Məhkəmə qərarları › İş №2(1-8)-219/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-219/2026

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-219/2026 23.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi (Kassasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın 3 dekabr 2025-ci il tarixli 2(104)-179/2025 nömrəli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə borcludan 15677,01 ABŞ dolları məbləğində əsas borc, 18897,99 ABŞ dolları məbləğində faiz borcu, 497,15 ABŞ dolları məbləğində cərimə, ümumilikdə isə 35072,15 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.

2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(044)3586/2018 saylı məhkəmə əmri ilə borclu Cavabdeh "xxxx" ASC-nin xeyrinə 35072,15 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmışdır.

3. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilərək xx.xx.2018-ci il tarixli e-2(044)-3586/2018 saylı məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir.

4. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)27/2022 nömrəli qətnaməsi ilə (hakim R.Kazımov) iddianın qismən təmin olunması, Cavabdeh xx.xx.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə 15677,01 ABŞ dolları məbləğində əsas borc, 18897,99 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları m əbləğində cərimə borcu, ümumilikdə isə 34625 ABŞ dolları borcun ödəniş vaxtına manatın məzənnəsi üzrə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-10/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), A.Bayramov və A.İsgəndərova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndə rilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)2399/2024 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-10/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-179/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(044)- 27/2022 saylı qətnaməsinin tamamilə ləğv edi lməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin rədd olunması qət edilmişdir.

9. Həmin qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 dekabr 2025-ci il tarixli qərardadı ilə (hakimlər – Şamil Rzaquliyev (sədrliyi və məruzəsi ilə), İslam Həsənov və Rüfət Məcidov) kassasiya şikayəti geri qaytarılmışdır.

11. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, həmin şikayət verilərkən iddiaçı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir, yəni kassasiya şikayəti MPM-nin 407.1- ci maddəsinin tələblərinə cavab vermir.

12. Belə ki, hazırkı iş üzrə iddianın ver ilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 266,59 manat təşkil etdiyindən apellyasiya şikayəti və ya kassasiya şikayəti verilərkən ödənilməli olan məbləğ 133,3 (266,59:2) manat təşkil edir. Lakin iddiaçı kassasiya şikayəti verərkən 133,3 manat dövlət rüsumu ödəməli olduğu halda 15 manat dövlət rüsumu ödəmiş, qalan 118,3 manat hissəsini ödəməmişdir.

13. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin 407.1 və 407.4-cü, Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 8.1, 8.1.3, 8.2 və 8.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şikayətinin icraata götürülməsi ba rədə qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, istinad etdiyi qanuna hazırkı redaksiyaya uyğun xx.xx.2021-ciil tarixdə dəyişiklik edilmişdir. Əvvəlki redaksiyada göstərilmişdir ki, 8.1.2-cimaddəsinə görə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat, 8.3-cümaddəsinə görə isə məhkəmə əmri haqqında ərizələrdən 20 manat dövlət rüsumu ödənilir. Hazırkı işdən müəyyən etmək olur ki, bank məhkəməyə 2018-ci ilin iyun ayında müraciət etmiş, bu barədə məhkəmə əmri çıxarılmış, daha sonra cavabdehin etirazı əsasında xx.xx.2020-ci il tarixli qərardadla həmin etiraz təmin edilərək xx.xx.2018-ci il tarixlie-2(044)-3586/2018 nömrəli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Həmin dövrlər üzrə qey d olunan qanunun son dəyişiklik edilməmiş, bu da o anlama gəlir ki, bu iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumu 30 manat olmalıdır. Hansı ki, bunu iş üzrə çıxarılmış məhkəmə aktları ilə də sübut olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:

18. Maddə 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

20. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

21. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 9 iyul 2021-ci il tarixli 364-VİQD nömrəli Qanunu

22. Maddə 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.

23. Maddə 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya məhkəməsi kassasiya şikayətini geri qaytararkən, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüququ normalarının tələblərini pozmuşdur. Ona görə də qərardad ləğv edilməklə iş üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir.

24. İşdən görünür "xxxx" ASC Cavabdeh pul vəsaitinin tutulması barədə məhkəmə əmrinin verilməsinə dair 21 iyun 2018-ci il tarixdə ərizə vermiş, həmin vaxt qanunla müəyyən edilmiş 30 manat dövlət rüsumu ödəmişdir. 27 iyun 2018-ci il tarixdə məhkəmə əmri verilmiş, sonradan cavabdeh in etirazına əsasən işə iddia icraatı qaydasında baxılmışdır.

25. Həmin iş üzrə birinci instansiya məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən 15 manat dövlət rüsumu ödənilmiş, apellyasiya məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin 14 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, yenə də 15 manat dövlət rüsumu ödənilmiş, Ali Məhkəmə 04 iyun 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

27. İş üzrə apellyasiya məhkəməsinin 2-ci qətnaməsindən verilmiş kassasiya şikayətini dövlət rüsumunun az ödənilməsi əsası geri qaytaran Gəncə Apellyasiya Məhkəməsi həmin iş üzrə yuxarıda göstərilən qərardadlar ı diqqətdən qaçırmış, nəzərə almamışdır ki, həm apellyasiya şikayəti, həm də kassasiya şikayəti verilərkən 15 manat dövlət rüsumunun ödənilməli olması barədə apellyasiya məhkəməsinin və Ali Məhkəmənin qərardadları vardır.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə kassasiya şikayəti əsasında baxılması üçün iddiaçı "xxxx" ASC tərəfindən 15 manat dövlət rüsumunun həmin vaxt qüvvədə olan “Dövlət rüsumu” haqqında Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

26. Apellyasiya məhkəməsi kassasiya şikayətini geri qaytararkən zamanı qüvvədə olan qanunu tətbiq etməklə, yəni ödənilməli olan rüsumun məbləğinin iddianın qiymətinə əsasən müəyyən edilməli olması barədə səhv qənaətə gəlmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 9 iyul 202 1-ci il tarixli 364-VİQD nömrəli Qanunun 2.1 və 2.2-ci maddələrinin tələblərini diqqətdən qaçırmışdır. Həmin normaya görə bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir.

27. Şərh edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-179/2025 saylı iş üzrə 3 dekabr 2025-ci il ta rixli qərardadı ləğv edilsin və iş üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar