Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(3-1)-2/2026 11.03.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr) Hakimlər, Qarayev Sənan Məmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, e-2-2(123)22/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli, 11/0631/KBK saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcalana 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 15.000 (on beş min) manat məbləğində kredit verilmiş, tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi AR DİN BDYPİ Qİİ-nin AD 241026 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsus 2013-cü il buraxılışlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı, 99NE552 dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır.
2. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 11/0631/KBK saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli Kassa məxaric orderindən göründüyü kimi borclu Cavabdeh3 15.000 (on beş min) manat məbləğində pulu şəxsən qəbzə imza etməklə götürmüşdür. Ödəniş cədvəlindən göründüyü kimi kreditin son ödəniş tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir.
3. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********231 saylı xx.xx.2024-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehin Banka heç bir cavab vermədiyini və kredit borcunun Banka qaytarılmasını təmin etmədiyini, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. İİ. Birinci instansiya məhkəməsində icraat a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı
4. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti 18 oktyabr 2024-cü il tarixdə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək cəmi 16.336,60 (on altı min üç yüz otuz altı manat 60 qəpik) manat borc olmaqla – bundan 11.173,40 (on bi r min bir yüz yetmiş üç manat 40 qəpik) əsas, 4.271,95 (dörd min iki yüz yetmiş bir manat 95 qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 891,25 (səkkiz yüz doxsan bir manat 25 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 139.01 (bir yüz otuz doqquz manat 01 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan 2013-cü il buraxılşlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı, 99NE552 dövlət qeydiyyat nişanlı avtomobilə yönəlməsi, ipoteka predmeti olan 2013-cü il buraxılışlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPO RTAGE” minik markalı 99NE552 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq ləğv prosesində olan LPO İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 11/0631/KBK saylı kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 15.000 (on beş min) manat məbləğində kred it verildiyini, tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi AR DİN BDYPİ Qİİ-nin AD 241026 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsus 2013-cü il buraxılışlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı, 99NE552 dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulduğunu və bu barədə Bank ilə ipoteka qoyan arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin bağlandığını, bundan əlavə Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 11/0631/KBK saylı zaminlik müqaviləsi bağlandığını, zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxsin kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cav abdehlik daşıdığını, kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirmədiyini və Banka olan kredit üzrə borcunu ödəmədiyini, kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ olduğunu, Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********231 saylı xx.xx.2024-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh in Banka heç bir cavab vermədiyini və kredit borcunun Banka qaytarılmasını təmin etmədiyini, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirmədiyini, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulmasının Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyini, halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bankın öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə biləcəyini, tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 9.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və y a lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə biləcəyini, qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka qoyana bildiriş göndərildiyini və həmin bildirişin müvafiq qaydada Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyatdan keçirilməsinin təmin edildiyini bildirmişdir.
6. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) 19 noyabr 2025-ci il tarixli, e-2-2(123)-22/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 zamin olduğu 06 iyul 2019-cu il tarixli, 11/0631/KBK nömrəli zaminlik müqaviləs inə xitam verildiyindən iddia tələbi zaminlərə münasibətdə təmin edilməmiş, xx.xx.2019-cu il tarixli 11/0631/KBK nömrəli kredit müqaviləsi əsasında Cavabdeh3 (VÖEN: **********; FİN: xxxxxxx; Ş/V Seriya nömrəsi: AA*******) əsas borc üzrə 11468,47 (on bir min dörd yüz altmış səkkiz manat qırx yeddi qəpik) manat, faiz borcu üzrə 1893,37 (bir min səkkiz yüz doxsan üç manat otuz yeddi qəpik) manat, gecikdirilmiş vaxt üçün faiz borcu üzrə 899,96 (səkkiz yüz doxsan doqquz manat doxsan altı qəpik) manat olmaqla ümumilikdə 14261,80 (on dörd min iki yüz altmış bir manat 80 qəpik) manat və 121,36 (bir yüz iyirmi bir manat 36 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb iddiaçı LPO İddiaçı ASC-yə (VÖEN: **********) ödənilməsi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperti zası Mərkəzinin 06 fevral 2025-ci il tarixli, 35 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 52,38 (əlli iki manat 38 qəpik) manat məbləği Cavabdeh3, qalan 7,62 (yeddi manat 62 qəpik) manat məbləği isə iddiaçı LPO İddiaçı ASC-dən alınıb, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2025-ci il tarixli, 549 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 52,38 (əlli iki manat 38 qəpik) manat məbləği Cavabdeh3, qalan 7,62 (yeddi manat 62 qəpik) manat məbləği isə iddiaçı LPO İddiaçı ASC-dən alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, REAL PRAYS MMC-nin qiymətləndirmə h esabatına əsasən qiymətləndiricinin xidmət haqqı üçün müəyyən olunmuş 150 (bir yüz əlli) manat məbləğində xidmət haqqının 130,95 (bir yüz otuz manat 95 qəpik) manat məbləği Cavabdeh3, qalan 19,05 (on doqquz manat 05 qəpik) manat məbləği isə iddiaçı LPO İddiaçı ASC-dən alınıb REAL PRAYS MMC-nin bank hesabına ödənilməsi, cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh2 məxsus olan 2013-cü il buraxılışlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmeti olan avtomobilin bazar dəyəri 21 500 (iyirmi bir min beş yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh3 idd iaçı LPO İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh2 (FİN: xxxxxxx, Ş/V Seriya nömrəsi: AA*******) qaytarılması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2, 14.2.1, 269.1, 269.2, 271.2, 319.1, 385.1, 386.1, 425.1, 427.3, 442, 445.2, 445.2.1, 445.7, 470.1, 477.0.4, 739.1, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 4.1, 34.1, 34.1.1, 39.3, 39.3.3, 47.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 81, 88, 119.1, 218.1, 222.2, maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasın a uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli Plenum Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına istinadən əsaslandırmışdır. b) Məhkəmə aktından verilən apellyasiya şikayəti
8. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkə məsinin 19 noyabr 2025-ci il tarixli, e-2-2(123)-22/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh3 22 dekabr 2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-22/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, ödənişləri nəzərə alınmaqla yenidən məhkəmə-mühasibat ekspertizası təyin olunmaqla borcunun düzgün müəyyən edilməsi və ödəməli olan borcunu qrafik üzrə hissə-hissə ödənilməsinin təmin olunması, iddianın digər hissələrdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilə əsasında onun tərəfindən 10000 manatdan çox ödəniş olunmuşdur. Bu barədə qəbzləri məhkəmə iclasında təqdim etmişdir. Lakin məhkəmə faiz borcunu iki dəfə hesablayıb. Qətnamədə faiz borcu kimi həm 1893 manat, həmdə gecikdirilmiş vaxt üçün faiz olaraq 899 manat göstərilib. Buna görə də məhkəmənin Cavabdeh3 əsas borc üzrə 11468,47 manat, faiz borcu üzrə 1893,37 manat, gecikdirilmiş vaxt üçün faiz borcu üzrə 899,96 manat olmaqla ümumilikdə 14261,80 manat alınıb iddiaçı LPO İddiaçı ASCyə (VÖEN: **********) ödənilsin hissəsi qərarı əsassızdır.
10. Hazırkı işdə məhkəmənin qətnaməsi ondan ümumilikdə 14261,80 manat pul tutulması hissəsində t am qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə borcu düzgün müəyyən etməklə iddianı qismən təmin edə bilərdi. Çünki onun qəbzlər əsasında hesablamasına görə 3-4 min civarında borcu qalmışdır. Həmçinin məhkəmə onun borcu dərhal ödəyə bilib-bilməməyimi də araşdırmamışdır. Belə ki, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və poz ulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə borcun məbləğinin düzgünlüyünə və onun ödənilməsinin mümkünlüyü kimi hallara düzgün hüquqi qiymət verməmiş, bununla da ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsiplərini pozmuşdur.
11. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsinə düzgün hüquqi qiymət verilsə idi ipoteka predmeti olan avtomobilin bazar dəyəri 21.500 (iyirmi bir min beş yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmasına zərurət olmazdı. Belə ki, o ödəməli olan borcunu qrafik üzrə hissə-hissə ödəyəcəyini bildirmiş və buna görə qeyd edilən avtomobilin u cuz qiymətə satılması faktiki mənafeyinə uyğun olmamışdır.
12. Məhkəmə qətnamədə məhkəmə iclasında onun iştirak etməyini, izahatlar verməyini, ödəniş qəbzlərinin əslini təqdim etməyini qeyd etməmişdir. Onun təqdim etdiyi qəbzlər ekspertizaya göndərilsəydi yuxarıda qeyd etdiyi kimi borcunun 3-4 min manat civarında olması faktı təsdiqini tapardı.
13. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1, 454.1, 458.1, 743.1, 743.2, 743.3, 745.1, 745.2, 745.3, 745.4, 745.5, 745.6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77, 88, 218-ci maddələrinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına istinad edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın d əlilləri
14. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 05 fevral 2026-cı il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayətinə qarşı daxil olmuş etirazda apellyasiya şikayətinin əsassız və formal mülahizələr əsasında verildiyi, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən hans maddi hüquq normalarının pozulmasının əsaslandırılmadığı, apellyasiya şikayətinə Mülki Məcəllənin maddələrini köçürməklə kifayətləndiyi və heç bir əsaslandırma qeyd edilmədiyi, apellyasiya şikayətinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini almaması üçün formal mülahizə əsasında verildiyini bildirmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı tərəf və cavabdehlər Cavabdeh3, X4 və Cavabdeh1 məhkəmə baxışı iclasında iştirak etməmişlər, lakin iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 05 fevral 2026-cı il və 23 fevral 2026-cı il tarixdə elektron kabinet vasitəsilə daxil olmuş ərizədə işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər, cavabdeh X4 isə 05 fevral 2026-cı il tarixdə məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğuna görə məhkəmədə iştirak edə biləməyəcəyini üzrlü hesab edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçı tərəfin və cavabdehlər Cavabdeh3, X4, Cavabdeh1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İV. Apellyasiya baxışının hədləri
16. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
17. Cavabdehin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam yoxlanılmalıdır. V. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkə ti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır
19. Maddə 389-390. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən b ir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir.
20. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
22. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
23. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. b) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
25. Maddə 1.0.6. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka sax layanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
26. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir.
27. Maddə 34.1 və 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır.
28. Maddə. 39.3.3. Məhkəmə ipoteka predmetinə tu tmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. c) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslə rə aid edilir.
32. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Vİ. Apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
35. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakı nəticəyə gəlmişdir.
36. İlk olaraq qeyd edilməsi zəruridir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
37. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli X8 Hüquqları Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qi ymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə uyğun olaraq işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
39. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi məhkəmə kommersiya işi üzrə tərəflərə sübutlarını təqdim etməyi təklif edə bilər. Məhkəmənin tərəflərin əvəzinə sübut toplaması bərabərlik və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxara bilər ki, bu hal da yolverilməzdir.
40. Apellyasiya şikayətinin məhkəmə tərəfindən borcun düzgün müəyyən edilməməsi və onun qəbzlər əsasında hesablamasına görə 3-4 min civarında borcu qalması dəlilinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində işə baxılarkən tərəflərin təqdim etdiyi ödəniş qəbzləri də daxil bütün sənədlərin araşdırılıb borc məbləğinin müəyyən edilməsi məqsədilə 26 dekabr 2024-cü il tarixli və 03 mart 2025-ci il tarixli qəradadları ilə iki dəfə məhkəmə-mühasibat ekspertizası keçirilmişdir.
41. Keçirilmiş ekspertizaların 06 fevral 2025-ci il tarixli, 35 saylı və 10 iyun 2025-ci il tarixli, 549 saylı rəyləri ilə Cavabdeh3 11468,47 (on bir min dörd yüz altmış səkkiz manat qırx yeddi) manat əsas, 1893,37 (bir min səkkiz yüz doxsan üç manat otuz yeddi qəpik) manat faiz və 899,96 (səkkiz yüz doxsan doqquz manat doxsan altı qəpik) manat gecikdirilmiş vaxt üçün faiz borcu olduğu müəyyən edilmişdir.
42. Cavabdeh3 bu rəylərə münasibətdə heç bir vəsatət verməməklə yanaşı, bu dəlilini təsdiq edə biləc ək hər hansı mötəbər hesab edilə biləcək sübutu da nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.
43. Kollegiya apellyasiya şikayətində qeyd olunan dəlilə münasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, bu dəlil iddiaçının subyektiv mülahizəsidir və heç bir sübutla öz təsdiqini tapmır. Tərəf məhkəməyə subyektiv mülahizələrini deyil, iş üzrə konkret sübutlarını təqdim etməlidir.
44. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsinə düzgün hüquqi qiymət verilməməsi barədə digər dəlilə münasibətdə isə qeyd edilir ki, birinci instansiya məkəməsində işə baxılarkən cavabdehin belə bir vəsatəti olmamış, ümumiyyətlə qanunvericiliklə işin bu mərhələsində bu şəkildə həll variantı nəzərdə tutulmadığından birinci instansiya məhkəməsi düzgün olaraq, bu məsələnin müzakirə edilərək qiymətləndirilməsini həyata keçirməmişdir.
45. Həmçinin o da qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə uyğun olaraq məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Lakin birinci və apellyasiya instansiya məhkəmələrində keçiriləm məhkəmə baxışı iclaslarının heç birində nə iddiaçının nümayəndəsi, nə də cavabdehlərin heç biri ümumiyyətlə iştirak etmədiklərindən məhkəmənin bu məsələni tərəflərlə müzakirə etmək imkanı olmamışdır.
46. Cavabdeh tərəfindən iddiaçı ilə aralarında mübahisənin barışıq yolu ilə həll edilməsi ilə əlaqəd ar hər hansı cəhd göstərilməsi də iş materialları ilə təsdiq olunmur.
47. Bu dəlilləri qeyd etməsinə baxmayaraq on üç ay sürən məhkəmə baxışının heç bir iclasında iştirak etməməsi və bunun üzrlü hesab edilə bilməsi üçün də heç bir sübutun təqdim edilməməsi cavabdehin icraatı qəsdən yubatması kimi qiymətləndirilməlidir.
48. Lakin buna baxmayaraq tərəfə izah olunur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən “Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi i lə müəyyən edilmiş qaydada baxır.”
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə uyğun olaraq məhkəmədə mülki iş yalnız iddiaçının iddia ərizəsi əsasında qaldırılır və iddianın dəyişdirilməsi səlahiyyəti də yalnız müstəsna olaraq həmin məcəllənin 53-cü maddəsinə görə ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə uyğun olaraq məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim yalnız qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
50. Bu nöqteyi nəzərdən birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi üzrə əsas borca və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz borcuna münasibətdə tələb həddindən daha artıq məbləğ müəyyən edilsə də, ümumi tələb həddini aşmadığından bu hal iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir.
51. Son olaraq kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi ipoteka predmeti olan avtomobilin bazar dəyəri 21.500 (iyirmi bir min beş yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmasının faktiki mənafeyinə uyğun olmaması dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edərək bildirir ki, “İpoteka haqqında” Qanuna və Mülki Prosessual Məcəlləyə görə əmlakın ilkin satış qiyməti məhkəmə qətnaməsi və ya tərəflərin razılığı ilə müəyyən edilir. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsinin 04 iyul 2025-ci il tarixli qərardadı ilə işi üzrə ipoteka predmetinin qiymətləndirilməsinə dair “Məhkəmə-qiymətləndirmə” ekspertizası təyin edilmiş və Ekspertizanı n keçirilməsi "xxxx" MMC-nə həvalə edilmişdir.
52. İş materiallarında olan REAL PRAYS MMC-nin 07 avqust 2025-ci il tarixli, FŞ0803 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 məxsus olan 2013cü il buraxılışlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilin 07 avqust 2025-ci il tarixə olan bazar dəyəri 21 500 (iyirmi bir min beş yüz) manat, likvid dəyəri 18200 (on səkkiz min iki yüz) manat məbləğində müəyyən edilmişdir.
53. Kollegiya qeyd edir ki, cavabdeh tərəf qiymətləndirmə rəyi ilə razı olmadığı halda o, qiymətləndirmə rəyindən şikayət vermək və ya alternativ qiymətləndirmə tələb etmək hüququna malik idi, lakin iş materiallarında belə bir vəsatətin mövcudluğu müəy yən olunmur.
54. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir.
55. Kommersiya mübahisəsinə dair işə apellyasiya qaydasında baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək hallar, həmçinin məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.
56. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, e-2-2(123)-22/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, e-2-2(123)-22/2025 nömrəli qətnaməsi də yişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh3 özünə aid edilməlidir.
57. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.1, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, e-2-2(123)-22/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh3 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbay can Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Sənan Qarayev Hakimlər: Səxavət Bəylərli, Mehman Allahverdiyev