Məhkəmə qərarları › İş №2(1-8)-33/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-33/2026

15.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mün
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(1-8)-33/2026 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və sair” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinə vəkil orderinin əlavə olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Xıdırov Əh liman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2025-ci il tarixli, 2(103)5224/2025 nömrəli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdeh Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 mart 2025-ci il tarixli attestasiya komissiyasının iddiaçı ilə bağlı “tutduğu vəzifəyə uyğun deyil” qərarının qanunauyğunluğu və əsaslılığının müəyyən edilməsi və ləğv edilməsi, 05 mart 2025-ci tarixli attestasiyanın nəticələrinin qanunsuz sayılması və ləğv edilməsi, attest asiya vərəqəsinin etibarsız hesab olunması və ləğv edilməsi, Binəqədi rayonu 11 nömrəli Onbirillik musiqi məktəbinin əmək müqaviləsinə xitam verilməsi haqqında 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmrinin qanunsuz hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə və vəzifəsinə - Binəqədi rayonu 11 nömrəli Onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə müəllimi vəzifəsinə bərpa olunması, əmək müqaviləsinə xitam verildiyi 03 aprel 2025-ci il tarixdən etibarən işə bərpa olunacağı günə qədər olan əmək haqqının ödənilməsi, işdən azad edilmə ilə bağlı ona vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi, vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazım i qaydada yerinə yetirməməsi nəticəsində fiziki şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurulması faktının və vəzifə səlahiyyətlərini aşma faktının araşdırılması, əmələ hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 2(001)4350/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin 01 aprel 2025-ci il tarixli 45 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə 03 aprel 20 25-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqının ödənilməsi, iddia tələbinin “iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlayaraq bərpa olunması” hissəsində təmin edilməməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2025-ci il tarixli, 2(103)-5224/2025 nömrəli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 2(001)-4350/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Həmin qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən kassa siya şikayəti verilmiş, kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə v əkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

6. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayətinə vəkilin üçüncü şəxsi kassasiya instansiyası məhkəməsində təmsil edilməsini təsdiq edən vəkil orderi əlavə olunmamışdır.

7. Belə ki, kassasiya şikayəti üçüncü şəxsin adından “Kəngərli və Partnyorları” Vəkil bürosunun vəkili Vəkil tərəfindən imzalanmışdır.

8. Lakin, kassasiya şikayətinə (“Elektron məhkəmə” informasiya sisteminə) Vəkil A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinə hüquqi yardım göstərilməsi üçün tərtib edilən 25 dekabr 2025-ci il tarixli, ******* nömrəli vəkil orderi əlavə olunmuşdur. Halbuki, həmin məktəb iş üzrə cavabdeh olsa da, nə apellyasiya, nə də ki, kassasiya şikayəti verməmişdir. Vəkil isə kassatora hüquqi yardım göstərilməsinə dair başqa sənəd iş materiallarına əlavə olunmamışdır.

9. Qeyd olunanlara əsasən, kassasiya şikayətinə vəkil orderi əlavə olunmadığı üçün MPM-in 408.1.3-cü maddəsinin tələblərinə əsasən icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2025-ci il tarixli, 2(103)-5224/2025 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar