Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(1-8)-179/2026 19.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya baxışından çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilə üzrə borcun ödənilməsi və s. tələbinə dair” iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 dekabr tarixli 2-2(103)-1270/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 (bundan sonra –“Cavabdeh1”), Cavabdeh2 (bundan sonra –“Cavabdeh2”) və Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında 2023-cü il 20 aprel tarixində bağlanmış L004120 saylı kredit limiti müqaviləsinə əsasən bağlanmış 2023-cü il 20 aprel tarixli № L004120/0001 saylı kredit müqaviləsi üzrə 2024-cü il 7 avqust tarixə banka olan 48211,71 manat əsas, 954,15 manat faiz, 5647.66 manat cərimə borcu olmaqla, cəmi 54813,52 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumun, 259.03 manat məbləğ ində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (Yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m. ibarət olan 3 saylı mənzilə yönəldilərək, mənzilin açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına borcun ödənilməsi, məbləğ borcun ödənilməsinə kifayət etmədikdə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-421/2025 nömrəli 2025-ci il 9 oktyabr tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 48211,71 manat əsas borc, 954,15 manat faiz borcu, 2411 manat dəbbə pulu o lmaqla cəmi 51576,86 manat borc məbləği, ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün xərcin əvəzi olaraq 51 manat və dövlət rüsumunun əvəzi olaraq 245 manatın tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, 36 mənzilə (Yeni qaydalarla: AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 88, m12, mənzil 3) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 250.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh3 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət e tmədiyi halda qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. (hakim – G.Namazova). Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, dəbbə pulu, faizlər silinməsi və borc məbləğinin ödəniş nəzərə alınmaqla azaldılaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 dekabr tarixli 2-2(103)-1270/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakiml ər – L.Əliyeva və S.Cəfərov). Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il 16 mart tarixli 2-2(1-8)-179/2026 nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 2026-cı il 10 mart tarixli məktubuna (digər cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması barədə) istinadən işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, QƏ RARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 dekabr tarixli 2-2(103)-1270/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il 16 mart tarixli 2-2(1-8)-179/2026 nömrəli qərardadı ləğv edilsin. Hazırki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(1-8)-179/2026
Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-179/2026
19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver