gün olduğu qənaətinə gəlmək düzgün deyil. Çünki bu maddədə sadalanan 4 əsasdan biri kifayət edir ki, işçi hüququnun pozulduğu günü bilməli olsun. Ona görə də iddia müddətinin ötürülməsi barədə cavabdehin mövqeyinin yarımçıq və təhrif olunmuş formada olduğu kimi bir yanaşma əsaslı deyildir. Demək ki, iddia müddətinin ötürülməsi mülahizə ilə deyil, sübuta istinad edilməklə əsaslandırılıb.
33. Məhkəmə kollegiyası əmək münasibətlərində işçinin daha zəif tərəf olduğu mövqeyini nəzərə alaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan müddətin üzrlü səbəbdən ötürülməsinə əsas olan səbəblərin mövcud o lubolmaması barədə də hüquqi dəyərləndirmə apardı. Ancaq nə bu normada nəzərdə tutulan səbəblər, nə də digər obyektiv hallar aşkar edilmədi. Hətta iddiaçı da uzun müddət eyni məsələ ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə edib və üzrlü səbəblərin olmasına dair mötəbər sübut təqdim etməyib. Bu cür vəziyyətdə ötürülmüş müddətin üzrlü səbəbdən baş verməsi də hər hansı bir sübutla təsdiq edilmədiyindən məhkəmə tərkibi iddia müddətinin tətbiq edilməməsi üçün əsas müəyyən etmədi.
34. Beləliklə, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yal nız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayətləri təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 1, 2, 3, 4, 8-ci hissələrinə, Əmək Məcəlləsinin 11-ci maddəsinin f bəndinə, 12-ci maddəsinin c bəndinə, 68.1-ci maddəsinə, 70-ci maddəsinin b bəndinə, 288, 292, 296-cı maddələrinə, habel ə Mülki Məcəllənin 2.3, 372.1, 372.2, 375.2, 376, 377.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-4489/2025 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Şikayət onunla əsaslandırılmışdır ki, işin hallarından aydın olduğu kimi işə baxan məhkəmələr qətnamə qəbul edərkən iddia müddətinin keçməsini əsas gətirərək iddia müddətini tətbiq edərək əsassız olaraq iddia tələbini rədd etmişdir. Şəxs öz hüququ nun pozulduğunu aşkar etdiyi gündən iddia müddətinin axımı başlayır. İddiaçı da öz hüququnun pozulduğunu 2022-ci il fevral ayında, yəni Nümayəndə sədr seçildikdən sonra bilmişdir (Nümayəndəla olan ştat cədvəli haqqında dialoq 2022-ci il şikayətində qeyd edilmişdir) və bundan sonra pozulmuş hüququnun bərpası üçün xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatına və sonra məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi müddətin keçməsinə əsas kimi Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən iddia müddətinin axımının ümumi qaydada davam etməsini, iddiaçının isə xx.xx.2024-cü il tarixdə mediasiya təklifi ilə Yeni Azərbaycan Partiyasına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, 20 saylı Mediasiya təşkil atı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı xx.xx.2024-cü il tarixdə hazırki iş üzrə iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin işəgötürən tərəfindən qəbul edilmiş iddiaçının işdən azad olunması barədə əmri Əmək Məcəlləsinin 83 və 84-cü maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə olan halda da qanunvericiliyin tələbinə əsasən işəgötürənin əmri ləğv edilməlidir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibar ən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Yeni Azərbaycan Partiyasnın Şirvan Şəhər Təşkilatının xx.xx.2021-ci il tarixli, 08 nömrəli əmri ilə iddiaçı mühasib vəzifəsinə işə qəbul edilmişdr. Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının xx.xx.2021-ci il tarixli ştat cədvəlindən görünür ki, Yeni Azərbaycan Partiyasnın Şirvan Şəhər Təşkilatında 7 ştat olmaqla aparat rəhbəri, məsləhətçi, mühasibməsləhətçi, kompyuter mütəxəssisi, mühafizəçi və xadimə vəzifələri olmuş, mühasib vəzifəsinin vəzifə maaşı 1.400 manat məbləğində olmuşdur. Qanunvericiliyin tələbinə əsasən də hər bir işçinin əmək haqqısı müəyyən edilmiş ştat cədvəlinə əsasən öd ənilməlidir. Belə ki, İddiaçı iddia etdiyi kimi, əmək haqqının 2021-ci ilin ştat cədvəlinə uyğun ödənilmədiyi ona 2021-ci ildən məlum olsada onun işdən azad olunması 2022-ci ildə baş vermiş və həmin vaxtdan da hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində müəyyən edilmiş 1 illik iddia müddətini ötürməmişdir. Ümumiyyətlə, iddiaçı tərəfdən iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı pozulmuş hüququnun bərpası üçün 2022-ci ildə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmələr aidiyyat məsələlərini müəyyən etmədiklərindən və uzun sürən məhkəmə proseslərindən sonra müddətin ötürülməsini iddiaçının səhvi kimi qeyd edərək iddia müddətini rədd etmişlər. Apellyasiya instansiya məhkəməsi maddi h üquq normalarını nəzərə almamış və hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Həmçinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ya ştat ixtisar əsası ilə xitam verilsə də, iş materiallarında «Yeni Azərbaycan Partiyası»nda və ya partiyanın Şirvan şəhər təşkilatında işçilərin sayının azaldılması və ştat ixtisarı ilə bağlı qərarın və sərəncamın mövcudluğu müəyyən olunmur. İşçilərin sayının və ya ştatların ixtisarının aparılması müəsissədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir necə ştat vahidinin ləğvi başa düşülməlidir. Bir qayda olaraq, bu işlər işəgötürəni n əsaslandırlmış əmri ilə həyata keçirilir. Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının xx.xx.2021-ci il tarixli ştat cədvəlindən görünür ki, Yeni Azərbaycan Partiyasnın Şirvan şəhər təşkilatında 7 ştat olmaqla aparat rəhbəri, məsləhətçi, mühasib-məsləhətçi, kompyuter mütəxəssisi, mühafizəçi və xadimə vəzifələri olmuşdur. Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının xx.xx.2022-ciil tarixli ştat cədvəlindən görünür ki, Yeni Azərbaycan Partiyasnın Şirvan ŞəhərTəşkilatında 9 ştat olmaqla sədr, sədr müavini, məsləhətçi, mühasib, komendant, sürücü və xadimə vəzifələri olmuşdur. İstinad olunan hallar aşkar olaraq onu təsdiq edir ki, cavabdeh təşkilatda işçilərin sayının azaldılması və ştatların ixtisarı olmamışdır. Göründüyü kimi cavabdehin qanunsuz əmrini məhkəmələr iddia müddəti nin keçməsilə əlaqələndirərək qanuni hesab etmişlər. Apellyasiya instansiyası məhkəməsi mülki işin faktiki hallarını araşdırarkan tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etmədən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan, yuxarıda göstərilən işin faktiki hallarına qiymət vermədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qətnamə qəbul edərkən məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, bununla da Mülki Prosessual Məcəllənin göstərilən maddələrinin tələblərinin pozulması ilə nəticələnən q ətnaməni qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
41. Maddə 35 (hissə 1) Əmək fərdi və ictimai rifahın əsasıdır.
42. Maddə 35 (hissə 2) Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
43. Maddə 35 (hissə 3) Heç kəs zorla işlədilə bilməz.
44. Maddə 35 (hissə 4) Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
45. Maddə 35 ( hissə 8) Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
46. Maddə 11 (“f” bəndi) Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir.
47. Maddə 12 (“c” bəndi) Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
48. Maddə 70 (“b” bəndi) İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
49. Maddə
288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdi rilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi;
50. Maddə 292 (1ci hissə). İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
51. Maddə 292 (2-ci hissə). Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.
52. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci his səsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
53. Maddə 296 (3-cü hissə) (xx.xx.2024-cü ilə kimi qüvvədə olan variant). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
54. Maddə 296 (3-cü hissə) (xx.xx.2024-cü ildən sonra olan variant).Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-h esab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
55. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
56. Maddə 296 (6-cı hissə ). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
57. Maddə 296 (7-ci hissə). Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
58. Maddə Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qa nunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
59. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
60. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
61. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
62. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
63. Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
64. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur.
68. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
73. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəl diyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
74. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
75. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin d əlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələrinin tələbləri hazırkı əmək mübahisəsinə düzgün tətbiq edilmişdir.
76. Belə ki, 12 avqust 2024-cü ilədək qüvvədə olan redaksiyada Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində göstərilirdi ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
77. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq müəyyən etmişdir ki, hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli əmr iddiaçıya elə həmin gün təqdim edilmişdir. Bu hal iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq olunur. İddiaçı əvvəlcə xx.xx.2022-ci il tarixli Mediasiya təklifi ilə cavabdehin yerli təşkilat olan Şirvan şəhər təşkilatına, daha sonra Mediasiya təşkilatına, sonra isə məhkəməyə müraciət edildiyindən, iddia müddətinin axımı kəsilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən iddia müddətinin axımı ümumi qaydada davam etmişdir.
78. Belə ki, iddiaçı, xx.xx.2024-cü il tarixdə Mediasiya təklifi ilə Yeni Azərbaycan Partiyasına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, 20 saylı Mediasiya təşkliatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçı isə xx.xx.2024-cü il tarixdə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Ən azından Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən iddiaçı hüququnun pozulduğunu bilmişdir.
79. Başqa sözlə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində hüququnun pozulmasının aşkar edildiyi günün yalnız işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) yaxud əmək kitabçasının verildiyi gün olduğu qənaətinə gəlmək düzgün deyil. Çünki bu maddədə sadalanan 4 əsasdan biri kifayət edir ki, işçi hüququnun pozulduğu günü bilməli olsun. Ona görə də iddia müddətinin ötürülməsi barədə cavabdehin mövqeyinin yarımçıq və təhrif olunmuş formada olduğu kimi bir yanaşma əsaslı deyildir. Demək ki, iddia müddətin in ötürülməsi mülahizə ilə deyil, sübuta istinad edilməklə əsaslandırılmışdır.
80. Apellyasiya instansiyası məhkəməsi, əmək münasibətində işçinin daha zəif tərəf olduğu mövqeyini nəzərə alaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan müddətin üzrlü səbəbdən ötürülməsinə əsas olan səbəblərin mövcud olub-olmaması barədə də hüquqi dəyərləndirmə aparmış, lakin nə bu normada nəzərdə tutulan səbəblər, nə də digər obyektiv hallar aşkar edilməmişdir. Hətta iddiaçı, uzun müddət eyni məsələ ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə etməmiş və üzrlü səbəblərin olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yəni, ötürülmüş müddətin üzrlü səbəbdən baş verməsi hər hansı bir sübutla təsdiq edilmədiyindən, iddia müddətinin tətbiq edilməməsi üçün əsaslar müəyy ən edilməmişdir.
81. Beləliklə, işə birinci instansiya məhkəməsində baxılarkən, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermiş, iddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
82. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
83. İddiaçının 2021-ci ilin ştat cədvəlinə uyğun olaraq ona ödənilməli olan əmək haqqının ödənilməmiş hissəsinin tutulmasına dair kassasiya şikayətinin dəlilinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının bu dəlil i də əsassız olduğundan təmin oluna bilməz. Belə ki, sistemə 13 sentyabr 2021-ci il tarixdə daxil edilmiş “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişin”dən görünür ki, iddiaçı ilə əmək müqaviləsi 16 iyul 2021-ci il tarixdə bağlanıb və o, cavabdehin Şirvan Şəhər Təşkilatına “mühasib” vəzifəsinə qəbul edilib və onun aylıq əmək haqqı 1.400 manat deyil, 420 manat olub. Belə olan halda iddia tələbini bu hissədə təmin etməməklə də işə baxan məhkəmələr düzgün nəticəyə gəlib.
84. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgü n hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 oktyabr 2025-ci il tarixli, 2(103)-4489/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə mini