Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(1-8)-131/2026 03.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü (kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə; qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2025-ci il 20 oktyabr tarixli 2-2(104)-239/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq Müəyyən etdi:
1. İddiaçı QSC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra- birlikdə “cavabdehlər”, ayrılıqda müvafiq olaraq - “Cavabdeh2”, “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 2861,8 manat məbləğində kredit borcu, 486,41 manat məbləğində faiz borcu və 163,69 manat məbləğində cərimə borcu olmaqla, 005R********** saylı kredit razılaşması üzrə 28866,2 manat məbləğində kredit borcu, 4040,03 manat məbləğində faiz borcu və 1418,18 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 37836 (otuz yeddi min səkkiz yüz otuz altı) manat 31 (otuz bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 203,51 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsində yerləşən 0.06 ha ümumi sahədən ibarət yaşayış məntəqələrinin torpaqları kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və cəmi 37836 (otuz yeddi min səkkiz yüz otuz altı) manat 31 (otuz bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 203,51 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bild irişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 4 avqust tarixli e-2-2(115)-206/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2022-ci il 13 iyul tarixli 005R********** saylı kredit razılaşması üzrə 2558,07 manat əsas borc, 127,90 manat cərimə borcu olmaqla, cəmi 2685,97 manat, 2022-ci il 13 oktyabr tarixli 005R********** saylı kredit razılaşma üzrə 28866,20 manat əsas borc, 1688,83 faiz borcu, 1418,18 manat cərimə borcu olmaqla, cəmi 319 73,21 manat, ümumilikdə 34659,18 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsində yerləşən 0.06 ha ümumi sahədən ibarət yaşayış məntəqələrinin torpaqları kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsinə yönəldilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsində yerləşən 0.06 ha ümumi sahədən ibarət yaşayış məntəqələrinin torpaqları kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsinin ilkin satış qiymətinin (üzərindəki fərdi yaşayış evi nəzərə alınmaqla) 122900 manat müəyyən edilməsi, ipotekaya qoyulmuş əmlak açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğdən 34659,18 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi, qalan məbləğin Cavabdeh1 qaytarılmas ı, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 194 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat və 120 manat xidmət haqqı olmaqla, ümumilikdə 329 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumun qalan 9,51 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Ə.Məmmədli).
3. Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilmə si barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 oktyabr tarixli 2-2(104)-239/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edənməruzəçi hakim R.Məcidov, hakimlər Ş.Rzaquliyev və İ.Həsənov).
5. Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Mülki Proses ual Məcəllənin (bundan sonra mətndə-“MPM”) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, eləcə də MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir.
7. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.
8. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməməni n nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
9. Hazırki halda Cavabdeh2 kassasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPM-nə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin «maddi hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsinin mətni qeyd olunmuş, həmin normanın mübahisəyə aidiyyəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olmasına dair dəlillər qeyd olunmamışdır.
10. Nəzərə alınmalıdır ki, MPM-nin 407.1.4-cü maddəsinin tələbinə əsasən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayə tində göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır (MPM-nin 416.1-ci maddəsi).
11. Şikayətin «prosessual hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində isə qətnamənin tam mübahisələndirilməsinə əsas olan, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntulara dair dəlillər göstərilməmiş, işin hallarının araşdırılmamasına istinad olunmuşdur.
12. Halbuki, MPM-nin 407.2-ci maddəsinin tələbinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
13. MPM-in 408. 1, 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
14. Bundan əlavə, kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cərimə məbləğinin tutulması hissəsində dəlillərlə mübahisələndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktlarına əsasən cavabdehdən iki kredit müqaviləsi üzrə cəmi 1546,18 manat məbləğində cərimə tutulmuşdur (127,90+1418,18=1546,18 manat).
15. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində mübahisələndirilən məbləğin 1546,18 manat manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, cavabdehin hazırki icraat çərçivəsində məhkəmə qətnaməsini mübahisələndirdiyi hissədə iddianın qiyməti 10.000 manatdan az olduğundan, MPM-nin 402.1-ci maddəsinin tələbləri baxımından qətnamənin həmin hissəsindən kassasiya şikayəti verilə bilməz.
16. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (MPM-in 402.1-ci maddəsi). 17.MPM-nin 408.1 və 408.1.1-ci maddə lərinə əssən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 402 və 408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 oktyabr tarixli 2-2(104)-239/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasi