Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3625/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: əmək haqqının, əmək məzuniyyəti kompensasiyasının ödənilməsi, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(103)-3919/2025 nömrəli 25 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 04 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında İnsan resursları üzrə mütəxəssis/mühasib köməkçisi vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir.
2. Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bildirişlərə əsasən xx.xx.2022-ci il tarixindən iddiaçının əmək haqqı 726,85, xx.xx.2023-cü il tarixindən isə 995,15 manat müəyyən edilmişdir.
3. İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X2 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2 023-cü il tarixdə onun tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün istifadə edilməmiş 8 gün məzuniyyətinə görə kompensasiya verilməsinə etiraz etmədiyini bildirmişdir. 4. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X4 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli əmr ilə İddiaçı xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilməsi və xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün istifadə edilməmiş 8 gün növbəti məzuniyyətinə görə kompensasiya ödənilməsi əmr edilmişdir.
5. X12 Hakanın xx.xx.2023-cü il tarixli, 02 nömrəli əmri ilə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsası ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrə əsasən işçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. 6. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2024-cü il tarixli 03 №-li qərarınFilialın keçmiş direktoru X4 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş bütün ezamiyyət, mükafat və əmək haqqının artırılması barədə əmrlərin eti barsız və qanunsuz hesab edilməsi, onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənəd verməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edilməsi qərara alınmışdır. 7. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Abşeron Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X13 "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 və digər işçilərin Hakanın etibarından sui-istifadə edərək filiala məxsus daşınar əmlakları və malları qanunsuz olaraq ələ keçirdikləri barədə müraciəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. 8. xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə müraciət edərək, bu günə qədər nə onun, nə o gün işdən çıxarılan dig ər iş yoldaşlarının haqq-hesabının ödənmədiyini, istifadə edilməyən məzuniyyətin kompensasiya kimi verilmədiyini, əmək kitabçasının təqdim edilmədiyini bildirmişdir. O, həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixində rəsmi olmayan yollarla 70 “ç” maddəsi ilə işdən çıxarıldığını öyrənmiş, Hakan bəydən telefonda səbəbini soruşmuş, xəbəri olmadığını bildirmişdir.
9. X14 Xidmətinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciətinə baxılmış, onunla xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin xx.xx.2023-cü il tarixdə direktor X15 tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanmaqla qüvvədən salındığı müəyyən edilmişdir. Təqdim edilmiş bank hesabından çıxarışdan bəlli olmuşdur ki, Əmək Məcəlləsinin 17 2-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq iddiaçıya düşən bütün ödənclərin tam məbləğdə sonuncu iş günü ödənilmədiyinə görə cavabdeh müəssisənin direktoru X15 barədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati icraata başlanılmış və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “ödənilməyən əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının 2023-cü il fevral ayının maaşı 995,00 AZN gross, istifadə etmədiyi 8 günlük əmək məzuniyyəti kompensiyası olan 210,00 AZN gross olmaqla, cəmi 1.205,00 AZN pulun ödənilməsi, əmək kitabçasının müvafiq dəyişikliklər edilərək verilməsi və qanunsuz işdən çıxarıldığına görə cavabdehin iddiaçıya işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixindən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsillidir, Türkiyə Respublikası İstanbul Universiteti İqtisadiyyat fakültəsinin məzunudur. O, cavabdeh şirkətdə işləməyə dəvət olunmuşdur və aralarında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanaraq mühasib köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi müddətsiz bağlanmışdır və işçiyə hər a y 300 manat gross məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir. Daha sonra, mütəmadi maaş artımları olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək işçiyə hər ay 995,15 manat məbləğində gross əmək haqqı ödənilməsi qeyd olunmuşdur. Cavabdeh tərəfindən ona 2023-cü il fevral ayının əmək haqqı ödənilməmişdir. Cavabdeh ona xx.xx.2022-ci il tarixdən işdən çıxarıldığı xx.xx.2023-cü il tarixinə qədər istifadə etmədiyi 8 günlük məzuniyyət kompensasiyası (son haqq-hesab) ödənilməmişdir. O, işlədiyi şirkətə xx.xx.2023-cü il tarixdə öz ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən işdən ayrılmaq istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdəki direktor X5 xx.xx.2023-cü il tarixli № 201/K nömrəli əmr ilə onu Azərbaycan Res publikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad olunması barəsində əmr imzalamışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" Şirkətinin təsisçisi X15 təsisçi qərarı ilə direktor X3 tutduğu vəzifədən azad etmiş, xx.xx.2023-cü il tarixdə iddiaçının xx.xx.2023-cü il tarixli xahişi ilə işdən azad olunması ərizəsini və direktor X1 xx.xx.2023-cü il tarixli 201/K nömrəli əmrini diqqətə almayaraq qanunsuz olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. O, cavabdehin qanunsuz hərəkətlərindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə şikayət etmişdir. X14 Xidməti tərəfindən iddiaçının şikayəti a raşdırılaraq cavabdeh şirkətin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. X14 Xidməti tərəfindən iddiaçının şikayəti araşdırılaraq cavabdehin Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələblərini pozduğu aşkar edilmişdir. İddiaçı uzun müddətdir ki, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Cavabdeh ilə dəfələrlə əlaqə yaradılsa da hər dəfə müxtəlif bəhanələr gətirərək ödənilməyən əmək haqqı və son haqqhesabını ödəməkdən boyun qaçırılmışdır. İddiaçı cavabdeh tərəfindən işdən azad olunarkən “Əmək Müqaviləsinə x itam verilməsi” barədə əmr ilə tanış olmamış və ona əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən onun 2023-cü il fevral ayının əmək haqqı və xx.xx.2022-ci il tarixdən işdən çıxarıldığı xx.xx.2023-cü il tarixədək istifadə etmədiyi 8 günlük məzuniyyət kompensasiyası (son haqq-hesab) ödənilməmişdir. Ödənilməmiş aylıq əmək haqqı və son haqq-hesabı ödənilməlidir. Həmçinin cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur.
12. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi iddia müddətinin tətbiqi bar ədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti keçməklə verildiyi üçün iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, elektron sistemə daxil edilmiş əmr və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi çap edilərək iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Filial tərəfindən xx.xx.2023-cü il tarixli 2 saylı əmr iddiaçıya xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə göndərilmişdir. İddia müddətinin keçməsi barədə verilən ərizə məhkəmə üçün ilkin iddiadan imtina edilməsinə dair qətnamə qəbul edilməsinə qeyd şərtsiz əsas yaradır.
13. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzü ndən gecikdirildiyi üçün hər gecikdirilmiş gün üçün cavabdehdən əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini, həmçinin əmək kitabçasının əmək qanunvericiliyinə uyğun olaraq cavabdeh tərəfindən işdən çıxarıldığı gün ona təqdim edilmədiyi və bu səbəbdən işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsini tələb etmişdir.
14. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçının şirkətdə insan resursları üzrə mütəxəssis vəzifəsində çalışıb və əmək kitabçalarının saxlanması, doldurulması və s. işlər onun səlahiyyətinə aid edilmişdir. Lakin iddiaçı işdən çıxarkən onun tərəfindən heç bir təhvil-təslim işləri aparılmamışdır. Həmçinin şirkətdə iddiaçıya dair əmək kitabçası aşkar edilməmişdir. İddiaçı bir tərəfdən işə bər pasını, digər tərəfdən isə işdən çıxarılması ilə razılaşaraq son haqq hesabın ödənilməsi barədə tələblər irəli sürmüşdür. Belə olan halda, cavabdeh hesab edir ki, iddia tələbi qeyrimüəyyəndir və həmin tələblər bir-biri ilə ziddiyyət təşkil edir. Bundan əlavə, iddiaçı tərəfindən verilmiş sonrakı dəqiqləşdirilmiş iddia tələbi üzrə həm 1 aylıq, həm də 1 illik iddia müddətləri də ötürülmüşdür. Qeyd olunanları nəzərə alaraq və iddiaçı tərəfindən iddia tələbi (dəqiqləşdirilmiş tələbi) qanunla müəyyən edilmiş həm 1 aylıq, həm də 1 illik iddia müddəti keçməklə verildiyi üçün həmin iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. İddiaçı cavabdehin etirazına qarşı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, o, işdən çıxış ərizəsini şirkətin həmin dövrlə rdə direktoru olan Pərviz Əlniyazzadəyə təqdim etmişdir. İşdən çıxışı dövründə direktoru ezamiyyətdə olduğu üçün təhvil-təslim proseduru qayıtdıqdan sonra icra edilməli idi. Qanunvericiliyin müvafiq maddələrinə əsasən hər bir işçi işə girərkən əmək kitabçasını şirkətə təqdim etməli və eləcə də işdən çıxışı zamanı şirkət əmək kitabçasına müvafiq qeydləri edib işçiyə təhvil verməlidir. İddiaçı işdən çıxarıldığı gündən ərizəni yazdığı günə kimi cavabdehin rəhbərliyindən ona sənədlərin olmaması, aşkar edilməməsi və ya təhvil-təslimin edilməməsi ilə bağlı heç bir bildiriş edilməmişdir. İddiaçının işlədiyi dövrdə kargüzarlıq yüksək səviyyədə təşkil edilmişdir. Rəhbərlik tərəfindən ona verilmiş mükafat və təltiflər bunun ən bariz nümunəsidir.
16. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin ed ilmiş, ekspert vəsatətində qeyd olunan sənədlər tam təqdim edilmədiyindən və tərəflər ekspertiza tədqiqatında iştirak etmədiklərindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məlumatına əsasən ekspertizanın aparılmasından imtina edilmişdir. 17. "xxxx" MMC tərəfindən təqdim edilmiş müstəqil auditor rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya cavabdeh tərəfindən fevral ayı ərzində ödəniş olunmamış, onun əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq son haqq-hesab ödənilməmişdir. Həmçinin, fevral ayı üzrə ödənilməmiş əmək haqqının 793,93 manat, istifadə edilməmiş 8 məzuniyyət günü üçün ödənilməmiş son haqq-hesabın 191,28 manat təşkil etdiyi və əmək haqqının hər gecikdirilmiş günü üçün 1% məbləğində pulun hesablanması qaydası göstəril mişdir.
18. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-104/2025 nömrəli qətnaməsi ilə (hakim Günay Abidova) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 2023-cü ilin fevral ayı üzrə ödənilməmiş 793,93 manat əmək haqqı, 191,28 manat istifadə edilməmiş 8 gün üçün əmək məzuniyyətinin kompensasiyası olmaqla, cəmi 985,21 manat məbləğində pulun (son haqq-hesab), həmçinin xx.xx.2023-cü il tarixdən qətnamə icra olunan günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödəncin tutularaq İddiaçı verilməsi, İddiaçı əmək kitabçasının ona təqdim edilməsi vəzifəsinin cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş medi asiya xərcinin 30 manat hissəsinin cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçı verilməsi, qalan hissəsinin İddiaçı aid edilməsi, mütəxəssis rəyi üçün tələb edilən 500 manat məbləğində pulun cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
19. Məhkəmə iddia tələbinin “işə bərpa” hissəsinə münasibətdə qeyd etmişdir ki, əmək mübahisələrinə dair 1 aylıq iddia müddəti tətbiq edilərək həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia müddətinin ötürülmədiyini və barəsində olan cinayət işi ilə əlaqədar proseslər getdiyinə görə məhkəməyə gec müraciət etdiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qeyd olunan hal müddətin ötürülməmiş hesab edilməsi üçün əsas deyil. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə ləğv edilməsinə və bu barədə iddiaçının məlumatlı olmasına baxmayaraq (X8 Xidmətinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları) iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Həmçinin X8 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Bunlardan əlavə, mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023cü il tarixdə arayış tərtib edilməsinə baxmayaraq iddiaçının xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməsi də nəzərə alınmalıdır.
20. Məhkəmə iddia tələbinin “ödənilməmiş əmək haqqının və son haqq-hesabın ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş müstəqil auditor rəyindən və hesabdan çıxarışlardan aydın olur ki, iddiaçıya fevral ayı üçün əmək haqqı və işdən çıxarkən son haqq-hesab ödənilməmişdir. Məhkəmə icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş “iddiaçıya əmək münasibətləri zamanı ödənilməli olan əmək haqqından daha çox pul ödənildiyi” barədə arayışa münasibətdə qeyd olunmalıdır ki, iddiaçıya əmək fəaliyyəti ilə bağlı ödənilən vəzifə maaşı, mükafatlar, əlavələr, avanslar və s. işəgötürən tərəfindən ödənilir və həmin ödənişlərin təyinatının nə olmasını sübut etmək işəgötürənin üzərinə düşür. Bundan əlavə, işçiyə əmək haqqı onun gördüyü işə görə verilir. Cavabdeh isə işçiyə fevral ayı ərzində gördüyü işə görə əmək haqqının ödənilməsi barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, işçiyə son ha qq-hesabın ödənildiyi də cavabdeh tərəfindən sübut edilməmişdir. Hazırkı mübahisədə işçinin əmək haqqının ödənilməsi, həm də onun son haqq-hesabının ödənilməsi kateqoriyasına daxildir. Əgər cavabdeh tərəfindən iddiaçıya həmin dövrün əmək haqqının və son haqq-hesabın ödənildiyi iddia edilirsə, bunu cavabdeh mötəbər dəlillərə əsaslanaraq sübut etməlidir. Məhkəmə nəzərə alır ki, iddiaçıya artıq ödənilmiş ödənclərin cavabdehlə qarşılıqlı razılıq əsasında əvəzləşdirilməsi, iddiaçı ezamiyyətə gedən zaman onun həyat yoldaşının da otel xərclərinin cavabdeh tərəfindən qarşılanması və həmin xərclərə görə edilmiş ödənişin onun son haqq-hesabı ilə əvəzləşdirildiyi barədə cavabdeh izahat versə də, bunu təsdiq edən hər hansı sübut təqdim edilməmiş, cavabdehin şifahi izahatı iddiaçı tərəfindən qəbul edil məmişdir. İddiaçı ezamiyyətə gedən vaxt əmək müqaviləsinə xitam veriləcəyini bilmirdi. O, etiraf etmişdir ki, həyat yoldaşının otel xərclərinin şirkət tərəfindən qarşılanması və iddiaçının borc kimi onu geri qaytaracağı razılaşdırılmış, lakin ezamiyyətdə olanda Türkiyədə şirkət təsisçisi Hakan bəy həmin borcun qaytarılmasına ehtiyac olmadığını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, otel xərcləri 400 ABŞ doları təşkil etdiyi halda, iddiaçıya ödənilməli olan son haqq-hesab həmin məbləğdən daha artıqdır. Yəni, cavabdeh o pulun əvəzləşdirildiyini hesab etsəydi, geri qalan ödənişi son haqq-hesab olaraq ödəməli idi. Lakin cavabdeh iddiaçıya son haqqhesabla bağlı ümumiyyətlə heç bir ödəniş etməmişdir. Əgər cavabdeh iddiaçının ona borcu olduğunu və ya iddiaçıya ümumi qaydadan əlavə ödənişlər etdi yini bildirirsə, öz pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququ var.
21. İddiaçının son haqq-hesabına münasibətdə qeyd olunmuşdur ki, iddiaçı 2022-2023cü iş ili üçün istifadə edilməmiş məzuniyyətin kompensasiya kimi son haqq-hesab olaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh tərəfindən isə həmin məzuniyyətin daha əvvəl istifadə edilməsi və ya kompensasiyanın ödənilməsi sübut edilmir. Məhkəmə filialın keçmiş direktoru X4 ilə şirkətin təsisçisi arasında olan mübahisə, o cümlədən keçmiş direktorun əmrlərinin etibarsızlığı barədə əmrə dair qeyd etmişdir ki, həmin müəssisənin işçilərinə münasibətdə, daha konkret ifadə edilsə, iddiaçıya münasibətdə verilən əmrlərdə üçüncü şəxslərin hüquqlarının müdafiəsi baxımından iddiaçının vicdanlılığı nəzərə alınmalı və onun xeyrinə (maaş artırılması və s.) verilmiş əmrlər işçinin (iddiaçının) ziyanına olacaq formada etibarsız hesab edilməməlidir. Bunun əksi olduğu təqdirdə əmək qanunvericiliyinin bütün mahiyyəti, onun əsas prinsipləri nəzərə alınmamış olar. Buna görə də məhkəmə auditor rəyinə əsaslanmaqla hesab etmişdir ki, 2023-cü ilin fevral ayı üzrə ödənilməmiş 793,93 manat əmək haqqı, 191,28 manat istifadə edilməmiş 8 (səkkiz) gün üçün əmək məzuniyyətinin kompensasiyası olmaqla, cəmi 985,21 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
22. Məhkəmə iddia tələbinin “əmək kitabçasının müvafiq dəyişikliklər edilərək iddiaçıya verilməsi“ hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada idd iaçının əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verilməli idi. Məhkəmə cavabdehin bu hissədə etirazını əsassız hesab etmiş və qeyd etmişdir ki, əmək kitabçasını təhvil vermək işəgötürənin vəzifəsidir. Doldurulmamış əmək kitabçaları və əlavə içliklər ciddi hesabat sənədləri kimi işəgötürənlərin mühasibatında saxlanılmalı, əmək kitabçalarının saxlanılması üçün məsul olan şəxslər onları təhvil-təslim qaydası ilə verməlidir. İddiaçının müəssisədə kargüzarlıqla məşğul olması əmək kitabçasının ona verilməli olmaması kimi qəbul edilə bilməz. Bundan əlavə, əmək kitabçasının işçiyə təhvil verilməməsi davam edən hüquq pozuntusu olduğuna görə işçinin işlədiyi son gün əmək kitabçasının ona təhvil verilməməsi pozuntunun bitdiyi anlamına gəlmir. Yəni əmək kitabçası verilməyənədək hüquq pozuntusu hər gün yenilənir. Buna görə də kitabçanın verilməməsi səbəbindən şəxsin işə düzələ bilmədiyi hər günə görə qanunvericilik işəgötürəni əlavə maddi məsuliyyət ilə yükləyir. Bu halda işçinin əmək kitabçasını almadığı hər gün pozuntu davam etdiyi üçün iddia müddəti tətbiq edilmir. Çünki iddia müddətinin mahiyyəti hüquqi sabitliyin yaradılmasını, sübutların qorunmasını, iqtisadi dövriyyənin etibarlılığını və s. ehtiva edir. Qanunvericilik müəyyən səbəblərdən götürülməyən əmək kitabçasının iki il müddətində işəgötürəndə saxlanılmasını, daha sonra idarə arxivlərində uzun müddət mühafizə olunması qaydasını müəyyən etmişdir. Çünki bu sənəd işçinin özünə məxsusdur. İşəgötü rən bu sənədi özü üçün deyil, işçi üçün tərtib edir. Nəzərə almaq lazımdır ki, iddiaçının ilk iş yeri həmin müəssisə olmuş və iddiaçı üçün əmək kitabçası açılması işəgötürənin vəzifəsi olduğu kimi əmək kitabçasının əmək müqaviləsinə xitam verilən işçiyə verilməsi də işəgötürənin vəzifəsidir.
23. Məhkəmə iddiaçının iddia tələbinin həcmini artıraraq iddia tələbinə əlavə etdiyi “əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi” tələbinə münasibətdə qeyd etmişdir ki, həqiqətən də iddiaçının fevral ayına münasibətdə əmək haqqı (həmçinin son haqq-hesab) iddiaçıya ödənilməmişdir. Buna görə müəssisənin direktoru inzibati məsuliyyətə cəlb edilmişdir. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən p lanlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Belə olan halda, gecikdirilmiş əmək haqqı məbləğinin bir faizi məbləğində ödənc iddiaçıya ödənilməlidir. Lakin məhkəmə iddiaçının həmin tələb ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməsini nəzərə almalı və bu hissədə cavabdeh tərəfindən tətbiq olunması xahiş edilmiş 1 illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçıya işdən çıxdı ğı ay üçün əmək haqqı son iş günü – xx.xx.2023-cü il tarixdə ödənilməli olduğu halda ödənilməmiş, iddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə “iddia tələbinin həcminin artırılması”na dair ərizə ilə müraciət etmişdir. Əmək haqqının gecikdirilməsi davam edən proses olduğuna görə cavabdehin ərizəsi nəzərə alınmaqla 1 illik iddia müddəti tətbiq edilməli və əmək haqqının gecikdirilməsinin başlanğıc tarixi müvafiq tələb irəli sürülən tarixdən bir il əvvəlki – xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
24. Məhkəmə iddia tələbinin “əmək kitabçasının əmək qanunvericiliyinə uyğun olaraq cavabdeh tərəfindən işdən çıxarıldığı gün ona təqdim edilmədiyi və bu səbəbdən işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı əmək kitabçasını n ona təqdim edilməməsi səbəbindən işə düzələ bilmədiyini qeyd etsə də, bunu sübut edəcək heç bir dəlil məhkəməyə təqdim edə bilməmiş və məhkəmə iclasında buna dair yazılı sübutunun olmadığını bildirmişdir. Bundan əlavə, iddiaçının izahatına və elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən müəyyən edilir ki, iddiaçı 2024-cü ilin noyabr ayında "xxxx" MMC-də işə qəbul olmuşdur. Həmçinin "xxxx" MMC-də işləmişdir. İddiaçının bu dedikləri onun əmək kitabçası olmadan işə qəbul oluna bilinməsi faktını təsdiq edir. Nəzərə almaq lazımdır ki, təcrübədə işə qəbul prosesində (müsahibə, müsabiqə, imtahan və s.) şəxsin işə götürülməsi üçün əmək kitabçasının tələb edilməsi adətən işçinin işə qəbul edilməsinin son mərhələsində tələb olunur və işçinin işə qəbul edilməməsi müxtəlif səbəblərdən ba ş verə bilər. İddiaçının istinad etdiyi normanın mahiyyəti isə onun sırf əmək kitabçası olmaması əsası ilə işə götürülmədiyini ehtiva edir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin (mübahisənin baş vediyi tarixdə qüvvədə olan normalara istinad edilmişdir) 2-ci maddəsinin 3-cü hissəsinə, 83-cü maddəsinin 2-ci hissəsinə, 85-ci maddəsinin 1-ci hissəsinə, 87-ci maddəsinin 3-cü hissəsinə, 110-cu maddəsinin 1-ci hissəsinə, 135-ci maddəsinin 2-ci hissəsinə, 138-ci maddəsinin 1-ci hissəsinə, 138-ci maddəsinin 3-cü hissəsinə, 144-cü maddəsinin 2-ci hissəsinə, 154-cü maddəsinin 1-ci hissəsinə, 172-ci maddəsinin 1-ci, 4cü, 5-ci, 6-cı hissələrinə, 173-cü maddəsinin 1, 2-ci hissələrinə, 174- cü maddəsinin 2-ci hissəsinə, 175-ci maddəsinin 5-ci hissəsinə, 178-ci maddəsinin 1-ci hissəsinə, 195-ci maddəsinin “d” bəndinə, 296-cı maddəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü, 6-cı və 7-ci hissələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1, 1.2, 4.1, 6.1, 6.2, 8.2, 9.1, 9.2-ci bəndlərinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azər baycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 80, 88, 107, 119.1, 217.3, 214.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin bütövlükdə rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
27. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar düzgün aydınlaşdırılmamışdır və bu da öz növbəsində işin hallarına uyğun gəlməyən nəticəyə səbəb olmuşdur. Hesab edir ki, tərəfindən bütövlükdə iddia tələbinə münasibətdə iddia müddətinin tətbiqi ilə bağlı ər izə verildiyindən məhkəmə tərəfindən iddia tələbinin qismən təmin edilməsi əsassızdır. Məhkəmənin istinad etdiyi Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələblərinə görə, əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə bu norma tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Hazırkı işin mübahisəsiz hallarından biri də odur ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx. 2024-cü iltarixli arayışından və bank çıxarışından müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 8709,00 manat məbləğində əmək haqqı hesablansa da, ona əmək haqqı, məzuniyyət və digər ödənişlər olmaqla 10092,00 manat ödənilmişdir. Ona görə də, ümumiyyətlə cavabdehin iddiaçıya onun iddia etdiyi əmək haqqı borcu yoxdur. Belə olan halda isə işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilmədiyi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Çünki borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir. Sözügedən maddənin qeydindən də göründüyü kimi, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” ifadəsi, əmək haq qının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Göründüyü kimi, maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Baxılan iş üzrə fərdi əmək mübahisənin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir. Bundan əlavə, iddiaçı tərəfindən ödəncin verilməsi ilə bağlı ərizə 1 illik iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağ lı” xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən də müəyyən olunur ki, həmin bildiriş xx.xx.2023-cü il tarixdə çap edilərək iddiaçıya təqdim olunmuş və onun artıq həmin tarixdən bu barədə məlumatı olmuşdur. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən ödəncin verilməsi barədə ərizə ilə yalnız xx.xx.2024-cü ildə 1 illik iddia müddəti ötürülməklə məhkəməyə verilmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3919/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X9 (sədrlik edən və məruzəçi), X10 və X11) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-104/2025 nömrəli qətnaməsi qismən - hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi hissəsində ləğv e dilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
29. Məhkəmə kollegiyası mövqeyinə dair qeyd etmişdir ki, hazırda iddiaçının 2023-cü ilin fevral ayı üzrə ödənilməmiş əmək haqqı, istifadə edilməmiş 8 gün üçün əmək məzuniyyətinin kompensasiyası, xx.xx.2023-cü il tarixdən hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödənc tutulması və əmək kitabçasının ona təqdim edilməsi ilə bağlı təmin edilən tələbləri apellyasiya baxışının predmetini təşkil edir.
30. Məhkəməyə təqdim edilmiş müstəqil auditor rəy indən və hesabdan çıxarışlardan aydın olur ki, iddiaçıya fevral ayı üçün əmək haqqı və işdən çıxarkən son haqq-hesab ödənilməmişdir. Cavabdeh tərəfindən işçiyə fevral ayı ərzində gördüyü işə görə əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, işdən müəyyən edilir ki, bununla bağlı cavabdeh hüquqi şəxsin direktoru inzibati məsuliyyətə də cəlb edilmişdir.
31. Əmək kitabçasının işçiyə işəgötürən tərəfindən sonuncu iş günü verilməli olduğuna baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının ona təhvil verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
32. Əmək qanunvericiliyin tələblərinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla b ağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
33. Kollegiya hesab etmişdir ki, əmək kitabçasına çəkilmiş xərclərin dəyəri işçidən tutulduğundan və nəticə etibarı ilə işçiyə məxsus sənəd olduğundan, başqa sözlə onun əmlakı olduğundan, iddiaçı 2023-cü ilin fevral ayı üzrə ödənilməmiş əmək haqqı, istifadə edilməmiş 8 gün üçün əmək məzuniyyətinin kompensasiyası və əmək kitabçasının ona təqdim edilməsi tələbi ilə məhkəməyə nəzərdə tutulmuş bir il ərzində - xx.xx.2023-cü il tarixində müraciət etdiyindən birinci instansiya məhkəməsi bu tələblərlə bağlı iddianı təmin etməkdə haqlı olmuşdur.
34. Əmək kitabçası işəgötürən tərəfindən itirildiyi və ya yararsız hala düşdüyü təqdirdə belə onun dublkatının işəgötürən tərəfindən verilməsi mümkündür.
35. Bununla belə kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin tutulması tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. İşdən görünür ki, iddiaçı bu tələbini məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verməklə təqdim etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən edilir ki, iddiaçı həmin ərizədə bu günə qədər nə onun, nə o gün işdən çıxarılan digər iş yoldaşlarının haqqhesabının ödənmədiyini, isifadə edilməyən məzuniyyətin kompensasiya kimi verilmə diyini, əmək kitabçasının təqdim edilmədiyini bildirmişdir. İddiaçı həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixində rəsmi olmayan yollarla 70 “ç” maddəsi ilə işdən çıxarıldığını öyrənmiş, Hakan bəydən telefonda səbəbini soruşmuş, xəbəri olmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçı artıq ən geci xx.xx.2023-cü il tarixindən cavabdeh tərəfindən əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ona verilmədiyindən, başqa sözlə hüququnun pozulduğundan məlumatlı idi, lakin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 il müddəti ötürdükdən sonra – xx.xx.2024-cü il tarixində həmin tələblə məhkəməyə müraciət etmişdir. O da vurğulanmalıdır ki, xx.xx.2023-cü il tarixi, yəni müddətin son günü qeyri-iş günü olmamışdır.
36. Əmək qanunvericiliyinə əsasən illərlə, aylarla, həf tələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.
37. Kollegiya hesab etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edildiyindən bu tələbə münasibətdə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.
38. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsi 8-ci maddəsinin 1, 3, 4-cü hissələrinə, 48-ci maddəsinin 1-ci hissəsinə, 83-cü maddəsinin 2-ci hissəsinə, 87-ci maddəsinin 3-cü hissəsinə, 135-ci maddəsinin 2-ci hissəsinə, 138-ci maddəsinin 1-ci hissəsinə, 138-ci maddəsinin 3-cü hissəsinə, 144- cü maddəsinin 2-ci hissəsinə, 154-cü maddəsinin 1-ci hissəsinə, 172-ci maddəsinin 5-ci hissəsinə, 296-cı maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə, 296-cı maddəsinin 3-cü hissəsinə, 296-cı maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1. 372.2 375.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qə rarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və əmək haqqı ilə birlikdə həmin əmək haqqı tələbinə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi barədə hissədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan materiallardan və qəbul edilmiş qətnamələrdən də göründüyü kimi, cavabdeh şirkət tərəfindən iddiaçıya 2023-cü ilin fevral ayının əmək haqqı və son haqq-hesab ödənilməmişdir. Bu hal işin mübahisəsiz halıdır. İddiaçının da birinci instansiya məhkəməsində 2023-cü ilin əmək haqqına v ə son haqq-hesaba dair tələbi təmin edilmişdir. Qanunvericiliyin tələbindən və işdə olan materiallardan da göründüyü kimi, iddiaçının 2023-cü il üçün əmək haqqı tələbi əsas tələbdir. Məhz əsas tələbə münasibətdə gecikmə olduğu üçün o gecikməyə günlük 1 faiz həddində cərimə tətbiq edilir. Yəni gecikdirilmiş əmək haqqı yoxdursa, ona günlük hər hansı bir cərimə hesablanmasından söhbət belə gedə bilməz. Dolayısıyla bu gecikməyə görə hesablanmış günlük 1 faiz cərimə məbləğinə dair tələb əmək haqqına dair tələbə münasibətdə ikinci dərəcəli – yəni yardımçı tələb mahiyyətindədir. Əsas tələb olan əmək haqq tələbinə münasibətdə iddia müddəti tətbiq edilmədiyi halda yardımçı tələbə iddia müddəti tətbiq edilməsi sual doğurur. Bunlar bir bütünlük təşkil etməkdədir, bunlara ayrıayrı bir tələb kimi yanaş ıla bilməz. Belə olan təqdirdə, gecikdirilmiş əmək haqqına dair tələblə məhkəməyə müraciət edən tərəfin həmin gecikmiş əmək haqqına görə 1 faiz günlük cərimə tələb edə bilməsinə dair Əmək Məcəlləsinin 172-ci maddəsinin və bu maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarının heç bir əhəmiyyəti qalmır. Belə ki, qeyd edilən qərarda da qeyd edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. İşdə olan materiallardan da göründüyü kimi, iddia çı fərdi əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etdikdən sonra 2 ay müddətində iş hazırlıq icraatında olan zaman ərizə ilə müraciət etməklə qeyd edilən gecikməyə görə hər günə görə 1 faiz həddində cərimənin ödənilməsini tələb etmişdir. Belə olan halda, 13 mart 2023-cü il tarixində işçinin hansı əsasla işdən çıxdığından məlumatlı olduğu, 1 il müddətində gecikməyə görə faiz istəyə biləcəyi, işçi isə 14 mart 2024-cü il tarixində müraciət etdiyi üçün 1 illik iddia müddətinin ötdüyünü, buna iddia müddətinin tətbiq edilməli olduğu qənaətinə gəlmək hesab edilir ki, ən fundamental hüquqların belə kobud şəkildə pozulmasına dəlalət edir. Cavabdehin də gecikdirilmiş əmək haqqına dair 1 faizlik cərimə məbləğinin hesablanmasına dair iddia müddətinin tətbiqinə dair ərizəsi yoxdur. Məhkəmə özü belə bir ərizə olmadığı halda birbaşa iddia müddətinin tətbiq edilməsinə qərar verə bilməz. Yəni məhkəmənin bu işə bu cür yanaşması işəgötürən cavabdeh şirkətin işçilərin əmək haqqı ödəmələrində yol verdiyi kobud qanun pozuntusuna, gecikmələrə göz yummasından başqa bir şey deyildir. Məhkəmə öz qətnaməsində iddiaçının 13 mart 2024-cü il tarixində artıq özünün hansı əsaslarla əmək müqaviləsinə xitam verildiyini bildiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin hansı əsasla belə bir qənaətə gəldiyini bilmək maraqlıdır. İddiaçı özü cavabdeh şirkət ilə arasında bağlanmış olan əmək müqaviləsinə hansı əsasla xitam verildiyini öyrənmək üçün X14 Xidmətinə müraciət etmişdir. Məhz X14 Xidməti tərəfindən verilən cavabdan sonra onunla bağlanmış olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci ma ddəsinin “ç” bəndi ilə xitam verildiyi iddiaçıya məlum olmuşdur. İşdə olan materiallardan da göründüyü kimi, iddiaçı 27 mart 2023-cü il tarixində X14 Xidmətinə müraciət etmiş və qeyd edilən qurum tərəfindən 23 may 2023-cü il tarixində iddiaçının şikayətinə rəsmi cavab verilmişdir. Məhz həmin cavabda cavabdeh şirkət ilə iddiaçı arasında imzalanmış olan əmək müqaviləsinə hansı əsaslarla xitam verildiyi öz əksini tapmışdır. Belə olan halda, iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz.
41. İddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesab ödənilməmişdir. Bu isə birbaşa 192.4-cü maddənin tələblərinə uyğun gəlməkdədir. Həmçinin birinci instansiya məhkəməsi hər nə qədər iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbini r ədd etsə də, öz qətnaməsində əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin riayət edilmədiyini və iddianın bu hissədə əsaslı olmasını nəzərə aldığını qeyd etmişdir. Bu isə birbaşa İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsinin tələblərinin kobud şəkildə pozulmasına əyani sübut təşkil edir. İşdə olan materiallardan da göründüyü kimi inzibati orqan qismində olan X14 Xidməti tərəfindən qəbul edilmiş 15 may 2023-cü il tarixli MN saylı ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən vəzifəli şəxs qismində cavabdeh müəssisənin rəhbəri inzibati qaydada cərimə olunmuşdur və həmin qərar hal-hazırda da öz qanuni qüvvəsini almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamı şdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
43. Maddə 8, 1-ci hissə. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.
44. Maddə 8, 3-cü hissə. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.
45. Maddə 8, 4-cü hissə. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.
46. Maddə 48, 1-ci hissə. Əmək müqaviləsi bağlanılarkən işçi şəxsiyyətini təsdiq edən sənədi, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hi ssəsi ilə müəyyən edilmiş hallarda isə habelə əmək kitabçasını təqdim edir.
47. Maddə 83, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
48. Maddə 87, 3-cü hissə. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
49. Maddə 135, 2-ci hissə. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən o lunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
50. Maddə 138, 1-ci hissə. Bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.
51. Maddə 138, 3-cü hissə. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nöm rəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır.
52. Maddə 144, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
53. Maddə 154, 1-ci hissə. Əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmus u nəzərdə tutulur.
54. Maddə 172, 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
55. Maddə 296, 1-ci hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
56. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdi yi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
57. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
58. Maddə 296, 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərba ycan Respublikasının Mülki Məcəlləsi
59. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
60. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
61. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı
62. İddia müddətinin əhəmiyyəti aşağıdakılarda n ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı
63. Əmək münasibətlərinin su byektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.) Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları
64. Bənd 7.1. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır.
65. Bənd 7.2. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur.
66. Bənd 8.1. Əmək kitabçası (əlavə içlik) verilən zaman işçidən əmək kitabçasına çəkilmiş xərclərin dəyəri tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
75. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
76. Qa nunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
77. Hazırkı kassasiya şikayətində əmək mübahisəsi ilə bağlı olan qətnamə hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin tutulması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instans iyası məhkəməsinin mövqeyi
78. İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının 2023-cü il fevral ayının maaşı 995,00 manat, istifadə etmədiyi 8 günlük əmək məzuniyyəti kompensasiyası olan 210,00 manat, cəmi 1.205,00 AZN pulun ödənilməsi, əmək kitabçasının müvafiq dəyişikliklər edilərək verilməsi və qanunsuz işdən çıxarıldığına görə cavabdehin iddiaçıya işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixindən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
79. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti keçməklə verildiyi üçün iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, elektron sistemə daxil edilmiş əmr və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi çap edilərək iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Filial tərəfindən xx.xx.2023-cü il tarixli 2 saylı əmr iddiaçıya xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə göndərilmişdir. İddia müddətinin keçməsi barədə verilən ərizə məhkəmə üçün ilkin iddiadan imtina edilməsinə dair qətnamə qəbul edilməsinə qeyd şərtsiz əsas yaradır.
80. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündə n gecikdirildiyi üçün hər gecikdirilmiş gün üçün cavabdehdən əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini, həmçinin əmək kitabçasının əmək qanunvericiliyinə uyğun olaraq cavabdeh tərəfindən işdən çıxarıldığı gün ona təqdim edilmədiyi və bu səbəbdən işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsini tələb etmişdir.
81. Birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixdə iddianı qismən təmin edərək cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 2023-cü ilin fevral ayı üzrə ödənilməmiş 793,93 manat əmək haqqı, 191,28 manat istifadə edilməmiş 8 gün üçün əmək məzuniyyətinin kompensasiyası olmaqla, cəmi 985,21 manat məbləğində pulun (son haqq-hesab), həmçinin xx.xx.2023-cü il tarixdən qətnamə icra olunan günədək hər gecikdirilmiş gün üçün əm ək haqqının 1 %-i məbləğində ödəncin tutularaq İddiaçı verilməsi, İddiaçı əmək kitabçasının ona təqdim edilməsi vəzifəsinin cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
82. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, iddiaçı isə apellyasiya şikayəti verməyərək məhkəmənin nəticəsi ilə razılaşmışdır.
83. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən - hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faiz i məbləğində ödənc verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
84. Apellyasiya instansiya məhkəməsinin ləğv edilmiş hissə (hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin tutulması) üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı bu tələbini (hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin tutulması) məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verməklə təqdim etmişdir. İddiaçı ən geci xx.xx.2023-cü il tarixindən cavabdeh tərəfindən əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ona verilmədiyindən, başqa sözlə hüququnun pozulduğundan məlumatlı idi, lakin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 il müddəti ötürdük dən sonra – xx.xx.2024-cü il tarixində həmin tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edildiyindən bu tələbə münasibətdə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.
85. Məhkəmə tərkibi apellyasiya instansiya məhkəməsinin iddianın hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin tutulması hissəsinə dair iddia müddətinin tətbiq edilərək rədd edilməli olması ilə bağlı mövqeyi ilə razılaşmır.
86. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu h al əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
87. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. 88. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında formalaşdırdığı mövqeyinə görə “... Əmək Məcə lləsinin 172-ci maddəsinin 5-ci hissəsindən əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tə tbiq edilməlidir.
89. Məhkəmə tərkibi qeyd edir ki, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.
90. Baxılan işin halları baxımından istinad edilən hər iki halın mövcudluğu təsdiq olunur. Belə ki, iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməsi gecikdirilmiş və gecikdirmə məhz işəgörürənin təqsirindən baş vermişdir.
91. Məhkəmə tərkibi qeyd edir ki, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçi yə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər.
92. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər. Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.
93. Əmək Məcəlləsinin 178-ci ma ddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
94. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş ödənc bərpaedici funksiya daşıyır və məhz əmək haqqına bağlıdır və işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Daha dəqiq deyilsə, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir.
95. Digər tərəf dən nəzərə alınmalı olan ümumi qayda ondan ibarətdir ki, cavabdeh iddia müddətinin tətbiqini mübahisə predmeti olan hüquq münasibətinə yönəldir.
96. Başqa sözlə deyilsə, iddia müddətinin tətbiqi tələblərin formal sayına, siyahısına və ayrı-ayrı törəmələrinə, ayrılıqda əsas tələbə deyil, göstərildiyi kimi mübahisə predmeti olan hüquq münasibətinə yönəlir.
97. Beləliklə ödənc əmək haqqının vaxtında ödənilməməsinin nəticəsidir. Əsas tələbdən (əmək haqqı tələbindən) törəmə (aksessuar) xarakter daşıyır. Bu isə Mülki Məcəllənin 376-cı maddəsində nəzərdə tutulan qaydaya uyğundur. Belə ki, həmin normanın tələbinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər üzrə də iddia müddəti keçmiş sayılır.
98. Bununla yanaşı qeyd edilməlidir ki, ödənc müstəqil hüquqi fakt deyil, əmək haqqı borc unun icrasının gecikməsinə görə sanksiya funksiyası daşıyan təminatdır. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi bütövlükdə əmək mübahisəsinə yönələn müdafiə tələbidir.
99. Nəzərə alınmalıdır ki, əsas tələblər üzrə iddia müddəti keçdikdə və müddətin tətbiqi məqbul hesab edildikdə, törəmə tələblər üzrə ayrıca ərizənin verilməsi yolverilən hesab edilmir. Əksinə əsas tələb üzrə iddia müddətinin tətbiqi mümkün hesab edilmədikdə, həmin mübahisəyə (baxılan işdə əmək hüququnun müdafiəsi tələbi) daxil olan digər tələb hissələri üzrə də müddət tətbiq edilə bilməz.
100. Beləliklə, məhkəmə tərkibi belə qənaətə gəlir ki, iddia tələbinin həcminin artırılması qaydasında Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində göstərilən qaydada ödəncin tələb olunması artıq irəli sürülmüş əmək mübahis əsi ilə əhatə olunur və təminat xarakreri daşıyır. Belə olan halda həmin hissənin ayrıca tələb kimi qiymətləndirilərək hissəvi (ödənc hissəsinə) olaraq iddia müddətinin tətbiq olunması yolverilən hesab edilə bilməz.
101. Bu qərarın 88-ci bəndində göstərilən Konsitusiya Məhkəməsinin qərarında formalaşdırdığı kimi “ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir”
102. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 418.1 və 418.2-ci maddələrinin tələblərinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o halda p ozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
103. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.
104. Beləliklə məhkəmə tərkibi belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 avqust 2025-ci il tarixli qətnaməsi “hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin rədd edilməsi hissəsində” ləğv edilərək, həmin hissədə yeni qərar qəbul edilməklə xx.xx.2023-cü il tarixdən qətnamə icra olunan günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc cavabdeh “Azinfo Dış Ticaret Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçı verilməlidir.
105. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 25 avqust 2025-ci il tarixli qətnaməsi “hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin rədd edilməsi hissəsində” ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia təmin olunsun. xx.xx.2023-cü il tarixdən qətnamə icra olunan günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc cavabdeh “Azinfo Dış Ticaret Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçı verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.