Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2362/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə vermiş olduğu 2000 manat dəyərində olan X formalı toxunuşlu, Türkiyə istehsalı, 13 qramlıq, 585 əyarlı, 1 ədəd qolbağının, 2600 manat dəyərində olan, Reket formalı, Rusiya istehsalı, 20 qramlıq, 583 əyarlı bir ədəd qızıl qolbağının, 3000 manat dəyərində olan 583 əyarlı, 18 qramlıq, ortada iri sapfir, kənarlarında brilyant qaşları olan, Rusiya istehsalı bir cüt sırğa-üzük dəstinin, 1300 manat dəyərində olan 583 əyarlı, 10 qramlıq qaşsız, halqa formasında, Rusiya istehsalı bir ədəd qızıl nişan üzüyünün, 2000 manat dəyəri olan 6 qramlıq, ortası ağ qızıldan, 583 əyarlı, bir ədəd, gül formalı, brilyant qaşlı, Rusiya istehsalı nişan üzüyünün, 1500 manat dəyəri olan 5 qramlıq, 583 əyarlı, qızıl, brilyant qaşlı, Rusiya istehsalı olan, kişi üçün nişan üzüyünün, 1200 manat dəyərində olan qızıl, qırmızı Aleksandrit qaşlı, 6 qramlıq, 583 əyarlı, Rusiya istehsalı olan üzüyün, 800 manat dəyərində olan, qızıl, yaşıl qaşlı, yarpaq formalı, 5 qramlıq, 583 əyarlı, Rusiya istehsalı üzüyün, 500 manat dəyərində, yaşıl qaşlı, Rusiya istehsalı, 3 qramlıq, 583 əyarlı, bir ədəd qızıl üzüyün, 500 manat dəyərində, xırda, ağ sadə qaşlı, sadə formalı, 3 qramlıq, 583 əyarlı, Rusiya istehsalı, bir ədəd qızıl üzüyün, 700 manat dəyəri olan, qızıl, sadə ağ qaşlı, 5 qramlıq, 583 əyarlı, Rusiya istehsalı üzüyün, 2000 manat dəyərində, brilyant qaşlı, paxlava formalı, 8 qramlıq, 583 əyarlı, Rusiya istehsalı, bir ədəd qızıl üzüyün, 5000 manat dəyəri olan Reket formalı , 40 qramlıq, 583 əyarlı, Rusiya istehsalı olan bir ədəd qızıl zəncirin, 4000 manat dəyəri olan, Çayka firmadan, yolka qolbağı ilə, Rusiya istehsalı, 25 qramlıq, 583 əyarlı, bir ədəd qızıl qol saatının, 1400 manat dəyəri olan, 583 əyarlı, Rusiya istehsalı, bir ədəd onluq qızıl klonun, 800 manat dəyəri olan, Reket formalı, uşaq üçün, 583 əyarlı, Rusiya istehsalı, 7 qramlıq, bir ədəd qızıl qolbağının, 900 manat dəyəri olan, uşaq üçün, 583 əyarlı, Reket formalı, 8 qramlıq, bir ədəd qolbağının, 600 manat dəyəri olan, uşaq üçün, qırmızı qaşlı, 583 əyarlı, 4 qramlıq, Rusiya istehsalı, bir cüt sırğanın, 6000 manat dəyərində, yolka formalı, qızıl, 45 qramlıq, Rusiya istehsalı, 583 əyarlı, qolbağı və zəncir dəstinin, 7000 manat dəyəri olan, badam formalı, brilyant qaşlı, 583 əyarlı, 20 qramlıq, Rusiya istehsalı, sırğa-üzük və klon dəstinin, 2500 manat dəyərində, brilyant qaşlı, 8 qramlıq, 583 əyarlı, Rusiya istehsalı ulduz formalı sırğa-üzük dəstinin natura formasında, bu mümkün olmadıqda onların dəyəri olan cəmi 46.300 manat pulun, borc üçün cavabdehə verdiyi 1.000 pulun, 250 +1 manat dövlət rüsumunun, 2500 manat vəkil xidmət haqqının cavabdeh Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim: Şəfiqə Meybullayeva) iddia tələbi qismən təmin edilmiş, 1 ədəd 875 əyarlı 8,85 qramlıq onluq, 1 ədəd 885 əyarlı 4,35 qramlıq sırğa, 1 ədəd 585 əyarlı 1,55 qramlıq üzük, 1 ədəd 585 əyarlı 39,55 qramlıq zəncir, 1 ədəd 585 əyarlı 20,05 qramlıq qolbaq, 1 ədəd 583 əyarlı 10,00 qramlıq komplekt (qaşı düşmüş), 3 ədəd 585 əyarlı 11,60 qramlıq qolbaq, 3 ədəd 585 əyarlı 6,30 qramlıq üzük, 3 ədəd 750 əyarlı 4,50 qramlıq üzük, 1 ədəd 585 əyarlı 2,75 qramlıq üzük, 3 ədəd 585 əyarlı 11,60 qramlıq qolbaq, 3 ədəd 585 əyarlı 6,30 qramlıq üzük, 1 ədəd 750 əyarlı 4,50 qramlıq üzük, 1 ədəd 585 əyarlı 39,55 qramlıq zəncir, 1 ədəd 585 əyarlı 20,05 qramlıq qolbaq, 1 ədəd 583 əyarlı 10,00 qramlıq komplekt (qaşı düşmüş) qızıl-zinət əşyaları natura formasında, bu mümkün olmadıqda isə onların dəyəri 42.300 manat məbləğində pul, 1000 manat məbləğində borc pul, 1500 manat vəkil xərci olmaqla, cəmi 44.800 manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 214 manat hissəsinin cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək iddianın təmin edilən hissədə ləğv edilərək rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Cahid Imanov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Daha sonra cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir.
6. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qətnamə cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 elektron kabinetinə ## ### 2026-cı il tarixdə yerləşdirilmişdir. Lakin cavabdeh həmin qətnamədən kassasiya şikayətini ## #### 2026-cı il tarixdə vermişdir. Yəni kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır. Eyni zamanda ötürülmüş müddətin bərpası barədə cavabdeh tərəfindən vəsatət məhkəməyə göndərilməmişdir.
8. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin133.1, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdırişdir.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
10. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsindən şikayət vermə müddətinin ## ### 2026-cı il tarixdə hesablanması, yəni vəkilin şəxsi kabinetində yerləşdirilməsi tarixi kassasiya şikayətinin verilməsi müddəti kimi hesablanması əsaslı deyildir. Belə ki, vəkil Şirvan Apellyasiya Məhkəməsində cavabdehi təmsil etmədiyi üçün qətnamədən şikayət verilməsi səlahiyyətində olmamışdır. Yəni, vəkilin Cavabdeh ilə müqaviləsi olmamış, cavabdeh adında kassasiya şikayəti verə bilməsi səlahiyyəti olmamışdır. Müqavilə ilə vəkilə apellyasiya şikayəti verilməsi səlahiyyəti verilir. Bu dəlillərə əsasən cavabdeh Cavabdeh münasibətdə kassasiya şikayətinin verilməsi apellyasiya məhkəməsinin qətnaməsinin vəkilin şəxsi kabinetində yerləşdirilməsi tarixindən, yəni ## ### 2026-cı il tarixdən deyil, rəsmi aldığı tarixdən ## ### 2026-cı ildən götürülməlidir. Vəkil apellyasiya məhkəməsində iştirak etmədiyindən, yəni apellyasiya məhkəməsində tərəf olmadığından kassasiya şikayəti verməsin hüququ olmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
13. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
14. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər:
15. Maddə 402.2.1. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;
16. Maddə 402.2.2. Kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında;
17. Maddə 402.2.3. Kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə;
18. Maddə 402.2.4. Iş üzrə icraata xitam verilməsi barədə;
19. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddət, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müəyyən edilmişdir.
20. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Məhkəmə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin axımının ## ### 2026-cı il tarixdən hesablanması, kassasiya şikayəti vermə müddətinin son günü ## #### 2026-cı il olması, lakin cavabdeh tərəfindən kassasiya şikayəti həmin müddət ərzində deyil, ## #### 2026-cı il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən verməsi, cavabdehin kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürməsi barədə gəldiyi qənaət qanun və əsaslı olmuşdur. Bu baxımdan da apellyasiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Vəkili apellyasiya məhkəməsində iştirak etmədiyindən, yəni apellyasiya məhkəməsində tərəf olmadığından kassasiya şikayəti verilməsi üçün müddətinin axımının qətnamənin vəkilin şəxsi elektron kabinetində yerləşdirildiyi ## ### 2026-cı il tarixdən hesablanmasının əsassız olmasına dair cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağ məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəkili vəkil1 təkcə vəkil kimi deyil, etibarnamə əsasında cavabdehin nümayəndəsi kimi işdə iştirak etmiş, cavabdehin adından çıxış etməyə ## #### 2028-ci il tarixə kimi səlahiyyətli olmuş, həmin etibarnamə cavabdeh tərəfindən ləğv edilməmişdir. Ona görə də qətnamənin nümayəndənin şəxsi kabinetində yerləşdirilməsi ilə təmsil olunan cavabdeh üçün kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin axımının başlanması barədə apellyasiya məhkəməsinin qənaəti düzgün olmuşdur.
27. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1829/2025 nömrəli iş üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.