Məhkəmə qərarları › İş №2(1-8)-388/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-388/2026

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(1-8)-388/2026 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARDADİ İş № 2(1-8)-388/2026 (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1424/2025 nömrəli, 27 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh4 (vəkil Nümayəndə5 ) kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək X1 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 Bankın xeyrinə nağd kredit üzrə 7011,62 manat əsas borc, 33,83 manat faiz borcu olmaqla, ümumilikdə 7045,45 manat borc, kart limiti üzrə 300 manat əsas borc, 8,73 manat faiz borcu olmaqla ümumilikdə 308,73 manat borcun və ödənilmiş 93,55 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, e-2(066)-336/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müş tərək qaydada 3340,88 (üç min üç yüz qırx manat, səksən səkkiz qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 53.40 (əlli üç manat, qırx qəpik) manat dövlət rüsumunun tutulması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1424/2025 nömrəli, 27 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, e-2(066)-336/2025 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, ümumilikdə 7354,18 manat borcun cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması qət edilmişdir. Cavabdeh4 (vəkil Nümayəndə5) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1424/2025 nömrəli, 27 oktyabr 2025-ci il ta rixli qətnaməsinin ləğv edilməsini və mülki işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Bankın kredit müqavilələri üzrə tələbinin ümumi həddi 7354,18 manat olmuş, birinci instansiya məhkəməsi həmin tələbi 3340,88 manat hissədə təmin, qalan hissədə (4013,30 manat hissəsində) rədd etmişdir. Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Başqa sözlə, Cavabdeh4 ondan 3340,88 manat pul tutulmasını mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Bank apellyasiya şikayəti vermişdir. Qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi də iddianı tam təmin edərək, kredit müqavilələri üzrə ümumilikdə 7354,18 manat borcun cavabdehlərdən tutulmasını qət etmişdir. Kassasiya şikayətində Cavabdeh4 qətnamənin ləğv, mülki işin yeni apellyasiya baxışına göndərilməsini xahiş edir. Cavabdeh4 ondan 3340,88 manat pul tutulması ilə bağlı birinci instansiya məhkəməsindən apellyasiya şikayəti verməməsi nəzərə alınarsa, belə olan halda, bu, faktiki olaraq 4013,30 manat məbləğin mübahisələndirilməsi deməkdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh4 tərəfindən kassasiya qaydasında mübahisələndirildiyi hissədə iddianın qiyməti 4013,30 manat təşkil edir. Bu baxımdan, iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda Cavabdeh4 hazırda kassasiya şikayətində mübahisələndiridiyi hissə 4013,30 manat olmaqla 5 min manat həddi keçmir. Buna görə də qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5 min manatdan aşağı olduğundan həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiy ası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində həmin qətnamədən kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izah verərkən mübahisələndirilən hissə ilə bağlı yuxarıda şərh edilən hallara diqqət yetirməməklə səhvə yol vermişdir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407 -ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya insta nsiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 402.1, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh4 (vəkil Nümayəndə5) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1424/2025 nömrəli, 27 oktyabr 2025-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar