Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(3-1)-4/2026 02.03.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar söz: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkilnümayəndəsi Vəkil1, Cavabdeh və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, iddiaçı “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 2(078)-1191/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelly asiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İş materiallarında olan 11 mart 2023-cü il tarixli, 59 nömrəli müqavilədə qeyd olunur ki, “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında İnşaat Mallarının nisyə satılması barədə müqavilə bağlanmışdır. Tərəflər müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2023-cü il tarixdən 4716.03 manat olmaqla, 3 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin müqaviləni imzalamışlar. 2. “İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TGSFR-754 nömrəli qəbzdə qeyd olunur ki, Cavabdeh 16648.10 (on altı min altı yüz qırx səkkiz yüz manat on qəpik) manat məbləğində malları tam qüsursuz şəkildə təhvil almışdır.
3. İş materiallarında olan 17 aprel 2025-ci il tarixli, 06 nömrəli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
4. İş materiallarında olan 06 oktyabr 2025-ci il tarixli arayışda qeyd olunur ki, Cavabdeh “X15” MMC-nə xx.xx.2023-cü il tarixində 1600.70 manat və xx.xx.2023-cü il tarixində 1589.49 manat məbləğində ödəniş etmişdir.
5. İş materialarında olan SX ******* nömrəli Hərbi biletdən görünür ki, Cavabdeh həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.2023-cü il tarixdə hərbi hissəyə göndərilmişdir. İİ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı
6. İddiaçı “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13457.91 (on üç min dörd yüz əlli yeddi manat doxsan bir qəpik) manat borcun, dövlət rusumu üçün ödənilmiş 131 (yüz otuz bir) manat pulun, vəkil qonorarı üçün ödənilmiş 300 (üç yüz) manat pulun, ümumilikdə 13888.91 (on üç min səkkiz yüz səksən səkkiz manat doxsan bir qəpik) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçının vəkil-nümayəndəsi tələbini onunla əsaslandırmışdır ki, “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti topdan və pərakəndə tikinti materillarının və elektronika avadanlıqlarının alğı-satqısı ilə məşğul olur. Uzun müddətdir ki, Muxtar Respublikada həm vətəndaşlarla, həm də sahibkarlarla qarşılıqlı olaraq fəaliyyət göstərir. Hazırki iş üzrə cavabdeh də nümayəndəsi olduğu təşkilatdan pərakəndə olaraq müxtəlif adlarda məhsullar almışdır. Nümayəndəsi olduğu şirkət həmçinin müxtəlif tikinti mallarının və elektronika avadanlıqlarının pərkanədə alğı-satq ısı ilə məşğul olur. Hazırki iş üzrə cavabdeh də MMC-dən xx.xx.2023-cü il tarixdə dəyəri 16648.10 (on altı min altı yüz qırx səkkiz yüz manat on qəpik) manat dəyərində inşaat malları almış, 3190.19 (üç min yüz doxsan manat on doqquz qəpik) manat həmin borcdan pul ödəmişdir. Bununla bağlı tərəflərin arasında borcu təsdiqləyəcək müqavilə də imzalanmışdır. Cavabdehə şifahi və sonuncu dəfə pretenziya qaydasında (xəbərnamə əlavə olunur) yazılı müraciət edilsə də, bunun bir nəticəsi olmamışdır. Hal-hazırda cavabdehin 13457.91 (on üç min dörd yüz əlli yeddi manat doxsan bir qəpik) manat borcu qalmaqdadır. Cavabdeh borcu ödəmədiyindən məcbur qalaraq məhkəməyə müraciət olunmuşdur. Həmçinin iddiaçı dövlət rüsumu üçün ödənilmiş olan 131 (yüz otuz bir) manat pulun və vəkil xərci (vəkil qonorarı) üçün ödənilmiş 300 (üç yüz) manat pulun da məhkəmə qaydasında iddia təmin olunduğu təqdirdə ona qaytarılmasını istəyir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Sarvan Bünyatov onun dayısı oğludur. O şirkətdə ona kömək edirmiş. Həmin şirkətdə rəsmi işləmirmiş. Çöldə olduğu zaman ona yaxınlaşıb deyilmişdir ki, Sarvan müəllim deyir ki, Cahana gedib-gəlmək lazımdır. İmza çəkdikdən sonra qayıdanda onun adına kredit verildiyi, onun tərəfindən ödəniş olunacağı deyilməmişdir. İşləməyən adamı necə zamin göstəriblər anlamamışdır. İmza çəkdiyi müqaviləyə nə üçün imza çəkdiyini bilməmişdir. O, nə üçün imza çəkdiyini soruşmamışdır. Dayısı oğlu onun evini banka qoymuş, bankdan pul götürüb reklam şirkəti açmışdır. Bugün o, Sarvana görə kirayədə yaşayır. Sarvanın dələdu z olduğunu bilməmişdir. Ona etibar etmişdir ona görə də nəyə imza etdiyini bilməmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, onun barəsində də eyni işlə bağlı məhkəmə qərarı çıxıb. Həmin vaxt Anar, Etibar və o Sarvan Bünyatovun ofisində birlikdə işləyirmişlər. Həmin vaxt Sarvan demişdir ki, Cahan Alış-Veriş Mərkəzinə gedəcəksiniz və bir sənəd var onu imzlayacaqsınız. Pəncərə-qapı üçün profil gələcəkdir. Həmin malların anbardan çıxması üçün imza çəkilməli olduğunu Sarvan onlara demişdi. Orada Nurlan adlı bir şəxs onlara yaxınlaşmış və Sarvanın göndərdiyi adamlar olduqlarını soruşmuşdur. Daha sonra kağızlar vermiş və Anarla birlikdə oxumadan imzalamışdırlar. İndiyə qədər həyatında müqavilə görmədiyi üçün oxumadan imzalamışdır. 3-4 ay bundan əvvəl ünv anına məktub gəlmiş, məktubda 17 minlik məhsul aldığı və 4800 manat ödəniş edildiyi göstərilmişdir. Onlarla əlaqə saxladığını və elə borcunun olmadığını bildirmişdir. Onlara sübut təqdim etməli olduqlarını bildirsə də, heç bir sübut təqdim edə bilməmişdirlər. O da Anarla birlikdə eyni vaxtda məhkəməyə verilmişdir. Malların təhvil alınması ilə bağlı onlara boş A4 vərəqinə imza atdırmışlar.
10. Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 2(078)-1191/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 11 mart 2023-cü il tarixli, 59 nömrəli Malın satın alması müqaviləsi üzrə 13457.91 (on üç min dörd yüz əlli yeddi manat, doxsan bir qəpik) manat borcun iddiaçı “X15” MMC-nin xeyrinə tutulması, “X15” MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X13 Portalına xx.xx. 2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 131 (yüz otuz bir manat) manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya qaytarılması, iddianın iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat qonorarın cavabdehdən tutulmasına münasibətdə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının tələbinə iki hissəli yanaşma aparılmalıdır. Belə ki, ilkin olaraq iddiaçı cavabdehə 16648.10 (on altı min altı yüz qırx səkkiz yüz manat on qəpik) manat dəyərində inşaat malları verdiyini, cavabdehin isə həmin malların dəyərini ödəmədiyi iddia etmiş, cavabdeh isə qeyd edilən malları almadığını və heç bir ödəniş etmədiyini bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, ilk növbədə 16648.10 (on altı min altı yüz qırx səkkiz yüz manat on qə pik) manat dəyərində inşaat malların cavabdehə verilib-verilməməsini sübut etmə yükü iddiaçının üzərinə düşür, mallar verilmişsə həmin malların dəyərinin qaytarılmasını sübut etmə yükü cavabdehin üzərindədir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəmə iclasında ziddiyyətli izahatlar verilmiş, xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh 3 ədəd qapı-pəncərə alması ilə bağlı müqaviləyə imza çəkdiyini və təhvil aldığını, təxminən 3000 manatlıq malın götürülməsi barədə müqaviləyə imza etdiyini, həmin malın qapıpəncərə olduğunu, xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında həmin şirkətdən əvvələr də mal götürüb təhvil verdiyini bildirsə də, sonradan hər hansı mal götürmədiyini, Sarvan Bünyatovun xahişinə əsasən gedib müqaviləyə imza çəkdiyini bildirmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında iştirak edən Cavabdeh 31 mart 2023-cü il tarixli, 59 nömrəli müqavilədəki və xx.xx.2023-cü il tarixli, TGSFR-754 nömrəli qəbzdəki imzaların ona məxsus olduğunu təsdiq etmiş, lakin həmin malların onun tərəfindən alınmadığını bildirsə də, bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, müqavilənin bağlanması tarixindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq həmin müqaviləni mübahisələndirməmişdir. Göründüyü kimi tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuş və iddiaçı qeyd edilən inşaat mallarını cavabdehə təhvil verdiyini tam sübuta yetirmişdir. Cavabdehin tərəfindən 31 mart 2023-cü il tarixli, 59 nömrəli müqavilə üzrə malların dəyərinin ödənilməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia çı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, cavabdeh tərəfindən satın alınmış mallar üzrə xx.xx.2023-cü il tarixində 1600.70 manat və xx.xx.2023-cü il tarixində 1589.49 manat məbləğində olmaqla, ümumilikdə 3190.19 (üç min yüz doxsan manat on doqquz qəpik) manat həmin borcdan pul ödənilmişdir. Cavabdeh isə, müqavilənin dəyərinin tam şəkildə ödənilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh və onun vəkili tərəfindən satın alınmış mallar üzrə xx.xx.2023-cü il tarixində 1600.70 manat və xx.xx.2023-cü il tarixində 1589.49 manat məbləğində olmaqla, ümumilikdə 3190.19 (üç min yüz doxsan manat on doqquz qəpik) manat həmin borcdan pul ödənilən zaman cavabdehin hərbi xidmətdə olması barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfind ən həmin ödənişlər mübahisələndirilməmişdir. Həmçinin, ödənişin cavabdehin ödənişlər olan zaman hərbi xidmətdə olması, ödənişlərin cavabdehə yaxın başqa bir şəxs tərəfindən ödənilməsini istisna etmir. Ümumiyyətlə isə məhkəmə hesab etmişdir ki, həmin ödənişin cavabdeh tərəfindən və yaxud başqa bir şəxs tərəfindən icra olunması müqavilənin etibarsız bir müqavilə olması çərçivəsində qiymətləndirilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh isə iddia tələbinin əsassızlığına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh və onun vəkili məhkəmə iclaslarında bildirmişdir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 göstərişi ilə gedib müqaviləyə imza at dığını bildirmişlər. Məhkəmə qeyd edir ki, əgər cavabdeh həmin malları Sarvan Bünyətova və yaxud onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə vermişdisə və malların dəyəri reallıqda onlar tərəfindən ödənilməli idisə, qeyd edilən hallara dair sübutlar mövcud olacağı halda, onda Cavabdeh qeyd edilən məbləği reqress qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və yaxud onun direktoru X3 tələb etmək hüququna malikdir. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
12. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-1191/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır, ona görə ki, məhkəmə prosesində iş üzrə bir sıra mühüm halları məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə həmin hallara heç bir nəzər, diqqət yetirmədən tələmtələsik nəticəyə gəlmişdir. İddia tələbində və ona əlavə edilmiş sənədlərdə pozuntuların olması, müqavilənin və ondan doğan nəticələrə uyğun sənədlərdəki natamamlıqların göz önündə olması, hakimin isə bu cür hallara nəzər salmasına ümid etsə də, hakim həmin hallara qiymət verməkdən yayınaraq öncədən nəzərində formalaşdırdığı nəticəyə uyğun qərar qəbul etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tələbin və ona uyğun verilmiş qoşmaların etibarlılığını şübhə altına alan bir sıra hallar mövcuddur ki, bunlara diqqət yetirildikdə tələbin nə qədər əsassız, belə müqavilənin etibarlı olmamasını, iradəsini ifadə etmədiyini açıq şəkildə görmək mümkün idi. Birincisi iddiaçı iddia ərizəsində qeyd edir ki, o, “X15” Məhdud Məsuliyyətli Cəmiyyətdən (təşkilatdan) pərakəndə olaraq müxtəlif adlarda məhsullar almışdır. Mağazadan pərakəndə olaraq müxtəlif adlarda məhsullar almaq fərqli növ malların az-az və şəxsi istifadə üçün alınması deməkdir. Belə olan halda o, nə üçün topdan mal almaq üçün adları sadalanmayan, yalnız inşaat malları kimi yazılan alğı-satqı müqaviləsini imzalayıb ödəniş cədvəli tərtib olunmalı idi. Xüsusi ilə diqqət etmək lazımdır ki, müqavilənin predmeti qrafasında predmetin konkret hansı mal və ya mallar olması göstərilməmişdir. Hansı malın alındığını müəyyən etmək mümkün deyildir. Qeyd etmək zəruridir ki, alğı-satqı müqavi ləsinin mövcud olması, ödəniş cədvəli tərtib olunması cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin yaranması üçün əsas ola bilməz. İddiaçı tələbində işin faktiki halı kimi onun mağazadan pərakəndə olaraq müxtəlif adlarda məhsullar almasını göstərdiyi halda, məhkəməyə təqdim edilmiş etibarlılığı şübhə altında olan qəbzdə inşaat malları qismində topdan olaraq xeyli sayda qapı cəftəsinin bir dəfəyə topdan olaraq heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan aylıq əmək haqqısı 396 manat olan ona satması görsənməkdədir. Burada sual yaranır ki, aylıq qazancı bu qədər aşağı olan şəxs necə olar ki, ilkin olaraq 2500 manat, sonrakı üç ayda hər ay 4716.03 manat ödəniş olmaqla 3 ay içində 16648,10 manat pulu ödəmə edə bilərdi və yaxud eyni adda bu qədər malı nə edəcəkdi? Sir deyil ki, bu gün hə r ay 4716.03 manat məbləğdə borc və ya kredit verilərək pulsuz mal heç bir təşkilat tərəfindən verilməsi ağıla batanlıqdan tamam ilə kənardır və təkcə bu hal özlüyündə müqavilə kimi məhkəməyə verilən vərəqlərin iradə ifadəsindən uzaq olduğu, əsassız olduğu müəyyən olunmaqdadır. Bütün bunlar isə onun iradəsi ifadə olunmadan tərtib olunan müqavilənin, ödəniş cədvəlinin və sair sübut qismində məhkəməyə təqdim edilən sənədlərin və tələbin ziddiyətli, əsassız, qanunsuz olmasını təsdiq etməkdədir. İkincisi iddiaçı iddia ərizəsində göstərilir ki, hazırki, iş üzrə o, iddiaçı MMC-dən xx.xx.2023-cü il tarixində dəyəri 16648,10 manat dəyərində inşaat malları almış, 3190,19 manat həmin borcdan pul ödəmişdir. Etibarlı olması şübhə doğuran və iradəsi olmadan bağlanmış müqaviləyə və ona əlavə olunmuş ödə niş cədvəlindən aydın görsənir ki, o, "xxxx" Alış-Veriş Mərkəzi ilə xx.xx.2023-cü il tarixində deyil, xx.xx.2023-cü il tarixində müqavilə bağlamış və həmin müqavilə ödəniş cədvəlinə əsasən ilkin ödəniş 2500 manat olmalı olduğu halda, nədənsə heç bir əsas göstərilmədən 3190.19 manat ödəniş etmişdir. İddiaçının tələbinə inanmış olarsaq necə olur ki, müqaviləyə və cədvələ görə ödəniş 2500 manat olduğu halda nə üçün ödəniş müqavilə və cədvələ uyğun vaxtında aparılmamışdır? Həmin etibarsız sayılmalı müqavilənin 1.2. bəndinə əsasən bu müqavilənin 9-cu maddəsi ilə müəyyən edilən ödənişlər “Ödəniş cədvəli”nə müvafiq olaraq aparılmalı idi. Bütün bu hallar tələbin, təqdim edilmiş sənədlərin bir daha mötəbər olmadığını təsdiq etməkdədir. Üçüncüsü tələbdə göstərilir ki, o, "xxxx" Alış-Veriş Mərkəzində n xx.xx.2023-cü il tarixdə dəyəri 16648.10 manat dəyərində inşaat malları almışdır. Belə olan halda aşağıdakı sualların cavabı açıq qalmaqdadır.
1. Hansı sübutlarla malların onun tərəfindən alınması öz təsdiqini tapır?
2. İddiaçı nə ilə sübut edir ki, göstərdiyi xeyli miqdardakı malları (qapı və pəncərə cəftəsini) təhvil verilib, ona çatdırılıb?
3. Alqı-satqı müqaviləsinin şərtləri daxilində real olaraq hansı işlər, xidmətlər göstərilib və bunu təsdiq edən şahidlər (malları aparıb təhvil verən şəxs, fəhlə, usta sürücü, mal sahibi və sair şəxslər mütləq bütün bunları təsdiq etməli idi) vardırmı?
4. Real olaraq verilmiş mallarla bağlı ödəniş tapşırıqları yazılaraq ona təqdim olunubmu?
5. Tərəfindən müqavilə şərtlərinə uyğun aparılmış ödənişlərin qəbzləri nə üçün məhkəməyə təqdim edilmir? Bu barədə "xxxx" MMC tərəfindən arayış yazıb verməsi nə dərəcə hüquqi əhəmiyyətə malikdir. Həmin arayışlara ödəniş qəbzləri nə üçün qoşma (əlavə) edilməməkdədir?
6. Hər bir halda müqavilənin predmeti müqavilədə açıq şəkildə təsvir edilməli olduğu halda nə üçün hansı inşaat mallarının satılması barədə müqavilədə açıqlama yoxdur?
7. Müqavilə iştirakçıları (X4) nə üçün ortada yoxdurlar? Hesab edir ki, tələblə təqdim olunan sübutlar arasındakı ziddiyyətlər, heç bir mötəbər sübutların olmaması bu tələbin tamamilə qanunsuz olmasının əlamətidir və onun aldadılaraq iradəsinin ifadə olunmadığından əsassız, etibarsız sayılmaqla müqavilə hesab olunmadığından üzərinə öhdəlik qoyulmamalıdır. Dördüncüsü məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, iddiaçı tərəfindən təqdim olunan etibarsız sayılmalı olan alğı-satqı müqaviləsinə nəzər salarkən müəyyən olunur ki,
1. Etibarsız sayılmalı olan bu müqavilə tarix olaraq xx.xx.2023-cü il tarixdə satıcı adlandırılacaq "xxxx" AVM MMC-nin məsul şəxsi X1 hansı məsul vəzifəni təmsil etməsini müəyyən etmək qeyri-mümkündür.
2. Həmin müqavilədə X6 zamin kimi göstərilir. Lakin həmin şəxslə heç bir zaminlik müqaviləsi bağlanmamışdır və belə müqavilə yoxdur, həmin şəxsin zamin olmasından heç bir xəbəri yoxdur.
3. İddiaçı tərəfindən təqdim olunan digər sübutlara (arayışlara, üzərində faktura yazılmış kağıza və iş yerindən əldə olunmuş əmək haqqı barədə arayışlara) nəzər salarkən müəyyən olunur ki, - faktura kimi məhkəməyə təqdim etdikləri kağızda Cavabdeh yazılaraq imza atıldığı yerin təhvil alan qrafasında yəni bunun üçün ayrılmış yerdə yox, yalnız vərəqin baş hissəsində adı, soyadı yazılıb imzalanmışdır. Hesab edir ki, bu vəziyyət onun hər hansı bir ciddi sənədi, müqaviləni imzalamağından xəbərsiz qalmasını təmin edərək, aldatmaqla əsassız olaraq borclandırılmağından məlumatsız qalmağını təmin etmək üçün edilmiş hərəkətlər olmuşdur. Bunun özü belə sübut edir ki, o, aparılmış proseslərdən xəbərdar olmasın deyə ona vərəqin baş hissəsindən imza atdırılmışdır. Əgər ki, iddiaçı tərəfindən hazırlanmış həmin vərəqin imza üçün ayrılmış yerlə tanış edib qol çəksəydi materialların ona təhvil verilməsini, borclu qaldığının yazılmasını görə bilərdi ki, nəticə etibarı ilə bu gün müqavilə öhdəliyi kimi üzərinə qoyulmuş qanunsuz müqaviləyə və ya ona əlavə edilənlərə imza atdığını bilərək imza atmamış olardı. İddiaçı tərəfindən cavabdehin borclu olub onlar a borcunu ödəməyi ilə bağlı 10 sentyabr 2025-ci il və 06 oktyabr 2025-ci il tarixlərində verdiyi arayışlarda göstərilən xx.xx.2023-cü il tarixində 1600,70 manat və xx.xx.2023-cü il tarixində isə 1589,49 manat ödəniş etməsi göstərilən tarixlərdə o, həqiqi hərbi xidmətdə olmuşdur. Həmin tarixlərdə onun borc ödənişləri aparması bir mənalı olaraq qeyri-mümkündür. Bir daha vurğulayır əgər ki, iddiaçı iddia edirsə o və yaxud onun əvəzimə kim isə borc öhdəliyinə görə ödənişlər edib, öhdəliyini icra etmişdir, belə halda mütləqdir ki, iddiaçı ödəniş qəbzlərini məhkəməyə təqdim etməli idi. O və yaxınlarının belə ödənişlərdən heç bir xəbəri yoxdur. Hardadır qəbzlər. Həmçinin nə üçün o, malları götürərkən ilkin ödəniş olan 2500 manat pul ödənilməmiş nə üçün mallar ona verilmişdir. Üstündən bir neçə ay sonra ilkin ödəniş olmadan ödənişlər etmişdir. Məhkəməyə icraçı direktor müavini N.A.Əlizadənin imzası ilə təqdim olunan arayışlar tərəfindən ödənişlərin aparılmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Onsuz da iddia tələbi üzrə məhkəməyə təqdim edilmiş bütün sübutlar öncədən planlı, düşünülmüş şəkildə hazırlanmış, nəticə etibarı ilə bir-birini zahirən təsdiqləyəcək şəkildə, məhkəməni yanıldacaq səviyyədə hazırlanaraq təqdim edilmişdir. Ona görə də məhkəmə işin mahiyyəti üzrə araşdırma zamanı işin heç bir xırda detalını gözdən qaçırmamalı idi, hər bir hala qiymət verilməli idi. Lakin təəsüflər olsun məhkəmənin işi mahiyyəti üzrə araşdırmaq niyyəti olmamış və araşdırılaraq işin mahiyyətinə varılmasından yayınmışdır. İddiaçı tərəfindən onun əldə etdiyi əmək haqqı ilə bağlı 31 mart 2 023-cü il tarixdə "xxxx" MMC tərəfindən "xxxx" Alış - Veriş mərkəzinə verilmiş əmək haqqı barədə arayışda onun 800 manat əmək haqqı almağı göstərilir. Həmin arayışın nə vaxt, kimə verilməsi və hansı zərurətlə verilməsi "xxxx" MMC-nin nümayəndəsi vasitəsi ilə araşdırılması mütləqdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, o, "xxxx" MMC-də 2023-cü il ərzində yalnız 2 ay işləmiş, 2023-cü ilin yanvar ayı üçün 396 manat, fevral ayı üçün isə 396 manat əmək haqqı almışdır. Buradan da aydın olur əmək haqqı ilə bağlı müqavilə bağlanması səbəbi kimi təqdim olunan arayış belə əsassız və qanunsuzdur, hazırlanan digər sənədlər kimi etibarlılığı şübhəlidir. Ümumiyyətlə məhkəmə qeyd e tdiyi bütün zəruri faktlarla bağlı heç bir əsaslı araşdırma aparmadan, formal, səthi məhkəmə proseslərinin baş tutmasını göstərmək naminə proseslər keçirdərək tamamilə əsassız qətnamə qəbul edərək onu pis vəziyyətə salmışdır. Nəticə etibarı ilə məhkəmənin iddia tələbi ilə bağlı mütləq nəzərə alınması zəruri olan hallar vardır. Həmin hallara münasibətdə: Birincisi hazırki, mübahisə ilə bağlı iradə ilə ifadənin uyğun gəlməməsi mövcuddur. Burada diqqət etmək lazımdır ki, o, imzanı başqa məqsədlə atıb, mal, borc almaq iradəsində olmamış, ötən müddətdə müqavilənin varlığından xəbərsiz olmuşdur. İmza atdığı vərəqlərdə malların adları, dəyəri, sayı, çəkisi müqavilədə təhrif olunaraq göstərilməmişdir. Heç bir qaimə, faktura kəsilməmiş, ödəniş tapşırığı vurulmamışdır. Ümumiyyətlə müqavilə bağlamaql a bağlı heç bir təklif (oferta) sənədi və razılıq (aksept) sənədi mövcud olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə halda mövcud olan, etibarlılığı şübhəli olan müqavilə “aldatma” və ya “əhəmiyyətli aldatma” nəticəsində imzalanmış hesab edilməli idi. Yuxarıda göstərdiyi kimi o, işlədiyi təşkilat üçün verilmiş mallar ilə bağlı təşkilat rəhbərinin Sarvan Bünyadovun tapşırığına uyğun, iddiaçı müəssisəyə gedərək, təşkilatları ilə bağlı aparılmış işlərlə bağlı sənədlərə imza atdığını bilmişdir. Ümumiyyətlə göstərilən müqavilə üzrə mənə heç bir mal (əmlak) təhvil verilməmiş, bu günədək tərəfindən hər hansı borca görə iddiaçı quruma ilkin ödəniş də daxil olmaqla heç bir ödəniş edilməmişdir. Xüsusilə diqqət etmək lazımdır ki, müqavilə üzrə təqdim edilən bütün sübutların hər birində natamamlıq göz önündə olmuşdur. Hesab edir ki, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutların heç birinin mötəbərliyi mövcüd olmamışdır. İkincisi hər hansı əqdin əsas şərti pulun verilməsi, işlərin, xidmətlərin faktiki olaraq göstərilməsinin sübuta yetirilməsidir. Tərəflər arasındakı müqavilə (alqı-satqı, borc və sair) yalnız tərəflərin imzası ilə deyil, pul vəsitinin verilməsi, işlərin, xidmətlərin və sair halların faktiki olaraq göstərilməsi ilə qüvvəyə minir. Əgər ki, iddiaçı göstərdiyi dəyərdə malı ona verməyibsə, iddiaçı vəsait almayıbsa (iddiaçı kimi mal verməsini və pul almasını etibarlı sübutlarda təsdiq edən sübut təqdim edə bilmirsə) müqavilənin real icrasından söhbət gedə bilməz. İddiaçı məhkəməyə şahid təqdim edə bilərdi ki, ona filan avtomobillə mal gətirmiş, filan fəhlələr, filan saatda, gündə, ayda və ildə həmin malları ona vermişdir. Məhkəmə bu istiqamətdə hansı araşdırma aparmışdır. Əksinə araşdırma ilə bağlı mühüm əhəmiyyət kəsb edən hallar ilə verdiyim ərizə və vəsatət heç bir tutarlı əsaslar göstərilmədən təmin olunmamışdır. İş üzrə xüsusi qərardan çıxarılması barədə vəkilimvasitəsi ilə verilmiş vəsatətə belə bir münasibət bildirməmişdir. Üçüncüsü müqavilə üzrə mal verildiyini, ortada borc olmasını sübut etmək iddiaçının öhdəliyidir. Yalnız müqavilədə imzanın olması, amma malın verilməsi, pulun alınması barədə qəbz, bank köçürməsi, şahid ifadəsi və sair hallarla bu hal öz təsdiqini tapa bilmirsə, tələb əsassızdır və qanunsuz sayılmalı idi. Bütün bunlar məhkəmə araşdırması dövrü heç bir halda öz təsdiqini tapmamışdır. Hesab edir ki, işi n halları əsaslı, obyektiv, tərəfsiz və qərəzsiz araşdırılarkən müqavilə üzrə heç bir faktiki münasibətlər olmaması üzə çıxmaqdadır. İddiaçının göstərdiyi müqavilə yalnız kağız üzərindədir. Lakin tərəflər arasında faktiki olaraq heç bir real münasibətlər (alqı-satqı, borc və sair) mövcud olmamışdır. Nəticə etibarı ilə bütün bunlar göstərir ki, mövcud olan aldadılaraq imzalanmış müqavilə yalnız imza ilə məhdudlaşmış, real faktiki icrasından heç bir söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin plenimum qərarının mövqeyinə görə alğı-satqı, borc müqavilələri üzrə iddialarda malın, pulun verilməsi, işlərin göstərilməsi faktını iddiaçı sübut etməlidir. Yalnız imzanın olması müqavilə üzrə əməliyyatların yerinə yetirilməsini, borcun olmasını sübuta yetirmir. İşin halları və digər s übutlarla onun müqavilə şərtlərindən, məbləğindən, ümumiyyətlə mövcudluğundan heç bir məlumatının olmaması aşkar sürətdə görsənməkdədir. Əgər ki, iddiaçı malın verilməsi, pulun alınması, xidmətlərin göstərilməsini real olaraq şahidlərlə və digər əsaslı sübutlarla sübut edə bilmirsə belə iddia tələbi əsassız sayılaraq rədd edilməli idi. b)
14. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 2(078)-1191/2025 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. A pellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdehin vəkili Vəkil2 da Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 2(078)-1191/2025 nömrəli qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkil-nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 2(078)-1191/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünc ü şəxs X7 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstə rməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
24. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində m üəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
28. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. b) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aktları 34. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasın ın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 30 iyul 2008-ci il tarixli qərarda qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qə bul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.
35. S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında göstərilir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həm in azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apelly asiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. V. Apellyasiya baxışının hədləri
41. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmi şdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslar la da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Vİ. Məhkəmə kollegiyasının mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb aşağıdakıları qeyd edir.
45. İş materiallarından müəyyən olunur ki, 11 mart 2023-cü il tarixli, 59 nömrəli malın nisyə satışı barədə müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış (İ cild 25-27), həmçinin müqa viləyə əlavə olunmuş ödəniş cədvəli və təhvil-təslim aktında "xxxx" MMC ilə Cavabdeh adları qeyd olunmuşdur (İ cild 28-28). Beləliklə müəyyən edilmişdir ki, həmin müqavilə üzrə hüquq və vəzifələrin daşıyıcısı məhz müqavilənin tərəfi adıçəkilən hüquqi şəxs olmuşdur.
46. İddia ərizəsinə nəzər salan zaman iddiaçı “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13457.91 (on üç min dörd yüz əlli yeddi manat doxsan bir qəpik) manat borcun, dövlət rusumu üçün ödənilmiş 131 (yüz otuz bir) manat pulun, vəkil qonorarı üçün ödənilmiş 300 (üç yüz) manat pulun, ümumilikdə 13888.91 (on üç min səkkiz yüz səksən səkkiz manat doxsan bir qəpik) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdiyi aydın olur (İ cild 1-7).
47. Elektron məh kəmə informasiya sistemindən və vergi uçotu məlumatlarından müəyyən edilmişdir ki, "xxxx" MMC-nin VÖEN-i **********, “X15” MMC-nin isə VÖEN-i **********-dir. Bu isə həmin hüquqi şəxslərin ayrı-ayrı dövlət qeydiyyatına alınmış, müstəqil hüquq və vəzifələrə malik fərqli hüquqi şəxslər olduğunu təsdiq edir.
48. Beləliklə, müəyyən edilmişdir ki, mübahisəli müqavilənin tərəfi "xxxx" MMC olduğu halda, iddia tələbi həmin müqavilənin tərəfi olmayan “X15” MMC tərəfindən irəli sürülmüşdür. İş materiallarında hüquq varisliyi, tələb hüququnun güzəşt edilməsi (sessiya), yenidən təşkil və ya digər əsaslarla müqavilə üzrə hüquq və vəzifələrin “X15” MMC-yə keçməsini təsdiq edən hər hansı sübut mövcud deyildir.
49. Apellyasiya instansiyası hesab edir ki, mülki mübahisənin düzgün və qanuni həlli üçün ilk nö vbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmaması araşdırılmalıdır. Bu hüquqi mövqe həm M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 30 iyul 2008-ci il tarixli qərarında, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarlarda göstərilmişdir ki, məhkəmə ilk növbədə iddiaçının mübahisə predmeti üzrə subyektiv hüquqa malik olub-olmadığını müəyyən etməlidir.
50. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, subyektiv hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir və üç əsa s elementin məcmusundan ibarətdir: - Şəxsin öz hərəkətlərinə hüquqi ixtiyarı; - Digər (borclu) şəxsdən müəyyən davranışı tələb etmək hüququ; - Pozulmuş hüququn müdafiəsi hüququ.
51. Bu elementlərdən xüsusilə ikinci və üçüncü elementlərin mövcudluğu birinci elementin – yəni hüquqi əsasın mövcudluğundan birbaşa asılıdır. Şəxs yalnız o halda başqa şəxsdən tələb irəli sürə bilər ki, həmin tələb hüquqi əsasdan – qanundan, müqavilədən və ya digər hüquqyaradıcı faktdan irəli gəlsin.
52. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, müqavilə münasibətləri "xxxx" MMC ilə cavabdeh arasında yaranmışdır. Müqavilədən irəli gələn tələb hüququ da məhz həmin hüquqi şəxsə məxsus olmuşdur. “X15” MMC-nin isə həmin müqavilə üzrə nə tərəf olduğu, nə də hüquq varisi və ya tələb hüququnu əldə etmiş şəxs olduğu sübuta y etirilməmişdir.
53. Belə olan halda, “X15” MMC-nin cavabdehdən müqavilə üzrə borcun tutulmasını tələb etmək üçün zəruri subyektiv hüquqa malik olmadığı nəticəsinə gəlinir. Subyektiv hüquq mövcud olmadıqda isə tələb hüququ və müdafiə hüququ yarana bilməz. Bu isə iddianın maddi-hüquqi baxımdan əsassız olmasını şərtləndirir.
54. Birinci instansiya məhkəməsi iddiaçının müqavilə üzrə hüquqi statusunu və tələb hüququnun ona məxsus olub-olmamasını tam və hərtərəfli araşdırmadan iddianı qismən təmin etmiş, nəticədə hüquq normalarını düzgün tətbiq etməmişdir. Halbuki apellyasiya instansiyası tam hüquqlu məhkəmə kimi işə yenidən baxarkən sübutları birbaşa və hərtərəfli qiymətləndirərək iddiaçının subyektiv hüquqa malik olmaması qənaətinə gəlmişdir.
55. Apellyasiya instansiyası tərəfindən müəyyən e dilmiş bu hallar iddianın rədd olunması üçün kifayət etdiyindən, apellyasiya şikayətində göstərilən digər dəlillərə ayrıca hüquqi qiymət verilməsinə ehtiyac qalmamışdır.
56. Göstərilənlərə əsasən, apellyasiya instansiyası hesab edir ki, iddiaçı “X15” MMC mübahisəli müqavilədən irəli gələn tələb hüququnun daşıyıcısı olmadığından, onun cavabdehə qarşı irəli sürdüyü iddia təmin oluna bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd olunmalıdır.
57. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 2(078)-1191/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şi kayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 2(078)-1191/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir.
58. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.2, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 2(078)-1191/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.