Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-268/2026 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı işə bərpa olunma və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5373/2025 nömrəli, 2025-ci il 4 noyabr tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2008-2025-ci il tarixlərində S.Rüstəmov adına 13 nömrəlu Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixində keçirilmiş attestasiyanın nəticəsi olaraq həmin vəzifəyə uyğun hesab edilməmiş, 13 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli əmri ilə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli attestasiya komissiyasının qərarının ləğv edilməsi, S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə 1 aprel 2025-ci il tarixli, 22 nömrəli əmrin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, işə bərpa edilməyi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1996-2000-ci il tarixlərində Ələsgər adına Şəki Musiqi texnikumunu fortepiano və konsertmeyster müəllimi üzrə bitirmişdir. 20002008-ci il tarixlərində Zaqatala incəsənət məktəbində, 2008-2025-ci il tarixlərində S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində, ümumilikdə 25 ildir ki, fortepiano şöbəsinin müəllimi vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyasında keçirilən musiqi müəllimlərin attestasiyası imtahanında iştirak etmişdir. İlkin olaraq imtahanda özünə əmin şəkildə daxil olmuşdur. Lakin sonradan komissiya sədri X3 tərəfindən alçaldıcı, istehzalı hərəkətlər imtahan zamanı onun həyəcan keçirilməyinə səbəb olmuşdur. Həmçinin imtahan keçirilən zaman onun ixtisası fortepiano olduğu halda ona heç öz ixtisası ilə bağlı suallar verilməmişdir. Komissiya heyəti tərəfindən ona qarşı haqsızlıq və qərəzli mövqe tutularaq verdiyi düzgün cavabları səhv kimi qəbul edilərək, onun müəllim kimi nüfuzuna xələl yetirmişlər. Belə ki, Y.Haydın Sonata №27 C-Dur ifa etmiş, çox da normasında və təhlil etmişdir. İfa zəif, ritmin problemləri var deyərək qiymətləndirilmişdir. Üzdən oxumada yeddi illik proqrama uyğun əsər vermədikləri halda, onu da normal etmişdir. Y.Haydın haqqında yetərli məlumat verdiyi halda orta cavab verdi yazıblar. Sonat a alleqro formasında reprizanın izahını verməyinə baxmayaraq cavab verə bilmədi yazıblar. Bethovenin sonataları haqqında "Patetik sonata", “Aylı" sonata və hətta tonallıqlarını belə dediyi halda cavab vermədi yazıblar. Hətta "Aylı sonata"-nın imtahan şərtlərinə zidd olduğu halda, X2 ondan ifa etməyini tələb etdi və bunun kimi digər suallara da cavab verdiyi halda, cavab vermədi deyə qiymətləndirilmişdir. Bildirir ki, göstərdikləri doğru olduğunu imtahan vaxtı quraşdırılmış kameraların video görüntülərində əks olunur. Həmçinin 15 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müşaviri Cəsarət Valehov tərəfindən keçirilən iclasda attestasiya imtahanından sonra heç kəs işdən azad olunmayacağı barədə bildirilsə də, hazırda işlədiyi S. Rüstəmov adına 13 nömrəli Uşaq Musi qi Məktəbindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Mübahisələndirilən əmr birbaşa olaraq ona qarşı qərəz altında imzalanmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sahibə Hacıyeva) 2(011)4848/2025 saylı, 7 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. Məhkəmə göstərmişdir ki, məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona verilə n suallara düzgün cavab versə də, attestasiya vərəqəsində həmin suallara düzgün cavab verməmə kimi qeydlərin aparılmasını bildirsə də, CD-diskə baxış zamanı iddiaçının bu dəlilləri təsdiqini tapmamış, əksinə iddiaçının verilən suallara cavabları attestasiya vərəqəsində qeyd edildiyi kimi olmuşdur.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması ilə bağlı yaradılmış attestasiya komissiyası və həyata keçirilmiş attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olduğundan və attestasiya keçirilərkən qanunun göstərilən tələblərinin pozulması halları aşkar olunmadığından, cavabdeh attestasiya komissiyasının qiymətləndirilməsi barədə tövsiyyəsini nəzərə alaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsində t am səlahiyyətli olmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə xx.xx.2025-ci il tarixli əmri tam qanuni olmuşdur.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki,iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “c” bəndinə, 12, 65.1, 65.2, 65.3, 65.4, 65.5, 67.1 və 70-ci maddələrinə istinad etməklə əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4848/2025 saylı, 7 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi işəgötürənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarını pozmaqla keçirdiyinə əhəmiyyət verməmişdir. Onun a ttestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi” Qaydalarının pozulması ilə keçirildiyindən, onun attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin ana və uşaqların hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur. İşəgötürən onun himayəsində 3 yetkinlik yaşına çatmayan tələbə uşaqların olmasını nəzərə almadan, yeganə qazanc yeri olan iş yerinin olmasını, qüsursuz uzun müddət işləməyini, onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. İlk növbədə vurğulayır ki, Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığ ına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Hesab edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Bu halda həmin Məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Odur ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsi bunlara əhəmiyyət verməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (h akimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Nigar Nəbizadə) 2(103)-5373/2025 nömrəli, 2025-ci il 4 noyabr tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4848/2025 saylı, 7 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi dəlillər attestasiyanın əmək qanunvericiliyinin pozulmaqla keçirildiyinə dəlalət etmir. İddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan müəyyən sosial kateqoriyaya aid olan işçilərdən biri olması barədə gətirdiyi arqumentlər də əsaslı deyil. 3 mart 2025-ci il tarixdə keçirilmiş attestasiyanın video görüntüsü tədqiq edilərkən, iddiaçıya, tutduğu vəzifəyə (pe şəyə) uyğun olub-olmamasını aşkara çıxarmaq məqsədilə verilmiş sualların Əmək Məcəlləsinin 65-ci maddəsinə zidd olmadığı, əksinə ixtisasına və attestasiya proqramında qeyd edilən mövzulara uyğun olduğu müəyyən edilmişdir. Həmçinin attestasiya komissiyasının işini aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl etməklə apardığı müəyyən edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, əmək qanunvericiliyi ilə işəgötürənə attestasiya komissiyası tərəfindən tutduğu vəzifəyə uyğun olmayan hesab edilmiş işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam vermək səlahiyyəti vəzifə olaraq yox, hüquq (mümkün davranış qaydası) olaraq verilmişdir. Bu da əmək münasibətlərinin hüquqi təbiətindən irəli gəlir. Belə ki, işəg ötürən işçilərin seçilməsi, yerləşdirilməsi və işdən çıxarılması ilə bağlı müvafiq kadr qərarları qəbul etmək, müstəqil olaraq əməyin müvafiq sahədə səmərəli təşkilini təmin etmək üzrə məsuliyyət daşıyır.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, attestasiyanın keçirilməsi proseduru pozulmadığı, qaydalara uyğun şəkildə keçirilməsi üçün lazımi şəraitin təmin edildiyi təqdirdə attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmaması haqqında qərar çıxarılmış işçinin işəgötürənin təşəbbüsü ilə işdən çıxarılması heç də əmək qanunvericiliyinə zidd hesab edilə bilməz.
17. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəl illərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 3.5, 65, 67, 68, 70, 76, 79, 83, 288, 292.2, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işəgötürən komissiyanın təkmilləşmə ilə bağlı bəzi işçilərə bir cür, digər işçilərə başqa yanaşmaqla diskriminasiyaya yol verməsinə, "İnsan hüquql arının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 14-cü maddəsinin tələblərini pozmasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarını pozmasına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 46, 65, 66, 67, 70, 71,74, 83-85, 86-cı maddələrinin tələblərini pozmaqla attestasiya keçirdiyinə və kütləvi 11 nəfər müəllimin işdən çıxarılmasına əhəmiyyət verməmişdir.
21. İddiaçı attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, İddiaçı olaraq attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin ana və uşaqların hüquqlarının müdafiəsi, onla rın maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur. İşəgötürən İddiaçı himayəsində 3 yetkinlik yaşına çatmayan tələbə uşaqların olmasını nəzərə almadan, yeganə qazanc yeri olan iş yerinin olmasını, qüsursuz uzun müddət işləməyini nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Hesab edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməs ini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Bu halda həmin Məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Odur ki, məhkəmə bunlara əhəmiyyət verməmişdir.
22. Məhkəmə tərəfindən tərəflərə bərabər qaydada yanaşılmamış, düzgün əsaslandırmadan qətnamə qəbul etmiş, təqdim olunan sübutlara münasibət bildirməmiş, qətnaməsində sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə qətnamə qəbul edərkən tərəflərin bərabərlik faktını nəzərə almadan, faktlara istinad etmədən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
24. Maddə 2.1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
25. Maddə 3.5.Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
26. Maddə 65.Hissə İ-V.İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (pe şəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütü n hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tut duğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
27. Maddə 65.Hissə Vİİ.Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
28. Maddə 67.Hissə İ.Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə iş əgötürən tərəfindən ləğv edilə bilər.
29. Maddə 68.Hissə
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
30. Maddə 68.Hissə İİ.Bənd a).Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
31. Maddə 70.Bənd c).Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir.
32. Maddə
70. Bənd c). «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradıl an və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
33. Maddə 76.İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
34. Maddə 79.Hissə İ. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağı nıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
35. Maddə 83.Hissə İ və İİ.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmay an hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
36. Maddə 288.Bənd x).İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsinə dair məsələnin tənzimlənməsi zamanı yaranan f ərdi əmək mübahisələrinin həlli nizama salınır.
37. Maddə 292.2.Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.
38. Maddə 300.1.İşəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad ç ıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasi bətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı o lmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxar ı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
52. İşin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsə lələri təkrarlamağa lüzum qalmır.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzg ün tətbiq edilib-edilmədiyini yoxlayır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5373/2025 nömrəli, 2025ci il 4 noyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.